Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-159/2022 13.07.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: X9, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və X7, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X5, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Şamaxı rayonu Qurdtəpə kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, Şamaxı rayonu Qurdtəpə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 mart 2022-ci il tarixdə saat 22 radələrində Ağsu rayonu Cəfərli kəndi ərazisində yerləşən X3 məxsus fermada olan evin mətbəx otağında Şamaxı rayonu Qurdtəpə kəndində qeydiyyatda olmaqla həmin fermada çoban işləyən və yaşayan qardaşı Şahid3, onun arvadı Şahid4 “8 X8 günü” münasibətilə hədiyyə alması ilə bağlı Şahid3la aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı mübahisəyə müdaxilə edərək onları sakitləşdirmək istəyən digər qardaşı Zərərçəkmiş şəxs ona sillə vurmasından hiddətlənərək, mətbəxdə olan stolun üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, sonuncuya, yetirilən andan həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid qarın boşluğunun sol yarısından qarın boşluğunu dəlib keçən mədənin zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yarası xəsarətini yetirib, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş, həmin ifadəsində göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə Kürdəmir rayonu Sorsor kəndində yaşayan qardaşı Nurməhəmməd ailəsi ilə birlikdə Ağsu rayonu Cəfərli kəndi ərazisində yerləşən həmin kənd sakini Alxan Paşayevə məxsus olan və onun atası Şahid1, anası Şahid2, qardaşı Şahid3 və həyat yoldaşı Rəfiqə ilə birlikdə yaşadığı fermaya qonaq gəlmiş, həmin vaxt qardaşı Şahid3 “8 mart qadınlar bayramı günü” münasibətilə anası Səadətə, arvadı Rəfiqəyə və qardaşı Nurməhəmmədin arvadı Nayıbəyə hədiyyə almışdır. Elməddin hədiyyələri verdikdən sonra saat 22 radələrində işlədikləri və yaşadıqları fermada birlikdə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmişdir. Yemək yedikdən sonra Nurməhəmməd yatmaq üçün ailəsi ilə birlikdə həmin fermada olan başqa evə getmiş, Elməddinin Rəfiqəyə aldığı hədiyyələrin içərisində gün əleyhinə kremi görüb həmin kremin xoşuna gəlmədiyini bildirmişdir. Bir az sonra o, həmin kremi Rəfiqədən alıb odun sobasının içərisinə atmış, onun bu hərəkəti Elməddinin xoşuna gəlmədiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə daha da böyüyərək Elməddinlə əlbəyaxa olmuş, bu zaman anası Səadət və atası Rafiq onların arasına girərək aralaşdırmışlar. Onların mübahisəsini görüb anasının halı pisləşmiş və burnundan qan axmışdır. Sonra isə qardaşı Nurməhəmməd mübahisəni eşidib onların olduğu yerə gəlmiş və onlara mübahisə etməməyi bildirmişdir. Elməddinə tərəf getmək üçün dartınmış, Nurməhəmməd isə onun qarşısında dayanıb Elməddinə tərəf getməyə icazə verməmişdir. Bu zaman qardaşı Nurməhəmməd onu sakitləşdirmək üçün əsəbi halda onun sifətinin sol nahiyəsindən bir şillə vurmuş, Nurməhəmmədin onu şillə ilə vurmasından əsəbiləşib stolun üstündə olan mətbəx bıçağını götürüb Nurməhəmmədin qarın nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Nurməhəmməd zərbənin təsirindən arxaya çəkilmiş, əlində qalan bıçağın üzərində qan olduğunu görmüşdür. Sonra bıçağı yerə atmış, anası və atası onları aralaşdırmışdır. Sonra o, atası Rafiqlə birlikdə qardaşı Nurməhəmmədi ona məxsus avtomobillə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşimançılıq keçirtmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə Ağsu rayon Cəfərli kəndində yerləşən atası, anası və qardaşlarının işlədikləri fermaya qonaq getmiş, həmin gün qardaşı Elməddin 8 mart qadınlar bayramı günü münasibətilə anası Səadətə, onun arvadı Nayıbəyə və Əmrahın arvadı Rəfiqəyə hədiyyə almışdır. Elməddin hədiyyələri verdikdən sonra saat 22 radələrində birlikdə yemək yeyən zaman Əmrah və o, bir qədər spirtli içki qəbul etmiş, yemək yedikdən sonra öz ailəsi ilə birlikdə yatmaq üçün həmin fermada olan başqa evə getmişdir. Uzanıb yatmağa hazırlaşarkən Əmrahın arvadı Rəfiqə onun olduğu yerə gələrək Əmrah və Elməddinin mübahisə etdiklərini bildirmiş, tez ayağa qalxıb Əmrah və Elməddinin olduğu yerə getmişdir. Əmrah və Elməddin mübahisə etdiyini görüb mübahisəni qurtarmağı, sakitləşməyi bildirmiş, lakin Əmrah və Elməddin sakitləşməyərək mübahisəni davam etdirmişlər. Həmin vaxt anası Şahid2 burnundan qan axdığını görüb sonuncunu qardaşı Əmrahın vurduğnu hesab etmiş, buna görə əsəbiləşərək Əmraha tərəf getmişdir. Əmrah isə həmin vaxt əsəbi halda Elməddinə tərəf getmək istəmiş, bu zaman sakitləşdirmək məqsədilə Əmrahın sifətinin sol nahiyəsindən bir dəfə şillə vurmuşdur. Əmraha şillə vurduqdan sonra sonuncu orada olan stolun üzərindəki bıçağı götürüb onun qarnının sol tərəfindən bir bıçaq zərbəsi vurmuşdur. Zərbənin təsirindən geri çəkilmiş və ona bıçaq batdığını bildirmişdir. Sonra Əmrah və atası onu avtomobilə mindirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 mart 2022-ci il tarixdə Kürdəmir rayonu Sorsor kəndində yaşauan oğlu Nurməhəmməd ailəsi ilə birlikdə onların yaşadıqları və işlədikləri fermanın olduğu Ağsu rayonu Cəfərli kəndinə qonaq gəlmiş, digər oğlu Elməddin 07 mart 2022-ci il tarixdə “8 mart qadınlar bayramı günü” münasibətilə ona, gəlinləri Rəfiqəyə və Nayıbə hədiyyə almışdır. Elməddin onların hədiyyəsini verdikdən sonra saat 22 radələrində yemək yedikdən sonra Nurməhəmməd ailəsi ilə birlikdə həmin fermada olan başqa evə getmiş, Elmədinin Rəfiqəyə aldığı hədiyyələrin içərisində gün əleyhinə kremi görüb həmin kremi xoşuna gəlmədiyini bildirdikdən sonra kremi odun sobasının içərisinə atmışdır. Əmrahın bu hərəkəti Elməddinin xoşuna gəlmədiyi aralarında əvvəl sözlə, sonra isə əlbəyaxa mübahisə yaranmışdır. Bu zaman gəlini Rəfiqə Əmrah və Elməddini aralaşdırmaqdan ötrü Nurməhəmmədin olduğu yerə getmiş, əri Rafiqlə birlikdə Əmrahla Elməddini aralaşdırmağa çalışmışlar. Mübahisə zamanı onun halı pisləşərək burnundan qan axmış, sonra həmin yerə Nurməhəmməd gələrək Elməddinlə Əmraha mübahisə etməməyi bildirmişdir. Nurməhəmməd onun burnundan qan axdığını görüb bunu Əmrahın etdiyini fikirləşmişərək və sonuncunu sakitləşdirmək məqsədilə Əmrahın sifət nahiyəsindən bir şillə vurmuş, Əmrah da əsəbləşib stolun üstündə olan mətbəx bıçağını götürüb Nurməhəmmədin qarın nahiyəsindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Onlar tez Əmrahla Nurməhəmmədi aralaşdırmış, sonra Əmrah Rafiqlə birlikdə Nurməhəmmədi Əmraha məxsus avtomobillə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid2 Gülbala qızının yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 43 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: qarın boşluğunun sol yarısından qarın boşluğunu dəlib keçən mədənin zədələnməsinə səbəb olan deşilmiş-kəsilmiş yara. Qeyd olunan xəsarət iti uc və iti kənara malik olan alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və vaxta-yəni xx.xx.2022-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərcəsinə görə həyat üçün təhlükəli hal olduğu üçün sağlamlığa ağır zərərvurmaya aiddir. Həmin xəsarətlərin müxtəlif deşici kəsici alətlə eləcə də ekspertizaya təqdim olunmuş bıçaqla yetirilməsi mümkündür. Xəsarətin yerləşməsini, mexanizmini və yara kanalının istiqamətini nəzərə alaraq bıçağın kənara atılması nəticəsindən yetirilməsi inandırıcı deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 28 aprel 2022-ci il tarixli 1073 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsin cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2020-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağsu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Şamxı rayon İcra Hakimiyyəti Başçısının Qurdtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli, 35 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Qurdtəpə kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Elnur Mənəfov ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qardaşı olan zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, cinayət törətdikdən sonra zərərçəkmiş şəxsə yardım etməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirməsi, qardaşı olan zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, hadisəni törətdikdən bilavasitə sonra əməlindən peşmançılıq keçirərək zərərçəkmişi özünə məxsus avtomaşınla xəstəxanaya apararaq yardım etməsi kimi hallar əsas verir. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişdirməmək və spirtli içki qəbul etməmək vəzifələri qoyulmаlıdır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanı şərti olaraq tətbiq edərkən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci maddəsinin də tələbini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında itizam qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı, barəsində seçimiş başqa yerə getməmək haqqında itizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutlaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək və spirtli içki qəbul etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 64 AZN (altmış dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Ağsu Rayon Polis Şöbəsində saxlanılan bir ədəd mətbəx bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilərək dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-159/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-159/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver