Məhkəmə qərarları › İş №1(091)-155/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-155/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-155/2021 07.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxx 1965-ci il tarixdə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırcı hissədə CM) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə səhər saat 07:30 radələrində yaşadığı Zərdab şəhəri A.Mustafayev küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evində arvadı 1968-ci il təvəllüdlü X5 bir neçə il bundan əvvəl başqa kişilərlə intim münasibətdə olmasını, yüngül həyat tərzi keçirməklə onu və ailə üzvlərini el arasında rüsvay etməsini güman edib, onu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək bu niyyətlə evin yataq otağının çarpayısında uzanıqlı vəziyyətdə olan Rəhilə Aslanovanın üzərinə çıxmaqla dizləri ilə sonuncunun qollarını saxlayaraq əxlaqsızlıqları ilə onu cəmiyyətdə rüsvay etdiyini bildirib, ağız və sinə nahiyəsinə bir neçə dəfə yumruqla vurduqdan sonra əlləri ilə Rəhilənin boğaz nahiyəsini təxminən iki dəqiqə müddətində sıxıb boğmaqla sonuncunun ölümünə səbəb olmuş alt və üst dodaqların selikli qişasında qansızma, boyun, yanaq və döş qəfəsində qançırlar, dilaltı sümüyün sol qanadının sınığı və ətraf yumşaq toxumalara qansızma, konyuktivaya, epikard və plevra altına qansızmalar, daxili orqanların venoz doluqanlılığı, ürək boşluqlarında və iri damarlarda duru qanın çoxluğu mexaniki asfiksiya ilə müşayiət olunmaqla Rəhilə Aslanovanın ölümü ilə nəticələndiyi üçün sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5-6 il əvvəl mərhum tanışı Tacəddin ona həyat yoldaşı Rəhilə Aslanovanın əvvəllər əxlaqsızlıq etdiyini demişdir. O, gedib bu barədə həyat yoldaşı Rəhilə Aslanovadan soruşmuş, lakin ilk öncə bu barədə ona Tacəddinin dediyini söyləməmişdir. Rəhilə isə ona “başqasından niyə soruşursan ki, get elə Tacəddindən soruş” şəklində cavab vermişdir. O da Rəhiləyə bu barədə onun özünə də elə Tacəddinin dediyini bildirmişdir. Həmin vaxt Rəhilə ona yaxşı etdiyini, onun özünün axşam gedib, sabah gəldiyini bildirmişdir. O, həyat yoldaşının işlətdiyi həmin ifadədən sonra uşaqlarının böyüməsini gözləmiş, daha sonra həyat yoldaşı Rəhilənin cəzasını verəcəyini düşünmüşdür. Məhkəmə iclası zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs 5-6 il ərzində özünün həyat yoldaşı Rəhilə Aslanovada hər hansı şübhələndirici hal ilə rastlaşmadığını, özündə hər hansı bir yoluxucu xəstəlik olmadığını və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, X11 isə anasıdır. Onların evində hər hansı bir problem olmamışdır. Belə ki, normal ailə olmuşlar və ailədə əlavə söz-söhbət olmamışdır. Atası öz əl əməyi ilə işləyib pul qazanmış, bazarlıq edib gətirmiş, anası isə ev işləri ilə məşğul olub, yemək hazırlamış, normal ailə kimi yaşamışlar. Özü harasa gedəndə anasına deyən zaman anası ona əvvəlcə atasından icazə almasını bildirmiş, hətta xalasıgilə gedəndə belə icazə alıb getmişlər, yəni onlar elə ailə olmamışlar ki, harasa icazəsiz gedələr və ya saymamazlıq edələr. Anasının haqqında deyilənlərin isə hamısı yalandır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Aynur Rəhimzadə ona ünvanlanan suallara cavab olaraq atası Təqsirləndirilən şəxs anası Rəhilə Aslanovanı günahsız yerə öldürdüyünü, özünün atası Təqsirləndirilən şəxsla barışıb-barışmadığını deyə bilmədiyini bildirərək onun layiqli cəzası nədirsə, onun da təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verməkdən imtina etdiyinə görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da zərərçəkmiş şəxsin hüquqi varisi X10 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verməkdən imtina etdiyinə görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Rəhilə isə onların dayısı qızı olmuşdur. Məhərrəmlə Rəhilənin ailədaxili hər hansı ciddi münaqişələrinin şahidi olmamışdır. O, Məhərrəm və Rəhilə ilə 28.02.2021-ci il tarixdə həyətdə görüşərək haləhval tutmuş, bu zaman hər şey qaydasında olmuşdur. 01.03.2021-ci il tarixdə saat 09:00 radələrində Məhərrəmgilin həyətyanı sahəsinə inəkləri sağmaq üçün arvadı ilə gedən zaman oradan səs-küy gəldiyini eşitmiş, həmin vaxt Məhərrəm ona tərəf gələrək cibindən resept kağızını çıxartmış və ona göstərərək Rəhiləni “QİÇS” (spid) xəstəsi olduğu üçün öldürdüyünü bildirmişdir. O da Məhərrəmə “onun başının xarab” olduğunu bildirib, şokda olduğu üçün yerdə oturub düşünmüşdür. Bundan sonra o, oğlu Samirə zəng edib hadisə yerinə gəlməsini, Məhərrəmin Rəhiləni öldürdüyünü bildirmişdir. X14 nə üçün öldürməsi barədə ona heç nə məlum olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hadisə baş verən gün Təqsirləndirilən şəxs ona zəng edərək bacısı Rəhilə Aslanovanı öldürdüyünü, heç kimin bilməməsini, gəlib onu ört-basdır etmələrini bildirmişdir. O, həmin vaxt Məhərrəmdən bunun nə demək olduğunu, bacısını niyə öldürdüyünü soruşaraq qocaldıqca ağlının qaçdığını bildirmişdir. Daha sonra Məhərrəmgilə yaxınlıqda yaşayan bacısı Şahid5 zəng edərək Məhərrəmin dediklərini ona da bildirmiş, nə baş verməsini öyrənmək üçün Məhərrəmgilə gedib öyrənməsini xahiş etmişdir. Bacısı Məhərrəmgilin yaşadığı evə getdikdən sonra ona zəng edərək Məhərrəmin bacıları Rəhilə Aslanovanı öldürdüyünü, üstünü də yorğan-döşəklə örtdüyü, Aslanın özünün isə orada dayandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, bacısı Şahid4 ona zəng edərək Məhərrəmin bacıları Rəhiləni öldürdüyünü dediyini bildirmişdir. Bundan sonra o, Məhərrəmgilin yaşadığı evə getmiş, Məhərrəmin, həqiqətən də, bacısı Rəhiləni öldürüb döşəklərlə üstünü basdırdığını görmüşdür. O, əvvəlcə Rəhiləni görmədiyi üçün bacısının orada olmadığını, qaçdığını bildirmiş, Məhərrəm isə Rəhilənin qaçmadığını, onu bircə yumruğa öldürdüyünü, qaça bilməyəcəyini demiş, daha sonra Məhərrəm gəlib yorğandöşəyi götürmüş, yorğan-döşəyin altında bacısı Rəhilənin olduğunu, onun öldüyünü görmüş, Məhərrəmdən bacısını niyə öldürdüyünü soruşduqda Məhərrəm ona bacısını ölməyə layiq olduğu üçün öldürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Cəmaləddin qızı ifadəsində mərhumə X3 onun qızı olduğunu, Təqsirləndirilən şəxs qızını qətlə yetirərək qızının üstünə şər-böhtan atdığını, özünün Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 01.03.2021-ci il tarixdə təxminən saat 07:40- 08:00 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edib inəyinin azarladığını, onun gəlib inəyə baxmasını xahiş etmişdir. O, Məhərrəmin xahişi ilə onların yaşadıgı həyətə sahəsinə daxil olduqda, Məhərrəmi evin qarşısında görmüş, eyni zamanda Rəhilənin bacısı Tahirənin isə eyvanda olduğunu da görmüşdür. Məhərrəmə inəyə gedib baxmasını dedikdə, Məhərrəm ona gözləməsini demiş, bu vaxt X13 harada olduğunu soruşmuş,o da içəridə deyərək Tahirə ilə birlikdə eyvandan otağa daxil olmuşlar. Bir neçə saniyə sonra Məhərrəm otaqdan çıxaraq onun yanına gəlmiş, 1-2 dəqiqə sonra isəTahirə qışqıra-qışqıra çıxaraq Rəhilənin bədəninin isti olduğunu və Təcili Tibbi yardım çağırmasını Məhərrəmə demiş, Məhərrəm isə daha ölmüşdür nə istəyirsən” cavabını vermişdir. O, bu zaman bu evdə nəyinsə baş verdiyini, yəni Rəhilənin öldüyünü başa düşmüşdür. Bu zaman Məhərrəmin qardaşı Aslan gələrək nə olduğunu soruşduqda X21 öldürdüyünü deyəndə, o, Rəhiləni Məhərrəmin öldürdüyünü başa düşmüşdür. Məhərrəm Rəhilənin əxlaqsızlıq etdiyini bildirərək onun barəsində nalayiq sözlər danışmışdır. O, da Məhərrəmə sübutsuz adam öldürərlər sözünü deyəndə, Məhərrəm Rəhilənin əxlaqsızlıq etdiyini, əynində olan gödəkcəsinin cibindən həkim reseptinə bənzər kağız çıxarıb onun sübutu budur deyə ona cavab vermişdir. Məhərrəm həmin vaxtı əlavə olaraq bildirmişdir ki, neçə il bundan qabaq həyətyanı sahələrində yad şəxsin ayaq izlərinin olduğunu və kiminsə onun evinə gəlib getməsindən şübhələnmişdir. Buna görə də, ehtimal etmişdir ki, mərhum arvadı Rəhilə əxlaqsızlıq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək icraat dövründəki ifadəsi elan olunmaqla tədqiq olulnmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 01.03.2021-ci il tarixdə təxminən saat 07:30-08:00 radələrində atası onun yatdığı yataq otağına daxil olub onu yuxudan oyatmış və anası Rəhiləni vuraraq öldürdüyünü bildirmişdir. Bundan sonra o, hadisənin şokunda olduğu üçün yatağından qalxa bilməmişdir. Bir qədər sonra yerindən qalxıb eyvana çıxmış və oradan həyətyanı sahəyə düşüb Kür çayının sahilinə tərəf enərək orada dayanmışdır. O, həmin vaxt hadisənin şokundan özündə olmadığı üçün nə edəcəyini bilməmişdir. Hətta mərhum anasının olduğu yataq otağına da daxil olmamışdır. Bir müddət sonra yaşadıqları evə insanlar yığışmışlar. O, Kür çayının yanına düşən zaman atasının həyətyanı sahədə dayandığını görmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01.03.2021-ci il tarixli “Raport” dan görünür ki, 01.03.2021-ci il tarixdə saat 10:05-də Zərdab RMX-nin həkimi X23 RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək Zərdab rayonunun Təzəkənd kəndində yaşayan 22.04.1968-ci il təvəllüdlü X5 yaşadığı evdə meyitinin aşkar olunması və əri Təqsirləndirilən şəxs tərəfindən öldürülməsi barədə məlumat vermişdir. (cild 01, iş vər. 127-129) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərdab şəhəri A.Mustafayev küçəsi ev 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən fərdi yaşayış evidir. Həyətin qapısı və hasarı dəmir dam örtüyü boz rəngli dam örtüyü lövhəsindəndir. Həyətə daxil olduqda həyətyanı sahə, giriş qapısına paralel istiqamətdə Kür çayı görünür, həyətə daxil olduqda sağ tərəfdə hasarla paralel ev yerləşir. Həyətyanı sahə giriş qapısına nisbətdə enişlidir. Ev mişar daşlarındandır, birmərtəbəlidir, xarici görünüşü yaxşı deyil, təmirsizdir, dam örtüyü şiferdəndir, dörd aşırımlıdır. Evin qarşısında eyvan vardır, eyvanın 5 ədəd tiri vardır. Eyvan evin dam örtüyünün altındadır, eyvanın qarşısında dam örtüyünə bitişik bir aşırımlı dam örtüyü var. Eyvana qalxmaq üçün eyvanın ortasından pilləkən vardır. Eyvanın orta hissəsində evin iki otağı var, otaqlar bir-birinə paralel yerləşmişdir, birbirinə girişləri yoxdur, divarlarla bir-birlərindən ayrılmışdır, hər otağın ayrıca qapısı və pəncərəsi var. Birinci yataq otağı kimi istifadə olunur. İkinci otaq həm qonaq otağı, həm də yataq otağı kimi istifadə olunur. Birinci otağın qapısı taxtadandır. Otağın uzunluğu 6,50 metr, eni 4,50 metrdir. Həmin otağın döşəməsi taxtadandır, yerə 2/3 qırmızı rəngli palaz salınmışdır, otaqda giriş qapısı olan divarın yanında servant, girişlə üzbəüz taxta və dəmir setkalı giriş qapısı ilə paralel qoyulmuş 2 çarpayı vardır. Divara tərəf qoyulmuş çarpayının üzərində atma döşək, yastıq və yorqan vardır. Giriş qapısı istiqamətində olan çarpayı üzərində bir ədəd döşəkcə və mələfə vardır. Çarpayı üzərində olan qızılı rəng olan döşəkcə üzərində qanabənzər ləkələr vardır. Çarpayı üzərində olan qızılı rəng olan üzərində qanabənzər ləkələr olan döşəkcə götürüldü. Çarpayının üzərində giriş qapısının qarşısında odun sobası vardır. Giriş qapısından sağda yerləşən divarda üzərində asqıları olan şkaf, sol tərəfdə tirmo vardır. Giriş qapısının solunda, qapı olan divara paralel, yanyana 1 (bir) ədəd ikigözlü açılıb-bağlanan qapısı olan şkaf, ona bitişik bir ədəd çərçivə ilə açılıb bağlanan stol, onun yanında 1 (bir) ədəd üzərində güzgüsü olan tirmo vardır. Otağın giriş qapısı olan divarın sol tərəfində üzəri tünd qəhvəyi rəngli paltar şkafı onun sağ künc hissəsində bir-birinin üzərinə yığılmış 3 (üç) ədəd stul vardır. Giriş qapısı olan divarın sol divarının qarşısına qoyulmuş şkafın yanında yuxarı hissəsi şüşədən olan, aşağı hissəsi taxta qapıları olan komot vardır. Otağın giriş qapısı olan divarla paralel divarın yanına qoyulmuş çarpayının aşağı hissəsində şkaf və onun yanında stul vardır. Otağın divarları solğun mavi rəngdədir. Qarşı tərəfdən baxdıqda qapının solunda həmin otağın və evin digər otağının taxtadan dördkünc pəncələri var. Otağın ortasında döşəməyə salınmış palazın üzərində X12 paltarlı meyiti vardır. Meyit arxasıüstə uzanıqlı vəziyyətdədir, meyit giriş qapısı olan divara paralel olmaqla, başı giriş qapısı olan divara perpendikulyar olan sağ divara, ayaqları isə giriş qapısına sol tərəfdən perpendikulyar olan divarla giriş qapısı olan divarın arasındakı küncdədir. Meyitin boyunun uzunluğu 161 sm-dir. Meyitin başından sol tərəf istiqamətində olan giriş qapısına 3,10 sm məsafə vardır. Meyitin ayağından otağın küncünə olan məsafə 3 metrdir. Meyitin baş və ayağının istiqaməti olan otağın küncləri arasında olan məsafə 7,60 metrdir. Meyitin başının istiqamətində olan otağın künc divarı ilə meyitin başı arasında olan məsafə 3,50 metrdir. Meyitin üzərinə sarı-yaşıl rəngli ədyal örtülmüşdür. Meyitin əynində ağ rəngli yun materialdan olan boğazlı kofta, onun üzərində bənövşəyi rəngli yun materialdan olan, yaxası iri ölçülü 3 ədəd oval düyməylə bağlanan jaket, açıq-sarı rəng yun materialdan olan beli rezinli dar girişli retuz vardır. Meyitin paltarlarının ciblərində hər hansı bir predmet aşkar edilmədi. Meyit yaxınları tərəfindən döşəməyə salınmış döşək üzərinə uzadılmışdır. Meyitin sağ və sol əl barmaqlarından dırnaq kəsintiləri və meyitin saçından tük nümunəsi götürüldü. Mərhumun bacısı Şahid4 bildirdi ki, 01.03.2021-ci il tarixdə saat təxminən 08:30 radələrində Təqsirləndirilən şəxs ona bacısını öldürdüyünü bildirdikdən sonra hadisə yeri olan yataq otağına gəlib bacısının meyitinin yatdığı çarpayıda arxasıüstdə uzanıqlı şəkildə, üzəri yorğan və yastıqla örtülmüş şəkildə olduğunu görmüşdür. Həmin yer yataq otağının giriş qapısı ilə üzbəüz divara paralel qoyulmuş 2 ədəd çarpayıdan giriş qapısı istiqamətində olandır. O, bacısının hansı formada uzanıqlı olduğunu göstərib, daha sonra mərhumun çarpayıdan götürülərək onu döşəməyə atılmış döşəyin üzərinə “qiblə” istiqamətinə uzatdıqlarını bildirdi. Hadisə yerinə baxış zamanı aşkar olunmuş 01 (bir) ədəd qızılı rəng üzərində qanabənzər ləkələr olan döşəkcə, meyitin sağ və sol əl barmaqlarından dırnaq kəsintiləri və meyitin saçından tük nümunəsi götürüldü. Bu barədə 01.03.2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. (cild 01, iş vər. 05-17) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 01.03.2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Aslan Məhərrəmovun təqdim etdiyi tumanın üzərində gözlə görünən qanabənzər ləkəyə rast gəlinmişdir. Şübhəli şəxs Aslan Məhərrəmovun təqdim etdiyi pambıq materialdan hazırlanmaqla, üzəri çirkli ağ rəngdədir, geyinilmişdir, düyməsiz və cibsizdir. Baxış zamanı maykanın üzərində gözlə görünən zədələrə və ya qanabənzər ləkələrə rast gəlinmədi. Baxış zamanı şübhəli şəxs Aslan Məhərrəmov bildirdi ki, 01.03.2021-ci il tarixdə arvadı X7 qarşı hadisəni törədərkən əynində məhz bu alt paltarları olan mayka və tuman olmuş, həmçinin hadisədən sonra üst paltarlarını sonradan geyinmişdir. (cild 01, iş vər. 66-68) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs 03.03.2021-ci il tarixdə videoçəkilişdən istifadə olunmaqla ifadəsi yerində yoxlanılan zaman o, şübhəli şəxs qismində ifadəsində göstərdiklərini bir daha əyani surətdə olduğu kimi göstərib təsdiq etmişdir. Bu barədə 03.03.2021-ci il tarixli protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Videoçəkilişdən istifadə olunmaqla ifadənin yerində yoxlanılması istintaq hərəkətinin gedişi və nəticələri elektron məlumat daşıyıcısı olan 01 ədəd diskə köçürülməklə 03.03.2021-ci il tarixli protokola əlavə edilmişdir. (cild 01, iş vər. 90-98) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X28 09.03.2021-ci il tarixli 05-154 nömrəli məktubundan görünür ki, Zərdab şəhər sakini Təqsirləndirilən şəxs “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X28 Poliklinika şöbəsində ruhiəsəb, narkoloji və hər hansı xroniki xəstəliklərlə dispanser qeydiyyatda yoxdur. (cild 01, iş vər. 159) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X24-Təcrübi və X27 Hüquqi Şəxsin 27 mart 2021-ci il tarixli 01 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X1 ölümünə səbəb boyun üzvlərinin əllə sıxılmasından törənmiş mexaniki asfiksiya olmuşdur. Alt və üst dodaqların selikli qişasında qansızma, boyun, yanaq və döş qəfəsində qançırlar; dilaltı sümüyün sol qanadının sınığı və ətraf yumşaq toxumalara qansızma, asfiksiya əlamətləri - - konyuktivaya, epikard və plevra altına qansızmalar, daxili orqanların venoz doluqanlılığı, ürək boşluqlarında və iri damarlarda duru qanın çoxluğu və laborator analizlərinin nəticələri bu növ ölümün təsdiqedici əlamətləridir. X5 meyidində aşkar olunmuş xəsarətlər – alt və üst dodaqların selikli qişasında qansızma, boyun, yanaq və döş qəfəsində qançırlar; dilaltı sümüyün sol qanadının sınığı və ətraf yumşaq toxumalara qansızma bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01.03.2021-ci il tarixdə əllə sıxılma nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli əlamətlərlə - mexaniki asfiksiya ilə müşayiət olunmaqla mərhumun ölümüylə nəticələndiyi üçün sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə, meyitin tapıldığı şəraitin və ilin fəsilini nəzərə almaqla demək olar ki, X1 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir. X1 meyiti üzərində aşkar edilmiş xəsarətlərin lokalizasiyasına və morfoloji görünüşünə əsasən demək olar ki, hadisə anında mərhum hücum edən şəxslə istənilən qarşılıqlı vəziyyətdə ola bilərdi. X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və alkoloidlər (həmçinin tiryək qrupu) aşkar edilməmişdir. X1 meyidindən götürülmüş qan nümunəsində QİÇS aşkar olunmamışdır. X1 meyidinin uşaqlıq yolu möhtəviyatından götürülmüş tampon nümunəsində məhkəmə-tibbi tədqiqat zamanı sperma aşkar olunmuşdur. Bu, onun ölümündən əvvəl, ən çoxu 5 gün müddəti ərzində təbii yolla cinsi əlaqədə olmasına dəlalət edə bilər. (cild 02, iş vər. 34-38) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2021-ci il tarixli 6/950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən 01 ədəd sviterin, 01 ədəd jaketin, 01 ədəd gecəliyin (gecə köynəyi), 01 ədəd retuzun, 01 ədəd alt tumanının; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd alt tumanın, 01 ədəd maykanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın səthi üzərindən aşkar edilmiş çəhrayı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən 01 ədəd jaket tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X7 məxsus olduğu qeyd edilən 01 ədəd sviterin, 01 ədəd jaketin, 01 ədəd gecəliyin (gecə köynəyi), 01 ədəd retuzun, 01 ədəd alt tumanının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd alt tumanının və 01 ədəd maykanın tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X2 və sol əl barmaqlarının dırnaq kəsintiləri üzərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd alt tumanının, 01 ədəd maykanın tərkib liflərindən yoxdur. (cild 02, iş vər. 40-46) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” X28 01.04.2021-ci il tarixli 110 /2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus mayka və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X7 məxsus vodolazka, jaket, gecəlik, retuz və tuman üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. (cild 02, iş vər. 48-50) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X17” X28 02.04.2021-ci il tarixli 139 /2021-MTBŞ nömrəli rəyindən görünür ki, 1. zərərçəkmiş X5 ABO sistemi üzrə qan qrupu – Abeta(H)/İİ/, 2.təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – B-alfa/İİİ/ olmuşdur.

3. Ekspertizaya təqdim olunan mərhumə X7 məxsus jaket, Təqsirləndirilən şəxs məxsus tursik və hadisə yerindən meyitin yanından götürülmüş döşəkcə üzərində insan qanı ləkələri aşkar olundu. R.Aslanovaya məxsus jaket və döşəkcə üzərindəki ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, döşəkcə üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə X7 məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. 4. Təqdim edilən X2 və sol əl barmaq dırnaq kəsiklərində, ona məxsus vodolazka, gecə köynəyi, retuz, tursik və Təqsirləndirilən şəxs məxsus mayka üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 02, iş vər. 53-56) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 08.04.2021-ci il tarixli 177/47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırkı ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Həmin rəyin psixoloji ekspertiza hissəsindən görünür ki, Təqsirləndirilən şəxs səciyələndirən əsas fərdi-psixi xüsusiyyətlər praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olmadır. Təqsirləndirilən şəxs əqli inkişafinda gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi, o, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs 26.03.2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosianal halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi həyat yoldaşı Rəhilə Aslanovanın ona xəyanət etməsi düşüncəsi ola bilər. Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (cild 02, iş vər. 94-97) Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, habelə bu materiallardan irəli gələn və yuxarıda işin faktiki halları ilə bağlı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, CM-nin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmədən ibarət ictimai təhlükəli əməl cinayət sayılır və həmin əmələ görə cinayət məsuliyyəti şəxsin qəsdən həyatdan məhrum edilməsi ilə nəticələnən əməlin törədilməsi ilə yaranır. Cinayət işinin materiallarında yer alan və məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs arvadı X8 qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib, bu niyyətlə evin yataq otağının çarpayısında uzanıqlı vəziyyətdə olan Rəhilə Aslanovanın üzərinə çıxmaqla dizləri ilə sonuncunun qollarını saxlayaraq ağız və sinə nahiyəsinə bir neçə dəfə yumruqla vurduqdan sonra əlləri ilə Rəhilənin boğaz nahiyəsini təxminən iki dəqiqə müddətində sıxıb boğmaqla sonuncunun ölümünə səbəb olmuş alt və üst dodaqların selikli qişasında qansızma, boyun, yanaq və döş qəfəsində qançırlar, dilaltı sümüyün sol qanadının sınığı və ətraf yumşaq toxumalara qansızma, konyuktivaya, epikard və plevra altına qansızmalar, daxili orqanların venoz doluqanlılığı, ürək boşluqlarında və iri damarlarda duru qanın çoxluğu mexaniki asfiksiya ilə müşayiət olunmaqla Rəhilə Aslanovanın ölümü ilə nəticələndiyi üçün sağlamlığa ağır zərər vuran xəsarətlər (cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 27 mart 2021-ci il tarixli 01 nömrəli rəyinə əsasən) yetirmiş, bu hərəkətləri edərkən etdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunu arzu edərək Rəhilə Aslanovanı qəsdən öldürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir və təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun barəsində nümayəndəliyə hüquq-mühafizə orqanlarından və şəhər sakinlərindən hər hansı bir şikayət daxil olmamışdır. (cild 01, iş vər. 161-164) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (cild 01, iş vər. 170-171) Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddələrində göstərilən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2021-ci il tarixdə 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 56) Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” Zərdab Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 4(035)- 03/2021 nömrəli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 mart 2021-ci il tarixdə əvvəli 01.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 123-125) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 01 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Zərdab rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan iş üzrə hadisə yerinə baxış zamanı götürülmüş meyitin yanında olan 01 (bir) ədəd qızılı rəngli, üzərində qanabənzər ləkələr olan döşəkcə, meyitin xarici müayinəsi zamanı başın təpə, arxa, sağ və sol yan tərəflərindən saç nümuləri, həmçinin hər iki əlindən dırnaq nümunələri, X5 quru qan nümunəsi, Təqsirləndirilən şəxs quru qan nümunəsi dəyəri olmadığından, zərərçəkmiş şəxs X5 hadisə zamanı əynində olmuş geyim əşyaları kimi 01 ədəd kofta, 01 (bir) ədəd jaket, 01 ədəd finka, 01 ədəd alt paltarı sayılan gecəlik (nacnoy), 01 (bir) ədəd alt paltarı tuman, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş əşyaları kimi 01 ədəd boz üzərində mavi cizgiləri olan alt paltarı tuman və 01 ədəd ağ rəngli alt paltarı mayka isə tələb olunmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 104,16 AZN (yüz dörd manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zərdab rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 (bir) ədəd qızılı rəngli, üzərində qanabənzər ləkələr olan döşəkcə, meyitin xarici müayinəsi zamanı başın təpə, arxa, sağ və sol yan tərəflərindən saç nümuləri, həmçinin hər iki əlindən dırnaq nümunələri, X5 quru qan nümunəsi, Təqsirləndirilən şəxs quru qan nümunəsi, zərərçəkmiş şəxs X5 hadisə zamanı əynində olmuş geyim əşyaları kimi 01 ədəd kofta, 01 (bir) ədəd jaket, 01 ədəd finka, 01 ədəd alt paltarı sayılan gecəlik (nacnoy), 01 (bir) ədəd alt paltarı tuman, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş əşyaları kimi 01 ədəd boz üzərində mavi cizgiləri olan alt paltarı tuman və 01 ədəd ağ rəngli alt paltarı mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 104,16 AZN ( yüz dörd manat, on altı qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Rafail Əliyev

Hakimlər Nahid Mirzəyev

Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar