Məhkəmə qərarları › İş №1(091)-159/2023

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-159/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-159/2023 10.08.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1984-cü ildə Ucar rayonunun Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.3 və 170.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 09 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ucar rayonunun Bərgüşad kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1985-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə 02 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Beyləqan rayonunun Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin iradəsinə zidd hərəkətlər edərək adam oğurlamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində evlənmək niyyəti ilə həmkəndlisi, xx xxxxxx 1998-ci ildə doğulmuş Zərərçəkmiş şəxs onun iradəsinə zidd oğurlamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evin həyətyanı bağ sahəsinə daxil olaraq gizlənib, həmin tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs evin həyətyanı bağ sahəsində yerləşən sanitar qovşağa tərəf gəldiyini görərək sanitar qovşağın içərisinə keçib onun ağız nahiyəsini və saçlarını əlləri ilə tutaraq iradəsindən kənar surətdə zorla oradan çıxarıb qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs sol tərəf alt çənənin qançırı və şişkinliyi, sol çənəaltı nahiyənin, hər iki əlin arxa səthinin çoxsaylı sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamalığa zərər vurmayan xəsarətlər yetirməklə, sonuncunu oğurlamaq üçün iradəsinə zidd olan bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri edib, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən zorla çıxarıb Ucar rayonunun Bərgüşad kənd sakini Şahid1 yaşadığı evin arxa hissəsində saxladığı “Kia Rio” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına aparıb avtomobilə əyləşdirərkən Şahid1 səs-küyə həyətə çıxaraq ona müdaxilə etməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə əməllərini başa çatdıra bilməyərək adam oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin iradəsinə zidd hərəkətlər edərək adam oğurlamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində evlənmək niyyəti ilə həmkəndlisi, xx xxxxxx 1998-ci ildə doğulmuş Zərərçəkmiş şəxs onun iradəsinə zidd oğurlamaq məqsədi olan Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonunun Bərgüşad kəndində yerləşən evin həyətyanı bağ sahəsinə daxil olaraq gizlənib, həmin tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs evin həyətyanı bağ sahəsində yerləşən sanitar qovşağa tərəf gəldiyini görərək Təqsirləndirilən şəxs1 sanitar qovşağın içərisinə keçib onun ağız nahiyəsini və saçlarını əlləri ilə tutaraq iradəsindən kənar surətdə zorla oradan çıxardıqdan sonra onunla birlikdə Zərərçəkmiş şəxs sol tərəf alt çənənin qançırı və şişkinliyi, sol çənəaltı nahiyənin, hər iki əlin arxa səthinin çoxsaylı sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, sonuncunu oğurlamaq üçün iradəsinə zidd olan bilavasitə cinayət törətməyə yönəlmiş bütün hərəkətləri edib, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı bağ sahəsindən zorla çıxarıb Ucar rayonunun Bərgüşad kənd sakini Şahid1 yaşadığı evin arxa hissəsində saxladığı “Kia Rio” markalı, **- AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına aparıb avtomobilə əyləşdirərkən sonuncunun səs-küyə həyətə çıxaraq ona müdaxilə etməsi səbəbindən iradəsindən asılı olmayan səbəblərə görə əməllərini başa çatdıra bilməyərək adam oğurlamağa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 29, 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə evlənmək arzusunda olması ilə bağlı sonuncunun anası Şahid2 ilə söhbət etmiş və anası qohumları ilə məsləhətləşmələr aparacağını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 13 yanvar 2023-cü ildə axşam vaxtı sonuncunun yaşadığı evin həyətinə daxil olub Zərərçəkmiş şəxs sanitar qovşağın yaxınlığından oğurlayaraq avtomobilin dayandığı yerə tərəf gətirmişlər. Orada olan zaman Zərərçəkmiş şəxs səs-küy saldığı üçün Şahid1 və ailə üzvləri oraya gələrək maşını əhatəyə almışlar və Şahid1 polis çağıracağını və Zərərçəkmiş şəxs buraxmasını dediyi üçün sonuncunu oğurlaya bilməmişlər, lakin həmin vaxt Şahid1 dediklərinə fikir verməyərək Zərərçəkmiş şəxs oğurlamağa imkanları olmuşdur. Daha sonra Şahid1 Zərərçəkmiş şəxs özünə məxsus olan fərdi yaşayış evinə aparmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Soltan qızı onun həmkəndlisidir. Zərərçəkmiş şəxs qarşı sevgi hissləri olduğu üçün 2016-cı ildə sonuncunu evlənmək məqsədilə oğurlamağa cəhd etdiyi üçün azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 ilə isə 1 il əvvəl qardaşının toyunda olan zaman tanış olmuş və həmin vaxtdan münasibətləri yaranmışdır. O, cəzasını çəkib qurtardıqdan sonra cəzaçəkmə müəssisəsindən buraxılmış və cəza çəkdiyi müddət ərzində Zərərçəkmiş şəxs evlənməməsi səbəbindən sonuncunun onu gözlədiyini düşünmüşdür. Bundan sonra, o, telefon vasitəsilə Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq sonuncunu yaşadığı Ucar rayonunun Bərgüşad kəndinə dəvət etmiş və Təqsirləndirilən şəxs2 da həmin kəndə gəlmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs2 evlənmək məqsədilə bir nəfər xanımı oğurlamaq arzusunda olduğunu bildirərək bununla bağlı ona kömək etməsini xahiş etmiş və qarşılığında hörmət edəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 isə onunla razılaşmış və evlənəcəyi xanım razı olacağı təqdirdə kömək edəcəyini demişdir. Zərərçəkmiş şəxs onunla getmək istəmədiyini və narazı olduğunu bilsə də gələcəkdə sonuncunu razı salacağını güman edərək oğurlamaq qərarına gəlmiş, Təqsirləndirilən şəxs2 da evlənəcəyi xanımın razı olduğu barədə yalan məlumat vermişdir. Əldə olunmuş razılaşmaya əsasən 07 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib bağın içərisində gözləmişlər, lakin Zərərçəkmiş şəxs gəlmədiyi üçün sonuncunu oğurlaya bilməyib həmin yeri tərk etmişlər. Bundan bir müddət sonra 13 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində telefon vasitəsilə Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq Ucar rayonunun Bərgüşad kəndinə gəlməsini və Zərərçəkmiş şəxs oğurlayacaqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 da onunla razılaşaraq həmin gün saat təxminən 17 radələrində Ucar rayonunun Bərgüşad kəndinə gəlmişdir. Daha sonra aralarında əldə olunmuş razılaşmaya əsasən o və Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə Şahid1 yaşadığı ünvanın arxa tərəfinə getmişlər və Təqsirləndirilən şəxs2 avtomobili orada saxlamışdır. Daha sonra onlar avtomobildən düşmüşlər və Zərərçəkmiş şəxs yaşadığı ünvanda yerləşən bağa getmişlər. O, orada olan sanitar qovşağın yanında, Təqsirləndirilən şəxs2 isə ondan təxminən 10-15 metr kənarda ağacların arasında gizlənmişdir. Həmin tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq bağa tərəf gəldiyini görmüş və sonuncunun sanitar qovşağa gəldiyini düşünüb sanitar qovşağa daxil olub orada gözləmiş, Təqsirləndirilən şəxs2 isə əvvəl dayandığı yerdə qalmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs sanitar qovşağa daxil olan kimi o, sonuncunu tutaraq sanitar qovşaqdan çölə çıxarmış və Zərərçəkmiş şəxs sanitar qovşaqla arxın arasında olan cığıra tərəf aparmışdır. Yer palçıq olduğu üçün Zərərçəkmiş şəxs orada yerə yıxılmış və əlindən mobil telefon yerə düşmüşdür. Təqsirləndirilən şəxs2 yaxınlaşıb mobil telefonu sudan götürən zaman Zərərçəkmiş şəxs qışqırmağa başladığı üçün o, əli ilə sonuncunun ağız nahiyəsini bağlamışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qolundan tutaraq ayağa qaldırmaqda köməklik etmiş, bundan sonra isə bağdan çıxmışdır. O, Zərərçəkmiş şəxs bağdan çıxardıqdan sonra bağın taxta materialdan hazırlanmış giriş qapısının qarşısında yerə yıxılmışlar və həmin vaxt o, Təqsirləndirilən şəxs2 köməklik etməsini xahiş etmiş, sonuncu isə ona Zərərçəkmiş şəxs narazı olduğunu bildirərək əvvəlcə köməklik etməkdə tərəddüd etmişdir. Lakin daha sonra o, Təqsirləndirilən şəxs2 həmin yerə birlikdə gəldiklərini deyərək köməklik etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs2 sonuncu ilə razılaşmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ayaqlarından, o isə baş nahiyəsindən tutmuş və həmin şəkildə qeyd olunan cığırla bağın çıxışına tərəf hərəkət etmişlər. Həmin müddət ərzində Zərərçəkmiş şəxs qışqıraraq müqavimət göstərməyə çalışmış, buna baxmayaraq onlar yollarına davam etmişlər və bir müddət hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs yenidən yerə yıxılmış və qışqırmağa davam etmişdir. O, yenidən Təqsirləndirilən şəxs2 köməklik etməsini xahiş etmiş, sonuncu da Zərərçəkmiş şəxs ayaqlarından tutmaq istəsə də Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 təpik zərbəsi endirdiyi üçün buna nail ola bilməmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əynində olan şalvarın bel hissəsindən tutsa da sonuncu yenidən təpiklə zərbə endirdiyi üçün Təqsirləndirilən şəxs2 buraxmaq məcburiyyətində qalmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs qolundan və ağız nahiyəsindən tutmaqla cığırla aparmağa davam etmişdir və Şahid1 evinin yaxınlığında saxladıqları avtomobilə tərəf hərəkət etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən qışqırmağa davam etdiyi üçün Şahid1 yaşadığı evdən çıxaraq onlara tərəf yaxınlaşmışdır. Şahid1 bu şəkildə qızın oğurlanmayacağını ona irad tutduqdan sonra o, artıq Zərərçəkmiş şəxs oğurlanmasının mümkün olmayacağını və Şahid1 müdaxilə edəcəyini düşünərək Zərərçəkmiş şəxs buraxmaq məcburiyyətində qalmışdır. Şahid1 Zərərçəkmiş şəxs özü ilə evlərinə aparmış, o isə Təqsirləndirilən şəxs2 yanacaq üçün 30 manat pul vermiş və sonuncu həmin yeri tərk edib getdikdən sonra o da qeyd olunan yeri tərk etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 evlənmək məqsədilə şəxsi oğurlamağın cinayət əməli olduğunu demiş, Təqsirləndirilən şəxs1 isə ona Zərərçəkmiş şəxs ilə bir-birilərini sevdiklərini, sonunucunun onunla getməyə razı olduğunu, lakin anasının narazı oldunu bildirmiş və qeyd olunan səbəbdən Zərərçəkmiş şəxs özünün taksi vasitəsilə gələ bilmədiyini qeyd etmiş, buna görə də o, Təqsirləndirilən şəxs1la razılaşmışdır. Əvvəlcə kənarda olduğu üçün Zərərçəkmiş şəxs müqavimət göstərdiyini görməmiş, onlara tərəf yaxınlaşdıqda isə sonuncunun narazılıq etdiyini müşahidə etmiş və Təqsirləndirilən şəxs1 bu barədə məlumat verərək Zərərçəkmiş şəxs sərbəst buraxmasını və getməli olduqlarını demiş, lakin Təqsirləndirilən şəxs1 bura qədər gəldiklərini dediyi üçün və sonuncu ilə aralarında dostluq münasibəti olduğuna görə heç nə deməmişdir. Yağış yağdığı üçün yer palçıq olduğundan Zərərçəkmiş şəxs bir dəfə yıxılmış, o da əvvəlcə sonuncunu ayağa qaldırmaqda, daha sonra isə sonuncunu kanalı keçirməkdə Təqsirləndirilən şəxs1 kömək etmişdir. Zərərçəkmiş şəxs avtomobilin yanına gətirdikdən sonra isə Şahid1 və ailə üzvləri avtomobili əhatəyə aldıqları və əllərində bel, balta və s. alət və vasitələr olduğu üçün Zərərçəkmiş şəxs apara bilməmişlər. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, idarə etdiyi “Kia Rio” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs baş vermiş hadisəyə qədər tanımamış, Təqsirləndirilən şəxs1 ilə isə təxminən 1 il əvvəl qardaşının toyunda tanış olmuşdur. 07 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək onu yaşadığı Ucar rayonunun Bərgüşad kəndinə dəvət etmiş və o da həmin kəndə gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs1 evlənmək arzusunda olduğu xanımı oğurlamaq istədiyini bildirərək bununla bağlı ona kömək etməsini xahiş etmiş və qarşılığında hörmət edəcəyini qeyd etmişdir. O isə Təqsirləndirilən şəxs1la razılaşmış və evlənəcəyi xanım razı olacağı təqdirdə kömək edəcəyini demişdir. Əldə olunmuş razılaşmaya əsasən 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana gedib bağın içərisində gözləmişlər, lakin Zərərçəkmiş şəxs gəlmədiyi üçün sonuncunu oğurlaya bilməyib həmin yeri tərk etmişlər. O, 13 yanvar 2023cü il tarixdə saat təxminən 13 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək Ucar rayonunun Bərgüşad kəndinə gəlməsini və Zərərçəkmiş şəxs oğurlayacaqlarını bildirmişdir. O da sonuncu ilə razılaşaraq həmin gün saat təxminən 17 radələrində Ucar rayonunun Bərgüşad kəndinə gəlmişdir. Daha sonra aralarında əldə olunmuş razılaşmaya əsasən o və Təqsirləndirilən şəxs1 birlikdə onun idarə etdiyi avtomobil ilə Şahid1 yaşadığı ünvanın arxa tərəfinə getmişlər və o, avtomobili orada saxlamışdır. Daha sonra onlar avtomobildən düşmüşlər və Zərərçəkmiş şəxs yaşadığı ünvanda yerləşən bağa getmişlər. Təqsirləndirilən şəxs1 orada olan sanitar qovşağın yanında, o isə sonuncudan təxminən 10-15 metr kənarda ağacların arasında gizlənmişdir. Həmin tarixdə təxminən saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq bağa tərəf gəldiyini görmüş, bu zaman Təqsirləndirilən şəxs1 sonuncunun sanitar qovşağa gəldiyini düşünüb sanitar qovşağa daxil olub orada gözləmiş, o isə əvvəl dayandığı yerdə qalmışdır. Bir qədər sonra Zərərçəkmiş şəxs da sanitar qovşağa daxil olan kimi Təqsirləndirilən şəxs1 sonuncunu tutaraq sanitar qovşaqdan çölə çıxarmış və Zərərçəkmiş şəxs sanitar qovşaqla arxın arasında olan cığıra aparmışdır. Yer palçıq olduğu üçün Zərərçəkmiş şəxs orada yerə yıxılmış və əlindən mobil telefon yerə düşmüşdür. O, yaxınlaşıb mobil telefonu götürən zaman Zərərçəkmiş şəxs qışqırmağa başladığı üçün Təqsirləndirilən şəxs1 əli ilə sonuncunun ağız nahiyəsini bağlamışdır. O isə Zərərçəkmiş şəxs qolundan tutaraq ayağa qalxmaqda köməklik etmiş, bundan sonra isə bağdan çıxmışdır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bağdan çıxardıqdan sonra bağın taxta materialdan hazırlanmış giriş qapısının qarşısında yerə yıxılmışlar və həmin vaxt Təqsirləndirilən şəxs1 ondan köməklik etməsini xahiş etmiş, o həmin vaxtadək Zərərçəkmiş şəxs narazı olduğunu bilməmiş, bu haqda sonra məlumatı olmuş və Təqsirləndirilən şəxs1 qızın narazı olduğunu bildirərək əvvəlcə köməklik etməkdə tərəddüd etmişdir. Lakin daha sonra Təqsirləndirilən şəxs1 həmin yerə birlikdə gəldiklərini deyərək köməklik etməsini xahiş etdikdə o, sonuncu ilə razılaşmışdır. O, Zərərçəkmiş şəxs ayaqlarından, Təqsirləndirilən şəxs1 isə baş nahiyəsindən tutmuş və həmin şəkildə qeyd olunan cığırla bağın çıxışına tərəf hərəkət etmişlər. Həmin müddət ərzində Zərərçəkmiş şəxs qışqıraraq müqavimət göstərməyə çalışmış, buna baxmayaraq onlar yollarına davam etmişlər və bir müddət hərəkət etdikdən sonra Zərərçəkmiş şəxs yenidən yerə yıxılmış və qışqırmağa davam etmişdir. Təqsirləndirilən şəxs1 yenidən ondan köməklik etməsini xahiş etmiş, o da Zərərçəkmiş şəxs ayaqlarından tutmaq istəsə də, sonuncu ona təpik zərbəsi endirdiyi üçün buna nail ola bilməmişdir. O, Zərərçəkmiş şəxs əynində olan şalvarın bel hissəsindən tutsa da sonuncu yenidən təpiklə zərbə endirdiyi üçün o, Zərərçəkmiş şəxs buraxmaq məcburiyyətində qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qolundan və ağız nahiyəsindən tutaraq cığırla aparmağa davam etmiş və Şahid1 evinin yaxınlığında saxladıqları avtomobilə tərəf hərəkət etmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən qışqırmağa davam etdiyi üçün Şahid1 yaşadığı evdən çıxaraq onlara tərəf yaxınlaşmışdır. Şahid1 bu şəkildə qızın oğurlanmayacağını Təqsirləndirilən şəxs1 irad tutduqdan sonra sonuncu artıq Zərərçəkmiş şəxs oğurlanmasının mümkün olmayacağını, Şahid1 müdaxilə edəcəyini düşünərək Zərərçəkmiş şəxs buraxmaq məcburiyyətində qalmış və Şahid1 Zərərçəkmiş şəxs özü ilə evlərinə aparmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 belə danışmadığını, əvvəl başqa şey dediyini, hazırda isə başqa məsələnin şahidi olduğunu deyib irad tutaraq ona yanacaq üçün pul verməsini bildirmiş, Təqsirləndirilən şəxs1 da ona 30 manat pul verdikdən sonra o, həmin yeri tərk edib getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o və Təqsirləndirilən şəxs1 Ucar rayonunun Bərgüşad kəndində yaşayırlar. Təqsirləndirilən şəxs1 bir neçə dəfə onunla evlənmək istədiyini bildirsə də o, razı olmamışdır. 2016-cı ildə isə Təqsirləndirilən şəxs1 onu oğurlamağa cəhd etdiyi üçün barəsində cinayət işi başlanmış və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 13 yanvar 2023cü il tarixdə saat təxminən 20 radələrində evdən çıxıb təxminən 35-40 metr məsafədə yerləşən sanitar qovşağa getmiş və oraya daxil olduqda bilmədiyi şəxs arxa tərəfdən yaxınlaşıb ağız nahiyəsindən tutaraq onu çölə çıxarmışdır. Həmin şəxs sol əli ilə onun ağız nahiyəsindən, sağ əli ilə isə saçından tutmuş və onu sanitar qovşaqdan çıxarıb sanitar qovşaqla arxın arasında olan cığıra aparmışdır. Yer palçıq olduğu üçün o, orada yerə yıxılmış və əlindən mobil telefon yerə düşmüşdür. Bu zaman bir nəfər şəxs yaxınlaşıb mobil telefonu götürən zaman o, qışqırmağa başladığı üçün arxadan onu tutan şəxs əli ilə onun ağız nahiyəsini bağlamış, digər şəxs isə onun qolundan tutaraq ayağa qaldırmaqda köməklik etmiş, bundan sonra isə bağdan çıxmışdır. Arxadan tutan şəxs onu bağdan çıxardıqdan sonra bağın taxta materialdan hazırlanmış giriş qapısının qarşısında olan zaman başında olan papağı çıxarıb yerə atmış, orada olan zaman yerə yıxılmışlar və o, qışqırmağa başlamışdır. Bu zaman arxadan onu tutan şəxs ona qışqırmamasını demiş, səsinə görə həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Daha sonra onlar hərəkət edərək onu Şahid1 evinin yaxınlığına gətirmişlər. O, həmin yerdə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili görüb yenə də qışqırmış və bu zaman səsküyə Şahid1 həmin yerə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun qolundan tutub avtomobilə əyləşdirmək istəmiş, lakin Şahid1 bu şəkildə qızın oğurlanmayacağını Təqsirləndirilən şəxs1 irad tutduqdan sonra sonuncu onu buraxmışdır. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır və həmin şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evindən çölə çıxdıqda Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs əl-ələ tutaraq gəldiklərini və sonuncunun ağladığını görmüş, lakin ağlamasının səbəbini, habelə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs zorla və ya onun istəyi ilə gətirdiyini bilməmişdir. O, etdiyi bu əmələ görə Təqsirləndirilən şəxs1 həbs oluna biləcəyini dedikdə sonuncu onunla razılaşaraq Zərərçəkmiş şəxs buraxmışdır. Daha sonra isə həm Təqsirləndirilən şəxs1, həm də Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun anasına zəng etmiş və bir müddət sonra Zərərçəkmiş şəxs anası oraya gələrək qızını aparmışdır. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. 13 yanvar 2023-cü il tarixdə təxminən saat 20 radələrində yaşadığı fərdi yaşayış evində olan zaman çöl tərəfdən səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün darvazadan çölə çıxdıqda evin arxa tərəfində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin olduğunu, qohumu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və yanında olan tanımadığı şəxsin zorla avtomobilə əyləşdirmək istədiklərini görüb onlara tərəf yaxınlaşmış və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamalarına irad tutub sonuncunu buraxmasını tələb etmiş və bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs buraxmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs özünə məxsus olan fərdi yaşayış evinə aparıb anası Şahid2 zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş və bir müddət sonra sonuncu oraya gəlib qızını özünə məxsus olan fərdi yaşayış evinə aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 14 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və tanımadığı bir nəfər şəxsin onu oğurlamağa cəhd göstərmələrini qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Ucar rayonunun Bərgüşad kəndidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və digər şəxs tərəfindən oğurlanmağa cəhd olunduğu yeri göstərmiş, oradan aşkar olunmuş bir ədəd papağın hadisə vaxtı Təqsirləndirilən şəxs1 başında olduğunu və onu oğurlayan zaman papağın orada başından düşdüyünü qeyd etmişdir. Baxış keçirilməsinin və götürmə aparılmasının fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 15 yanvar 2023-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “sol tərəf alt çənənin qançırı və şişkinliyi, sol çənəaltı nahiyənin, hər iki əlin arxa səthinin çoxsaylı sıyrıqları” diaqnozu ilə, 13 yanvar 2023-cü il tarixdə küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmiş və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 29, 144.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd şalvar və bir ədəd köynək götürülərək baxış keçirilmiş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman o, hadisənin baş verdiyi şəraiti əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 29, 144.1-ci maddəsindən CM-in 29, 144.2.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli 47 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ruhi xəstəlik əlamətləri aşkar edilmir. O, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə cavab verə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəklətini ölçüb-biçmək və onları idarə etmək iqtidarındandır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 onu oğurlamağa cəhd edən şəxs olduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 mart 2023-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs cinayət əməli törədilən vaxt hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Onda ruhi xəstəliyin əlamətləri aşkar edilmir. Ona qarşı cinayət əməli törədilərkən öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olmuşdur. O, hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındandır. O, hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməli törədilən vaxt hər hansı xronik psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Onda hər hansı ruhi xəstəliyin əlamətləri aşkar edilmir. O, cinayət əməlini törədərkən öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində məcburi müalicə tədbirlərnin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək iqtidarındandır. O, hadisəni düzgün qavrayıb düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman o, hadisənin baş verdiyi şəraiti əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 29, 144.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 27 yanvar 2023-cü il tarixli PHŞ-6-77/2-102/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsinin Narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ucar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 31 mart 2023-cü il tarixli PHŞ-6-29/2-400/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Ruhi-əsəb və Narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində CM-in 176-1, 144.2.4, 144.2.5 və 296-cı maddələri ilə, Təqsirləndirilən şəxs2 barəsində isə CM-in 176-1, 144.2.4 və 144.2.5-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin iradəsinə zidd hərəkətlər edərək adam oğurlamağa cəhd etmişlər. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini hansı səbəblərə görə başa çatdıra bilməmələrinin müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxslərin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamalarında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə CM-in 144-cü maddəsinin Qeyd hissəsinə əsasən, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Qeyd olunması zəruridir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı, habelə Şahid1 isə ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr vermişlər. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs avtomobilə əyləşdirmək istəyən zaman sonuncunun səs-küy salması səbəbindən Şahid1 və ailə üzvlərinin oraya gələrək maşını əhatəyə aldıqlarını və Şahid1 polis çağıracağını və Zərərçəkmiş şəxs oğurlamamalarını dediyi üçün əməllərini başa çatdıra bilmədiklərini demiş və eyni zamanda həmin vaxt Şahid1 dediklərinə fikir verməyərək Zərərçəkmiş şəxs oğurlamağa imkanlarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə ifadəsində Zərərçəkmiş şəxs oğurlamağa cəhd etməmişdən əvvəl sonuncunun razı olub-olmaması barədə dəqiq məlumatının olmadığını, Təqsirləndirilən şəxs1 deməsinə əsasən Zərərçəkmiş şəxs razı olması barədə məlumatının olduğunu demiş, lakin artıq bilavasitə Zərərçəkmiş şəxs oğurlanması prosesində sonuncunun narazılıq etməsinin ona məlum olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs1 bura qədər gəldiklərini dediyi üçün və sonuncu ilə aralarında dostluq münasibəti olduğuna görə heç nə demədiyini, oğurlanma prosesində iştirak edərək yerə yıxılmış Zərərçəkmiş şəxs ayağa qaldırmaqda, daha sonra isə sonuncunu kanalı keçirməkdə Təqsirləndirilən şəxs1 kömək etdiyini, Zərərçəkmiş şəxs avtomobilin yanına gətirdikdən sonra isə Şahid1 və ailə üzvlərinin avtomobili əhatəyə aldıqları və əllərində bel, balta və s. alət və vasitələr olduğu üçün əməllərini başa çatdıra bilmədiklərini qeyd etmişdir. Şahid1 isə ibtidai istintaq zamanı verdiyi ifadəsində özünə məxsus fərdi yaşayış evində olan zaman çöl tərəfdən səs-küy gəldiyini eşidib nə baş verdiyini öyrənmək üçün darvazadan çölə çıxdıqda evin arxa tərəfində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin olduğunu, qohumu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və yanında olan tanımadığı şəxsin zorla avtomobilə əyləşdirmək istədiklərini görüb onlara tərəf yaxınlaşdığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamalarına irad tutub sonuncunu buraxmasını tələb etdiyini və bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs buraxdığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yaşadığı fərdi yaşayış evindən çölə çıxdıqda Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs əl-ələ tutaraq gəldiklərini, bu zaman sonuncunun ağladığını gördüyünü, lakin ağlamasının səbəbini bilmədiyini və etdiyi bu əmələ görə Təqsirləndirilən şəxs1 həbs oluna biləcəyini dedikdə sonuncunun onunla razılaşaraq Zərərçəkmiş şəxs buraxdığını qeyd etmişdir. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə keçirilən zaman ifadəsində qeyd etdiyi xüsusatları həmin şəxslərin üzünə demişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər, Şahid1 isə Təqsirləndirilən şəxs1la eyni kənddə yaşadığına, Zərərçəkmiş şəxs ilə isə qohumluq əlaqələri olduğuna görə təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün qeyd olunan məzmunda ifadə vermişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlamaqdan könüllü olaraq imtina etməsi ilə bağlı qeyd etdiklərinə, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bilavasitə oğurlamamışdan əvvəl sonuncunun razı olub-olmaması ilə bağlı qeyd etdiklərinə, Şahid1 isə Zərərçəkmiş şəxs zorla və ya onun istəyi ilə gətirilməsi ilə bağlı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə zərərçəkmiş şəxsin ifadəsinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb birinin digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadəi və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadənin və digər sübutların təşkil etdiyini qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs könüllü şəkildə deyil, öz iradələrindən asılı olmayan səbəblərə görə oğurlaya bilmədikləri üçün onların cinayət məsuliyyətindən azad olunmaları istisna olunur və qeyd olunanlara əsasən onların törətmiş olduğu cinayət əməli CM-in 29, 144.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli cinayət etməyə cəhd olmaqla başa çatmamış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 əməlində CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli cinayət etməyə cəhd olmaqla başa çatmamış cinayətdir, cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 mart 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına müraciət edərək baş vermiş hadisə ilə əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını və həmin şəxslərə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayonunun Bərgüşad kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X6 şəhərində yaşayır, 23 fevral 2014-cü ildə doğulmuş Şahin Məmmədli onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Ucar rayonunun Bərgüşad kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmünün, habelə Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2017-ci il tarixli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Muradov X3 Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ilə CM-in 29, 144.3 və 170.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 05 iyun 2017-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 09 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-in 18.3.2-ci maddəsinə əsasən qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xüsusilə ağır cinayət hesab olunur. CM-in 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəza çəkib qurtardıqları gündən səkkiz il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Eyni zamanda cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmünün və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə 02 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər hesab olunur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 29, 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənilmədiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Belə olan halda Təqsirləndirilən şəxs1 əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs2 əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar olduğuna görə məhkəmə onlara cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiqinin mümkün olmadığını hesab edir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətini, təyin olunacaq cəzaların onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxslər məhz həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 65.2-ci maddəsində əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 144.2.3-cü maddəsində göstərilən cinayət əməlləri ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivi zamanı cəzalar xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalar ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını xüsusi rejimli, Təqsirləndirilən şəxs2 isə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Məhkəməsinin 04 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 02 mart 2023cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 02 ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu 02 mart 2023-cü il tarixdən hesablanmalı və onların həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətlərinə daxil edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə məhkəmə cinayət işinin materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd cins şalvar və bir ədəd poliver Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd poliver, bir ədəd gödəkcə və bir cüt corab Zərərçəkmiş şəxs qaytarılmalı, habelə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 44,50 (qırx dörd manat əlli qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 346-347, 349, 351-353, 356 və 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi relimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş bir ədəd cins şalvar və bir ədəd poliver Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd poliver, bir ədəd gödəkcə və bir cüt corab Zərərçəkmiş şəxs qaytarılsın, habelə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılmasını əks etdirən bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 44,50 (qırx dörd manat əlli qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar