Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-159/2024 28.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X5, müdafiəçi: Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1988-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 106,256 qram miqdarında narkotik vasitə olan tiryəki və 208,052 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış, DİN-nin BNMİ-nin X7 Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 03 yanvar 2024-cü il tarixdə saat 1720 radələrində Yevlax şəhəri Nizami prospektində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax rayon polis şöbəsinə gətirilərək həmin günü saat 1855dən 1908-dək olan müddət ərzində Yevlax RPŞ-də müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində olan təmiz çəkisi 106,256 qram külli miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş və həmin gün saat 2005dən 2019-dək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus VAZ-2109 markalı **-BJ- *** dövlət nömrə nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin sol qabaq oturacağının alt hissəsində Təqsirləndirilən şəxs məxsus bir ədəd sellofan bükülüdə 208,052 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd üzərində cüzi miqdarda heroin hissəcikləri olan elektron tərəzi aşkar edilərək qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus avtomaşınla Mingəçevir şəhərindən Yevlax rayonunda taksi kimi fəaliyyət göstərməklə məşğul olmuş, xx.xx.2024-cü il tarixdə saat 1730-da Mingəçevir şəhəri Nizami prospektində avtomaşının yanında durduğu vaxt iki nəfər özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona yaxınlaşıb polis şöbəsinə dəvət etmişlər. Saat 1830-da üzərindən narkotik vasitə olan tiryəki çıxardaraq ona CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı yalan vəd vermişlər. Sonra ona 110 qram tiryək verərək həmin narkotik vasitəni də avtomaşından çıxartmasını ona bildirmişlər. Narkotik vasitə istifadəçisi olsa da aşkar olunan narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşlarının təsiri altında həmin aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində özünə məxsus VAZ-2109 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhəri Nizami prospektində yerləşən Mingəçevir şəhərinə gedən avtomobil dayanacağından 4 nəfər sərnişin götürərək Mingəçevir şəhərinə aparmış, Yevlax şəhərinə geri qayıdarkən yolda avtomobildə nasazlıq yarandığından Qaraoğlan kəndinə dönən yol ayrıcının yanında avtomobili saxladığı yerdən 2-3 metr qabaqda 1 ədəd sellofan torbanın olduğunu görmüş, həmin sellofan torbanı götürüb içərisinə baxdıqda torbanın içərisində 1 ədəd elektron tərəzi, 2 ədəd ayrı ayrılıqda olan sellofan bükümlərdə qara rəngli narkotik vasitələr olduğunu görmüşdür. Sellofan torbada olan elektron tərəzini və narkotik vasitələri götürüb özünə məxsus avtomobilin sol qabaq oturacağının alt hissəsinə qoymuş, avtomobildəki nasazlıq aradan qalxdıqdan sonra Yevlax şəhəri Nizami prospektində Mingəçevir şəhərinə gedən avtomobil dayanacağının qarşısında avtomobili saxlayaraq orada olan çayxanaya girib çay içmişdir. Saat 17 radələrində Yevlax şəhəri Nizami prospektində idarə etdiyi avtomobilin yanında olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olduğunu bildirərək Yevlax rayon polis şöbəsinə aparmışlar. Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibində olan sellofan torbanı təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə olan tiryək olduğunu, avtomobilində də narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı olan Aydın adlı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin sellofan torbanın içərisindəki kütləyə baxış keçirilən içərisində şəkisi 110,70 qram olan narkotik vasitə olan tiryəkə bənzəyən kütlə, ona məxsus avtomobilə keçirilən baxış zamanı isə avtomobilin sol qabaq oturacağının alt hissəsində gizlətdiyi narkotik vasitə olan heroini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitə olan heroin sellofan torba ilə birlikdə elektiron tərəzidə çəkilərkən çəkisi 209 qram olmuş, polis əməkdaşları həmin heroini və elektron tərəzini qablaşdıraraq götürmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 03 yanvar 2024-cü il tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 146 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan BNMİ-nin X7 Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 1720 radələrində Yevlax şəhəri Nizami prospektində özünə məxsus avtomobilin yanında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsində şübhəli olduğuna görə Yevlax rayon Polis Şöbəsinə dəvət etmiş, Yevlax rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən çəkisi 110,70 qram olan bir ədəd sollofan bükülü, həmin bükülünün içərisindən isə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan torbada narkotik vasitə tiryək olduğunu, avtomobilində də narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı olan Aydın adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman avtomobilin sol qabaq oturacağının alt hissəsindən çəkisi 209 qram olmala içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu bir ədəd selloan torba və bir ədəd elektiron tərəzi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməliyyat müvəkkili işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 yanvar 2024-cü il tarixli 16/72 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 106,256 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş üzəri yapışqanlı lentlə sarılmış şəffaf polietilen torbada təmiz çəkisi 208,052 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli elektiron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarını təyin etmək mümkün deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2024 -ci il tarixli 80 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 yanvar 2024-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi yapışqanlı lentlə bağlanmış bir ədəd sellofan bükümdə çəkisi 110,70 qram olan narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 03 yanvar 2024-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «VAZ 2109» markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin sol qabaq oturacağının alt hissəsindən yapışqanlı lentlə sarılmış çəkisi 209 qram olmaqla bir ədəd sellofan torbada narkotik vasitə - heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi 146 ünvanda yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində xx.xx.2011ci ildə doğulmuş Rasim Rəşidzadə, xx.xx.2012-ci ildə doğulmuş Süleyman Rəşidzadə və xx.xx.2014-cü ildə doğulmuş Amin Rəşidzadə adlı üç azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş 03 yanvar 2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1845-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən X3 ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair ifadəsini özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə aradşırması zamanı da müəyyən olundu ki, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə müdaçiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, həmiçinin ona məxsus avtomaşından da aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu aldadaraq CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını bildirdiklərinə görə etirafedici ifadələr verməsini bildirsə də bu hissədə məhkəmə şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqarda olan narkotik vasitənin aşkar olunmasına görə təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı ilə razılaşaraq etiraf edici ifadə verməsini inandırıcı hesab etmir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilən zaman rayon məhkəməsində izahat verərəkən narkotik vasitənin özünə aid olduğunu qəbul etmiş və barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Bütün yuxarıda qeyd olunan səbəblərə görə məhkəmə Təqsirləndirilən şəxs üzərindən və ona məxsus nəqliyyat vasitəsində aşkar olunan narkotik vasitələrin özünə məxsus olduğunu və həmin narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olması, iki çeşiddə olması və aşkar olunmuş tərəzi onun həmin narkotik vasitəni məhz satış məqsədilə saxladığını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində üç azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 yanvar 2024-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 03 yanvar 2024-cü tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 32,40 AZN (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 106,056 qram narkotik vasitə olan tiryək, 207,852 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin, üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-159/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-159/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver