Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-159/2021 07.10.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı – X3, Müdafiəçi - Göygül Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi – Yevlax Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, xx xxxxxx 1973-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli və himayəsində bir azyaşlı uşağı olan, ADY-nin 7 nömrəli Ucar elektrik təchizatı sahəsində Yevlax kontakt şəbəkəsi sahəsində elektrik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməklə qəsdən dələduzluq etmişdir. Belə ki, o, 2019-cu ilin aprel ayının sonlarında yaşadığı Yevlax şəhəri, Dəmiryolu binası ev 27, mənzil 4-də sandıqda saxlanılan əvvəllər tanıdığı Yevlax şəhəri, F.X.Xoyski küçəsi 22-də yaşayan Zərərçəkmiş şəxs mənzil almaq üçün 2015-ci ilin oktyabr ayının sonunda Zərərçəkmiş şəxsla bir yerdə işləmiş onun anası Şahid1 qızına saxlamaq üçün verdiyi Zərərçəkmiş şəxs məxsus olan 2019-cu ilin aprel ayının sonlarına olan 1 ABŞ dollarının ekvivalenti ilə 77486,5 manat dəyərində olmaqla 45500 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirmək qərarına gələrək 2019-cu ilin aprel ayının sonlarında yaşadığı evdə sandıqda saxlanılan Zərərçəkmiş şəxs məxsus olan həmin pul vəsaitini sonuncunun istəməsinə görə ona aparıb verəcəyini anası Şahid1 deyib ondan götürərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə aldadaraq Zərərçəkmiş şəxs məxsus olan 2019-cu ilin aprel ayının sonlarına olan 1 ABŞ dollarının ekvivalenti ilə 77486,5 manat dəyərində olmaqla 45500 ABŞ dolları məbləğində pul vəsaitini ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla Zərərçəkmiş şəxs əmlakını ələ keçirməklə qəsdən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs mənzil alacağı üçün əvvəllər onun anası Şahid1 qızına saxlamaq üçün verdiyi pulun üzərinə qoyması məqsədilə 2020-ci ilin avqust ayının 17-də saat 20 radələrində Zərərçəkmiş şəxs Yevlax şəhəri, H.Əliyev prospekti 10-da yerləşən kompyuter xidmətləri göstərdiyi iş yerində olan seyfdən götürüb ona verdiyi həmin vaxtı ABŞ dollarının ekvivalenti ilə 14467 manat dəyərində olmaqla 8500 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs götürdükdən sonra həmin pul vəsaitini ələ keçirmək qərarına gəlib “evdə anası Şahid1 saxladığı Zərərçəkmiş şəxs məxsus olan pulunun üzərinə qoyacağı və növbəti gün Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərinə gedərək Zərərçəkmiş şəxs ev alacaqları” adı ilə Zərərçəkmiş şəxs vəd verib aldatma və etibardan sui-istifadə etmək yolu ilə 2020-ci ilin avqust ayına ABŞ dollarının ekvivalenti ilə 14467 manat dəyərində olmaqla 8500 ABŞ dolları məbləğində pul vəsaitini təkrar qəsdən ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs məxsus ələ keçirdiyi vaxtlarda 1 ABŞ dollarının ekvivalenti ilə cəmi, külli miqdarda 91953,5 manat olmaqla 54000 ABŞ dolları məbləğindəki pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda əmlak ziyanı vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunaraq tədqiq olunmuşdur. Məhkəməyədək icraat dövründəki ilkin ifadəsində dövlət hesabına təyin olunan müdafiəçi ilə dindirilən Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 25 ildir ki, tanıyır, münasibətləri də normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs təxminən 13 ildir faizlə pul almış, hər dəfə də faizlə götürdüyü pulların müqabilində Əkbərə pulun üstünü artıqlaması ilə vermiş, ilk dəfə 2007 və ya 2008-ci ildə Əkbərdən 5000 manat pul sələm götürmüş, həmin pulun faizi olaraq 5000 manata aya 500 manat pul ödəməli olmuş, Əkbərə hər ay pul vermişdir. Həmin pulu ödəyib yenidən Əkbərdən sələmlə pul götürmüş, beləliklə Əkbərdən ayrı-ayrı vaxtlarda 4000 və ya 5000 manat pul sələmə götürmüş, sonuncu dəfə Əkbərdən 4 il bundan əvvəl nənəsi Eminova Ninanın yas mərasimi üçün 2000 manat pul götürmüş, həmin pulu və onun üstünü qaytara bilməmiş, həmin pul və əvvəl götürdüyü pulların üstü artaraq Əkbərə 30000 manat borcu yaranmışdır. Əkbər ona bir neçə dəfə Bakı şəhərində ev almaq istədiyini, pulu qaytarmasını demiş, pulu qaytarmağa imkanı olmamış, hər dəfə Əkbərə, pulu qaytaracağını deyərək onu yalandan yola vermişdir. Əkbərlə birlikdə bir neçə dəfə ev alqı-satqısı ilə məşğul olan şəxslərlə mobil telefonla danışan zaman Əkbərin yanında olmuş, Əkbər yanında ev almaq istəməyi barədə danışmış, pulu ona qaytarmağaımı bildirmiş, avqust ayının əvvəllərində pulu qaytarması üçün ona dirənmiş, 17 avqust 2020-ci il tarixdə ona borcumu gətir Bakıya gedəcəm, ev almalıyam demiş, həmin pulu verməyə imkanı olmamış, Əkbər isə ona tezdən Bakıya gedəcəyini, pulu gətirməli olduğunu, bir yerdə Bakıya gedəcəklərini bildirmişdir. Borc pulu Əkbərə qaytara bilmədiyimə görə, Əkbər də üstünə çox gəldiyinə görə özünü öldürmək qərarına gəlmiş, 18 avqust 2020-ci il tarixdə saat təxminən 04:00 radələrində yaşadığı evin təxminən 100-150 metr yaxınlığında evdən götürdüyü cib bıçağı ilə qarnının sol tərəfinə xəsarət yetirmiş, ikinci dəfə özünü vurmağa əli gəlməmiş, qorxmuşdur. Ölməmək üçün təxminən 100 metr qabaqda onu gözləyən avtobusa yaxınlaşaraq avtobusun sürücüsü Asif adlı şəxsə onu bıçaqla vurduqlarını deyərək bu barədə Əkbərlə danışıb hadisə barədə məlumat verməyini demiş, polis şöbəsində isə izahat verərkən həqiqəti danışmış və özünə xəsarət yetirdiyini bildirmişdir. 2017 və 2018-ci illərdə dəqiq ayları yadım deyil amma payız aylarında Əkbərin onun anasına saxlamaq üçün verdiyi puldan Səxavətə Əkbərin tapşırığı ilə hər dəfə 11000 dollar olmaqla iki dəfə, cəmi 22000 dollar pul vermiş, qalan 34500 dolları isə Əkbərə 1 il yarım bundan əvvəl aparıb Yevlax şəhərində onun işlədiyi yerdə vermiş, bununla da Əkbərin anasına verdiyi bütün pulların hamısını qaytarmışdır. Bundan sonra Əkbərə özünün 30000 pul borcu qalmış, anası Raisanın Əkbərdən aldığı pulların hamısını Əkbərə qaytarmışdır. İbtidai istintaqın sonrakı dövründə müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçi ilə dindirilən Təqsirləndirilən şəxs əvvəlki ifadəsində göstərdiyi xüsusatları təkzib edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası Şahid1 2015-ci ildə saxlamaq üçün 56500 dollar pul verməmiş, həmin pulu versə bilə onun bundan xəbəri olmamış, həbs oluncağından qorxduğu üçün əvvəllər həmin məzmunda ifadə vermiş, 2017 və ya 2018-ci illərdə dəqiq ayları yadında deyil amma payız aylarında Əkbərə olan 20000 manat sələm borcunu qaytaran zaman Əkbər ona həmin 20000 manat pulu dollara çevirməyini, Səxavətə verməyini demiş, həmin ərəfədə Yevlax şəhər mərkəzi bazarının qarşısında tanımadığı şəxsə 20000 manat pulu dollara çevirtdirmiş və həmin pulun 11000 dollarını Səxavətə, qalan hissəsini isə Əkbərin özünə vermiş, Səxavətə cəmi bir dəfə 11000 dollar pul vermiş, əvvəlki ifadəsində qarışıq saldığı üçün Səxavətə iki dəfə 22000 dollar pul verdiyini bildirmişdir. Məhkəmə iclasında son söz mərhələrində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tərəfindən ona heç bir məbləğdə pul verilmədiyini, onun tərəfindən zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayətinin törədilmədiyini bildirməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 2015-ci ilin axırlarında Raisa Zorikovnayaya saxlamaq üçün özünə məxsus olan 56500 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun 26000 manatı bacısı Şahid7 pulu olmuş, həmin pulun da 11000 manatı bacısının övladının şəhid olmasına görə verilən pul olmuşdur. Bacısı Şahid7 həmin 26000 manat pulu Əkbərə Bakı şəhərində ev alması üçün bağışlamışdır. Belə ki, Raisa onun yanında işləmiş, onun seyfdə pul saxladığını görmüş, ona “pulu ver aparım mən saxlayım evim etibarlıdır” demiş, o da qorxduğu üçün pulu saxlamağa Raisaya vermişdir. Pulu Raisaya verərkən aralarında heç bir yazılı sənəd bağlanmamışdır. Raisa pulu götürəndən sonra pulu aparıb gəlininə verəcəyini və onun saxlayacağını bildirmişdir. O, Raisadan pulu harada saxladığını soruşduqda, Raisa pulu gəlini Xəyalənin evdəki sandıqda saxladığını demişdir. O, 2018-ci ildə Səxavət adlı dostuna pul lazım olduğundan Raisanın oğlu Təqsirləndirilən şəxs anasından 11000 ABŞ dolları pul alıb Səxavətə aparmasını xahiş etmişdir. Raisa da Fərmandan 11000 ABŞ dolları pul göndərmiş, həmin pulu Fərman birbaşa aparıb Səxavətə vermişdir. Bundan sonra o, Raisadan, nə də Fərmandan pul almamışdır. Raisada onun 45500 ABŞ dolları pulu qalmışdır. O, ev almaq üçün bir neçə dəfə Fərmanla birlikdə Bakıya getmiş və ev alqı-satqısı ilə məşğul olan adamla gedib evə baxmışlar. Sonuncu dəfə 17 avqust 2020-ci ildə o, Fərmana Bakı şəhərindən ev almağa gedəcəklərini demişdir. 17 avqust 2020-ci ildə saat 20 radələrində o, 8500 ABŞ dolları məbləğindəki pulu iş yerindəki seyfdən çıxardıb Fərmana vermiş və həmin pulu evdəki anasında olan 45500 ABŞ dollarının üzərinə qoymasını və sabah birlikdə Bakı şəhərinə gedərkən ümumilikdə 54000 ABŞ dollarını da özü ilə götürməsini xahiş etmişdir. Çünki maklerlə evi 92000 manata almaq barədə danışmışdır. Səhəri gün, yəni 18.08.2020-ci il tarixdə səhər saatlarında Asif adlı avtobus sürücüsü ona zəng edərək Fərmanın “2 nəfər maskalı şəxs bıçaqla məni vurub pulumu aparıblar, Əkbərə zəng et” dediyini bildirmişdir. O da təcili yardıma zəng etmiş və Fərmanın olduğu yerə qaçıb getmişdir. O, Fərmanı tapıb ondan nə olduğunu soruşmuş, Fərman da onu iki nəfər maskalı şəxsin vurub pulu da apardığını bildirmişdir. Bundan sonra o, polisə zəng edərək məlumat vermişdir. Bundan sonra isə Fərman polis şöbəsində olarkən özü-özünə xəsarət yetirdiyini etiraf etmişdir. Həmin vaxt polis şöbəsində Fərman onun pulunu özünün xərclədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etməsi faktını o, müəyyən edəndən sonra aparılan araşdırma zamanı 2020-ci ilin sentyabr ayı ərzində bir neçə dəfə Raisa ilə onların evində və öz evlərində görüşmüş və Fərmanın onun pulunu ələ keçirməsi ilə bağlı aralarında Raisa ilə söhbətlər olmuşdur. 2020-ci ilin sentyabr ayının axırlarında Raisa yenə də onun evinə gəlmiş, Raisa onun evinə gələndə bacıları Şahid7 və Şahid6 da yanında olmuşdur. Həmin vaxtı Raisanın qohumu İzzət də ora gəlmiş və Raisa ilə onun arasında Fərmanın onun pulunu ələ keçirməsi barədə həmin vaxtı söhbət olmuşdur. Söhbət zamanı o, Fərmanın onun pulunu qaytarmasını Raisadan xahiş etmiş və Raisa ona oğlu Təqsirləndirilən şəxs 2018-ci ilin oktyabr ayının axırlarında Səxavətə vermək üçün ondan 11000 dollar pulu götürüb aparandan 6 ay sonra yəni 2019-cu ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs yenə də anası Raisaya demişdir ki, “Əkbər pulunun yerdə qalan 45500 ABŞ dolları pulunun hamısını istəyir, ona görə də Əkbərin evdə qalan həmin 45500 ABŞ dolları pulunu aparıb Əkbərə verməliyəm”. Raisanın ona deməsinə görə məhz elə 2019-cu ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs onun Raisaya saxlamaq üçün verdiyi puldan Səxavətə verdikdən sonra yerdə qalan 45500 ABŞ dolları pulu Raisanın ona verməsi ilə sandıqdan götürmüş və Raisaya da demişdir ki, “həmin pulu Əkbərə verməyə aparır”, lakin Fərman həmin pulu gətirib ona verməyərək ələ keçiribdir. Raisanın bunları ona deməsini bacıları Tamella və Elmira, həmçinin də İzzət eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 və Şahid7 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çoxdan tanıyır və aralarında dostluq münasibətləri vardır. 2018-ci ilin oktyabr ayında pul lazım olmuş, həmin ərəfələrdə Yevlax şəhəri ərazisində bazarda geyim malları mağazası işlətmiş, həmin mağazaya Türkiyədən geyim malları gətirməli olmuş, həmin vaxtı malları Gömrükdən keçirmək üçün pul lazım olmuş, çünki gələn malın pulunu yəni rüsumunu ödəməli olmuşdur. Buna görə də Əkbərdən 11000 dollar borc kimi pul istəmiş, bundan əvvəl Əkbərdən borc pul almamış, Əkbər də ona sabah gətirib pulu verəcəyini demiş, Əkbərdən istədiyi 11000 dollar pulu növbəti gün Fərman adlı şəxs gətirib Əkbərin iş yerinin yaxınlığında ona vermişdir. Əkbərdən götürdüyü pulu təxminən 2 ay sonra dəst şəkildə 11000 dollar olmaqla Əkbərin özünə qaytarmışdır. Əkbərdən heç vaxt sələmə pul götürməmişdir. X2 saxlamaq üçün pul verməsi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 30 ilə yaxındır ki, tanıyır və Əkbərlə ailəvi münasibəti olmuşdur. Şahid1 qızı və Təqsirləndirilən şəxs isə qohumlarıdır, onlarla münasibətləri də yaxşı olmuş, Əkbərlə Raisa və Fərman arasında da heç bir problem olmamışdır. Əkbərin Raisaya saxlamaq üçün 2015-ci ildə 56500 dollar pul verdiyini bilməmişdir. 2020-ci ilin avqust ayının 18-də Zərərçəkmiş şəxs ona Fərmanın anası Raisaya 2015-ci ildə saxlamaq üçün 56500 dollar pul verdiyini, həmin pulun 11000 dollarını Fərmanın onun tapşırığı ilə dollar dəyişən Səxavətə verdiyini, 2020-ci ilin avqust ayının 17-də isə Əkbərin iş yerində Fərmana 8500 dollar pul verərək anasının saxladığı 45500 dolların üzərinə qoymasını dediyini bildirmiş, sonra isə Fərman onu iki nəfər şəxsin bıçaqla vuraraq 54000 dollar pulunu alması ilə bağlı məlumat vermiş, hadisədən bir neçə gün sonra Raisadan 54000 dollar pulun harada olduğunu soruşmuş, Raisa isə həmin pulun 11000 dollarını Fərmanın Əkbərin tapşırığı ilə Səxavət adlı şəxsə verdiyini, qalan 45500 dolları isə iki dəfəyə evdən götürməklə Əkbərə qaytardığını dediyini bildirmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində Raisanın yaşadığı evdə Əkbər, Raisa və Fərmanın arvadı Xəyalə arasında həmin məsələ ilə bağlı söhbət olmuş, o da həmin söhbətdə iştirak etmiş, həmin vaxt Fərman digər otaqda olmuş, Raisa həmin vaxt Əkbərlə yaşadığı evi Əkbərin adına keçirtmək, sonra isə Əkbərin 54000 dollar ziyanını yavaş-yavaş ödəmələri barədə razılığa gəlmiş, lakin sonradan Raisa Əkbərin onları pis vəziyyətə qoymaq istədiyini bəhanə edərək razılaşmadan imtina etmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq Şahid5 göstərmişdir ki, Əkbərin 8000 dollar pul verdiyini Raisa da, Əkbərin özü də söhbət zamanı ona demiş, hətta Əkbər Raisagilə gələndə Fərmanın sandıqdakı pulu apardığını, hadisədən bir gün əvvəl axşam verdiyi 8 000 dolların necə olduğunu soruşmuş, cavab olaraq Raisa bildirmişdir ki, Fərmanın həmin pulu hara xərcləməsindən xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 yaxın qohumu, yəni oğlu olan təqsirləndirilən şəxsə qarşı ifadə verməkdən imtina etdiyindən, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 25 ildir ki, tanıyır, münasibətləri də normal olmuş, Əkbərlə heç bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs 2015-ci il tarixdə ona saxlamaq üçün 56500 ABŞ dolları məbləğində pul vəsaiti vermiş, Əkbərin məqsədi Bakı şəhərində ev almaq olmuş, Əkbər ona ailə üzvlərindən kiminsə pulunun olduğunu bilməsini istəmədiyini demiş, o da həmin pulu yaşadığı evdə sandıqda saxlamış, sandığın açarı da gəlini Xəyalədə olmuşdur. 2017 və ya 2018-ci ilin əvvəllərində Fərman ona Əkbərin 11000 ABŞ dolları məbləğindəki pul vəsaitini ona göndərməyini dediyini bildirmiş, o da pulun sandıqda olduğunu demiş, Fərman da sandıqdan 11000 ABŞ dolları götürərək Əkbərə vermək adı ilə aparmış, sonradan Əkbər də Fərmanın 11000 ABŞ dollarını verdiyini ona bildirmişdir. Sandıqda 11000 ABŞ dolları veriləndən sonra 45500 ABŞ dolları pul qalmalı olmuş, təxminən 6 ay sonra Fərman evdə olarkən Əkbərin evdə olan qalan pulunu istədiyini bildirmiş, O da Fərmana aparıb pulu verməsini demiş, pul həmin vaxt sandıqda kağıza bükülü formada olmuş, pulu saymadan Fərmana vermiş, Fərman da Əkbərə aparıb verəcəyini bildirmiş, oğlu Fərmanın yerdə qalan 45500 ABŞ dollarını Əkbərə aparıb verib-vermədiyindən xəbəri olmamış, Əkbər də qeyd edilən pulu Fərmandan alıb-almadığını ona deməmişdir. 18 avqust 2020-ci il tarixdə yeznəsi Teyyub qızının evinə gəlib onu öz evinə aparmış, evə çatanda polis əməkdaşlarını görmüş, nə baş verdiyini soruşduqda polis əməkdaşları ona Əkbərə məxsus pul vəsaitini Fərmanın ona vermədiyini bildirmişdir. Fərmandan nə baş verdiyini soruşduqda Fərman izahatını polisdə verdiyini, “məndən əl çəkin” demiş, hadisədən sonra Fərman onun xəbəri olmadan 11000 ABŞ dollarını Əkbərin istəyi əsasında Şahid3 verdiyini, evdə qalan 34500 ABŞ dolları məbləğində pul vəsaitini də Əkbərə qaytardığını bildirmiş, lakin pulun 11000 ABŞ dolları hissəsinin Fərman tərəfindən nə vaxt və hansı məbləğdə götürülməsindən xəbəri olmamış, Fərman ilə Əkbərin Bakıya getməsindən isə xəbəri olmamış, Əkbərin Fərmana 2020-ci ilin avqust ayının 17-də 8500 ABŞ dolları məbləğində pul vəsaiti verməsindən məlumatı olmamış, oğlu Fərmanın maaşla dolanan şəxs olduğundan qeyd edilən 8500 dollar pul vəsaitinin də ancaq Əkbərə məxsus ola biləcəyini demiş, nəticədə oğlu Fərman 2018-ci il tarixdə Əkbərin ona saxlamaq üçün verdiyi 45500 ABŞ dolları pulu ondan alıb Əkbərə qaytarmamış, həmçinin oğlu Fərmanın Əkbərə ona saxlamaq üçün verdiyi 45500 ABŞ dolları məbləğində pul vəsaitini aparıb Əkbərə qaytardığına da inanmamış, Fərmanın Əkbərə sələm borcu olması barədə məlumatı olmamış, Əkbərlə uzun müddət işləsə də sonuncunun kiməsə sələm verməsini görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 yaxın qohumu, yəni əri olan təqsirləndirilən şəxsə qarşı ifadə verməkdən imtina etdiyindən, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxsla ailəvi tanışlıqları olmuş, əri Təqsirləndirilən şəxslə Əkbər dost olmuş, 2015-ci ildə qaynanası Raisa Əkbərin saxlamağa pul verdiyini, həmin pulu sandığa qoyub bağlamağını ondan xahiş etmiş, sandığın açarı da özündə olmuş, Lakin pulun nə qədər olduğunu bilməmişdir. 2018-ci ildə səhv etmirsə payız aylarında, əri Fərman Əkbərin pulunu istədiyini demiş, o da sandığı açmış, əri birinci dəfə oradan pul götürüb qalanınıda yerinə qoyub Əkbərə vermək üçün aparmış, bundan sonra əri Fərman ikinci dəfə də Əkbərə aparıb pul vermək adı ilə sandıqdan yenə pul götürmüş, sonuncu dəfə isə əri dəqiq olaraq xatırlamadığı tarixdə Əkbərin pulunu istədiyini deyib pulun hamısını götürüb aparmışdır. Bundan sonra onların evində Əkbərin pulu olmamış, Fərmanın deməsinə görə həmin vaxtdan da Əkbər pulunun hamısını onlardan götürmüş, 17 avqust 2020-ci il tarixdə əri Fərman sabah Əkbərlə Bakıya getməli olduğunu demiş, o da nə məqsədlə getdiklərini soruşduqda Fərman Əkbərin Bakıdan ev almalı olduğunu, ona görə getdiklərini demiş, səhər saatlarında Fərman evdən çıxıb getmiş, 18 avqust 2020-ci il tarixdə səhər saat 06 radələrində Əkbərin bacısı Tamella zəng edərək Əkbərlə Fərmanın tutulduğunu bildirmiş, Fərmana zəng etmiş, lakin Fərman işinin olduğunu daha sonra zəng edəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuşdur. Həmin ifadəsində şahid göstərmişdir ki, 17 avqust 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Zərərçəkmiş şəxs mobil telefonla ona zəng edərək Bakı şəhərinə gedib-getməyəcəyimi soruşmuş, o da gedəcəyini bildirmiş, Əkbər maşında 2 boş yer saxlamağını xahiş etmiş, o da onların adını siyahıya yazmışdır. Əkbər onu Yevlax şəhərinin Karl Marks küçəsinin başından, digər şəxsi isə Yevlax şəhəri dəmiryol vağzalı istiqamətindən götürməli olduğunu demiş, 18 avqust 2020-ci il tarixdə saat təxminən 04:30 radələrində istifadəsində olan avtomobillə Yevlax şəhəri dəmiryol vağzalı istiqamətində dayanıb Əkbərin dediyi yerdə gözləməyə başlamış, təxminən 5 dəqiqə sonra Əkbərə zəng edərək dediyi şəxsin gəlmədiyini ona bildirmiş, Əkbər də həmin şəxsə zəng edəcəyini demiş, daha sonra Əkbər ona zəng edib həmin şəxsin ora gələcəyini, bir az gözləməyini xahiş etmiş, bundan təxminən 10 dəqiqə sonra 30-40 metr aralıda bir nəfər şəxsin “tez Əkbərə zəng et, məni vurdular” deyərək qışqırdığını eşitmiş, həmin şəxsdən yıxılıb-yıxılmadığını soruşmuş, o isə yıxılmadığını bildirmiş, dərhal Əkbərə zəng edib tanışının vurulduğunu, onu çağırdığını, maşında sərnişinlərin olduğunu, buna görə də getməli olduğunu deyərək maşına minib Bakı şəhərinə yola düşmüş, Əkbər də özünün gəlib təcili tibbi yardıma zəng edəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan 18.08.2020-ci il tarixli “Raport”dan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” xidmətinə zəng edərək tanışı Təqsirləndirilən şəxs adlı şəxsə 2 nəfər üzündə tibbi maska olan naməlum şəxsin yaxınlaşması və bıçaqla qarın nahiyəsinə xəsarət yetirərək 54000 ABŞ dolları məbləğində pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat vermişdir. (cild 01, iş vər. 05) Cinayət işinin materiallarında olan 18.08.2020-ci “Raport”dan görünür ki, Yevlax RMX-nın qeydiyyatçısı Xəlilova Yevlax RPŞ-yə telefonla məlumat verərək Yevlax şəhəri Dəmiryolu binası 27/14 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qarın nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etdiyini bildirmişdir. (cild 01, iş vər. 06) Cinayət işinin materiallarında olan 18.08.2020-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək 18 avqust 2020-ci il tarixdə saat təxminən 04:15 radələrində ona məxsus 54000 ABŞ dolları məbləğində pulun saxlamağa verdiyi Təqsirləndirilən şəxs qarın nahiyəsindən xəsarət yetirilərək əlindən alındığını bildirmiş və bu barədə araşdırma aparılmasını xahiş etmişdir. (cild 01, iş vər. 07) Cinayət işinin materiallarında olan 18.08.2020-ci il tarixli “İzahat”dan və ona əlavə olunan CD diskdəki video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Polis Şöbəsində əslində ona heç kimin xəsarət yetirmədiyini, aldığı xəsarətin özü tərəfindən yetirildiyini etiraf etmiş, Zərərçəkmiş şəxs məxsus pulun taleyi barədə sonradan təqsirləndirilən şəxs qismində ifadə verərkən qeyd etdiyi xüsusatlara uyğun, eyni məzmunlu izahat vermişdir. (cild 01, iş vər. 9-11) Cinayət işinin materiallarında olan 18.08.2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi yeri və bıçağı tulladığı yeri göstərmiş, həmin bıçaq aşkar edilərək qablaşdırılmaqla götürülmüş, daha sonra müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 01, iş vər. 12-17) Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.08.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlər – qarnın ön divarının kəsilmiş-deşilmiş yarası, dəsici-deşici alətin tiyəsinin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 18.08.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə onu deməyə əsas verir ki, bu növ xəsarətlər müxtəlif şəraitdə yetirilə bilər. Əl çatan nahiyədə yerləşdiyi üçün öz-özünə xəsarət yetirilmə nəticəsində əmələ gəlməsi istisna edilmir. (cild 01, iş vər. 27-28) Cinayət işinin materiallarında olan 16.09.2020-ci il tarixli 16/631 saylı məhkəməballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hzırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. (cild 01, iş vər. 53-54) Cinayət işinin materiallarında olan Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 26.01.2021-ci il tarixli 43 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O,hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. O, hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmk iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmk iqtidarındadır. (cild 02, iş vər. 130-132) Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və başqa şəxslərə sələmə pul verməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan 26.05.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 və Şahid2 Rasi qızı barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, habelə Təqsirləndirilən şəxs barəsində CM-nin 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs xəsarət alması faktında ona qarşı quldurluq hərəkətləri edilmədiyi müəyyən edildiyindən, CM-nin 181-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (cild 03, iş vər. 114-131) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dələduzluq cinayətini ehtiva edir. Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını təkrar ələ keçirmə CM-nin 178.2.2 və 178.3.2-ci maddələri ilə məsuliyyətə səbəb olur. CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmçinin həmin qərarda göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Yuxarıda qeyd olunanları əsas götürən və cinayət işinin materiallarında olan sübutlara, o cümlədən işin faktiki hallarına nəzər yetirən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməklə qəsdən dələduzluq etmişdir. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli özünün ibtidai istintaqın ilkin mərhələsində qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, o cümlədən şahidlər Şahid1 və Şahid2m qızının ibtidai istintaq zamanı verdiyi ifadələri, habelə cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi və ibtidai istintaqın ilkin mərhələsində Zərərçəkmiş şəxs periodik olaraq sələmə pul alması, hazırda da ona 30000 manat faizi ilə birlikdə borcunun olması, lakin Zərərçəkmiş şəxs məxsus və saxlamaq üçün onlara verilən pulları sonuncuya qaytarması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, qeyd edilənlər məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikasıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd etdikləri iş materialları ilə tam təkzib olunur. Əksinə onun sözügedən cinayət əməllərini törətməsi yuxarıda da göstərildiyi kimi biri-digərini tamamlayan və üst-üstə düşən sübutlar vasitəsi ilə tam təsdiq olunur. Müdafiə tərəfin iş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələrin cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən, etibarsız sübut kimi qəbul edilməklə onların sübutlar siyahısından xaric edilməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulamağı zəruri sayır ki, sözügedən şahidlər təqsirləndirilən şəxsin yaxın qohumu olduğundan, cinayət prosessual qanunvericiliyin tələbləri gözlənilməklə, yəni CPM-nin 20-ci maddəsinin müddəaları təmin edilərək həmin şəxslərə yaxın qohumları əleyhinə ifadə verməmək hüquqları izah olunmaqla həmin şəxslər dindirilmiş və onlar heç bir təsir və təzyiq altında qalmadan sərbəst şəkildə öz ifadələrini vermişlər. Məhkəmə istintaqı zamanı isə ümumiyyətlə ifadə verməkdən və suallara cavab verməkdən imtina etdiklərindən, onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq olunmuşdur. Odur ki, həmin ifadələrin etibarsız sübut kimi qəbul edilməklə onların sübutlar siyahısından xaric edilməsi ilə bağlı müdafiə tərəfin etirazı əsaslı sayılaraq təmin edilə bilməz. Məhkəmə məhz həmin ifadələrin cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşdüyü və obyektiv həqiqəti əks etdirdiyi qənaətinə gələrək, onları təqsirləndirilən şəxsə qarşı elan olunmuş ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Cinayət işinin materiallarında olan arayışdan, şəxsiyyət vəsiqəsinin surətindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi (anası, arvadı, 2000-ci il və 2018ci il təvəllüdlü iki övladı) ilə birlikdə Yevlax şəhəri, Dəmiryolu binası 27/4 ünvanında qeydiyyatdadır və yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 121- 123) Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 86) Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan heç bir məbləğin qaytarılmamasını və yuxarıda adı çəkilən Plenum qərarında göstərilənləri əsas götürərək ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Belə ki, cəzanın məqsədlərindən biri məhkumun islah edilməsi olduğu halda, digər məqsədi də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Məhkəmə hesab edir ki, şəxsə təyin edilən cəza onun islah olunmasına xidmət etməklə yanaşı, digər şəxslərin də gələcəkdə bu qəbildən olan cinayətləri törətməsindən çəkindirməsində xüsusi rol oynaya bilər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 07.12.2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 281) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 09.12.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər.41-42) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun tutulduğu, həbsdə müddət cəzasına hesablanmaqla cəzaçəkməsinin əvvəli 07.12.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 31,50 AZN (otuz bir manat, əlli qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 31,50 AZN (otuz bir manat, əlli qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-159/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-159/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver