Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-157/2024 30.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, sonuncu dəfə İsmayıllı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddələri ilə təqsirli bilinib 2 il 7 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 29,217 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, xeyli miqdar təşkil edən 1,657 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, xeyli miqdar təşkil edən 10,82 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdar, yəni 0,28 qram təşkil edən narkotik vasitə metadon olan konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş 7 ədəd “Metadon 40 mg” həblərini və tərkibində güclü təsiredici maddəsinin ümumi miqdarı 3,45 qram təşkil edən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə preqabalin olan, konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş, 13 ədəd preqabalin 150 mg və 9 ədəd preqabalin 300 mg olmaqla cəmi 22 ədəd preqabalin kapsulalarını əldə edib, satış məqsədini həyata keçirmək üçün əldə etdiyi heroini 12,962 qram, 6,908 qram, 6,593 qram, 0,260 qram, 0,473 qram, 0,220 qram, 0,676 qram, 0,279 qram, 0,272 qram, 0,574 qram olmaqla cəmi 10 ədəd sellofan və kağız bükümlərdə, əldə etdiyi tiryəki 0,407 qram, 0,394 qram, 0,387 qram, 0,469 qram olmaqla cəmi 4 ədəd kağız və sellofan bükümlərdə, əldə etdiyi qurudulmuş marixuananı 2,06 qram, 8,11 qram, 0,32 qram, 0,13 qram, 0,2 qram olmaqla cəmi 5 ədəd sellofan bükümlərdə qablaşdırmaqla həmin narkotik vasitələri, habelə narkotik vasitə olan metadon tərkibli cəmi 7 ədəd həbləri və tərkibində güclü təsir edən preqabalin maddəsi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmamaqla güclü təsir edən maddə hesab edilən cəmi 22 ədəd preqabalin kapsulalarını özünə məxsus pul kisələrinin, dəmir qabın və sellofan bağlamaların içərisində yerləşdirərək, qəsdən satış məqsədi ilə qanunsuz olaraq üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin H.Əliyev prospektində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək həmin gün, saat 23:50 radələrində üzərində şəxsi axtarış aparılarkən üzərində gəzdirdiyi qara rəngli pul kisələrinin, dəmir qabın və sellofan bağlamanın içərisində 10 ədəd sellofan və kağız bükümlərdə saxladığı ümumi təmiz çəkisi 29,217 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4 ədəd kağız və sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 1,657 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 5 ədəd sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 10,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40” göstəricisi olan, 7 ədəd konvalyut kəsiklərində olan qəhvəyi rəngli, dairəvi formalı həblər, habelə narkotik vasitə və psixotrop maddələrə aid edilməyən, tərkibində güclü təsir edici maddəsinin ümumi miqdarı 3,45 qram təşkil edən güclü təsir edən maddə preqabalin olan, konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş 22 ədəd preqabalin kapsulaları, 0,13 qram çəkidə çətənə bitkisinin toxumları, habelə həmin vasitələrin satışını həyata keçirmək üçün üzərində gəzdirdiyi 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3, 240.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərindən marixuna və dərmanlar aşkar edilmiş və digər narkotik vasitə ona aid olmamışdır. Ona görə də, özünü CM-in 240.1-ci maddəsi ilə təqsirli bilir, lakin özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Onun üzərində narkotik vasitə olan heroin olmamışdır. Aşkar edilən narkotik vasitə olan heroin ona aid olmamışdır. Tutulmadan 2 ay əvvəl narkotik vasitə olan heroindən istifadə etmişdir. Polis əməkdaşları onu döymüşlər və narkotik vasitə olan heroini boynuna qoymuşlar. Üzərində tiryək olmuşdur. Üzərindən aşkar edilən tiryək, marixuana və metadon həbləri ona aid olmuşdur. Ağrıları olduğu üçün üzərində tiryək, marixuana və metadon gəzdirmişdir. Dərmanları mütəmadi olaraq qəbul etmişdir. Polis əməkdaşları onu döymüşlər və dişlərini tökmüşlər. Üzərindən aşkar edilən tiryək, marixuana və metadon həbləri ona aid olmuşdur. Belə ki, ağrıları olduğu üçün hər üçündən istifadə etmişdir. Başqa rayonlara getdiyi üçün hər üçünü üzərində gəzdirmişdir ki, lazım olanda istifadə edə bilsin. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 6-da qeydiyyatdadır və yaşayır. Subaydır. Heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 221.2.1, həmçinin Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddələri ilə məhkum edilmiş, təxminən 6-7 ildir ki, narkotik vasitə olan heroindən, marixuanadan və digər güclü təsir edən maddələrdən istifadə edir. 2023-cü il sentyabr ayının əvvəllərində dəqiq tarixi xatırlamadığı gündə İsmayıllı şəhəri, M.Orucov küçəsi ilə piyada gəzərkən qarşısına 1 ədəd sellofan bağlama çıxmış və bağlamanı götürüb açdıqda içərisindəki sellofan bükümlərdə narkotik vasitə olan marixuana, heroinin, 7 ədəd metadon həblərinin və digər “Preqobalin” adlanan güclü təsir edən 22 ədəd dərman həblərinin olduğunu görmüş və tanımış, həmçinin 1 ədəd elektron tərəzi də olmuş, narkotik istifadəçisi olduğu üçün həmin sellofan bağlamanı götürüb yaşdığı evin həyətinə aparmış, ailə üzlərindən xəbərsiz həmin narkotik vasitələri özünə məxsus pul kisəsinə, 1 ədəd yumru formalı dəmir qaba və 1 ədəd sellofan bağlamaya yerləşdirib saxlamışdır ki, istədikdə istifadə etsin. 07 oktyabr 2023-cü il tarixədək 3-4 dəfə heroindən az miqdarda istifadə etmiş, 07 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində həmin narkotik vasitələr və güclü təsir edən maddələr üzərində olmuş, o, xx.xx.2023-cü il tarixdə İsmayıllı şəhəri, H.Əliyev prospektinə “Bazar Store” mağazasından su almaq üçün getmiş, mağazadan su alıb çölə çıxarkən mülki geyimdə ona yaxınlaşan üzdən tanıdığı polis əməkdaşları ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyib bu barədə əməliyyat-axtarış tədbiri qərarını göstərmiş və onlarla birlikdə polis şöbəsinə getməyini, üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər, o da polis əməkdaşlarına etiraz etməyib “Lada Niva” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə gəlmiş, polis əməkdaşları ona şübhəli şəxs qismində tutulacağını və müdafiçənin köməyindən istifadə hüququnun olmasını izah etdikdə o, ərizə yazaraq müdafiəçi ilə təmin olunmağını bildirmiş və qısa müddət sonra təqdim edilmiş vəkillərin siyahısından X2 və həmin vəkil qısa müddət sonra ona təqdim edilmiş, 07 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah edildikdən sonra hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, buna heç bir etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ona üzərində hər hansı narkotik vasitə, dövriyyəsi qanunla qadağan edilmiş əşya olubolmadığını soruşduqda o, artıq polis əməkdaşlarının üzərində olan narkotik vasitələri aşkar edəcəyini fikirləşib özü əynində olan qolsuz gödəkçənin sağ cibindən 2 ədəd pul kisəsini, 1 ədəd dəmir qapaqlı qabı, gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bağlamanı, özünə məxsus üzərində ***-***-**-** saylı nömrə olan “Samsung A41” markalı və üzərində ***-***-**-** saylı mobil nömrə olan “Nokia” markalı mobil telefonu, özünə məxsus 1 ədəd 100 ABŞ dollarını, 2 ədəd 100 manatlıq, 20, 10, 5 manatlıq pul əskinaslarını çıxarıb stolun üzərinə qoymuş, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən özünə məxsus 20 manatıq pul əskinasları, 50 qəpik, 20 qəpik və 5 qəpik pullar aşkar edilmiş, qara rəngli pul kisəsi açıldıqda içərisində 1 ədəd “Azercel” və “Azerfon” danışıq konturu, mobil nömrəyə aid kartlar, həmçinin müxtəlif mağazalara aid reklam kartları aşkar edilmiş, digər qara rəngli kisənin zəncirbəndi açıldıqda içərisində “Methadone” sözləri yazılmış 7 ədəd həb, 22 ədəd kapsulalarda güclü təsiredici maddə olan preqobalin, digər dairəvi formalı kisənin içərisində 14 ədəd sellofan və kağız bükümlərdə toz halında olan kütlələr, bundan başqa, pul kisələrinin və digər sellofan bağlamanın içərisindən 5 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər quru halda bitki hissələri aşkar edilmiş, üzərindən aşkar edilmiş 2 ədəd 100 manatlıq, 1 ədəd 100 ABŞ dolları, 18 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq pul əskinasları 1 ədəd zərfdə qoyulmuş və üzəri möhürlənərək onun və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, bundan başqa üzərində olmuş 7 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, 1 ədəd 50 qəpik, 3 ədəd 20 qəpik, 1 ədəd 5 qəpik pullar da 1 ədədə zərfə qoyulub üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, 14 ədəd kağız və sellofan bükümlərdə olan heroin və tiryək xüsusi elektron tərəzidə çəkilmiş, bundan başqa 5 ədəd sellofan bükümlərdə olan marixuana, 1 ədəd kağız bükümdə olan bitki toxumları da götürülmüş, içərisində heroin və tiryək, marixuana və bitki toxumları olan kütlələr, bundan başqa üzərində 7 ədəd metadon həbləri, ağ-qəhvəyi rəngli həblər 9 ədəd ağ-qəhvəyi rəngli kapsullarda, 2 ədəd ağ rəngli kapsullarda, 3 ədəd ağ-göy rəngli kapsullarda, 8 ədəd narıncı-tünd göy rəngli kapsullarda olan güclü təsir edici maddə hesab edilən “preqabalin” həbləri, həmçinin üzərində “Retardabletten” sözləri olan 4 ədəd həb və qarın ağrısı dərmanı olan 8 ədəd həb, cəmi ümumilikdə 41 ədəd həblər götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2 ədəd pul kisəsi, 1 ədəd dəmir qab, içərisindən tütün olan 1 ədəd Sobranie markalı siqaret qutusu, danışıq konturları və müxtəlif mağazalara aid reklam kartları ona təhvil verilmiş, üzərindən aşkar edilmiş “Samsung A41” markalı mobil telefon və “Nokia” markalı mobil telefon, həmçinin 1 ədəd elektron tərəzi də götürülüb 1 ədəd zərfə qoyulub üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənmiş, şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Bundan başqa o, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə gün qabaq, yəni, 2023-cü ilin oktyabr ayının əvvəllərində gecə saatlarında yaşadığı evə gedərkən küçələrində yıxılaraq xəsarət aldığını, üzərindən aşkar edilərək götürülmüş həbləri narkotik vasitələr bitdikdən sonra istifadə edəcəyini və üzərindən aşkar edilmiş elektron tərəzini və çətənə toxumlarını atmağı fikirləşmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən əməliyyat-istintaq qrupu yaradılmış, qrupun tərkibinə o, X8, X20, Şahid1 və Şahid3 daxil edilmiş, həmin gün saat 23 radələrində onlar birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar Store” mağazasının qarşısında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul olunduğunu deyib sonuncunu qərarla tanış etmişlər, Təqsirləndirilən şəxs şəxsi axtarış keçiriləcəyini deyib onu polis şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş və saat 23 radələrində Tural şübhəli şəxs qismində tutulmuş, bundan sonra Turala üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demişlər. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirmişlər, Tural əynində olan qolsuz gödəkçənin sağ cibindən 2 ədəd pul kisəsini, 1 ədəd dəmir qapaqlı qabı, gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bağlamanı, özünə məxsus üzərində ***-***-**-** saylı nömrə olan “Samsung A41” markalı və üzərində ***-***-**-** saylı mobil nömrə olan “Nokia” markalı mobil telefonu, özünə məxsus 1 ədəd 100 ABŞ dollarını, 2 ədəd 100 manatlıq, 20, 10, 5 manatlıq pul əskinaslarını çıxarıb stolun üzərinə qoymuş, Turalın üzərinə şəxsi axtarış keçirilərkən üzərindən özünə məxsus 20 manatıq pul əskinasları, 50 qəpik, 20 qəpik və 5 qəpik pullar aşkar edilmiş, qara rəngli pul kisəsi açıldıqda içərisində 1 ədəd “Azercel” və “Azerfon” danşıq konturu, mobil nömrəyə aid kartlar, həmçinin müxtəlif mağazalar aid reklam kartları aşkar edilmiş, digər qara rəngli kisənin zəncirbəndi açıldıqda içərisində “Methadone” sözləri yazılmış 7 ədəd həb, 22 ədəd kapsulalarda güclü təsiredici maddə olan preqobalin, digər dairəvi formalı kisənin içərisində 14 ədəd sellofan və kağız bükümlərdə toz halında olan kütlələr, bundan başqa, pul kisələrinin və digər sellofan bağlamanın içərisindən 5 ədəd sellofan bükülüdə narkotik vasitəyə bənzər quru halda bitki hissələri aşkar edilmiş, üzərindən aşkar edilmiş 2 ədəd 100 manatlıq, 1 ədəd 100 ABŞ dolları, 18 ədəd 20 manatlıq, 23 ədəd 10 manatlıq pul əskinasları 1 ədəd zərfdə qoyulmuş və üzəri möhürlənərək onun və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, bundan başqa üzərində olmuş 7 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq, 1 ədəd 50 qəpik, 3 ədəd 20 qəpik, 1 ədəd 5 qəpik pullar da 1 ədəd zərfə qoyulub üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, 14 ədəd kağız və sellofan bükümlərdə olan heroin və tiryək xüsusi elektron tərəzidə çəkilmiş, bundan başqa 5 ədəd sellofan bükümlərdə olan marixuana, 1 ədəd kağız bükümdə olan bitki toxumları da götürülmüş, içərisində heroin və tiryək, marixuana və bitki toxumları olan kütlələr və üzərində 7 ədəd metadon həbləri, ağ-qəhvəyi rəngli həblər 9 ədəd ağ-qəhvəyi rəngli kapsullarda, 2 ədəd ağ rəngli kapsullarda, 3 ədəd ağ-göy rəngli kapsullarda 8 ədəd narıncı-tünd göy rəngli kapsullarda olan güclü təsir edici maddə hesab edilən “preqabalin” həbləri, həmçinin üzərində “Retardabletten” sözləri olan 4 ədəd həb və qarın ağrısı dərmanı olan 8 ədəd həb, cəmi ümumilikdə 41 ədəd həblər götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün 2 ədəd pul kisəsi, 1 ədəd dəmir qab, içərisindən tütün olan 1 ədəd Sobranie markalı siqaret qutusu, danışıq konturları və müxtəlif mağazalara aid reklam kartları Turalın özünə təhvil verilmiş, üzərindən aşkar edilmiş “Samsung A41” markalı mobil telefon və “Nokia” markalı mobil telefon, həmçinin 1 ədəd elektron tərəzi də götürülüb 1 ədəd zərfə qoyulub möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid2 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, İsmayıllı RPŞ-yə İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi ev 6-da yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər.02). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər.03). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli raportdan görünür ki, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi ev 6-da yaşayan, xx.xx.1993cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq üzərində narkotik vasitə saxlamasında şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə saxlanılaraq İsmayıllı RPŞ-yə gətirilmişdir (cild 01, iş vər 07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli “cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:15-də cinayəti törətməkdə şübhəli olduğundan tutulmuşdur (cild 01, iş vər. 18). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 07.10. 2023-cü il tarixli protokoldan və ona əlavə olunmuş CD-disk, həmçinin foto cədvəldən görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman onun üzərindən külli miqdar təşkil edən 29,217 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 1,657 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən 10,82 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı şəxsi istehlak miqdarından artıq olmaqla 0,28 qram təşkil edən narkotik vasitə metadon olan konvalyut kəsiklərinin içərisinə qoyulmuş 7 ədəd metadon həblərini və tərkibində güclü təsiredici maddəsinin ümumi miqdarı 3,45 qram təşkil edən, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddə preqabalin olan, konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş 22 ədəd preqabalin kapsulaları aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 24-29). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 oktyabr 2023-cü il tarixli 3-16-16/2-7/1386 nömrəli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd zərfdə ümumi sayı 05 (beş) ədəd şəffaf sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,06 qram, 8,11 qram, 0,32 qram, 0,13 qram və 0,2 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 10,82 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Təqdim edilmiş ümumi çəkisi 0,13 qram olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Toxumların tərkibində narkotik aktivliyə komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyil. Toxumların tərkibində kannabinoidli komponentləri olmadığı üçün, marixuanalarla müqayisəli tədqiqat aparılmadı. Marixuananın ümumi çəkisi- 10,82 qram, tədqiqata ümumi sərf edildi 0,1 qram (hər obyektdən 0,02 qram). Qalıq – 10,72 qramdır (cild 01, iş.vər. 37-40). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış materialların məhkəmə ekspertizasının 08 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5251 nömrəli rəyindən görünür ki;
1. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №74” dairəvi möhür əksi və “... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş kütlələr; Təqsirləndirilən şəxs; altı-imza, B/müstəntiq: C.Abdullayevimza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 10 (on) ədəd bükümlərdə təmiz çəkiləri- 12,962 qram, -6,908 qram, -6,593 qram, -0,260 qram, -0,473 qram, -0,220 qram, -0,676 qram, -0,279 qram, -0,272 qram, -0,574 qram qram, ümumi təmiz çəkisi- 29,217 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarixi əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 04 (dörd) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,407 qram, - 0,394 qram, - 0,469 qram, -0,387 qram, ümumi təmiz çəkisi – 1,657 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir.
2. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №74” dairəvi möhür əksi və “... Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həblər; beş- imza..” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd “..150mg..” əmtəə göstəriciləri olan ağ rəngli kapsulalar, 08 ədəd “..Pregabalin 150mg..” əmtəə göstəriciləri olan narıncı-tünd göy rənglərdə kapsulalar və 03 ədəd ağ-göy rəngli kapsulalar- preqabalin tərkibli dərman preparatıdır və 13 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı-0,75 qramdır; üzərində Methadone-40" əmtəə göstəriciləri olan qəhvəyi rengli dairəvi formalı üzərində "F/M40" əks əlavəli, ümumilikdə 7 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici maddəsinin miqdarına görə eyni olan metadon tərkibli dərman preparatıdır və 7 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı -0,28 qramdır. (hər bir həbin təsir edici maddəsinin miqdarı -0,04 olmaqla) üzərində "Preqabalin Kpka 300 mq" əmtəə göstəriciləri olan konvalyutların içərisində ümumilikdə 09 ədəd ağ-tünd qəhvəyi rəngli kapsulalar- preqabalin tərkibli dərman preparatıdır ve 09 edəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı- 2,7 qramdır. (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla); - üzərində "Bisakodil" əmtəə göstəriciləri olan konvolyutlarda sarı rəngli dairəvi formalı ümumilikdə 08 eded həblər və 04 ədəd üzərində "100 mg /8 mg "Retardtabletten..." əmtəə göstəriciləri olan ağ rəngli dairəvi formalı həblərin tərkibində natkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı 1) daxildir. Preqabalin – 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir. Metadon – adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” 2-ci siyahısına daxildir. Qeyd: 1. Heroinlərin ümumi təmiz çəkisi- 29,217 qram, tədqiqata cəmi sərf edildi- 0,5 qram (hər birindən- 0,05qram),qalıq 28,717 qram;
2. Tiryəklərin ümumi təmiz çəkisi -1,657 qram, tədqiqata cəmi sərf edildi - 0,2 qram (hər birindən - 0,05 qram), qalıq- 1,457 qram,
3. Preqabalin 150 mg kapsul - 13 ədəd, tədqiqata sərf edildi - 3 ədəd, qalıq - 10 ədəd.
4. Metadon 40 mg həb- 7 ədəd tədqiqata sərf edildi:1 ədəd, qalıq -6 ədəd
5. Preqabalin 300 mg kapsul - 9 ədəd, tədqiqata sərf edildi - 1 ədəd, qalıq - 8 ədəd (cild 01, iş.vər. 42-47). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3, 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild01, iş vər. 73-74). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023cü il tarixli İsmayıllı Rayon Məhkəməsinin qəarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən müəyyən edilmişdir (cild 01, iş vər.102-106). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 noyabr 2023-cü il tarixli İsmayıllı rayon X15 Hüquqi Şəxsindən daxil olmuş PHŞ-6-47/2- 406-2023 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 6-da yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Mahmudov X10 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur (cild 01, iş.vər. 144). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı RPŞ-dən alınmış 15 noyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab “raport”undan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müxtəlif narkotik vasitələri satış məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs konkret olaraq kimlərə narkotik vasitə satması və onun həmin narkotik vasitələri hansı mənbədən əldə etdiyini müəyyən etmək mümkün olmamışdır (cild 01, iş.vər. 145). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış tələbnamədən görünür ki, Mahmudov X10 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək, 2 il 7 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, iş.vər. 153-154). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 07 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası növündə qəti cəza verilmişdir (cild 01, iş vər.155-159). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 il 07 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzanın çəkilməmiş cəzası 01 il azaldılmışdır (cild 01, iş vər.160-161). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli, 13/24-45 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır (cild 01, iş.vər. 251). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ismayıllı rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs atası Rəfaiq Mahmudov, anası Səmayə Mahmudova və qardaşı Azad Mahmudov onun ailə tərkibinin üzvləridir və onun barəsində nümayəndəliyə yazılı və şifahi müraciət olmamışdır (cild 02, iş vər. 05-06). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 397 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş.vər. 07). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 PHŞ-in 160 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə -tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər-hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və.s) aşkar edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X6 müayinəsi zamanı sol alın nahiyyəsində bir ədəd kiçik ölçülü yara aşkar edildiyi qeyd edilmişdir. Həmin səthi yara dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir və həmin xəsarətin törənmə müddəti və şəraiti barədə konkret fikir bildirmək mümkün deyil (cild 02, iş vər 53-56). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 aprel 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X1 və X3 əməllərində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmin hissədə cinayət işindən material ayrılaraq saxlanması üçün aidiyyəti üzrə İsmayılllı rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs alın nahiyyəsində aşkar olunmuş, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən bir ədəd kiçik ölçülü yara izini öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığından həmin fakt üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və həmin xüsusat üzrə cinayət işindən material ayrılaraq saxlanması üçün aidiyyəti üzrə İsmayılllı rayon prokurorluğuna göndərilmişdir (cild 01, iş vər. 59-72). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 1(037)-36/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən 02 il 07 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü ildə İsmayıllı şəhərində anadan olmuş, hazırda İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi ev 6 ünvanında qeydiyyatda olan və yaşayan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(037)-21/2019 saylı hökmünə əsasən ona təyin edilmiş və çəkilməmiş aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 ay müddətinə islah işləri cəzası İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)- 36/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-in 67-ci maddəsinin tələblərinə əsasən tamamilə birləşdirilmiş və Təqsirləndirilən şəxs 02 il 07 ay 19 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(037)-21/2019 saylı hökmü İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-36/2021 saylı hökmü ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixində cəza müddəti bitdiyi üçün İsmayıllı rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Republikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 xx.xx.2023-cü il tarixli 3-16-17/33/2-4420/2023 nömrəli xüsusi məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:20 radələrində İsmayıllı RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs etapla gətirilmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 09:30 radələrində həbs edilmiş şəxs Təqsirləndirilən şəxs müəssisənin Tibb sanitariya hissəsində tibbi müayinədən keçirilən zaman sol alın nahiyyəsində 1 (bir) ədəd kiçik ölçülü yara izi aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bu xəsarət barədə soruşduqda o, verdiyi izahatda bu xəsarəti həbs edilməmişdən əvvəl azadlıqda olarkən yarandığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X9 Təqsirləndirilən şəxs daxil olduğu zaman onun üzərinə və bədəninin xarici görünüşünə baxış keçirilərkən onun sol alın nahiyyəsində 1 (bir) ədəd kiçik ölçülü yara aşkar edilmişdir. Ondan bu xəsarəti harada aldığı soruşulduqda o, bu xəsarəti tutulmasından əvvəl aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs izahatından görünür ki, sol alın nahiyəsindən 01 ədəd kiçik ölçülü yara xəsarət barədə soruşulduqda, həmin xəsarəti həbs edilməmişdən əvvəl yarandığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon Polis şöbəsinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitab”ın təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək olan çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir, həmin Siyahının 182-ci bəndində əsasən – təmiz halda 0,5 (sıfır tam onda beş) qramdan 50 (əlli) qramadək olan miqdarda narkotik vasitə tiryək xeyli miqdar təşkil edir, həmin Siyahının 109.1-ci bəndində əsasən – təmiz halda 5 (beş) qramdan 500 (beş yüz) qramadək olan miqdarda narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar təşkil edir, həmin Siyahının 111-ci bəndində əsasən – təmiz halda 0,02 (sıfır tam yüzdə iki) qramdan 1,6 (bir tam onda altı) qramadək olan miqdarda narkotik vasitə metadon xeyli miqdar təşkil edir, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”nın 71-ci bəndinə əsasən, 5 qram və daha artıq çəkidə preqabalin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkarlanmış qara rəngli pul kisələrinin, dəmir qabın və sellofan bağlamanın içərisində 10 ədəd sellofan və kağız bükümlərdə saxladığı ümumi təmiz çəkisi 29,217 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4 ədəd kağız və sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 1,657 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 5 ədəd sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 10,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40” göstəricisi olan, 7 ədəd konvalyut kəsiklərində olan qəhvəyi rəngli, dairəvi formalı həblər, habelə narkotik vasitə və psixotrop maddələrə aid edilməyən, tərkibində güclü təsir edici maddəsinin ümumi miqdarı 3,45 qram təşkil edən güclü təsir edən maddə preqabalin olan, konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş 22 ədəd preqabalin kapsulaları, 0,13 qram çəkidə çətənə bitkisinin toxumları əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə 10 ədəd sellofan və kağız bükümlərdə ümumi təmiz çəkisi 29,217 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 4 ədəd kağız və sellofan bükümlərdə ümumi təmiz çəkisi 1,657 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, 5 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 10,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, habelə narkotik vasitə olan metadon tərkibli cəmi 7 ədəd həbləri və tərkibində güclü təsir edən preqabalin maddəsi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmamaqla güclü təsir edən maddə hesab edilən cəmi 22 ədəd preqabalin kapsulalarını qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Bunun əksinə olaraq ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi mənbəni, yəni İsmayıllı şəhəri, M.Orucov küçəsi ilə piyada həmin küçədən tapmasını əsas götürərək və qeyd edilən xüsusatla bağlı heç bir səmərəli araşdırma aparmadan kifayətlənmişdir. Başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticə ancaq təqsirləndirilən şəxsin verdiyi məlumata əsaslanmışdır. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaq orqanının üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmiş, daşımış və saxlamış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə etməsi vaxtını mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmiş və nəticədə Təqsirləndirilən şəxs barəsində səthi araşdırma aparmışdır. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında 07 oktyabr 2023-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə edib narkotik vasitənin üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatının daxil olması, həmin gün onun barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, həmin gün təxminən saat 23:15 radələrində onun şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, həmin vaxt onun əynində olan qolsuz gödəkçənin sağ yan cibindən 2 ədəd kisəni və 1 ədəd dairəvi formalı dəmir qabı, sol yan cibindən 1 ədəd sellofan bükülünü, 2 ədəd çəhrayı rəngli sellofan bükülüdə olan konfeti, sağ yan cibində olan 1 ədəd elektron tərəzini stolun üzərinə qoyaraq təqdim etmiş və pul kisələrində və sellofan bağlamada özünə məxsus, şəxsi istifadəsi üçün heroin, tiryək, marixuana və güclü təsir edici maddələr olan həblərin olmasını bildirmişdir. Qara rəngli pul kisələrinin, dəmir qabın və sellofan bağlamanın içərisində 10 ədəd sellofan və kağız bükümlərdə saxladığı ümumi təmiz çəkisi 29,217 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4 ədəd kağız və sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 1,657 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 5 ədəd sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 10,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40” göstəricisi olan, 7 ədəd konvalyut kəsiklərində olan qəhvəyi rəngli, dairəvi formalı həblər, habelə narkotik vasitə və psixotrop maddələrə aid edilməyən, tərkibində güclü təsir edici maddəsinin ümumi miqdarı 3,45 qram təşkil edən güclü təsir edən maddə preqabalin olan, konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş 22 ədəd preqabalin kapsulaları, 0,13 qram çəkidə çətənə bitkisinin toxumları eləcə də 1 (bir) ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs 10 ədəd sellofan və kağız bükümlərdə ümumi təmiz çəkisi 29,217 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 4 ədəd kağız və sellofan bükümlərdə ümumi təmiz çəkisi 1,657 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, 5 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 10,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı, habelə narkotik vasitə olan metadon tərkibli cəmi 7 ədəd həbləri və tərkibində güclü təsir edən preqabalin maddəsi olan, narkotik vasitələrə və psixotrop maddələrə aid olmamaqla güclü təsir edən maddə hesab edilən cəmi 22 ədəd preqabalin kapsulalarını qanunsuz şəkildə əldə edərkən, əldə etdiyi narkotik vasitələri külli miqdarda, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri üzərində saxlayaraq daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun üzərində narkotik vasitələri saxlaması, habelə keçirilmiş əməliyyat axtarış tədbirli nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş vasitə və maddələrin satışı məqsədi ilə gəzdirməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində piyada gəzərkən qarşısına 1 ədəd sellofan bağlama çıxmasını və bağlamanı götürüb açdıqda içərisindəki sellofan bükümlərdə narkotik vasitə olan marixuana, heroinin, 7 ədəd metadon həblərinin və digər “Preqobalin” adlanan güclü təsir edən 22 ədəd dərman həblərinin olduğunu görməsini və tanımasını, həmçinin 1 ədəd elektron tərəzi də olmasını, narkotik istifadəçisi olduğu üçün həmin sellofan bağlamanı götürüb yaşdığı evin həyətinə aparmasını, 1 ədəd yumru formalı dəmir qaba və 1 ədəd sellofan bağlamaya yerləşdirməsini, saxlamasını, 07 oktyabr 2023-cü il tarixədək 3-4 dəfə heroindən az miqdarda istifadə etməsini, 07 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində həmin narkotik vasitələr və güclü təsir edən maddələr üzərində olması barədə ətraflı şəkildə məlumat versə də, məhkəmə istintaqında sərbəst şəkildə vermiş olduğu ifadəsində göstərilən halları qismən, ələlxüsus heroini inkar edərək heroinin ona məxsus olmamasını və heroinin polis əməkdaşları tərəfindən qoyulduğunu, polislərin təzyiqi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin təsdiqi kimi X6 tibbi müayinədən keçirilən zaman onun sol alın nahiyyəsində 1 ədəd kiçik ölçülü yara izinin aşkar edilməsinə istinad etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən halları təşkil etdiyindən bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. Belə ki, məhkəmə istintaqında ilk növbədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, saxlanıldıqdan sonra, habelə İsmayıllı rayon Polis şöbəsinə aparılarkən və həmin idarədə polis əməkdaşlarının təzyiqinə məruz qalıb-qalmaması ilə bağlı məsələlərə aydınlıq gətirilmişdir. Məhkəmə istintaqında elan edilərək tədqiq edilmiş İsmayıllı rayon Polis şöbəsinin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitab”ın təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında X5 sorğu verilərək əldə edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsi işdə mövcud olan sənədlər elan edilməklə tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:30 radələrində həbs edilmiş şəxs Təqsirləndirilən şəxs müəssisənin Tibb sanitariya hissəsində tibbi müayinədən keçirilən zaman sol alın nahiyyəsində 1 ədəd kiçik ölçülü yara izi aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs bu xasrət barədə soruşulduqda o, verdiyi izahatda bu xəsarəti həbs edilməmişdən əvvəl azadlıqda olarkən yarandığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs X6 xx.xx.2023-cü il tarixli verdiyi izahatda aldığı xəsarətin həbs etmədən əvvəl aldığını bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X9 Təqsirləndirilən şəxs daxil olduğu zaman onun üzərinə və bədəninin xarici görünüşünə baxış keçirilərkən onun sol alın nahiyyəsində 1 (bir) ədəd kiçik ölçülü yara aşkar edilmişdir. Ondan bu xəsarəti harada aldığı soruşulduqda o, bu xəsarəti tutulmasından əvvəl aldığını bildirmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X16 PHŞ-in 160 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X6 müayinəsi zamanı sol alın nahiyyəsində bir ədəd kiçik ölçülü yara aşkar edildiyi qeyd edilmişdir. Həmin səthi yara dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir və həmin xəsarətin törənmə müddəti və şəraiti barədə konkret fikir bildirmək mümkün deyil. Təqsirləndirilən şəxs məhkəmə - tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər-hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və.s) aşkar edilmədi. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, onun bu hissədə iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyülmə və işgəncəyə məruz qalması hissəsində ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi və işgəncəyə məruz qalması, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qara rəngli pul kisələrinin, dəmir qabın və sellofan bağlamanın içərisində 10 ədəd sellofan və kağız bükümlərdə saxladığı ümumi təmiz çəkisi 29,217 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 4 ədəd kağız və sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 1,657 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 5 ədəd sellofan bükümlərdə saxladığı ümumi təmiz çəkisi 10,82 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 0,28 qram təşkil edən, metadon narkotik vasitəsi hesab edilən, üzərində “Methadone 40” göstəricisi olan, 7 ədəd konvalyut kəsiklərində olan qəhvəyi rəngli, dairəvi formalı həblər, habelə narkotik vasitə və psixotrop maddələrə aid edilməyən, tərkibində güclü təsir edici maddəsinin ümumi miqdarı 3,45 qram təşkil edən güclü təsir edən maddə preqabalin olan, konvalyut kəsiklərinin içərisinə yerləşdirilmiş 22 ədəd preqabalin kapsulaları, 0,13 qram çəkidə çətənə bitkisinin toxumları, habelə həmin vasitələrin satışını həyata keçirmək üçün üzərində gəzdirdiyi 1 ədəd elektron tərəzi aşkar aşkar edilməsini, o cümlədən aşkarlanmış külli miqdarda narkotik vasitələr, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin çəkisini həm ayrı-ayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmiş, daşımış və saxlamış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, daşıması və saxlaması, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə etməsi, daşıması və saxlaması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayət əməlinə nisbətdə başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələrinin sanksiyaları həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır və ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 09 mart 2024-cü il tarixli 397 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi İsmayıllı rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 28,717 qram heroin, eskpert tədqiqatından sonrakı çəkisi 1,457 qram tiryək, 8 ədəd “Preqabalin 300 mg” kapsulu, 10 ədəd “Preqabalin 150 mg” kapsulu, 6 ədəd Metadon 40 mg həbi, 01 (bir) ədəd kağız paketdə üzəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 №73 mətninə malik ştampla möhürlənmiş vəziyyətdə olan 10,72 qram marixuana, 0,13 qram çəkidə çətənə bitkisinin toxumları və 01 (bir) ədəd kağız paketdə üzəri İsmayıllı RPŞ-nin zərflər üçün 74 saylı möhürü ilə möhürlənmiş 1 ədəd elektron tərəzi məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 164 (yüz altmış dörd) məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 164 (yüz altmış dörd) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterili məcburi tədbir tətbiq edilsin və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub İsmayıllı rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 28,717 qram heroin, eskpert tədqiqatından sonrakı çəkisi 1,457 qram tiryək, 8 ədəd “Preqabalin 300 mg” kapsulu, 10 ədəd “Preqabalin 150 mg” kapsulu, 6 ədəd Metadon 40 mg həbi, 01 (bir) ədəd kağız paketdə üzəri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 №73 mətninə malik ştampla möhürlənmiş vəziyyətdə olan 10,72 qram marixuana, 0,13 qram çəkidə çətənə bitkisinin toxumları və 01 (bir) ədəd kağız paketdə üzəri İsmayıllı RPŞ-nin zərflər üçün 74 saylı möhürü ilə möhürlənmiş 1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Tural Əfəndizadə
Hakimlər Bilal Məmmədov
Xaliq Məmmədov