Məhkəmə qərarları › İş №1(091)-157/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-157/2021

07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-157/2021 07.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi xx xxxxx 1962-ci il tarixdə Qax rayonu Əlibəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan və ödənilməyən, Qax rayonu Əlibəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi ilə qanunsuz olaraq 2020-ci ilin sentyabr ayında yaşadığı Qax rayonu, Əlibəyli kənd ərazisində yerləşən dəmir yol xəttinin yaxınlığında olan kolların arasında yabanı halda bitmiş narkotik tərtkibli çətənə bitiki kollarını yığaraq həmin yerdə qurudub külli miqdarda, yəni 9.673,26 qram qurudulmuş marixuananı əldə edərək yaşadığı evə daşımış və evin dəhlizinin axırıncı otağında yerləşən 2 ədəd plastik balonda saxlamış, 07 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evin həyət darvazasının yanında həmin narkotik vasitədən 163,26 qramını əvvəllər penitensiar müəssisəsində cəza çəkən zaman tanış olduğu Qax rayonu, Əmircan kənd sakini Şahid8 yaşadığı evin qarşısında sonuncuya pay olaraq vermiş və həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana onun könüllü razılığı və iştırakı ilə keçirilən baxış zamanı sonuncunun evin dəhlizinin axırıncı otağında yerləşən 2 ədəd plastik balonda saxladığı ümumi təmiz çəkisi 9.510 qram, yəni külli miqdarda narkotk vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında Qax rayonu, Əlibəyli kəndindən keçən dəmir yolunun kənarından yabanı halda bitən çətənə bitkilərini görüb yığaraq qurutduqdan sonra yaşadığı evə gətirib evdə olan iki ədəd 100 litrlik plastik balonlara qoymuş, narkotik vasitə istifadəçisi olduğuna görə həmin kütlələrdən az-az çəkib istifadə etmişdir. 07 mart 2021-ci il tarixdə tanışı Qax rayonu Əmircan kənd sakini Şahid8 onun yaşadığı evə gələrək narkotik vasitə istədiyinə görə saxladığı narkotik vasitədən sonucuya pay vermiş, Novruz minnətdarlıq edib çıxıb getmişdir. Bir neçə vaxtdan sonra isə Qax rayon Polis Şöbəsinin əməkdaşları qapısına gələrək evinə baxış keçirmək istədiklərini bildirmişlər. Polislərə evinə baxış keçirməyə icazə verdikdən sonra baxış zamanı anasından ona qalan evdə otaqların birindən iki ədəd 100 litrlik plastik balonda saxladığı çətənə bitki kütlələrini polis əməkdaşlarına göstərmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 Mayis oğlu ifadəsində göstərmişdir ki, 07 mart 2021-ci il tarixdə Qax rayonu, Əmircan kəndində yaşayan vətəndaş Şahid8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid8 sərnişini olduğu taksi kimi fəaliyyət göstərən “LADA Kalina “markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Qax rayon Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsində şübhəli şəxs kimi tutulduqdan sonra sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcənin içəri tərəfdən qoltuqaltısından bir ədəd iç içə bükülmüş iki ədəd içərisi dolu olan sellofanı təqdim etmiş, təqdim edilən sellofanda çoxlu qurumuş halda bitki kütlələri aşkar edilmişdir. Şahid8 həmin bitki kütlələrinin narkotik tərkibli çətənə bitkiləri olduğunu və Qax rayonu Əlibəyli kəndinə yaşayan Martiko adlı tanışından götürdüyünü bildirmişdir. Kütlə elektron tərəzi vasitəsilə çəkilərkən kütləsi sellofanla birlikdə 0,165 kiloqram təşkil etmiş, bundan sonra həmin aşkar olunan kütlə kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şahid8 narkotik vasitəni əldə etdiyi mənbənin müəyən edilməsi məqsədilə həmin narkotik vasitəni verən Qax rayonu, Əlibəyli kənd sakini Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək sonuncunun yaşadığı ünvana getmişlr. Orada Təqsirləndirilən şəxs yaşadığı ünvana özünün könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman evin dəhlizinin axırıncı otağında olan iki ədəd 100 litrlik balonların içərisindən çəkiləri müvafiq olaraq 1,465 kiloqram, 1,025 kiloqram, 5,340 kiloqram, 2,020 kiloqram, ümumilikdə 9,85 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Qax rayon Polis Şöbəsinin əməkdaşları olan Şahid3 və Şahid2 Məmmədov eyni məzmunlu ifadə verərək Şahid1 Mayis oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Qax rayon Kənd Təsərrüfatı İdarəsində baş aqronom vəzifəsində işləyən Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12.05.2021-ci il tarixdə Qax rayon Polis Şöbsinin əməkdaşları onu Qax rayonu, Əlibəyli kəndi yaxınlığından keçən dəmir yol xəttinin yanında olan meşəlik sahəyə baxış keçirilməsində aqronom kimi dəvət etmiş, polislərlə birlikdə Qax rayonu, Əlibəyli kəndi yaxınlığından keçən dəmir yol xəttinin yanında olan meşəlik sahə baxış keçirilən zamanı polis əməkdaşlarına həqiqətən də orada külli miqdarda yabanı halda narkotik vastiə olan çətənə kollarının bitməsinin mümükün olduğunu bildirmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirlmiş 15 nömrəli Şəki dəmiryol sahəsinin 8 saylı yol məntəqisində yol ustası işləyən Şahid6 ifadəsində göstərmişdir ki, nəzarət elədiyi əraziyə Qax və Zaqatala rayonları daxil olmuş, həmin ərazinin təxminən 20 km dəmir yol xəttini əhatə etmişdir. 2020-ci ilin mart ayından hal-hazıradək ölkədə olan karantin rejimi ilə bağlı dəmiryol nəqliyyatında durğunluq olmuş, gündəlik işə çıxan zaman xidməti ərazini yoxlayaraq çatışmamazlıqlar barədə rəhbərliyə məruzə etmişlər. Dəmiryol xəttinin xidməti ərazilərinə daxil olan Qax rayonu, Əlibəyli kəndi yaxınlığında yerləşən ərazidə yabanı halda bitmiş narkotik vasitələrdən hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təqdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin eksperti işləyən Şahid4 ifadəsində göstərmidir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ixtisası üzrə ixtisaslaşaraq 2015-ci ildən ekspert iş təcrübəsinə malik mütəxəssis olmuşdur. Ekspertiza tədqiqatına təqdim olunmuş bükümlər, torbalar və s. qablaşdırıcı vasitələr içərisindəki maddə boşaldılaraq elektron tərəzidə xalis çəkisi müəyyən edilmiş, ekspertiza bölməsində “Azərbaycan Metrologiya İnstitutunun” publik hüquqi şəxs Şimal-Qərb regional ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi laboratoriyası tərəfindən ölçmə dəqiqliyi 025 №-li şəhadətnamə ilə təsdiq olunmuş “CAS” markalı elektron tərəzidən istifadə etmişlər. Ekspertiza bölməsində “Azərbaycan Metrologiya İnstitutunun” publik hüquqi şəxs Şimal-Qərb regional ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi laboratoriyası tərəfindən ölçmə dəqiqliyi 025 №-li şəhadətnamə ilə təsdiq olunmuş “CAS” markalı elektron tərəzidən istifadə etmiş, istifadə etdikləri tərəzi yoxlanışdan keçməklə standartlara uyğun dəqiq ölçü vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 08 mart 2021-ci il tarixli 17/181 N-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapşdırılmış vərəqdə “1-ci salondan götürülən narkotik...” sözləri yazılmış 02 ədəd sintetik kisələrin içərisindəki, ayrı-ayrılıqda təmiz çəkiləri –1 kiloqram 385 qram və 965 qram, ümumi təmiz çəkisi- 2 kq 350 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapşdırılmış vərəqdə “2-ci salondan götürülən narkotik...” sözləri yazılmış 02 ədəd sintetik kisələrin içərisindəki, ayrı-ayrılıqda təmiz çəkiləri –5 kiloqram 235 qram və 1 kq 925 qram, ümumi təmiz çəkisi- 7 kq 160 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd iç-içə keçirilmiş sellofon torbada olan qurudulmuş marixuana ilə 04 ədəd sintetik kisələrdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 10.03.2021-ci il tarixli 128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən özü əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 mart 2021-ci il tarixli 284 N-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyinən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayon Məhkəməsinin 02.03.2015-ci il tarixli hökmü ilə CM-in 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30.09.2019-cu ildə Şəki rayon Məhkəməsinin qərarı ilə 10 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 18.03.2020-ci ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə əməlində cinayətin residivi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon İcra Hakimiyyəti Başçısının Əlibəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Əlibəyli kəndində yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qax rayon Mərkəzi Xəstəxanasından alınmış 12 mart 2021-ci il tarixli 460 nömrəli arayışlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 07 mart 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1945-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Qax rayon məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəni satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə aşkar olunmuş narkotik vasitənin miqdarı, emal olunub istehlak üçün hazır vəziyyətə gətirilərək ayrı-ayrı plastik materialdan olan çənlərdə saxlanılması, tanışı Şahid8 verməklə yayması və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residividir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdiriləməməli, cəzasının əvvəli həbsə alındığı 07 mart 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 07 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Qax rayon Polis Şöbəsində saxlanılan 9 kq,460 qram narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd 100 litrlik plastik balon məhv edilsin, 01 ədəd CD-disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar