Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-158/2023 22.06.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Balakən rayonunun Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Balakən rayonunun Hənifə kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İsfəndiyar oğlu qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu 18 yanvar 2023-cü il tarixdə səhər saat 09 radələrində Balakən rayonunun Hənifə kəndində yaşadığı evində aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən bir dəfə başı ilə zərbə vurub sonuncunun üst dodağında bir ədəd yaradan, baş beyin silkələnməsindən və sağ göz qapağında şişkinlik-hematomadan ibarət olan birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən cəmi üç ədəd xəsarət, həmin vaxtı otaqdakı masanın üzərindən götürdüyü bıçaq ilə qəsdən zərbələr vurub Zərərçəkmiş şəxs alnının sağ aşağı hissəsində bir ədəd yara, sifətinin sağ yuxarı hissəsində bir ədəd yara, sifətinin sol aşağı hissəsində bir ədəd yara, sol əlin bayır ovuc səthində bir ədəd yaradan ibarət olmaqla birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən cəmi dörd ədəd xəsarətlər, eləcə də ağır hipovolemik şokla (çoxlu qanitirmə) müşayiət olunan sol yuxarı döş qəfəsindən sol bazuya keçən bir ədəd qan damarlarının, deltavari əzələnin, kiçik döş əzələsinin zədələnməsi ilə olan böyük ölçülü yaradan ibarət dərəcəsinə görə onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən cəmi bir ədəd xəsarət olmaqla ümumilikdə səkkiz ədəd xəsarətlər yetirərək qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İsfəndiyar oğlu CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs təxminən 2021-ci ilin yayından Balakən şəhərində yerləşən bazarın ərazisindəki çörək sexində fəhlə işləyir. Son vaxtlar həyat yoldaşının işlətdiyi mobil telefonuna baxdıqa həmin telefona daxil olan və çıxan zənglərin silindiyini görmüş, bu da onda şübhə yaratmış, habelə həyat yoldaşı ona qarşı soyuqluq etdiyindən onun şübhələri artmışdır. Qeyd olunan səbəbdən o, həyat yoldaşının hər hansı şəxslərlə əlaqəsinin olubolmamasını müəyyənləşdirmək qərarına gəlmiş və bu məqsədlə 06 yanvar 2023-cü il tarixdə təxminən səhər saat 10 radələrində özünə məxsus olan “Samsung Duos” markalı telefonun səsyazan funksiyasını açaraq telefonu yaşadığı evin yataq otağındakı Zərərçəkmiş şəxs yatdığı çarpayının altına qoymuşdur. Bir müddət sonra telefonu götürüb həmin səs yazılarına qulaq asdıqda həm televizorda nümayiş etdirilən proqramda olan səsləri, həm də kişi cinsli şəxsə məxsus səsləri eşitmiş, lakin həmin şəxsin kim olduğunu bilməmiş və qeyd olunan səbəbdən arvadı Zərərçəkmiş şəxs ona xəyanət etdiyini fikirləşib sonuncunu cəzalandırmaq qərarına gəlmişdir. Bu məqsədlə 18 yanvar 2023-cü il tarixdə saat 09 radələrində bu barədə Zərərçəkmiş şəxs ilə söhbət əsnasında səs yazısını sonuncuya dinlədərək həmin səs yazısında olan kişi cinsli şəxsin kim olduğunu soruşmuş, sonuncu isə bunları inkar edərək ona xəyanət etmədiyini bildirdiyi üçün o, əsəbləşərək başı ilə Zərərçəkmiş şəxs sifətinə bir zərbə vurmuş, nəticədə sonuncunun dodağından qan axmağa başlamışdır. Zərərçəkmiş şəxs çarpayının üstünə yıxılmış və bu zaman o, stolun üzərində olan mətbəx bıçağını götürüb sonuncunun əvvəlcə göz nahiyəsinə, ardınca çiyin nahiyəsinə, daha sonra isə hazırda xatırlamadığı nahiyələrinə bıçaq zərbələri vurmuşdur. Zərərçəkmiş şəxs qan axmağa başladığı üçün o, hərəkətlərini dayandırmış və daha sonra isə sonuncuya tibbi yardım göstərərək sonuncunun əl-üzünü yumasına və əynində olan qana bulaşmış paltarları dəyişməsinə köməklik göstərmişdir. Daha sonra bu barədə telefon vasitəsilə anasına məlumat vermiş, habelə bu haqda qardaşı Şahid1 demiş və sonuncu da baş vermiş hadisə ilə bağlı həm polisə, həm də X9 xidmətinə məlumat vermişdir. Sonradan Zərərçəkmiş şəxs X9 maşını ilə xəstəxanaya, o isə polis əməkdaşları tərəfindən Balakən RPŞ-yə aparılmışdır. Zərərçəkmiş şəxs xəsarətlər yetrirən zaman istifadə etdiyi bıçağı tulladığı yeri xatırlamır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Təqsirləndirilən şəxs İsfəndiyar oğlu ilə evlənmişdir. 27 dekabr 2020-ci il tarixdən Balakən şəhərində yerləşən bazarın ərazisindəki çörək sexində işləyir. 18 yanvar 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs ona səs yazısına qulaq asmağı təklif etmiş və o da qeyd olunan səs yazısına qulaq asdıqda televizorda gedən proqramda olan səslərin olduğunu demiş, Təqsirləndirilən şəxs isə həmin səs yazısında kişi cinsli şəxsə məxsus səslərin olduğunu bildirərək həmin şəxsin kim olduğunu ondan soruşmuşdur. O, bir daha Təqsirləndirilən şəxs televizorda nümayiş etdirilən proqramda olan səslərin olduğunu dedikdə sonuncu ona inanmamış və başı ilə onun ağız nahiyəsinə bir zərbə vurmuş, nəticədə onun dodağından qan axmağa başlamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs stolun üzərində olan mətbəx bıçağını götürüb onu çarpayının üzərinə yıxmış, ardınca isə sol çiyin, ürək, göz və sifət nahiyələrinə bıçaqla zərbələr endirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərini dayandırmış, daha sonra isə ona tibbi yardım göstərərək onun əl-üzünü yumasına və əynində olan qana bulaşmış paltarları dəyişməsinə köməklik göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs bu barədə telefon vasitəsilə anasına məlumat vermiş, ardınca isə həmin evi tərk edib getmişdir. Bundan bir müddət sonra Şahid3, ardınca isə Şahid4 oraya gəlmiş və onun yerdə qana bulamış vəziyyətdə uzandığını görmüşlər. Bir müddət sonra X9 xidməti oraya gəlmiş və onu Balakən Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu onun qardaşıdır. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 10 radələrində Balakən rayonunun Hənifə kəndində yerləşən yaşadığı evdə olarkən qardaşı Təqsirləndirilən şəxs oraya gəlmiş və bu zaman sonuncunun paltarlarının qana bulaşdığını görüb bunun səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs ona xəyanət etdiyini və bu səbəbdən də ona bıçaqla xəsarətlər yetirdiyini bildirmişdir. Bundan sonra o, sahə inspektoru Kamran İsmayılova, habelə X9 Xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. Eyni zamanda o, Şahid3 zəng edərək sonuncudan Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmasını xahiş etmiş və Şahid3 da Zərərçəkmiş şəxs yaşadığı evə gedib səhhətinin yaxşı olmadığını ona bildirmişdir. Bir müddət sonra X9 maşını oraya gəlmiş və anası maşına əyləşdikdən sonra maşın Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq üçün qardaşının yaşadığı ünvana getmişdir. Bir müddət sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs Balakən RPŞ-yə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu onun oğludur. 18 yanvar 2023-cü il tarixdə saat 09:22 radələrində oğlu Təqsirləndirilən şəxs ona zəng edib hadisə baş verdiyini deyərək yaşadığı evə gəlməsini xahiş etmiş, lakin o, bundan imtina etdiyi üçün Təqsirləndirilən şəxs özü onun yanına gələcəyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs digər oğlu Şahid1la birlikdə onun yaşadığı evə gələrək ona Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirdiyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və Şahid1la birlikdə sonuncunun yaşadığı evin qarşısına getmiş və bir müddət həmin yerdə gözlədikdən sonra oraya gələn X9 maşınına əyləşib tibb işçiləri ilə birlikdə Təqsirləndirilən şəxs məxsus evə getmişdir. Oraya çatdıqda Zərərçəkmiş şəxs qana bulaçmış halda döşəmənin üzərində uzanmış vəziyyətdə olduğunu görmüş, daha sonra isə Zərərçəkmiş şəxs X9 maşını ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrini təsdiq edib X1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 18 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 10:40-da “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən Balakən RPŞ-yə Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, üzün sol yarısının və qaşüstü nahiyələrin kəsilmiş yarası, sağ gözətrafı nahiyənin hematoması, üst dodağın kəsilmiş-cırılmış yarası xəsarətlərini alması ilə bağlı məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs xəsarət aldığı Balakən rayonunun Hənifə kəndində yerləşən fərdi yaşayış evidir. Baxış keçirilən zaman bir otaqdan ibarət olan həmin fərdi yaşayış evinin otağının sağ divar hissəsində olan ikinəfərlik çarpayının qanabulamış vəziyyətdə olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 yanvar 2023-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “ağır hipovolemik şokla (çoxlu qanitirmə) müşayiət olunan sol yuxarı döş qəfəsindən sol bazuya keçən bir ədəd qan damarlarının, deltavari əzələnin, kiçik döş əzələsinin zədələnməsi ilə olan böyük ölçülü yara” diaqnozu ilə, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 yanvar 2023-cü ildə iti əşyanın-əşyaların (alətin-alətlərin) təsirindən törənmiş, onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “alnının sağ aşağı hissəsində bir ədəd yara, sifətinin sağ yuxarı hissəsində bir ədəd yara, sifətinin sol aşağı hissəsində bir ədəd yara, sol əlin bayır ovuc səthində bir ədəd yara” diaqnozu ilə, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 yanvar 2023-cü ildə iti əşyanınəşyaların (alətin-alətlərin) təsirindən törənmiş, birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, eləcə də “üst dodağında bir ədəd yara, baş beyin silkələnməsi, sağ göz qapağında şişkinlikhematoma” diaqnozu ilə, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 18 yanvar 2023-cü ildə küt əşyanın (əşyaların) təsirindən törənmiş, birlikdə və ayrıayrılıqda onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakt üzrə CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsfəndiyar oğlu CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 fevral 2023-cü il tarixli 91 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. O, cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmiş və öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Onda ekspertiza zamanı hər hansı ruhi (psixi) xəstəlik əlamətləri aşkar olunmadı. Onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Onun hərəkətləri CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. O, praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi-psixi xüsusiyyətlərinə malikdir. O, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, meyilli deyildir. O, özündən uydurmağa meyilli deyildir. Emosional halından asılı olaraq o, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri həyat yoldaşına qarşı qısqanclıq fikirləri ola bilər. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisənin baş vermə şəraitini əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Balakən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsən daxil olmuş 26 yanvar 2023cü il tarixli PHŞ-6-27/2-43/2023 nömrəli məktubdan görünür ki, İbrahimov X4 RMX-nin Poliklinika şöbəsində Psixitariya kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs İsfəndiyar oğluna CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun barəsində CM-in 143, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında aparılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun törətmiş olduğu cinayət əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsifi düzgün hesab edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun əməlində CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, İbrahimov X4 rayonunun Hənifə kəndində yaşayır, 2008-ci ildə doğulmuş qızı Aysun İbrahimova, 2010-cu ildə doğulmuş qızı Sevil İbrahimova və 2012-ci ildə doğulmuş oğlu Namiq İbrahimov onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Balakən rayonunun Hənifə kəndində yaşayır, 2008-ci ildə doğulmuş qızı Aysun İbrahimova, 2010-cu ildə doğulmuş qızı Sevil İbrahimova və 2012-ci ildə doğulmuş oğlu Namiq İbrahimov onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2009-cu il tarixli hökmünə əsasən CM-in 176.1-ci maddəsi ilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2012-ci il tarixli 541-İVQD nömrəli Qanununa əsasən CM-in 176-cı maddəsi ləğv edilmişdir. Odur ki, hazırda Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs İsfəndiyar oğluna hansı növ cəzanın təyin edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail oluna bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun barəsində yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınmalı və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. CM-in 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hadisənin baş vermə mexanizmini, hadisə nəticəsində arvadının sağlamlığına zərər vurulmasını, onun hadisədən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxs ilə barışmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə müsbət səciyyələnməsini, eyni zamanda CM-in 60-cı maddəsinin tələblərini və “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az cəza təyin etməklə onun islah olunmasını mümkün sayaraq, barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az həddə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun baş vermiş hadisədən sonra arvadının yalvarışlarına görə sonuncuya kömək etməsini, bundan sonra yaşadığı fərdi yaşayış evini tərk etməsini, arvadına xəsarət yetirdikdən sonra sonuncunun təxminən 2 saat ərzində evdə tək olmaqla qanabulaşmış halda uzanmış vəziyyətdə qalmasını və yalnız həmin müddətdən sonra xəstəxanaya aparılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan məhz azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 126.1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2023-cü il tarixdən hesablanmalı və onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs İsfəndiyar oğluna cəza çəkdiyi müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda cinayət işi üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs İsfəndiyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs İsfəndiyar oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs İsfəndiyar oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs İsfəndiyar oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-158/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-158/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver