Məhkəmə qərarları › İş №1(091)-158/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-158/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-158/2021 29.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid1, 12 avqust 1985-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 17.12.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07.09.2020-ci il tarixdə cəzası Ağdaş rayon məhkəməsinin qərarı ilə 03 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş 13 mart 2021-ci il tarixdə saat 1430 radələrində sərxoş vəziyyətdə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs yəni, xx.xx.2011-ci il təvəllüdlü, azyaşlı Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən Humanitar Liseyin keçmiş yataqxanasının həyətində yerləşən tualetdə köməksiz vəziyyətindən istifadə edərək bıçaqlamaqla hədələməklə və zor tətbiq etməklə onu ayaq üstə üzü divara söykəyrək əli ilə ağzını və belini tutaraq zor tətbiq etməklə köməksiz vəziyyətindən istifadə edərək ona sağ sarğı nahiyyəsinin sıyrıqları, sağ budun aşağı 3/1 iç səthinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək gərginləşmiş cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə yeritmiş, yəni Təqsirləndirilən şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı zor tətbiq etməklə uşaqbazlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadəsində isə göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə günorta saatlarında Ağdaş şəhərində bazarın içərisində yerləşən Eyvaz adlı şəxsə məxsus olan kafedə Ağdam rayonundan olan Bəhruz adlı şəxslə oturub çörək yemiş və yarım litr tut arağı içmişlər. Eyvazdan ayrıldıqdan sonra bazarın arxasına Üzünük marketə girmiş və orada bir ədəd qara rəngli GO enerji spirtli içkisi aldıqdan sonra M.Ə.Rəsulzadə küçəsi 2 saylı dalanla Humanitar Liseyin yataqxanasının yerləşdiyi kəsimədə olan küçəyə girərək orada aldığı GO enerji içkisini içmişdir. Həmin vaxt sərxoş olmuş və bu zaman küçəyə bir nəfər təxminən 10-12 yaşlarında oğlan uşağı gəlmişdir. Həmin oğlanla bir az söhbət etmiş, lakin sərxoş olduğuna görə nə söhbət etdiyini dəqiq xatırlamamışdır. Bundan sonra həmin uşaq onlardan 5-6 metr aralıdakı tualetə girmiş, həmin vaxt onun həmin uşaqla cinsi əlaqədə olmaq fikri yaranaraq tez həmin tualetə girmişdir. Tualetə girərkən həmin uşağın şalvarını aşağı çəkdiyini və sidiyini tualetə axıtdığını görmüş, tez tualetin qapısının cəftəsinin arxadan bağladıqdan sonra uşağı üzü üstə tualetin divarına söykəyərək gərginləşmiş cinsiyyət orqanını şalvarının qıfılından çıxarıb zorla həmin uşağın arxa keçəcək nahiyyəsinə yeritmişdir. Həmin vaxt uşaq qışqırmaq istəmiş, lakin uşağın ağzından və belindən bərk tutaraq buna imkan verməmişdir. Uşaqla cinsi əlaqədə olduqdan sonra ehtirasını təmin edərək arxa keçəcək nahiyyəsinə spermasını buraxdıqdan sonra uşağı buraxmışdır. Daha sonra uşağa bu barədə heç kimə deməməsini bildirib çıxıb evə getmişdir. Səhəri gün polislər evə gəlib onu oyatmış, həmin vaxt etdiklərinin gözünün qarşısından keçirərək çox peşman olmuşdur. İçkinin təsiri altında sərxoş olduğu üçün Raminə qarşı bu cür hərəkətləri etmiş, etdiyi əməldən çox peşman olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 13 mart 2021-cı il tarixdə saat 13 radələrində evdən çıxaraq velosipedi ilə bazar tərəfə getmiş, orada müxtəlif cür toyuqar, dovşan, göyərçin və başqa heyvanlar satan İlkin adlı şəxsin mağazasının qarşısında bir az heyanlara baxdıqdan sonra təbii ehtiyaclarını ödəmək üçün M.Ə.Rəsulzadə küçəsindən Humanitar Liseyin filialının yataqxanasının yerləşdiyi binanın həyətində olan tualetə doğru getmişdir. Tualetə getmək üçün küçədəki dalana girdikdə tualetin olduğu yerə olan keçiddən sağda bir nəfər sonradan Təqsirləndirilən şəxs kimi tanıdığı şəxs onunla söhbət edərək özü it həvəskarı olduğu üçün Bəhruzdan “ovçarka” cinsli itinin olub olmadığını soruşmuş, Bəhruz ona ovçarkaının balası olduğunu və ona verə biləcəyini demişdir. Bu söhbətdən sonra tualetə girib şalvarını aşağı çəkərək sidiyini axıtmaq istəmiş, həmin vaxt Bəhruz arxadan ayaqyoluna girərək ayaqyolunun qapısının cəftəsini arxadan bağlamışdır. Bəhruz onu divara dirəyərək əli ilə ağzını tutmuş, ona səsini çıxarmamasını, yoxsa onu bıçaqlayacağını demişdir. Qorxudan səsini çıxarmamış, Bəhruz onu divara dirəyərək belini aşağı əymiş və gərginləşmiş cinsi orqanını çıxararaq onun arxa keçəcək dəliyinə yeritmişdir. Həmin vaxt ağrı hiss edərək qışqırmış, lakin Bəhruz onun ağzını tutmuşdur. Bəhruz onun arxa keçəcək dəliyinə qurtarmış, qurtardığı zaman isə ehtirasdan dırnaqları ilə sağ yanını cırmışdır. Sonra Bəhruz onu buraxmış və kiməsə bu barədə desə onu öldürəcəyi ilə hədələmişdir. Bundan sonra evə gedərək evə çatan kimi başına gələn hadisələri anasına demiş, sonra anası bu barədə polisə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə günorta saatlarında oğlu Ramin evdən çıxaraq itə baxmağa getdiyini bildirmiş, təxminən yarım saat sonra ağlayaraq həyəcanlı halda evə qayıtmışdır. Oğlundan nə baş verdiyini soruşduqda Ramin ona təbii ehtiyacını ödəmək üçün tualetə gedən zaman bir nəfər şəxsin zorla oğlu ilə arxadan qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin vaxt Raminin arxa keçəcək dəliyinə xəsarət və paltarında sperma ləkələri olmuşdur. Bundan sonra polisə müraciət edərək Raminin paltarlarını da təqdim etmişdir. Təsiqləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 mart 2021-ci il tarixdə günorta radələrində Ağdaş şəhərində Bazarda yerləşən Eyvaz adlı şəxsin kafesində oturub nahar edərkən həmin vaxt bazardan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs də gəlib onunla birlikdə araq işmişdir. Oturub araq içdikdən sonra Bəhruz çıxıb getmiş, sonra nə baş verməsindən məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 13.03.2021-ci il tarixli 153 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar olunan yara (cırılma) gərginləşmiş(erreksiya) olunmuş kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə uyğun gələn xəsarətdir, yetirilmə müddəti 13.03.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər sağ sağrı nahiyəsinin sıyrıqları, sağ budun aşağı 1/3nin iç səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 13.03.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər fiziki qüvvə tətbiq etməklə arxa keçəcək dəliyindən cinsi əlaqəyə cəhd etmə zamanı əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində spermanın olub-olmaması arxa keçəcək dəliyindən götürülən tamponun məhkəmə bialoji müayinəsinin nəticəsi laboratoriyadan alındıqdan sonra məlum olunacaqdır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb ekspertizasının 153 saylı rəyinə əlavədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən götürülmüş 1 ədəd tampon möhdəviyyatının tədqiqi zamanı sperma aşkar olundu. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15.03.2021-ci il tarixli 154 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqədə olmağa mane olan hər hansı bir yara, xora, çapıq və s. aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş lifli materialların kriminalistik ekspertizasının 23.04.2021-ci il tarixli 17/271 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın səthi üzərindən tapılmış bozumtul-göy rəngli poliestr kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qış gödəkçəsinin səthi üzərindən tapılmış yaşımtıl-göy rəngli poliakril kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd idman şalvarın səthi üzərindən tapılmış tünd-göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd alt tumanın səthi üzərindən tapılmış tünd-göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 19.05.2021-ci il tarixli 9/450 saylı rəyində göstərilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi –Balfa (H)/İİİ/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs arxa keçəcək möhdəviyyatı olan 01 ədəd tampon üzərində sperma ləkələri aşkar olundu. Bu sperma ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda B və H antingenləri alındı. Bu sperma Balfa (H)/İİİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 21.05.2021-ci il tarixli 267/72 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı xroniki psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir, o hal hazırda heç bir xroniki, psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik keçirmədiyindən ona qarşı törədilmiş qanunazidd ənəllər zamanı öz əməlinin faktiki xarakterini dərk etmək və hərəktələrini idarə etmək iqtidarında olmuşdur, həmçinin ona qarşı törədilmiş qanunazidd əməlin niyyətini başa düşmüşdür. Zərərçəkmiş şəxs baş vermiş əməli düzgün qavrayaraq həmin əməllər barəsində düzgün ifadə vermək iqtidarındadır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixatrik-psixoloji eksertizasının 08 may 2021-ci il tarixli 249 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kamağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş rayon X4 Hüquqi Şəxsinin təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nın poliklinika şöbəsində “Alkoqol qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1630-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 16 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin təqdim etdiyi tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin 17.12.2019-cu il tarixli hökmü ilə 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 07.09.2020-ci il tarixdə cəzası icra məmurunun təqdimatı ilə Ağdaş rayon məhkəməsinin qərarı ilə 03 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmənin belə qənaətə gəlməsinə təqsirləndirilən şəxsin özünün etirafedici, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibb, məhkəmə bioloji ekspertizasının rəyləri və iş materiallarında olan digər sübutlar əsas verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal törətdiyi əməldən səmimi peşiman olmasıdır. CM-in 61.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və cəzanın müddəti müəyyən edilərkən yuxarıda sadalananlar nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, cəzaçəkmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 14 mart 2021-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3cü maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqssirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsində saxlanılan bir ədəd idman şalvarı, qara rəngli içlik, boz rəngli trusik, açıq göy rəngli alt paltarı köynəyi, tünd göy rəngli üzərinə “DENİM seventy supergualty yazılmış idman köynəyi və bir ədəd qara rəngli, sol döş hissəsində “Mutlu1980” yazılmış qış poliveri zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qış gödəkcəsi Təqsirləndirilən şəxs qaytarılmalı, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 14 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 AZN (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqssirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsində saxlanılan bir ədəd idman şalvarı, qara rəngli içlik, boz rəngli trusik, açıq göy rəngli alt paltarı köynəyi, tünd göy rəngli üzərinə “DENİM seventy supergualty yazılmış idman köynəyi və bir ədəd qara rəngli, sol döş hissəsində “Mutlu1980” yazılmış qış poliveri zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, bir ədəd göy rəngli cins şalvar və bir ədəd qara rəngli qış gödəkcəsi Təqsirləndirilən şəxs qaytarılsın, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar