Məhkəmə qərarları › İş №1(091)-155/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-155/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-155/2024 30.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X22, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, Zaqatala rayon məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən barəsində Zaqatala rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri əvəzinə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara), yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə yerləşdirilməsi təhlükəsizlik tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlləri anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” xəstəliyinin təsiri altında öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, yəni anlaqsız vəziyyətdə xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ev 2 ünvanında onunla birlikdə yaşayan, 1946-cı il təvəllüdlü olub aşkar qoca vəziyyətdə olan babası X5 ilə aralarında mağazadan həmin gün istilik cihazı almasına babasının etiraz etməsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onun barəsində polisə şikayət edəcəyi ilə hədələməsindən qəzəblənərək qisas almaq niyyəti ilə babasını qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün yaşadığı evin mətbəx otağından soyuq silah hesab edilməyən bıçağı götürərək həmin bıçaqla yataq otağında sonuncuya yaxını hesab edilən arvadı, yəni öz nənəsi Şahid1 gözü qarşısında hər iki şəxsin yalvararaq hərəkətlərini dayandırmasını xahiş etməsinə baxmayaraq ardıcıl zərbələr endirməklə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid - döş qəfəsinin sol aşağı bayır hissəsində orta körpücük xətti boyunca Vİİ-İX qabırğalar səviyyəsində 1 ədəd, döş qəfəsinin sol aşağı bayır hissəsində İX-X qabırğalar səviyyəsində 1 ədəd, döş qəfəsinin sol aşağı bayır hissəsində orta qoltuq altı xətti boyunca İX-X qabırğalar səviyyəsində 1 ədəd, qarın nahiyəsinin sol yuxarı hissəsində iç və bayır səthlərində 9 ədəd, qarın nahiyəsinin sağ aşağı bayır hissəsində 1 ədəd, sol saidin yuxarı üçdə birinin bayır səthində 1 ədəd, sol saidin orta üçdə birinin arxa səthində 1 ədəd və sağ əl darağı nahiyəsinin arxa səthində 1 ədəd yaralar, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid - döş qəfəsinin sol aşağı iç hissəsində yerləşmiş X qabırğanın qığırdaq hissəsini kəsərək döş boşluğuna nüfuz edib sol ağciyəri, ürək kisəsini, ürəyin sol mədəciyini zədələməklə ölümünə səbəb olan 01 ədəd, həmçinin qarın boşluğuna nüfuz edərək peritonu zədələmiş, lakin daxili üzvləri zədələməmiş 2 ədəd yara kimi çoxlu miqdar hesab edilən ümumilikdə 19 ədəd xəsarət yetirib Yaşar İbrahimovu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, 2002-ci ildə Zaqatala şəhərində anadan olmuşdur. Zaqatala şəhərində yerləşən internat məktəbində 9-cu sinifə qədər orta təhsil almış, daha sonra isə məktəbə öz istəyi ilə getməmişdir. Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ev 2 ünvanında atası Qanuni nümayəndə, anası X18, qardaşı X36, babası X5, nənəsi X23 ilə birlikdə yaşamışdır. Atası Qanuni nümayəndə fərdi əmək fəaliyyəti ilə məşğul olur. X51 evdar qadındır. X41 ibtidai sinif şagirdidir. X53 və nənəsı Xədicə İbrahimova isə təqaüdçüdür. O həmin ünvanda nənəsi və babası ilə birgə evin 2-ci mərtəbəsində, atası Qanuni nümayəndə, X51 və X41 isə evin birinci mərtəbəsində yaşamışlar. Əvvəllər şəhər ərazisində velosiped yığmaqla məşğul olmuş, son vaxtlar isə heç bir işlə məşğul olmamışdır. Psixi xəstədir. Təxminən 5 il bundan əvvəl Bakı şəhərində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 1 ay müddətində stasionar qaydada müalicə almışdır. Eyni zamanda bir neçə il öncə Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında 1 həftə stasionar qaydada, Zaqatala RMX PHŞ-nin Psixiatrik kabinetində isə ambulator qaydada müalicə almışdır. Zaqatala RMX PHŞ-nin Psixiatrik kabinetində və Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında ruhi-əsəb xəstəsi kimi qeydiyyatdadır. Uzun müddət X53la X43 arasında münaqişə olmuş, babası ilə nənəsi mütəmadi olaraq bir-biriləri ilə mübahisə etmiş, hadisədən bir neçə gün əvvəl X53 yemək üstündə evdə mübahisə yaratmış, mübahisə zamanı stolun üzərindən külqabını götürərək X43nın üzərinə atmaq istəmiş, lakin o müdaxilə edərək nənəsinin xəsarət almasının qarşısını almış, həmin vaxt atası Qanuni nümayəndə, X51 və X41 evin birinci mərtəbəsində olmuşlar. Mübahisə zamanı X53 külqabını stolun üzərinə qoymuş, bundan sonra o dərhal külqabını və stolun üzərində olan güldan və digər əşyaları götürüb mətbəx otağına aparmışdır. Həmin vaxt X53 X43 və onu nalayiq söyüşlərlə təhqir etmişdir. X42 həmin vaxt içkili olmasını dəqiq bilməsə də, hərəkətlərindən onun içkili olduğunu düşünmüşdür. X24 Yaşar İbrahimovun son zamanlar spirtli içki qəbul etdiyini söyləmişdir. Mübahisədən sonra Yaşar İbrahimov evi tərk etmiş, qısa müddət sonra babasının evdə unutduğu mobil telefonuna zəng gəlmiş, X43 zəngə cavab verərək telefonla danışmış, telefon danışığı zamanı bibisi X44 İbrahimovun ona zəng edərək evdə mübahisə baş verməsi barədə məlumat verdiyini, Yaşar İbrahimovun evdə özünü apara bilməməsindən ona şikayətləndiyini bildirmişdir. Mübahisə zamanı atası Qanuni nümayəndə bibisi Fatma Hacıməmmədovaya zəng edərək “sənin cadugər ananla petka atan bir-birilə mübahisə edir və evdə səs-küy salırlar” demiş, bundan sonra X31 İbrahimovaya zəng edərək nə baş verdiyini maraqlanmışdır. Həmin gün axşam saatlarında X53 evə geri qayıtmış, lakin evdə başqa söz-söhbət olmamışdır. Həmin vaxtdan hadisə günü, yəni 28 noyabr 2023-cü il tarixə qədər X53la X43 arasında kiçik münaqişlər olmuş, həmin münaqişələr onu qəzəbləndirmiş, X53 ona dəli deyərək onu təhqir etmişdir. Yaşar İbrahimov ona işləmədiyini, evə heç bir dəstək olmadığını, hər şeyi öz maddi imkanı hesabına etdiyini və öz puluna spirtli içkilər alaraq içdiyini söyləmişdir. X30 İbrahimovla üzun müddət öncə aralarında olan problemlə əlaqədar ünsiyyət saxlamamış. əmisi Şahid3 evinə tez-tez gedib-gəlməsi evdə babası ilə arasında söz-söhbət yaratmış, sonuncu dəfə əmisi Şahid3 evinə hadisədən bir neçə ay öncə getmişdir. Bütün bunlar onu qıcıqlandırmış, Yaşar İbrahimovun onu nalayiq söyüşlərlə təhqir etməsinə dözə bilməmiş, əsəbləri tamamilə pozulmuşdur. Son günlər evin soyuq olmasından şikayətlənmiş, lakin X53 evdəki kombinin gücünü artırmamış, belə olan halda qəzəblənmiş, kombinin gücünü artıran zaman Yaşar İbrahimov onu nalayiq söyüşlərlə təhqir edib kombinin gücünü yenidən aşağı salmışdır. Məhz bu səbəbdən 28 noyabr 2023-cü il tarixdə, təxminən saat 10:30-da bazara spiral pletka almağa getmiş, şəhər ərazisində yerləşən mağazadan spiral pletka alıb evə geri qayıtmışdır. Evin giriş qapısından içəri daxil olan zaman X53u həyətdə pilləkənin yanında ayaqqabılarını geyinən vəziyyətdə görmüş, Yaşar İbrahimov ondan əlində nə olduğunu soruşmuş, o isə babasına cavab verməyib evin ikinci mərtəbəsinə qalxmışdır. Daha sonra pletkanı qutusundan çıxarıb işləyib-işləməsini yoxlamaq məqsədilə naqilə taxmış, Yaşar İbrahimov həmin vaxt arxasınca evin ikinci mərtəbəsinə qalxaraq həmin pletkanı işlədəcəyi təqdirdə evə polis çağıracağını söyləmişdir. X37 polislə hədələmiş, o etdiyi əməlin qanun pozuntusu olmadığını söyləyən zaman onu nalayiq söyüşlərlə təhqir etmişdir. Yaşar İbrahimov evin giriş darvazasından çölə çıxıb evin elektrik xəttini kəsmiş, belə olan halda o pletkanı naqildən çıxarıb evin birinci mərtəbəsinə aparmış, daha sonra evin ikinci mərtəbəsinə qalxıb öz otağında kitab oxumaqla məşğul olmuşdur. Həmin vaxt çox qəzəbli olmuş, sinirlərinə hakim ola bilməmiş, X53a xəta yetirmək istəmişdir. Təxminən saat 15:30 radələrində bıçaq götürmək məqsədilə mətbəx otağına getmiş, otaqda sürmədən bıçaq götürüb qəzəbli halda qonaq otağına daxil olmuş, bu zaman X42 ayaqyolundan çıxıb öz yataq daxil olduğunu görüb arxasınca hərəkət etmiş, bu zaman beynində babasını vurub-vurmaması ilə bağlı iki fikir olmuş, X37 əlində bıçaqla görmüş, babasının hərəkətlərinə əsəbi olduğundan onu vurması ilə bağlı qəti qərara gəlmiş, həmin vaxt əlində olan bıçaqla X53a xəsarətlər yetirməyə başlamışdır. Bıçaq hadisə vaxtı sağ əlində olmuş, hadisə zamanı X43 da qonaq otağında olmuş, Xədicə İbrahimova onun Yaşar İbrahimova bıçaqla zərbələr endirdiyini görüb qışqırmağa başlamış, ona müdaxilə etməyə çalışsa da, o X53a zərbələr endirməyə davam etmiş, Yaşar İbrahimova bıçaqla zərbələr endirən zaman qarşısında ayaqüstə dayanmış, bir neçə bıçaq zərbəsindən sonra isə yerə çökmüşdür. Yaşar İbrahimov yerə çökdükdən sonra ona bıçaqla zərbələr endiribendirməməsini xatırlaya bilmir. O Yaşar İbrahimova bıçaqla onun sinə və qarın nahiyəsinə xəsarətlər yetirmiş, Yaşar İbrahimova bıçaqla xəsarətlər yetirən zaman əl hərəkətləri ilə ona müqavimət göstərmiş, “bağışla bir də eləmərəm, eləmə” söyləmiş, bir neçə saniyə sonra X51 da onların yanına gələrək qışqırmağa başlamış, həmin vaxt ona “eləmə eləmə” deyə söyləmiş, o qorxduğundan artıq əlindəki bıçaqla çəkilib kənarda dayanmışdır. X53 yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Otağın döşəməsi isə qana bulaşmışdır. X32 arxasınca atası Qanuni nümayəndə otağa daxil olaraq bıçağı yerə qoymasını tələb etmiş, bıçağı yerə qoyduqdan sonra Qanuni nümayəndə bıçağı yerdən götürmüş, bundan sonra ona iki dəfə yumruqla zərbə endirmişdir. X53 aldığı xəsarətlər nəticəsində zarımış, qısa müddət sonra Qanuni nümayəndə hadisə barədə polisə məlumat vermişdir. Polis əməkdaşları yaşadığı ünvana gələrək onu Zaqatala RPŞ-yə aparmışlar. O polis şöbəsində törətdiyi cinayət əməlini, yəni babasına bıçaqla xəsarət yetirdiyini etiraf etmişdir. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Hadisə vaxtı X53a xəsarət yetirdiyi bıçağı mətbəx otağından sürmədən götürmüşdür. Bıçağın tiyəsi taxta materialdan olmaqla sarı rəngdə, sapı ilə biryerdə təxminən uzunluğu 20-25 sm olmuşdur. Hadisə zamanı əynində qara rəngli cins şalvar, qara rəngli öndən düymə ilə bağlanan köynək, boz rəngli idman ayaqqabısı olmuşdur. Hadisə vaxtı X42 əynində hansı paltarların olmasını dəqiq xatırlamır. Təqribən bir-iki dəqiqə ərzində X53a bıçaqla zərbələr vurmuşdur. Hadisə vaxtı yanında X43 olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Yalnız atası Qanuni nümayəndə həmin vaxt ona iki dəfə yumruq zərbəsi vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə istintaqında ifadə verməkdən imtina etməsi ilə əlaqədar onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, hadisədən təxminən 1 həftə qabaq X58 axşam saatlarında evə gəldikdən sonra mobil telefonunu tapa bilmədiyi üçün Təqsirləndirilən şəxs ona zəng etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs buna etiraz etdiyi üçün evdə mübahisə baş vermişdir. O təxminən 10 dəqiqə mübahisənin bitməsini gözləsə də, səs-küy bir müddət dayanmamış, X45 İbrahimov arasında olan mübahisəyə anası Xaccay İbrahimov müdaxilə etsə də, mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Yaşar İbrahimov ilə Şahid1 əvvəllər baş vermiş mübahisələr zamanı mübahisəyə müdaxilə etdiyi üçün ondan polis şöbəsinə şikayət etdiklərinə görə evin ikinci mərtəbəsinə qalxıb məsələyə qarışmamış, X33ya zəng edərək təcili evə gəlməsini, atası ilə anasını sakitləşdirə bilmədiyini söyləmişdir. X9rın uşaq olmadığını, öz aralarında mübahisəni həll edəcəyini bildirmiş, bundan sonra o evi tərk etmişdir. 28 noyabr 2023-cü il tarixdə səhər tezdən evdən çıxıb şəhərə “Fəryad kafe” adlanan çayxanaya getmiş, saat 14:00 radələrində evə qayıdıb nahar etmişdir. Bu zaman oğlu Təqsirləndirilən şəxs əlində spiral pletka görmüş, Təqsirləndirilən şəxs pletkanı evin birinci mərtəbəsinin qarşısına qoymuşdur. Həmin vaxt arvadı Şahid2 ona Təqsirləndirilən şəxs otağının soyuq olduğu üçün pletka aldığını, Yaşar İbrahimovun pletkanı evin ikinci mərtəbəsinə qaldırmağa icazə vermədiyini, buna etiraz etdiyini, həmin pletkadan istifadə ilə bağlı sərfiyyatı ödəməyəcəyini bildirib pletkanı evin ikinci mərtəbəsində quraşdırmağa qarşı çıxdığını söyləmişdir. O Təqsirləndirilən şəxs aşağı düşüb onlarla birlikdə yaşmasını söyləsə də, Təqsirləndirilən şəxs ona heç bir reaksiya verməmiş, daha sonra evin ikinci mərtəbəsinə qalxmışdır. O küçəyə çıxıb təxminən yarım saat sonra evə geri qayıtmış, evdə olduğu zaman mübahisənin şahidi olmamışdır. Evdə nahar etdikdən sonra təxminən saat 15:30 radələrində həyətin giriş qapısından küçəyə çıxmış, təxminən 10 metr evdən uzaqlaşan zaman qışqırıq səsi eşitmiş, anası Şahid1 qışqırıq səsindən əmin olduqdan sonra dərhal evə doğru qaçıb həyətin giriş qapısından içəri daxil olmuş, həyətə daxil olan zaman azyaşlı oğlu Rafael İbrahimovu evin birinci mərtəbəsinin giriş hissəsində ağlayan vəziyyətdə görmüş, oğluna “qorxma” deyib sürətlə evin ikinci mərtəbəsinə qalxmış, evin ikinci mərtəbəsinin giriş qapısını açan kimi qonaq otağının girişində arvadı Şahid2 görüb əli ilə onu arxasına çəkmiş, daha sonra ona “qaç uşağın yanına təkdir birdən qorxa bilər” demiş, arvadı Şahid2 qaçaraq evin birinci mərtəbəsinə düşmüş, Təqsirləndirilən şəxs əlində bıçaqla girişdən sağ tərəfdə yataq otağının qarşısında dayandığını görmüş, yataq otağının qapısı yarımaçıq vəziyyətdə olmuşdur. Qapının arxa tərəfində otağın içərisində anası Şahid1 qapını tutub dayanmışdır. X58 isə onun arxasında paltar şkafının qarşısında olmuşdur. Təqsirləndirilən şəxs onu görən kimi qorxub dodağının altında yavaş səslə “bezdirmisiniz, öl elə canın çıxsın” demiş, Şahid1 ona Ruslan X21 bıçaqladığını bildirmişdir. O əlinə keçən stulu götürüb Təqsirləndirilən şəxs üzərinə atmaq istəyən zaman Təqsirləndirilən şəxs yerə çökmüş, bu zaman stulu əlindən yerə buraxıb ona şillə vurmuşdur. Daha sonra onu yan tərəfdən özünə sıxıb “vicdansız bıçağı yerə qoy” söyləmişdir. Təqsirləndirilən şəxs tamamilə yerə çökmüş və bıçağı əlindən buraxmışdır. O tez bıçağı götürüb özündə saxlamışdır. O yataq otağının qapısını bir qədər açıb içəri daxil olan zaman Yaşar İbrahimovu ayaq üstə qapının arxasında anasının yanında dayandığını görmüş, ona qorxmamasını söyləyib qonaq otağında olan divana aparıb əyləşdirmişdir. Yaşar İbrahimovu qonaq otağında divanda əyləşdirdikdən sonra onun bədən nahiyəsinə vizual olaraq baxmış və çoxsaylı bıçaq xəsarətləri görmüşdür. Xəsarətlərin sayını dəqiq bilmir. Həmin vaxt özündə olmadığı üçün diqqətlə baxa bilməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt baş verən prosesləri izləmişdir. O Dərhal təcili tibbi yardıma “103” xidmətinə və DİN-in “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs babasını hansı səbəbdən bıçaqladığını soruşub onu danlamış, Təqsirləndirilən şəxs ona “yaxşı eləmişəm, bezdirmişdi məni” deyərək özünə haqq qazandırmışdır. Bu zaman ona iki dəfə şillə vurmuş, zərbənin təsirindən Təqsirləndirilən şəxs yerə yıxılmışdır. O daha sonra evin mətbəx otağına gedib bıçağı stolun üzərinə qoymuşdur. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları, onların arxasınca isə təcili tibbi yardım briqadası yaşadığı ünvana gəlmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışdır. X54 isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. X20 zəruri tibbi yardımlar göstərilməsinə baxmayaraq təxminən saat 22:20 radələrində xəstəxananın Cərrahiyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişmişdir. Daha sonra onun meyiti MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsinə təhvil verilmiş, növbəti gün X46 kənd qəbirstanlığında dəfn etmişlər. Oğlu Təqsirləndirilən şəxs isə törətdiyi cinayət əməlini etiraf edib həbs edilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı xəsarət almamışdır. O bıçağı evin mətbəx otağından götürmüşdür. Onun arvadının adı Elnurə deyil, Şahid2dır. Anasının adı isə Şahid1dır. Evdə hamı onu Xədicə kimi çağırır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində bu barədə yalnış məlumat vermişdir. Hadisə barədə başqa məlumatım yoxdur. Təqsirləndirilən şəxsla X58 bir-birləri ilə yola getməmiş, Yaşar İbrahimov Təqsirləndirilən şəxs yersiz davranışlarına dözə bilməmiş, Təqsirləndirilən şəxs yersiz davranışlarına reaksiya vermiş, nəticədə tez-tez mübahisələr baş vermişdir. Təqsirləndirilən şəxs da xəstəliyi ilə əlaqədar X58 və anası Şahid1 xoşuna gəlməyən hərəkətlər edərək onları qıcıqlandırmışdır. Hadisə baş verən günü Təqsirləndirilən şəxsla X58 arasındakı mübahisəyə şahidlik etməmişdir. Təqsirləndirilən şəxs spiral pletka alıb yatdığı otaqda quraşdırmaq istəməsi ilə əlaqədar aralarında mübahisə olmuş, nəticədə məlum hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hazırda Zaqatala şəhəri, Şimal-Qərb massivi, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda Zaqatala şəhəri ərazisində yerləşən Mərkəzi Bazarda paltar alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Təqsirləndirilən şəxs ünvan 6 ünvanında mərhum atası X5, anası Şahid1 ilə birlikdə yaşamışdır. Onlar həmin ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin ikinci mərtəbəsində, qardaşı Qanuni nümayəndə isə ailə üzvləri ilə birgə həmin evin birinci mərtəbəsində yaşayır. Qardaşı Qanuni nümayəndə 2002-ci ildə Zaqatala rayonu, Muğanlı kənd sakini Şahid2 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 2014-cü il təvəllüdlü Rafael İbrahimov adlı iki övladı var. Qardaşı oğlu Rafael İbrahimov məktəblidir. Mərhum atası X5 təqaüdçü olmuşdur. Anası Şahid1 heç bir yerdə işləmir və təqaüdçüdür. Qardaşı Qanuni nümayəndə ayrı-ayrı vaxtlarda işləmək məqsədilə Rusiya Federasiyana gedib-gəlmişdir. Onun arvadı Şahid2 isə evdar qadındır. Qardaşı Qanuni nümayəndə əvəllər Rusiya Federasiyasının Dmitrov şəhərində tikintidə fəhlə işləmişdir. Sonuncu dəfə 2023-cü ilin may ayında Rusiya Federasiyasına getmiş, işini bitirdikdən sonra 2023-cü ilin sentyabr ayının sonunda Zaqatala rayonuna geri qayıtmışdır. Təqsirləndirilən şəxs öz istəyi ilə Yaşar İbrahimov və Şahid1 ilə birgə evin ikinci mərtəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs ilk öncə Muğanlı kənd tam orta məktəbində 4-cü sinifə qədər orta təhsil almış, 5-ci sinifdən 9-cu sinifə qədər isə Zaqatala şəhəri ərazisində yerləşən Zaqatala internat məktəbində orta təhsil almışdır. Lakin Təqsirləndirilən şəxs 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs uşaq yaşlarından hər şeyə reaksiya verən, heç kimlə yola getməyən, adi bir şeyə görə söz-söhbət yaradan eqoist bir uşaq olmuşdur. Onun təlimtərbiyəsi ilə Şahid1 məşğul olmuşdur. Təqsirləndirilən şəxs 14 yaşından sonra psixoloji problemləri yaranmışdır. Təqsirləndirilən şəxs yaşı artdıqca insanlardan uzaqlaşmış və özünə qapanmışdır. Uşaq yaşlarında bunu hiss etməsələr də, yaşı artdıqca Təqsirləndirilən şəxs davranışlarında qəribəlik hiss etmiş, Təqsirləndirilən şəxs verilən suallara adekvat cavablar verməmiş, qışqıra-qışqıra danışmış və tez-tez ağlayıbgülümsəmişdir. Təqsirləndirilən şəxs öz həmyaşıdları ilə ünsiyyətdən qaçmış, tez-tez kəndə gəlib-gedən zaman o və ailə üzvləri bunu hiss etmişlər. Təqsirləndirilən şəxs bibisi kimi onu istəməmiş, anası Şahid1 görməyə gələn zaman Təqsirləndirilən şəxs ona bir daha evə gəlməməsini söyləmişdir. Təqsirləndirilən şəxs övladlarına da nənələri ilə görüşməsinə icazə verməmiş, o nənəsi və babasını başqa şəxslərlə bölüşmək istəməmiş, Təqsirləndirilən şəxs xəstəliyini nəzərə alaraq ona heç bir söz söyləməmişlər. Təqsirləndirilən şəxs cəmiyyətə adaptasiya ola bilməmiş, məktəbdən buna görə öz istəyi ilə çıxmışdır. Yaşar İbrahimovun təkidi ilə Təqsirləndirilən şəxs Zaqatala RMX PHŞ-də müalicə olunmuş, xəstəxananın psixiatrik kabinetində qeydiyyatda olmuşdur. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs səhhətində olan psixoloji problemləri daha da kəskinləşdiyi üçün qardaşı Asif İbrahiimov onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-yə aparmış, Təqsirləndirilən şəxs həmin xəstəxanada stasionar qaydada müalicə olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt evdə hamıya kobud cavab verərək qışqırmış, tez-tez evdən qaçmış, sözə qulaq asmamışdır. Həmin xəstəxanada stasionar qaydada müalicə aldıqdan sonra Yaşar İbrahimov onu evə gətirmiş, Təqsirləndirilən şəxs müalicəsini ambulator qaydada evdə davam etdirmişdir. Lakin bir müddət sonra qardaşı Qanuni nümayəndə ona deməsinə görə Təqsirləndirilən şəxs xüsusi resept əsasında ona yazılan dərmanları qəbul etməkdən imtina etmiş, Yaşar İbrahimov Təqsirləndirilən şəxs X11 aparmış, təxminən 1 həftə həmin xəstəxanada qalıb müalicə olunduqdan sonra onu evə geri gətirmişdir. Təqsirləndirilən şəxs ona təyin olunan dərman preparatlarını vaxtında və düzgün qaydada qəbul etmədiyi üçün onun səhhətində müsbətə doğru heç bir şey baş verməmişdir. Təqsirləndirilən şəxs uşaq yaşlarından Yaşar İbrahimov və Şahid1 çox bağlı olmuşdur. Onlar Təqsirləndirilən şəxs daim istəklərini yerinə yetirmişlər. Məhz bu səbəbdən o ata və anası ilə deyil, onlarla birgə yaşamışdır. Qanuni nümayəndə onu dərmanlarını vaxtında qəbul etməyə məcbur etdiyinə görə Təqsirləndirilən şəxs atasına yaxın gəlməmiş, atasını görən kimi uzaqlaşmışdır. Qanuni nümayəndə ona deməsinə görə son vaxtlar Təqsirləndirilən şəxs onlara tez-tez başında ağrılar olduğunu söyləmişdir. Qanuni nümayəndə Təqsirləndirilən şəxs bir söz deyən kimi o evin ikinci mərtəbəsinə nənəsi və babasının yanına qaçmış, onlar Təqsirləndirilən şəxs müdafiə edərək heç kimin ona qarışmamasını söyləmişlər. Qanuni nümayəndə müəyyən vaxtlarda ona zəng edərək evdə atası ilə anasının mübahisə etdiklərini bildirmişdir. Evdə baş verən mübahisənin konkret səbəbləri barədə dəqiq bir məlumatı yoxdur. Bu barədə çox vaxt ona məlumat verilmədiyi üçün xəbəri olmamışdır. Qanuni nümayəndə ona həmin mübahisələrin Təqsirləndirilən şəxsla bağlı olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs X48 İbrahimovanın sözünə baxmadığı üçün atası ilə anası aralarında tez-tez mübahisə etmişlər. X47 hərdənbir spirtli içki içib evə gələn zaman Şahid1 onun səhhətini nəzərə alıb ona içki içməməsini söyləməsi ilə əlaqədar aralarında mübahisə baş vermişdir. Yaşar İbrahimovu hadisə günü, yəni 28 noyabr 2023-cü il tarixdə səhər saatlarında görmüş, Yaşar İbrahimov bazara onun yanına gəlmişdir. Yaşar İbrahimov mütəmadi olaraq səhər tezdən bazara gələrək ona baş çəkmiş və birlikdə söhbət etmişlər. Həmin gün səhər tezdən X58 onunla ümumi söhbət etdikdən sonra evə geri qayıtmış, söhbət zamanı ona övladlarını evləndirməsini və toy görmək istədiyini söyləmişdir. Təxminən saat 13:00 radələrində anasına baş çəkmək məqsədilə onlara getmiş, həmin vaxt atası X45 İbrahimov evdə mübahisə etmişlər. O atasından nə baş verdiyini soruşduqda Yaşar İbrahimov Təqsirləndirilən şəxs özbaşına mağazaya gedərək spiral pletka aldığını bildirmiş, o atasına əsəbləşməməsini söyləyib onu sakitləşdirmişdir. Yaşar İbrahimov daha sonra evin ikinci mərtəbəsinə qalxmışdır. O Təqsirləndirilən şəxs əgər soyuq olursa evdə qalın geyinməsini tapşırmış, Təqsirləndirilən şəxs ona heç bir söz söyləməmişdir. Həmin vaxt Qanuni nümayəndə evdə olmamışdır. Təxminən 5 dəqiqə ərzində evin ikinci mərtəbəsinə qalxıb anası Şahid1 ilə görüşmüş, daha sonra isə evi tərk etmişdir. Söhbət zamanı Şahid1 heç kimin bu məsələyə qarışmamasını, Təqsirləndirilən şəxsla danışıb məsələni yoluna qoyacağını söyləmişdir. Yaşar İbrahimov o evdə olan zaman evi tərk etmişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamışdır. İlk öncə bazara, oradan isə yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs əvvəllər yaşadığı evin yanında küçədə velosiped hissələrini yığmaq işi ilə məşğul olmuş, daha sonra həmin işi tərgimişdir. Qanuni nümayəndə ona deməsinə görə Təqsirləndirilən şəxs şəhər ərazisində ətir satan Xanlar adlı şəxslə tanış olaraq ətir satışı işi ilə məşğul olmuş, lakin həmin işdə uğursuz olduğu üçün maddi ziyan etmiş və daha sonra həmin işi də tərgimişdir. Bundan sonra hər hansı bir işlə məşğul olmamışdır. 2023-cü ilin noyabr ayının əvvəlində X48 İbrahimova Naftalan şəhərində yerləşən sanatoriyaya getmiş, təxminən 10 gün sonra ayın ortalarında evə geri qayıtmışlar. Qanuni nümayəndə ona deməsinə görə 10 gün ərzində Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində tək qalaraq çölə çıxmamışdır. Onlar evə geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs pəncərələrə mismar vurduğunu, qapıları kəndirlə bağlayıb qıfılladığını, evdə olan bəzi əşyaların yerini dəyişməsinin şahidi olmuşlar. 28 noyabr 2023-cü il tarixdə, təxminən saat 15:45 radələrində Şahid1 qızı Nailə Hacıməmmədovaya zəng edərək Yaşar İbrahimovun pis olduğunu və təcili olaraq onlara gəlməsini bildirmişdir. O əri Şahid6la birgə təxminən 10 dəqiqəyə atasının yaşadığı ünvana gəlmiş, evə daxil olan zaman evdə polis əməkdaşları olmuşdur. X58 evin ikinci mərtəbəsində girişdə sol tərəfdə taxtın üzərində uzanıqlı vəziyyətdə, Təqsirləndirilən şəxs isə polis əməkdaşlarının əhatəsində olmuşdur. O atasını görən kimi ağlayıb özünü itirmişdir. Həmin vaxt baş verənləri tam olaraq xatırlamır. X58 heç nə danışmamış, paltarları qanla bulaşıqlı vəziyyətdə olmuşdur. O Təqsirləndirilən şəxs “sən nə etdin” sualını verən zaman ona cavab verməmiş, gülümsəyərək üzünə baxmış, Təqsirləndirilən şəxs psixoloji vəziyyətini bildiyi üçün ona başqa sual verməmişdir. Qardaşı Qanuni nümayəndə və anası Şahid1 ona Təqsirləndirilən şəxs yaşadığı evdə Yaşar İbrahimova bıçaqla xəsarətlər yetirdiyini bildirmişlər. Bir müddət sonra təcili tibbi yardım briqadası evə daxil olmuş, onlar Yaşar İbrahimovu xəstəxanaya aparmışlar. Polis əməkdaşları isə Təqsirləndirilən şəxs polis şöbəsinə aparmış, qardaşı Qanuni nümayəndə isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Daha sonra o da əri Şahid6la birgə xəstəxanaya gəlmiş, xəstəxanada Qanuni nümayəndəla görüşüb söhbət etmiş, Qanuni nümayəndə ona X45 İbrahimov arasında Təqsirləndirilən şəxs evə spiral pletka alması ilə bağlı mübahisə düşdüyünü, mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla Yaşar İbrahimova xəsarətlər yetirdiyini bildirmişdir. Xəstəxanada X58a zəruri tibbi yardımlar göstərilməsinə baxmayaraq təxminən saat 22:20 radələrində xəstəxananın Cərrahiyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişmişdir. Daha sonra onun meyiti MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsinə təhvil verilmiş, növbəti gün X46 kənd qəbirstanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs isə törətdiyi cinayət əməlini etiraf edib həbs edilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı xəsarət almamışdır. O bıçağı evin mətbəx otağından götürmüşdür. Qanuni nümayəndə arvadının adı Elnurə deyil, Şahid2dır. Həmçinin onun anasının adı Şahid1dır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində bu barədə yalnış məlumat vermişdir. Hadisə barədə başqa məlumatı yoxdur. Hadisədən təxminən 1 həftə əvvəl X48 İbrahimova arasında evdə mübahisə baş vermişdir Təqsirləndirilən şəxs yalan danışır. Həmin mübahisə yemək məsələsi deyil, Ruslan X21n tələbini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Belə ki, Yaşar İbrahimov mobil telefonunu tapa bilmədiyi üçün ondan özünə zəng etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs bundan imtina etdiyi üçün mübahisə baş vermiş, Şahid1 mübahisəyə qarışdığı üçün mübahisə daha da böyümüşdür. Şahid1 həmin vaxt Təqsirləndirilən şəxs tərəfini saxlamış, bu hal X54 qıcıqlandırdığı üçün onlar mübahisə etmişlər. Qanuni nümayəndə məcbur qalıb ona zəng edərək bu barədə məlumat vermişdir. Qanuni nümayəndə “cadugər ananla petka atan bir-birilə mübahisə edir və evdə səs-küy salırlar” ifadəsini işlətməmiş, telefon danışığı zamanı o anasına belə bir söz deməmişdir. Bu tamamilə yalandır. O anasına zəng edərək nə baş verdiyini soruşmuş, Şahid1 Yaşar İbrahimovun içkili olduğunu, telefonunu tapa bilmədiyi üçün mübahisə saldığını, daha sonra telefonunu tapdığını, küçəyə çıxdığını və problemin həll edildiyini bildirmişdir. X58 heç vaxt Şahid1 və Təqsirləndirilən şəxs nalayiq söyüşlərlə söyməmiş, onlara fiziki xəsarət yetirməmişdir. Son zamanlar Təqsirləndirilən şəxsla Yaşar İbrahimov bir-birləri ilə yola getməmiş, Təqsirləndirilən şəxs Şahid1 və Yaşar İbrahimovun sözünə qulaq asmamışdır. Sanatoriyadan geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs daha da aqressivləşmişdir. Yaşar İbrahimov Təqsirləndirilən şəxs yersiz davranışlarına dözə bilməmiş və dərhal reaksiya vermişdir. Nəticədə mübahisə baş vermişdir. Təqsirləndirilən şəxs da xəstəliyi ilə əlaqədar Yaşar İbrahimov və Şahid1 xoşuna gəlməyən hərəkətlər edərək onları qıcıqlandırmışdır. X29rdaşı Şahid3la küsülü olduğu üçün Təqsirləndirilən şəxs əmisigilə gedib-gəlməsi evdə mübahisəyə səbəb olmuşdur. Lakin bu hadisə daha öncələr baş vermişdir. Hadisə baş verən günü Təqsirləndirilən şəxsla Yaşar İbrahimov arasındakı mübahisə Təqsirləndirilən şəxs xəbərsiz spiral pletka alıb evdə quraşdırmaq istəməsi ilə bağlı olmuş, nəticədə məlum hadisə baş vermişdir. Mübahisə zamanı onlar bir-birlərinə qarşı nalayiq ifadə və ya söyüş işlətməmiş, birbirlərinə hədə-qorxu gəlməmişlər. Yaşar İbrahimov evin ümumi elektrik xəttini kəsməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusat yalandır. Təqsirləndirilən şəxs şəxsi istifadəsində hansı mobil nömrənin olması və hansı mobil telefondan istifadə etməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxsla heç vaxt mobil telefon vasitəsi ilə danışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 14 yaşından sonra psixoloji problemləri yaranmışdır. O yaşı artdıqca insanlardan uzaqlaşmış və özünə qapanmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara adekvat cavablar verməmiş, qışqıra-qışqıra danışmış və tez-tez ağlayıb-gülümsəmişdir. 2019-cu ilin əvvəlində evdən özbaşına çıxaraq gecə saatlarında dayısıgilə qaçmışdır. Həmin hadisədən bir müddət sonra isə gecə vaxtı evdən qaçaraq Zaqatala RİH-nin binasına getmiş, orada olan əməkdaşlara uşaq evinə getmək istədiyini söyləmişdir. Məhz bu səbəbdən mərhum Yaşar İbrahimov Təqsirləndirilən şəxs müalicə olunması üçün Zaqatala RMX PHŞ-yə aparmışdır. Təqsirləndirilən şəxs xəstəxananın psixiatrik kabinetində qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs həkim-psixiatr Mehriban Qurbanovanın xəstəsi olmuşdur. 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs səhhətində olan psixoloji problemləri daha da kəskinləşdiyi üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-yə aparmış, Təqsirləndirilən şəxs həmin xəstəxanada stasionar qaydada müalicə olunmuşdur. Təqsirləndirilən şəxs ona xüsusi resept əsasında yazılan dərmanları qəbul etməkdən imtina etmiş, bir müddət sonra Yaşar İbrahimov onu X11 aparmış, təxminən 1 həftə həmin xəstəxanada qalıb müalicə olunduqdan sonra evə geri qayıtmışdır. Təqsirləndirilən şəxs ona təyin olunan dərman preparatlarını vaxtında və düzgün qaydada qəbul etmədiyi üçün səhhətində müsbətə doğru heç nə baş verməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin göndərişinə əsasən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müayinəyə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs Həkim Psixiatr Komissiyasına təqdim edilmiş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Ona “Kəskin polimorf psixotik hal” diaqnozu qoyulmuş və hərbi xidmətə tam yararsız hesab edilmişdir. Təqsirləndirilən şəxs tez-tez başında ağrılar olduğunu söyləyərək dərmanları vaxtı-vaxtında qəbul etməmişdir. Təqsirləndirilən şəxs X42 müəyyən istəklərini yerinə yetirməyən zaman aralarında müxtəlif vaxtlarda söz-söhbət olmuş, lakin Yaşar İbrahimov ona heç vaxt fiziki xəsarət yetirməmişdir. Əksər mübahisələr Təqsirləndirilən şəxs yersiz davranışları ilə bağlı olmuş, Yaşar İbrahimov içki içib evə gəldikdən sonra adi bir şey üstündə onunla mübahisə etmiş, Təqsirləndirilən şəxs Yaşar İbrahimovun istəmədiyi hərəkətləri edərək onu əsəbləşdirmiş və mübahisə yaratmışdır. Qanuni nümayəndə dəfələrlə Təqsirləndirilən şəxs öz yanına evin birinci mərtəbəsinə gətirmək istəsə də, buna razılıq verməmişlər. Çünki Təqsirləndirilən şəxs öz övladları kimi istəmiş, yanlarında olmamasını qəbul edə bilməmişlər. Hadisədən bir müddət əvvəl evdə mütəmadi olaraq Təqsirləndirilən şəxs yersiz davranışları ilə bağlı mərhum Yaşar İbrahimovla arasında, X47la Qanuni nümayəndə arasında mübahisələr baş vermişdir. Mübahisələr zamanı Qanuni nümayəndə evin ikinci mərtəbəsinə qalxıb müdaxilə edən zaman biz ona öz narazılığımızı bildirmiş, Təqsirləndirilən şəxs isə çox vaxt atasının içəri daxil olmasına maneə olmaq üçün qapını arxadan bağlamışdır. Təqsirləndirilən şəxs evdə təxminən bir il bundan əvvəl baş vermiş mübahisə zamanı Yaşar İbrahimova yumruq vurmuş, onun üzərinə külqabı atmışdır. Bundan sonra Qanuni nümayəndə ona acıqlanaraq Yaşar İbrahimova xəsarət yetirməməsini söyləmişdir. O həmin vaxtdan sonra Yaşar İbrahimova xəsarət yetirməsə də, onunla tez-tez mübahisə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər yaşadıqları evin yanında küçədə satış mağazasının qarşısında velosiped hissələrini yığmaq işi ilə məşğul olmuş, daha sonra həmin işi tərgimişdir. O şəhər ərazisində ətir satan Şahid7la tanış olaraq ətir satışı işi ilə məşğul olmuş, lakin həmin işdə uğursuz olduğu üçün maddi ziyan etmiş və daha sonra həmin işi də tərgimişdir. Qanuni nümayəndə dəfələrlə Təqsirləndirilən şəxs həmin işdən uzaqlaşmasını söyləsə də, onun sözünə əməl etməmişdir. Şahid7la ünsiyyət qurduqdan sonra Təqsirləndirilən şəxs dini ədəbiyyatlar və dini mövzuda əsərlər oxumağa başlamış, bu da onun psixologiyasına daha da pis təsir etmişdir. Daha sonra Şahid7la mübahisə edərək onunla işləməkdən imtina etmişdir. 2023-cü ilin noyabr ayının əvvəlində Yaşar İbrahimovla birgə Naftalan şəhərində yerləşən sanatoriyaya getmiş, təxminən 10 gün sonra ayın ortalarında evə geri qayıtmışlar. 10 gün ərzində Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində tək qalaraq çölə çıxmamışdır. Evə geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs pəncərələrə mismar vurduğunu, qapıları kəndirlə bağlayıb qıfılladığını, evdə olan bəzi əşyaların yerini dəyişməsinin şahidi olmuşlar. Təqsirləndirilən şəxs nəyə görə belə bir hərəkət etdiyini soruşduqda onlara evə kənar şəxslərin girməsindən qorxduğunu söyləmişdir. Hadisədən təxminən 1 həftə qabaq Yaşar İbrahimov axşam saatlarında evə gəldikdən sonra mobil telefonunu tapa bilmədiyi üçün Təqsirləndirilən şəxs ona zəng etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs etiraz etdiyi üçün evdə mübahisə baş vermişdir. Təxminən 10 dəqiqə ərzində səs-küy dayanmamış, X45 İbrahimov arasında olan mübahisəyə müdaxilə etsə də, onları sakitləşdirə bilməmişdir. Həmin vaxt qızı Fatma Hacıməmmədova ona zəng edərək nə baş verdiyini soruşmuşdur. Daha sonra Yaşar İbrahimov evdə telefonunu tapıb çayxanaya getmiş və mübahisə dayanmışdır. Axşam vaxtı Yaşar İbrahimov evə geri qayıdan zaman mübahisə baş verməmişdir. Son bir həftə ərzində evdə böyük mübahisə baş verməmiş, Yaşar İbrahimov arasında yalnız söz-söhbət olmuşdur. Həmin mübahisələr qısa zaman ərzində baş vermiş və problem həll edilmişdir. X15 yersiz istək və davranışları ilə bağlı olmuşdur. 28 noyabr 2023-cü il tarixdə səhər saatlarında Yaşar İbrahimov evdən çıxıb bazar tərəfə getmişdir. Təqsirləndirilən şəxs isə səhər saatlarında evdə olmuş, kitab oxumuş, təxminən saat 10-11 radələrində evdən heç kimə xəbər etmədən çıxaraq getmiş, təxminən yarım saat sonra əlində spiral pletka ilə evə geri qayıtmdışdır. Təqsirləndirilən şəxs evə geri qayıdan zaman Yaşar İbrahimov evdə olmuş, Təqsirləndirilən şəxs pletkanı evin ikinci mərtəbəsinə qaldırıb giriş qapısının yanına qoyan zaman yaranmış səs-küyə Yaşar İbrahimov öz otağından çölə çıxmış, onlar Təqsirləndirilən şəxs hansı səbəbə görə pletka aldığını soruşmuş, daha sonra ona öz etirazlarını bildirmiş, Təqsirləndirilən şəxs onlara evdə ona soyuq olduğunu, öz istəyilə pletka aldığını və həmin pletkanı işlədəcəyini söyləmiş, bu zaman X45 İbrahimov arasında mübahisə böyümüş, Yaşar İbrahimov həmin pletkanı evdə quraşdırmağa icazə vermədiyi bildirmiş, o Yaşar İbrahiumova getməsini, məsələni həll edəcəyini dedikdən sonra Yaşar İbrahimov evi tərk etmişdir. Təqsirləndirilən şəxs pletkanı evin birinci mərtəbəsinə aparmış, daha sonra isə öz otağına getmişdir. Mübahisə zamanı X45 İbrahimov bir-birinə qarşı nalayiq ifadə işlətməmiş və bir-birlərinə hədə-qorxu gəlməmişlər. 1 saat sonra, təxminən saat 15:30-da əri Yaşar İbrahimov evə geri qayıtmış, aptekə gedib dərman almaq üçün onu öz otağına çağırıb pul istəmiş, Yaşar İbrahimovun otağına gedib ona pulu verikdən təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs sağ əlində bıçaqla otağa daxil olmuş, həmin vaxt o və əri Yaşar İbrahimov yataq otağının qapısının arxasında dayanmış, o Təqsirləndirilən şəxs nə etdiyini soruşduqda Təqsirləndirilən şəxs gərgin vəziyyətdə Yaşar İbrahimovun üzünə baxmış və heç bir söz deməmişdir. Daha sonra iri addımlarla Yaşar İbrahimovun üzərinə gedib sağ əlindəki bıçaqla onun sinə nahiyəsinə zərbələr endirməyə başlamış, Təqsirləndirilən şəxs əlindəki bıçaqla Yaşar İbrahimova yuxarıdan aşağıya doğru zərəbələr vurmuş, Yaşar İbrahimov ona heç bir reaksiya verməmiş, ona müqavimət göstərməmiş və heç bir söz deməmişdir. O qışqırmağa başlamış, müdaxilə etmək istəsə də, Təqsirləndirilən şəxs buna imkan verməmiş, yaranmış səs-küylə əlaqədar Şahid2 evin ikinci mərtəbəsinə qalxmış, yataq otağına daxil olmadan qışqırmağa başlamışdır. Yaşar İbrahimov bir neçə bıçaq zərbəsindən sonra yerə çökmüş, o qapının arxasında dayanaraq Yaşar İbrahimovun qarşısına keçmiş, Təqsirləndirilən şəxs isə əlində bıçaqla otaqdan bir qədər kənara çəkilib otağın giriş hissəsində dayanmışdır. Şahid2 ardınca isə oğlu Qanuni nümayəndə evin ikinci mərtəbəsinə qalxmış, evdə olan nəvəsi Rafael İbrahimov qorxmasın deyə Şahid2 evin birinci mərtəbəsinə enmiş, Təqsirləndirilən şəxs həmin vaxt əlində bıçaqla girişdən sağ tərəfdə yataq otağının qarşısında dayanmışdır. Yataq otağının qapısı yarımaçıq vəziyyətdə olmuş, o qapının arxa tərəfində otağın içərisində qapını tutub dayanmış, Yaşar İbrahimov isə arxasında paltar şkafının qarşısında olmuşdur. Təqsirləndirilən şəxs atasını görən kimi qorxmuş, dodağının altında yavaş səslə “bezdirmisiniz, öl elə canın çıxsın” sözünü demiş, həmin vaxt oğlu Qanuni nümayəndə Ruslan X21 bıçaqladığını söyləmiş, Qanuni nümayəndə əlinə keçən stulu götürüb onun üstünə atmaq istəyən zaman Təqsirləndirilən şəxs yerə çökmüşdür. Bu zaman Qanuni nümayəndə stulu əlindən yerə buraxıb ona şillə vurmuş, daha sonra onu yan tərəfdən özünə sıxıb bıçağı yerə qoymasını söyləmiş, Təqsirləndirilən şəxs tamamilə yerə çökmüşdür. Təqsirləndirilən şəxs bundan sonra bıçağı əlindən yerə atmış, Qanuni nümayəndə bıçağı götürüb özündə saxlamışdır. Otağında döşəməsində xalça, qapının dəstəyi və Yaşar İbrahimovun paltarları qana bulaşıqlı vəziyyətdə olmuşdur. Qanuni nümayəndə Yaşar İbrahimova qorxmamasını söyləyib onu qonaq otağında olan divana aparıb əyləşdirmiş, Yaşar İbrahimovu qonaq otağında divanda əyləşdirdikdən sonra Qanuni nümayəndə köynəyini qaldırıb onun bədən nahiyəsinə baxmış, Təqsirləndirilən şəxs həmin vaxt baş verən prosesləri diqqətlə izləmiş, Qanuni nümayəndə dərhal təcili tibbi yardıma, daha sonra isə DİN-in “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Qanuni nümayəndə Təqsirləndirilən şəxs müraciət edərək babanı hansı səbəbdən bıçaqladığını söyləyib onu danlamış, Təqsirləndirilən şəxs atasına “yaxşı eləmişəm, bezdirmişdi məni” deyərək özünə haqq qazandırmış, həmin vaxt Qanuni nümayəndə ona iki dəfə şillə vurmuş, Təqsirləndirilən şəxs zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra Qanuni nümayəndə evin mətbəx otağına gedib bıçağı stolun üzərinə qoymuş, təxminən 5 dəqiqə sonra polis əməkdaşları hadisə eyrinə gəlmişlər. Polis əməkdaşlarının arxasınca isə təcili tibbi yardım briqadası yaşadıqları ünvana gəlmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs polis şöbəsinə aparmış, Yaşar İbrahimov isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. X20 zəruri tibbi yardımlar göstərilməsinə baxmayaraq təxminən saat 22:20 radələrində xəstəxananın Cərrahiyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişmişdir. Daha sonra onun meyiti MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsinə təhvil verilmiş, növbəti gün X46 kənd qəbirstanlığında dəfn etmişlər. Təqsirləndirilən şəxs isə törətdiyi cinayət əməlini etiraf edib həbs edilmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı xəsarət almamışdır. O bıçağı evin mətbəx otağından götürmüşdür. Onun gəlininin adı Elnurə deyil, Şahid2dır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində bu barədə yalnış məlumat vermişdir. Onun adı Xaccay olsa da, ailə üzvləri onu evdə Xədicə kimi çağırır. Buna görə də Təqsirləndirilən şəxs onun adını ifadəsində Xədicə İbrahimova kimi qeyd etmişdir. Hadisə barədə başqa məlumatı yoxdur. Hadisə baş verən günü Təqsirləndirilən şəxsla Yaşar İbrahimov arasındakı mübahisə Ruslanın xəbərsiz spiral pletka alıb evdə quraşdırmaq istəməsi ilə bağlı olmuş, nəticədə məlum hadisə baş vermişdir. Lakin mübahisə zamanı onlar bir-birlərinə qarşı nalayiq ifadə və ya söyüş işlətməmiş, bir-birlərinə hədə-qorxu gəlməmişlər. Yaşar İbrahimov evin ümumi elektrik xəttini kəsməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi həmin xüsusat yalandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 28 noyabr 2023-cü il tarixdə əri Qanuni nümayəndə səhər tezdən evdən çıxıb şəhərə “Fəryad kafe” adlanan çayxanaya getmiş, təxminən 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs yanına gələrək əvvəllər velosiped təmirindən yığaraq ona təhvil verdiyi pulu geri istəmiş, ondan nə almaq istədiyini soruşduqda “alanda görəcəksən” söyləmiş, Təqsirləndirilən şəxs ona verdiyi puldan 50 manat özünə qaytarmışdır Təxminən saat 11:30 radələrində evin ikinci mərtəbəsindən səs-küy gəldiyini eşitmiş, qayınX58 “pletkanı evin ikinci mərtəbəsindən çıxart, yoxsa polis çağıracam” demişdir. Mübahisə zamanı Yaşar İbrahimov işıq pulunu keçirməyəcəyini, evə ondan başqa heç kimin maddi dəstək olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs babasına otağının soyuq olduğunu, otaqda soyuqdan otura bilmədiyini söyləmiş, bundan sonra o həyətə çıxaraq Təqsirləndirilən şəxs aşağı düşməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs aşağı mərtəbəyə düşməmişdir. Təxminən 10-15 dəqiqə evdə söz-söhbət olmuş, Yaşar İbrahimov evi tərk etdikdən sonra Təqsirləndirilən şəxs pletkanı götürüb aşağı mərtəbəyə onun yanına gəlmiş, söhbət zamanı Təqsirləndirilən şəxs öz otağının soyuq olduğunu demişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı Yaşar İbrahimovun pletkaya ayaqla zərbə vurduğunu, işıqları da kəsdiyini bildirmişdir. Həmin vaxt evdə işıq olmadığından pletkanın işləyib-işləməməsini bilməmiş, Təqsirləndirilən şəxs pletkanın xarab olma ehtimalından narahat olmuşdur. Daha sonra onlar pletkanı evin birinci mərtəbəsinin giriş hissəsinə qoyub birlikdə bazara ərzaq almağa getmişlər. Təxminən yarım saat sonra evə geri qayıtmış, Təqsirləndirilən şəxs onunla birgə evin birinci mərtəbəsinə daxil olaraq stolun üzərində olan şirniyyatlardan yemiş, söhbət zamanı ona əsəblərinin soyumadığını, sakitləşə bilmədiyini bildirmiş, o Təqsirləndirilən şəxs hər şeyi yadından çıxartmasını, məsələni böyütməməsini, nənə və babası ilə mübahisə etməməsini söyləmişdir. Daha sonra işıq verildiyi üçün pletkanı naqilə taxıb işləməsinin və hər hansı bir nasazlığının olmamasının şahidi olmuşlar. Təqsirləndirilən şəxs bundan sonra evin ikinci mərtəbəsinə qalxmışdır. Təxminən saat 13:00 radələrində baldızı X34 İbrahimovanı görmək üçün onlara gəlmiş, həmin vaxt X45 İbrahimov evdə yenidən mübahisə etmiş, Fatma Hacıməmmədova anasını gördükdən sonra evi tərk etmişdir. Həmin gün saat 14:00 radələrində Qanuni nümayəndə evə gəlmiş, bu zaman Qanuni nümayəndə Təqsirləndirilən şəxs otağının soyuq olduğu üçün spiral pletka aldığını, Yaşar İbrahimovun pletkanı evin ikinci mərtəbəsinə qaldırmağa icazə vermədiyini, buna etiraz etdiyini, həmin pletkadan istifadə ilə bağlı sərfiyyatı ödəməyəcəyini bildirib pletkanı evin ikinci mərtəbəsində quraşdırmağa qarşı çıxdığını və evdə mübahisə baş verdiyini söyləmişdir. Qanuni nümayəndə bir müddət sonra küçəyə çıxıb təxminən yarım saatdan sonra evə geri qayıtmışdır. Təxminən saat 14:45 radələrində evdən çıxıb oğlu Rafael İbrahimovu məktəbdən evə gətirmiş, Qanuni nümayəndə evdə nahar etdikdən sonra bir qədər istirahət edib təxminən saat 15:30 radələrində həyətin giriş qapısından küçəyə çıxmışdır. Təxminən 1-2 dəqiqə sonra qayınanası Şahid1 “dəymə, eləmə, sən nə edirsən” sözünü eşitmişdir. Təqsirləndirilən şəxs babası ilə yenidən mübahisə etdiyini fikirləşib evin ikinci mərtəbəsinə qalxmış, pilləkənlərdə olarkən Yaşar İbrahimovun “vur, vur canım qurtarsın” sözlərini deməsini eşitmiş, giriş qapısından qonaq otağına daxil olan kimi Təqsirləndirilən şəxs Yaşar İbrahimovun yataq otağından təcili çıxaraq ona doğru gəlmiş, Şahid1 isə qışqırmışdır. Təqsirləndirilən şəxs əlində bıçaq olmuş, Təqsirləndirilən şəxs ona doğru gəldikdən sonra bir-birlərini qucaqlamış, ondan babasına vurub-vurmamasını soruşduqda ona “yox” deyə cavab vermişdir. Şahid1 Yaşar İbrahimovla birgə girişdən sağı tərəfdə Yaşar İbrahimova məxsus yataq otağında olmuş, o dərhal otağın qapısını içəridən örtmüşdür. Bundan sonra Qanuni nümayəndə həyəcanlı şəkildə içəri daxil olmuş, o Rafael İbrahimovun evin birinci mərtəbəsində ağladığını, uşağın qorxduğunu, dərhal aşağı düşməsini söyləyib əli ilə onun qolundan tutaraq giriş qapısından çölə dartmışdır. O dərhal evin birinci mərtəbəsinə düşüb Rafael İbrahimovu içəriyə aparmışdır. Daha sonra evin ikinci mərtəbəsinə qalxmamışdır. Bundan sonra baş verən proseslərdən xəbərdar olmamışdır. Təqsirləndirilən şəxsla Yaşar İbrahimov bir-birləri ilə yola getməmiş, Yaşar İbrahimov Təqsirləndirilən şəxs yersiz davranışlarına dözə bilməmiş, Təqsirləndirilən şəxs yersiz davranışlarına reaksiya vermiş, nəticədə tez-tez mübahisələr baş vermişdir. Təqsirləndirilən şəxs da xəstəliyi ilə əlaqədar Yaşar İbrahimov və Şahid1 xoşuna gəlməyən hərəkətlər edərək onları qıcıqlandırmışdır. Hadisə günü Təqsirləndirilən şəxs spiral pletka alıb yatdığı otaqda quraşdırmaq istəməsi ilə əlaqədar aralarında mübahisə olmuş, nəticədə məlum hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2 ildir ki, Zaqatala şəhəri, Vidadi küçəsi döngə 3 ünvanında yerləşən obyekti icarəyə götürərək plastik qab-qacaq satışı ilə məşğul olur. Həmin kiçik sahəsi olan obyekt ünvan 6 ünvanında yaşayan Qanuni nümayəndə məxsusdur. Həmin obyekt Qanuni nümayəndə yaşadığı evin giriş darvazasından təxminən 4-5 metr sağ tərəfdə yerləşir. Lakin Qanuni nümayəndə onun maddi vəziyyətini nəzərə alaraq ondan icarə haqqı götürmür. Qanuni nümayəndə həmin ünvanda arvadı Şahid2, mərhum X58, anası Şahid1 və övladları Rəfail İbrahimov, Təqsirləndirilən şəxsla birlikdə yaşamışdır. Qanuni nümayəndə arvadı Şahid2 və oğlu Təqsirləndirilən şəxs müəyyən vaxtlarda obyektə gələrək onunla söhbət etmişdir. Təqsirləndirilən şəxs əsəbi uşaq olmuşdur. Onun psixoloji problemləri olmuşdur. Təqsirləndirilən şəxs onun yanına gələn zaman dəfələrlə ona gördüyü işi öyrətmək istəsə də, ona qulaq asmamış, sadəcə psixoloji vəziyyəti ilə bağlı həkim tərəfindən ona yazılan dərmanları qəbul etmək istəmədiyini, dərmanları qəbul edən zaman özünü daha da pis hiss etdiyini, başında ağrılar olduğunu bildirmişdir. Ailə üzvlərinin deməsinə görə Təqsirləndirilən şəxs aqressiv, tez özündən çıxan, eqoist, hər şeyə görə problem yaradan, deyilən sözə qulaq asmayan uşaq olmuşdur. Dəfələrlə Təqsirləndirilən şəxs küçədə tanımadığı uşaqlarla mübahisə etməsinin şahidi olmuşdur. .Təqsirləndirilən şəxs psixoloji problemləri olduğu üçün hamı onun vəziyyətini nəzərə alıb onunla ehtiyyatlı davranmışdır. O yaşadığı küçədə ilk öncə velosiped yığmaq işi ilə, daha sonra ətir satışı ilə məşğul olmuş, lakin sonradan həmin işdən uzaqlaşmışdır. O heç vaxt Qanuni nümayəndə evinə getmədiyi, həmçinin saat 16:00-dan sonra obyekti bağlayıb Muxax kəndinə geri qayıtdığı üçün Təqsirləndirilən şəxs yaşadığı evdə X53, nənəsi Şahid1 və atası Qanuni nümayəndəla arasında baş vermiş ailə-daxili münaqişələrdən xəbəri olmamışdır. Bu barədə nə Təqsirləndirilən şəxs, nə də ki anası Şahid2 ona heç bir söz deməmişdir. Lakin obyektdə olduğu müddətdə dəfələrlə Təqsirləndirilən şəxs X53la mübahisə etməsinin şahidi olmuşdur. Belə ki, mübahisə zamanı onların səsləri küçədə eşidilmişdir. Əksər mübahisələr Təqsirləndirilən şəxs yersiz inadcıl davranışları, istəkləri və tələbləri ilə bağlı olmuş, Yaşar İbrahimov sözlə onu başa salmaq istəsə də, Təqsirləndirilən şəxs babasına qulaq asmayaraq onunla mübahisə etmişdir. Müxtəlif vaxtlarda işə gələn zaman bazarda işləyən insanlar ona axşam vaxtı polis əməkdaşlarının Qanuni nümayəndə yaşadığı ünvana gəlməsi barədə məlumat vermişdir. Lakin Qanuni nümayəndə ailə üzvləri bu barədə ona bir söz demədiyi üçün onlarda heç nə soruşmamışdır. Lakin evdə olan mübahisələrin psixoloji problemləri olan Təqsirləndirilən şəxs davranışları ilə bağlı olduğunu bilmişdir. Təqsirləndirilən şəxs barəsində, o cümlədən hadisənin necə və hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zaqatala şəhəri ərazisində yerləşən bazarda ətir satışı ilə məşğul olmuşdur. Təxminən 6 ay bundan əvvəl Təqsirləndirilən şəxs X53 bazarda ona yaxınlaşaraq Təqsirləndirilən şəxs işi öyrətməsini xahiş edərək gələcəkdə nəvəsinin bu işlə məşğul olmaq fikrinin olmasını söyləmişdir. Təqsirləndirilən şəxs bundan bir müddət öncə bazarda ətir satışı işi ilə məşğul olmuş, lakin işləyə bilmədiyi üçün maddi ziyan edərək həmin işdən uzaqlaşmışdır. O Yaşar İbrahimovla razılaşaraq Təqsirləndirilən şəxs işi öyrədəcəyini bildirmiş, Təqsirləndirilən şəxs hər gün bazarda ona məxsus vitrinin qarşısında əyləşərək gün ərzində gördüyü işi izləmiş, Təqsirləndirilən şəxs günlük su və şirniyyat alması üçün pul vermişdir. Təqsirləndirilən şəxs psixoloji problemlərinin olduğunu öncədən bilsə də, onun hərəkətlərində əvvəllər qəribə heç nə hiss etməmiş, Təqsirləndirilən şəxs ilk günlər özünü normal apararaq dediklərini yerinə yetirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs bazarda vitrininin qarşısında qeyri-adi hərəkətlər edərək müştərilərlə mübahisə etməyə başlamış, ondan nə etdiyini soruşduqda Təqsirləndirilən şəxs ona cin çağırmaq istədiyini söyləmişdir. Təqsirləndirilən şəxs X53, atası Qanuni nümayəndə, o cümlədən bibisi Fatma Hacıməmmədova ilə münasibətinin yaxşı olmadığını öyrənmişdir. Atası Qanuni nümayəndəla oğlu barəsində söhbət edən zaman o Təqsirləndirilən şəxs psixi xəstə olduğunu və onu yola verməsini xahiş etmişdir. Bazarda müştərilər Təqsirləndirilən şəxs davranışı ilə bağlı ona öz narazılıqlarını bildirmiş, dəfələrlə Təqsirləndirilən şəxs yersiz davranışları ilə əlaqədar aralarında söz mübahisəsi olmuş və təxminən 20 gün sonra onu yanından uzaqlaşdırmışdır. Həmin gün Təqsirləndirilən şəxs bazarda onunla mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətmiş, Təqsirləndirilən şəxs psixi xəstə olduğu üçün ona heç bir söz deməmişdir. Bu barədə Təqsirləndirilən şəxs X53la aralarında söhbət olmuş, 20 gün ərzində Təqsirləndirilən şəxs davranışları ilə bağlı ona məlumat vermişdir. əmin vaxtdan sonra Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs barəsində, o cümlədən hadisənin necə və hansı şəraitdə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəlində evdən özbaşına çıxaraq gecə saatlarında onlara gəlmişdir. Birlikdə oturub yemək yedikdən sonra evə getməyəcəyini bildirmiş, ondan səbəbini soruşduqda bir qədər qəzəbləndiyi üçün üstünə getməmiş, daha sonra yaşadıqları evə zəng edib Təqsirləndirilən şəxs onlara gəlməsi barədə məlumat vermiş, həmin gün axşam saatlarında X53 yaşadığı evə gəlsə də, Təqsirləndirilən şəxs babası ilə evə qayıtmaqdan imtina etmişdir. Yaşar İbrahimov onu məcbur etməyib evə qayıtmışdır. Növbəti gün Təqsirləndirilən şəxs bazara aparmaq adı ilə evdən çıxarıb öz evlərinə gətirmiş, Təqsirləndirilən şəxs öz evlərinə daxil olduqdan qısa müddət sonra evi yenidən tərk etmişdir. O küçədə atası Qanuni nümayəndə görüb qaçmağa başlamış, Qanuni nümayəndə da onun arxasınca qaçmış, Zaqatala şəhəri “Sevil Qazıyeva” dairəsinin yanında Qanuni nümayəndə onu tutaraq söhbət etmiş və birlikdə evə geri qayıtmışlar. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə heç vaxt gəlməmişdir. Təqsirləndirilən şəxs həmin hadisədən bir müddət sonra gecə vaxtı evdən qaçaraq Zaqatala RİH-nin binasına getmiş, orada olan əməkdaşlara uşaq evinə getmək istədiyini söyləmişdir. Məhz bu səbəbdən Yaşar İbrahimov və nənəsi Şahid1 onu Zaqatala RMX PHŞ-yə aparmış, Təqsirləndirilən şəxs xəstəxanada ambulator qaydada müalicə olunmuşdur. Təqsirləndirilən şəxs xəstəxananın psixiatrik kabinetində qeydiyyatda olmuşdur. Təqsirləndirilən şəxs baba və nənəsinə daha çox bağlı olmuş, atası Qanuni nümayəndə onu dərmanlarını vaxtında qəbul etməyə məcbur etdiyinə görə atasına yaxın gəlməmiş və ondan uzaqlaşmışdır. Yaşar İbrahimov və Şahid1 Qanuni nümayəndə Təqsirləndirilən şəxs üzərinə getməməsini bildirmiş və özlərinin ona nəzarət edəcəyini söyləmişlər. Belə olan halda bacısı Şahid2 və bacısının əri Qanuni nümayəndə Təqsirləndirilən şəxs təlim-tərbiyəsinə, müalicəsini düzgün almamasına, dərmanlarını vaxtı-vaxtında qəbul etməməsinə qarışmamışlar. Bacım Şahid2 ona deməsinə götə Təqsirləndirilən şəxs dərmanların ona pis təsir etdiyini, dərman qəbul edərkən başında daha çox ağrılar olduğunu, məhz bu səbəbdən dərmanlarını qəbul etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tez-tez Yaşar İbrahimovun istəmədiyi hərəkətləri edərək onu əsəbləşdirmiş və mübahisə yaratmışdır. Şahid2 dəfələrlə Təqsirləndirilən şəxs öz yanına evin birinci mərtəbəsinə gətirmək istəsə də, qayınatası və qayınanası Ruslanın onlarla evin birinci mərtəbəsində yaşamasına imkan verməmişlər. Hətta polis şöbəsinə də bununla bağlı müraciət etmişlər. Onlar Təqsirləndirilən şəxs çox istədikləri üçün yanlarından buraxmaq istəməmişlər. Son vaxtlar evdə baş verən mübahisələrdən xəbəri olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 15:40 radələrində Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ev 2 ünvanında yaşayan X2 bıçaq vurularaq xəsarətlər yetirilməsi, X35 X16 aparılaraq orada ona tibbi yardım göstərilməsi və aldığı xəsarətlər nəticəsində həmin tarixdə saat 22:20 radələrində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər.05). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 noyabr 2023-cü il tarixli “Meyitə baxış keçirilməsi haqqında” protokolundan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 175 sm-dir. Dəri örtüyü solğundur. Toxunduqda meyit soyuqdur. Meyit ləkələri bədənin arxa səthlərində yerləşmişdir, solğun çəhraymtıl rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və təzyiq kəsildikdən 3-4 dəqiqə sonra öz əvvəlki rəngini alır. Meyit qacıması bütün əzələ qruplarına inkişaf etmişdir. Başın tükləri ağlı-qaralı rəngdə olub, uzunluğu 3-5 sm-ə qədərdir. Gözləri qapalıdır, hər iki göz bəbəkləri bərabər ölçüdə olub, diametri 0,5sm-dir. Əllədikdə burun sümükləri tamdır, hər iki xarici burun keçəcəklərisərbəst və təmizdir. Ağzı qapalı vəziyyətdədir, görünən dişləri təbii və salamatdır. Dili dişlərin arxasında olub, ağız boşluğunda sərbəst yerləşir. Hər iki qulaq seyvanları düzgün inkişaf etmiş, orta ölçüdədir, təmiz və sərbəstdir. Boynu düzgün quruluşlu olub, bədəninə müvafiqdir, meyit qacıması hesabına az hərəkətlidir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir, əllədikdə sümüklər tamdırlar. Qarnı qabırğa qövsləri səviyyəsindən bir qədər yuxarıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Arxa keçəcək dəliyi qapalıdır, ətrafdakı dəri təmizdir. Əllədikdə sol yuxarı və hər iki aşağı ətraf sümükləri tamdır, düzgün inkişaf etmişdir. Meyitin xarici müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin sol aşağı iç hissəsində bir qədər çəp istiqamətdə İX-X qabırğalar səviyyəsində 2,7x0,1 sm ölçüdə, döş qəfəsinin sol aşağı bayır hissəsində çəp istiqamətdə 1,5x0,1 sm ölçüdə, döş qəfəsinin sol aşağı bayır hissəsində çəp istiqamətdə İX qabırğa səviyyəsində orta körpücük sümük xətti boyunca 1,0x0,1 sm ölçüdə, döş qəfəsinin sol aşağı bayır hissəsində orta qoltuq xətt boyunca X-Xİ qabırğalar səviyyəsində 1,5x0,1 sm ölçüdə, qarın nahiyəsinin sol yuxarı hissəsində iç və bayır sətlərində müxtəlif istiqamətlərdə 2,5x0,1 sm, 1,5x0,1 sm, 1,3x0,1 sm, 3,5x0,1 sm, 1,5x0,1 sm, 1,5x0,1 sm, 1,7x0,1 sm, 2,5x0,1 sm, 2,0x0,1 sm, 2,3x0,1 sm, 1,2x0,1 sm, qarın nahiyəsinin sağ aşağı bayır hissəsində 1,5x0,1 sm, sol saidin yuxarı 1/3-nin bayır səthində köndələn istiqamətdə 2,0x0,1 sm, sol saidin orta 1/3-nin arxa səthində 2,5x0,1 sm, sağ əl daraq nahiyəsinin arxa səthində bir qədər çəp istiqamətdə 5,0x0,1 sm, ölçülərdə uzunsov formalarda, kənarları hamar, bir ucu iti, digər ucu küt, deşilmiş-kəsilmiş yaralar vardır, qeyd edilən yaraların üzərində cərrahi tikişlər qoyulmuşdur, tikişləri açdıqda yara dibləri qansızmalıdır (cild 01, iş vər. 8-17). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 03:55 dəqiqədə müdafiəçi Zaqatala rayon prokurorluğu inzibati binasında müdafiəçi Cəbrayıl Əlişovun və həkim –psixiatr Rauf Nurayevin iştirakı ilə tutulmuşdur (cild 01, iş vər. 43). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ev 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. Evə giriş dəmir materialdan olan qapıdandır. Qapıdan içəri daxil olduqda iki mərtəbəli fərdi yaşayış evi müşahidə olunur. Evin ikinci mərtəbəsinə qalxmaq üçün yan hissələri qırmızı rəngli dəmir turbalarla əhatə edilmiş taxta materialdan olan pilləkənlər vardır. Pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxdıqdan sonra açıq vəziyyətdə olan dəmir qapı müşahidə olunur. Qapıdan sol tərəfdə təxminən sahəsi 4-5 kv/metr olan eyvan yerləşir. Həmin qapıdan içəri daxil olduqda geniş qonaq otağı, mərkəzdən sola doğru ətrafında stullar olan stol, həmin stoldan arcada divara bitişik tünd qəhvəyi rəngli divan, stoldan öndə isə 02 ədəd kreslo vardır. Qonaq otağının döşəməsində xalça vardır. Otağın eni 4 metr, uzunluğu 6 metr, hündürlüyü 2,7 metrdir. Qonaq otağından sağ küncdə yataq otağı yerləşir. Yataq otağının giriş qapısı taxta materialdan olmaqla üzərində aynabənd şüşə vardır. Qapının ölçüləri 2,2x0,80 metrdir. Otağın eni 4,5 metr, uzunluğu 7 metr, hündürlüyü isə 2,7 metrdir. Otağın döşəməsi taxta materialdan olmaqla üzərində xalça vardır. Giriş qapısının sağında divara bitişik qara rəngli paltar şkafı müşahidə edilir. Girişdən sol tərəfdən təknəfərlik 01 ədəd çarpayı vardır. Həmin çarpayının baş hissəsində divarın küncündə 3 qapılı paltar şkafı vardır. Paltar şkafına paralel istiqamətdə otağın mərkəzinə doğru divara bitişik iki nəfərlik çarpayı vardır. Həmin çarpayının yanında dörd hissədən ibarət dolab vardır. Dolabın üzərində fotoçərçivə müşahidə edilir. Otağa daxil olduqda sağ divarda 01 ədəd, üzbəüz divarda isə 02 ədəd pəncərə vardır. Pəncərələr bağlı vəziyyətdədir. Sağ divardakı pəncərinin qarşısında üzərində ütü və təzyiq ölçən olan qara rəngli ütü masası vardır. Otağda giriş qapısına yaxın hissədə döşəmənin üzərindəki xalçanın küncündə qan və qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkə şərti olaraq 1 rəqəmi ilə işarələnmiş və fiksasiya edilərək steril pambıq çöp vasitəsi ilə götürülmüşdür. Eyni zamanda həmin otağda döşəmənin üzərindəki xalçanın mərkəz hissəsində damcı şəklində qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 2 rəqəmi ilə işarələnmiş, daha sonra ləkələr fiksasiya edilərək steril pambıq çöp vasitəsi ilə götürülmüşdür. Həmin otağa giriş qapısının qızılı rəngli parıltılı dəmir materialdan olan əl tutacağının yuxarısında taxtanın üstündə qurumuş halda qan və qanabənzər ləkələr müşahidə edilir. Həmin qanabənzər ləkələr şərti olaraq 3 rəqəmi ilə işarələnmiş, daha sonra qanabənzər ləkələr fiksasiya edilərək steril pambıq çöp vasitəsi ilə götürülmüşdür. Bundan sonra yataq otağından qonaq otağına doğru hərəkət edilmişdir. Qonaq otağına girişdən sol divara bitişik qəhvəyi rəngli divanın pəncərəyə yaxın oturacaq hissəsində qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr şərti olaraq 4 rəqəmi ilə işarələnmiş və fiksasiya edilərək steril pambıq çöp vasitəsi ilə götürülmüşdür. Qonaq otağına giriş qapısından eyvana çıxdıqda sağda üzərində tünd göy rəngli xalça olan oturacaq vardır. Oturacağın üzərində biri qırmızı, digər ağ-göy rəngli olan balınc və qırmızı rəngli döşəkcə vardır. Baxış zamanı qırmızı rəngli döşəkçənin üzərində qan və qanabənzər ləkə aşkar edilmişdir. Dərhal həmin qanabənzər ləkə şərti olaraq 5 rəqəmi ilə nömrələnmiş və həmin hissə kəsilərək götürülüb qablaşdırılmışdır. Bundan sonra yenidən qonaq otağına daxil olduqda həmin otaqda eni 1 metr, uzunluğu 2 metr, hündürlüyü isə 80 sm olan masanın üzərində əl tutacağı qəhvəyi rəngli olmaqla tiyəsinin üzərində qan və qanabənzər ləkələr müşahidə edilən mətbəx bıçağı müəyyən edilmişdir. Bıçaq şərti olaraq 6 rəqəmi ilə nömrələnmiş və fotoşəkili çəkilmişdir. Dərhal bıçaq Zaqatala Rayon Polis Şöbəsi KTQ-nin baş inspektor kriminalisti, polis kapitanı X25 tərəfindən fiksasiya edilərək qablaşdırılmışdır. Bundan sonra hadisənin baş verdiyi yataq otağına və ümumilikdə evə ümumi vizual baxış keçirilmişdir. Yuxarıda qeyd olunanlardan başqa istintaq əhəmiyyəti kəsb edən hər hansı bir əşya, predmet, iz, ləkə və ya digər hala rastlanmamışdır (cild 01, iş vər. 95-106). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli X12 məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixi gərginlik keçirərək kamera yoldaşlarına qarşı ağır formada emosional hərəkətlər etmişdir (cild 01, iş vər.122). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsindən daxil olmuş 425 saylı məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01, iş vər. 152-155). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Zaqatala Rayon İcra Başçısının Zaqatala şəhər inzibati dairəsi üzrə nümayəndəliyi arayışlardan görünür ki, ailə tərkibi dörd şəxsdən ibarət olmaqla Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ev 2 ünvanında yaşamışdır(cild 01, iş vər. 161-163). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Zaqatala bələdiyyəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidən onun barəsində heçbir şikayət daxil olmamış. Qonşulardan alınmış şifahi məlumata əsasən Təqsirləndirilən şəxs şizofren xəstəsidir (cild 01, iş vər. 164). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Zaqatala RMX PHŞ-dən daxil olmuş 18-1-78/2-1435/2023 nömrəli məktuba əsasən ünvan 6 ünvanında yaşayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən “Kəskin polimorf psixiatrik pozuntu” diaqnozu ilə Zaqatala RMX PHŞ-nin Poliklinika şöbəsinin Psixiatrik kabinetində dispanser qeydiyyatdadır. Son olaraq xx.xx.2022-ci ildə Psixiatrik kabinetdə həkim qəbulunda olmuş, stasionar müalicə üçün X11 göndəriş verilmişdir. Xəstə Poliklinika şöbəsinin Vərəm xəstəlikləri, Onkoloji, Nevroloji və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Eyni ünvanda yaşayan xx.xx.1946-cı il təvəllüdlü babası X1 RMX PHŞ-nin Poliklinika şöbəsinin Vərəm xəstəlikləri, Onkoloji, Nevroloji və Narkoloji kabinetlərində qeydiyyatda yoxdur (cild 01, iş vər. 167- 169). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin 4(033)-32/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.220-223). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in 19104 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019xx.xx.2019-cu il tarixdə həmin xəstəxanada müalicə olmuşdur. Təkrar xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 32 nömrəli göndərişə əsasən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müayinəyə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə Həkim Psixiatr Komissiyasına təqdim edilmiş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Xəstəyə “Kəskin polimorf psixotik hal” diaqnozu qoyulmuşdur (cild 01, iş vər 229-240). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1683 nömrəli Şəki Rayon Psixiatriya Xəstəxanasının məktubda görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşamış 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir (cild 02, iş vər. 20-21). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 02, iş vər. 58-60). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-118/2-25065/23 nömrəli Zaqatala RPŞ-in məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində ünvan 8 ünvanında yaşayan xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onunla eyni ünvanda yaşayan 1946-cı il təvəllüdlü babası X5 ilə aralarında yaranmış mübahisə zamanı babasına bıçaqla bir neçəsi daxilə nüfuz edən çoxsaylı bədən xəsarətləri yetirməsi, sonuncunun aldığı xəsarətlər nəticəsində həmin gün saat 22:20 radələrində ölməsi faktına əsasında Zaqatala rayon prokurorluğunda Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə ilə nənəsi X10 ailələri arasında mütəmadi olaraq münaqişə olduğundan İbrahimovlar ailəsi xx.xx.2020-ci il tarixdən Zaqatala RPŞ İTB-nin sahə rəisi, polis leytenantı Elşən Ramazanov tərəfindən münaqişəli ailə kimi qeydiyyata götürülərək onların ailələri ilə lazımı profilaktiki tədbirlərin aparılması hazırkı vaxta qədər davam etdirilmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin əvvəllər məhkum olunmaları barədə RPŞ-də heç bir məlumat yoxdur. Son bir il ərzində Təqsirləndirilən şəxs və onun ailə üzvləri haqqında heç bir təqsirləndirici material olmamışdır (cild 02, iş vər. 80-81). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Zaqatala RPŞ-in 3-13-118/2-600/24 nömrəli məktubundan görünür ki, rayon prokurorluğunun müvafiq tapşırığına əsasən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 28 noyabr 2023-cü il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxsla X53 arasında münaqişəyə, habelə Təqsirləndirilən şəxs tərəfindən Yaşar İbrahimova bıçaqla zərbələr vurulmasına Təqsirləndirilən şəxs nənəsi Şahid1 şahid olmuşdur. Daha sonra Şahid1 oğlu Qanuni nümayəndə yaşadıqları mənzilin həyətinin qapısı qarşısında olan zaman anasının harayını eşidərək hadisə baş verən yerə gəlmişdir. Təqsirləndirilən şəxsla Y.İbrahimov arasında əvvəllər də münaqişələr olmuşdur. Buna səbəb Təqsirləndirilən şəxs psixi durumunun yerində olmaması və hər xırda məsələyə əsəbləşərək münaqişə yaratması barədə məlumat əldə olunmuşdur. Hadisə baş verən günü isə onların arasında münaqişəli vəziyyətin yaranmasına səbəb Təqsirləndirilən şəxs mağazadan aldığı istilik cihazını evdə quraşdırmaq istəyən zaman babasının buna etiraz etməsindən qaynaqlanması barədə məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxsla Y.İbrahimov arasında münaqişəli vəziyyət barədə onların ailə üzvlərinin və Təqsirləndirilən şəxs bibisi X8 və onun həyat yoldaşı Şahid6 Bayram oğlunun məlumatı olmuşdur. Hadisə günü, yəni 28 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs hadisə baş verən zamana qədər günün çox hissəsi evdə olması, lakin bir dəfə evi tərk edərək istilik cihazı alaraq evə qayıtması barədə məlumat əldə olunmuşdur. Amma onun istilik cihazını hansı mağazadan alması və evi tərk edən zaman çöldə kimlərlə görüşməsi barədə məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsi quraşdırılmış “Redmi” markalı mobil telefonunu hadisə baş verdikdən sonra nənəsi Şahid1 tərəfindən evlərində olan şkafa qoyulması, lakin sonradan həmin yerdə aşkar etməmələri, mobil telefonun kim tərəfindən götürüldüyünü bilməmələri barədə məlumat əldə olunmuşdur. Bununla əlaqədar mobil telefonun aktivliyi və hal-hazırda kim tərəfindən istifadə olunduğunu müəyyən etmək məqsədilə DİN-in Baş İnformasiya və Kommunikasiya İdarəsinə sorğu ünvanlanmışdır (cild 02, iş vər. 104-106). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 611-2023/MTKŞ nömrəli MTE və PA Birliyi PHŞ-in məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum X3 məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 18 (on səkkiz) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, sol qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd və sol qolunun arxa səthinin orta hissəsi, dirsəklik nahiyəsində (01) ədəd (cəmi 22 (iyirmi iki) ədəd); alt köynəyinin ön səthinin sol yarısının yuxarı hissəsində 03 (üç) ədəd, ön səthinin sol yarısının orta hissəsində 09 (doqquz) ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin orta nahiyəsinin yuxarı hissəsində 01 (bir) ədəd, ön səthinin orta nahiyəsinin aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sol qolunun arxa səthinin aşağı hissəsində 01 (bir) ədəd (cəmi 17 (on yeddi) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum X3 məxsus şalvarın ön səthində, ortada, fabrik yarıq üzrə yuxarıdan aşağıya doğru 7-ci və hər iki qollarının sərbəst uclarına tikilmiş düymələrin yerində olmamaları aşkar olunmuşdur. Bu düymələrin öz yerində olmamaları köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşmələri ilə izah oluna bilər. Köynəyin göstərilən düymələrinin qopub düşmələri müxtəlif şəraitlərdə, o cümlədən qarşılıqlı mübarizə ilə əlaqədar olaraq fiziki qüvvənin təsirindən yarana bilərdi. Ekspertizaya təqdim edilmiş mərhum X3 məxsus bir ədəd şalvar və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində, sol yan cibinin aşağı tikişi üzərində küt yaranma mexanizminə malik olan və gödəkçənin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd sökülmə zədəsi vardır. Bu zədə müxtəlif şəraitlərdə, o cümlədən qarşılıqlı mübarizə ilə əlaqədar olaraq fiziki qüvvənin təsirindən yarana bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd mayka.ş bir ədəd tuman, bir cüt corab və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində heç bir zədə yoxdur (cild 02, iş.vər. 143-155). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş MTE və PA Birliyi PHŞ-in xx.xx.2023-cü il tarixli, 819/2023 MTBŞ nömrəli məhkəmə-tibbi-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: B/İİİ/-dir. X2 şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: 0/1/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, 05 ədəd standart plasstmas çubuq, parça kəsiyi, Y.İ.İbrahimova məxsus köynək, alt köynəyi, şalvar, Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, alt maykasının üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə O (1) qruplu şəxsə, o cümlədən X3 məxsus ola bilər. Təqdim olunmuş X3 məxsus tuman, Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, gödəkçə, tuman, bir cüt corab, alt şalvarı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 02, iş vər. 156-164). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş MTE və PA Birliyi PHŞ-nin Zaqatala rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 16 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Döş qəfəsinin sol aşağı iç hissəsində X qabırğa səviyyəsində 1 (bir) ədəd X qabırğa qığırdağını kəsərək daxilə nüfuz edən, döş qəfəsinin sol aşağı bayır hissəsində orta körpücük xətti boyunca Vİİ-İX qabırğalar səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, döş qəfəsinin sol aşağı bayır hissəsində İX-X qabırğalar səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, döş qəfəsinin sol aşağı bayır hissəsində orta qoltuq altı xətti boyunca İX-X qabırğalar səviyyəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, qarın nahiyəsinin sol yuxarı hissəsində iç və bayır səthlərində 2 (iki) ədəd daxilə nüfuz edən, 9 (doqquz) ədəd daxilə nüfuz etməyən, qarın nahiyəsinin sağ aşağı bayır hissəsində 1 (bir) ədəd daxilə nüfuz etməyən, sol saidin yuxarı 1/3-nin bayır səthində 1 (bir) ədəd, sol saidin orta 1/3-nin arxa səthində 1 (bir) ədəd və sağ əl darağı nahiyəsinin arxa səthində 1 (bir) ədəd deşilmişkəsilmiş yaralar. (ümumilikdə 19 ədəd yara). Göstərilən xəsarətlər həyati olub, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala RMX PHŞ-yə daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü ildə törənməsi mümkündür. X2 meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (əşyaların), alət (alətlərin) təsirindən törənmişlər, bıçaqla yetirilməsi mümkündür. Göstərilən yaralardan döş qəfəsinin sol aşağı iç hissəsində yerləşmiş 1 ədəd yara – X qabırğanın qığırdaq hissəsini kəsərək döş boşluğuna nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyin sol mədəciyini zədələmişdir. Qarın nahiyəsində olan 2 ədəd yara isə qarın boşluğuna nüfuz edərək peritonu zədələmiş, lakin daxili üzvləri zədələməmişdir. Göstərilən hər üç yara həm ayrı-ayrılıqda, həmçinin də ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Döş qəfəsində 3 (üç) ədəd, qarın nahiyəsində 10 (on) ədəd, sol saidin 2 (iki) ədəd və sağ əl darağında olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralar isə dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. X5 xəsarətləri alarkən bədəninin ön səthi xəsarətləri yetirmiş əşya (əşyalara) tərəf yönəlmiş olmuşdur. O müxtəlif vəziyyətlərdə ola bilərdi. X2 ölümünə səbəb – döç qəfəsinin sol ön səthində yerləşmiş deşilmiş-kəsilmiş yaranın döş boşluğuna nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyin sol mədəciyini zədələməsi nəticəsində ürək kisəsinə yığılmış qanın nəticəsində baş vermiş ürəyin tamponadası olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 21:25-də Zaqatala RMX PHŞ-də baş vermişdir. Meyidin məhkəmə-tibb müayinəsindən 3-5 saat əvvəl baş verməyə uyğun gəlir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (cild 02, iş.vər. 165-172). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 202 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in kompleks stasionar məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizası rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” əziyyət çəkmiş, həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuş və disforik hal qeydə alınmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək iqtidarına malikdir. Lakin Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmamışdır. Hər hansı cinayət əməlinə görə təqsirləndirilən şəxsin görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvirini vermək iqtidarında olması onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları ölçüb-biçərək idarə etmək qabiliyyətinə malik olmasını söyləməyə əsas vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki “Anlaqlılıq” və “Anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” müəyyən edilir. Təqsirləndirilən şəxs düçar olduğu həmin patologiya uzun müddətdir qəbul etmədiyi medikamentoz terapiyanın nəticəsində hazırda da onun dekompensasiya vəziyyəti davam edir, buna görə də o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müşahidə olunan “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” pozuntu yaranma və inkişaf dinamikasına görə uzunmüddətli xroniki xarakterli olsa da, onda həmin patalogiya ilk dəfə atasının verdiyi ifadəyə əsasən 14 yaşında klinik şəraitdə aşkar olunmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hessab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” kimi pozuntuda hal-hazırda dekompensasiya vəziyyəti müşahidə olunduğuna görə onun stasionar müalicəyə ehtiyacı yarandığı və intensiv müşahidə tələb etdiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi xəstəliklə əlaqədar cinayət əməlini törədərkən, cinayət əməlini törətdikdən sonra öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi xəstəliklə əlaqədar hal-hazırda öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs hal-hazırda onda müəyyən edilən psixi xəstəliklə əlaqədar olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik deyil. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri onda müəyyən edilən psixi xəstəliklə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs onda müəyyən edilən psixi xəstəliklə əlaqədar həqiqətə uyğun olmayan fikirlər söyləməsi istisna edilmir (cild 02, iş vər. 173-182). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 17 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in təkrar kompleks stasionar məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən psixotik daxilolmalarla müşahidə edilən üzvi şəxsiyyət posuntusundan əziyyət çəkmiş, həmin psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti olmuş və disforik hal qeydə alınmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs görmüş olduğu hadisələri yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Belə ki, hər hansı cinayət əməlinə görə təqsirləndirilən şəxsin görmüş olduğu hadisələri yadda saxlamaq, təsvir etmək iqtidarında olması onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları ölçüb-biçərək idarə etmək qabiliyyətinə malik olmasını söyləməyə əsas vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Bununla yanaşı qeyd olunmalıdır ki, “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədildiyindən şəxsin hazırda anlaqlı olubolmaması müəyyən edilə bilməz. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” formasında psixi patologiya müəyyən edilir. Onun əziyyət çəkdiyi psixi pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqdim olunmuş ifadələrin və tibbi sənədlərin təhlili zamanı məlum olur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixotik daxilolmalarla müşahidə edilən üzvi şəxsiyyət posuntusu yeniyetməlik yaşlarından (təxminən 14-17) yaşından yaranmağa başlamışdır. Elmi ədəbiyyatdakı məlumatlara əsasən həmin psixi pozuntu adətən uşaqlıq və ya yeniyetmə dövrlərində yaranır və ömür boyu davam edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmadığından törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli, 202 saylı kompleks stasionar məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizası rəyi kifayət qədər əsaslıdır. Keçirilən ekspertiza zamanı psixiatrik müayinə gedişində əsas tədqiqat metodu kimi istifadə edilmiş klinik-psixopatoloji metod elmi cəhətdən kifayət qədər əsaslı olan bir metoddur. Klinik-psixopatoloji metod psixiatriyada qəbul edilmiş əsas müayinə metodu olduğu üçün yoxlanılan şəxs Təqsirləndirilən şəxs münasibətdə həmin metoddan istifadə edilməsi məqsədəuyğundur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və cinayət əməlini törətdikdən sonra psixi vəziyyətinin kəskinləşməsi ilə əlaqədar öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs psixi vəziyyətində yaranmış patoloji dəyişiklik davam etdiyindən, o hal-hazırda da öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında qəzəb, aqressiya yaranmış, həmin halın yaranması psixi vəziyyəti ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəliklə əlaqədar həqiqətə uyğun olmayan fikirlər söyləməsi istisna edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsindən yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2023-cü il tarixli, 202 saylı kompleks stasionar məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının rəyində ziddiyyət və ya səhvlik aşkar olunmadığından əsaslı hesab olunur (cild 03, iş vər. 1-10). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir (cild 03, iş vər. 24-26). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təhlükəsizlik tədbirləri tətbiq edilmiş və o, xüsusi tibb müəssisəsi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-yə yerləşdirilmişdir (cild 03, iş vər. 63-67). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş MTE və PA Birliyi PHŞ-nin X7 xx.xx.2024-cü il tarixli, 157/KEŞ nömrəli komisyon məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X5 xx.xx.2023-cü il tarixdə, saat 1651-də Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-in 2-ci Acil şöbəsinə döş qəfəsinin və qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə daxil olmuşdur. Həkimlərin baxışları təmin edilmiş, ultrasəs və rentgen müayinəsi aparılmışdır. Xəstəyə “Döş qəfəsinin, qarının ön divarının və hər iki əlin çoxsaylı kəsilmişdeşilmiş yaraları” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoz qismən düzgün olmuşdur. Belə ki, döş qəfəsində bir ədəd və qarın boşluğunda iki ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaralar aşkar edilməmişdir. Həkim-cərrahlar X49 və X17 tərəfindən xəstəyə aparılmış obyektiv müayinələr (yerli müayinə və baxış) X2 almış olduğu xəsarətlərinin xarakterinə uyğun olmamışdır. Belə ki, həkim-radioloq X26 rəyinə əsasən, xəstənin döş qəfəsinin rentgenoloji görüntülərində ürək kölgəsinin geniş izlənilməsini nəzərə alaraq, onda ürəyin sol mədəciyin zədələnməsi və ürək kisəsinə yığılmış qanın toplanmasından xəbər verir. Bu hal həyati göstərişlə “Diaqnostik torakotomiya” cərrahiyyə əməliyyatına göstəriş hesab olunur. Lakin “Diaqnostik torakotomiya” cərrahiyyə əməliyyatı icra edilməmişdir. Digər həkimlər tərəfindən göstərilmiş tibbi yardımlar yalnız xəstənin kliniki vəziyyəti ilə əlaqədar olmuş və göstərilən tibbi yardımlara baxmayaraq son nəticədə konservativ müalicəyə tabe olmayan ürəyin tamponadası ölümlə nəticələnmişdir. Yaşar İbrahimova aparılmış ultrasəs, rentgen, elektrokardioqrafiya və laborator müayinələrdən sonra ona diaqnostik məqsədlə cərrahiyyə əməliyyatı aparılmalı idi. Yaşar İbrahimovun ölümünə səbəb olan xəsarət, yəni döş qəfəsinin sol ön səthində yerləşmiş deşilmişkəsilmiş yara döş boşluğuna nüfuz edərək sol ağciyəri, ürək kisəsini və ürəyin sol mədəciyini zədələməsi ilə ürək kisəsinə qanın yığılması (ürəyin tamponadası) nəticəsində baş vermişdir. Müalicə zamanı buraxılmış nöqsanların ölümlə səbəbli əlaqəsi olmamışdır. Yaşar İbrahimovun meyitinin daxili müayinə zamanı onda döş qəfəsinin sol aşağı iç hissəsində 10-cu qabırğa səviyyəsində 1 (bir) ədəd və 10-cu qabırğa qığırdağını kəsərək daxilə nüfuz edən xəsarət qeyd edilmişdir. Qeyd olunan xəsarət Yaşar İbrahimov xəstəxanaya daxil olduqdan sonra ona aparılmış döş qəfəsinin rentgenoqrafiya müayinəsi zamanı, həmin xəsarətin daxilə keçməsi, yəni sol ağciyəriin yuxarı sahələrində ağciyər şəklinin zəifləməsi və ürək kölgəsinin geniş olması ilə özünü biruzə vermişdir. Yaşar İbrahimova aparılmış elektrokardioqrafiya müayinəsi zamanı onda sinus taxikardiyası və natamam atrioventrikulyar blokada kimi göstəricilərin olduğu qeyd edilmişdir. Bu göstəricilərlə ürəyin zədələnməsi faktını (ürək müəyyən müddət fəaliyyət göstərdiyi halda) təsdiq etmək mümkün deyildir. Yaşar İbrahimovun almış olduğu xəsarətlərin xarakterini nəzərə alaraq onda sol ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəciyinin zədələnməsi hallarını rentgenoloji olaraq ilkin görüntülərlə təyin etmək olardı. Yaşar İbrahimovun ürək kisəsinə yığılmış qan ilkin rentgenoloji müayinədə qeyd edilmişdir. Yaşar İbrahimovun almış olduğu xəsarətin yetirilmə anında ürək kisəsinin və ürəyin sol mədəciyinin zədələnməsi ilə əlaqədar daxil olduğu xəstəxanada müayinələrin aparıldığı müddətə qədər ürək kisəsinin tamponadasının baş verməsi zədə nahiyəsinin xarakterindən asılı olaraq müəyyən müddət sonra ürək fəaliyyətinin ani olaraq pozulmasına səbəb olaraq ölümlə nəticələ bilərdi. X39 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in həkim-cərrahları X49 və X17 tərəfindən göstərilmiş tibbi xidmət qüsurlu olmuşdur. Belə ki, təxirəsalınmaz operativ müdaxiləyə ehtiyacı olan xəstə üzərində diaqnostik torakotomiya əməliyyatı icra edilməli olduğu halda icra edilməmişdir. Sonrakı müalicə və tibbi yardımlar zamanı həkimreanimatoloqun təyinatı xəstənin kliniki vəziyyəti ilə əlaqədar olmuşdur. Həkimradioloqların mütəxəssis rəyləri xəstənin almış olduğu xəsarətlərin xarakterinə uyğun olmuşdur. Həkim anestezioloq-reanimatoloq və həkim-radioloqlar tərəfindən təlimata uyğun tibbi xidmət göstərilmişdir. Beləliklə həkim-cərrahlar X49 və X17 tərəfindən göstərilmiş qüsurlu tibbi xidmət Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərinin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi”) pozulması kimi qiymətləndirilir (cild 03, iş vər. 95-110). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman pambıq çubuğa hopdurulmaqla götürülmüş qan nümunələri, parça kəsiyi, cinayətin aləti olan 01 ədəd bıçaq, hadisə vaxtı X14 əynində olmuş bir ədəd qara rəngli qış gödəkçəsi, bir cüt tünd boz rəngli idman ayaqqabısı, bir ədəd tünd boz rəngli alt istilik şalvarı, bir cüt boz rəngli corab, bir ədəd tünd boz rəngli mayka, bir ədəd tünd göy rəngli tuman, bir ədəd öndən düymə ilə bağlanan qara rəngli köynək, bir ədəd qara rəngli cins materialdan hazırlanmış şalvar, zərərçəkmiş şəxs X2 hadisə vaxı əynində olmuş bir ədəd üzərində göy və ağ rəngli zolaqları olan öndən döymə ilə bağlanan yun köynək, bir ədəd tünd boz rəngli alt istilik köynəyi, bir ədəd qara rəngli yun materialdan olan şalvar və bir ədəd qara rəngli tuman Zaqatala rayon prokurorluğunda saxlanılır (cild 03, iş vər. 113-144). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞin xx.xx.2024-cü il tarixli, 159 nömrəli təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi pozuntusunəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən həmin psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuş və həmin psixi pozuntu disforik hal və psixotik daxilolmalarla müşayiət olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi patologiyasının gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam etdiyinə görə Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı və intensiv müşahidə tələb etdiyi müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünü yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yaradılması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin psixi pozuntunu simulyasiya və yamsılama etmək iqtidarında olmadığı qənaətinə gəlinir, hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı Təqsirləndirilən şəxs simulyativ davranış aşkarlanmamışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in ümumi hissəsinin tələbləri nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 03 nömrəli Qərarının 4-cü bəndinə əsasən, CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121- 123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qərarın 8-ci bəndində həmçinin göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Zaqatala şəhəri Vidadi küçəsi döngə 3 ev 2 ünvanında onunla birlikdə yaşayan, 1946-cı il təvəllüdlü olub aşkar qoca vəziyyətdə olan babası X5 ilə aralarında mağazadan həmin gün istilik cihazı almasına babasının etiraz etməsi zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu barəsində polisə şikayət edəcəyi ilə hədələməsindən qəzəblənərək qisas almaq niyyəti ilə babasını qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək üçün yaşadığı evin mətbəx otağından soyuq silah hesab edilməyən bıçağı götürərək həmin bıçaqla yataq otağında sonuncuya yaxını hesab edilən arvadı, yəni öz nənəsi Şahid1 gözü qarşısında hər iki şəxsin yalvararaq hərəkətlərini dayandırmasını xahiş etməsinə baxmayaraq ardıcıl zərbələr endirməklə, ümumilikdə 19 ədəd xəsarət yetirib Yaşar İbrahimovu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni babası X4 qəsdən öldürmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CMin 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Məhkəmə istintaqı zamanı təyin edilərək əldə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2024-cü il tarixli, 159 nömrəli təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi pozuntusunəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən həmin psixi pozuntunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olmuş və həmin psixi pozuntu disforik hal və psixotik daxilolmalarla müşayiət olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi patologiyasının gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam etdiyinə görə Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı və intensiv müşahidə tələb etdiyi müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünü yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yaradılması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi şəxsiyyət pozuntusu, disforik hal, psixotik daxilolmalarla” psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin psixi pozuntunu simulyasiya və yamsılama etmək iqtidarında olmadığı qənaətinə gəlinir, hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı Təqsirləndirilən şəxs simulyativ davranış aşkarlanmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.4-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən göstərilən maddələr ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.4-cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 03:55 dəqiqədə müdafiəçi Zaqatala rayon prokurorluğu inzibati binasında müdafiəçi Cəbrayıl Əlişovun və həkim –psixiatr Rauf Nurayevin iştirakı ilə tutulmuşdur. xx.xx.2023-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin 4(033)-32/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli Zaqatala Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təhlükəsizlik tədbirləri tətbiq edilmiş və o, xüsusi tibb müəssisəsi olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-yə yerləşdirilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilən zaman pambıq çubuğa hopdurulmaqla götürülmüş qan nümunələri, parça kəsiyi, cinayətin aləti olan 01 ədəd bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qış gödəkçəsi, bir cüt tünd boz rəngli idman ayaqqabısı, bir ədəd tünd boz rəngli alt istilik şalvarı, bir cüt boz rəngli corab, bir ədəd tünd boz rəngli mayka, bir ədəd tünd göy rəngli tuman, bir ədəd öndən düymə ilə bağlanan qara rəngli köynək, bir ədəd qara rəngli cins materialdan hazırlanmış şalvar, zərərçəkmiş şəxs X2 hadisə vaxı əynində olmuş bir ədəd üzərində göy və ağ rəngli zolaqları olan öndən döymə ilə bağlanan yun köynək, bir ədəd tünd boz rəngli alt istilik köynəyi, bir ədəd qara rəngli yun materialdan olan şalvar və bir ədəd qara rəngli tuman Zaqatala rayon prokurorluğunda saxlanılır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Zaqatala Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman pambıq çubuğa hopdurulmaqla götürülmüş qan nümunələri, parça kəsiyi, cinayətin aləti olan 01 ədəd bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qış gödəkçəsi, bir cüt tünd boz rəngli idman ayaqqabısı, bir ədəd tünd boz rəngli alt istilik şalvarı, bir cüt boz rəngli corab, bir ədəd tünd boz rəngli mayka, bir ədəd tünd göy rəngli tuman, bir ədəd öndən düymə ilə bağlanan qara rəngli köynək, bir ədəd qara rəngli cins materialdan hazırlanmış şalvar, zərərçəkmiş şəxs X2 hadisə vaxı əynində olmuş bir ədəd üzərində göy və ağ rəngli zolaqları olan öndən döymə ilə bağlanan yun köynək, bir ədəd tünd boz rəngli alt istilik köynəyi, bir ədəd qara rəngli yun materialdan olan şalvar və bir ədəd qara rəngli tuman qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə və ekspertiza xərci və mülki iddia yoxdur. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış keçirilən zaman pambıq çubuğa hopdurulmaqla götürülmüş qan nümunələri, parça kəsiyi, cinayətin aləti olan 01 ədəd bıçaq, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qış gödəkçəsi, bir cüt tünd boz rəngli idman ayaqqabısı, bir ədəd tünd boz rəngli alt istilik şalvarı, bir cüt boz rəngli corab, bir ədəd tünd boz rəngli mayka, bir ədəd tünd göy rəngli tuman, bir ədəd öndən düymə ilə bağlanan qara rəngli köynək, bir ədəd qara rəngli cins materialdan hazırlanmış şalvar, zərərçəkmiş şəxs X2 hadisə vaxı əynində olmuş bir ədəd üzərində göy və ağ rəngli zolaqları olan öndən döymə ilə bağlanan yun köynək, bir ədəd tünd boz rəngli alt istilik köynəyi, bir ədəd qara rəngli yun materialdan olan şalvar və bir ədəd qara rəngli tuman qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Bilal Məmmədov Xaliq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar