Məhkəmə qərarları › İş №1(091)-154/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-154/2021

11.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-154/2021 11.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – X5, Müdafiəçilər – Müdafiəçi3, Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi5 və Müdafiəçi1, 11 avqust 1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 24 may 1994-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1964-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxx 1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli və himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qərarı ilə cəzası 08 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda - 5,291 qram narkotik vasitə - heroini və 3,67 qram narkotik vasitə - qurudulmuş marixuananı özündə saxlamış, daha sonra tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin heroinin külli miqdar hesab olunan 5,123 qramını satmaq qərarına gəldiyindən, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində 5,123 qram heroini Yevlax şəhəri, M.Hüseyn küçəsindən Yevlax şəhəri, E.Ağayev küçəsinə daşıyaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə almaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğluna 150 manata qəsdən satmış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüş, həmçinin 09 yanvar 2021-ci il tarixdə saat 22:40 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Yevlax şəhər, Q.B.Zakir küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibində qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığı külli miqdarda narkotik vasitədən qalan qara rəngli bükülüdə saxladığı 0,168 qram narkotik vasitə olan heroin və 1 ədəd kibrit qutusunda və 2 ədəd ağ rəngli bükülüdə saxladığı 3,67 qram qurudulmuş marixuana aşkar olunub qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxladığı külli miqdarda - 5,291 qram narkotik vasitə olan heroinin külli miqdar hesab olunan 5,123 qramını aralarında olan razılaşmaya əsasən 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində Yevlax şəhəri, M.Hüseyn küçəsindən Yevlax şəhəri, E.Ağayev küçəsinə qəsdən daşıyaraq orada 150 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə almaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğluna qəsdən satmış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman külli miqdarda - 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğlu ilə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 Abdühəlim oğluna narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Təqsirləndirilən şəxs5 Yevlax şəhəri, M.Hüseyn küçəsində Təqsirləndirilən şəxs1 verərək sonuncunun Təqsirləndirilən şəxs2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Musayev X3 şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs4 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğlu ilə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən onun Təqsirləndirilən şəxs5 Abdühəlim oğluna narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Təqsirləndirilən şəxs5 Yevlax şəhəri, M.Hüseyn küçəsində Təqsirləndirilən şəxs1 verərək sonuncunun Təqsirləndirilən şəxs2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Musayev X3 şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs5 Abdühəlim oğlu tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 ona narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Yevlax şəhəri, M.Hüseyn küçəsində Təqsirləndirilən şəxs1 verərək sonuncunun Təqsirləndirilən şəxs2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi olmadan Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs5 Abdühəlim oğlu, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Yevlax şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuana istifadəçisidir. 08 yanvar 2021-ci il tarixdə küçədən narkotik vasitə olan marixuana və heroin tapmış, istifadəçi olduğuna görə özündə saxlamışdır. Vaxtını dəqiq xatırlamasa da, Mətləbin ona pul borcu olmuş, o, borcunu qaytardığı üçün həmin vaxtdan 2-3 saat sonra tapdığı narkotik vasitə olan təxminən çəkisi 1,5 qram heroini özü istifadəçisi olmadığına görə sellafon torbada kağıza bükülü şəkildə Fərid vasitəsi ilə heroin istifadəçisi olduğunu bildiyi Mətləbə göndərmiş, marixuananı isə özünə götürmüşdür. Fərid sellafon torbanın içində nə olduğunu ondan soruşmamış, o, da sellofandakının narkotik vasitə olduğunu deməmişdir. Fəridə içində narkotik vasitə olan sellafon torbanı verdikdən sonra Mətləbin küçənin başında olduğunu, həmin sellafon torbanı ona verməsini bildirmişdir. Fəridin həmin sellafon torbanın içində nə olduğundan xəbəri olmamışdır. Polis əməkdaşları Mətləbi saxlayıb ondan narkotik vasitəni aşkar etmişlər. Lakin onlar aşkar etdiyi narkotik vasitənin çəkisi onun göndərdiyi vasitənin çəkisindən çox olmuş və bu barədə işi aparan müstəntiqə bildirmişdir. Polis şöbəsində ona təsir-təziq olunması nəticəsində etirafedici ifadələr vermişdir. Mətləbdən aşkar edilən təxminən çəkisi 1,5 qram heroini Mətləbə özü göndərmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış zamanı cibində olan tapdığı narkotik vasitə marixuananı təqdim etmişdir. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2la birlikdə qaz idarəsində işləmiş, həmin günü işdən birlikdə çıxmışlar, həm yorulduğuna, həm də Fərid ilə Mətləb qonşu olduğuna görə sellefon torbanı Fəridə vermişdir ki, Mətləbə versin. Mətləb ona olan borcunu Maqa ləqəbli şəxsdən göndərmişdir. Mətləb pulu ona göndərməmişdən əvvəl aralarında telefon danışığı olmuş, danışıq zamanı Mətləb pulu Maqa ləqəbli şəxs vasitəsi ilə göndərdiyini bildirmişdir. Məmmədlə arasında heç vaxt telefon danışığı olmamışdır. Mətləbin adının Məmməd olduğu Maqa ləqəbli şəxsdən ona göndərdiyi pulun nə məqsədlə verildiyindən məlumatı olmamış, həmçinin onun Mətləbə göndərdiyi sellafon torbanın içində nə olduğundan Məmmədin məlumatı olmamışdır. İbtidai istintaq zamanı videçəkiliş aparılmaqla müstəntiq onu dindirmiş, həmin zaman ona polis əməkdaşları tərəfindən təsir və təyziq olduğundan, qorxduğu üçün etrafedici ifadələr vermiş, Mətləbdən aşkar olunan 5 qram narkotik vasitə heroinin ona məxsus olduğunu bildirmişdir. Himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs1 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il 6 aydır ki, narkotik vasitədən istifadə edir, narkotik vasitə aludəçisidir, narkotik vasitə kimi qurudulmuş marixuanadan istifadə edir, demək olar ki, hər gün qurudulmuş marixuanadan istifadə edir. 08 yanvar 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində Yevlax şəhərində yaşadığı Mehdi Hüseyn küçəsindən mağazaya tərəf çörək almağa getmiş, bu zaman mağazaya çatan zaman mağazanın yanında yerləşən zibilxananın yaxınlığında yerdə 1 ədəd kibrit qutusu, 2 ədəd ağ rəngli bükülü, 1 ədəd isə ağ rəngli bükülü görmüş, 1 ədəd kibrit qutusunu və 2 ədəd ağ rəngli bükülünü açıb baxan zaman içərilərində qurudulmuş marixuananın olduğunu görmüş, daha sonra isə 1 ədəd ağ rəngli bükülünü açıb baxan zaman içərisində narkotik maddə olan heroin olduğunu görmüşdür. Qurudulmuş marixuananı və heroini götürüb mağazadan çörək alıb yaşadığı evə qayıtmış, səhərsi gün 09 yanvar 2021-ci il tarixdə günortadan sonra saat təxminən 15:10 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə əvvəllər tanıdığı Mətləb adlı şəxsin mobil nömrəsindən zəng gəlmiş, bu zaman Mətləbə bir gün əvvəl yaşadığı küçədə yerdən qurudulmuş marixuana və heroin tapdığımı demiş, Mətləb, heroini “mənə” sat demiş, Mətləbə heroini 150 manata sata biləcəyini söyləmişdir. Mətləb onunla razılaşaraq heroin almaq üçün bir nəfəri göndərəcəyini bildirmiş, o da Mətləbə heroini bir nəfər şəxslə göndərəcəyini demişdir. Həmin gün saat təxminən 15:50 radələrində iş yoldaşı Fəridlə danışmış, Fərid onlara gələcəyini demiş, Təxminən saat 16:30 radələrində yaşadığı küçədə evinin yaxınlığında dayanan zaman əvvəllər üzdən tanıdığı, adını bilmədiyi Maqa ləqəbli şəxs yanına gələrək Mətləbin onu göndərdiyini bildirmişdir. Maqa ləqəbli şəxs Mətləbin 150 manat göndərdiyini deyərək 150 manat pulu ona verib getmiş, Maqa ləqəbli şəxsin Mətləblə aralarında olan alış-verişi bilibbilmədiyindən xəbəri olmamış, təxminən 5-10 dəqiqə sonra Mətləb mobil telefonu ilə ona zəng edib 150 manat pulun çatıb-çatmadığını soruşmuş, o da çatdığını demiş, Mətləbə heroini göndərəcəyini demişdir. Həmin vaxt iş yoldaşı Fərid evinə qonaq gəlmiş, Fəridə 1 ədəd bükümdə heroinin bir hissəsini verib Mətləbə çatdırmasını bildirmiş, Fərid də bununla razılaşıb heroini Mətləbə çatdırmışdır. Həmin gün təxminən axşam saat 22:40 radələrində özünə məxsus Opel markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, X22 küçəsində yaşayan xalasının yanına getmiş, bu zaman anası Sayalı da yanında olmuş, xalası gilin evinin yanında avtomobildən düşən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib polis şöbəsinə getməli olduğunu bildirmiş, onlara etiraz etməyərək birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu, 2 ədəd ağ rəngli bükülü, 1 ədəd isə qara rəngli bükülü, sağ yan cibimdən 722 manat pul, avtomobilin açarı, əynində olan gödəkçənin cibindən isə 1 ədəd mobil telefon aşkar edilmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun iş yoldaşı olmuşdur. Təxminən iki il əvvəl qaz istismar idarəsində işə düzəldikdən sonra şəxsi ehtiyacları olduğu üçün Feruzdan 1000 manat sələmə pul götürmüş, bunun müqabilində təxminən iki-üç ay əvvəl əmək haqqı kartını Feruza vermiş, daha sonra Feruza olan sələm borcunu bağlamaq üçün özünə məxsus VAZ 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş, avtomobili Feruza satmaq istəmiş, Feruz da bununla razılaşmışdır. 09 yanvar 2021-ci il tarixdə saat təxminən 16:15 radələrində tanımadığı taksi ilə X19 küçəsindəki yaşadığı evə getmiş, Feruzla avtomobilini ona satmaq barədə danışmış, avtomobilin nasaz olduğunu, düzəlməli olduğunu demiş, Feruz ona evə getməyini, birazdan özünün də onlara gələcəyini demişdir. Feruz ona “evə gedirsənsə sənə 1 ədəd sellofan torba verim, onu qonşunuz Mətləbə verərsən” demiş, Feruzla razılaşmış və 1 ədəd sellofan torbanı Feruzdan götürüb evə getmişdir. Yaşadığı küçəyə çatan zaman Mətləbi görmüş, Mətləb həmin vaxt avtomobildən düşüb ona yaxınlaşmış, Feruzun verdiyi 1 ədəd sellofan torbanı Mətləbə vermiş, həmin vaxt avtomobildə Mətləblə birlikdə üç nəfər şəxs olmuş, ancaq onların kim olduqlarını bilməmişdir. Həmin gün təxminən axşam saat 21:15 radələrində yaşadığı küçədə olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib polis şöbəsinə getməli olduğunu demiş, onlara etiraz etməyərək birlikdə Yevlax rayon polis şöbəsinə getmişdir. Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Mətləbə vermək üçün Feruzdan aldığı sellofan torbanın içərisində narkotik vasitənin olmasından xəbəri olmamışdır. Polis şöbəsində ona edilən təsir və təzyiq nəticəsində qorxduğu üçün izahatında Feruzun Mətləbə göndərdiyi sellafon torbanın içində nə olduğundan məlumatının olduğunu bildirmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını bildirmiş, lakin bu barədə prokurorluq orqanına və yaxud başqa hər hansı bir orqana savadsız olduğu üçün müraciət etməmişdir. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai araşdırmanın ilkin dövründə verdiyi izahatı arasında, o cümlədən üzərində müdafiəçinin iştirakı ilə video çəkilişlə aparılan şəxsi axtarış zamanı şifahi sorğu-sual olunarkən qeyd etdikləri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai araşdırma zamanı verdiyi izahatı elan olunmaqla tədqiq olunmuş, həmçinin üzərində aparılan şəxsi axtarışın protokolu elan olunmaqla və video görüntüsü məhkəmə iclasında izlənməklə tədqiq olunmuş və həmin vaxt Təqsirləndirilən şəxs2 göstərmişdir ki, “...09.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona narkotik vasitə heroin verərək həmin narkotik vasitəni tanışı Mətləb adlı şəxsə verməyini istəmiş, ona görə də o, Feruzdan götürdüyü bir ədəd bükümdəki narkotik maddə olan heroini Mətləbə vermişdir. Təqsirləndirilən şəxs1 həmin bükümü ona verən zaman bükümün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu bildirmişdir.” Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2021-ci il tarixdə onun yaxın qohumu rəhmətə getdiyindən, ailəsi ilə birgə “baş sağlığı” vermək üçün yas yerinə getmiş, Təqsirləndirilən şəxs4 da yas yerində görmüşdür. Aqil onun qohumu olmuşdur. Bir qədər vaxt keçdikdən sonra Aqil şəhərdə yas mərasimi olduğunu və onunla birlikdə ora getməyini xahiş etmiş, o isə həmin adamı tanımadığını bildirmişdir. Bu zaman Aqil ona “imkan varsa avtomobili ver mən özüm gedim” demişdir. O, isə Aqilə həmin yas mərasimində çox qalmasa onunla gedə biləcəyini bildirmişdir. Aqil də yas mərasimində çox qalmayacağını demişdir. Belə olub birlikdə yas yerinə getmişlər. Həmin yas yerində çox qalmamışlar. Bir müddət sonra geri qayıdarkən avtomobili Aqil idarə etmiş və həmin vaxt Məmmədi yolun kənarında görmüşlər. Aqil avtomobili Məmmədin yanında saxlamış, Məmməd avtomobilə yaxınlaşaraq evə getmək istədiyini demişdir. Bir qədər gedəndən sonra Aqil ondan telefonunda kontur olub-olmadığını soruşmuş, o da telefonunda kontur olduğunu bildirmişdir. Aqil onun telefonunu götürüb kiminləsə danışmış, ona maraqlı olmadığı üçün kiminlə danışdığına fikir verməmişdir. Aqil avtomobili Elçin Ağayev küçəsi istiqamətə sürmüş, Elçin Ağayev küçəsində olarkən Aqil ondan soruşmuşdur ki “siz tərəfdə Fərid adlı uşaq var, onu tanıyırsan?” O isə Fəridi sürücü kimi tanıdığını bildirmişdir. Aqil ondan Fəridin mobil telefon nömrəsini bilib-bilmədiyini soruşduqda o, Fəridin telefon nömrəsini bilmədiyini demişdir. Aqil avtomobili Fəridin yaşadığı evə tərəf sürmüş, Fəridin avtomobilinin yaşadığı evin qapısının yanında olduğunu görmüşdür. Aqil avtomobili saxlamış, həmin vaxt avtomobilə yaxınlaşan Fərid avtomobilin pəncərisdən sellafon torba vermiş və o, torbanı götürəndə Aqil əlindən həmin sellafon torbanı almışdır. Aqil əlini torbanın içinə salmış, içindən əşya çıxarmış, həmin əşyanı açdıqda içindən narkotik vasitə çıxmışdır. Həmin zaman o, avtomobildən düşüb Aqil əyləşən tərəfə getmiş və Aqildən avtomobildən düşməsini xahiş etmişdir. Aqil də ona demişdir ki, gedək yaxınlıqda düşəcəkdir. Həmin zaman Məmməd də Aqil ilə mübahisə etmiş, lakin nəyə görə mübahisə etdiklərini bilməmişdir. Yola düşüb gələndə polis əməkdaşları onları saxlamışdır. Saxlanılan zaman Fərid verən həmin əşya ona məxsus olan avtomobilin sürət qutusunun yanında olduğundan, həmin əşyanı götürüb atmaq istəyəndə polis əməkdaşları həmin əşyanı onun əlində tutmuşlar. Polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Onun qollarını, ayaqlarını bağlayıb onu döymüşlər. Polis şöbəsində demişdir ki, həmin əşya onun deyil, Aqilindir. Polis əməkdaşları onu döymüşlər, daha sonra videoçəkiliş aparılmışdır. Avtomobildə olan bükümdən daha yekə büküm gətirmişlər. O, çox döyüldüyündən, qorxusundan müdafiəçisi Fərhad müəllimə polis əməkdaşlarının onu döydüyünü bildirməmişdir. Qarşısına sənədlər qoyulmuş və ondan imza etməsi tələb olunmuşdur. Müstəntiq “arxeyin ol, burda sənin pisliyinə heç nə yazılmayıb” deyə bildirmiş və ona imzalamalı olduğu yerləri göstərmişdir. O, da deyilən yerlərə imza etmişdir. Qeyd olunanlar nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs3 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən səkkiz ildir ki, narkotik vasitədən istifadə edir, narkotik vasitə aludəçisidir, narkotik vasitə kimi qurudulmuş marixuanadan istifadə edir. 09 yanvar 2021-ci il tarixdə saat təxminən 16:15 radələrində Yevlax şəhərində yerləşən Ərəb marketin yaxınlığında dayanan zaman əvvəllər tanıdığı qohumu olan Aqil adlı şəxs ona yaxınlaşaraq “gedək Cəfər Cabbarlı küçəsinə bir nəfər şəxs var onu götürək” demiş, Aqilə benzininin olmadığını bildirmiş, Aqil bu zaman avtomobilinə benzin vurmas ıüçün ona 4 manat pul vermişdir. Aqillə birlikdə özünə məxsus olan VAZ 2106 markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsinə getmiş, həmin vaxt avtomobili Aqil idarə etmiş, Cəfər Cabbarlı küçəsində Maqa ləqəbli Məmməd adlı şəxsi götürmüşdür. Avtomobildə olan zaman Məmməd və Aqil mobil telefonunda konturun olubolmadığını soruşmuş, o da konturun olduğunu bildirmiş, Məmməd ona məxsus mobil telefonla ***-***-**-** saylı mobil nömrə ilə Feruz adlı şəxsin mobil nömrəsinə zəng etmiş, Məmmədlə Feruzun nə danışdığına fikir verməmiş, Aqil avtomobili Yevlax şəhəri, Mehdi Hüseyn küçəsinin yaxınlığında saxlamış, Məmməd avtomobildən düşüb Mehdi Hüseyn küçəsinə tərəf getmiş, bu zaman Aqil Məmmədə 150 manat pul vermiş, həmin pul Aqlin pulu olmuş, Aqilin 150 manat pulu Məmmədə nə səbəbə verdiyini bilməmişdir. Təxminən 5-10 dəqiqə sonra Məmməd geri qayıdaraq ona qonşusu Fəridə zəng etməyini bildirmiş, o, isə Fəridin mobil nömrəsinin olmadığını, ancaq indi evdə olacağını demişdir. Məmməd ona Feruzun heroini Fəridə verdiyini bildirmiş, Məmməd və Aqillə birlikdə Fəridin yaşadığı Yevlax şəhəri, Elçin Ağayev küçəsinə getmiş, həmin küçəyə çatan zaman Fərid yaşadığı evin yanında dayanmış, Fəridin dayandığı yer oturduğu qabaq oturacağın yanına düşdüyü üçün avtomobildən düşüb Fəriddən sellofan torbada heroini götürmüş, sonra isə avtomobilə oturub heroini Aqilə vermiş, Aqil sellofan torbanı açıb heroinin bir hissəsini avtomobilin surət qutusunun yanına qoymuş, qalan hissəsini isə nə etdiyini görməmişdir. Aqilə, “avtomobildən düş, çıxıb gedim evimə” demiş, Aqil ona uzaq getmədiklərini demiş, Aqillə şəhərdə biraz gəzmiş, Aqil həmin vaxt mobil telefonla danışmış, Yevlax şəhərində yerləşən Dostluq şadlıq sarayının yaxınlığına tərəf getmiş, orada Aqil avtomobili saxlamış, həmin vaxt avtomobilin surət qutusunun yanında olan heroini əlinə götürüb saxlamış, bu zaman saat təxminən 18:30 radələrində üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşları yaxınlaşan zaman heroinin bir hissəsi sellofan torbada əlində olmuş, polis əməkdaşları onları polis şöbəsinə aparmış, Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı əlində balaca sellofan torbada olan heroin aşkar edilərək götürülmüş, sonra həmin aşkar edilmiş heroin ekspertizaya təqdim olunmaq üçün qablaşdırılmış, daha sonra isə bu barədə protokol tərtib edilmiş və baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü Mətləb ilə görüşmüş və birlikdə yas mərasiminə getmişdir. Mətləbə narkotik vasitəni hardan almaq olar deyə sual vermiş, Mətləb də demişdir ki, hardansa tapmaq, düzüb qoşmaq olar. Mətləb demişdir ki, bir nəfərə verəcəyi var və həmin adam ona deyib ki, onda narkotik vasitə var, istəsə ona verə bilər. O, Mətləbdən həmin adamın kim olduğunu soruşmuş, Mətləb də həmin adamın adının Feruz olduğunu bildirmişdir. O, Feruzu və Fəridi əvvəllər tanımamışdır. Mətləbə də Feruzu tanımadığını bildirmişdir. Mətləb demişdir ki, onun Feruza verəcəyi var, lakin çoxdan qaytarmayıb deyə, verməyə utanır. Yolda Məmməd ilə rastlaşmış və Məmməddən Feruzu tanıyıb-tanımaması barədə soruşduqda o, Feruzu tanıdığını bildirmişdir. Belə olub Məmmədə Feruza çatası pulu vermişlər. Məmməd pulu Feruza verib gələn zaman Mətləbin telefonuna zəng gəlmiş, zəng edən Feruz olmuş, lakin nə danışdıqlarını bilməmişdir. Mətləb demişdir ki, “avtomobili sür gedək bizim küçəyə”. Onlar Mətləbgilin küçəsinə getdikdən sonra Mətləb küçədə Fəridlə görüşmüşdür. Daha sonra bir qədər getdikdən sonra polis əməkdaşları onları saxlamış və polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu döymüşlər. Döyülməyi ilə bağlı Gəncə şəhərində təcridxanada olan zaman vəkilinə bildirmişdir. Özü narkotik vasitə istifadəçisi olmuş, lakin həmin narkotik vasitə onun olmamışdır. Məhkəmə iclasında ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs4 göstərmişdir ki, polis əməkdaşları onu narkotik vasitəni haradan əldə etməyini öyrənmək üçün döymüş, o isə narkotik vasitənin pul ilə alınmadığını, Mətləbin tanışının verdiyini bildirmişdir. Mətləbə ağrıdığını, mal lazım olduğunu bildirmiş, Mətləb də demişdir ki, Feruzda narkotik vasitə var, lakin onun Feruza verəcəyi var, gecikdirdiyi üçün utanır. Belə olub Məmmədə 150 manat pulu özü vermişdir ki, Mətləbin Feruza verəcəyi var. 150 Manat pulu Feruzu tanımadığı üçün özü verməmişdir. Məmməd pulu aparıb Feruza verdikdən sonra Feruz Mətləbin mobil telefonuna zəng etmiş və Mətləb avtomobili onların evi istiqamətə sürməyini, orada bir nəfər şəxs ilə görüşməli olduğunu bildirmişdir. Daha sonra onlar Mətləbgilin evi tərəfə getmiş və narkotik vasitəni pay olmaqla əldə etmişlər. Narkotik vasitə ona verilməmiş, onun üzərində olmamışdır. Mətləb narkotik vasitəni özündə saxlamışdır. Avtomobildə olan zaman Məmməd Feruzla telefon vasitəsi ilə danışmamışdır. Məmməd ancaq 150 manat pulu Feruza çatdırmış, həmin pulun nə məqsədlə verilməsindən Məmmədin xəbəri olmamışdır. Bir azyaşlı uşağı təkbaşına böyütməsi nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində Təqsirləndirilən şəxs4 ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 09 yanvar 2021-ci il tarixdə saat təxminən 16:30 radələrində Yevlax şəhərində yerləşən Ərəb marketin yaxınlığında qohumu Mətləblə dayanıb söhbət etmiş, Mətləbə narkotik vasitə təşkil edib istifadə etməyi demiş, Mətləb onunla razılaşmış, həmin vaxt Mətləblə narkotik vasitə tapıb birlikdə istifadə etməklə bağlı razılığa gəlmişdirlər. Mətləblə birlikdə Mətləbə məxsus VAZ 2106 markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilllə Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsinə getmiş, həmin vaxt avtomobili özü idarə etmiş, Cəfər Cabbarlı küçəsində Rəşad adlı dostu ilə görüşmüş, Rəşadın ona 15 manat borcu olmuş, buna görə üzrxahlıq etmş, Rəşaddan narkotik vasitə təşkil edən şəxs lazım olduğunu soruşmuş, Rəşad Feruz adlı şəxsin olduğunu, narkotik vasitə təşkil etdiyini, Mehdi Hüseyn küçəsində yaşadığını bildirmişdir. Bu zaman əvvəllər tanıdığı Maqa ləqəbli Məmməd adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək hal-əhval tutmuş, evdə olduğunu bildirmiş, X15 küçəsində olduğunu demiş, Məmməd də ona küçəyə çıxacağını demişdir. Mətləblə birlikdə Cəfər Cabbarlı küçəsində Məmmədi götürərək Mehdi Hüseyn küçəsi istiqamətinə tərəf getmiş, orada dayanmış, Mətləb küçədə tanımadığı bir nəfər şəxsdən Feruzun mobil nömrəsini öyrənmiş, Mətləb öz mobil nömrəsi ilə Feruza zəng edərək narkotik vasitə lazım olduğunu demiş, Feruz Mətləblə razılaşmışdır. Mətləb Feruza pulu Məmmədə verdiyini, Məmmədin gətirəcəyini demiş, 150 manat pulu Feruza verməsi üçün Məmmədə vermiş, həmin pul Mətləbin pulu olmuş, Məmmədin həmin pulun narkotik vasitə satışı ilə bağlı olmasından xəbəri olmamışdır. Məmməd pulu götürüb getmiş, təxminən 4-5 dəqiqə sonra qayıtmış, Məmməd pulu vermiş, bir neçə dəqiqə sonra Mətləbin mobil nömrəsinə tanımadığı bir nəfər şəxsdən zəng gəlmiş, zəng edən şəxs Mətləbə narkotik vasitə siz tərəfdədir, gedin götürün demiş, Mətləbin yaşadığı Yevlax şəhəri, Elçin Ağayev küçəsinə getmiş, orada avtomobili saxlamış, Mətləb avtomobildən düşərək adının sonradan Fərid olduğunu öyrəndiyi, əvvəllər tanımadığı şəxsə yaxınlaşaraq ondan bir ədəd bükümdə heroin götürmüş, həmin heroindən Mətləblə birlikdə istifadə etmək fikirləri olmuş, Mətləb həmin narkotik vasitə-heroini istifadə etmək üçün ona vermiş, narkotik vasitə-heroindən bir hissəsini özünə götürmüş, bir hissəsini isə avtomobilin qabaq tərəfinə qoymuşdur. Daha sonra şəhərdə bir müddət gəzmiş, saat təxminən 18:30 radələrində Dostluq şadlıq sarayının yaxınlığında olan zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib polis şöbəsinə getməli olduqlarını bildirmiş, həmin vaxt polis əməkdaşlarının gəldiyini görüb narkotik vasitəni yerə atmış, daha sonra onlara etiraz etməyərək birlikdə Yevlax rayon polis şöbəsinə getmişdirlər. Yevlax rayon polis şöbəsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qeyri-qanuni heç bir əşay aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs5 Abdühəlim oğlu ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 təxminən 13 ildir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur. 09 yanvar 2021-ci il tarixdə saat təxminən 16:35 radələrində Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində dayanan zaman Təqsirləndirilən şəxs4 avtomobillə gedərkən avtomobili saxlayıb onunla görüşmüş, hal-əhval tutmuş, avtomobilə oturub Aqilə onu evə aparmasını demiş, bu zaman avtomobildə Mətləb də olmuşdur. Aqil avtomobildə olan zaman ona bir nəfər şəxsə 150 manat borcu olduğunu, pulu ona verəcəyini, bir nəfər şəxsin də ondan götürəcəyini demiş, həmçinin pulu özünün verməyə utandığını bildirmişdir. Aqil və Mətləblə birlikdə Yevlax şəhəri, Mehdi Hüseyn küçəsi istiqamətində getmiş, orada Aqil ona 150 manat pul verərək qabağına bir nəfər şəxsin çıxacağını, pulu həmin şəxsə verəcəyini bildirmişdir. 150 manat pulu götürüb getmiş, qabağına əvvəllər tanıdığı Feruz adlışəxs çıxmış, Feruz ona pulu verməyini demiş, 150 manat pulu Feruza verərək Aqilin özünün gəlməyə utandığını bildirmiş, Aqil ona 150 manat pulu verən zaman borclu olduğu şəxsin Feruz olduğunu deməmiş, sadəcə bir nəfərə borclu olduğunu, qabağına bir nəfər şəxsin çıxacağını, pulu həmin şəxsə verəcəyini bildirmişdir. Pulu verib qayıtdıqdan sonra Aqilə onu evə düşürtməsini demiş, Aqil ona “Mətləbi evə düşürdək, səni evə apararam” demiş, Aqil avtomobili Elçin Ağayev küçəsi istiqamətində sürmüş, orada Mətləb avtomobildən düşüb maşına yaxınlaşmış, sonra isə geri qayıtmışdır. Həmin vaxt Mətləb və Aqildən şübhələnmiş, Aqil və Mətləb avtomobildə olan zaman yavaşca danışmış, bir-birlərinə telefon ötürüb kimləsə danışmış, Aqilə sərt formada onu evə düşürtməyini demiş, Aqil onu evə aparan zaman Dostluq şadlıq sarayının yaxınlığında maşını saxlayan zaman həmin vaxt polis əməkdaşları gələrək onları Yevlax rayon polis şöbəsinə aparmışlar. Lakin polis şöbəsində onluq heç bir işin olmadığı bildirilərək evə buraxılmışdır. Yanvar ayının 12-də bir daha polis şəbəsinə çağırılmış və bu dəfə onun narkotik vasitə satışı ilə bağlı şübhəli olduğu ona bildirilməklə tutularaq məhkəmə qarşısına çıxarılmışdır. Onun heç bir narkotik vasitə satışı ilə əlaqəsi olmamışdır. Yalnız Aqilin ona verdiyi 150 manat pulu Feruza verdiyinə görə ona qarşı belə ağır ittiham irəli sürülmüşdür. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 yanvar 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsində xidmətdə olarkən Yevlax şəhəri, E.Ağayev küçəsində yaşayan Təqsirləndirilən şəxs3 və Yevlax şəhəri, Q.Quliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs4 narkotik vasitələrin saxlanılmasında şübhəli olmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul etmiş, Yevlax rayon polis şöbəsinin rəhbərliyinin razılığı alındıqdan sonra saat təxminən 18:00 radələrində polis əməkdaşları Şahid3 və Şahid2la birlikdə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində əməliyyat tədbirlərinə başlamışdır. Məlumat əsasında Yevlax şəhərində yerləşən Dostluq şadlıq sarayının yaxınlığına, Ceyhun Mustafayev küçəsinə getmiş, həmin yerdə VAZ 2106 markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobildən üç nəfər şəxsin düşdüyünü görüb onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmin üç nəfər şəxsin arasında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da olmuş, Təqsirləndirilən şəxs3 əlində sellofan torba olduğunu görmüş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 narkotik vasitələrin saxlanılmasında şübhəli olduqlarını, polis şöbəsinə getməli olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 da onlarla birlikdə Yevlax rayon polis şöbəsinə getmiş, həmçinin onların yanında olan, adının sonradan Təqsirləndirilən şəxs5 olduğunu öyrəndikləri şəxsi də polis şöbəsinə aparmışlar. Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə müdafiəçilərin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 ağ rəngli şəffaf rəngli sellofan torbaya bükülmüş bükülünü, 1 ədəd Samsung markalı mobil telefonu təqdim etmiş, bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olmuş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, sonra isə bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroini 09 yanvar 2021-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsində Fərid adlışəxsin ona verdiyini, həmin narkotik vasitəni Aqilin Feruz adlı şəxsdən aldığını, Aqilin həmin adamları tanımadığına görə Feruzun narkotik vasitəni Fərid adlı şəxsə verdiyini, Fəridin isə ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilən zaman isə Təqsirləndirilən şəxs4 şalvarının sağ yan cibindən iki ədəd mobil telefonu çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs4 üzərindən başqa əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs4 09 yanvar 2021-ci il tarixdə tanışı Mətləblə görüşən zaman ona narkotik maddə təşkil etməsini dediyini, Mətləbin də 150 manat pul müqabilində Feruz adlışəxsdən narkotik vasitə ala biləcəyini, Mətləbə məxsus avtomobillə Feruzun evinə getdiklərini, yolda tanışı Maqa ləqəbli şəxsi avtomobilə götürdüklərini, Feruza verməsi üçün 150 manat pulu Maqa ləqəbli şəxsə verdiklərini, Maqa ləqəbli şəxsin həmin pulu Feruza verdiyini, bir müddət sonra isə Mətləbin Yevlax şəhəri, 7 saylı məktəbin yaxınlığında heroini Fəriddən götürdüyünü bildirmişdir. Həmin məlumatlar əsasında və təhqiqatçı Səddam Əsgərovun raportu əsasında saat təxminən 21:15 radələrində Şahid2 və Şahid3la birlikdə Yevlax şəhəri, Elçin Ağayev küçəsində Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək ona polis şöbəsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən 1 ədəd mobil telefon təqdim etmiş, Təqsirləndirilən şəxs2 üzərindən başqa predmet və əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 09 yanvar 2021-ci il tarixdə Feruz adlı şəxsin evinə getdiyini, bu zaman Feruzun ona bir ədəd bükümdə narkotik maddə heroinə bənzər kütlə verdiyini və həmin bükümü Yevlax şəhər 7 saylı orta məktəbin yaxınlığında Mətləbə verməsini dediyini, buna görə də həmin bükümdə olan narkotik vasitəni Mətləbə verdiyini, kütlənin narkotik maddə olduğunu bildiyini demişdir. Həmin məlumat əsasında və Səddam Əsgərovun raportu əsasında Şahid2 və Şahid3la birlikdə saat təxminən 22:50 radələrində Yevlax şəhəri, Q.B.Zakir küçəsində Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 onlarla birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 722 manat pulu, 1 ədəd açarı, şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunu, 2 ədəd ağ rəngli bükülünü, 1 ədəd qara rəngli bükülünü, əynində olan idman gödəkçəsinin cibindən isə 1 ədəd mobil telefonu və içərisində özünə məxsus sənədlərin olduğu kitabçanı təqdim etmiş, Təqsirləndirilən şəxs1 üzərində olan kibrit qutusunda, 2 ədəd ağ rəngli bükülü və 1 ədəd qara rəngli bükülüdə olan maddələrin narkotik vasitə olan heroinə və marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş, sonra həmin narkotik vasitəyə bənzər kütlələr tərəzidə çəkilmiş, sonra isə maddi sübut əhəmiyyətli olduğundan qablaşdırılaraq ekspertizaya təqdim olunmaq üçün möhürlənərək götürülmüş, sonra isə bu barədə protokol tərtib edilmiş və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxslər barəsində əməliyyat-qeydiyyat işi açılmamış, təqsirləndirilən şəxslər əməliyyat nəzarətində olmamış, onların tərəfindən narkotik vasitənin alğısatqısının həyata keçirilməsi ilə bağlı əvvəllər hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Yalnız şifahi məlumatlar olmuş, lakin həmin məlumatlar dolğun olmadığından, əvvəllər əməliyyatın keçirilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 09.01.2021-ci il tarixli raportdan görünür ki, Yevlax rayon polis şöbəsinə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Yevlax rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 2). Cinayət işinin materiallarında olan 09.01.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1964-cü il təvəllüdlü ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs3 və xx.xx.1981-ci il təvəllüdlü ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs4 cinayət başında ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və müşahidəyə götürülərək saxlanılıb üzərilərinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 3) Cinayət işinin materiallarında olan 09.01.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs3 üzərindən 5,123 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni ona Fərid adlı qonşusunun verdiyini, həmin narkotik vasitəni Aqilin Feruz adlı şəxsdən aldığını, lakin Feruz Aqili tanımadığı üçün heroini qonşusu Fəridə verdiyini və Fəridin də həmin narkotik vasitəni ona verdiyini bildirmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 22-30) Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs4 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya başqa qeyriqanuni əşya aşkar edilməmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 56-64) Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya başqa qeyriqanuni əşya aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 əvvəlki iş yerindən tanıdığı Yevlax sakini Feruz adlı şəxsin içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan bir ədəd bükümü qonşusu Mətləb adlı şəxsə verməsi üçün ona verdiyini bildirmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 82-90) Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd qara rəngli bükülüdə 0,168 qram narkotik vasitə olan heroin, 1 ədəd kibrit qutusunda və 2 ədəd ağ rəngli bükülüdə 3,67 qram qurudulmuş marixuana aşkar edilrək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi-axtarış keçirilərkən 722 manat pul aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı həmin pulun 75 manatının özünə məxsus olmasını, həmin 75 manat pulun Təqsirləndirilən şəxs3 150 manat müqabilində satdığı narkotik vasitənin satışından əldə etdiyi puldan qalan pul olduğunu, qalan pulların isə anasına məxsus olduğunu bildirmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 107-115) Cinayət işinin materiallarında olan 09 yanvar 2021-ci il tarixli Təqsirləndirilən şəxs5 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs5 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya başqa qeyriqanuni əşya aşkar edilməmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 263-266) Cinayət işinin materiallarında olan məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının 10 yanvar 2021-ci il tarixli 17/15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 5,123 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 0,168 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 3,67 qram maddə isə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bundan başqa tədqiqata təqdim edilmiş 02 ədəd kağız bükümdə və 01 ədəd kibrit qutusunda olan marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,168 qram olan heroinlə 01 ədəd sellofan bükümdə təmiz çəkisi-5,123 qram olan heroin tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 125-128) Cinayət işinin materiallarında olan 10.01.2021-ci il tarixli “Götürmə protokolu”ndan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd Lenovo markalı mobil telefon istintaq orqanı tərəfindən sübutu əhəmiyyəti olduğundan, qablaşdırılaraq götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 142-143) Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək Təqsirləndirilən şəxs3la birlikdə narkotik vasitə almağa razılaşdıqlarını, X12 zəng edərək ondan narkotik vasitə istədiyini, narkotik vasitənin pulunu Məmmədin vasitəsilə göndərəcəyini Feruza dediyini, 150 manat pulu Feruza çatdırması üçün Məmmədə verdiyini, Məmmədin də həmin pulu aparıb Feruza verdiyini, az sonra Mətləbin mobil telefonuna kiminsə zəng edərək narkotik vasitənin Mətləbin yaşadığı küçə tərəfdə olduğunu dediyini, Mətləbin E.Ağayev küçəsində avtomobildən düşərək narkotik vasitəni Fəriddən götürdüyünü, həmin narkotik vasitədən birlikdə istifadə edəcəklərini təsdiq etmişdir. (cild 01, iş vər. 275-277) Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs5 üzünə qarşı deyərək Mətləb Şükorovla birlikdə narkotik vasitə almağa razılaşdıqlarını, Təqsirləndirilən şəxs3 Feruza zəng edərək ondan narkotik vasitə istədiyini, narkotik vasitənin pulunu Məmmədin vasitəsilə göndərəcəyini Feruza dediyini, 150 manat pulu Feruza çatdırması üçün onun Məmmədə verdiyini, Məmmədin də həmin pulu aparıb Feruza verdiyini, az sonra Mətləbin mobil telefonuna kiminsə zəng edərək narkotik vasitənin Mətləbin yaşadığı küçə tərəfdə olduğunu dediyini, Mətləbin E.Ağayev küçəsində avtomobildən düşərək narkotik vasitəni Fəriddən götürdüyünü, həmin narkotik vasitədən birlikdə istifadə edəcəklərini təsdiq etmişdir. (cild 01, iş vər.281-283) Cinayət işinin materiallarında olan “Üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs5 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs5 üzünə qarşı deyərək avtomobildə olan zaman Məmmədin Aqil ilə birlikdə ondan mobil telefonunda kontur olub-olmadığını soruşduğunu, Məmmədin onun ***-***-**-** telefon nömrəsi ilə Feruz adlışəxsə zəng etdiyini, amma nə danışdıqlarına fikir vermədiyini, Aqilin avtomobili M.Hüseyn küçəsinə sürüb orada saxladığını, orada Aqilin Məmmədə 150 manat pul verdiyini, Məmmədin avtomobildən düşərək M.Hüseyn küçəsinə getdiyini, təxminən 5 dəqiqə sonra geri qayıdaraq ona qonşusu Fəridə zəng etməsini, Feruzun heroini Fəridə verdiyini ona dediyini, bundan sonra E.Ağayev küçəsində Fəridlə görüşüb özünün avtomobildən düşərək Fəriddən heroini götürdüyünü təsdiq etmişdir. (cild 01, iş vər. 278-280) Cinayət işinin materiallarında olan “baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi Lenovo markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 09 yanvar 2021-ci il tarixdə saat 15:55 dəqiqədə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, aralarında 16 saniyə danışıq olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 09 yanvar 2021-ci il tarixdə saat 15:17 dəqiqədə, 15:26 dəqiqədə, 15:55 dəqiqədə Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zənglər etmiş, saat 15:26 dəqiqədə olan zəng zamanı aralarında 1 dəqiqə 44 saniyə danışıq olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə 09 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə saat 15:04 dəqiqədə, 15:08 dəqiqədə və 15:13 dəqiqədə zənglər etmişdir. Saat 15:04 dəqiqədə olan zəngdə Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 arasında 30 saniyə, saat 15:08 dəqiqədə 25 saniyə, saat 15:13 dəqiqədə olan zəngdə isə aralarında 1 dəqiqə 36 saniyə danışıq olmuşdur. (cild 02, iş vər. 4) Cinayət işinin materiallarında olan 15 yanvar 2021-ci il tarixli “Axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Yevlax rayon məhkəməsinin 13.01.2021ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 yaşadığı ünvana polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə axtarış aparılmış, axtarış zamanı evdən hər hansı qeyri-qanuni əşya aşkar edilməmişdir. Videoçəkiliş sonradan diskə köçürülməklə protokola əlavə olunmuşdur. (cild 02, iş vər. 5-8) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 15 yanvar 2021-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər. 169) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 03 aprel 2021-ci il tarixli 336 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 172) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 170) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 173) Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 171) Cinayət işinin materiallarında olan 19 mart 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs4 saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 03, iş vər.14-15) Cinayət işinin materiallarında olan 04 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 03, iş vər. 93-94) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər psixonevroloji Dispanserin Yevlax rayon psixonevroloji Kabinetindən alınmış 07.04.2021-ci il tarixli 909-913 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 psixo-nevroloji kabinetdə qeydiyyatda dayanmır. (cild 02, iş vər.140,146-149) Cinayət işinin materiallarında olan Mingəçevir şəhər narkoloji Dispanserin Yevlax rayon narkoloji Kabinetindən alınmış 06.04.2021-ci il tarixli 744-748 nömrəli arayışlardan görünür ki, uyğun olaraq Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 narkoloji kabinetlərdə qeydiyyatda durmur, Təqsirləndirilən şəxs3 isə 2010-cu ildən 01.10.2020-ci il tarixdən “Narkomaniya” dioqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır. (cild 01, iş vər. 231) Cinayət işinin materiallarında olan 05 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Rəşad adlı şəxsin barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən material ayrılmış, həmçinin Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının onaq arşı zor tətbiq etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün cinayət işindən material ayrılaraq Yevlax rayon prokurorluğuna göndərilmişdir. (cild 03, iş vər.106-128) Cinayət işinin materiallarında olan 03 iyun 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və qeyd edilənlər öz təsdiqini tapmadığından, CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 09.01.2021-ci il tarxdə polis şöbəsinə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxslər saxlanılmaqla polis şöbəsinə gətirilmiş və üzərilərinə polis şöbəsində müdafiəçinin də iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, Təqsirləndirilən şəxs3 üzərindən içərisində narkotik vasitə olan kütlə aşkar olunmuş, daha sonra əməliyyat tədbirləri davam etdirilmiş və həmin tarixdə Yevlax rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis şəbəsinə dəvət olunaraq üzərilərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən içərisində narkotik vasitələr olan kütlələr və pul əskinasları aşkar olunmuşdur. Götürülmüş maddələr materialların məhkəmə və məhkəmə-bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təqsirləndirilən şəxslərin üzərinə baxış keçirilərək narkotik maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Sözügedən qərarın 11-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi deyildiyində bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən sübutların əldə olunmasına, onların yaranma mənbəyinə və mümkünlüyünə dair heç bir şübhə olmasa da, ibtidai istintaq orqanı tərəfindən bütün təqsirləndirilən şəxslərə münasibətdə əməlin tövsifi ilə bağlı gəlinən nəticə düzgün olmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən gəlinən qənaət qısa olaraq ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroin və marixuana əldə edib özündə saxlamış, daha sonra Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin narkotik vasitə olan heroindən külli miqdar hesab edilən bir hissəsini 150 manat pulun müqabilində satmış, həmin narkotik vasitəni isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək məhz satış məqsədi ilə Təqsirləndirilən şəxs1 150 manat pulun qarşılığında əldə etmişdir. Lakin məhkəmə istintaqı zamanı mövcud sübutları ayrı-ayrılıqda və məcmu halında araşdıran, həmin sübutları mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bağlı gəlinən nəticə düzgün olsa da, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5lə bağlı əməlin tövsifinə dair gəlinən nəticə yanlış olmuşdur. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərgilədiyi hərəkətlər (birinin qabaqcadan razılaşdırılmış 150 manat məbləğində pulu Təqsirləndirilən şəxs5 qəbul etməsi, digərinin isə aralarındakı razılaşmaya əsasən narkotik vasitəni daşıyaraq Təqsirləndirilən şəxs3 verməsi) həqiqətən də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyini, qabaqcadan rolların bölüşüldüyünü və razılaşmış şəkildə hərəkətlərin edildiyini, iş üzrə əldə olunan və araşdırılan sübutlar isə (təqsirləndirilən şəxslərin hər birinin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, üzləşdirmə istintaq hərəkətinin protokolları, baxış hərəkətinin protokolları, ekspertizanın rəyləri və s.) külli miqdar hesab edilən 5,123 qram narkotik vasitə heroinin onlar tərəfindən qanunsuz olaraq satıldığını təsdiq edir. Odur ki, məhkəmə bu hissədə ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Hər iki təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışlar. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı polis təsirinə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və öz təsdiqini tapmamışdır. Sözügedən qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 tərəfindən ona verilən bükümün içərisində narkotik vasitə olduğunu bilmədiyini və polis təsiri nəticəsində ibtidai istintaqın ilkin dövründə etirafedici ifadə vermək məcburiyyətində qaldığını qeyd etsə də, 09.01.2021-ci il tarixli şəxsin üzərinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 müdafiəçinin də iştirakı ilə şifahi sorğu-sual edilən zaman həmin vaxtı Təqsirləndirilən şəxs1 ona verdiyi bükümün içərisindəki kütlənin narkotik vasitə olduğundan xəbərinin olduğunu bildirmişdir. Həmin vaxt müdafiəçi ondan polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqin olubolmaması ilə maraqlanmış, Təqsirləndirilən şəxs2 isə belə bir halın baş vermədiyini, heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Odur ki, məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Ona görə də, hər iki şəxsin ibtidai araşdırmanın ilkin dövründə göstərdiklərinin həqiqəti əks etdirdiyi, cinayət işinin materiallarında olmaqla digər sübutlarla üst-üstə düşdüyü və biri digərini tamamladığı nəticəsinə gəldiyindən, məhkəmə həmin qeyd edilənləri həqiqəti əks etdirən əsaslı sübut növü kimi qəbul edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 polis əməkdaşları tərəfindən bir yerdə saxlanılması, həmin şəxslərin narkotik vasitə əldə edilməsi üçün Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlaması, daha sonra Təqsirləndirilən şəxs3 məxsus avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana gedilməsi, Təqsirləndirilən şəxs5 ona verilən 150 manatı aparıb Təqsirləndirilən şəxs1 evində verməsi, daha sonra avtomobillə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedilməsi və orada Təqsirləndirilən şəxs2 narkotik vasitənin əldə edilməsi, daha sonra yenidən bir yerdə avtomobildə hərəkətin davam etdirilməsi sözügedən şəxslərin birgə hərəkət etdiyini, aralarında rol bögüsünün aparıldığını, beləliklə də qabaqcadan əlbir olan şəxs halında birləşdiklərini təsdiq etsə də, həmin şəxslərin qeyd olunan narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini sübut etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittihamın irəli sürülməsi şəxslərdən aşkar olunan narkotik vasitə olan heroinin çəkisinin 5,123 qram olması ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı qeyd olunan şəxslərə qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunandan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan narkotik vasitənin çəkisinə görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədi ilə qabaqcadan əlbir olan şəxs halında birləşərək əldə edib saxlaması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərimişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barələrində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilərkən 5,123 qram miqdarında narkotik vasitə - heroin aşkar olunmuşdur. Habelə şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində əməliyyat-qeydiyyat işi açılmamış, hər üç şəxs əməliyyat nəzarətində olmamış, onların tərəfindən narkotik vasitənin alğı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnızca bir bükümdə olması, digər tərəfdən qrupa daxil olan təqsirləndirilən şəxslərdən ikisinin (Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4) heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərdən aşkar olunan 5,123 qram heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqının yekununda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğlu məhz satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1 5,123 qram çəkidə olan narkotik vasitə heroini 150 manata almaq barədə razılaşmış, 09 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs5 Abdühəlim oğluna narkotik vasitəni almaq üçün verdiyi 150 manat pulu Təqsirləndirilən şəxs5 Yevlax şəhəri, M.Hüseyn küçəsində Təqsirləndirilən şəxs1 verərək sonuncunun Təqsirləndirilən şəxs2 vasitəsilə daşıdığı 5,123 qram narkotik vasitə olan heroini Yevlax şəhəri, Elçin Ağayev küçəsində 150 manat müqabilində alaraq əldə edib saxlamış, həmin tarixdə saat 18:50 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Musayev X3 şəhəri, C.Mustafayev küçəsində saxlanılaraq Yevlax Yevlax Rayon Polis Şöbəsinə gətirilib Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman həmin 5,123 qram narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada rəsmiləşdirilməklə qablaşdırılaraq götürülmüşdür. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğlunun CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özlərinin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onların əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Hər üç təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə məhkəmə həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışlar. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı polis təsirinə məruz qaldığını bildirsələr də, cinayət işinin materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlardan görünür ki, həmin xüsusatlar Yevlax rayon prokurorluğunda araşdırılmış və öz təsdiqini tapmamışdır. Sözügedən qərar müdafiə tərəfinə təqdim olunmuş, lakin mübahisələndirilməmişdir, hazırda qüvvədədir. Təqsirləndirilən şəxs5 ümumiyyətlə cinayətlə heç bir əlaqəsinin olmadığını, yalnız 150 manat pulu Təqsirləndirilən şəxs4 xahişinə əsasən aparıb Təqsirləndirilən şəxs1 verdiyini qeyd etsə də, onun tərəfindən sərgilənən hərkətlərin məcmusu, yəni əvvəldən axıradək Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la avtombildə olması, avtomobildə baş verən bütün hadisələrdən xəbərdar olması, 150 manat pulu aparıb Feruza onun evində verməsi, daha sonra avtomobillə digər şəxslərlə birgə Təqsirləndirilən şəxs2 yaşadığı evə getməsi, narkotik vasitə əldə edildikdən sonra da hadisə yerini tərk etməməsi və digər təqsirləndirilə şəxslərlə birgə qalması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs5 də digər iki şəxslə birgə hərəkət etmiş, narkotik vasitənin əldə olunmasında iştirak etmiş və onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Odur ki, məhkəmə kollegiyası hər üç təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin obyektiv həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. İbtidai istintaqın ilkin dövründə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verdiyi ifadələrin, habelə həmin şəxslərin üzləşdirmə zamanı göstərdiklərinin həqiqəti əks etdirdiyi, cinayət işinin materiallarında olmaqla digər sübutlarla üst-üstə düşdüyü və biri digərini tamamladığı nəticəsinə gəldiyindən, məhkəmə həmin ifadələri həqiqəti əks etdirən ifadələr kimi və əsaslı sübut növü kimi qəbul edərək Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğluna elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Abdühəlim oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında ailəsi ilə (arvadı və 2017-ci il təvəllüdlü uşağı ilə) birlikdə yaşayır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 02, iş vərəqi 132-134) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Rusiya Federasiyası Moskva şəhəri Koptevskiy rayon rayon məhkəməsinin 22 fevral 2005-ci il tarixli hökmü ilə Rusiya cinayət məcəlləsinin 228-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına və 150000 rubl cərimə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Ulyanovsk Vil. Dimitrovqradsk şəhər məhkəməsinin 21 aprel 2009-cu il tarixli qərarı ilə cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilmiş, Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2010-cu il tarixli hökmünə əsasən CM-nin 29.234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 mart 2013-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüşdür. (cild 02, iş vər. 89) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vərəqi 130-131) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 02, iş vər. 86) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş arayışdan, doğum haqqında şəhadətnamələrin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 9 ünvanında ailəsi (arvadı, 2003 və 2004-cü il təvəllüdlü uşaqları) ilə birlikdə qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 02, iş vərəqi 125-129) İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 27 may 2009-cu il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyul 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli hökmünə əsasən CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. (cild 02, iş vər. 83-84, 163-168) Qeyd olunalara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs3 əməlidə onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi, o cümlədən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Yevlax şəhəri, Nizami prospekti 171 ünvanında ailəsi ilə (anası, arvadı və 2011-ci il təvəllüdlü uşağı) birlikdə qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 135-138) İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial müdafiə Fondu Publik hüquqi şəxsin 17 saylı Regional ərazi filialından 3-cü qrup əlil kimi 110 manat sosial müavinət alır. (cild 02, iş vər. 139) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 Yevlax rayon məhkəməsinin 26 noyabr 2005-ci il tarixli hökmünə əsasən CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətində islah işləri cəzasına məhkum edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 aprel 2014-cü il tarixli hökmünə əsasən CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 iyul 2014-cü il tarixli qərarı ilə cəzası 08 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir. (cild 02, iş vər. 87-88) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs5 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, 3-cü qrup əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi, o cümlədən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 11 ünvanında yaşayır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 02, iş vər. 158-159) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 24.06.2012-ci il təvəllüdlü (X6) və 09.04.2019-cü il təvəllüdlü (X8 ) iki uşağı var. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Rusiya Federasiyası Moskva şəhəri Nikulin rayon məhkəməsinin 29 dekabr 2003-cü il tarixli hökmü ilə Rusiya Cinayət Məcəlləsinin 325.2 və 162.2-ci maddələri təqsirli bilinərək 05 il 01 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (cild 02, iş vər. 158-161) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs4 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında Aqil Əsəgrovun hazırda övladı 09.04.2019-cü il təvəllüdlü X4 öz anası ilə birlikdə Rusiya Federasiyasında yaşadığını bildirməsi, onu deməyə əsas verir ki, hazırda həmin uşaq təqsirləndirilən şəxsin himayəsində deyildir. Ona görə də, məhkəmə kollegiyası bu halı cəzanı yüngülləşdirən hal kimi qəbul etmir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, satılan narkotik vasitənin çəkisini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, satılan narkotik vasitənin çəkisini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halının mövcudluğunu, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin əvvəllər ağır cinayət əməli törədilməsini və azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasını, təyin olunan cəza bitsə də, məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətməsini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddaəların əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinə yaxın həddə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Habelə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs5 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halının olmasını, həmçinin törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin əvvəllər ağır cinayət əməli törədilməsini və azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasını, təyin olunan cəza bitsə də, məhkumluq ödənilmədən yenidən qəsdən az ağır cinayət əməli törətməsini nəzərə alaraq, eyni zamanda CM-nin 65.2-ci maddəsinin müddaəların əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Bundan başqa, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi halının olmasını, həmçinin törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin əvvəllər də məhkumluq həyatı yaşamasını, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə iclasında müdafiəçi Təqsirləndirilən şəxs4 münasibətdə CM-nin 79-cu maddəsinin tətbiq edilməsini, ona təyin olunacaq cəzanın himayəsində olan və təkbaşına böyütdüyü uşağın on dörd yaşına çatanadək təxirə salınmasını xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası bildirməyi zəruri sayır ki, müdafiə tərəfi bu xüsusatı qeyd etsə də, sözügedən uşağın hazırda Təqsirləndirilən şəxs4 təkbaşına himayəsində olduğunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırki halda CM-nin qeyd olunan normasının tətbiqi qeyri-mümkündür. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 11.01.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 09.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 94,171-174) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09.01.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 11.01.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 09.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 69-70, 188-191) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09.01.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 11.01.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs3 09.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 09-10,205-208) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09.01.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs5 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 14.01.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs5 12.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 249,305-306) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs5 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 12.01.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Yevlax Rayon Məhkəmənin 11.01.2021-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs4 09.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 41-42,222-225) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09.01.2021-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlardan yalnız Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalı, digərləri isə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. CM-nin 99-1.1-ci və 99-1.1.2-ci maddəsinə əsasən isə xüsusi müsadirə cinayəthüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın, o cümlədən pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 polis şöbəsində üzərindən aşkar olunan bütün pulların, yəni 722 manat pulun hamısının anasına məxsus olduğunu bildirsə də, şəxsin üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilərkən üzərindən aşkar olunan pullardan 75 manatının özünə məxsus olduğunu və narkotik vasitənin satışından əldə etdiyi puldan qalan 75 manat olduğunu bildirmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan 75 (yetmiş beş) manat pul əskinası, cinayət yolu ilə əldə edilən pul məbləği olduğundan, həmin pul əskinasları məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 3,61 qram qurudulmuş marixuana, ümumi qalıq çəkisi 5,191 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş “Lenovo” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə, yəni Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107,91 AZN (yüz yeddi manat, doxsan bir qəpik) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birindən 21,60 AZN (iyirmi bir manat altmış qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 3,61 qram qurudulmuş marixuana, ümumi qalıq çəkisi 5,191 qram olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, cinayət işinin materialarına əlavə edilmiş “Lenovo” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə, yəni Təqsirləndirilən şəxs1 qaytarılsın, 75 (yetmiş beş) manat pul əskinası məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 107,91 AZN (yüz yeddi manat, doxsan bir qəpik) Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 hər birindən 21,60 AZN (iyirmi bir manat altmış qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar