Məhkəmə qərarları › İş №1(091)-158/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-158/2020

04.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-158/2020 04.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin, rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X2, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X7, xx xxxx 1955-ci ildə Ermənistan SSR Yerevan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Yevlax rayonu Xaldan Kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimlan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X9 Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə və saatda Ağdaş rayonunun Yuxarı Nemətabad kəndinin ərazisində yerləşən “Şirə” adlanan su kanalının sahilində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarından yığıb yaşadığı evinə gətirərək saxlamış, yığdığı toxumları xx xxxxx 2020-ci il tarixdə istintaqla müəyyən edilməyən saatda yaşadığı Yevlax rayonunun Xaldan kəndində yerləşən evin həyətyanı bağ sahəsində qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq edərək 45 ədəd çətənə bitkilərini yetişdirib kultivasiya etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 1330-da Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Xaldan kəndində yaşadığı evinin həyətyanı bağ sahəsinə video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin 45 ədəd, hündürlükləri 25 sm-dən 220 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 8 kiloqram 760 qram olan külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Ağdaş rayonunun Yuxarı Nemətabad kəndinin ərazisində yerləşən “Şirə” adlanan su kanalının sahilində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərinin toxumlarından yığıb yaşadığı evinə gətirərək saxlamış, xx xxxxx 2020-ci il tarixdə həmin toxumları özünə məxsus evin həyətyanı sahəsində əkmişdir. Yetişmiş 45 ədəd bitkilərin dibini mütəmadi olaraq yumşaldıb su vemişdir. xx xxxx 2020-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək həyətində çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər. Həyətyanı sahəsinə keçirilən baxış zamanı digər tərəvəz bitkilərini əkdiyi yerdə hündürlükləri 25 sm-dən 220 sm-dək olan 45 ədəd çətənə şitilləri aşkar edilmişdir. Çətənə şitilləri sintetik kisələrdə qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat-istintaq qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedib dəvət edilmiş aqronom-mütəxəssisin iştirakı ilə keçirilmiş baxış zamanı evin həyətində digər bitkilərin dibində hündürlükləri 25 sm-dən 220 sm-dək olan 45 ədəd narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edilərək kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən aqronom-mütəxəssis Şahid4 bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi işləyən Şahid2, polis nəfəri işləyən Şahid3, aqronom-mütəxəssis Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəməbioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/347 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqdə “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş...bitki kolları...” sözləri yazılmış 03 (üç) ədəd sintetik kisənin içərisindəki, ümumilikdə 45 (qırx beş) ədəd, hündürlükləri 25 sm-dən 220 sm-dək, yaş vəziyyətdə, ümumi təmiz çəkisi – 8 kiloqram 760 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid4 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə qarotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 702№-li rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il il tarixli baxış protokolundan və ona əlavə olunmuş video çəklişin olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zaman aşkar olunmuş 45 ədəd narkotik tərkibli çətənə bitki kolları iş üçün əhəmiyyət kəsb etdiyindən iştirakçıların iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1330-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair xx xxxx 2020-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Əhmədov X4 Respublikası Tbilisi şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 79-cü maddəsinin 4-cü hissəsi, 200-cü maddəsinin 2-ci hissəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Yevlax Rayon İcra Hakimiyyəti Başçısının Xaldan kənd X8 üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax rayonu Xaldan kəndində yaşamaqla, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax DSMF tərəfindən verilmiş 263281 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi səbədən İİ qrup əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Psixo-Nevroloji DispanserininYevlax Rayon Psixonevroloji Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 1183 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixo-nevroloji kabinetdə dispanser müşahidəsində dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X1 Rayon Narkoloji Kabinetinin xx xxxx 2020-ci il tarixli 915 saylı arayışında göstərilmişdir ki, Yevlax rayonu Xaldan kənd sakini Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda durmur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, İİ qrup əlil olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilən «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən əlil olan və narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut olan Yevlax rayon Polis Şöbəsində saxlanılan 45 ədəd çətənə şitilləri məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik)Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat, doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 45 ədəd çətənə şitilləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar