Məhkəmə qərarları › İş №1(091)-16/2022

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-16/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-16/2022 05.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X14 müdafiəçilər: Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X2 iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayon Ləki qəsəbəsində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Məmmədov küçəsi 17-də qeydiyyatda olmaqla Ucar şəhər T.İsmayılov küçəsi ev 6-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, xx.xx.1985-ci ildə Ucar şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ucar şəhəri Babək küçəsi ev 11-də qeydiyyatda olmaqla, Ucar şəhər H.B.Zərdabi küçəsi Təzə Məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla üzərində daşımış, 09.01.2021-ci il tarixdə saat 19 radələrində xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, Ucar şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ucar şəhəri, H.B.Zərdabi küçəsi, Təzə Məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 20 manata 0,492 qram çəkidə narkotik vasitə olan heroini və 6 manata 0,089 qram psixotrop maddə olan metamfetamini alaraq əldə edib üzərində daşımaqla saxlamış, 09.01.2021-ci il tarixdə saat 19 radələrində Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, Zərdabi küçəsində saxlanılaraq polis əməkdaşlarının dəvəti ilə şöbəyə gəlmiş və üzərinə keçirilmiş şəxsi axtarış zaman həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs2 əynində olan açıq şabalıdı rəngli gödəkçənin sol yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamış, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 115, 415 qram çəkidə narkotik vasitə olan heroini və 37,991 qram psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı ünvan 3 ünvanında satış məqsədi ilə saxlamış, həmin narkotik vastələrdən 02 ədəd sellofan bükümlərdə 0,147 qram və 0,345 qram, ümumi təmiz çəkisi 0,492 qram heroini və 01 ədəd kağız bükümdə 0,089 qram psixotrop maddə olan metamfetamini qablaşdıraraq 09 yanvar 2021-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs2 02 ədəd sellofan bükümlərdə 0,147 qram və 0,345 qram, ümumi təmiz çəkisi 0,492 qram olmaqla eyni tərkibə malik narkotik vasitə olan heroinləri 20 manata və 01 ədəd kağız bükümdə 0,089 qram psixotrop maddə olan metamfetamini isə 06 manata satmış, həmin tarixdə saat 19 radələrində keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitələr və həmin psixotrop maddə müvafiq qaydada aşkar edilərək götürülmüş, həmçinin həmin tarixdə saat 2130 radələrində Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı məlum ünvana baxış keçirilərkən evin həyətində, mişar daşları ilə hörülmüş hasarın küncündə yerdə üzərinə “Buta” sözü yazılmış 01 ədəd sellofan torbada olmaqla həmin torbanın içərisində 04 ədəd şəffaf sellofan torbalarda tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 114,923 qram çəkidə narkotik vasitə olan heroinlər və 37,902 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2020-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs1 zəng vuraraq narkotik vasitə istəmiş, bundan sonra sonuncunun yaşadığı Zərdabi küçəsinə getmişdir. Telefonda danışarkən İntiqama yarım qram heroin və 1 büküm metamfetamin hazırlamasını xahiş etmiş, İntiqam hər iki narkotiki bükümlərdə hazır şəkildə əlində qapıya çıxarmışdır. Heroinə görə İntiqama 20 manat, metamfetaminə görə isə 6 manat vermişdir. Həmçinin narkotiki qəbul etməyə şprisi olmadığına görə 1 ədəd də şpirisi İntiqamdan almışdır. Narkotikləri və şpirisi İntiqamdan alıb əynində olan açıq şabalıdı rəngli gödəkçəsinin sol yan cibinə qoymuş, piyada yaşadığı evə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu Ucar rayon Polis Şöbəsinə dəvət etmişlər. Heç-bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmiş, orada şübhəli şəxs qismində tutulduqdan sopnra müdafiəçi və iki nəfər hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibində iki ədəd sellofan bükümlərdə olan heroinləri və bir ədəd kağız bükümdə olan metamfetamini, eləcə də həmin cibində olan şpirisi təqdim etmişdir. Polis əməkdaşlarına həmin kütlələrin və şpirisin özünə məxsus olmasını və həmin narkotikləri Ucar şəhər sakini Təqsirləndirilən şəxs1 26 manata istifadə etmək məqsədi ilə aldığını demişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Narkotik vasitə olan heroin və metamfetamini almaq üçün ucuz yerlər axtarmış, bunun üçün instagramda qarşısına çıxan “bakuazəerbaycannarkotiksatışı” səhifəsi ilə yazışaraq həmin səhifənin göstərişi əsasında göndərdiyi plastik bank kartına 600 manat pul vurmuşdur. 08.01.2021-ci il tarixdə həmin narkotik vasitələri almaq üçün Bakı şəhərinə getmiş, pulun müqabilində 120 qram heroin və 50 qram metamfetamin almışdır. Həmin narkotik vasitəni Bakı şəhərində “Şamaxinka” deyilən yerdə avtobus dayanacağına yaxın zibil qabının qapağının altında sellofan paketlə birlikdə götürmüşdür. Bundan sonra 09.01.2021-ci il tarixdə Ucar rayonuna qayıtmış, həmin gün tanışı Fərid ona zəng edərək ağrıdığına görə ondan narkotik vasitə istəmişdir. Fəridi çağırıb sonuncuya yarım qram heroin vermiş, əvəzində Fəriddən heç nə almamışdır. Bundan bir qədər sonra darvazanın döyüldüyünü eşitmiş, çölə çıxanda polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları ona narkotik vasitə saxlaması barədə şübhəli olduğunu bildirib buna görə də yaşadığı baxış keçiriləcəklərini bildirmişlər. Buna heç bir etiraz etməmiş, hal şahidlərinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilən zaman həyətdə hasarın yanında tikdiyi hamam və tualetin üçün olan tikilinin hasarla olan boşluq hissəsində saxladığı narkotik vasitələri polis əməkdaşlarına təqdim edərək narkotik vasitə olan heroin və metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, daha sonra evə baxış zamanı mətbəxdə saxladığı elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin elektron tərəzi də polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 09.01.2021-ci il tarixdə saat 19 radələrində Ucar şəhər H.Əliyev prospektində yerləşən Polis Şöbəsinin qarşısından piyada yol keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs2 üzərdə şəxsi axtarış keçirilən zaman hal şahidi kimi iştirak etməsini ona təklif etmiş, polis əməkdaşlarının təklifini qəbul edərək Ucar rayon Polis Şöbəsinin inzibati binasına daxil olduqdan sonra inzibati binanın birinci mərtəbəsində yerləşən Növbətçi Hissədə onun və orada olan digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükümdə, 01 ədəd sarı rəngli sellofan bükümdə və 01 ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümləri çıxardaraq təqdim edərək sellofan bükmlərdə olan maddənin narkotik vasitə olan heroin, gümüşü ağ rəngli kağıza bükülmüş maddənin isə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 əynində olan açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd 1 ml-lik şpris çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər açılaraq bükümlərə baxış keçirilmiş, iki ədəd sellofan bükümlərdə qəhvəyi rəngli, dənəvari kristalik şəkildə narkotik vasitə olan, heroinə bənzər maddənin olması,bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə isə ağ rəngli, kristallik iynəşəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlələr götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin 2 ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroinləri və gümüş ağ rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetamini və bir ədəd 1 ml-lik şprisi Ucar şəhər sakini Təqsirləndirilən şəxs1 aldığını bildirdiyinə görə sonuncunun yaşadığı Ucar şəhər Həsən bəy Zərdabi küçəsi, Təzə Məhəllədəki yaşayış evinə baxış keçirilən zaman həyətin giriş qapısından içəri girdikdə sağ tərəfdə hasarın künc hissəsində mişar daşından tikilmiş hamam və tualetlə hasarın arasında 20 metirlik məsafədə üzərində “Buta“ yazısı yazılmış sellofan paket aşkar edilmişdir. Həmin sellofan paketin içərisinə baxış keçirən zaman paketin içərisində 4 ədəd şəffaf sellofan paketə bükülü olan maddələrin oduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində “ Buta “ sözü yazılmış sellofan paketin içərisindən aşkar edilmiş 4 ədəd şəffaf rəngli paketdə olan narkotik vasitə olan heroin və psixitrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı bir ədəd üzərində “ Buta“ sözü yazılmış ağ rəngli sellofan paketin içərisindən aşkar edilmiş, 2 ədəd şəfaf rəngli paketin içərisində qəhvəyi rəngli, dənəvari kristalik şəkildə narkotik vasitə olan, heroinə bənzər maddələrin olması, 2 ədəd şəffaf rəngli sellofan paketlərdə isə ağ rəngli, kristallik iynəşəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin olması məlum olmuşdur. Bundan sonra həmin narkotik vasitə olan heroinə bənzər maddələr və psixotrop maddə olan metamfetaminə bənəzər maddələr ekektron tərəzidə çəkilmiş, polis əmkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək X5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 09 yanvar 2021-il tarixdə ünvan 4-da yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması daxil olmuş məlumat əsasında rayon X16 Təhlükəsizlik Bölməsinin sahə rəisi Şahid5 və Şahid4 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 19 radələrində Ucar şəhər H.B.Zərdabi küçəsinə gedərək həmin vaxt orada olan Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğuna görə polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 onlarla birlikdə Polis Şöbəsinə gəldikdən sonra müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs2 üzərinə Polis Şöbəsində müdfiəçisinin və dəvət edilmiş hal şahdilərinin iştirakıları ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükümdə, bir ədəd sarı rəngli sellofan bükümdə və bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümləri çıxarıb təqdim edərək sellofan bükümlərdə narkotik vasitə olan heroin, gümüşü ağ rəngli kağıza bükülmüş maddə isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan açıq şabalıdı rəngli gödəkçənin sol yan cibindən bir ədəd 1 ml-lik şpris çıxardaraq təqdim etmişdir. Həmin bükümlər açılaraq bükümlərə baxış keçirilmiş, iki ədəd sellofan bükümlərdə qəhvəyi rəngli, dənəvari kristalik şəkildə narkotik vasitə olan heroinə bənzər maddənin olması, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə isə ağ rəngli, kristallik iynəşəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin olması müəyyən olmuşdur. Aşkar lunanlar qablaşıdırlaraq götürülmüş, Təqsirləndirilən şəxs2 həmin iki ədəd sellofan bükümlərdə olan narkotik vasitə olan heroinləri, gümüş ağ rəngli kağız bükümdə olan psixotrop maddə olan metamfetamini və bir ədəd 1 ml-lik şprisi Ucar şəhər sakini Təqsirləndirilən şəxs1 ümumilikdə 26 manata aldığını bildirdikdən sonra hal şahidləri və əmıliyyat qrupu ilə birlikdə həmin gün saat 21 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvana getmişlər. Təqsirləndirilən şəxs1 çağıdıqda sonuncu giriş qapısının qarşısına gəlmiş və İntiqama əməliyyat –axtarış tədbirlərinin keçirilməsi barədə qərarı təqdim edərək evində narkotik vasitələri saxlaması barədə şübhələr oduğundan evinə və həyatyanı sahəsinə baxış keçiriləcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək ərizə yazmış, baxış zamanı Təqsirləndirilən şəxs1 həyətinin darvazasından içəri girdikdə sağ tərəfdə hasarın künc hissəsində mişar daşından tikilmiş haman və tualet ilə hasarın arasında 20 metirlik məsafədəki aralıqda ağ rəngli üzərində “Buta” yazısı yazılmış sellofan paket aşkar edilmişdir. Onlar həmin sellofan paketin içərisinə baxış keçirən zaman paketin içərisində 4 ədəd şəffaf sellofan paketə bükülü olan maddələrin oduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 üzərində “Buta“ sözü yazılmış sellofan paketin içərisindən aşkar edilmiş 4 ədəd şəffaf rəngli paketdə olan narkotik vasitə olan heroin və psixitrop maddə olan metamfetamin olduğunu bildirmiş, baxış zamanı “Buta” sözü yazılmış ağ rəngli sellofan paketin içərisindən aşkar edilmiş 2 ədəd şəfaf rəngli paketin içərisində qəhvəyi rəngli, dənəvari kristalik şəkildə narkotik vasitə olan heroinə bənzər maddələrin olması, iki ədəd şəffaf rəngli sellofan paketlərdə isə ağ rəngli, kristallik iynəşəkilli hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər kütlələrin olması məlum olmuşdur. Bundan sonra həmin narkotik vasitə olan heroinə bənzər maddələr və psixotrop maddə olan metamfetaminə bənəzər maddələr ekektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı evin giriş pilləkənlərindən solda yerləşən mətbəxtdən bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin elektron tərəzi də qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ucar rayon X16-Təhlükəsizlik Bölməsinin sahə rəisi işləyən Şahid4, Şahid5, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkki işləyən Şahid6, Şahid9, Post Patrul Xidmət Bölüyünün komandir müavini Şahid7, manqa komandiri işləyən X10 və X13 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2021-ci il tarixli 17/16 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik ... və şpiris...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki;-02 ( iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -0,147 qram və 0, 345 qram, ümumi təmiz çəkisi -0, 492 qram olan maddələr kustar usulla hazırlanmış narkotik vasitə- heroinlərdir. Həmin heroinlər tərkiblərinə görə eynidirlər. 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,089 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 01 (bir) ədəd 1ml-lik şprisin içərisində cüzi miqdarda olan maye qalıqları, heroin məhlulunun qalıqlarıdır. Heroin məhlulu cüzi miqdarda olduğuna görə tərkibindəki heroinin quru çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində vət.Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş narkotik ... və elektron tərəzi ...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; 02 (iki) ədəd sellofan bükmlərdə, ayrı-ayrılqda təmiz çəkiləri -106, 69 qram və 8,233 qram, ümumi təmiz çəkisi -114,923 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroinlərdir. Həmin 02 (iki) ədəd sellofan bükümdəki heroinlər tərkiblərinə görə eynidirlər. 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -32,916 qram və 4, 986 qram, ümumi təmiz çəkisi 37,902 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin 02 (iki) ədəd sellofan bükümdəki metamfetaminlər tərkiblərinə görə eynidirlər. 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri metamfetamin hissəcikləridir. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümükün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik.... və şpiris “ sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər ilə üzərində “vət.Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş narkotik ...və elektron tərəzi....” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik ... və şpris ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü –ağ rəngli kağız bükümdə olan metamfetamin ilə üzərində “vət.Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş narkotik ... və ekektron tərəzi ...” sözləri yazılmış içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd şprisdəki heroin məhlulunun qalıqları cüzi miqdarda olduğuna görə onun təqdim edilmiş digər heroinlərlə müqayisəli tədiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim eidlmiş, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş matamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə onun təqdim edilmiş digər metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 813 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 814 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının 22.04.2021-ci il tarixli 221 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayon Məhkəməsinin 04.08.2003-cü il tarixli hökmü ilə CM-in 29,177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. CM-in 18.4.3-cü maddəsinə əsasən məhkumluğu ödənildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Məhhəməd oğlu əvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar şəhəri Babək küçəsi 11-də qeydiyyatda olmaqla, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Himayəsində 08.11.2013-cü ildə doğulmuş Əsnad Abdullayeva və 14.02.2015-ci ildə doğulmuş Səid Abdullayev adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ləki qəsəbə inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanda qeydiyyatda olmaqla barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanasın” X18 daxil olmuş 30 yanvar 2021-ci il tarixli 134 nömrəli məktubdan görünür ki, Ağdaş şəhəri, Ləki qəsəbəsi,M.Məmmədov küçəsi 17-də qeydiyyatda olmaqla, ünvan 4-da yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 poliklinika şöbəsinin narkoloji və ruhi-əsəsb xəstəlikləri kabinetində dispanser qeydiyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Ucar rayon Mərkəzi Xəstəxanasın” X18 daxil olmuş 30 yanvar 2021-ci il tarixli 136 nömrəli məktubdan görünür ki, Ucar şəhəri, Babək küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 09 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 1830-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 09 yanvar 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 2210-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ucar rayon məhkəməsinin 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 evindən aşkar olunmuş narkotik vasitəni əvəzsiz olaraq Təqsirləndirilən şəxs2 verməsinə dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə Təqsirləndirilən şəxs2 ifadəsi, aşkar narkotik vasitənin miqdarı, çeşidi, aşkar olunmuş tərəzi və işdə olan digər sənədlər əsas verir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin müvafiq olaraq CMin 234.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və himayəsində iki azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, onlara müvafiq olaraq ittiham olunduqları CM-in 234.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, təqsirləndirilən şəxslərə əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxslər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli şübhəli şəxs kimi tutlduğu 09 yanvar 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. CM-in 69.3-cü maddəsinə əsasən 09 yanvar 2021-ci il tarixdən 11 yanvar 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs2 təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-in 93-1.1-ci maddəsinə əsasən X6 və Təqsirləndirilən şəxs1 heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiklərinə görə barələrində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 09 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 yanvar 2021-ci il tarixdən 11 yanvar 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət Təqsirləndirilən şəxs2 təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ucar Rayon Polis Şöbəsində saxlanılan ayrı-ayrılıqda təmiz çəkiləri 0,147 qram və 0,345 qram, ümumi təmiz çəkisi 0,492 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroinlər, 01 (bir) ədəd 1ml-lik şpiris, ayrı-ayrılıqda təmiz çəkiləri 106,69 qram və 8,233 qram, ümumi təmiz çəkisi 114,923 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər, bir ədəd elektron tərəzi, 0,089 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda çəkiləri 32,916 qram və 4,986 qram, ümumi təmiz çəkisi 37,902 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlər məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar