Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-153/2023 25.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Xaliq Musa oğlu, məhkəmə iclasının katibi: X14, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri: X17 və X7, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Gəncə şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən 11-ci kilometirliyində idarəetmə hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi özünə məxsus Mercedes Benz 300D minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri istiqamətindən Qəbələ rayonu istiqamətinə yolun sağ hərəkət zolağı ilə 120 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü, 50.2.2-ci və 69.7.1-ci maddələrinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında hərəkətini təmin etməli, yaşayış məntəqəsindən kənarda maksimum sürətin 90 km/saat həddində məhdudlaşdırıldığı yol sahəsində avtomobili həmin sürətdən artıq idarə etməməli, qarşı-qarşıya hərəkət zolaqlarını bir-birindən ayıran “1.1” ağ bütöv üfiqi nişanlama xəttini kəsib keçmək qadağan olunduğu üçün həmin xətti kəsib keçməməli və bununla əks hərəkət zolağı ilə qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda və adı çəkilən qanunun yuxarıda sadalanan tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, cinayətkarcasına özünə güvənmə və etinasızlığı səbəbindən həmin qaydaları kobud surətdə pozub, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmaqla avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməmiş, avtomobili maksimum sürətin 90 km/saat həddində məhdudlaşdırıldığı yol sahəsində daha artıq sürətlə, yəni 120 km/saat sürətlə idarə etməklə əks istiqamətli nəqliyyat axınlarının “1.1” üfiqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almadan həmin bütöv ağ xətti kəsib avtomobilini bütov ağ xətdən 1,3 metr sol əks hərəkət zolağına, yəni, nəqliyyat vasitələrinin Ağdaş rayonu istiqamətdə axınının hərəkət hissəsinə çıxartmaqla qarşıdan əks istiqamətdə hərəkətdə olan X12 idarə etmə hüququ olmaqla orta dərəcəli sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi Mercedes Benz C180 minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti üçün təhlükə yaratmış, bununla da ehtiyyatsızlığından idarə etdiyi avtomobilin qabaq hissəsinin əks istiqamətli hərəkət zolağında sürücü X12 idarə etdiyi Mercedes Benz C180 minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Mersedes Benz C180 minik markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 aldığı ağır dərəcəli travmatik şok, döş qəfəsinin sol tərəfində ön qoltuqaltı xətt üzrə 4-cü, 5-ci, 6-cı 7-ci və 8-ci qabırğaların sınığı, çanaq sümüklərinin yerini dəyişən sınığı, sağ bud sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yer dəyişən qəlpəli sınığı, sol budun aşağı1/3-nin qapalı yerini dəyişən sınığı, sağ qamış sümüyünün yuxarı və aşağı 1/3-nin açıq qəlpəli yerini dəyişən sınığı, başın arxa ənsə nahiyyəsinin, sağ baldırın ön orta və yuxarı 1/3-nin, sağ baldırın ön aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının sağ hissəsinin, alının sol hissəsinin, iki qaşın arasının, sol qaşın altının, burunun, boyunun sağ tərəfinin, döş qəfəsinin, qarının ön aşağı hissəsinin, sağ bazunun içəri aşağı 1/3-nin, sağ saidin içəri yuxarı 1/3-nin, sağ saidin bayır aşağı 1/3-nin, sağ budun ön aşağı 1/3-nin, sol baldırın içəri orta 1/3-nin, sol saidin bayır orta 1/3-nin, sol əlin bayır tərəfinin və sağ əlin üstünün sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan və dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, bundan başqa idarə etdiyi avtomobildə sərnişin qismində olan arvadı X8 açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, alının sağ qaşüstü və sağ alın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafının dərialtı hematoması, döş qəfəsinin ön sağ yuxarı hissəsinin sağ bazunun bayır orta 1/3nin, sağ saidin yuxarı 1/3-nin, sağ saidin ön orta 1/3-nin, sol bazunun bayır aşağı 1/3-nin, sol saidin içəri yuxarı 1/3-nin, sağ mil-bilək oynağının bayır tərəfinin, sol budun ön yuxarı 1/3-nin, sol baldırın ön yuxarı dizə yaxın hissəsinin, sol baldırın ön orta aşağı və içəri orta 1/3-nin, sağ diz oynağının iç səthinin sağ baldırın ön yuxarı içəri və bayır hissələrinin, sağ ayağın üst səthinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan və dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlərdən xx.xx.2022-ci il tarixdə müalicə olunduğu Ağdaş rayon mərkəzi xəstəxanasında ölməsinə, eləcə də idarə etdiyi avtomobildə sərnişin qismində olan qızı Zərərçəkmiş şəxs sağ budun cərrahi boyunun qapalı yerdəyişən sınığı və sol baldırın ön orta 1/3-nin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirilməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində mərhum arvadı Yaqut Kazımova, qaynı Tural Qarayev, qızları Zərərçəkmiş şəxs və Fidan Səfərova ilə birlikdə idarə etdiyi Mercedes Benz D300 minik markalı **-EE-*** dövlət nömrə nişanlı avtomobillə 90-100 km/saat sürətlə yaşadıqları Mingəçevir şəhərindən Qəbələ rayon Vəndam qəsəbəsinə gedərkən Ağdaş-Zarağan magistral yolu ilə yolun sağ hərəkət zolağı ilə üzü Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən Qəbələ rayonunun Savalan kəndi ərazisində öndə olan döngədən təxminən 8-10 metr məsafədən sonradan adını bildiyi Sadiq Əliyevin idarə etdiyi Mercedes Benz minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qəbələ şəhəri istiqamətindən Ağdaş şəhəri istiqamətinə hərəkətdə olub öz sağ hərəkət zolağından çıxıb onun hərəkət zolağı ilə üzərinə gəldiyini görmüş, həmin vaxtı mərhum Sadiq Əliyevin idarə etdiyi avtomobil öz yolundan çıxıb onun yolu ilə üzərinə gəldiyinə görə yolun sağ tərəfində yer olmadığı üçün hadisədən yayınmaq məqsədi ilə sola istiqamətlənib avtomobili yolun soluna tərəf Sadiq Əliyevin yoluna çıxartmışdır. Bu zaman qarşıdan gələn avtomobil öz yoluna qayıtdığından yolun solunda idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə Sadiq Əliyevin idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş vermiş, hər iki avtomobil çəpəki vəziyyətdə yolun solunda hərəkətsiz vəziyyətdə dayanmışlar. Yol nəqliyyat hadisəsi nəticəsində sürücü Sadiq Əliyev hadisə yerində ölmüş, özü, arvadı Yaqut, qaynı Tural, qızları Mehriban və Fidan müxtəlif bədən xəsarətləri almışlar. Arvadı Yaqut isə almış olduğu bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Zərərçəmiş şəxslərlə barışmış, dəymiş ziyanı ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində bildirmişdir ki, mərhum X20 doğma oğlu olmaqla özünə məxsus olan Mercedes Benz minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ağdaş şəhərləri istiqamətində taksi fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2022-ci il tarixdə saat 1930 radələrində yaşadığı evdə olarkən oğlu X23 rayonu Savalan kəndi ərazisində idarə etdiyi avtomobil ilə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdirildiyini eşitdikdən sonra Ağdaş rayon Mərkəzi xəstəxanasına gəlmiş, orada oğlu Sadiqin yol nəqliyyat hadisəsi nəticəsində hadisə yerində öldüyünü bilmişdir. Sonradan oğlu Sadiq Əliyevin həmin tarixdə saat 19 radələrində idarə etdiyi avtomobili ilə Qəbələ şəhəri istiqamətindən Ağdaş şəhəri istiqamətinə hərəkətdə olarkən Qəbələ rayon Savalan kəndi ərazisində həmin vaxtı onunla əks istqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşması nəticəsində öldüyü ona məlum olmuşdur. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum X15 onun doğma qızı olmaqla Təqsirləndirilən şəxs isə mərhum qızının əri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində nəvəsi X10 mobil telefonu ilə ona zəng vuraraq Mingəçevir şəhərindən Qəbələ rayonunun Vəndam qəsəbəsinə onlara qonaq gələrkən Qəbələ rayonunun Savalan kəndi ərazisində yol nəqliyyat hadisəsinə düşdüklərinə görə Ağdaş rayon Mərkəzi Xəstəxanasında olmaları barədə məlumat verdikdən sonra Ağdaş rayon mərkəzi xəstaxana getmiş, yolda Qəbələ rayonunun Savalan kəndi ərazisində “Daş üyütmə” zavoduna çatmağa təxminən 200-250 metr məsafə qalmış üzü Ağdaş rayonu istiqamətinə yolun sağında kürəkəni Elsevərin gümüşü metal rəngli Mersedes markalı avtomobili ilə digər gümüşü metal rəngli Mersedes markalı dövlət nömrə nişanını bilmədiyi avtomobillərin qəzalı vəziyyətdə olduqlarını görmüşdür. Ağdaş rayon mərkəzi xəstaxanasına gəldikdən sonra kürəkəni Təqsirləndirilən şəxs, nəvələri Fidan Səfərovanın və Zərərçəkmiş şəxs Mingəçevir şəhər xəstaxanasına göndərildiyini, oğlu Tural Kazımovun isə Ağdaş rayon Mərkəzi Xəstəxanasında olduğu, qızı Yaqut Səfərovanın vəziyyətinin isə daha ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bilmişdir. Qızı Yaqut həmin xəstəxanada 4 gün qaldıqdan sonra aldığı xəsarətlərdən orada ölmüş, sonradan kürəkəni Elsevərin idarə etdiyi avtomobil ilə əks istiqamətdə Ağdaş rayon istiqamətinə hərəkətdə olan Ağdaş rayon sakini Sadiq adlı şəxsin idarə etdiyi Mersedes Benz markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş verdiyini bilmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində mərhum anası Yaqut Səfərova, dayısı Tural Qarayev və bacısı Fidan Səfərova birlikdə atası Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz D300 markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Mingəçevir şəhərindən Qəbələ rayonunun Vəndam qəsəbəsinə babası evinə qonaq gedərkən atasının idarə etdiyi avtomobilində arxa orta oturacaqda, dayısı Tural ön sağ oturacaqda, mərhum anası Yaqut Səfərova arxa sağ oturacaqda, bacısı Fidan isə arxa sol oturacaqda əyləşmişlər. Atası Elsevər avtomobili Ağdaş-Zarağan magistral yolu ilə təxminən 90-100 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə üzü Qəbələ şəhəri istiqamətinə hərəkətdə olarkən Qəbələ rayonunun Savalan kəndi ərazisində öndə olan yoxuşdan təxminən 40-45 metr məsafədən sonradan adını bildiyi Sadiq Əliyevin idarə etdiyi gümüşü metal rəngdə Mercedes Benz markalı avtomobil ilə Qəbələ şəhəri istiqamətindən Ağdaş şəhəri istiqamətinə hərəkətdə olub öz sağ hərəkət zolağından çıxıb yolları ilə üzərlərinə gəldiyini görmüş, həmin vaxtı atası Elsevər mərhum Sadiq Əliyevin idarə etdiyi avtomobilin öz yolundan çıxıb onların hərəkət yolu ilə üzərlərinə gəldiyini görərək yolun sağ tərəfində yer olmadığından hadisədən yayınmaq üçün sola istiqamətlənib avtomobili yolun soluna tərəf Sadiq Əliyevin yoluna çıxartmış, bu zaman Sadiq Əliyev öz yoluna qayıtdığı üçün yolun solunda atası Elsevərin idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə Sadiq Əliyevin idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş verdikdən sonra hər iki avtomobil yolun solunda üzü Ağdaş şəhəri istiqamətinə doğru hərəkətsiz vəziyyətdə dayanmışlar. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış, anası və qarşı tərəfdən gələn avtomaşının sürücüsü aldıqları xəsarətlərdən ölmüşdür. Təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 1915 radələrində idarə etdiyi Hundai Accent markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş- Zarağan magistral yolu ilə Qəbələ şəhəri istiqamətindən Ağdaş rayonuna gedərkən Savalan kəndi ərazisində Daş üyütmə zavoduna çatmağa təxminən 200-300 metr qalmış magistral yolda adamların toplaşdığını, oraya yaxınlaşdıqda isə yolun sağ hərəkət hissəsində çəpəki vəziyyətdə biri asfalt yolda, digəri isə ehtiyyat hissədə olmaqla üzü Ağdaş şəhəri istiqmətində hər ikisi gümüşü metal rəngdə olan Mercedes Benz markalı avtomobillərin qəzalı vəziyyətdə olduqlarını görmüş, hadisə yerinə yaxınlaşdıqda Mersedes Benz S300 markalı avtomobillə Mercedes Benz C 180 markalı avtomobillərin toqquşduğunu görmüşdür. Mersedes Benz S300 markalı avtomobildə heç kim olmamaqla içərsində olan şəxslər xəsarət aldıqları üçün Ağdaş rayon Mərkəzi xəstəxanasına aparılmış, Mercedes C 180 markalı avtomobilin sürücüsü isə sıxılıb qalmışdır. Avtomobil hadisədən zədələnərək tüstülədiyinə görə hadisə barəsində zəng vuraraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra orada olan şəxslərin köməkliyi ilə avtomobilin üzərinə su tökülərək yanmasının qarşısı alınmışdır. Eləcə də avtomobilin sürücüsü orada olan şəxslərin köməkliyi ilə avtomobildən çıxarılaraq Ağdaş rayon mərkəzi xəstəxnasına yola salmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışları Şahid2, Şahid3 və Şahid6 ilə birlikdə idarə etdiyi Lexus markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhərindən Qəbələ şəhərinə gedərkən Qəbələ rayon Savalan kəndi ərazisinə daxil olan vaxt öndə yolun sağ hərəkət zolağı ilə beton qarışdıran avtomobil, həmin avtomaşından arxada isə Mercedes Benz 300D **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 60-70 km/saat surətlə hərəkət etmiş, hər iki avtomobillərə çatıb soldan manevr edib keçərək hərəkətini yolun sağı ilə təxminən 70-80 km/saat surətlə davam etdirmişdir. Hər iki avtomobili keçərək təxminən 100-150 metr uzaqlaşdıqdan sonra Mercedes Benz 300D markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan yüksək surətlə gəlib idarə etdiyi avtomobili soldan manevr edib ötüb keçməklə yolun sağına keçib hərəkətini davam etdirmişdir. Həmin avtomobil ondan təxminən 110-130 metr uzaqlaşıb nisbətən sola döngəli olduğu üçün getdiyi yoldan yolun soluna tərəf əks istiqamətli yola tərəf çıxmışdır. Həmin vaxt Qəbələ şəhər istiqamətindən Ağdaş şəhəri istiqamətinə doğru hərəkətdə olan Mercedes Benz C 180 markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, buna görən Mercedes Benz C180 ** EB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mercedes Benz 300D ** EE *** dövlət nömrə nişanlı minik avtomobilin üzərinə gəldiyinə görə hadisədən yayınmaq üçün sükanı əks istiqamətli yola tərəf yəni Mercedes Benz 300D **-EE-*** dövlət nömrə nişanlı minik avtomobilinin yoluna çıxmışdır. Həmin vaxt Mercedes Benz 300D **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz yoluna qayıtmış, Mercedes Benz C180 **-EB-*** dövlət nömrə nişanlı avtomobilinin sürücüsü idarə etdiyi avtomobili yolun soluna tərəf çəkmək istədikdə Mercedes Benz 300D **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yenidən öz yolundan çıxıb yolun soluna tərəf Mercedes Benz C180 **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yoluna çıxaraq həmin yolda hər iki avtomobil ön tərəfi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən kimi oradan keçən və hadisəni görən şəxslər yığışaraq avtomobildə olan şəxsləri maşından çıxardıqları üçün hadisə yerində dayanmayıb hərəkətini davam etdirməklə Qəbələ rayonuna getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Qəbələ rayon X21 X28 yol patrul xidməti inspektoru işləyən Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə yol patrul xidməti inspektoru Kazım Kazımlı ilə birlikdə Qəbələ şəhəri ərazisində xidmətdə olduqları vaxt saat 1930 radələrində Qəbələ rayon X16 Hissəsindən Qəbələ rayonunun Savalan kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında hadisə yerinə gedərkən yol-nəqliyyat hadisəsinin Çınqıl zavoduna çatmamış təxminən 200-250 metr geridə baş verdiyini, gümüşü metallik rəngli Mercedes Benz S300 minik markalı avtomobil ilə, gümüşü metallik rəngli Mercedes Benz C180 minik markalı avtomobillərin qəzalı vəziyyətdə üzü Ağdaş rayonu istiqamətinə doğru çəpəki vəziyyətdə yanba-yan hərəkətsiz vəziyyətdə dayandığını görmüşdür. Mercedes Benz D300 minik markalı avtomobil asfalt örtüklü yolda, Mercedes Benz C180 minik markalı avtomobil isə ehtiyyat hissədə dayanmış, avtomobillərin sürücüləri, eləcə də avtomobillərdə olan sərnişinlər xəstəxanaya aparıldıqları üçün hadisə yerində olmamışlar. Sonra əməliyyat-istintaq qrupu hadisə yerinə gələrək onun da iştirakı ilə hadisə yerinə baxış keçirmiş, yol nəqliyyat hadisəsi Ağdaş rayonu istiqamətində Mercedes Benz C 180 minik markalı avtomobilin sürücüsünün yolunda baş vermişdir. Hadisə baş vermiş yerdə heç bir tormoz izi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 31 avqust 2022-ci il tarixli 24 nömrəli rəyində göstərilmişdir ki, X12 meyitində ağır dərəcəli travmatik şok, döş qəfəsinin sol tərəfində ön qoltuqaltı xətt üzrə 4cü, 5-ci, 6-cı 7-ci və 8-ci qabırğaların sınığı, çanaq sümüklərinin yerini dəyişən sınığı, sağ bud sümüyünün yuxarı və aşağı 1/3-nin qapalı yer dəyişən qəlpəli sınığı, sol budun aşağı1/3-nin qapalı yerini dəyişən sınığı, sağ qamış sümüyünün yuxarı və aşağı 1/3-nin açıq qəlpəli yerini dəyişən sınığı, başın arxa ənsə nahiyyəsinin, sağ baldırın ön orta və yuxarı 1/3-nin, sağ baldırın ön aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alının sağ hissəsinin, alının sol hissəsinin, iki qaşın arasının, sol qaşın altının, burunun, boyunun sağ tərəfinin, döş qəfəsinin, qarının ön aşağı hissəsinin, sağ bazunun içəri aşağı 1/3-nin, sağ saidin içəri yuxarı 1/3-nin, sağ saidin bayır aşağı 1/3-nin, sağ budun ön aşağı 1/3-nin, sol baldırın içəri orta 1/3-nin, sol saidin bayır orta 1/3-nin, sol əlin bayır tərəfinin və sağ əlin üstünün sıyrıqları kimi xəsarətləri vardır. Həmin xəsarətlər 05 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. X12 ölümünə səbəb ağır dərəcəli travmatik şok olmuşdur.Onun ölümü ilə 05 avqust 2022-ci il tarixdə aldığı ağır bədən xəsarətləri ilə bir başa səbəbli əlaqəsi vardır. X12 meyitində aşkar edilən xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər, ağırlıq dərəcəsinə görə ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. X12 meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir və aşkar edilən həmin etil spirtinin qatılığı canlı şəxslərdə orta dərəcəli sərxoşluq törəməsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 31 avqust 2022-ci il tarixli 24 nömrəli rəyində göstərilmişdir ki, mərhum X8 meyitində açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, alının sağ qaşüstü və sağ alın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafının dərialtı hematoması, döş qəfəsinin ön sağ yuxarı hissəsinin sağ bazunun bayır orta 1/3nin, sağ saidin yuxarı 1/3-nin, sağ saidin ön orta 1/3-nin, sol bazunun bayır aşağı 1/3-nin, sol saidin içəri yuxarı 1/3-nin, sağ mil-bilək oynağının bayır tərəfinin, sol budun ön yuxarı 1/3-nin, sol baldırın ön yuxarı dizə yaxın hissəsinin, sol baldırın ön orta aşağı və içəri orta 1/3-nin, sağ diz oynağının iç səthinin sağ baldırın ön yuxarı içəri və bayır hissələrinin, sağ ayağın üst səthinin qançırları kimi xəsarətləri vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə aiddir. Qeyd olunan xəsarətlər 05 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərlər. X8 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə bir başa səbəbli əlaqəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 474 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ budun cərrahi boyunun qapalı yerdəyişən sınığı və sol baldırın ön orta 1/3-nin sıyrığı kimi xəsarətləri vardır ki, qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən 05 avqust 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə biləcəyi, həmin xəsarətin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarətinə aid olduğu göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 473 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ iç topuğunun sınığı, sol əlin İ daraq sümüyü nahiyyəsinin əilmişcırılmış yarası, sağ əlin üst səthinin sıyrığı və sol çiyinin ön səthinin qançırı kimi xəsarət vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yəni 05 avqust 2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməyol nəqliyyat və trasoloji ekspertizasının 27 dekabr 2022-ci il tarixli 8/3029-8/3037 nömrəli rəyində göstərilmişdir ki, ilkin kontakt anında Mercedes Benz 300D minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə Mercedes Benz C180 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 25-30 dərəcə bucaq altında baş vermişdir. Mercedes Benz 300D minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü bəndinin, 69-cu maddədinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.Ə.X24 300D markalı avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saatdan artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Benz C180 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətini müəyyən etmək mümükün olmadığından həmin avtomobilin sürücüsü X12 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. Toqquşma yerinin Mercedes Benz C180 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, yəni Ağdaş şəhəri istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin ortasından sağa doğru 1,3 məsafədə yerləşməsi nəzərə alınmaqla Mercedes Benz 300D minik markalı **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, həmin avtomobildə sərnişin qismində olmuş X11, Zərərçəkmiş şəxs və X6 ifadələrində göstərdikləri hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə komsiyon məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17 mart 2023-cü il tarixli 8/534 nömrəli rəyində göstərilmişdir ki, Mercedes Benz 300D minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü bəndinin, 69-cu maddədinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.Ə.X24 300D markalı avtomobili yaşayış məntəqəsindən kənarda 90/km saatdan artıq, yəni 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Benz C180 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X12 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. X25 Mercedes Benz C180 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsindən kənarda 90 km/saatdan artıq, yəni 100 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 603 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 11 yanvar 2023-cü il tarixli 09 nömrəli rəyind göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 avqust 2023-cü il tarixli 2942/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmiş və o, ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 156 nömrəli protokolda Təqsirləndirilən şəxs hadisə baş verən tarixdə yəni 05 avqust 2022-ci il tarixdə ayıq vəziyyətdə olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ RPŞ-nin DYPB-nin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs adına X5 “B” kateqoriyalı AC603750 saylı (xx.xx.2014-xx.xx.2024) sürücülük vəsiqəsi qeydə alınmış, sürücülük hüququ məhdudlaşdırılmadığı, eyni zamanda həmin yol nəqliyyat hadisəsinin baş verdiyi Ağdaş- Zarağan yolunun 11-ci kilometrliyində maksimum sürət həddinin 90 km/saat müəyyən edildiyi qeyd edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 10 nömrəli "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 117 nömrəli məktubunda yol nəqliyyat hadisəsinin Ağdaş-Zarağan Respublika əhəmiyyətli avtomobil yolunun Qəbələ rayonu Savalan kəndi ərazisindən keçən 11+650-ci km də baş verdiyi, Ağdaş şəhərindən Qəbələ şəhəri istiqamətinə doğru toqquşma yerinə çatmağa 40 m qalmış sağa doğru a= 1400 r=6.0 radiusda döngə başlayaraq Ə=47 m davam etdiyi, toqquşma yerinə çatmağa 40 m qalmış bitərək yolun düzəldiyi, eyni zamanda Ağdaş şəhəri istiqamətinə doğru toqquşma yerinə çatmağa 25 m məsafə qalmış hissədə i=4% yoxuş (maillik) başlayaraq toqquşma yerindən sonra da ümumilikdə 95 m davam etdiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2022ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər Rayonlararası Dispanserinin 06 yanvar 2022-ci il tarixli 11 nömrəli məktubunda Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmadığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir Şəhər X1 25 yanvar 2023-cü il tarixli 49 nömrəli məktubunda Təqsirləndirilən şəxs Mingəçevir Şəhər X2 psixiatrik qeydiyyatda olmadığı və müraciət etmədiyi göstərilmişdir. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 5 ünvanında yaşamaqla himayəsində 2011-ci il təvəllüdlü Eldar Səfərov adında bir azyaşlı uşaqları vardır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. Qətimkan tədbirinin seçilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsini məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ölmüş zərər çəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Zərərçəkmiş şəxslərlə barışdığına görə məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış və iş yerindən müsbət səciyyələndirilməsi, himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla dörd uşağının olması və ailəsinin yeganə qazanc gətirəni olması, özünün də yol nəqliyyat hadisəsi nəticəsində az ağır dərəcəli bədən xəsarətləri almasını, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxsin onunla barışaraq ondan heç bir şikayət və tələblərinin olmamasını, ölmüş zərərçəkmiş şəxslərdən birinin yaxın qohumu olan arvadı və digər zərərçəkmiş şəxsin onun qızı olmasını və törətdiyi cinayət əməli nəticəsində vurulmuş ziyanı tam ödəməsi, yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş digər nəqliyyat vasitəsinin sürücüsünün sərxoş olması kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 03 (üç) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmə hesab edir ki, CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 378 AZN (üç yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 378 AZN (üç yüz yetmiş səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və X32 MMC-nin avtomobil təmiri sexinin duracağında saxlanılan “Mercedes Benz 300D minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs, Mercedes Benz C180 minik markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi X13 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Nahid Mirzəyev Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-153/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-153/2023
25.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver