Məhkəmə qərarları › İş №1(091)-16/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-16/2021

15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-16/2021 15.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(091)-5/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM xx xxxx 2021-ci il Şəki şəhəri Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 Nzaim oğlu, Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi7, Müdafiəçi8, Müdafiəçi11, Müdafiəçi12, Müdafiəçi9 xx xxxxxx 1983-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs1 nun xx xxxxx 1977-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə CM-in 237.2.3 və 234.2-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri xx xxxx 1973-cü ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seşilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri xx xxxx 1975-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs4 xx xxxx 1962-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmklə X2 saxlanılan Təqsirləndirilən şəxs5 xx xxxxxxx 1994-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 xx xxxxxx 1965-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, “Azərsu” İstehsalat Birliyində gözətçi işləmiş, əvvəllər məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmklə X2 saxlanılan Təqsirləndirilən şəxs7 xx xxxxxxx 1995-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs8 xx.xx.1983-cü ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inizibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq iki ədəd sellofan bükümdə, hər birində 13,714 qram və 0,437 qram olmaqla, ümumilikdə 14,151 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində daşıyaraq yaşadığı Balakən rayonu, Gərəkli kəndində yerləşən evində gizlədərək saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 2018-ci ilin may ayında özünə məxsus Balakən rayonu, Gərəkli kəndində yerləşən evinin həyətyanı sahəsindəki xurma bağında qanunsuz olaraq 05 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri əkib becərməklə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin bitkilərin hissələrini toplayıb qurudaraq təkrarən satış məqsədi ilə qanunsuz olaraq 37,66 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaqla əldə edib yaşadığı Balakən rayonu, Gərəkli kəndində yerləşən evində gizlədərək saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin may ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada təkrarən qanunsuz olaraq külli miqdarda, yəni 500 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, X4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında əvvəllər əkib becərdiyi 500 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkilərindən 339 ədəddən çoxunu çıxarıb təkrarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada təkrarən qanunsuz olaraq külli miqdarda, yəni 339 ədəddən çox tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, X4 və Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1062,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etməklə 214,42 qramını həmin qoruğun ərazisində, külli miqdarda, yəni 848,43 qramını isə daşıyaraq Balakən rayonu, Gərəkli kəndindəki yaşadığı evin zirzəmisində və həyətyanı sahəsində olan əlavə tikilidə saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə könüllü razılığı və iştirakı ilə keçirilən baxış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı 02 ədəd sellofan bükümdə ayrıayrılıqda 13,714 qram və 0,437 qram olmaqla ümumilkdə14,151 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək yaşadığı Balakən rayonu, Gərəkli kəndində yerləşən evin həyətyanı sahəsindəki əlavə tikilidə olan mətbəx mebelinin üst dolabından, bundan başqa təkrarən satış məqsədilə hazırlamaqla əldə edib saxladığı 05 ədəd kağız bükümdə ayrı-ayrılıqda 5,82 qram, 2,32 qram, 5,81 qram, 21,78 qram və 1,93 qram olmaqla ümumilikdə 37,66 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və təkrarən satış məqsədi ilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Nail Dibirov və Təqsirləndirilən şəxs5la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlamaqla əldə edib saxladığı bir ədəd çantada 11 ədəd sellofan torbada, ayrı-ayrılıqda 3,92 qram, 21,37 qram, 19,97 qram, 335,00 qram, 53,44 qram, 11,07 qram, 27,95 qram, 211,02 qram, 0,42 qram, 151,56 qram və 12,71 qram olmaqla ümumilikdə külli miqdarda, 848,43 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin zirzəmisində aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 təkrarən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Nail Dibirov və Təqsirləndirilən şəxs5la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq əkibbecərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 339 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və təkrarən satış məqsədi ilə qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən qurudub əldə edib saxladığı 214,42 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, əvvəllər törətdiyi ağır cinayətə görə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və xx xxxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən 2019-cu ilin aprel ayında yaşadığı Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsinin yaxınlığında taxta yeşikdə qanunsuz olaraq əkib becərməklə aqrotexniki qaydada qulluq göstərib kultivasiya edərək yetişdirdiyi külli miqdarda - 86 ədəddən çox sayda çətənə bitkilərinin şitillərini çıxarıb 2019-cu ilin may ayının əvvəllərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada həmin bitkiləri təkrarən qanunsuz olaraq əkib becərməklə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin bitkilərin bir hissəsini toplayıb satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 3 kiloqram 750 qram və 13 kiloqram 945 qram olmaqla, ümumilikdə 17 kiloqram 695 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana hazırlamaqla əldə edib saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən 2019-cu ilin may ayında yaşadığı Balakən rayonu, Gərəkli kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsinin yaxınlığında dibçəklərdə qanunsuz olaraq külli miqdarda - 41 ədəddən çox narkotik tərkibli çətənə bitkilərini əkib-yetişdirməklə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, istintaqa məlum olmayan vaxtda və şəraitdə həmin bitkilərin bir hissəsini toplayıb təkrarən satış məqsədi ilə qanunsuz olaraq 218,76 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı hazırlamaqla əldə edib yaşadığı evin həyətində saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək təkrarən 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada 130 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışları Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və külli miqdarda, 2 kiloqram 598 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib daşıyıb saxlamışdır. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Balakən rayonu, Gərəkli kəndində yerləşən evinə könüllü razılığı və iştirakı ilə keçirilən baxış zamanı onun satış məqsədilə qanunsuz olaraq əkib-becərərək aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etdiyi külli miqdarda 41 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik tərkibli çətənə bitkilərindən satış məqsədilə qanunsuz olaraq hazırlayıb saxladığı ümumi çəkisi 218,76 qram olan narkotik vasitə qurudulmamış marixuana yaşadığı evin həyətindən aşkar edilərək götürülmüşdür. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz olaraq əkilib yetişdirilməklə aqrotexniki qaydada qulluq göstərilməklə kultivasiya edilmiş külli miqdarda 86 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik tərkibli çətənə bitkilərindən toplayıb satış məqsədilə qanunsuz olaraq hazırlamaqla saxladığı külli miqdarda, 3 kiloqram 750 qram və 13 kiloqram 945 qram olmaqla, ümumilikdə 17 kiloqram 695 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana həmin ərazidə aşkar edilib götürülmüşdür. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 130 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən hazırlamaqla əldə edib satış məqsədilə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin may ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada qanunsuz olaraq külli miqdarda, yəni 500 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında əvvəllər əkib becərdiyi 500 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkilərindən 130 ədəddən çoxunu həmin yerdən çıxarıb təkrarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq ayrıca sahədə əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışları Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib daşıyıb saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 130 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən hazırlamaqla əldə edib satış məqsədilə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs4 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, X4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada qanunsuz olaraq külli miqdarda, yəni 339 ədəddən çox tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, X4 və Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1062,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etməklə 214,42 qramını həmin qoruğun ərazisində, külli miqdarda, yəni 848,43 qramını isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 daşıyaraq Balakən rayonu, Gərəkli kəndindəki yaşadığı evin zirzəmisində və həyətyanı sahəsində olan əlavə tikilidə saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə könüllü razılığı və iştirakı ilə keçirilən baxış zamanı onun qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Nail Dibirov və Təqsirləndirilən şəxs5la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlamaqla əldə edib saxladığı bir ədəd çantada 11 ədəd sellofan torbada, ayrı-ayrılıqda 3,92 qram, 21,37 qram, 19,97 qram, 335,00 qram, 53,44 qram, 11,07 qram, 27,95 qram, 211,02 qram, 0,42 qram, 151,56 qram və 12,71 qram olmaqla ümumilikdə külli miqdarda, yəni 848,43 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin zirzəmisində aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Nail Dibirov və Təqsirləndirilən şəxs5la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 339 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və satış məqsədi ilə qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən qurudub əldə edib saxladığı 214,42 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs5 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, X4 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada qanunsuz olaraq külli miqdarda, yəni 339 ədəddən çox tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, X4 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1062,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etməklə 214,42 qramını həmin qoruğun ərazisində, külli miqdarda, yəni 848,43 qramını isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 daşıyaraq Balakən rayonu, Gərəkli kəndindəki yaşadığı evin zirzəmisində və həyətyanı sahəsində olan əlavə tikilidə saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə könüllü razılığı və iştirakı ilə keçirilən baxış zamanı onun qohumları Təqsirləndirilən şəxs5, Nail Dibirov, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs4lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlamaqla əldə edib saxladığı bir ədəd çantada 11 ədəd sellofan torbada, ayrı-ayrılıqda 3,92 qram, 21,37 qram, 19,97 qram, 335,00 qram, 53,44 qram, 11,07 qram, 27,95 qram, 211,02 qram, 0,42 qram, 151,56 qram və 12,71 qram olmaqla ümumilikdə külli miqdarda, yəni 848,43 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin zirzəmisində aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs6, Nail Dibirov və Təqsirləndirilən şəxs4lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 339 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və satış məqsədi ilə qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən qurudub əldə edib saxladığı 214,42 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs6 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, X4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq orada qanunsuz olaraq külli miqdarda, yəni 339 ədəddən çox tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, X4 və Təqsirləndirilən şəxs5 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 1062,85 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etməklə 214,42 qramını həmin qoruğun ərazisində, külli miqdarda, yəni 848,43 qramını isə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 daşıyaraq Balakən rayonu, Gərəkli kəndindəki yaşadığı evin zirzəmisində və həyətyanı sahəsində olan əlavə tikilidə saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə könüllü razılığı və iştirakı ilə keçirilən baxış zamanı onun qohumları Təqsirləndirilən şəxs6, Bəşir Qoradayev, Nail Dibirov və Təqsirləndirilən şəxs5la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında hazırlamaqla əldə edib saxladığı bir ədəd çantada 11 ədəd sellofan torbada, ayrı-ayrılıqda 3,92 qram, 21,37 qram, 19,97 qram, 335,00 qram, 53,44 qram, 11,07 qram, 27,95 qram, 211,02 qram, 0,42 qram, 151,56 qram və 12,71 qram olmaqla ümumilikdə külli miqdarda, yəni 848,43 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin zirzəmisində aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs6 qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Nail Dibirov və Təqsirləndirilən şəxs5la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 339 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və satış məqsədi ilə qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən qurudub əldə edib saxladığı 214,42 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs7 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və övladı Təqsirləndirilən şəxs8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq ayrıca sahədə 130 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və övladı Təqsirləndirilən şəxs8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib daşıyaraq saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs7 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və övladı Təqsirləndirilən şəxs8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusiaqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 130 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən hazırlamaqla əldə edib satış məqsədilə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrıayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs8 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq ayrıca sahədə 130 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilikdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib daşıyaraq saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs8 Məhəmməd oğlunun tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 130 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən hazırlamaqla əldə edib satış məqsədilə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs9 istintaq orqanı tərəfindən ittiham verilmişdir ona görə ki, o, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 2019-cu ilin iyun ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutaraq ayrıca sahədə 130 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, bundan başqa əkib becərdikləri çətənə kollarının bir hissəsini istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında toplayıb həmin yerdə qurutmaqla satış məqsədilə qanunsuz olaraq ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilikdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlamaqla əldə edib daşıyaraq saxlamışdır. Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs9 tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs8 Məhəmməd oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs7 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi külli miqdarda, yəni 130 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və qeyd edilən şəxslərlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik tərkibli çətənə bitkilərindən hazırlamaqla əldə edib satış məqsədilə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda 7 kiloqram 500 qram, 209,14 qram, 3 kiloqram 985 qram, 610 qram və 840 qram olmaqla ümumilikdə külli miqdarda, 13 kiloqram 144,14 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana və ayrı-ayrılıqda 730 qram və 1 kiloqram 868,84 qram olmaqla ümumilkdə külli miqdarda, 2 kiloqram 598,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş itihamla qismən təqsirli bilərək məhkəmədə ifadə verməkdən imtina etmiş, verilən suallara cavab olaraq isə narkotk vasitə əkilən sahəyə Təqsirləndirilən şəxs6 onunla birlikdə bir neçə əşya aparmağa köməklik etdiyini, onun narkotik vasitə əkməsindən məlumatı olmadığını bildirmişdir. Təxminən 50-60 ştildən ibarət istixanası olmuş, həmin istixananı da bitkilər yararsız olduğuna görə dağıtmışdır. Heç kim ona narkotik vasitənin əkilməsində köməklik etməmiş, yaşadığı evdə isə 250-300 qram narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin may ayında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığdığı toxumlardan 5 ədədini Balakən rayonu Gərəkli kəndində yerləşən evinin həyətyanı torpaq sahəsinin arxa hissəsindəki xurma bağında 5 ədəd plastmas vedrəyə əkərək qulluq edib becərməyə başlamış, hər dəfə bağı sulayanda həmin bitkilərə qulluq etmişdir. Qablara əkdiyi çətənə bitkiləri böyüdükdən sonra onların hissələrini yığıb həmin bitkiləri əkdiyi bağın ərazisində sərib qurutmuş, sonra bir-neçə sellofan torbalara ayıraraq yaşadığı evin zirzəmisində saxlamışdır. Əvvəldən tapdığı çətənə bitkisinin toxumlarını və həmin əkdiyi 5 ədəd çətənə bitkisinin də toxumlarını yığıb növbəti il əkmək məqsədi ilə zirzəmidə qurudulmuş marixuana torbalarının yanında müxtəlif bükümlərdə saxlamışdır. 2019-cu ildə də özü istifadə etmək məqsədi ilə kənar şəxslərin görə bilməməsi üçün çətənə bitkisini Zaqatala Dövlət X7 rayonuna düşən dağlıq hissəsində əkib becərmək qərarına gəlmişdir. Qoruq ərazisini gəzib özünə narkotik vasitə olan çətənə bitkisini əkmək üçün gizlin yer tapdıqdan sonra 2019-cu ilin iyun ayının əvvəllərində bazardan aldığı dəmir xırda toru və bir büküm çətənə toxumlarını və bir ədəd mişarı, mismarları çətənə bitkilərini əkmək üçün nəzərdə tutduğu sahəyə aparmışdır. Torpaqda yer düzəldib gətirdiyi toxumları oraya səpmiş, dolu dəyməməsi və gəmiricilərin yeməməsi üçün düzəltdiyi dəmir torla da üzərini örtmüşdür. Təxminən bir həftədən sonra səpdiyi toxumların cücərib şitillərin çıxdığını görmüş, şitilləri sulayaraq dibinə gübrə vermişdir. Bundan başqa 2019-cu ilin may ayında Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən torpaq sahəsində tanışı və qoruğun yeqeri X5 birlikdə qanunsuz olaraq külli miqdarda, yəni 500 ədəddən artıq tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmişdir. Lakin qoruğun digər yeqerləri Sabir, Rasim və Yaşar adlı şəxslər həmin çətənə kollarını görüb dəfələrlə həmin kolları oradan çıxarıb məhv etmələrini tələb etmiş, əks halda bu barədə müvafiq qurumlara məlumat verəcəklərini bildirmişlər. Bu hadisələrdən sonra həmin yegerlərin kiməsə məlumat verəcəklərindən qorxub Mehmanla birlikdə əkdikləri çətənə kollarını Mehmanla aralarında bölüşdürmüş və öz yerinə çətənə kollarının özünə düşən hissəsini aparıb əkmişdir. Mehman isə öz kollarını aparmışdır. Bitkilərə yer hazırlamaq, onlara qulluq etmək üçün kömək lazım olduğundan qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6 və X4 ilə ayrı-ayrılıqda görüşərək çətənə bitkilərini əkibbecərməyə kömək etmələrinin müqabilində işin axırında pul və həmin bitkilərdən pay verəcəyini bildirmişdir. Sonuncuların hər biri ilə ayrı-ayrılıqda razılaşdıqdan sonra evinin arxasındakı xurma bağında görüşərək yer də tapdığını, toxum da əkdiyini, lakin gedib şitilləri paylaşdırmaq lazım olduğunu bildirmişdir. Özü, Bəşir, Səfər və Nail birlikdə narkotik tərkibli çətən şitillərini səpdiyi Zaqatala Dövlət X7 rayonuna düşən hissəsinə getmiş, tent, yataq ləvazimatı, qaz balonu, qab-qacaq və sair əşyaları da özləri ilə aparmışlar. Təxminən 3-4 gün həmin ərazidə qalaraq narkotik tərkibli şitilləri əkmək üçün sığınacaqdan aşağıya doğru gedən sahədə yer düzətmiş, Nail, Səfər və Bəşiri orada qoyaraq ərzaq gətirmək üçün kəndə qayıtmışdır. Bir-iki gün keçdikdən sonra ərzaqla geri qayıtmış, həmin 2 gün ərzində bir qədər şitili sahədəki çalalara əkmişlər. Ərzağı verib lazım olan göstərişləri verdikdən sonra geri qayıtmış, 15-20 gündən bir növbə ilə evə qayıtmışlar. Səpdiyi toxumların da demək olar ki, hamısı çıxmış, şitilləri düzəltdikləri əraziyə əkdikdən sonra böyüdükcə sıxlaşdığını görüb yaxınlıqda yenə 2 yer düzəldərk həmin bitkiləri seyrəltmişlər. Şlanqla yaxınlıqdakı dərədən su çəkmiş, təxminən 10 dəfə həmin əraziyə düşüb geri qalxmışdır. Əkib-becərdikləri çətənə kollarından 2 ədədini təxminən avqust ayının 6 və ya 7-də çətənə bitkisini əkdikləri əraziyə getdiyi zaman kəsmiş, kəsdikdən sonra oradan qayıdınca bir az suyu çəkilmişdir. Qalanını da evə gətirib xurma bağında yerə sərib qurudub zirzəmidəki çantaya qoymuşdur. Çətənə bitkilərinin hər birini ayrı çalaya əkib yanına çubuq basdırıb iplə bir neçə yerdən bağlamışlar. Çətənə bitkiləri müxtəlif boyda olmuş, sonuncu dəfə narkotik tərkibli bitkiləri əkdikləri qoruq ərazisində xx xxxxxx 2019-cu il tarixdə Səfər, Bəşir və Nailə çörək və ərzaqlar aparmışdır. Həmin gün kəndə düşdükdən sonra narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin mütəmadi olaraq tutulması, əkin yerlərinin aşkar edilməsi, əkin yerlərinin vertolyotla axtarılması barədə söhbətlər eşitmiş, onların da tutulmaqlarından qorxaraq Nailə və ya Bəşirə zəng edib həmin bitkiləri saxlamağın artıq təhlükəli olduğunu və bitkiləri məhv etmək lazım olduğunu bildirmişdir. Həmin ərazidə təxminən 300-dən çox çətənə bitkisini əkmiş və onlara qulluq etmişlər. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onu Balakən Rayon Polis Şöbəsinə dəvət etmiş, həmin tarixdə səhər saatlarında Gərəkli kəndində yaşadığı evinə və həyətyanı torpaq sahəsinə öz razılığı və iştirakı ilə keçirilən baxış zamanı həyət qapısından içəri daxil olduqda sol tərəfdə əkilmiş gül kollarını içərisində bir qədər üzdən torpağa basdırdığı paslanmış pnevmatik tapançanı çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Yaşadığı evin zirzəmisində köhnə bel çantasının içində saxladığı 11 ədəd sellofan torbalarda olan qurudulmuş marixuana, içərisinə hər dəfə marixuana istifadə etdikdən sonra üzərindən çıxmış toxumları büküb atdığı cəmi 10 ədəd bükülülər, qızıl üzüklər və anasından qalmış qızıl-zinət əşyaları, bankaya yığıb həmin çantanın içərisinə qoyduğu 3800 manat və 600 ABŞ dolları məbləğində pul, zavod qutusunda olan ov tüfənginə məxsus güllələr aşkar olunuşdur. Aşkar edilmiş qurudulmuş marixuana kütlələri, çətənə bitkisi toxumları və digər əşyalar polis əməkdaşları tərəfindən sintetik kisəyə və kağız zərflərə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Davam edən baxış zamanı talvarın altındakı mebelin dolabına qoyduğu, təxminən yarım fındıq qədər olan adını «qara» kimi bildiyi narkotik vasitəni də polis əməkdaşlarına təqdim etmişdir. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evə baxış keçirildikdən sonra Balakən Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutularaq polis əməkdaşları, mütəxəssis-aqronom və videooperatorun iştirakları ilə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində tərkibli çətənə bitkilərini əkdiyi əraziyə baxış keçirilərkən bir-birinə yaxın 3 yerdə bir yerdən 23 ədəd, ikinci yerdən 128 ədəd, üçüncü yerdən isə 188 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək kökündən çıxarılıb polis əməkdaşları tərəfindən sintetik kisələrə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin 3 yerin ortasında ağac budaqlarından quraşdırdıqları sığınacaqdan torpağın üzərinə qoyulmuş sintetik kisənin üzərinə qurudulması üçün sərilmiş çətənə bitkisinin yarpaqları aşkar olunaraq kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Sığınacaqda olan qaz balonu, ədyallar, bitkilərə qulluq etmək üçün alıb apardığı gübrəni, gəmiricilərdən bitkiləri qorumaq üçün istifadə etdiyi dərmanı, alıb qoyduğu şlanqı və sair əşyaları polis əməkdaşları götürmüş, baxış zamanı fasiləsiz videoçəkilişdən istifadə edilmişdir. Orada qalmadığına görə özü ilə paltar da aparmamış və aşkar olunmuş paltarlar digər şxslərə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz istifadsi üçün Zaqatala Dövlət X8 adlanan ərazisində 86 ədəd narkotik tərkibli çətənə bitkisi əkmiş, Təqsirləndirilən şəxs9 50 ədəd çətənə şitili verərək qohumu Təqsirləndirilən şəxs7 Elnura narkotik əkməyə yer göstərməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinin həyətyanı sahəsində dibçəklərdə 41 ədəd narkotik tərkibli çətənə bitkiləri əkdiyi və əkdiyi bitkilərin hissələrindən quruması üçün həmin bitkiləri əkdiyi əraziyə yaxın yerdə sərib saxladığı üçün barəsində Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanıb və Balakən Rayon Məhkəməsi tərəfindən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 2010-cu ildə ilk dəfə tutulmazdan əvvəl Balakən rayonu Poşbinə kəndində ot sahəsində ot biçdiyi zaman orada tapdığı yabanı halda bitmiş 3 ədəd çətənə kolunun toxumlarını yığaraq evinə gətirmiş, toxumlardan bir hissəsini həyətyanı sahəsində əkmişdir. Qalan toxumları isə bankaya qoyaraq həyətyanı sahəsində torpağa basdırmışdır. 2010-cu ildə polis əməkdaşları tərəfindən tutulmuş, həbsdən azad edildikdən sonra həmin saxladığı toxumları əkmək qərarına gəlmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində torpağa basdırdığı şüşə qabı torpaqdan çıxardaraq içərisində olan toxumları çıxarıb həyətyanı sahəsində xırda bir ağac yeşiyin içərisinə torpaq doldurub torpağa əkmişdir. Toxumları suvarıb qulluq göstərmiş, həmin toxumlardan təxminən 150 ədəd çətənə bitkisi bitib inkişaf etmişdir. Həmin dövrlərdə həmkəndlisi Təqsirləndirilən şəxs9 ona məxsus olan bağ sahəsinin ətrafının çəpərlənməsi işində bir aydan artıq müddətdə köməklik etmiş, buna görə də onunla yaxın münasibəti yaranmışdır. Elnurun maddi vəziyəti ağır olduğu üçün sonuncuya köməklik etmək məqsədi ilə özündə çətənə bitkilərinin olduğunu və həmin bitkilərdən dağlıq ərazidə özləri üçün əkib-becərməsi məqsədi ilə Elnuru tanış bir adamla tanış etmək istədiyini bildirmişdir. Elnur bu təklifi qəbul edərək razılaşdıqdan sonra sonuncunu uzaq qohumu olan Mahamalar kənd sakini Təqsirləndirilən şəxs7 ilə tanış edib çətənə şitillərini dağlıq ərazidə əkib-becərmək məqsədi ilə Elnura köməklik etməsini bildirmişdir. 2019-cu ilin may ayının əvvəllərində Elnura Raufla birlikdə dağlıq ərazidə əkib becərməsi üçün 50 ədəd çətənə bitkisi şitillərindən vermiş, Elnur bitkiləri götürüb getdikdən sonra Rauf verdiyi bitkiləri dağlıq ərazidə münasib yerdə əkdiyini və ona da hörmət edəcəyini bildirmişdir. 2019-cu ilin may ayında özü yetişdirdiyi çətənə bitkiləri şitillərinin təxminən 100 ədədini yaşadığı Gərəkli kəndinin dağlıq sahəsinin qoruq ərazisində “Palıdlı” adlanan yerdə münasib yer taparaq kol-kosdan təmizləyib özü əkib becərmişdir. Təxminən 100 ədəd çətənə bitkisini 5 bir-birinə yaxın sahədə əkmiş və həmin bitkilərdən 86 ədəd çətənə bitkisi böyüyüb inkişaf etmişdir. Əkdiyi bitkiləri həmin sahəyə apardığı nazik rezin borular vasitəsi ilə dərədən su çəkərək suvarmışdır. Həmin bitkilərin yararsız hissələrini qoparıb bitkiləri əkdiyi sahələrin yaxınlığına kol-kosun üzərinə atmışdır. Bundan başqa özündə olan toxumlardan 2019-cu ilin may ayının əvvəllərində 41 ədəd dibçəklərdə əkib həyətinin kənarında qulluq göstərib yetişdirmiş, həmin bitkilərin yararsız hissələrini qoparıb bitkilərin yaxınlığına kənara atmışdır. xx xxxx 2019-cu il tarixdə Balakən rayon polis şöbəsinin işçiləri həyətinə gələrək əkib-becərdiyi 41 ədəd dibçəklərdə olan çətənə bitkilərini və bitkilərin yaxınlığındakı hissələri aşkar edib götürmüşlər. Sonradan əkdiyi 86 ədəd çətənə bitkiləri və bitkiləri əkdiyi sahələrin ətrafındakı hissələrin də aşkarlanıb polis tərəfindən götürüldüyü ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü on elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs4 göstərmişdir ki, 2019-cu ilin iyun ayının əvvəllərində bacanağı Eldar onu evinə dəvət edərək əkdiyi narkotik vasitəyə qulluq etmək üçün adam lazım olduğunu, bunların müqabilində ona sonda ayına görə 1000 manat pul verəcəyini bildirmişdir. Maddi imkanı zəif olduğu üçün Eldarla razılaşaraq təxminən bir həftə sonra Eldarla birlikdə dağa yollanmışlar. Zaqatala Dövlət Təbiət Qoruğunda olan Filiz çay yolunun aşağı hissəsinə çatanda həmin yerin bir hissəsinin təmizləndiyini və orada narkotik tərkibli bitkilərin şitillərinin əkildiyini görmüşdür. Eldar ilə onun işi həmin şitilləri yerindən çıxarıb təmizlənmiş digər sahəyə əkmiş, biraz istirahət etdikdən sonra geri qayıtmışlar. Təxminən 2-3 gün sonra Eldar, qayınatasının qardaşı Nail və Eldarın əmisi oğlu Səfərlə birlikdə dağa qalxmışlar. Nail və Səfər ilə birlikdə orada olan çətənə şitillərini çıxarıb təmizləyərək digər sahəyə əkdikdən sonra əkdikləri şitilləri sulamaq üçün aldıqları rezin borularla həmin sahəyə su çəkmişlər. Daha sonra isə narkotik tərkibli bitkilərin yaxşı bitməsi üçün özləri ilə gətirdikləri gübrələri şitillərin diblərinə tökmüşlər. Nail və Səfərə kömək etdikdən sonra həmin gün kəndə qayıtmış, təxminən 4-5 gün sonra tək dağa qalxmışdır. Nail və Səfər həmin vaxt narkotik tərkibli bitkilər əkilən yerə mühafizəni təşkil etmiş, təxminən 4-5 gün orada qalmışdır. Həmin müddət ərzində orada olan narkotik tərkibli bitkilərə qulluq edib, diblərini suvarıb, gübrə vermişdir. Nail və Səfər gələndən sonra hər üçü narkotik tərkibli bitkilərə qulluq etmişlər. Həmin dövrdə Eldar 4-5 dəfə onların yanına ərzaqla gəlmiş, sonra isə qayıdıb evinə getmişdir. 2019-cu ilin iyul ayının ortalarında o dağa qalxacağı vaxt qayınatası Zahid onun yaşadığı ünvana gələrək Eldarın razılığı ilə onlarla birlikdə dağa qalxacağını demişdir. Onlar Zahidlə birlikdə dağa qalxanda Nail və Səfər Zaqatala Dövlət Təbiət Qoruğunun narkotik vasitə əkdikləri yerdə qarovulluq etmişlər. Narkotik tərkibli bitkiləri əkdikləri yerə gələndən sonra Zahid həmin yerə baxaraq oraya bitişik ərazidə təxminən 30-40 ədəd narkotik tərkibli bitkiləri göstərib həmin bitkilərin özünə məxsus olduğunu bildirmişdir. Həmin yeri Zahidə Eldarın verdiyini fikirləşmiş, həmin günün axşamı Səfərlə Zahid kəndə qayıtmışdır. Təxminən 10-15 gün sonra yenə də Zahid onlar olduqları yerə ərzaqla gəlib ərzaqları onlara verdikdən sonra geri qayıtmışdır. Eldar narkotik tərkibli bitkilər əkilən yerə gələndə həmin bitkilərdən təxminən 10 ədədinin yararlı yerlərini toplayaraq yığıb həmin yerdə də qurutmuşdur. Sonradan həmin quruyan nəşənin harada olmasından bilməmişdir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə tək narkotik bitkilər əkdikləri Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə getmiş, Nail və Səfər orada olmuşdur. O, gələndən sonra Səfər kəndə qayıtmış, Nail ilə orada qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə Səfər onların yanına gəldikdən sonra o, kəndə qayıtmışdır. xx xxxxxx 2019-cu il tarixdə Eldarı polislərin saxlamasını və evinə baxış keçirən zaman evindən narkotik vasitə aşkar edilib götürüldüyünü və bundan sonra dağa Eldarın narkotik vasitə əkdiyi yerə getdiklrini eşitmişdir. Eldar tutulandan sonra onun adını polislərə verəcəyini hesab edərək Qaradağda hərbi xidmətdə olan oğlunu sonuncu dəfə görüşüb görməyə getmişdir. Övladı ilə görüşüb yaşadığı ünvana qayıtdıqdan sonra xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onu evdən polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs4lə dağa qalxıb narkotik tərkibli bitkilərin əkildiyi ərazidə ona 5-10 ağac verilməsini xahiş etmiş, sonra ona verilən bitkilərə baxıb qulluq etmək üçün həmin əraziyə yenidən getmişdir. Həmin bitkiləri öz istifadəsi üçün istəmiş, qazanc məqsədi olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının ortalarında kürəkəni Təqsirləndirilən şəxs1 ona dağda narkotik vasitə əkdiyini və həmin şitillərin təxminən 30-40 ədədini ona verəcəyini demiş, təxminən 2-3 gün sonra digər kürəkəni Bəşirlə rastlaşan zaman sonuncuya dağa qalxan zaman onu da götürməsini demişdir. 2019-cu ilin iyul ayının ortalarında Bəşirlə birlikdə dağa qalxmış, onlar dağa qalxanda ögey qardaşı Nail və Eldarın əmisi oğlu Səfər Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik vasitə əkilən yerdə qarovul durmuşlar. Narkotik tərkibli bitkilərin əkildiyi yerə gələndən sonra orada olan təxminən 30-40 ədəd narkotik tərkibli bitkiləri göstərib həmin bitkilərin ona məxsus olduğunu bildirmişdir. Onin payına düşən narkotik tərkibli bitkilərə baxdıqdan sonra Səfərlə birlikdə kəndə qayıtmış, təxminən 10-15 gün sonra ərzaq alaraq Eldarın əkərək ona verdiyi 30-40 ədəd narkotik tərkibli bitkilərə baş çəkmək üçün dağa yollanmışdır. Narkotiklərə Nail, Səfər və Bəşir qulluq etmiş, buna görə həmin şəxslərə ərzaq aparmışdır. Oraya gedərkən ona aid olan narkotik vasitələrə qulluq etmiş, narkotik tərkibli bitkilər artıq yetişdirmə dərəcəsinə çatmışdır. Ona aid olan narkotik vasitəyə qulluq etdikdən sonra Bəşirgilin yanına qayıtmış, gecə orada qaldıqdan sonra səhərisi günü isə kəndə qayıtmışdır. Bundan sonra bir daha dağa qalxmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onu evdən çağıraraq polis şöbəsinə getmək lazım olduğunu bildirmiş, polislərə etiraz etmədən sonuncularla birlikdə polis şöbəsinə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 baxış zamanı göstərdiyi ərazidə narkotik vasitənin toxumlarını əkməmişdir. Həmin toxumları Eldarın özü əkmişdir. Orada bitkilərə qulluq edən isə Bəşir, Nail və Səfər olmuşdur. O, həmin yerə 2 dəfə gəlmiş və gələn vaxtları da bütün bitkilərə qulluq və qaravulluq etmişdir. Çünki orada olan 30-40 ədəd narotik tərkibli bitkini Eldar ona vermişdir. Onu da qeyd etmişdir ki, o, dağda olan müddətlərdə Eldar onu görməyibdir. Eldarla o, narkotik tərkibli bitkilər əkdikləri yerdə görüşməmişlər. Onun Zaqata Dövlət Təbiət Qoruğunun ərazisində narkotik tərkibli çətənə bitkilərin şitillərini əkib onlara qulluq etməsindən ancaq Eldarın, Nailin, Səfərin və Bəşirin məlumatı olmuşdur. Başqa bu barədə heç kimin məlumatı olmamışdır. O, heç bir psixi xəstəlikdən əziyyət çəkmir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs6 Məhəmmməd oğlu özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi oğlu Təqsirləndirilən şəxs1lə birlikdə narkotik vasitənin əkildiyi yerə bir dəfə getmiş, həmin vaxt Eldarın oraya ərzaq aparmasına köməklik etmişdir. Həmin vaxt orada narkotik vasitə əkilməsindən məlumatı olmamış, ərzağı çobanlar üçün apardığını hesab etmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında Türkiyə Respublikasına getmək üçün hazırlaşan zaman əmisi oğlu Təqsirləndirilən şəxs1 onu evinə dəvət edərək narkotik vasitə olan çətənə bitkisini əkmək istədiyini və onun da bu işdə Eldara köməklik etməsini və buna görə lazımi miqdarda pul verəcəyini demiş, bundan sonra ailə üzvlərinə Türkiyə Respublikasına gedəcəyini deyərək Eldarla birlikdə Balakən ərazisində yerləşən Zaqatala Dövlət təbiət Qorğu ərazisinə getmişlər. Eldar onu həmin dağ ərazisində çətənə bitkisi yetişdirdiyi yerə aparmış, həmin vaxt Nail və Bəşir orada olmuşlar. Həmin yerdə kənarı metar torla bağlanmış və üstü polietiln örtüklə örtülmüş parnikdə yetişmiş çətənə bitkilərinin ştillərini görmüşdür. Yetişmiş çətənə bitkilərinin bir hissəsi bir qədər kənarda torpağa əkilmiş vəziyyətdə olan çətənə bitkilərinə rezin boru vasitəsi ilə su çəkilmiş, Bundan başqa gecə qalmaq üçün altıaçıq da hazırlamışlar. Həmin gecə orada qalmış, səhəri gün Eldar kəndə qayıtmışdır. O, Bəşir və Nail bir qədər kənarda əlavə iki yerin də kol-kosunu təmizləyib parnikdə qalmış ştilləri də həmin yerə əkmişlər. Ştilləri əkib qurtardıqdan sonra Nail, Bəşir və o, növbə ilə həmin yerdə qalıb həm əkdikləri çətənə bitkilərinə nəzarət edərək həmdə sulayıb qulluq göstərmişlər. Təxminən 4-5 gündən bir Nail, Bəşir və o, növbə ilə bir-birilərini dəyişmiş, növbəni təhvil verib Eldargilin evinə gəlib orada qalaraq təxminən 20-25 gündən sonra evlərinə gedib guya Türkiyə Respublikasından qayıtdığını bildirmişdir. Eldar onlara yeyib-içmək, həmçinin çətənə bitkilərinin yaxşı intişaf etməsi üçün lazım olan gübrə və ziyan vericilərə qarşı dərman gətirmiş, bitkilərə baş çəkib daha sonra isə qayıdıb evinə getmişdir. Onlar da həmin gübrəni çətənə bitkiəlrinə vermiş, ziyanverici həşəratlara qarşı dərmanı çətənə bitkilərinin üstünə səpirmişlər. Eldar özü də bir neçə dəfə həmin ərazidə qalıb çətənə bitkilərinə qulluq etmiş və mühafizə etmişdir. Əkib-becərdikləri çətənə bitkiləri tam yetişəndən sonra Eldar narkotik tərkibli bitkilərə əkilən yerə gələndə həmin bitkilərdən bir neçəsinin hissələrini, yəni yararlı yerlərini toplayıb həmin yerdə qurutmaq üçün sərdikdən sonradan həmin narkotik vasitəni aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə Eldarın polislər tərəfindən saxlanılmasını və evindən və eyni zamanda meşədə əkdikləri yerdən narkotik vasitə aşkar edilərək götürülməsini eşitdikdən sonra Balakən Rayon Polis Şöbəsinə gedib törətdiyi əməlini etiraf edib vəziyyəti bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs7 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadə verməkdən imtina etmiş, məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün uzaq qohumu olan Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 ilə görüşdükdə sonuncudan dağlıq ərazidə əkib-yetişdirib satıb pul qazanmaq üçün 20-30 ədəd narkotik tərkibli çətənə şitili istəmiş, Mayıl ona 2019-cu ilin may ayında 50 ədəd çətənə bitkisinin toxumunu vermişdir. Həmin toxumları “Qaraçay” adlanan ərazinin Zaqatala qoruğuna aid hissəsində xəlvət bir yer tapıb torpağa əkdikdən sonra həmin toxumları əkdiyi yerin üzərini toxumlar bitib inkişaf etməsi üçün sellofanla örtmüş, əkdiyi 50 ədəd toxumdan 15 ədədi bitib inkişaf etmişdir. 2019-cu ilin iyun ayında həmkəndlisi və Zaqatala qoruğunun dağlıq ərazisində yeger işləyən Təqsirləndirilən şəxs3 Rauf oğlu ona 200 ədəd çətənə bikiləri verəcəyi halda dağda münasib yerdə əkib yetişdirə bilib-bilməməsini soruşmuş, 200 ədəd çətənə şitillərini 4 nəfərə hərəyə 50 ağac bölmələrini təklif etmişdir. Mehmanın təklifi ilə razılaşdıqdan sonra 2019-cu ilin iyun ayının əvvəllərində sonuncu ilə birlikdə “Qaraçay”ın sol tərəfinə, toxum əkib çətənə şitili yetişdiyi parnikin yaxınlığına getmişlər. Mehman həmin parnikdən təxminən 220 çətənə şitili çıxararaq əkib-yetişdirməyi üçün ona vermişdir. Həmin şitilləri müvəqqəti olaraq xarab olmaması üçün həyətində xəlvət bir yerdə basdırmış, Mehman ona həmin şitilləri əkmək üçün kömək verəcəyini vəd etsə də sonradan adam tapa bilmədiyinə görə həmin şitillərdən 50 ədədini dağda ikisi üçün əkməsini demişdir. Mehmana xəbər vermədən sonuncunun ona verdiyi çətənə şitillərinin hamısını Mayılın ona kömək üçün verdiyi Gərəkli kənd sakini Təqsirləndirilən şəxs9la birlikdə Mehmanın işlədiyi qoruğun ərazisində əkmişdir. 50 ədəd bitkini isə, dağlıq ərazidə Mehmanla şərik əkib becərmişdir. Həmin bitkilərə onunla birlikdə Təqsirləndirilən şəxs9 qulluq göstərmiş, kömək üçün oğlu Osman da oraya gedib gəlmişdir. O, həmin bitkiləri şübhə yaratmamaq üçün Təqsirləndirilən şəxs9 və oğlu Osmanla birlikdə başqa-başqa ərazilərdə az-az sayda əkmişdir. O, Elnur və oğlu Osman həmin dağlıq ərazidə 12 başqa-başqa ərazilərdə əkdikləri cəmi 235 ədəd narkotik tərkibli çətənə bitkilərini yetişirmək dərəcəsinə çatdırmış, həmin bitkilərdən 125 ədədi yararlı olmuş, qalan bitkilər yararsız olduğu üçün söküb atmışlar. Yetişən bitkilərdən hissələri yığıb qurudub hazırlayıb evindən bir qədər yuxarıda sellofana büküb saxlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin əkilməsində şübhəli olduğu ona bildirilmiş, polis əməkdaşlarına hər şeyi etiraf edərək narkotik vasitəni əkdiyi yeri və orada saxladığı narkotik vasitəni göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs8 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, cəmi iki dəfə narkotik vasitə əkilən yerə getmiş, lakin həmin vaxt orada narkotik vasitə olmasından məlumatı olmamışdır. Narkotik vasitənin əkilməsində ümumiyyətlə iştirak etməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs8 göstərmişdir ki, maddi imkanları zəif olduğuna görə atası Rauf narkotik tərkibli bitkilər əkmək lazım olduğunu bildirmiş, atasının təklifi ilə razılşamışdır. Buna görə də 2019-cu ilin iyun ayında atası Rauf onu evlərinin yaxınlığında yerləşən meşəlik sahədəki narkotik tərkibli bitkilər əkilmiş parnikin olduğu yerə aparmış, həmin vaxt onlarla Gərəkli kənd sakini Təqsirləndirilən şəxs9 da orada olmuşdur. Təqsirləndirilən şəxs9 onlara köməklik etməsi üçün Təqsirləndirilən şəxs2 göndərdiyini, həmçinin atasının əkmiş olduğu parnikdəki şitillərin toxumunu da Təqsirləndirilən şəxs2 verdiyini bilmişdir. Mayıl da atası ilə həmin bitkilərdən əldə olunacaq xeyirə şərik olmuşdur. Onlar həmin vaxt atası və Elnurla birlikdə parnikdə olan təxminən 20 ədəd şitili Zaqatala dövlət təbiət qoruğunun ərazisindəki Qaraçay keçən hissənin sol tərəfindən təxminən 3-4 ayrı-ayrı yerləri kol-kosdan təmizləyib həmin ərazilərdə quyular düzəldərək şitilləri əkmişlər. Şitilləri əkdikdən sonra inkişaf etmələri üçün dərədən axan çayın suyundan daşıyaraq diblərini sulamışlar. Bir neçə gün sonra atası təxminən 200 ədəd narkotik tərkibli bitki şitilləri gətirərək həmin şitilləri Təqsirləndirilən şəxs3 kimi tanıdığı yegerin verdiyini və həmin bitkilərdə Mehmanın da payının olduğunu bildirmişdir. Buna görə də Elnur və atası ilə birlikdə əvvəlcə əkmiş olduqları sahələrdəki boş qalmış quyulara həmin şitillərdən əkmiş, geriyə qalan şitilləri də yaxınlıqda ayrı-ayrılıqda sahələri kol-kosdan təmizləyərək orada əkmişlər. Onlar həmin günü işləri çox olduğu üçün gecəni meşədə qalmış, növbəti gün isə yaşadıqları evə qayıdıb gəlmişlər. Bundan sonra da atası, Elnur və özü həmin sahəyə gedərək növbədə durub oraya qarovulluq etmişlər. Həmin sahələrdə narkotik əkməklərindən bildiklərindən yeger Mehman və Təqsirləndirilən şəxs2 məlumatı və payları olmuşdur. Çünki, Təqsirləndirilən şəxs2 ilk dəfə atasına narkotikin toxumunu vermiş, sonrada həmin toxumların əkilib becərilməsində köməklik etməsi üçün Təqsirləndirilən şəxs9 da verdiyindən Mayılın da həmin narkotikdə payı olmuşdur. Həmçinin yeger olan Təqsirləndirilən şəxs3 də atasına şitil verdiyi və əkilməsinə şərait yaratdığı üçün narkotikdə pay sahibi olmuşdur. Onlar vaxtaşırı dağa gedərək həmin bitkilərə qulluq etmişlər. Təxminən 2019-cu ilin avqust ayının ortalarında özü, atası Rauf və Elnurla birlikdə həmin sahəyə gedərək oradakı bitkilərin yetişmiş hissələrindən yığıb, yaşadıqları evin yaxınlığındakı meşəlik sahədə qurudulması üçün sərmişlər. Təxminən 2 gün sonra yenədə həmin əraziyə gedərək əkmiş olduqları narkotik bitkilərinin yetişmiş hissələrini yığıb evlərinin yaxınlığındakı meşəlik sahəyə gətirərək qurudulması üçün sərdikdən sonra qurumuş narkotiki sellofan torbalarda ağacın dib hissəsində üzərini qurumuş ağac yarpaqları ilə örtərək saxlamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən atası Raufun polis şöbəsinə aparıldığını bildikdən sonra özü də polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gələrək etmiş olduğu əməli səmimi etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs9 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə maddi vəziyyəti ağır olduğuna görə Təqsirləndirilən şəxs2 onu yaşadığı evə dəvət edərək Təqsirləndirilən şəxs7la tanış edib təxminən bir həftə sonra ona 40-50 şitil verəcəyini və Raufla birlikdə həmin şitilləri əkməsini demişdir. Raufla birlikdə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə gedərək orada qalan təxminən 8-12 ədəd şitili əkmiş, Rauf ona zəng etdikdən sonra bu dəfə Osmanla həmin əraziyə gedərək şitillərin bərbad vəziyyətdə olduğunu görmüşdür.Sonra yenidən Raufla şitili götürüb həmin əraziyə getdikdən sonra sonuncu şitillərin Mehmana məxsus olduğunu bildirmişdir. xx xxxx 2019cu il tarixdə Rauf ona reyd olduğunu və özü ona xəbər edəcəyini demiş, iyul ayının ortalarında Raufa zəng etsə də sonuncu onu bir daha narahat etməməsini demişdir. Həmin vaxtdan Raufla əlaqəsi kəsilmiş, sentyabr ayında isə onu Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs9 göstərmişdir ki, 2019-cu ilin may ayında Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 məxsus həmin kənd ərazisində yerləşən torpaq sahəsinin kənarına hasar çəkən zaman Mayıl onu bir nəfərlə tanış edəcəyini, həmin şəxslə dağlıq ərazidə narkotik əkəcəklərini və sonda ona lazımi hörmət edəcəklərini bildirmişdir. Bundan sonra 2019-cu ilin may ayının ortalarında Mayıl ona zəng etdikdən sonra Mahamalar kənd sakini Təqsirləndirilən şəxs7 yaşadığı evə gedərək gecəni orada qalmış, saat 05 radələrində qalxaraq Rauf, sonuncunun oğlu Osman və o, dağa yola düşmüşlər. Özləri ilə kol-kos təmizləmək üçün alətlər, balta və Raufun evində olan 30-40 ədəd narkotik tərkibli bitki şitillərini aparmışlar. Saat 11 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Qaraçay adlanan çayın başladığı yerə yaxın bir sahəyə çatmışlar. Rauf həmin sahəni təmizləyəcəklərini və özləri ilə gətirdikləri şitilləri orada əkəcəklərini bildirdikdən sonra həmin ərazini kol kosdan təmizləmiş, gecəni orada qaldıqdan sonra səhəri gün təmizlənmiş sahədə quyular düzəldərək özləri ilə apardıqları şitilləri əkmişlər. Şitillərin yaxşı inkişaf etmələri üçün diblərini suvarmışlar. Sonra yaşadıqları evə qayıtmışlar. Söhbət zamanı Rauf ona həmin şitilləri yeger işləyən Mehmanın verdiyini və həmin şitillərdə sonuncunun da payının olduğunu bildirmişdir. Təxminən bir həftə sonra xatırlamadığı gün axşam saatlarında Rauf ona zəng edərək yaşadığı evə gəlməsini, həmçinin Təqsirləndirilən şəxs2 verəcəyi şitilləri də gətirməsini demişdir. Sonra Mayıl ona zəng edərək taksi ilə onun arxasınca taksi göndrmiş, həmin taksi ilə Raufgilə getmişlər. Vaz 21011 markalı taksinin sücüsü Şaban ona Mayılın dağa gedəsi əşyaları avtomaşının yük hissəsinə qoyduğunu bildirmiş, avtomaşının yük hissəsini açdıqda 2 ədəd göy rəngli sellofan torbanın içərisində gündəlik istifadə üçün nəzərdə tutulmuş ərzaq məhsullarının və bitki şitillərinin olduğunu görmüşdür. Həmin maşın oradan uzaqlaşıb getdikdən sonra sellofan torbanı açdıqda içərisində 50-60 ədəd bitki şitillərini olduğunu görmüşdür. Raufa əlavə olaraq digər şitillərin evinin yaxınlığındakı meşəlik sahədə olduğunu, səhər dağa qalxan zaman çıxarıb aparacaqlarını bildirmişdir. Raufun evində gecələdikdən sonra saat 05 radələrində yuxudan duraraq təxminən 100 ədəd narkotik tərkibli şitillərin olduğu istixanadan 20-30 ədəd şitil çıxardaraq torbaya qoyub özlri ilə dağa aprmışlar. Rauf birinci dəfə narkotik vasitə əkdikləri ərazinin yaxınlığında yerləşən sahə göstərərək həmin sahəni kol-kosdan təmizləmiş, gecəni orada qaldıqdan sonra səhəri gün həmin sahədə quyular düzəldərək özləri ilə apardıqları şitilləri əkib diblərini suvardıqdan sonra yaşadıqları evə qayıtmışlar. Təxminən 7-8 gün sonra yenə Raufgilə gedərək gecəni orada qaldıqdan sonra səhəri durub həmin parnikdən təxminən 30-40 ədəd şitili çıxarıb özləri ilə dağa aparmışlar. Rauf bu dəfə yaxınlıqda olan başqa sahə göstərərək həmin ərazini kol-kosdan təmizlədikdən sonra səhəri gün həmin sahədə quyular düzəldərək özləri ilə apardıqları şitilləri orada əkmişlər. Həmin şitilləri və əvvəldən əkdikləri şitillərin diblərini də suvardıqdan sonra yaşadıqları evə qayıtmışlar. Təxminən 1 həftə sonra Raufun yaşadığı evə gedərək orada gecələdikdən sonra bitkilərə gübrə vermək üçün Raufun evindən mal peyini götürərək Osman, Rauf və o, həmin bitkiləri əkdikləri yerə getmişlər. Apardıqları gübrəni və peyini bitkilərə verib diblərini suvarıb geri qayıtmışlar. Həmin ərəfədə dağda yoxlamalar olduğu üçün təxminən 10 gün oraya getməmişlər. Sonuncu dəfə xx xxxx 2019-cu il tarixdə həmişəki qaydada dağa qalxaraq əkdikləri bitkiləri Rauf və Osmanla birlikdə toxalayıb xx xxxx 2019-cu il tarixdə yaşadıqları evə qayıtmışlar. Dağda yoxlamalar olduğuna görə bir müddət Rauf onunla əlaqə saxlamamış, xx xxxx 2019-cu il tarixdəTəqsirləndirilən şəxs2 Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulduğunu, xx xxxxxxxx 2019-cu iİ tarixdə isə Rauf və oğlu Osmanın tutulduğunu eşitmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onu da Balakən rayon Polis şöbəsinə dəvət etdikdən sonra sonuncularla birlikdə Polis Şöbəsinə getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onun evinə gələrək evini axtarmış, sonra ona təzyiq edərək Raufa narkotik tərkibli çətənə bitkisi verdiyini boynuna almasını tələb etmişlər. Polis əməkdaşlarının təzyiqinə görə sənədlərə imza edib ilkin vaxtlarda etirafedici ifadə vermişdir. Lakin heç kimə çətənə bitkisi verməmiş, narkotik vasitələrin əkilməsindən məlumatı olmamışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, 2017-ci ilin aprel ayından etibarən Zaqatala Dövlət Qoruğunda “Yeger” vəzifəsində işləməklə Balakən rayonu “Qaraçay” adlanan dağlıq ərazisinin 1 saylı dolayına nəzarət etmişdir. 2019-cu ilin may ayında işlədiyi ərazidə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1lə birlikdə istixana düzəldərək sonuncunun gətirdiyi narkotik tərkibli çətənə bitkilərinin toxumları əkmişlər. Toxumları torpağa basdırıb əkdikdən sonra üzərini sellofanla örtüb istixana düzəltmiş, hərdən həmin bitkiləri əkdikləri əraziyə gedib suvarırmışlar. Əkdikləri toxumlar bitərək inkişaf edib şitil formasını almış, şitilləri əkdikləri istixana onun işlədiyi qoruğun ərazisində olduğu üçün narahat olmağa başlamışdır. Bu səbəbdən də qohumu, həmçinin, həmkəndlisi olan və həmin ərazilərdən keçən Balakən rayonuna su verilən xətlərə gözətçilik edən Təqsirləndirilən şəxs7 ilə görüşüb sonuncuya həmin yetişdirdikləri şitillərdən əkib becərməsini xahiş etmişdir. Bundan sonra əkib yetişdirməsi və əldə etdiyi puldan ona verməsi üçün 200 (iki yüzdən) artıq çətənə şitillərini istixanadan çıxarıb Raufa vermişdir. Rauf onunla razılaşıb verdiyi çətənə bitkilərini əkmək üçün aparmış, çətənə şitillərinin qalan hissəsini isə Eldar aparmışdır. Sonradan Rauf ona bitkilərdən yararsız olanlarlnı bildirmiş, Raufun bitkiləri əkdiyi ərazini görməmişdir. Raufdan digər bitkilər barədə maraqlandıqda sonuncu ona bitkilərə yaxşı qulluq etdiyini və həmin bitkilərin inkişaf edib yetişmək üzrə olduğunu bildirmişdir. Sonradan onların əməlləri ifşa olunmuş, əməlini səmimi olaraq etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə üzrə direktor müavini vəzifəsində işləyən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 05 və xx xxxxxxxx 2019-cu il tarixdə qoruğun nümayəndəsinin və Balakən rayon sakini Təqsirləndirilən şəxs7 iştirakları ilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət qoruğunun 01 saylı dolayı ərazisinə baxış keçirilən zaman qoruğun ərazisində qanunsuz olaraq yüz otuz ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib-becərildiyi, xüsusiaqrotexniki qaydada qulluq göstərilərək yetişdirilməsi aşkar edilmişdir. Həmin ərazi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Zaqatala Dövlət Təbiət qoruğunun balansında olan sahə olmuş, həmin meşə sahəsində hər hansı bir şəxsə kənd təssərüfatı bitkilərinin və digər hər hansı bitkilərin müvəqqəti əkilməsinə icazə verilməmişdir. Təqsirləndirilən şəxslərlə barışmış, sonunculara qarşı heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdən Zaqatala Dövlət Təbiət Qoruğunun meşə gözətçisi (yeqeri) işləməklə Balakən rayonu Gərəkli sahəsinin dağlıq ərazisinin 2 saylı dolayına nəzarət etmişdir. Meşəlik ərazinin yoxlanılmasında iştirak etmiş, narkotik vasitələr əkilmiş ərazilərə rast gəlməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin may ayının əvvəllərində Zaqatala Dövlət Təbiət Qoruğunun 1 saylı dolayında torpaq sahəsinin özbaşına zəbt olunaraq orada narkotik tərkibli bitkilər əkilib becərdilməsi barədə daxil olmuş məlumat əsasında iş yoldaşları Şahid1 və Şahid3la birlikdə 2019-cu ilin may ayının ortalarında qeyd olunan əriziyə gedib baxış keçirən zaman həmin ərazidə digər iş yoldaşları Təqsirləndirilən şəxs3 Balakən rayonu Gərəkli kənd sakini Eldar adlı şəxslə birlikdə 500 ədəddən artıq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 heç kimə məlumat verməmələrini və yaxın vaxtda həmin ərazidə yetişdirdikləri çətənə bitkilərini çıxarıb məhv edəcəklərini bildirmişdir. Mehmangilə inanıb oradan uzaqlaşıb bu barədə heç kimə deməmişlər. Təxminən bir həftə sonra ərazini yoxlamaq üçün yenidən həmin yerə getdikdə orada artıq çətənə bitkilərinin olmadığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2018-ci ilin aprel ayından etibarən Zaqatala Dövlət Qoruğunda yeger vəzifəsində işləməklə Balakən rayonun Gərəkli sahəsinin dağlıq ərazisinin 3 saylı dolayına nəzarət etmişdir. Meşəlik ərazinin yoxlanılmasında iştirak etmiş, narkotik vasitələr əkilmiş ərazilərə rast gəlməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, 2019-cu ilin may ayının əvvəllərində Zaqatala Dövlət Təbiət Qoruğunun 1 saylı dolayında torpaq sahəsinin özbaşına zəbt olunaraq orada narkotik tərkibli bitkilər əkilib becərdilməsi barədə daxil olmuş məlumat əsasında iş yoldaşları Şahid1 və Şahid2la birlikdə 2019-cu ilin may ayının ortalarında qeyd olunan əriziyə gedib baxış keçirən zaman həmin ərazidə digər iş yoldaşları Təqsirləndirilən şəxs3 Balakən rayonu Gərəkli kənd sakini Eldar adlı şəxslə birlikdə 500 ədəddən artıq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 heç kimə məlumat verməmələrini və yaxın vaxtda həmin ərazidə yetişdirdikləri çətənə bitkilərini çıxarıb məhv edəcəklərini bildirmişdir. Mehmangilə inanıb oradan uzaqlaşıb bu barədə heç kimə deməmişlər. Təxminən bir həftə sonra ərazini yoxlamaq üçün yenidən həmin yerə getdikdə orada artıq çətənə bitkilərinin olmadığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1999-cu ildən Zaqatala Dövlət Təbiət Qoruğunun meşə gözətçisi (yeqeri) işləməklə meşəlik ərazinin yoxlanılmasında iştirak etmiş, narkotik vasitələr əkilmiş ərazilərə rast gəlməmişdir. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 2019-cu ilin may ayının əvvəllərində Zaqatala Dövlət Təbiət Qoruğunun 1 saylı dolayında torpaq sahəsinin özbaşına zəbt olunaraq orada narkotik tərkibli bitkilər əkilib becərdilməsi barədə daxil olmuş məlumat əsasında iş yoldaşları Şahid3 və Şahid2la birlikdə 2019-cu ilin may ayının ortalarında qeyd olunan əriziyə gedib baxış keçirən zaman həmin ərazidə digər iş yoldaşları Təqsirləndirilən şəxs3 Balakən rayonu Gərəkli kənd sakini Eldar adlı şəxslə birlikdə 500 ədəddən artıq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərildiyini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 heç kimə məlumat verməmələrini və yaxın vaxtda həmin ərazidə yetişdirdikləri çətənə bitkilərini çıxarıb məhv edəcəklərini bildirmişdir. Mehmangilə inanıb oradan uzaqlaşıb bu barədə heç kimə deməmişlər. Təxminən bir həftə sonra ərazini yoxlamaq üçün yenidən həmin yerə getdikdə orada artıq çətənə bitkilərinin olmadığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş “Zaqatala Dövlət Qoruğunun’’ mühafizə yegeri işləyən Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Balakən rayonu Gərəkli kənd sakini olan Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanması istintaq hərəkəti aparılarkən iş yoldaşı Şahid5lə birlikdə orada iştirak etmişdir. Video çəkilişlə aparılan ifadələrin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 ifadəsində 2019-cu ilin may ayının əvvəllərində “Zaqatala Dövlət Qoruğunun” Gərəkli sahəsinin ərazisində yerləşən 2 saylı dolayda “Palıdlı” adlanan ərazidə beş bir-birinə yaxın ərazilərdə qanunsuz olaraq əkibyetişdirməklə və aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etdiyi bitkiləri quruması üçün əkdiyi sahələrin yaxınlığında sərilmiş vəziyətdə saxlamışdır. xx xxxx 2019cu il tarixdə Balakən Rayon Polis Şöbəsinin və “Zaqatala Dövlət Təbiət Qoruğun” əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər zamanı “Zaqatala Dövlət Təbiət Qoruğun’’ Gərəkli sahəsinin 02 saylı dolayında “Palıdlı” adlanan ərazidə beş bir-birinə yaxın cığırlarla və rezin su borusuyla əlaqəli olan sahələrdə Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz olaraq əkilib-becərilməklə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilib kultivasiya edilmiş ümumi sayı 86 ədəd narkotik tərkibli çətən bitkiləri və həmin sahələrin ətrafında qurudulması üçün sərilmiş narkotik vasitə hesab edilən qurudulmamış marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin ərazini əyani şəkildə göstərməklə qeyd olunan bitkiləri özü əkib becərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Zaqatala Dövlət X9 sahəsinin 02 saylı dolayında “Palıdlı” adlandırılan ərazidə narkotik tərkibli bitkiyə oxşar bitkilərin olması barədə məlumat əsasında polis əməkdaşlarının və Zaqatala Dövlət Təbiət Qoruğunun mühafizə yegeri Şahid2 iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilərkən mütəxəssis-aqronom qismində iştirak edərkən meşə sahəsində beş bir-birinə yaxın, gediş-gəliş üçün cığırlar və suvarılması üçün eyni boru ilə əlaqələnən sahələrdə narkotik təkibli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilmişdir. Şərti olaraq birinci sahə adlandırılan sahədən 13 ədəd narkotik tərkibli çətənə bitkiləri, sahənin kənarından isə quruması üçün sərilmiş çəkisi 9.7 kq olan narkotik vasitə hesab edilən qurudulmamış marixuanaya oxşar bitki kütləsi aşkar edilərək götürülmüşdür. İkinci sahəyə baxış zamanı oradan 26 ədəd çətənə bitkisi, sahənin kənarından isə qurudulması üçün sərilmiş halda olan çəkisi 5 kq 480 qram olan qurudulmamış marixuanaya bənzər bitki kütləsi aşkar edilərək götürülmüşdür. Şərti olaraq 4-cü sahəyə baxış zamanı oradan 19 ədəd narkotik tərkibli çətənə bitkisi kolları və sahənin kənarında qurudulması üçün sərilmiş, 9 kq 740 qram olan narkotik vasitə qurudulmamış marixuanaya oxşar bitki kütlələri aşkar edilərək götürülmüşdür. Şərti olaraq 5-ci sahə adlanan sahəyə baxış zamanı isə oradan 9 ədəd narkotik tərkıbli çətənə bitkiləri aşkar olunmuşdur. Qeyd edilən beş biri-birinə yaxın olan həmin sahələrdən ümumilikdə 86 ədəd hündürlükləri 60 sm-dən 320 sm-dək olan narkotik tərkibli çətənə bitkiləri aşkar olunub polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 86 ədəd narkotik tərkibli çətənə bitkilərinin hər birinə ayrılıqda aqrotexniki qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmiş, suvarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili Şahid8, Şahid9 və Şahid10 eyni məzmunlu ifadə verərək Şahid6 Məhəmməd oğlunun yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Balakən rayonu, Gərəkli kənd sakini Təqsirləndirilən şəxs2 yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilən zaman mütəxəssis-aqronom qismində iştirak edərkən baxış zamanı Təqsirləndirilən şəxs2 həyətyanı sahəsi ilə Zaqatala Dövlət Qoruğunun dağətəyi hissəsinin kəsişdiyi ərazidə sonuncunun evinin yuxarı tərəfində hündürlükləri 60 sm-dən 175 sm-dək olan 41 ədəd dibçəklərdə yetişdirilmiş narkotik tərkibli çətənə bitkiləri, dibçəklərin qoyulduğu sahənin kənarında quruması üçün sərilmiş, çəkisi 660 qram olan olan narkotik vasitə hesab edilən marixuana aşkar edilmişdir. Aşkar edilmiş 41 ədəd çətənə bitkilərinin hər birinə ayrı-ayrılıqda aqrotexniki qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmiş, suvarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin Post-patrul Xidmət Bölüyünün polis nəfəri işləyən Şahid11 ifadəsində bildirmişdir ki, xx xxxxxxxx 2019cu il tarixdə Zaqatala Dövlət X7 rayonu ərazisində yerləşən dağ massivinin Qaraçay sahəsinin 01 saylı dolayısında Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs7 qeyriləri ilə birlikdə narkotik tərkibli bitkiləri əkib becərmələri, həmçinin narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlər zamanı Mahamalar kənd sakini Təqsirləndirilən şəxs7 Balakən rayon Polis Şöbəsinə dəvət olunduqdan sonra sonuncu Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs8la birlikdə 2019-cu ilin may ayının sonlarında narkotik tərkibli çətənə bitkilərini Zaqatala Dövlət X10 ərazisində əkərək kultivasiya etdiklərini bildirmişdir. Bundan sonra dəvət edilmiş mütəxəssis-aqronom Şahid6 və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs7 göstərdiyi əraziyə baxış zamanı 1-ci sahə adlandırdıqları yerdən hündürlükləri 70 sm-dən 410 sm-dək olan 30 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, sahənin ətrafında isə sərilmiş vəziyyətdə narkotik tərkibli bitkilərə oxşar hissələrin qurudulması üçün sərilməsi də müəyyən edilmişdir. Daha sonra şərti olaraq 2-ci sahə olaraq bildikləri sahəyə baxış zamanı 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, şərti olaraq 3-cü sahə olaraq bildikləri sahəyə baxış zamanı 4 ədəd narkotik tərkibli çətənə bitkilər və ətrafında qurudulması üçün narkotik vasitəyə oxşar bitki hissəsi, şərti olaraq 4-cü sahəyə keçirilən baxış zamanı 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, həmin sahədən bir neçə metr aşağıda olan şərti olaraq 5-ci sahəyə keçirilən baxış zamanı həmin sahədə də 22 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, sahənin ətrafında isə narkotik tərkibli bitkilərə oxşar hissələrin qurudulması üçün sərilməsi və bitkilərin üzərindən yetişmiş hissələrinin yığılması müəyyən edilmişdir. Şərti olaraq 6-cı sahə olaraq bildikləri yerə keçirilən baxış zamanı həmin sahədə də 10 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, sahənin ətrafında isə narkotik tərkibli bitkilərə oxşar hissələrin qurudulması üçün sərildiyi müəyyən edilmişdir. Həmin sahədən bir neçə metr aralıda şərti olaraq 7-cı sahəyə keçirilən baxış zamanı həmin sahədən 15 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, həmin sahədən təxminən 3 km aralıda yerləşən şərti olaraq 8-ci sahə kimi bildikləri sahədən 26 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar deilmişdir. Hava qaranlıq olduğundan və təbii şərait nəzərə alınaraq xx xxxxxxxx 2019-cu il tarixdə davam etdirilən baxış zamanı şərti olaraq 9cu sahə kimi bildikləri sahədən 7 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin yerdən təxminən 1 km aralıda olan şərti olaraq 10-cu sahə bildikləri sahədən 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Şərti olaraq 11-ci sahə adlandırdıqları yerdə isə çalalar olsa da, orada narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs7 həmin yerdə də narkotik tərkibli bitkiləri əkdiklərini, lakin bitkilərin yetişdiyi üçün həmin bitkilərin hissələrini yığıb saxladığını bildirmişdir. Şərti olaraq 12-ci sahə adlandırdıqları yerdən 5 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin yerin yaxınlığında yerdə sərilmiş vəziyyətdə bitki hissələri aşkar olunmuşdur. Aqronommütəxəssis Şahid6 bütün bitkiərə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, aşkar olunan bütün bitkilər və bitki hissələri qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində ifadəsi elan olunaraq tədqiq edilmiş X6, şahid qismində dindirilmiş Şahid13 və Şahid14 eyni məzmunlu ifadələr verərək Şahid11 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2019-cu ilin ilin may ayında axşam saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs2 ona iki manat gediş haqqı verərək əlində tutduğu deməsinə görə içərisində ərzaq məhsulları olan bir ədəd sellofan torbanı Mahamalar kəndi girəcəyində gözləyən şəxsə verməsini xahiş etmiş, Mayılla razılaşdıqdan sonra avtomobilin arxa yük yerini açdıqdan sonra Mayıl həmin torbanı oraya qoymuşdur. İdarə etdiyi avtomaşınla Mayılın dediyi yerə çatdıqdan sonra digər həmkəndlisi Təqsirləndirilən şəxs9 yolun kənarında onu gözlədiyini görmüş, Mayılın verdiyi torbanı Elnura verərək geriyə qayıtmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış vərəqədə “...Təqsirləndirilən şəxs2 həyətyanı sahəsindən aşkar edilmiş 41 ədəd narkotik tərkibli çətənə....” sözləri yazılmış 02 (iki) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki, ümumilikdə 41 (qırx bir) ədəd, hündürlükləri 60 sm-dən 175 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 23 kiloqram 125 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Alim-aqronom Şahid7 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs2 narkotik tərkibli bitkiləri əkib becərdiyi sahənin kənarlarından aşkar edilmiş... maddi sübut....” sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki, nəm vəziyyətdə təmiz çəkisi – 218,76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd sintetik kisənin içərisindəki ümumilikdə 41 (qırx bir) ədəd çətənə bitkiləri ilə 01 (bir) ədəd sintetik kisənin içərisindəki qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, birinin üzərinə yapışdırılmış vərəqədə “Zaqatala Dövlət X9 sahəsinin 2 saylı dolayında “Palıdlı” adlanan ərazidə.... aşkar olunmuş 86 ədəd narkotik tərkibli çətənə....” sözləri yazılmış 03 (üç) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 86 (səksən altı) ədəd, hündürlükləri 60 sm-dən 220 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 24 kiloqram 965 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid6 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Zaqatala Dövlət X9 sahəsinin 2 saylı dolayında “Palıdlı” adlanan yerdə .... 1-ci sahənin kənarında aşkar edilmiş qurudulmamış marixuanaya oxşar bitki kütləsi....” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi – 3 kiloqram 750 qram olan bitki mənşəli kütlə tərkibində nartkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Zaqatala Dövlət X9 sahəsinin 2 saylı dolayında...2-ci və 4-cü sahənin kənarından aşkar edilmiş qurudulmamış marixuanaya oxşar bitki kütləsi...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, nəm vəziyyətdə təmiz çəkisi – 13 kiloqram 945 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş, 03 (üç) ədəd sintetik kisələrdə olan ümumilikdə 86 (səksən altı) ədəd çətənə bitkiləri ilə 02 (iki) ədəd sintetik kisələrdə olan qurudulmamış marixuanalar tərkibinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üçünün üzərinə yapışdırılmış vərəqədə “Zaqatala Dövlət Qoruğunun Balakən rayonun ərazisinə düşən hissəsində aşkarlanmış...bitki nümunələri...” sözləri yazılmış 44 (qırx dörd) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 339(üç yüz otuz doqquz) ədəd, hündürlükləri 30 sm-dən 220 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi – 207 kiloqram 460 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli (kannabis) bitkiləridir. Alim-aqronom Şahid7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş...bitki kütlələri.....’’ sözləri yazılmış 01 (bir) ədəd ağ rəngli sintetik kisənin içərisindəki: 11 (on bir) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,92qr., 21,37qr., 19.97qr., 335,00qr., 53,44qr., 11,07qr„ 27,95qr., 211,02qr., 0,42qr., 151,56qr., 12,71 qr., ümumi təmiz çəkisi - 848,43 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin sellofan torbaların birinin (içərisində 335 qram qurudulmuş marixuana olan) içərisindəki 03(üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 5,82qr., 2.32qr., 1,93qr., ümumi təmiz çəkisi - 10,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, həmçinin 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 13,714 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Həmin sellofan torbaların digər birinin (içərisində 21,37 qram qurudulmuş marixuana olan) içərisində təmiz çəkisi - 12,62 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Təqdim olunmuş, üzərində “Zaqatala Dövlət X7 rayonun ərazisinə düşən hissəsində...əkin sahəsinin içərisində aşkar edilmiş qurudulmuş bitki kütləsi... ” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, təmiz çəkisi - 214,42 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş narkotik” sözləri yazılmış 01 (bır) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,437 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş narkotik tərkibli bitkilərin...toxumları....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; 02(iki) ədəd bükümlərdə. ayrı-ayrılıqda təmiz çəkiləri - 5.81 qr., 21,78qr., ümumi təmiz çəkisi - 27,59 qram olan olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, digər 08(səkkiz) ədəd bükümlərdə isə, ayrı-ayrılıqda təmiz çəkiləri - 15,80qr., 4,02qr., 3,73qr., 37,81 qr., 9,13qr., 8,27qr., 6,22qr., 1,42qr., ümumi təmiz çəkisi - 86,40 qram olan bitki toxumları, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Təqdim olunmuş, 01 (bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 2255 qram olan maddənin tərkibində narkotik aktivliyə malik olan kompanentlər aşkar ediımədi və həmin maddə narkotik vasitələrə aid deyil. Təqdim edilmiş çətənə bitkiləri ilə qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizanın xx xxxxxxxx 2019-cu il tarixli, 510 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, səkkizinin üzərinə yapışdırlmış vərəqədə “Zaqatala DTQ-nun ...sahəsində Vət. Təqsirləndirilən şəxs7 .əkib becərdiyi bitkilər..." sözləri yazılmış 24 (iyirmı dörd) ədəd ağ rəngli sintetik kisələrin içərisindəki ümumilikdə 130 (yüz otuz) ədəd, hündürlükləri 25 sm-dən 410 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkisi- 76 kiloqram 763 qram olan bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid6 tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə "Zaqatala DTQ-nun ərazisində...1-ci sahə adlandırılan sahənin kənarından aşkar edilmiş qurudulmuş marixuanaya oxşar bitki kütləsi....” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 730 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə "Vət. Təqsirləndirilən şəxs7 11 və 12-ci sahələrdən 150 metr yuxarıda... götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 09 (doqquz) ədəd sellofan torbalarda, ayrı-ayrılıqda təmız çəkilərı - 149.36qr., 405,00qr., 224.42qr., 69.82qr., 229.63qr., 133,97qr., 198,29qr., 345qr., 113,35qr., ümumi təmız çəkisi- 1868,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin sintetik kisənin içərisindəki digər 01 (bir) ədəd sellofan torbada, təmız çəkisi - 102,04 qram quru vəziyyətdə olan yarpaqsız bitki budaq və saplaqları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin budaq və saplaqlarıdır. Tədqiqata təqdim edilmiş, hər birinin üzərinə yapışdırılmış vərəqədə “Zaqatala DTQ-nun Qaraçay sahəsində... 1-ci sahənin kənarından aşkar edilmiş...bitki kütləsi..." sözləri yazılmış 02(iki) ədəd sintetik kisələrin içərisindəki, yaş vəziyyətdə ayrı-ayrılıqda təmız çəkiləri - 5 kq 625qr., 1 kq 875qr., ümumi təmiz çəkisi - 7 kiloqram 500 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanalardır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Zaqatala DTQnun Qaraçay sahəsində... 3-cü sahənin kənarından aşkar edilmiş... bitki kütləsi...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki yaş vəziyyətdə təmiz çəkisi-209,14 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələri olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Təqdiqata təqdim edilmiş üzərinə yapışdırılmış vərəqədə “Zaqatala DTQ-nun Qaraçay sahəsində...5-ci sahədən aşkar edilmiş...bitki kütləsi...” sözləri yazılmış 01(bir) ədəd sintetik kisənin içərisindəki yaş vəziyyətdə-təmiz çəkisi-3 kiloqram 985 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Zaqatala DTQ-nun Qaraçay sahəsində... 6-cı sahənin kənarında aşkar edilmiş...bitki kütləsi...” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki yaş vəziyyətdə təmiz çəkisi - 610 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “vət. Təqsirləndirilən şəxs7 gizlətdiyi 11 və 12-ci sahələrinin yaxınlığında ... sellofan torbada qurudulmamış bitki kütləsi...” sözləri yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki, yaş vəziyyətdə təmiz çəkisi-840 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Təqdiqata təqdim edilmiş, çətənə bitkiləri ilə 02 (iki) ədəd sintetik kisədəki ümumilikdə 10 (on) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar, 01 (bir) ədəd sellofan torbada olan quru vəziyyətdə çətənə (kannabis) bitkisinin budaq və saplaqları, 04 (dörd) ədəd sintetik kisədə və 02 (iki) ədəd sellofan torbada olan qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2632 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2875 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs9 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs9 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2967 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs7 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs7 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs8 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs8 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 40 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs6 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs6 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 363 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 877 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs6 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs7 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs8 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs9 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs5 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs6 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs7 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs8 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs9 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə xx xxxx 2020-ci il tarixə kimi uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamə və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 237.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.2.2-ci maddəsinə əsasən məhkumluğu götürülmədiyinə və ödənilmədiyinə görə onun Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi vardır. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 Nəcmddin oğlu, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır, himayəsində iki azyaşlı uşağı vardır, yaşadığı yer üzrə müsbət səciyyələnrirlir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır, himayəsində iki azyaşlı uşağı vardır, yaşadığı yer üzrə müsbət səciyyələnrilir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri ilə birlikdə Balakən rayonu Mahamalar kəndində yaşayır, himayəsində bir az yaşlı uşaqları vardır. Yaşadığı yer üzrə müsbət səciyyələnrirlir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ailə üzvləri ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır, himayəsində bir azyaşlı uşağı vardır. Yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs6 ailə üzvləri ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələnrirlir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 ailə üzvləri ilə birlikdə Balakən rayonu Gərəkli kəndində yaşayır, himayəsində bir azyaşlı uşağı vardır. Yaşadığı yer üzrə müsbət səciyyələnrirlir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs7 ailə üzvləri ilə birlikdə Balakən rayonu Mahamalar kəndind yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələnrirlir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs8 ailə üzvləri ilə birlikdə Balakən rayonu Mahamalar kəndind yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələnrirlir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs9 ailə üzvləri ilə birlikdə Balakən rayonu Mahamalar kəndində yaşayır, yaşadığı yer üzrə müsbət səciyyələndirlir. Balakən rayon prokurorluğunun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 və qeyrilərinin Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işgəncəyə və qeyri-insani rəftara məruz qalmaları dair müraciətlərinə əsasən aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X4 CM-in 234.4.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, istintaqdan gizləndiyi üçün həmin maddədə nəzərdə tutulan ittihamın ona elan edilməsi mümkün olmadığından həmin tarixdə barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Nail Dibirovun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Şahid1, Şahid2 və Şahid3 barəsində CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə başlanmış cinayət təqibinə hissəvi xitam verilməklə onların əməli həmin Məcəllənin 307.1ci maddəsinə tövsif edilmiş və ayrılmış cinayət işi aidiyyəti üzrə həmin şəxslərin barələrində istintaqın davam etdirilməsi üçün Balakən rayon prokurorluğuna göndərilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ittiham olunduqları CM-in 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 ittiham olunduğu CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 ittiham olunduqları CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.1, 234.4.2 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 188.1 və 188.4.1-ci maddəsinə gəldikdə isə məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə praktikasını nəzərə alaraq təqsirləndirilən şəxslərin əməllərində həmin hissədə cinayət tərkibinin olmadığı qənaətinə gəlir. Belə ki, məhkəmə kollegiyası hazırki məhkəmə praktikasına uyğun qaydada hesab edir ki, CM-in 188-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin özbaşına becərilməsinə yönəlmiş təqsirləndirilən şəxsin qəsdi aşkarda baş verməklə torpağın qanuni sahibinin icazəsi olmadan torpaq sahəsində əkilməsi qadağan edilməyən bitkilərin əkilməsində, onlara qulluq edilməsində və onların yetişdirilməsində təzahür edir. Bu zaman cinayət cəzasının yaranmasının əsası kimi təqsirkarın həmin torpaq sahəsində hər hansı bir bitki əkməsi deyil, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özgəyə məxsus torpaq sahəsini özbaşına çəpərləməsi, hasarlaması, becərməsi və ya dəyişdirməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması çıxış edir. Cinayət işinin materiallarında olan sübutlardan, videogörüntüdən, habelə foto cədvəllərdən görünür ki, Zaqatala Dövlət Təbiət Qoruğuna aid olan qeyri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan maddənin dispozisiyasında göstərildiyi kimi, təqsirləndirilən şəxslər tərəfindən özbaşına çəpərlənməmiş, təqsirləndirilən şəxslərin həmin torpaq sahəsini becərməsi, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutması aşkar edilməmişdir. İşin görünən tərəfi odur ki, təqsirləndirilən şəxslər gizli meşə fonduna aid torpaq sahəsində nəinki torpağın mülkiyyətçisinin, ümumiyyətlə heç bir kəsin məlumatı olmadan narkotik tərkibli çətənə bitkisi əkmişlər. Təqsirləndirilən şəxslərin bu cinayət əməli aşkar edildikdən sonra torpağın mülkiyyətçisinin ona məxsus torpaq sahəsindən təqsirləndirilən şəxslərin ondan icazəsiz istifadə etməsi barədə məlumatı olmuşdur. Göründüyü kimi, CM-in 188-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 237-ci maddəsində nəzərdə tutulan əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərinin hər hansı torpaq sahəsində əkilməsi başa düşülür. Burada cinayətin predmetini əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilərin, onların hissələrinin, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərin qanunsuz kultivasiya edilməsi təşkil edir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama harada və kimə məxsus olan torpaq sahəsində əkilməsindən, kultivasiya edilməsindən asılı olmayaraq cinayət məsuliyyəti yaradır. Bu zaman o da nəzərə alınmalıdır ki, bu cinayət əməli aşkarda deyil, gizlində törədilir. İşdən görünür ki, təqsirləndirilən şəxslər qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Zaqatala Dövlət Təbiət Qoruğuna məxsus torpaq sahəsini özbaşına zəbt edərək orada tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiklərinə görə CM-in 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə bərabər, onlara həm də müvafiq olaraq CM-in 188.1 188.4.1-ci maddələri ilə də ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxslər həm tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası, həm də torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə cinayətlərin məcmusu ilə təqsirləndirilsə də, onların qəsdi yalnız tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etməyə yönəlmişdir. Belə olan halda mövcud məhkəmə praktikasına uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 torpaq sahəsini özbaşına çəpərləmə, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmasına dair onlara elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Ona görə də əməllərində cinayət tərkibi olmaması əsası ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 CM-in 188.4.1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 isə CM-in 188.1-ci maddələri ilə bəraət verilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 CM-in 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalıdırlar. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs3 ümumiyyətlə narkotik vasitə əkməməsi, narkotik vasitənin kultivasiyasında iştirak etməməsi və Təqsirləndirilən şəxs7 narkotik vasitə əkmək üçün şitillər verməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə digər Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs8 istintaqın ilkin mərhələsində verdiyi ifadələri, Təqsirləndirilən şəxs3 özünün məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə bioloji ekspertizasının rəyi və işdə olan digər sənədlər əsas verir. Eyni zamanda məhkəmə kollegiyası şahidlər Şahid2, Şahid1 və Şahid3 da məhkəmə istintaqı zamanı əvvəlki həmkarları Təqsirləndirilən şəxs3 narkotik tərkibli çətənə bitkisini əkməsindən məlumatlarının olmamasına dair ifadələrinə də tənqidi yanaşaraq həmin şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini daha səmimi və obyektiv ifadələr kimi qəbul edir. Məhəkəmə Təqsirləndirilən şəxs1 ifadsində narkotik vasitəni tək əkdiyini, həmçinin təxminən 250-300 qram narkotik vasitəni saxlamasına dair ifadəsinə də tənqidi yanaşaraq həmin ifadəni onun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə belə bir nəticəyə gələrkən məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilən baxış istintaq hərəkətinin olduğu video çəkilişin əks oıunduğu CD diski, təqsirləndirilən şəxslərin ilkin araşdırma zamanı verdikləri etirafedici ifadələri, məhkəmə-bioloji ekspertizasının rəylərini və işdə olan digər sübutları əsas götürür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndind məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin narkotik tərkibli çətənə bitkilərini maddi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə əkmələri tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə kollegiyası aşkar olunan narkotik vasitələrin də təqsirləndirilən şəxslər tərəfindən satış məqsədi ilə saxlanıldığını, eyni zamanda həmin narkotik vasitənin satış məqsədi ilə saxlanılmasının da təqsirləndirilən şəxslərin hər birinin niyyəti ilə əhatə olunması qənaətinə gəlir. Bundan başqa təqsirləndirilən şəxslərin Balakən rayon Polis Şöbəsində təsir və təzyiqə məruz qaldıqlarına görə etirafedici ifadələr vermələrinə dair göstərdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bununla əlaqədar Balakən rayon Prokurorluğu tərəfindən araşdırma aparılaraq preyudisial əhəmiyyət daşıyan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs6 narkotik vasitənin əkilməsindən məlumatı olmadıqlıarı və həmin narkotik vasitələrin əkilməsində iştirak etməmələrinə dair ifadələrini də məsuliyyətdən yayınmaq üçün özlərini müdafiə xarakterli ifadələr kimi qiymətləndirir ki, yenə də məhkəmənin belə bir nəticəyə gəlməsinə təqsirləndirilən şəxslərin özlərinin məhkəməyədək icraat zamanı etirafedici ifadələri, digər təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri və işdə olan digər sənədlər əsas verir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs6 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs5 himayəsində bir azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs7 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs7 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs8 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs8 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs9 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs9 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara ittiham olunduqları CM-in 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, onlara əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8 və Təqsirləndirilən şəxs9 azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı şübhəli şəxs kimi tutulduqları vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək hökm qanuni qüvvəyə minənə kimi gücündə saxlanılmalı, cəzaçəkmə müddətlərinin başlanğıcı həbsə alındıqları andan hesablanmalı, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs9 iki gün şübhəli şəxs kimi tutulduqları müddət onlara təyin olunacaq cəzadan çıxılmalı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs8 təyin olunan azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 isə ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmlidir. Təqsirləndirilən şəxs2 əməlində cinayətin təhlükəli residivi olduğundan onun barəsində cəza təyin edilərkən CM-in 65.2-ci maddəsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 215,82 AZN (iki yüz on beş manat səksən iki qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 23,98 AZN (iyirmi üç manat doxsan səkkiz qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Balakən rayon Polis Şöbəsində saxlanılan 23 kiloqram 124 qram çətənə bitkiləri, 218,71 qram qurudulmamış marixuana, Zaqatala Dövlət X9 sahəsinin 2 saylı dolayında aşkar olunmuş 24 kiloqram 964 qram çətənə bitkiləri, 3 kiloqram 749,95 qram qurudulmamış marixuana, 13 kiloqram 944,95 qram qurudulmamış marixuana, Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 13,614 qram və 0,337 qram tiryək, Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Təqsirləndirilən şəxs7 iştirakı ilə baxış keçirilən zaman aşkar edilmiş 76 kiloqram 761,8 qram çətənə bitkiləri, 2 kiloqraqm 598,34 qram qurudulmuş marixuana, 13 kiloqram 143,84 qram qurudulmamış marixuana, 101,99 qram çətənə bitkisinin budaq və saplaqları məhv edilməli, Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə, eləcə də Zaqatala Dövlət X7 rayonu ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 207 kiloqram 458,10 qram qalığının çətənə bitkiləri, 1099,66 qram qurudulmuş marixuananın taleyi N.Dibirov barəsində ayrılmış cinayət işi üzrə həll edilməsi nəzərə alınmalı, baxış aparılmasına dair videoçəkilişlərin əks olunduğu 09 ədəd disklər isə cinayət işində saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1, 237.2.2 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs3 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs4 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs5 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs5 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs6 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs6 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs6 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs7 üzərində qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs7 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs7 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs8 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs8 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs8 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs9 üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs9 xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs9 əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs9 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs9 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. İş üzrə maddi sübut olan və Balakən rayon Polis Şöbəsində saxlanılan 23 kiloqram 124 qram çətənə bitkiləri, 218,71 qram qurudulmamış marixuana, Zaqatala Dövlət X9 sahəsinin 2 saylı dolayında aşkar olunmuş 24 kiloqram 964 qram çətənə bitkiləri, 3 kiloqram 749,95 qram qurudulmamış marixuana, 13 kiloqram 944,95 qram qurudulmamış marixuana, Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə, eləcə də Zaqatala Dövlət X7 rayonu ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 13,614 qram və 0,337 qram tiryək, Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Təqsirləndirilən şəxs7 iştirakı ilə baxış keçirilən zaman aşkar edilmiş 76 kiloqram 761,8 qram çətənə bitkiləri, 2 kiloqram 598,34 qram qurudulmuş marixuana, 13 kiloqram 143,84 qram qurudulmamış marixuana, 101,99 qram çətənə bitkisinin budaq və saplaqları məhv edilsin, Təqsirləndirilən şəxs1 evinə və həyətyanı torpaq sahəsinə, eləcə də Zaqatala Dövlət X7 rayonu ərazisindəki torpaq sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 207 kiloqram 458,10 qram qalığının çətənə bitkiləri, 1099,66 qram qurudulmuş marixuananın taleyi N.Dibirov barəsində ayrılmış cinayət işi üzrə həll edilməsi nəzərə alınmalı, baxış aparılmasına dair videoçəkilişlərin əks olunduğu 09 ədəd disklər isə cinayət işində saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 215,82 AZN (iki yüz on beş manat səksən iki qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 23,98 AZN (iyirmi üç manat doxsan səkkiz qəpik) tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirkləndirilən şəxslər isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Bilal Məmmədov Rəşid Hüseynov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar