Məhkəmə qərarları › İş №1(091)-157/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-157/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-157/2025 29.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsi Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə 07 ay müddətə azadlıqdan məhrum etrmə cəzasına məhkum edilmiş və həbsdə saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil etdiyi halda satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 4,899 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 23 oktyabr 2024-cü il tarixdə saat 21:27 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq həmin yerdə saat 21:29-dan saat 21:42-dək olan müddət ərzində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə içərisində külli miqdarda 4,899 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmir. Psixotrop maddə əldə etmək məqsədilə 17 oktyabr 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı ilə yazışmış, psixotrop maddəni götürəcəyi yerin koordinatlarının ona göndərilməsi üçün 100 manat məbləğində pulu həmin şəxsin hesabına köçürmüş, pulun qalan hissəsini isə verəcəyini bildirmiş, lakin qeyd olunan şəxs psixotrop maddəni götürəcəyi yerin koordinatlarını ona göndərməmişdir. Bu zaman o, övladını xəstəxanaya aparacağı üçün özünə məxsus olan mobil telefonu lombarda qoyaraq 170 manat pul əldə etmiş və həmin pulun 150 manatını İran İslam Respublikasının vətəndaşına göndərmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı 21 oktyabr 2024-cü il tarixdə saat 18:00 radələrində dostu Şahid6 məxsus olan mobil telefona psixotrop maddənin yerləşdiyi yerin koordinatını göndərmiş, lakin sonuncunun deməsinə əsasən psixotrop maddənin yerləşdiyi yerin koordinatlarını göndərən şəxsin sonradan həmin koordinatı silməsi, buna baxmayaraq, koordinatın Şahid6 məxsus olan mobil telefonda qalması ona məlum olmuşdur. Bundan sonra Şahid6 psixotrop maddənin yerləşdiyi yerin koordinatını ona göndərmiş, o da həmin koordinatı Şahid5 məxsus olan mobil telefona göndərmiş, daha sonra sonuncuya məxsus olan avtomobillə psixotrop maddəni götürmək məqsədilə Ağdaş rayonuna getmiş, lakin oradan psixotrop maddə aşkar edə bilməmişdir. Oradan qayıdarkən yol-patrul xidmətinin əməkdaşının göstərişinə əsasən əyləşdiyi avtomobilin sürücüsü avtomobili saxlamış, həmin vaxt üzərində psixotrop maddə olmamış və olacağı halda avtomobildən çölə tullamaq üçün imkanı olmuşdur. Daha sonra ilk dəfə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılan zaman, habelə avtomobilə baxış keçirilərkən psixotrop maddə metamfetamin aşkar olunmamış, bundan sonra avtomobilə ikinci dəfə baxış keçirilən zaman isə Orxan adlı polis əməkdaşı oturacağın arxa hissəsindən büküm aşkar edildiyini demişdir. Polis əməkdaşları ondan həmin bükümün ona məxsus olubolmamasını soruşmuşlar, o isə bükümün ona məxsus olmadığını demişdir. Bundan sonra polis əməkdaşları ona hədə-qorxu gələrək psixotrop maddənin ona məxsus olmaması barədə ifadə verəcəyi halda onu polis şöbəsinə aparıb polis dəyənəyi ilə döyüb sümüklərini qıraraq etirafedici ifadə verməyə məcbur edəcəklərini və orada olan şəxslərin bunu təsdiq edəcəyini, habelə həmin bükümün ona məxsus olması barədə ifadə verəcəyi halda daha yüngül maddə ilə ittiham olunacağını dedikləri üçün polis əməkdaşlarına inanıb və CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını düşünüb qeyd olunan bükümün ona məxsus olduğunu demişdir. 24 oktyabr 2024-cü il tarixdə saat 02:30-da onun yanına müdafiəçi gəlmiş, həmin müdafiəçi əməliyyat müvəkkili ilə bilmədiyi mövzuda danışmış və bundan sonra müdafiəçi onun yanına gələrək psixotrop maddənin ona məxsus olduğu halda 01 il 06 ay müddətə azadlıqdan məhrum olunacağını demiş, o isə həmin psixotrop maddənin ona məxsus olmadığını demişdir. Əvvəllər məhkum olunduğu cinayət işi üzrə ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalaraq sümüyündə çat yarandığı üçün yenidən ona qarşı eyni hərəkətlərin ediləcəyindən qorxmuş, habelə əməliyyat müvəkkillərinin daha yüngül maddə ilə ittiham olunacağına dair dediklərinə inanıb videoçəkişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bükümün ona məxsus olduğunu demişdir. Polis şöbəsində olarkən fiziki təsir-təzyiqə məruz qalmamış, polis əməkdaşları onu döyəcəkləri ilə hədələsələr də onu döyməmişlər. Sonradan 2 saylı İstintaq Təcridxanasında olarkən CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi ona məlum olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. 17 oktyabr 2024cü il tarixdə “WhatsApp” tətbiqi vasitəsilə hazırda xatırlamadığı İran İslam Respublikasının mobil operatoruna məxsus olan mobil telefon nömrəsi ilə əlaqə saxlayıb narkotik vasitə almaq istədiyini demiş, həmin şəxs qeyd olunan mobil tətbiq vasitəsilə ona xatırlamadığı plastik bank kartının nömrəsini yazıb göndərərək göstərilən kartın hesabına 250 manat pul köçürməsi müqabilində narkotik vasitə sata biləcəyini və narkotik vasitəni yerləşdirəcəyi yerin ünvanını göndərəcəyini demiş, o da razılaşmışdır. Bundan sonra o, həmin tarixdə Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “Tamstore” marketdə “MilliÖn” ödəniş terminalı vasitəsilə ona göndərilmiş plastik bank kartının hesabına 100 manat pul göndərmiş, lakin qeyd olunan şəxs narkotik vasitəni yerləşdirəcəyi yerin ünvanını ona göndərməmişdir. Bundan sonra o, yenidən 21 oktyabr 2024-cü il tarixdə həmin İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb narkotik vasitə almaq istədiyini demiş, qeyd olunan şəxs onun plastik bank kartının hesabına 350 manat köçürməsi müqabilində narkotik vasitə sata biləcəyini bildirmiş, o isə əvvəlcə 100 manat pul göndərdiyini bildirdikdə göstərilən şəxs əlavə 250 manat pul da göndərəcəyi halda 5 qram çəkidə psixotrop maddə metamfetamin sata biləcəyini demiş, o da razılaşmışdır. Daha sonra o, 21 oktyabr 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mingəçevir Şəhər Filialına gedərək saat 15 radələrində orada quraşdırılmış ödəmə terminalı vasitəsilə İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi plastik bank kartının hesabına 250 manat pul köçürmüşdür. Bir qədər sonra birlikdə yaşadığı X3 məxsus olan mobil telefon nömrəsi vasitəsilə qeyd olunan şəxslə əlaqə saxlayıb narkotik vasitəni yerləşdirəcəyi yerin ünvanını 051 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” tətbiqinə göndərməsini bildirmiş və bir müddət sonra göstərilən şəxs müvafiq ünvanı Aynurə Məmmədovanın mobil telefonuna göndərmişdir. Daha sonra 23 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı binanın yaxınlığında olarkən taksi fəaliyyəti ilə məşğul olan Şahid5 görmüş, bir nəfər şəxslə əlaqə saxlayacağını deyib sonuncudan mobil telefonu almış və Aynurə Məmmədovanın mobil telefonunda olan məkan bildiricisini Şahid5 mobil telefon nömrəsinin “WhatsApp” tətbiqinə göndərmişdir. Bundan sonra onu Ağdaş rayonuna aparmasını Şahid5 xahiş etmiş və sonuncu razılaşdıqdan sonra əvvəlcədən tanıdığı Şahid6la birlikdə Şahid5 məxsus olan “VAZ 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonuna getmişlər. Bir müddət hərəkət edib göstərilən əraziyə çatdıqda avtomobildən düşüb torpağı qazaraq psixotrop maddə metamfetamini götürüb yenidən avtomobilə əyləşmiş və Mingəçevir şəhərinə qayıtmışlar. ünvan 4 ünvanının qarşısında avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxlatmışlar və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi aparacaqlarını demişlər. O, etiraz etməmiş, videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd büküm aşkar olunmuşdur. O, üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini naməlum İran İslam Respublikasının vətəndaşı ilə mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Ağdaş rayonunun ərazisindən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını və kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,23 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və daşıması barədə 23 oktyabr 2024-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olmuş, məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra həmin tarixdə saat 21 radələrində ünvan 4 ünvanının qarşısında Şahid5 idarə etdiyi “VAZ 21011” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtmobili saxlatmışlar və avtomobildə olan şəxslərə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi aparacaqlarını demişlər. Həmin şəxslər etiraz etməmişlər, videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd büküm aşkar olunmuşdur. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,23 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləni naməlum İran İslam Respublikasının vətəndaşı ilə mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq Ağdaş rayonunun ərazisindən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını və kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib Şahid1la eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus olan “VAZ 21011” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 23 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ona “WhatsApp” tətbiqi vasitəsilə səsli mesaj göndərərək 20 manat pulun müqabilində onu başqa ünvana aparmasını təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmış və bundan sonra sonuncunun yaşadığı binanın yanına gedərək avtomobilə əyləşdirmişdir. Təqsirləndirilən şəxs arvadı ilə danışacağını deyərək ondan mobil telefonunu istəmiş, o da etiraz etməyərək özünə məxsus olan mobil telefonu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs arvadı olduğunu dediyi 051 797-67-25 mobil telefon nömrəsinin “WhatsApp” tətbiqi vasitəsilə danışmış və həmin mobil telefon nömrəsindən ona məxsus olan mobil telefona məkan bildiricisi göndərilmişdir. Daha sonra Təqsirləndirilən şəxs xahişi ilə Şahid6 da avtomobilə əyləşmiş və birlikdə Ağdaş rayonuna getmişlər. Təxminən 25-30 dəqiqə yol getdikdən sonra məkan bildiricisi üzrə ona göndərilmiş yerə çatmışlar və o, Təqsirləndirilən şəxs təklifi ilə avtomobili saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid6 avtomobildən düşmüşlər, bir qədər sonra Şahid6, daha sonra isə Təqsirləndirilən şəxs geri qayıtmışlar. O, Təqsirləndirilən şəxs məkan bildiricisi üzrə narkotik vasitə əldə etməsindən şübhələnsə də heç nə deməmiş, daha sonra isə Mingəçevir şəhərinə qayıtmışlar. ünvan 4 ünvanının qarşısında avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxladıb onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi aparacaqlarını demişlər. Onlar etiraz etməmişlər, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd büküm aşkar olunmuşdur. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,23 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı olmamış, sonuncunun onunla birlikdə Ağdaş rayonuna getməkdə məqsədinin narkotik vasitə və ya psixotrop maddəni əldə etmək olmasından məlumatsız olmuş, Təqsirləndirilən şəxs Ağdaş rayonunun ərazisində hansı növ və hansı çəkidə narkotik vasitə və ya psixotrop maddə əldə edəcəyindən məlumatı olmamış və avtomobildə hərəkətdə olarkən aralarında narkotik vasitə və ya psixotrop maddə barədə danışıqlar olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə saat 19:30-20:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edib Ağdaş rayonunda işinin olduğunu deyərək birlikdə getməyi ona təklif etmiş, o da sonuncunun bu təklifi ilə razılaşmışdır. Daha sonra birlikdə Şahid5 məxsus olan “VAZ 21011” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonu istiqamətində hərəkətə başlamışlar və avtomobildə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs Şahid5 məxsus olan mobil telefonu götürüb bilmədiyi şəxslə danışmışdır. Bir müddət hərəkət edib Ağdaş rayonunun ərazisində olarkən Təqsirləndirilən şəxs təklifinə əsasən Şahid5 avtomobili saxlamış, bu zaman Təqsirləndirilən şəxs avtomobildən düşüb getmiş, bir qədər sonra isə qayıdıb avtomobilə əyləşmiş və Mingəçevir şəhərinə qayıtmalı olduqlarını demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs qeyd olunan əraziyə narkotik vasitə əldə etmək məqsədilə gəldiyini düşünmüş, lakin bu barədə sonuncuya heç nə deməmiş və Mingəçevir şəhərinə qayıtmışlar. ünvan 4 ünvanının qarşısında avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları avtomobili saxladıb onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək videoçəkilişdən istifadə edilməklə üzərlərində şəxsi aparacaqlarını demişlər. Onlar etiraz etməmişlər, videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd büküm aşkar olunmuşdur. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,23 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə məlumatı olmamış, sonuncunun onunla birlikdə Ağdaş rayonuna getməkdə məqsədinin narkotik vasitə və ya psixotrop maddəni əldə etmək olmasından məlumatsız olmuş, Təqsirləndirilən şəxs Ağdaş rayonunun ərazisində hansı növ və hansı çəkidə narkotik vasitə və ya psixotrop maddə əldə edəcəyindən məlumatı olmamış və avtomobildə hərəkətdə olarkən aralarında narkotik vasitə və ya psixotrop maddə barədə danışıqlar olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd büküm aşkar olunmuşdur. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 5,23 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə həmin tarixdə ünvan 4 ünvanının qarşısında saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 17/841 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,899 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1- 1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefona baxış keçirilməsi haqqında 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid5 məxsus olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və bu zaman mobil telefonun “WhatsApp” tətbiqi vasitəsilə aparılmış yazışmaların silinməsi, 23 oktyabr 2024-cü il tarixdə “Zakir Usda” adı ilə qeydə alınmış abonent ilə yazışmaların baş tutmasına baxmayaraq, mesajların silinməsi və həmin abonentin mobil telefon nömrəsinin X6 məxsus +**********85 mobil telefon nömrəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 02 dekabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində saxlayaraq daşıdığı psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsiyyəti müəyyənləşdirilməyən İran İslam Respublikasına məxsus olan mobil telefon nömrəsi ilə danışaraq plastik bank kartının hesab nömrəsinə pul köçürüb məkan bildiricisi əsasında təyin edilmiş yerdən götürməklə əldə etməsi müəyyən olunmuş, lakin onun narkotik vasitələrin və ya psixotro maddələrin satışı ilə məşğul olması müəyyən olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı həmin tarixdə CM-in 234.4.3-cü maddəsi ilə qeyd olunan cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı həmin tarixdə CMin 234.4.3-cü maddəsi ilə qeyd olunan cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətləri başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının psixotrop maddələrə aid olan İİ Siyahısının 118-ci bəndinə əsasən, təmiz halda 2 qram və daha artıq, lakin 400 qramdan az çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 23 oktyabr 2024-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və şəxs saxlanılaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş və məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 23 oktyabr 2024-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılıb psixotrop maddə metamfetaminin aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs Denis Valehov ibtidai istintaq zamanı verdiyi ifadələrində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək psixotrop maddə metamfetamini qanunsuz əldə etdiyini, saxladığını və daşıdığını etiraf etsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb oxuya bilmədiyini, psixotrop maddə əldə etmək məqsədilə 17 oktyabr 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı ilə yazışdığını, psixotrop maddəni götürəcəyi yerin koordinatlarının ona göndərilməsi üçün 100 manat məbləğində pulu həmin şəxsin hesabına köçürdüyünü, pulun qalan hissəsini isə verəcəyini bildirdiyini, lakin qeyd olunan şəxsin psixotrop maddəni götürəcəyi yerin koordinatlarını ona göndərmədiyini, bu zaman övladını xəstəxanaya aparacağı üçün özünə məxsus olan mobil telefonu lombarda qoyaraq 170 manat pul əldə etdiyini, həmin pulun 150 manatını İran İslam Respublikasının vətəndaşına göndərdiyini, bundan sonra İran İslam Respublikasının vətəndaşının 21 oktyabr 2024-cü il tarixdə saat 18:00 radələrində dostu Şahid6 məxsus olan mobil telefona psixotrop maddənin yerləşdiyi yerin koordinatını göndərdiyini, lakin sonuncunun deməsinə əsasən psixotrop maddənin yerləşdiyi yerin koordinatlarını göndərən şəxsin sonradan həmin koordinatı silməsinin, buna baxmayaraq, koordinatın Şahid6 məxsus olan mobil telefonda qalmasının ona məlum olduğunu, bundan sonra Şahid6 psixotrop maddənin yerləşdiyi yerin koordinatını ona göndərdiyini, özünün həmin koordinatı Şahid5 məxsus olan mobil telefona göndərdiyini, daha sonra sonuncuya məxsus olan avtomobillə psixotrop maddəni götürmək məqsədilə Ağdaş rayonuna getdiyini, lakin oradan psixotrop maddəni aşkar edə bilmədiyini, oradan qayıdarkən yol-patrul xidmətinin əməkdaşının göstərişinə əsasən əyləşdiyi avtomobilin sürücüsünün avtomobili saxladığını, həmin vaxt üzərində psixotrop maddənin olmadığını, olacağı halda avtomobildən çölə tullamaq üçün imkanının olduğunu, daha sonra ilk dəfə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılan zaman, habelə avtomobilə baxış keçirilərkən psixotrop maddə metamfetaminin aşkar olunmadığını, bundan sonra avtomobilə ikinci dəfə baxış keçirilən zaman isə Orxan adlı polis əməkdaşının oturacağın arxa hissəsindən büküm aşkar edildiyini dediyini, polis əməkdaşlarının ondan həmin bükümün ona məxsus olubolmamasını soruşduqlarını, bükümün ona məxsus olmadığını dediyini, bundan sonra polis əməkdaşlarının ona hədə-qorxu gələrək psixotrop maddənin ona məxsus olmaması barədə ifadə verəcəyi halda onu polis şöbəsinə aparıb polis dəyənəyi ilə döyüb sümüklərini qıraraq etirafedici ifadə verməyə məcbur edəcəklərini və orada olan şəxslərin bunu təsdiq edəcəyini dedikləri, habelə həmin bükümün ona məxsus olması barədə ifadə verəcəyi halda daha yüngül maddə ilə ittiham olunacağını dedikləri üçün polis əməkdaşlarına inanıb və CM-in 234.1-ci maddəsi ilə ittiham olunacağını düşünüb qeyd olunan bükümün ona məxsus olduğunu dediyini, 24 oktyabr 2024-cü il tarixdə saat 02:30da onun yanına müdafiəçinin gəldiyini, həmin müdafiəçinin əməliyyat müvəkkili ilə bilmədiyi mövzuda danışdığını, bundan sonra müdafiəçinin onun yanına gələrək psixotrop maddənin ona məxsus olduğu halda 01 il 06 ay müddətə azadlıqdan məhrum olunacağını dediyini, özünün həmin psixotrop maddənin ona məxsus olmadığını dediyini, əvvəllər məhkum olunduğu cinayət işi üzrə ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalaraq sümüyündə çat yarandığı üçün yenidən ona qarşı eyni hərəkətlərin ediləcəyindən qorxduğunu, habelə əməliyyat müvəkkillərinin daha yüngül maddə ilə ittiham olunacağına dair dediklərinə inanıb videoçəkişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bükümün ona məxsus olduğunu dediyini, polis şöbəsində olarkən fiziki təsir-təzyiqə məruz qalmadığını, polis əməkdaşlarının onu döyəcəkləri ilə hədələmələrinə baxmayaraq onu döymədiklərini və sonradan 2 saylı İstintaq Təcridxanasında olarkən CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinin ona məlum olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə ibtidai araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmış olsaydı bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə məlumat verərdi. Lakin Təqsirləndirilən şəxs bu barədə məlumat verməmişdir. Eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs qeyd etdiklərini təkzib etmişlər. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman sonuncu yalnız ibtidai istintaq zamanı ona təzyiq olunmadığını və təqdimatın təmin olunmamasını xahiş etmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunarkən həkimə 1 ildir psixotrop maddə metamfetamini çəkmə yolu ilə istifadə etdiyini və aşkar edilən psixotrop maddəni onlayn qaydada tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin, barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılan zaman qeyd etdiklərinin, məhkəmə-narkoloji ekspertizasından keçən zaman bildirdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən şəxs kimi nəzarətə götürülməmiş və konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün üzərində şəxsi axtarış aparılarkən əynində olan qolsuz gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümdə külli miqdarda, yəni 4,899 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən həmin psixotrop maddə metamfetaminin aşkar olunması, habelə elektron tərəzinin aşkar olunmaması, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyindən) əzab çəkməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 4,899 qram çəkidə psixotrop maddə metamfetamin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, polis əməkdaşlarının məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrdən də müəyyən olunur ki, əməliyyat aparatında təqsirləndirilən şəxsin narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dair konkret olaraq məlumat olmamışdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddə metamfetamini əslində satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamışdır, 18 oktyabr 2021-ci ildə doğulmuş Aydan Denisova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən X5 barəsində tərtib olunmuş arayışdan görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il və 06 dekabr 2023cü il tarixli hökmlərinin, habelə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2024cü il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının çəkilməmiş 05 ay 13 gün hissəsi Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə 07 ay müddətə azadlıqdan məhrum etrmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 15-ci maddəsinə əsasən, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək Mingəçevir Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtarmasa da həmin hökm ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən və qeyd olunan cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza hesab olunduğundan onun sonradan göstərilən cinayət əməlini törətməsi cinayətin residivini yaratmır, lakin o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun Mingəçevir Şəhər Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun sonradan təsvir olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə CM-in 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2025-ci il tarixli 206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, İİİ dərəcə əlilliyi olan şəxs olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 17 saylı Regional Ərazi Filialının Mingəçevir Şəhər Qəbul Şöbəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəblərdən İİİ dərəcə əlilliyi olan şəxs olduğu üçün 30 noyabr 2021-ci il tarixdən sosial müavinət alır. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, lakin o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Mingəçevir Şəhər Rayonlararası Psixo-nevroloji Dispanserindən daxil olmuş 18 yanvar 2025-ci il tarixli 180 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Psixo-nevroloji kabinetində dispanser müşahidəsində yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut qismində tanıma haqqında 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 4,849 qram psixotrop maddə metamfetamin həmin tarixdə maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrə aid olan İİ Siyahısının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aid olan İİ hissəsinin 27-ci bəndinə əsasən, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 4,849 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 4,849 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Tural Əfəndizadə Günay Aşurova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar