Məhkəmə qərarları › İş №1(091)-158/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-158/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-158/2022 20.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X27, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri X20, X28, X11 və Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X8 saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxxx 1989-cu ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, təhsilsiz, Yevlax şəhər Neft Kəməri küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 3 ədəd sеllоfаn, 1 ədəd kаğız bükümlərdə ümumi çəkisi 1,031 qrаm miqdarda nаrkоtik vаsitə оlаn hеrоin, 2 ədəd sеllоfаn bükümlərdə ümumi çəkisi 3.830 qram miqdаrındа аsеtilə еdilən tiryək və 2 ədəd sеllоfаn bükümlərdə külli miqdаrdа ümumi çəkisi 8.901 qram miqdаr çəkidə psiхоtrоp mаddə оlаn mеtаmfеtаmini əldə edərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 əynindəki büstqalterin içəri tərəfində saxlamış, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Həmidə Dərvişоvа narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 30 yаnvаr 2022-ci il tarixdə saat 2350 radələrində Yevlax şəhəri Bаkıхаnоv küçəsində saxlanılıb Yevlax rayon Polis Şöbəsinə gətirilərək üzərində 31 yаnvаr 2022-ci il tаriхdə saat 0045-dən sааt 0110-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əri Təqsirləndirilən şəxs1la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki büstqalterin içəri hissəsində 1 ədəd sellofan bükümdə, 3 ədəd kağız bükümdə saxladığı ayrı-ayrılıqda çəkiləri 0,715 qram, 0,065 qram, 0,074 qram və 0,177 qram olmaqla ümumi çəkisi 1,031 qram miqdarda narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,139 qram, 0,413 qram və 3,278 qram olmaqla ümumi çəkisi 3,830 qram miqdarında asetilə edilən tiryək, 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 0,077 qram və 8,824 qram olmaqla ümumi çəkisi 8,901 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 məxsus olan “Tofaş Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində, 2.475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamış, qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən Təqsirləndirilən şəxs2 məxsus olan və sonuncunun idarə etdiyi avtomobilə əyləşərək 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində, 2.475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900-da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofaş Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib, orada Təqsirləndirilən şəxs1 üzərində həmin günü saat 1950-dən saat 2004-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə həmin günü saat 2130-dan saat 2448-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 üzərində həmin günü saat 2250-dən saat 2306-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022ci ildə saat 0010-dan 0031-dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda psixotrop maddə olan metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs4 31 iyul 2021-ci il tarixdə istintaqa müəyyən olunmamış saatda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən «Rahat» marketin yaxınlığında tanışı X13 qəsdən satış məqsədilə qanunsuz olaraq ümumi çəkisi 0,323 qram pisxotrop maddə olan metamfetamini və çəkisi 0,182 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 31 iyul 2021-ci il tarixdə saat 1000 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən «Rahat» marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, şöbənin inzibati binasında müdafiəçinin iştirakı ilə vidieçəkilişlə həmin gün saat 1205-dən saat 1225-dək olan müddət ərzində Təqsirləndirilən şəxs4 üzərində keçirilən şəxsi axtarış istintaq hərəkəti nəticəsində Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli montun cibindən qəsdən satış məqsədilə əldə edib saxladığı bir bükümdə ümumi çəkisi 0,182 qram olan narkotik vasitə olan heroin və bir bükümdə ümumi çəkisi 0,323 qram olan pisxotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs4 ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 3 ədəd sellofan 1 ədəd kağız bükümlərdə ümumi çəkisi 1,031 qram miqdarda narkotik vasitə olan heroin, 2 ədəd sellofan bükümlərdə ümumi çəkisi 3.830 qram miqdarında asetilə edilən tiryək və 2 ədəd sellofan bükümlərdə külli miqdarda ümumi çəkisi 8.901 qram miqdar çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək Təqsirləndirilən şəxs1la aralarında olan razılaşmaya əsasən əynindəki büstqalterin içəri tərəfində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə 30 yanvar 2022-ci il tarixdə saat 2350 radələrində Yevlax şəhəri Bakıxanov küçəsində saxlanılıb Yevlax rayon Polis Şöbəsinə gətirilərək üzərində 31 yanvar 2022-ci il tarixdə saat 0045-dən saat 0110-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əri Təqsirləndirilən şəxs1la birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki büstqalterin içəri hissəsində 1 ədəd sellofan bükümdə, 3 ədəd kağız bükümdə saxladığı ayrı-ayrılıqda çəkiləri 0,715 qram, 0,065 qram, 0,074 qram və 0,177 qram olmaqla ümumi çəkisi 1,031 qram miqdarda narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,139 qram, 0,413 qram və 3,278 qram olmaqla ümumi çəkisi 3,830 qram miqdarında asetilə edilən tiryək, 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 0,077 qram və 8,824 qram olmaqla ümumi çəkisi 8,901 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini özünə məxsus olan “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini X12 üzərində, 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamış, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda olan psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən özünə məxsus olan avtomobilə əyləşərək idarə etməklə 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini həmin avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini X12 üzərində, 2,475 qram külli miqdarda psixotrop maddəmetamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900-da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada Təqsirləndirilən şəxs1 üzərində həmin günü saat 1950-dən saat 2004-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə həmin günü saat 2130-dan saat 2448-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan X12 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 üzərində həmin günü saat 2250-dən saat 2306-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus “Tofas Sahin” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022ci ildə saat 0010-dan 0031-dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs2 X12 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda olan psixotrop maddə metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs3 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 məxsus olan “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində saxlamış, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən Təqsirləndirilən şəxs2 məxsus olan və sonuncunun idarə etdiyi avtomobilə əyləşərək 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini həmin avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900-da Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib, orada X6 üzərində həmin günü saat 1950-dən saat 2004-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarında psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə həmin günü saat 2130-dan saat 2448-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 üzərində həmin günü saat 2250-dən saat 2306-dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022-ci ildə saat 0010-dan 0031-dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda psixotrop maddə olan metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün mən işdən çıxıb yeyib-içmək məqsədilə “Göyəzən” kafesinə getmiş, polis əmədaşları onu həmin kafedə saxlamışlar. Saxlanılan zaman üzərində narkotik maddə olsa da, polis əməkdaşlarının iddia etdiyi kimi narkotik maddənin miqdarı 520 qram deyil təxminən 10 qram olmuşdur. Təqsirləndirilən şəxs4 isə narkotik maddələrdən xəbəri olmamış, narkotik maddələri geyindiyi jiletin astar hissəsinə qoymuşdur. Həmidə jileti geyinib çölə çıxmış, həmin vaxt polis əməkdaşları Həmidəni saxlamışlar. Həmidə onu satmamaq üçün narkotik maddə istifadəçisi olduğunu və narkotik maddələrin özünə məxsus olduğunu demiş, polis şöbəsində təzyiqlərə məruz qalaraq ona narkotik maddələrin satışı ilə məşğul olduğunu boynuna almasını, onları azadlığa buraxacaqlarını demişlər. Digərləri günahsız yerə həbs edilməməsi üçün narkotik maddələrin satışı ilə məşğul olmasını boynuna almış, avtomaşında aşkar edilmiş tərəzidən narkotik maddələri çəkisini hesablamaq üçün deyil, ancaq iş məqsədi ilə istifadə etmişdir. Xəqani ilə Pərvizə narkotik maddə verməmiş, sonuncular təzyiq altında qaldıqları üçün onun narkotik maddə verdiyini bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə axşam saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, həmin vaxt digər tanışı Pərviz də orada Xəqani ilə yemək yemişlər. Xəqaniyə məxsus Tofaş markalı avtomaşını götürüb yaşadığı evə gedib evində olan psixotrop maddə olan – metafetaminin üzərindən gözəyarı üç büküm düzəldərək cibinə qoymuş, qalan psixotrop maddə olan metamfetaminin hamısını bükülü olduğu sellofan ilə birlikdə parça torbanın içərisinə qoyub və həmin parça torbanın içərisinə iki ədəd elektron tərəzi qoyaraq Təqsirləndirilən şəxs2 məxsus avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerinə qoymuşdur. Bundan sonra yenidən Xəqaninin evinin qarşısına getmiş, Xəqaniyə və Pərvizə onunla birlikdə Yevlax-Gəncə avtomobil yolunun kənarında olan və Yevlax rayon ərazisində yerləşən “Göyəzən” adlı kafenin yanına gedib qayıtmalarını demişdir. Təqsirləndirilən şəxs2 avtomobili idarə etmiş, o, sağ qabaq oturacaqda, Təqsirləndirilən şəxs3 isə arxa oturacaqda əyləşərək saat 19 radələrində Bakı-Qazax yolunun üstündə yerləşən “Göyəzən” kafesinə tərəf getmişlər. Yevlax şəhərində yerləşən böyük dairə tərəfdə olan zaman yaşadığı evdən götürdüyü üç ədəd bükümdə olan psixotrop maddə-metamfetaminin istifadə etmələri üçün bir bükümünü Xəqaniyə, bir bükümünü də Pərvizə vermişdir. “Göyəzən” kafesinə çatmağa az qalmış Xəqaniyə və Pərvizə bir nəfər şəxsə psixotrop maddə satacağını demiş, lakin kim olması barədə də onlara məlumat verməmişdir. “Göyəzən” kafesinin qarşısına çatan zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onları Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş çəkisi 5,14 qram olan psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Psixotrop maddə - metamfetamini tanışı Yevlax şəhər sakini Elşad adlı şəxsə satmaq üçün saxlamış, Elşadla mobil telefonla danışıb “Göyəzən” kafesinin yanına Elşada üzərində olan psixotrop maddə-metamfetamini satmaq üçün aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus avtomobildə psixotrop maddə saxladığını etiraf etdiyinə görə “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman içərisində çəkisi 545 qram olan psixotrop maddə-metamfetamin və iki ədəd elektron tərəzi olan avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerinə qoymuş olduğu parça torba aşkar edilərək götürülmüşdür. Bundan başqa 30 yanvar 2022-ci il tarixdə saat 23 radələrində qeyri-rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs4 anasına məxsus olan Yevlax şəhər Bakıxanov küçəsində yerləşən evdə yataqlarında narkotik vasitə istifadə edərək uzandıqları vaxt evin həyət qapısının döyüldüyünü eşitmiş, Gələn şəxslər polis əməkdaşları olduqlarını qapını açmalarını tələb etdikləri və polislərin onun üçün gəldiyini düşünərək ona məxsus olan və yatmazdan öncə Həmidə ilə bir hisəsini istifadə etdiyi narkotik vasitə olan heroini, narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini ağ kağıza bükərək Təqsirləndirilən şəxs4 vermiş, sonuncu həmin narkotik vasitəni götürərək sinəsinə, yəni busqalterinə qoymuşdur. Həmidə həyətə çıxaraq evin həyətinin qapısını açmış, bu zaman polis əməkdaşları Həmidəni götürərək aparmışlar. Sonradan ona Həmidənin barəsində Bakı şəhər Xəzər RPİ-də olan cinayət işi ilə bağlı Həmidə istintaqa getmədiyi üçün polislərin sonuncunu aparmağa gəldiklərini, Həmidəni apardıqdan sonra üzərindən ona məxsus olan və Həmidə ilə onun birlikdə bir hissəsini istifadə etdikləri narkotik vasitə olan heroin, narkotik vasitə olan tirək, psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürüldüyü ona məlum olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan olumuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində polis əmədakşları yaşadığı ünavana gəlmiş, həmin vaxt Qismətin jiletini geyinib çölə çıxmışdır. Polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən narkotik maddə aşkar edilmişdir. Bakı şəhərində üzərində 1 qram narkotik vasitə olan heroin aşkar edimişdir. Narkotik vasitələri satmaq niyyəti olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs4 göstərmişdir ki, 31 iyul 2021-ci il tarixdə səhər saatlarında tanışı Rac Hüseynovla birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Rahat” marketin yaxınlığında olan zaman tanışı Racdan istifadə etmək üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olub-olmadığını soruşmuş və bu zaman Rac cibindən 01 bükümdə narkotik vasitə olan heroini və 01 bükümdə narkotik vasitə olan psixotrop maddə olan metamfetamini çıxararaq ona vermiş, həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini cibinə qoyaraq istifadə etmək üçün saxlamışdır. Həmin gün saat 10 radələrində iki nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə aparmış və orada şübhəli şəxsi qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən Racdan aldığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Xəzər rayon Polis İdarəsində aparılan cinayət işi üzrə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 23 radələrində qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadıqları Təqsirləndirilən şəxs1la yaşadığı evdə olan zaman birlikdə Qismətin əldə etdiyi narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edərək yataqlarında uzanan vaxt polis əməkdaşları həmin ünvana gələrək həyət qapsını döymüş, həmin vaxt Qismət polislərin sonuncunun arxasınca gəldiyini düşünərək kağızın içərisində olan narkotik vasitə olan heroini, narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini ona vermişdir. Həmin narkotik vasitəni büsqalterinin içəri hissəsinə qoyduqdan sonra çölə çıxaraq evin həyət qapısını açmış, polis əməkdaşları Xəzər rayon Polis İdarəsində barəsində olan cinayət işi ilə əlaqədar onu Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparan zaman onun üzərimdən həmin narkotik vasitə olan heroin, narkotik vasitə olan tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin narkotik vasitə olan heroin, narkotik vasitə olan tiryək və psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 məxsus olmuş, sonuncunun narkotik vasitələri kimdən aldığını bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus olan “Tofas Sahin” markalı avtomobili ilə işdən evə gəlmiş, avtomobilin içərisində biri 100 kiloqramlıq, digəri isə 50 kiloqramlıq olmaqla iki ədəd tərəzi olmuşdur. Həmin gün tanışı Təqsirləndirilən şəxs1 onun yanına gəlib avtomobili istədiyinə görə avtomobilini sonuncuya vermiş, Qismət işi bitdikdən sonra avtomobili geri gətirmişdir. Qismət onunla həmin vaxt evdə olan əmisi oğlu Pərzivə yemək yeməyə getməyi təklif etmiş, Yevlax şəhərində Bayrağın yanı deyilən yerdə Qismət ona və Pərvizə 0,5 qram narkotik maddə vermişdir. Daha sonra restorana yemək yeməyə getmiş, yeməklərini qurtardıqdan sonra restorana polis əməkdaşları gəlmişlər. Üzərlərində təxminən 7-8 qram narkotik maddə olmuş, polis əməkdaşları onları saxlayıb Polis şöbəsinə aparmışlar. Polis şöbəsində isə onlara təzyiq göstərərək onlara aid olmayan narkotik maddələri də üzərlərinə atmışlar. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 18 radələrində əmisi Namazın oğlu Təqsirləndirilən şəxs3 ilə birlikdə Şəki şəhərindən dəmir yığmaqdan qayıdaraq yaşadığı evdə nahar edən vaxt tanışı Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək ona məxsus olan “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili istədikdən sonra həmin avtomobillə harasa gedib təxminən 25-30 dəqiqə sonra geri qayıtmışdır. Qismət ona və Pərvizə birlikdə Yevlax-Gəncə avtomobil yolunun üzərində yerləşən “Göyəzən” adlı kafenin yanına getməli olduqlarını bildirdikdən sonra Qismətlə razılaşaraq onun idarə etdiyi və özünə məxsus olan “Tofas Sahin” markalı avtomaşınla Bakı-Qazax yolunun kənarında yerləşən “Göyəzən” kafesinə getmişlər. Kafenin yanına çatmalarına az qalmış Qismət ona həmin yerə üzərində olan psixotrop maddə - metamfetamini satmaq üçün getdiyini demiş, lakin psixotrop maddəni kimə satacağını deməmişdir. Yolda Yevlax şəhərinin böyük dairəsi tərəfdə olan zaman Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən içərisində psixotrop maddə olan iki ədəd sellofan bükümü çıxardaraq bükümün birini ona, digərini isə Pərvizə vermişdir. Onlar “Göyəzən” kafesinin qarşısına çatan zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirib onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyərək onları Yevlax rayon polis şöbəsinə aparmışlar. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofana bükülmüş və büküm ilə birlikdə ümumi çəkisi 3.54 qram olan psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra onun avtomaşınına keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 onun avtomobilinin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerinə qoymuş olduğu parça torbanın içərisində olan 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan psixortop maddə metamfetamin və həmin parça torbanın içərisində olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Həmin psixotrop maddə olan metamfetamindən və tərəzilərdən də məlumatı olmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə işdən çıxıb əmisi oğlu Xəqani və sonuncunun tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə kafeyə yemək yeməyə getmiş, yeyib qurtardıqdan sonra polis əməkdaşları kafeyə gəlib onları saxlamışlar. Saxladıqdan sonra onları polis şöbəsinə aparıb orada təzyiq göstərməklə bükümlər verib həmin bükümləri götürmələrini demişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 18 radələrində əmisi Ərzumanın oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Şəki şəhərindən dəmir yığmaqdan gəldikdən sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdə yemək yeyərkən tanışları Təqsirləndirilən şəxs1 oraya gələrək Xəqanidən sonuncuya məxsus olan “Tofas Sahin” markalı avtomaşını alıb harasa getmiş, təxminən 25-30 dəqiqə sonra geri qayıtmışdır. Qayıtdıqdan sonra Qismət ona və Xəqaniyə birlikdə Yevlax-Gəncə yolunun kənarında yerləşən, Yevlax rayon Nemətabad kəndinin ərazisində olan “Göyəzən” adlı kafenin yanına getmələrini demiş, onlar da Qismət ilə razılaşaraq Təqsirləndirilən şəxs2 idarə etdiyi “Tofas Sahin” markalı avtomaşınla “Göyəzən” adlı kafe istiqamətində getmişlər. Yolda Bakı-Gəncə avtomobil yolunun Yevlax rayonu və digər rayonlar ilə kəsişməsini tənzimləyən dairənin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan iki ədəd sellofan bükümü çıxardaraq bükümün birini ona, digərini isə Xəqaniyə vermişdir. Onlar “Göyəzən” kafesinin qarşısına çatan zaman 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edərək Daxili İşəlr Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Yevlax rayon polis şöbəsinə aparmışlar. Yevlax ratyon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə qzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş və büküm ilə birlikdə ümumi çəkisi 2,65 qram olan psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerinə qoyduğu parça torbanın içərisində olan 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan psixortop maddə - metamfetamindən və həmin parça torbanın içərisində olan iki ədəd elektron tərəzidən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 hansı məqsədlə onu Yevlax-Gəncə yolunun kənarında olan, Nərimanbad kəndində yerləşən “Göyəzən” kafesinə apardığını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin Xüsusilə X34 baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə xx.xx.1995-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin satışı, istifadəsi və saxlaması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan baş əməliyyat müvəkkili Şahid1, məsul növbətçi Şahid3 və məsul növbətçi köməkçisi Şahid4 ilə birlikdə saat 19 radələrində Bakı-Qazax magistral yolunun kənarında Yevlax rayonu ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına gedərək həmin vaxt orada olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb sonuncunun qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin satışı, istifadəsi və saxlaması ilə məşğul olmasına görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 ilə birlikdə orada olan və sonuncu ilə birlikdə narkotik vasitlərin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da özlərinə məxsus olan Tofaş markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Yevlax rayon Polis Şöbəsinə gətirilmiş, Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki idman şalvarın sağ yan cibindən çəkisi 5,14 qram olan bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin psixotrop maddə-metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni beş ay əvvəl Bakı şəhəri Biləcəri qəsəbəsi ərazisində yol kənarında yerdən tapıb Yevlax şəhərinə gətirdiyini, həmin kütlədən özü istifadə etməklə heç kimə satmadığını bildrmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynindəki idman şalvarın sol yan cibindən çəkisi 3,54 qram olan bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin psixotrop maddəmetamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin kütləni sonuncuya saxlanmamışdan əvvəl Təqsirləndirilən şəxs1la birlikdə “Göyəzən” adlanan kafenin qarşısına gedərkən yolda ona pulsuz olaraq istifadə etməsi üçün verdiyini bildirmişdir. Daha sonra şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtariş zamanı Təqsirləndirilən şəxs3 əynindəki idman şalvarının sağ yan cibindən çəkisi 2,65 qram olan bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyub təqdim edərək içərisindəki kütlənin psixotrop maddəmetamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 da həmin psixotrop maddəni sonuncuya şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamindən başqa Təqsirləndirilən şəxs2 məxsus avtomobildə də metamfetamin olduğunu bildirdiyinə görə şübhəli şəxslərin və müdafiəçilərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 məxus “Tofas Sahin” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 sağ tərəfdən qabaq qapısını açıb, qabaq oturacağının qarşısında, avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerindən çəkisi 545 qram olan və içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə-metamfetaminə bənzər kütlə və iki ədəd elektron tərəzi bir ədəd torbanı götürüb təqdim edərək torbadakı kütlənin psixotrop maddə-metamfetamin olduğunu bildirmişdir. Aşkar olunan bütün psixotrop maddəyə oxşar kütlələr və iki ədəd tərəzi qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid1, məsul növbətçi işləyən Şahid3 və növbətçi köməkçisi işləyən Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsində Cinayət- Axtarış Bölməsində əməliyyat müvəkkili işləyən Şahid5 ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Şahid6 ilə birlikdə saat 23 radələrində ünvan 7 ünvanına gedərək qapıya çıxan Təqsirləndirilən şəxs4 özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs4 etiraz etməyərək onlarla birlikdə Yevlax rayon Polis Şöbəsinə gələrək orada şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxs axtarış zamanı Həmidə əynində olan donun sinə hissəsindən 3 ədəd kağız büküm, 4 ədəd sellofan büküm təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən 1 ədəd sellofan və 3 ədəd kağız bükümlərdə heroinə oxşar kütlə, 2 ədəd sellofan bükümdə tiryəkə oxşar kütlə və 1 ədəd sellofan bükümdə metamfetaminə oxşar kütlələr olmuşdur. Həmidə özü də həmin bükülülərdə olan heroin, metamfetamin və tiryəki özü istifadə etmək üçün gəzdirdiyini və həmin narkotik vasitə və psixotrop maddəni tapdığını bildirmişdir. Həmin kütlələr çəkilərək qablaşdırıldıqdan sonra götürülmüş, sonradan Həmidə həmin narkotik vasitənin və psixotrop maddənin qeyri-rəsmi ər-arvad kimi yaşadığı Qismətin olduğunu və birlikdə istifadə etdiklərini bildirmişdir. Həmçinin sonradan Təqsirləndirilən şəxs4 barəsində Xəzər rayon X26 Şöbəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi istintaq olduğunu və çağrışa getmədiyi üçün axtarışa verildiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid6 Rəfael oğlu eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid7 ifadəsində göstərmişdir ki, 31 iyul 2021-ci il tarixdə Rac və Həmidə adlı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döviyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan əməliyyat müvəkkili Şahid8 ilə birlikdə həmin şəxslərin olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsində yerləşən “Rahat” marketin yaxınlığına gedərək orada olan X16 Təqsirləndirilən şəxs4 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduqlarına görə onlarla birlikdə polis şöbəsinə getmələrini bildirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli yay gödəkçəsinin sağ yan cibindən 02 ədəd gümüşü kağıza bükülmüş bükümü təqdim edərək, həmin bülümlərdən birinin narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni tutulmamışdan bir qədər öncə X17 şəxsi istifadəsi üçün pay verdiyini bildirmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid8 eyni məzmunlu ifadə verərək Şahid7 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 fevral 2022-ci il tarixli 17/147 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 4,936 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 3,355 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 avtomobildən götürüb təqdim ediyi...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd parça torbanın içərisində olan 01(bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 520,00 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin parça torbanın içərisindəki 02(iki) ədəd elektron tərəzilərdə olan maddə hissəcikləri metamfetamin və heroin hissəcikləridir. Metamfetamin və heroin hissəcikləri cüzi midarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 04(dörd) ədəd zərflərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2022-ci il tarixli 17/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs4 üzərinə keçirilən baxış zamanı aşkar olunaraq götürülmüş kütlələr....” sözləri yazılmış zərfin içərisindəki; 01(bir) ədəd sellofan və 03 (üç) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,715 qr., 0,065 qr., 0,074 qr., ümumi təmiz çəkisi – 1,031 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 (iki) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,139 qr., 0,413 qr., ümumi təmiz çəkisi – 0,552 qram olan maddələr kustar sulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəklərdir. Digər 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 3,278 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Həmin sellofan bükümün içərisindəki, təmiz çəkisi – 0,077 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş.....” sözləri yazılmış digər zərfin içərisindəki 01(bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi – 8,824 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan və 03 (üç) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, ümumilikdə 03 (üç) ədəd sellofan bükümlərdə olan asetilə edilmiş tiryəklər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd kiçik sellofan paketdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli 6/3222 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs4 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azəbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azəbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli 17/222 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 01(bir) ədəd sellofan torbanın içərisindəki 01(bir) ədəd qara rəngli büstqalterin üzərində olan maddə hissəcikləri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hissəcikləridir. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının 19 may 2022-ci il tarixli 17/413 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş kütlələr.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə çəkisi 5,14 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki idman şalvarının sol yan cibindən sellofan bükümdə çəkisi 3,54 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 əynindəki idman şalvarının sağ yan cibindən sellofan bükümdə çəkisi 2,65 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli avtomaşına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan **-BL-*** dövlət qeydiyyat nişanlı Tofaş markalı avtomaşının sağ tərəfdən qabaq oturacağının qarşısında saxlanc yerinin altdakı rəfdən çəkisi 545 qram olan sellofan torbada psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs4 əynində olan yaşıl rəngli donun sinə hissəsindən içərisində ağ və qırmızı rəngli bükülülərdə, sellofana bükülmüş bükülülərdə və açıq formada kütlələr olan ağ rəngli kağız bükülüdə 9,56 qram psixotrop maddə olan metamfetaminə oxşar, 6,17 qram narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “QAQA AC İSE GEDİREM HE YOX DE BİLİM DA QARDAS” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Qaqa menem xeqaani lomkadayam vezyetim pisti zenqime Cavab ver” məzmunlu mesajlar göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin Yevlax rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 160 nömrəli məktubundan görünür ki, Əmiraslanov X4 qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin Yevlax rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 158 nömrəli məktubundan görünür ki, İsmayılov X2 qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin Yevlax rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 159 nömrəli məktubundan görünür ki, İsmayılov X1 qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 312 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 psixo-nevroloji kebinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 311 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 psixo-nevroloji kebinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 310 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 psixo-nevroloji kebinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin Yevlax rayon Narkoloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 889 nömrəli məktubundan görünür ki, Dəvrişova X3 qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X5 rayon psixonevroloji Kabineti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1152 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 psixo-nevroloji kebinetində dispanser müşahidəsində dayanmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X33 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 7983 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 arxiv məlumatına görə göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnadən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 8 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2010-cu ildə doğulmuş Aksana İsmayılova, xx.xx.2011-ci ildə doğulmuş Brilyant İsmayılova, xx.xx.2012-ci ildə doğulmuş Zülfüqar İsmayılov, xx.xx.2014-cü ildə doğulmuş Həcər İsmayılova, xx.xx.2016-cı ildə doğulmuş Sənəm İsmayılova, xx.xx.2018-ci ildə doğulmuş Leyla İsmayılova, xx.xx.2020-ci ildə doğulmuş Gülşən İmayılova və xx.xx.2021-ci ildə doğulmuş Aslan İsmayılov adlı səkkiz azyaşlı uşağı vardır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnadən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax şəhəri Neftkəməri küçəsində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2006-cı ildə doğulmuş Gülgəz Əmiraslanova, xx.xx.2008-ci ildə doğulmuş Təranə Əmiraslanova, xx.xx.2009-ci ildə doğulmuş Nizami İsmayılov, xx.xx.2010-cu ildə doğulmuş Brilyant İsmayılova, xx.xx.2011-ci ildə doğulmuş Məryəm İsmayılova, xx.xx.2013-cü ildə doğulmuş Gülər İsmayılova, xx.xx.2014-cü ildə doğulmuş Səlbi Əmiraslanova, xx.xx.2014-cü ildə doğulmuş Fatimə İsmayılova, xx.xx.2015-ci ildə doğulmuş Aysu İsmayılova, xx.xx.2019-cu ildə doğulmuş Şahin İsmayılov və xx.xx.2021-ci ildə doğlumuş Fizuli İsmayılov adlı on bir azyaşlı uşağı vardır. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnadən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 9 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnadən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 10 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 13 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 1900-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 1000-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 əvvəli xx.xx.2022-ci il saat 2350-dən hesablanmaqla şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Yevlax rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 11-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Bəhs edilən Qərarın 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə də tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr, məhkəməyədək icraat zamanı verdikləri ifadələri isə işin hallarına uyğun gələn daha səmimi və obyektiv ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 onun üzərində ancaq 10 qram metamfetamin olduğunu bildirsə də məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə videoçəkilişlə avtomaşına keçirilən baxış zamanı avtomaşının qabaq hissəsində aşkar olunmuş psixotrop maddəni özü təqdim etmiş, məhkəmə kimyəvi ekspertizasının rəyi ilə də aşkar olunmuş psixotrop maddələrin eyni tərkibli olması qeyd edilmişdir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la aralarında heç bir razılaşma olmadığını bildirsələr də məhkəmə onların ifadələrinə bu hissədə də tənqidi yanaşaraq bir daha qeyd edir ki, hər üç şəxsin üzərindən aşkar olunmuş psixotrop maddələrin tərkibinin eyni olması, psixotrop maddənin Təqsirləndirilən şəxs2 məxsus avtomaşında aşkar olunması və hər üç şəxsin birlikdə Yevlax rayonu ərzisində Göyəzən kafesinin qarşısına getmələri, buna dair ibtidai istintaq zamanı videoşəkilişlə şəxsi axtarışları aparılarkən etirafedici ifadələr verərək Təqsirləndirilən şəxs1 qorxmaması və sonuncunun xahişi ilə ona kömək etmək məqsədilə narkotik vasitəni satacağı “Göyəzən” kafesinə getmələrini bildirmələri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 psixotrop maddəni satış məqsədilə daşımasına köməklik göstərməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmalarını bir daha təsdiq edir. Bundan başqa təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmalarını bildirsələr də həmin halla bağlı hansı bir səlahiyyətli orqanlara müraciət etməmələri, Təqsirləndirilən şəxs1 barəsində isə həbs qətimkan tədbiri seçilən zaman bu barədə məhkəmədə bəyan etməməsi məhkəmə tətərindən bir daha təqsirləndirilən şəxslərin həmin ifadələrinin məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs4 sonuncunun üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan saxlamasına dair ifadəsini də özünü müdafiə xarakterli və məsuliyyətdən yayınmaq üçün verilən ifadələr kimi qəbul edir. Belə ki, Həmidə Dəvrişovda aşkar olunan narkotik vasitə və psixotrop maddənin bir neçə çeşiddə, ayrı-ayrı bükümlərdə olması və çəkisi həmin narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs1la qabaqcdan əlbir olmaqla bir qrup şəxs halında satış məqsədilə saxladığını bir daha təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməllərinin CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə əməllərinin isə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində on bir azyaşlı uşağının olmasıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində səkkiz azyaşlı uşağının olmasıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdırlar. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirtilmədən saxlanılmalıdır. CM-in 56.1.2-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs4 təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq cəzadan çıxılmaqla üzərlərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 fevral 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 30 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzaməkmə müddətinin başlanğıcı isə həbsə alındıqları gündən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə oluması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 275,14 AZN (iki yüz yetmiş beş manat, on dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hər birindən 68,79 AZN (altmış səkkiz manat yetmiş doqquz qəpik), Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsində saxlanılan 519,95 qram miqdarında psixotrop maddə - metamfetamin, 4,886 qram miqdarında psixotrop maddəmetamfetamin, 0,305 qram miqdarında psixotrop maddə - metamfetamin, 2,425 qram miqdarında psixotrop maddə - metamfetamin, 0,911 qram miqdarında narkotik vasitəheroin, 0,452 qram miqdarında narkotik vasitə-asetilə edilən tiryək, 3,178 qram miqdarında narkotik vasitə-asetilə edilən tiryək, 0,027 qram miqdarında psixotrop maddəmetamfetamin, 8,774 qram miqdarında psixotrop maddə-metamfetamin, bir ədəd zərfdə qablaşdırılmış 0,132 qram miqdarında narkotik vasitə-heroin, 0,273 qram miqdarında psixotrop maddə - metamfetamin, iki ədəd elektron tərəzi və bir ədəd büstqalter məhv edilməli, 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 05 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan 275,14 AZN (iki yüz yetmiş beş manat, on dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hər birindən 68,79 AZN (altmış səkkiz manat yetmiş doqquz qəpik), Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 68,78 (altmış səkkiz manat yetmiş səkkiz qəpik) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsində saxlanılan 519,95 qram miqdarında psixotrop maddə - metamfetamin, 4,886 qram miqdarında psixotrop maddəmetamfetamin, 0,305 qram miqdarında psixotrop maddə - metamfetamin, 2,425 qram miqdarında psixotrop maddə - metamfetamin, 0,911 qram miqdarında narkotik vasitə heroin, 0,452 qram miqdarında narkotik vasitə-asetilə edilən tiryək, 3,178 qram miqdarında narkotik vasitə - asetilə edilən tiryək, 0,027 qram miqdarında psixotrop maddə - metamfetamin, 8,774 qram miqdarında psixotrop maddə - metamfetamin, bir ədəd zərfdə qablaşdırılmış 0,132 qram miqdarında narkotik vasitə - heroin, 0,273 qram miqdarında psixotrop maddə - metamfetamin, iki ədəd elektron tərəzi və bir ədəd büstqalter məhv edilsin, 07 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar