Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-154/2022 16.06.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə) Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Hüseynov Rahib Söhrab oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx xxxx 1992-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri R.Rza küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə kompleksində yerləşən Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 144.2.3, 144.2.4, 144.2.5, 259.1-ci maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir şəxs tərəfindən zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə və silah qismində istifadə edilən əşya istifadə etməklə adam oğurluğu cinayətini törətmiş, habelə meşə fonduna daxil olmayan ağacı qanunsuz kəsərək (götürərək) təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə cinayət prosesi iştiraçılarının iştirakı ilə işin məhkəmə aidiyyətini və məhkəmə baxışının təyin edilib-edilməməsinin mümkünlüyünü yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında, hər bir halda, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılmalı, müzakirə edilməlidir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növlərindən biri də, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işi və digər material cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.2-ci maddəsinə əsasən isə cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Təqsirləndirilən şəxsə verilən ittihamın məzmunundan görünür ki, o, İsmayıllı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(037)-374/2019 nömrəli qətnaməsi ilə birgə nikahlarına xitam verilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 1-də yerləşən qohumu X8 məxsus evdə qonaq olmasını bilib tanışı Şahid1 Zərərçəkmiş şəxs zorla maşına mindirib İsmayıllı şəhəri, R.Rza küçəsi, ev 17 ünvanında yaşadığı evə aparacağını söyləyib bu işdə ona köməklik etməsinə razılıq aldıqdan sonra bu məqsədlə o, Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sürücülük hüququ olmadan etibarnamə əsasında idarə etdiyi X1 məxsus “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən Elman Azayevə məxsus evin qarşısına gəlmiş, o, maşından düşərək Zərərçəkmiş şəxs qohumlarına sonuncunu evdə gizlətmələrinə irad tutaraq mübahisə etmiş, Şahid1 isə əvvəlcədən aralarında olan razılığa əsasən sürücü qismində operativ şəkildə avtomobili idarə edib oradan uzaqlaşmaq üçün avtomobilin yanında dayanmış, o, Zərərçəkmiş şəxs sonuncunun iradəsinə zidd olaraq aparmasına Zərərçəkmiş şəxs həyətdə olan qohumları Şahid2 və digərlərinin müqavimət göstərəcəklərini düşünüb həyətdən aralaşaraq yaxınlıqda olan dükandan istintaqla müəyyən edilməyən mətbəx bıçağı alaraq yenidən evin həyətinə qayıtmış, həmin vaxt həyətdə olan Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunu qəsdən oğurlamaq məqsədi ilə bir əli ilə yaxasından tutub digər əlində olan silah qismində istifadə etdiyi mətbəx bıçağını sonuncunun boğaz nahiyəsinə istiqamətləndirib onun iradəsinə zidd olaraq həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə həyətdən avtomobilə tərəf aparıb zorla avtomobilin arxa oturacağına otuzdurmuş, Şahid1 aralarında əvvəlcədən olan razılığa uyğun sükan arxasında əyləşərək avtomobili hərəkətə gətirmiş, o isə Zərərçəkmiş şəxs yanında oturaraq hərəkətdə olan avtomobildə əlləri ilə Zərərçəkmiş şəxs əllərini tutub saxlamaqla və qəsdən bədən nahiyəsindən yumruqla vurmaqla müqavimətinin qarşısını alan zaman sonuncuya sağ bazunun, sol saidin, döş qəfəsinin, qarının ön səthinin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs qışqıraraq avtomobildən düşməyə nail olmaq üçün onun sol qolundan dişləyib əli ilə bədən nahiyələrindən vurub sonuncuya üzün, ənsə nahiyəsinin, sağ çiynin, sol bazunun, hər iki saidin, sağ əlin sıyrıqları, sol bazunun və sol saidin qançırları kimi sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirsə də avtomobildən düşməyə nail ola bilməmiş, sürücü Şahid1 avtomobili hərəkət etdirməklə ümumi niyyətdən kənara çıxaraq onunla birlikdə oğurladıqları Diananı Bədirovanı könüllü azad etmək qərarına gəlib bunun üçün sonuncunu təhlükəsiz yer olaraq İsmayıllı rayonu Kürdmaşı kəndində yaşadığı evə gətirərək Təqsirləndirilən şəxs ayrı otaqda arvadı X2 yanında saxlamasına və hadisə barədə öz mobil telefonu ilə onun qardaşı Şahid10 və əmisi Şahid9 mesaj yazaraq məlumat verməsinə şərait yaratmış, o, Zərərçəkmiş şəxs qohumlarına zəng edərək məlumat verməsindən əsəbləşib hərəkətlərini davam etdirərək sonuncunu həmin evdə qəsdən döyməklə və Zərərçəkmiş şəxs Sumqayıt şəhərinə aparmaq üçün xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində Şahid1 idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax yolu ilə yolun İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs onunla yenidən mübahisə etməsi ilə əlaqədar avtomobildə əyləşdiyi qabaq oturacaqdan çevrilərək arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən 3-4 dəfə vurmuş, Şahid1 onu sakitləşdirmək üçün avtomobili yolun kənarında mühərrikini söndürüb hərəkətsiz vəziyyətdə saxladıqda Zərərçəkmiş şəxs avtomobilin qapısını açıb yerə düşdüyünü və avtomobildən uzaqlaşdığını görüb ona yaxınlaşaraq saçından tutub dartaraq və yumruqla qəsdən bədən nahiyələrindən vurub sonuncuya sol gözaltı və sol almacıq nahiyəsinin, üst dodaq haşiyəsinin, alt çənənin qançırları, alt dodağın qansızması və alt çənədə ön kəsici dişin travmatik düşməsi kimi qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə olunan əşya tətbiq etməklə Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qəsdən törətdiyi adam oğurluğu cinayətini davam etdirmiş, Şahid1 onları aralaşdırıb sakitləşdirdikdən sonra onun başının qarışdığını görüb fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs könüllü olaraq azad etmək üçün dərhal avtomobilə oturdub həmin yerdən uzaqlaşdıraraq Ağsu şəhəri ərazisində Şahid10 və Şahid9 təhvil verməklə oğurladığı Zərərçəkmiş şəxs könüllü olaraq azad etmişdir. Bundan başqa o, 2021-ci ilin noyabr ayının ortalarında dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə, saat 11 radələrində gəlir əldə etmək üçün tamah niyyəti ilə tanışı Şahid7 zəng edib İsmayıllı şəhəri, Həsənbəy ünvan 2 ünvanında yerləşən “Nur” şadlıq sarayının ərazisində ağacları kəsdirmək istədiyini və ağacları kəsmək üçün icazə aldığını, habelə həmin ağacların yerləşdiyi ərazinin şadlıq sarayının sahibinin şəxsi mülkiyyətinə aid olduğunu, həmin şadlıq sarayına ümumi nəzarətin ona tapşırıldığını bildirib Şahid7 inandırdıqdan sonra sonuncu fəhlə kimi işləyəcək Şahid3 Firudin oğlu, Şahid4 və Şahid8 İsmayıllı şəhəri, Həsənbəy ünvan 2 ünvanında yerləşən “Nur” şadlıq sarayının ərazisinə gətirmiş, o, Şahid3, Şahid4 və Şahid8 də “Nur” şadlıq sarayının qarşısında meşə fonduna aid olmayan dövlət mülkiyyətinə aid torpaq sahəsində yetişmiş ağ qovaq cinsindən olan 7 (yeddi) ədəd ağacları kəsmək üçün icazəsi olduğunu bildirib həmin şəxsləri inandıraraq razılıqlarını aldıqdan sonra fəhlə kimi cəlb etdiyi Şahid3, Şahid4 və Şahid8 vasitəsi ilə qovaq cinsindən olan 1 ədəd diametri 21 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 22 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 23 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 24 santimetr dəyəri 200 manat, 1 ədəd diametri 28 santimetr dəyəri 250 manat, 2 ədəd diametri 35 santimetr hər birinin dəyəri 350 manat təşkil edən, yəni cəmi 7 ədəd bioloji inkişafda olan yaş kök üstə ağacları motorlu mişarla kəsdirib götürməklə tamah niyyəti ilə vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz ağac kəsib təbiətə xeyli miqdarda, yəni ümumilikdə 1750 (min yeddi yüz əlli) manat məbləğində ziyan vurmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, dalan 4, ev 1-də yerləşən qohumu X8 məxsus evdə qonaq olmasını bilib tanışı Şahid1 ilə Zərərçəkmiş şəxs zorla “Toyota Prius” (Hibrid) markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirdiyi andan adam oğurluğu cinayəti bitmiş sayılır. Yəni, həmin cinayət əməli Abşeron rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işi və digər material cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarına əsasən Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digər məhkəməyə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Məhkəmədə X3 vəsatət verərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunması halında sübutları saxtalaşdıracağı və şahidlərə təsir göstərə biləcəyi ehtimallarını əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbslə bağlı olmayan qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatət rədd edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 iyun 2022-ci ildə başa çatır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu əməlin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və onun şəxsiyyəti, habelə təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət qanuni ilə nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimallarının hazırda da mövcud olması, onun cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurətin mövcud olduğunu göstərir. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 30 (otuz) gün müddətə uzadılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1, 74.2.1, 74.2.2 və 298-300-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(091)-154/2022 nömrəli cinayət işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. X3 tərəfindən verilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti rədd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 30 (otuz) gün müddətə, yəni 16 iyul 2022-ci ilədək uzadılsın. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-154/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-154/2022
16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver