Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-156/2023 18.12.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Məhkum, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmaqla hazırda X1 ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi və hazırki cinayət işi üzrə X2 İstintaq Təcridxanasına keçirilərək orada saxlanılması nəzərə alınaraq barəsində hər hansı qətimkan tədbiri seçilməmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 317.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Məhkum qəsdən, cəzaçəkmə müəssisəsinin əməkdaşınа özünün islah olunmasına mane olmaq və ictimai, xidməti vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələməklə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma cinayət əməlini törətmişdir. Belə ki, Məhkum Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 1(075)-59/2022 nömrəli hökmünə əsasən CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 26 fevral 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə, şəxsi istifadəsində olan qənd və çayı başqa məhkumlara bağışladığına görə ona irad bildirməsi səbəbindən həmin müəssisənin Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən, ədliyyə mayoru Zərərçəkmiş şəxsnа qarşı kobudluq etmiş, bu hərəkətləri ilə “Cəzaçəkmə müəssisələrinin X6”nın tələblərini pozduğuna görə 29 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 107.1.3-cü maddəsinə əsasən 10 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri tətbiq olunmaqla həmin müəssisənin cərimə təcridxanasının 2 saylı kamerasına keçirilmiş, cəzaçəkmə müəssisəsinin əməkdaşı, Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən, ədliyyə mayoru Zərərçəkmiş şəxs raportu əsasında tənbeh tədbiri tətbiq olunmaqla cərimə təcridxanasına keçirildiyindən özünün islah olunmasına mane olmaq, sonuncunun xidməti və ictimai vəzifələrini yerinə yetirməsinə görə intiqam almaq məqsədi ilə 02 fevral 2023-cü il tarixdə saat 07:37 radələrində saxlanıldığı cərimə təcridxanasının 2 saylı kamerasında olan zaman ona verilmiş qaynar çayı kameranın nəfəsliyindən “Cəzaçəkmə müəssisələrinin X6”nın tələblərinə uyğun olaraq dəhlizdən nəfəsliyi bağlamaq üçün onun saxlandığı kameranın qapısına yaxınlaşmış Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən atmaqla sonuncuya boynun sol yan səthinin İİ dərəcəli termiki yanığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edərək, həmçinin Zərərçəkmiş şəxs “sənin və ailənin başına oyun açacam” sözləri ilə hədələməklə cəzaçəkmə müəssisəsinin əməkdaşınа özünün islah olunmasına mane olmaq, xidməti və ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə və hədələmədə ifadə olunan cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum CM-in 317.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs 10 gün müddətə cərimə təcridxanasına keçirilməsinin səbəbini soruşmuş, sonuncu isə cavab olaraq icazə almalı olduğunu ona demiş və onu təhqir etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs borcunu qaytarmamasının səbəbini soruşmuş, mübahisə də bu zəmində başlamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs tərəf tulladığı çay qaynar olmamış, həmin vaxt sonuncunun bədənində hər hansı xəsarət yaranmamış və qeyd olunan çayın bir hissəsi onun əlinin üzərinə tökülsə də əlində hər hansı xəsarət izi qalmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, penitensiar müəssisədə cəza çəkdiyi müddət ərzində hər dəfə ona poçtla yaxın qohumları pul göndərəndə Zərərçəkmiş şəxs ona göndərilən və ona gətirib verdiyi puldan təxminən 10 %-ni götürmüş, nəticədə sonuncunun ona 33 manat məbləğində borcu olmuşdur. 29 yanvar 2023-cü il tarixdə köşkdən aldığı 2 kq qənd və 2 qutu çayı ayrı-ayrı məhkumlara bağışlamış, bununla bağlı etdiyi rejim pozuntusuna görə X2 Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi), ədliyyə mayoru Zərərçəkmiş şəxs ona yaxınlaşaraq hər hansı şəxsə çay və qənd paylayan zaman bu haqda məlumat verməli olduğunu bildirib ona irad tutmuş, o isə əsəbləşərək qənd və çayı satmadığını, hər kəsin istifadə etməsi məqsədilə köşkdən alıb qoyduğunu demiş, həmin vaxt Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmiş və sonuncunun ünvanına nalayiq ifadələr işlətməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs raportu əsasında X2 rəisinin qərarı ilə 10 gün müddətə həmin müəssisənin cərimə təcridxanasının 2 saylı kamerasına köçürülmüşdür. 02 fevral 2023-cü il tarixdə saat təxminən 07:45 radələrində cərimə təcridxanasının 2 saylı kamerasında olan zaman Zərərçəkmiş şəxs müşayiəti ilə adını bilmədiyi məhkum səhər yeməyini gətirib onun qaldığı kameranın açıq olan nəfəsliyindən içəri qoymuş, bu vaxt o, orada olan Zərərçəkmiş şəxs ondan aldığı 33 manat məbləğində pulu geri qaytarmasını tələb etmiş, sonuncu isə ona hər hansı borcunun olmadığını bildirib nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmış və bu zəmində aralarında mübahisə yaranmışdır. Ailəsi və yaxın qohumları tərəfindən ona göndərilən puldan Zərərçəkmiş şəxs özünə götürdüyü 33 manat pulu qaytarmadığından, onun ünvanına nalayiq ifadələr işlətdiyindən və raportla müəssisənin rəhbərliyinə məruzə edərək onun cərimə təcridxanasına yerləşdirilməsinə səbəbkar olduğundan əsəbiləşib sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, habelə qisas almaq məqsədilə səhər yeməyinin daxilində olan saxlanıldığı kameranın nəfəsliyinə qoyulmuş alüminium materialdan olan stəkandakı qaynar çayı sağ əlinə alaraq Zərərçəkmiş şəxs sifətinə tərəf tullamış, bu zaman sonuncu dərhal reaksiya verib nisbətən sifətini kənara çəkdiyindən qaynar çay Zərərçəkmiş şəxs boyun nahiyəsinə tökülmüşdür. Bundan sonra, Zərərçəkmiş şəxs nəfəslikdən ona bir neçə dəfə yumruqla zərbələr endirməyə cəhdlər etsə də, həmin yumruq zərbələri ona dəyməmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs özünün və ailəsinin başına oyun açacağı ilə hədələməmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X2 Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində xidmət edir. Cəzaçəkmə müəssisəsində saxlanılan Məhkum adına göndərilmiş pulun hamısı sonuncuya təhvil verilmiş və həmin pulun hər hansı hissəsini özünə götürməmişdir. 29 yanvar 2023-cü il tarixdə saat təxminən 12 radələrində X2 təsərrüfat briqadasının 8-ci kamerasında cəza çəkən Məhkum həmin müəssisənin köşkündən aldığı qənd və çayı kameralardakı məhkumlara paylamaqla “Cəzaçəkmə müəssisələrinin X6”nın tələblərini pozduğundan o, Məhkum xidməti vəzifələrini yerinə yetirərək irad tutmuş, sonuncu isə iradlardan nəticə çıxarmayaraq, çayı və qəndi paylamaqla düzgün hərəkət etdiyini bildirmiş, o isə həmin tarixdə bununla bağlı raportla rəhbərliyə məruzə etmişdir. Qeyd olunan pozuntuya yol verdiyi üçün Məhkum 29 yanvar 2023-cü il tarixdə cərimə təcridxanasının 2 saylı kamerasına köçürülmüş, bu səbəbdən sonuncu hər dəfə onu görəndə məhz onun yazdığı raport əsasında cərimə təcridxanasına keçirildiyini ona demişdir. 01 fevral 2023-cü il tarixdə saat 09:00-dan 02 fevral 2023-cü il tarixə saat 09:00dək X1 növbətçi zabitlərin 2023-cü ilin fevral ayı üçün nəzərdə tutulmuş növbətçilik cədvəlinə əsasən müəssisədə növbətçi zabit olmuş və xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq cərimə təcridxanasında məhkumlara səhər yeməyinin verilməsində iştirak etmişdir. 02 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində cərimə təcridxanasında onun müşayiəti ilə məhkum Şahid3 səhər yeməyini paylayan zaman Məhkum onun ünvanına nalayiq ifadələr işlədib şərəf və ləyaqətini alçaldaraq onu cərimə təcridxanasına salmamalı olduğunu demiş, o isə sonuncuya irad bildirdikdə Məhkum onun və ailəsinin başına oyun açacağı ilə onu hədələmişdir. Bu zaman məhkum Şahid3 yeməyi nəfəslikdən 2 saylı kameraya vermiş, təxminən bir neçə dəqiqə sonra o, əyilib qapının orta hissəsində kiçik ölçülü nəfəsliyin qapısını bağlamaq istədikdə Məhkum məhz köşkdən aldığı qənd və çayı ayrı-ayrı məhkumlara payladığına görə raportla müəssisənin rəhbərliyinə məruzə edərək sonuncunun cərimə təcridxanasına yerləşdirilməsinə səbəbkar olduğundan səhər yeməyinin daxilində alüminium stəkanda verilmiş və əlində tutduğu qaynar çayı qəfildən onun sifətinə tərəf tullamış, o, sonuncunun hərəkətini sezib sifətini kənara çəkdiyindən qaynar çay onun sol boyun nahiyəsinə tökülmüşdür. Bundan sonra həmin tarixdə saat 13 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahid2 tərəfindən ona tibbi yardım göstərilmiş və müayinə nəticəsində onun sol boyun nahiyəsində 2-ci dərəcəli yanıq xəsarətinin yaranması ona məlum olmuşdur. Hazırda sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X2 Rejim nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləyir. Əvvəllər Zərərçəkmiş şəxslə Məhkum arasında düşmənçilik və ya ədavət olmamış, sonradan eşitdiyinə görə Məhkum 29 yanvar 2023-cü il tarixdə köşkdən aldığı qənd və çayı məhkumlara paylayaraq rejim pozuntusuna yol verdiyi üçün Zərərçəkmiş şəxs sonuncuya irad bildirmiş, bu səbəbdən Məhkum Azər İmmaverdiyevə kobud cavab qaytarmış, nəticədə Məhkum Zərərçəkmiş şəxs raportu əsasında cərimə təcridxanasına keçirildikdən sonra münasibətləri pozulmuşdur. 01 fevral 2023-cü il tarixdə saat 17:00-da X2 cərimə təcridxanasına nəzarətçi təyin olunaraq növbəyə daxil olmuş və onunla növbədə zabit heyətindən həmin müəssisəsinin Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru Zərərçəkmiş şəxs olmuşdur. 02 fevral 2023-cü il tarixdə səhər saatlarında məhkum Şahid3 cərimə təcridxanasında saxlanılan məhkumların kameralarına səhər yeməyinin daxilində olan yemək və alüminium stəkanda olan qaynar çay paylamış, həmin tarixdə təxminən saat 07:45-də 2 saylı kameranın nəfəsliyini açdıqda qeyd olunan kamerada saxlanılan Məhkum nəfəslikdən Zərərçəkmiş şəxs görüb sonuncunun onu cərimə təcridxanasına saldığını bildirərək ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs isə nalayiq ifadələrə son qoymağı və xidməti vəzifələrini yerinə yetirdiyini Məhkum demişdir. Bu zaman məhkum Şahid3 həmin kameranın açıq olan nəfəsliyinə yeməyi və alüminium qabda qaynar çayı qoymuş və bu zaman Məhkum Zərərçəkmiş şəxs nəzərdə tutaraq cərimə təcridxanasına salınmamalı olduğunu deyib sonuncunu nalayiq ifadələrlə təhqir etmiş və həmin stəkandakı çayı sağ əlinə alaraq nəfəsliyin içərisindən qəsdən Zərərçəkmiş şəxs sifətinə tərəf tullamışdır. Zərərçəkmiş şəxs kənara çəkildiyindən həmin çay onun boyun nahiyəsinə tökülmüş, Məhkum isə yenidən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib sonuncunun və ailəsinin başına oyun açacağı ilə hədələmişdir. Mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs pulunu qaytarmasını tələb etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının 1-ci Cərrahiyyə şöbəsində travmatoloq vəzifəsində işləyir. 02 fevral 2023cü il tarixdə saat təxminən 13 radələrində işlədiyi şöbədə olan zaman Zərərçəkmiş şəxs ona yanıq xəsarəti ilə müraciət etmiş və xidmət etdiyi müəssisədə olarkən məhkumun üstünə qaynar çay atması nəticəsində yarandığını demişdir. O, Zərərçəkmiş şəxs müayinə etdikdə boynunun sol payında qızartı və suluqlar aşkar etmiş, qızartı suluqlarla müşayiət edildikdə bu artıq 2-ci dərəcəli yanıq xəsarəti sayıldığından və yalnız hiperemiya (qızartı) olduqda isə 1-ci dərəcəli yanıq xəsarəti hesab olunduğundan sonuncuya “boyun nahiyəsinin termiki 2-ci dərəcəli yanığı” diaqnozu qoymuş və tibbi yardım göstərdikdən sonra sonuncu həmin yeri tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə saat 07:30 radələrində X2 növbədə olan əməkdaşları Zərərçəkmiş şəxs və Şahid1la birlikdə müəssisənin kameralarının qapısında olan nəfəslikdə səhər yeməyini və alüminium stəkanlarda qaynar çayı verdikdən sonra müəssisənin növbətçi zabiti, ədliyyə mayoru Zərərçəkmiş şəxs kameraya yaxınlaşıb nəfəsliyi bağlamaq istədikdə sonuncu ilə məhkumun arasında mübahisə yaranmış, həmin vaxt məhkum ucadan qışqıraraq cərimə təcridxanasına keçirilməsində Zərərçəkmiş şəxs günahlandırmış, raport yazmayacağı halda cərimə təcridxanasına salınmayacağını demiş, bu zaman səhər yeməyi vaxtı verdiyi alüminium stəkandakı qaynar çay Zərərçəkmiş şəxs sifətinə tərəf atılmış, qaynar çay sonuncunun boyun nahiyəsinə tökülmüş, nəticədə Zərərçəkmiş şəxs boynunun sol hissəsinin qızardığını görmüşdür. O, mübahisə vaxtı qaynar çayın hansı məhkum tərəfindən atılmasını görməmiş, lakin məhkumun səsinə əsasən Zərərçəkmiş şəxs sifətinə tərəf qaynar çayı Məhkum tullaması ona məlum olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs və Məhkum bir-birilərinin ünvanlarına nalayiq ifadə işlədib-işlətməmələrini, Məhkum Zərərçəkmiş şəxs 33 manat məbləğində pulu tələb edib-etməməsini, Məhkum Zərərçəkmiş şəxs sonuncunun və ailəsinin başına oyun açacağı ilə hədələyibhədələməməsini və Zərərçəkmiş şəxs Məhkum yumruq zərbələri vurub-vurmamasının eşitməmiş və şahidi olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:20 radələrində Məhkum ilə fərdi-tərbiyəvi xarakterli söhbət aparılan zaman sonuncu “X6”nın tələblərini pozmuş və ona haqlı irad tutulmasına baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Məhkum həmin tarixdə saat 11:20 radələrində müəssisə əməkdaşının qəbulunda olarkən aparılan fərdi-tərbiyəvi söhbətə məhəl qoymayaraq daxili rejim qaydasının tələblərini pozmuş və əməkdaşlar tərəfindən qanuni iradlar bildirildikdə əməkdaşlara qarşı kobudluq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkumun cərimə (intizam) təcridxanasına keçirilməsi barədə 29 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Məhkum həmin tarixdə saat 11:20 radələrində müəssisə əməkdaşının qəbulunda olarkən aparılan fərdi-tərbiyəvi söhbətə və tutulan iradlar məhəl qoymayaraq əməkdaşa qarşı kobudluq edərək cəzanın çəkilməsi qaydasını pozmuş və qeyd olunan tarixdə saat 11:30-da cərimə təcridxanasına keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki rayon prokurorluğuna ünvanlanmış 02 fevral 2023-cü il tarixli məlumatdan görünür ki, X1 cəza çəkən Məhkum həmin tarixdə saat 07:45-də qeyd olunan müəssisənin Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru vəzifəsində xidmət edən Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmiş və əlində olan qaynar çayı sonuncunun üzərinə tullamış, nəticədə sonuncunun boyun nahiyəsində 2-ci dərəcəli yanıq xəsarəti yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Mərkəzi Xəstəxanasından Şəki Rayon Polis Şöbəsinə daxil olmuş 02 fevral 2023cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada müayinə olunan zaman onda “boyun nahiyəsinin 2-ci dərəcəli termiki yanığı” xəsarəti aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 21 fevral 2023-cü il tarixli 165/1 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs həmin xəstəxanada müayinə olunan zaman onda “baş və boynun 2-ci dərəcəli termiki yanığı” diaqnozlu xəsarət aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 fevral 2023-cü il tarixli aktdan görünür ki, X1 cəza çəkən Məhkum həmin tarixdə saat 07:45-də heç bir əsaslı səbəb olmadan qeyri-qanuni tələblər irəli sürmüş, xidmətdə olan əməkdaşlar ona qanuni iradlar bildirdikdə o, bunlara məhəl qoymayaraq və səs-küy salaraq əməkdaşlara qarşı kobudluq etmiş, əməkdaşların ünvanına nalayiq ifadələr işlətmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 22 fevral 2023-cü il tarixli 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasından keçirilən zaman onun bədəni üzərində “boynun sol yan səthinin İİ dərəcəli termiki yanığı” diaqnozu ilə, yüksək temperaturun təsirindən əmələ gəlmiş, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə və tarixdə, yəni 02 fevral 2023-cü il tarixdə qaynar suyun təsirindən əmələ gəlməsi istisna edilməyən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 317.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasında müayinə olunan zaman onda “sol boyun nahiyəsinin 2-ci dərəcəli yanığı” xəsarəti aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri X2 cərimə təcridxanasının 2 saylı kamerasının giriş hissəsidir. Həmin 2 saylı kamera cərimə təcridxanasına daxil olub irəlilədikdən sonra sol tərəfdə yerləşən nəzarətçi otağına çatmamış sağ tərəfdə yerləşir. Kameranın metal rəngli dəmir qapısının üzərinə “2” rəqəmi yazılmışdır, həmin qapının orta hissəsində nəfəslik üçün nəzərdə tutulmuş, uzunluğu 30, eni isə 18 sm olan boş hissə vardır. Baxışda iştirak edən X2 Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi), ədliyyə mayoru Zərərçəkmiş şəxs əli ilə hadisə yerini göstərərək bildirmişdir ki, o, 02 fevral 2023-cü il tarixdə müəssisənin növbətçi zabiti olduğundan həmin gün səhər yeməyinin verilməsində iştirak etmiş, saat 07:45 radələrində Məhkum saxlanıldığı cərimə təcridxanasının 2 saylı kamerasına yaxınlaşıb nəfəsliyi bağlamaq istədikdə sonuncu onun şərəf və ləyaqətini alçaldan formada ifadələr işlədərək cərimə təcridxanasına salmamalı olduğunu bildirmiş, habelə onu ailəsi ilə hədələyərək əlindəki səhər yeməyi üçün verilmiş qaynar çayı onun sifətinə tərəf tullamış, hadisə zamanı o, seyf qapısının önündə, Məhkum isə kameranın içərisində olmaqla, qapının digər tərəfində dayanmışdır. Hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi üzrə verilmiş 04 oktyabr 2013-cü il tarixli 441-K nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs X2 Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X3 üzrə verilmiş 01 fevral 2023-cü il tarixli əmrdən və "xxxx"ndən görünür ki, X2 Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi), ədliyyə mayoru Zərərçəkmiş şəxs və müəssisənin nəzarətçisi, ədliyyə giziri Şahid1 01 fevral 2023-cü il tarixdə saat 17:00-dan 02 fevral 2023-cü il tarixə saat 09:00-a kimi növbədə olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkum 4626 nömrəli şəxsi işindən çıxarışdan görünür ki, Məhkum cəza çəkdiyi müddətdə 19 dekabr 2022-ci il tarixdə barəsində töhmət intizam tənbehi tətbiq olunmuş, habelə 29 yanvar 2023-cü il tarixdə 10 gün müddətə cərimə təcridxanasına keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 12 aprel 2023-cü il tarixli 537 nömrəli məktubdan görünür ki, Məhkum həmin xəstəxanada dispanser müşahidəsində yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Məhkum barəsində CM-in 221 və 315-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum qəsdən, cəzaçəkmə müəssisəsinin əməkdaşınа özünün islah olunmasına mane olmaq və ictimai, xidməti vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələməklə və həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma cinayət əməlini törətmişdir Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxs 33 manat məbləğində borcunu qaytarmasını tələb etdiyini, sonuncunun isə ona hər hansı borcunun olmadığını bildirib nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltdığını və bu zəmində aralarında mübahisənin yarandığını, ailəsi və yaxın qohumları tərəfindən ona göndərilən puldan Zərərçəkmiş şəxs özünə götürdüyü 33 manat pulu qaytarmadığından, sonuncu onun ünvanına nalayiq ifadələr işlətdiyindən və raportla müəssisənin rəhbərliyinə məruzə edərək onun cərimə təcridxanasına yerləşdirilməsinə səbəbkar olduğundan əsəbiləşib sonuncunun ünvanına nalayiq ifadələr işlətdiyini, habelə qisas almaq məqsədilə qaynar çayı sağ əlinə alaraq Zərərçəkmiş şəxs sifətinə tərəf tulladığını demiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə hadisə vaxtı Zərərçəkmiş şəxs 10 gün müddətə cərimə təcridxanasına keçirilməsinin səbəbini soruşduğunu, sonuncunun cavab olaraq icazə almalı olduğunu ona deyərək onu təhqir etdiyini, bundan sonra Zərərçəkmiş şəxs borcunu qaytarmamasının səbəbini soruşduğunu, mübahisənin də bu zəmində başladığını, hadisə vaxtı Zərərçəkmiş şəxs tərəf tulladığı çayın qaynar olmadığını, həmin vaxt sonuncunun bədənində hər hansı xəsarətin yaranmadığını və qeyd olunan çayın bir hissəsinin onun əlinin üzərinə tökülməsinə baxmayaraq, əlində hər hansı xəsarət izi qalmadığını qeyd etmiş və dolayısı ilə Zərərçəkmiş şəxs ona olan 33 manat borcu qaytarmaması səbəbindən sonuncunun üzərinə çayı tulladığını və göstərilənlərin sonuncunun xidməti vəzifələrini yerinə yetirməsi ilə bağlı olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Həmçinin Zərərçəkmiş şəxs Məhkum göndərilən puldan 10 %-ni götürmüş olsaydı, sonuncu bu haqda dövlət orqanlarına (qurumlarına) məlumat verərdi. Lakin Məhkum bu barədə heç kəsə məlumat verməmişdir. Eyni zamanda, təqsirləndirilən şəxsin qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd etmək zəruridir ki, “həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə”, “həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” və “zor tətbiq etməklə hədələmə” anlayışlarına “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 nömrəli Qərarında (bundan sonra – Qərar) aydınlıq gətirilmişdir. Belə ki, bu Qərarın 23-cü bəndinə əsasən həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Ona görə də məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum törətmiş olduğu cinayət əməli CM-in 317.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məhkum əməlində CM-in 317.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum CM-in 317.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məhkum Şəki şəhəri, Otaqeşiyi küçəsi, ev 14 ünvanında qeydiyyatda olmaqla, ünvan 4ışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Şəki rayonunun Əliyarlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Məhkum əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2022-ci il tarixdən hesablanmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Məhkum CM-in 317.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda təqsirləndirilən şəxs Məhkum əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkum əməlində CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Məhkum əməlində cəzanı yüngülləşdirən halların olmamasını, habelə cəzasını ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 317.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmaqla X1 ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həbsdə saxlanılan şəxsin müvəqqəti olaraq istintaq təcridxanasına köçürülməsi haqqında Şəki Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, Məhkum 01 ay müddətə olmaqla həmin tarixdən 10 may 2023-cü il tarixədək X2 İstintaq Təcridxanasına köçürülmüşdür. Cinayət işinin materiallarında olan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilməsi haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarından görünür ki, Məhkum həmin tarixdən X1 ümumi rejimli cəzaçəkmə müəssisəsindən X2 İstintaq Təcridxanasına köçürülmüşdür. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmaqla X1 ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi və hazırki cinayət işi üzrə X2 İstintaq Təcridxanasına keçirilib orada saxlanılması nəzərə alınaraq barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. CM-in 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının (bundan sonra – Qərar) 17-ci bəndinə əsasən CM-in 67-ci maddəsinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bu Qərarın 21-ci bəndinə əsasən azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxs tərəfindən yeni cinayət törədildikdə cəzanın çəkilməmiş hissəsi törədilmiş yeni cinayətə görə həbs qismində qətimkan tədbirinin seçilməsindən sonra qalmış müddət hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Məhkum təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hökmün çıxarıldığı 18 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin CM-in 67-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) günü hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 08 (səkkiz) günü hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum hökmlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 18 dekabr 2023-cü il tarixdən hesablansın. Məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmaqla X1 ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyindən barəsində hər hansı qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Məhkum isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-156/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-156/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver