Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-157/2020 04.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – X2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1958-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində doğulmuş, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını Göyçay rayonunun Cəyirli kəndində yaşadığı evin həyətyanı sahəsində torpaqda və 3 ədəd kəsilmiş plastik su qablarında qanunsuz olaraq əkib 16 ədəd şitillərdən ibarət külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətinə giriş qapısından daxil olanda sağ tərəfdə yerləşən su hovuzunun üstündə 3 ədəd kəsilmiş plastik su qablarında 4 ədəd, sol tərəfdə olan hasarın tinində 11 ədəd və bağın sol tərəfində 1 ədəd olmaqla ümumilikdə 16 ədəd əkilib becərilməsi qadağan olunmuş əkib yetişdirərək kultivasiya etdiyi narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, özü narkotik vasitə hesab olunan marixuana istifadəçisi olduğu üçün 2020-ci ilin aprel ayında özündə olan toxumlardan 15 ədədini də götürüb həyətində və 3 ədəd plastik su qablarında əkmişdir. Qalan toxumları isə iki ədəd kağıza büküb gələcəkdə lazım olarsa, onları da əkib becərmək üçün zirzəmidə saxlamışdır. Həyətdə əkdiyi toxumlara qulluq etməsə də, əkdiyi plastik qablardakı toxumlara qulluq etməyə başamış, yəni diblərinə peyin verməklə mütəmadi sulayaraq diblərini yumşaltmış və alaqlarını təmizləmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək onu çağırmışlar. Polis əməkdaşları ona çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirərək ona vəkil Mətanət Həsənovanı təqdim etdikdən sonra hüquq və vəzifələrini izah etmişlər. Onun şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib edilmişdir. Polis əməkdaşları ona yaşadığı evin həyətinə baxış keçirilməsinin zəruri olduğunu bildirdikdə o, polis əməkdaşlarına etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilən zaman ümumilikdə həyətindən 16 ədəd tərkibində narkotik maddələr olan bitki kolları aşkar edilmiş, daha sonra aşkar edilmiş narkotik tərkibi bitki kolları qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, hal şahidləri və iştirakçılar tərəfindən protokola imza edilmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, 2011-ci ildə Rusiya Federasiyasında narkotik vasitələrin dövriyyəsində təqsirli bilindiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının bitməsinə iki ay qalmış cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyindən Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan Göyçay rayonunun Cəyirli kəndində yaşamışdır. Narkotik vasitənin alüdəçisi olduğundan özü istifadə etmək üçün tərkibində narkotik vasitələr olan bitkiləri əkib-becərmişdir. Hazırda əməlindən çox peşmandır, yalnız üç ədəd plastik qabda olan narkotik vasitə tərkibli bitkilərə qulluq etmiş, həyətində əkdiyi toxumlara isə qulluq etməmiş, həmin bitkilər özləri kortəbii şəkildə inkişaf etmişdir. Məhkəmədən əməlinin CM-nin 237.1-ci maddəsinə tövsif olunmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması və yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatına malik olduğundan xx xxx 2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin bir neçə nəfər əməkdaşı ilə birlikdə həmin gün onun ətrafında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, xx xxx 2020-ci il tarixdə saat 15 radələrində tədbirdə iştirak edən əməkdaşlarla Göyçay rayonunun Cəyirli kəndinə, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs çağırıb özlərini təqdim edərək yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib becərməsində şübhəli olduğunu bildirərək ona müdafiəçi təqdim etdikdən sonra hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanılması barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə baxış keçirilməsinin zəruri olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, aqronomun və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətə giriş qapısından daxil olanda sol tərəfdə daşdan olan hasarın dibində müxtəlif uzunluqda 11 ədəd çətənə kollarına oxşar şitillər aşkar edilmişdir. Daha sonra isə həyətdə su hovuzunun üzərində 3 ədəd kəsilmiş plastik su qablarında da 4 ədəd çətənə şitillərinə oxşar şitillər aşkar edilmişdir. Həmin plastik su qablarında olan 4 ədəd şitillər su qabları ilə birlikdə götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş və həyətdəki sol tərəfdə mişar daşından olan hasarın dibində daha 1 ədəd çətənə bitkisinə oxşar şitil aşkar edilmişdir. Şitillərin bitdiyi yerdən torpaq nümunəsi götürülərək sellofana qoyulmuşdur. Bundan sonra həyətdə olan birmərtəbəli yarım təmirli evə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisində içərisində çətənə toxumlarına oxşar toxumlar olan iki büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, həyətindən müxtəlif yerlərdən aşkar olunmuş 16 ədəd bitkilərin çətənə şitilləri olduğunu, həmin çətənə şitillərinə mütəmadi olaraq su verib, onların diblərini yumşaltmaqla və alaqdan təmizləməklə qulluq edib gələcəkdə özü istifadə etmək üçün becərdiyini, zirzəmidən aşkar edilmiş iki ədəd kağız bükümlərdəki toxumların da çətənə bitkisinin toxumları olduğunu, onları gələcəkdə lazım gələrsə, əkmək üçün həmin yerdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 16 ədəd çətənə kollarına oxşar şitillər, onların diblərindən götürülmüş və sellofanda qablaşdırılmış torpaq nümunəsi, eləcə də zirzəmidən aşkar edilmiş iki ədəd kağız bükümlərdə olan toxumlar 1 ədəd karton qutuya qoyularaq qablaşdırılmış, karton qutunun üzəri möhürlənmiş, üzərini Təqsirləndirilən şəxs və hal şahidləri imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə verərək keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etdiyini qeyd edib, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Raport”dan görünür ki, Göyçay Rayon Polis Şöbəsinə Göyçay rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olduğu, həmçinin Göyçay rayon Cəyirli kəndində yaşadığı evin həyətində narkotik tərkibli çətənə kolları əkib-becərdiyi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət başında ifşa olunmasını təmin etmək məqsədilə Göyçay rayonunun Cəyirli kəndində yerləşən yaşadığı evə və həyətinə daxil olmaqla baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 07) Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı Göyçay rayonunun Cəyirli kəndində yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 01, iş vər. 26) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış və götürülmə keçirilməsi barədə” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, iki nəfər hal şahidinin, aqranomun, müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Göyçay rayonunun Cəyirli kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdarda, cəmi 16 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitki kolları aşkar olunaraq götürülmüşdür. (cild 01, iş vər. 27-38) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxx 2020-ci il tarixli mütəxəssis-aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonunun Cəyirli kəndində yerləşən evinin həyətyanı sahəsində yerləşən kolluqların arasından aşkar edilmiş torpağa əkilmiş 16 ədəd yaşıl bitkilər ayrıayrılıqda aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə kollarıdır. (cild 01, iş vər. 39) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ekspertiza mərkəzindən alınmış xx xxx 2020-ci il tarixli 17/278saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş...” sözləri yazılmış karton qutunun içərisində hündürlükləri 3 sm-dən 10 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 6,69 qram olan 15 (on beş) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Hündürlüyü 46 sm, yaş vəziyyətdə təmiz çəkisi – 12,21 qram olan 01 (bir) ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. 02 ədəd kağız bükümlərdə, ümumi təmiz çəkiləri 5,87 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyillər. 01(bir) ədəd sellofan torbada olan torpaq nümunəsinin içərisindəki bitki hissəcikləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin hissəcikləridir. Aqronom mütəxəssis Ş.İsmayılovun xx.xx.2020ci il tarixli rəyinə əsasən 15 ədəd çətənə (kannabis) bitkisinin şitillərinə və 01 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. (cild 01, iş vər. 53-54) Cinayət işinin materiallarında olan Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx xxxx 2020-ci il tarixli 3584 saylı məktubdan görünür ki, Göyçay rayon Cəyirli kənd sakini, xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nin narkoloji və psixatrik kabinetlərində qeydiyyatda yoxdur. (cild 01, iş vər. 129) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 717 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 143) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi yalnız üç ədəd plastik qabda olan narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirməklə əməlin CM-nin 237.1-ci maddəsinə tövsif olunmasını xahiş etsələr də, cinayət işinin materiallarında olan mütəxəssis rəyi və məhkəmə bioloji ekspertizasının rəyinin tədqiqindən müəyyən olunur ki, həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunan bütün narkotik tərkibli şitillərə və bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası yalnız üç ədəd plastik qabda olan narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq edilməsi ilə bağlı müdafiə tərəfinin göstərdiklərini təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinin daha yüngül cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb edilməsinə hesablanmış özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilən şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göyçay rayonunun Cəyirli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 136-138) Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamışdır. X7 Moskva şəhəri Perov rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən X5 Məhkəməsinin 228.1-ci maddəsinin 2-ci hissəsinin “B” bəndi ilə təqsirli bilinməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild 01, iş vər. 130) Məhkəmə Təqsirləndirilən şəxs 62 yaşının olmasını, yaşayış yeri üzrə müsbət səciyyələnməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyasıTəqsirləndirilən şəxsəməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, lakin Azərbaycan Respublikasında olmasa da, əvvəllər narkotik vasitənin dövriyyəsində təqsirli bilinərək kifayət qədər ağır cəzaya məhkum olunmasına baxmayaraq islah olunmadığını və yenidən qəsdən eyni cinsli cinayət əməlini törətməsini və beləliklə də şəxsiyyətinin ictimai təhlükəliliyini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 24) Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 91-92) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, cəzanın başlanğıcıhökmün çıxarıldığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, onunşübhəli və təqsirləndirilən şəxs qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 03 (üç) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Beləki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli 717 nömrəli rəyində göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Göyçay rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 16 ədəd çətənə kolları və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 34,55AZN (otuz dörd manat, əlli beş qəpik)ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 03 (üç) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində 3 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X1 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə barəsində narkomaniya xəstəliyindən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Göyçay rayon PŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 16 ədəd çətənə kolları və torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-157/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-157/2020
04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver