Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-16/2023 09.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər cəhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər –Şəki Regional Vəkil Bürosunun vəkilləri X7 və X5 iştirakı ilə, xx xxxxxx 1971-ci il tarixdə Şəki şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1981-ci il tarixdə Şəki şəhərində doğulmuş, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Şəki şəhəri, Z.Bünyadov küçəsi ev 29-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, xx.xx.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan X10 cinayət törədilməsində iştirak etmək arzusu yaradılmasına yönələn psixi təsirlər göstərərək törətdiyi əməl barədə yanlış təsəvvürlər yaratmaqla cinayətkar fəaliyyətə sövq edən məlumatlar verib cinayət törədəcəyi halda ona əldə olunan gəlirdən pul verəcəyi barədə məlumatlar verib aldatma və vədlər verməklə onu cinayətkar fəaliyyətə cəlb edərək onunla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin mart ayının sonlarında, istintaqla dəqiq müəyyən olunmamış gündə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Şəki şəhəri, 125-ci kvartalda yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaqla oradan bir metrininqiyməti 75 qəpik olmaqla 200 metr uzunluqda, ümumi dəyəri 150 manat olan elektrik naqilini və bir metrinin qiyməti 95 qəpik olmaqla 100 metr uzunluqda, ümumi dəyəri 95 manat olan elektrik naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 245 (iki yüz qırx beş) manat maddi ziyan vuraraq yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayət fəaliyyətə cəlb etmə və oğurluq cinayət əməllərini törətmişdir. Bundan başqa o, qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra, xx.xx.2005-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan X10 cinayət törədilməsində iştirak etmək arzusu yaradılmasına yönələn psixi təsirlər göstərərək törətdiyi əməl barədə yanlış təsəvvürlər yaratmaqla cinayətkar fəaliyyətə sövq edən məlumatlar verib cinayət törədəcəyi halda ona əldə olunan gəlirdən pul verəcəyi barədə məlumatlar verib aldatma və vədlər verməklə onu özü və Təqsirləndirilən şəxs2 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş cinayətkar qrupa və cinayətkar fəaliyyətə cəlb edərək, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan X6 ibarət qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib vahid niyyətlə əhatə olunan qəsdlə 14 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus, saxlanc yeri hesab edilən Şəki şəhəri, Emin Sabit oğlu küçəsində yerləşən ətrafı şiferlə hasarlanmış torpaq sahəsinə şiferi aralamaqla qanunsuz daxil olub oradan hər bir bağlamada 20 ədəd olmaqla hər birinin dəyəri 1 manat olan, ümumilikdə 12 ədəd bağlamada 240 manat dəyərindəki 240 ədəd dəmir konstruksiyanı (xamutu) və bir kiloqramının qiyməti 2 manat olmaqla, 40 manat dəyərində 20 kiloqram çəkidə yanmış məftili, 17 aprel 2022-ci il tarixdə, saat 12 radələrində hər bir bağlamada 20 ədəd olmaqla hər birinin dəyəri 1 manat olan ümumilikdə 12 ədəd bağlamada 240 manat dəyərindəki 240 ədəd dəmir konstruksiyanı (xamutu) vahid niyyətlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 520 (beş yüz iyirmi) manat maddi ziyan vuraraq yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayətkar qrupa və cinayətkar fəaliyyətə cəlb etmə və oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, xx.xx.2005-ci il təvəllüdü, yetkinlik yaşına çatmayan X10 cinayət törədilməsində iştirak etmək arzusu yaradılmasına yönələn psixi təsirlər göstərərək törətdiyi əməl barədə yanlış təsəvvürlər yaratmaqla cinayətkar fəaliyyətə sövq edən məlumatlar verib cinayət törədəcəyi halda ona əldə olunan gəlirdən pul verəcəyi barədə məlumatlar verib aldatma və vədlər verməklə onu cinayətkar fəaliyyətə cəlb edərək qəsdən, təkrarən, tamah niyyəti vəözgənin əmlakını gizli yolla talama məqsədi ilə X12 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 26 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şəki şəhəri, Emin Sabitoğlu küçəsində yerləşən, saxlanc yeri hesab edilən ətrafı şiferlə hasarlanmış torpaq sahəsinə şiferi aralamaqla qanunsuz daxil olub hər bir bağlamada 20 ədəd olmaqla hər birinin dəyəri 1 manat olan ümumilikdə 6 ədəd bağlamada, 120 manat dəyərindəki 120 ədəd dəmir konstruksiyanı (xamutu) həyətyanı sahədən çıxarıb yolun kənarındakı arxa yığdıqdan sonra həmin vaxt yaxınlıqda yaşayan qonşu Şahid2 Əli İsaqovu saxlaması və dəmir konstruksiyaları (xamutu) geri qaytarmasına görə bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən oğurluğa cəhd və yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmə cinayət əməlini törətmişdir. Bundan başqa o, qəsdən, xx.xx.2005-ci il təvəllüdü, yetkinlik yaşına çatmayan X10 cinayət törədilməsində iştirak etmək arzusu yaradılmasına yönələn psixi təsirlər göstərərək törətdiyi əməl barədə yanlış təsəvvürlər yaratmaqla cinayətkar fəaliyyətə sövq edən məlumatlar verib cinayət törədəcəyi halda ona əldə olunan gəlirdən pul verəcəyi barədə məlumatlar verib aldatma və vədlər verməklə onu cinayətkar fəaliyyətə cəlb edərək qəsdən, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə X12 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib vahid niyyətlə əhatə olunan qəsdlə 13 may 2022-ci il tarixdə, saat 10 radələrində Şəki rayonu, Vərəzət kənd sakini Zərərçəkmiş şəxs3 məxsus, Şəki şəhəri, 98-ci kvartalda yeni tikilməkdə olan fərdi yaşayış evinə qanunsuz daxil olub oradan hər bir metri 75 qəpik olmaqla 400 metr uzunluqda ümumi dəyəri 300 manat olan elektrik naqilini, 18 may 2022ci il tarixdə, saat 17 radələrində hər bir metri 62 qəpik olmaqla 300 metr uzunluqda ümumi dəyəri 186 manat olan elektrik naqilini, hər bir metri 40 qəpik olmaqla 100 metr uzunluqda ümumi dəyəri 40 manat olan elektrik naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 526 (beş yüz iyirmi altı) manat maddi ziyan vuraraq yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayət fəaliyyətə cəlb etmə və oğurluq cinayət əməlini törətmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə Təqsirləndirilən şəxs1 və X12 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib vahid niyyətlə əhatə olunan qəsdlə 14 aprel 2022-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus, saxlanc yeri hesab edilən Şəki şəhəri, Emin Sabitoğlu küçəsində yerləşən ətrafı şiferlə hasarlanmış torpaq sahəsinə şiferi aralamaqla qanunsuz daxil olub oradan hər bir bağlamada 20 ədəd olmaqla hər birinin dəyəri 1 manat olan, ümumilikdə 12 ədəd bağlamada 240 manat dəyərindəki 240 ədəd dəmir konstruksiyanı (xamutu) və bir kiloqramının qiyməti 2 manat olmaqla, 40 manat dəyərində 20 kiloqram çəkidə yanmış məftili, 17 aprel 2022-ci il tarixdə, saat 12 radələrində hər bir bağlamada 20 ədəd olmaqla hər birinin dəyəri 1 manat olan ümumilikdə 12 ədəd bağlamada 240 manat dəyərindəki 240 ədəd dəmir konstruksiyanı (xamutu) vahid niyyətlə gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 520 (beş yüz iyirmi) manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı CM-in 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülən ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının sonlarında yaşadığı küçədə evdə kürə çörəyi bişirilən yerdə çörəkçi işləmişdir. Həmin yerdə günə təxminən 8 manat pul almış və nahara qədər işləmişdir. Həmin ərəfələr də həyat yoldaşı əməliyyat olunduğuna, borcları olmasına, günə aldığı 8 manat pulun isə az olmasına görə pul ehtiyacı olmuşdur. 2022-ci ilin mart ayının sonlarında işdən çıxdıqdan sonra təxminən saat 14 radələrində Əli ilə şəhərdə görüşən zaman pulunun olmadığını demişdir. Həmin vaxt pul əldə etmək üçün Şəki şəhərində olan təzə kvartallarda yeni tikilməkdə olan yaşayışsız evlərə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra Əli motosikleti ilə Şəki şəhərində “Mero”nun yanından keçib ara yol ilə orada evlərə baxmağa başlamışlar. Evlərə baxan zaman yolun sol kənarında, avtomobil yoluna yaxın yerdə evin olmasını görmüşlər. Həmin vaxt Əli ilə onun evə daxil olub elektrik naqillərini kəsib çıxmasını, onun isə kənarda durub kimsə gələcəyi halda xəbər verəcəyi barədə məlumat verəcəyini danışmışdır. Bundan sonra kənarda dayanıb kənar şəxslərin gələcəyi halda xəbər vermək məqsədilə gözləmiş, Əli isə evin həyət hissəsinə hasardan keçmişdir. Həmin ərazidə yaşayış olmasına görə bir qədər kənarda gözləmişdir. Bir müddət keçdikdən sonra Əli gəlib naqillərin olmadığını demişdir. Artıq naqilin olmamasına görə çıxıb getməyi demişdir. Həmin vaxt oradan çıxıb getmişlər. Həmin vaxtdan sonra İbrahim ilə işi ilə əlaqədar görüşə bilməmişlər. Bir xeyli müddət keçdikdən sonra isə Əli və İbrahim ilə xamıt oğurladığına görə tutulmuşlar. Həmin vaxt ilk dəfə oğurluq etdiyi nəzərə alınıb barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilmişdir. buraxıldıqdan sonra nə qədər iş axtarsa da normal iş tapa bilməmişdir. Axtardığı işlər də ağır işlər olmasına, böyrəyi ağrıdığına görə həmin işlərdə yaxşı işləyə bilməmişlər. Bundan başqa təxminən 14 aprel 2022-ci il tarixdə 12 radələrində İbrahim ilə birlikdə Şəki şəhərinin aşağı hissəsində, 21 nömrəli məktəbən aşağı hissəsində təzə tikilən evlər olan yerdə həmin ətrafda olan özünə məxsus təzə tikiliyə getmişlər. Onlar yol ilə gedən zaman yolun sağında ətrafı şifirlə bağlanmış olan, qapısında isə qıfıl olan torpaq sahəsi görmüşlər. Həmin torpaq sahəsinə baxdıqda oranın həyət hissəsində çoxlu sayda dəmir konstruksiyalar, yəni xamıtların olması görmüşdür. Həmin ərəfələrdə işsiz olduğuna görə maddi vəziyyəti yaxşı olmamış, həmçinin İbrahimin də maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də həmin torpaq sahəsindəki xamıtları görüb onları götürüb sataraq pul əldə etmək qərarına gəlmişlər. Həmin vaxt xamıtların ağır olacağını bildiyinə görə onları daşımaqdan ötrü Elşənin oğlu Əliyə deyəcəyi danışmışlar. Əlinə atasına məxsus arxasında yük yeri olan motosikleti vardır. Onlar da Əliyə deyib həmin xamıtları da motosikletlə daşımağı qərara almışlar. Bundan sonra həmin vaxt Əliyə zəng vurub yanına gəlməyi demişdir. Həmin vaxt Əli gələnə kimi İbrahimilə həyətə daxil olub xamıtları həyətdən götürüb küçədə arxa yığmağı danışmışlar. Bundan sonra şiferli hasarın aşağı hissəsində balaca açıq yer olmasını görmüş və həmin açıq yerin şiferini bir qədər açaraq genişlətmişdir. Daha sonra isə İbrahim həyətə daxil olub oradan ümumilikdə 12 bağlama xamıt vermişdir. Orada xeyli sayda bağlama formasında xamıtları olmuşdur. Həmin xamıtların içərisində təxminən 20 ədəd xamıt olmuşdur. Həmin xamıtlara baxdıqda onların çox olmasını görüb birdəfəyə apara bilməyəcəyi başa düşmüşlər. Buna görə də həmin xamıtların bir neçə dəfə aparıb satmaq qərarına gəlmişdir. İbrahim həyətə daxil olduqdan sonra oradan 12 ədəd xamıt bağlamasını ona vermiş və onları küçədəki arxın içərisinə qoymuşdur. Bundan sonra isə İbrahim həyətdən çıxmışdır. Bir müddət sonra Əli motosikletlə yanlarına gəlmişdir. Əli gəldikdən sonra üçü həmin 12 ədəd xamıtı və ağır çəkidə olan yanmış məftili Əlinin motosikletinin arxa yük yerinə qoymuşdur. Əli onların oğurluq etdiklərini bilmiş və həmin götürdüyü əşyaların özünə məxsus olmadığını bilmişdir. Əliyə telefonda zəng etdikdə sonra xamıtların olmasını və onları aparıb satmağı demişdir. Buna görə də Əli artıq yanına gəldikdə onun oğurluq etməklərindən məlumatı olmuşdur. Xamıtları yüklədikdən sonra üçü birlikdə Qoxmuq kəndinin içərisində metal qəbulu edilən yerə getmişlər. Həmin vaxt oraya getmişlər. Həmin metal qəbulu ilə məşğul olan şəxsin adı Eldar olmuşdur. Həmin Eldara xamıtları bağlama formasında deyil dağınıq formada vermişlər və Eldardan təxminən 25 manat pul almışlar. Həmin vaxt Eldar şəxsiyyət vəsiqəsi istədikdə ona şəxsiyyət vəsiqələrinin olmadığını deyib mobil nömrələri demişlər. Bundan sonra 25 manatdan 5 manat Əliyə, 10 manat İbrahimə vermiş və 10 manat özünə qalmışdır. Daha sonra isə sağollaşaraq getmişdir. Həmin vaxt yanmış məftillər Əlinin motosikletinin arxa hissəsində qalmışdır. Onlar yəni İbrahim, Əli və demək olar ki, hər gün görüşmüşlər. Səhərisi gün görüşdükdə orada qalan xamıtları da götürəcəyini danışmış, lakin bir qədər vaxt keçməsini gözləmişlər. Bir neçə gün keçdikdən sonra təxminən 17 aprel 2022-ci il tarixdə 12 radələrində yenidən İbrahim, Əli və o, yenidən həmin həyətə Əlinin motosikleti ilə getmişlər. Lakin motosikleti bir qədər kənarda, həmin evdən bir qədər aşağı, magistral yola çatmamış saxlamışlar. Orada saxlamaqda məqsəd isə kənar şəxslərin görməməsi olmuşdur. Daha sonra isə yenidən həmin həyətə gedib ətrafda kənar şəxslərin olmamasına baxdıqdan sonra həyətə şiferin olduğu yerdən keçmiş, Əli bir qədər kənarda, İbrahim küçədə dayanmışdır. Həyətə daxil olduqdan sonra xamıtların olduğu yerdən ümumilikdə 12 bağlama götürmüş və gətirib keçdiyi yerdən İbrahimə vermişdir. İbrahim isə xamıtları gətirdikcə onları keçən səfərki kimi arxın içərisinə yığmışdır. Beləcə həyətdən 12 ədəd xamıt bağlaması götürdükdən sonra həyətdən çıxmışdır. Daha sonra isə kənarda dayanan Əli motosikleti gətirmiş və onları yük yerinə yükləmişlər. Həmin vaxt 12 ədədi apara bilmədiyinə görə təxminən 7 ədəd bağlamanı oradan götürmüş və 5 ədəd bağlama və yanmış məftil orada qalmışdır. Daha sonra isə oradan çıxıb getmişlər və xamıtları satmaq üçün Qaz İdarəsinin yaxınlığında olan Anarın metal qəbulu sexinə getmişlər. Həmin vaxt İbrahim Qaz İdarəsinin yanında olan Palma adlı çayxanada gözləmiş, Əli isə metal yerinə getmişlər. Bu səfər şəxsiyyət vəsiqələrinin olmadığını demiş və xamıtları oraya 17 manata satmışlar. Bundan sonra İbrahimin yanına gəlmişlər. Həmin vaxt 17 manat puldan 5 manat Əliyə, 6 manat İbrahim, 6 manat isə ona çatmışdır. Bundan sonra isə növbəti dəfə təxminən 4 gün sonra, yəni 21 aprel 2022-ci il tarixdə əvvəlki qaydada yenidən həmin həyət yerə getmişlər. Bu səfər isə kənarda gözləmiş, İbrahim ilə Əli gedib keçən səfər qalan 5 ədəd bağlamanı götürüb Əlinin motosikletinin yük yerinə qoymuşlar. Bundan sonra isə üçü motosikletə oturub çıxıb getmişlər. Bundan sonra İbrahim ilə Əli həmin 5 ədəd bağlamanı Füzuli adlı şəxsin metal qəbulu sexinə satmışlar. Onları Güyümlər adlanan yerdə gözləmişdir. Əli və İbrahim xamıtları satdıqdan sonra yanına gəlmişlər. Həmin vaxt İbrahim və Əli elə də pul olmadığını dedikdə üzərində pul olmadığına görə onlardan pul götürməmişdir. Bundan sonra şəhərdə bir qədər gəzdikdən sonra evə getmişdir. Sonuncu dəfə isə 26 aprel 2022-ci il tarixdə Əli zəng edib həmin həyətdən 6 bağlama götürəcəyini deyib harada olduğunu soruşmuş, həmin vaxt təzə xəstəxanın yaxınlığında olduğunu deyib gələcəyini demişdir. Bundan sonra isə həmin yerin yanına getmişdir. Ora getdikdə yolun kənarından Əlinin oğurluq edən zaman tutulmasını görüb heçnə hiss elətdirmədən çıxaraq getmişdir. Bundan başqa 13 may 2022-ci il tarixdə İbrahim ilə görüşən zaman ona Şəki şəhərində, Z.Əliyeva küçəsində olan Qonaq evinın yanında tikilməkdə olan fərdi yaşayış evimin həyət hissəsinin otunu biçmək lazım olduğunu deyib Əli olan ot biçənlə biçməyi xahiş etmiş və o, razılaşdıqdan sonra təxminən səhər radələrində həmin yerə Əlinin idarə etdiyi yük yeri olan motosiklet ilə getmişdir. Həmin yerə getdikdən sonra ot biçmək istəsədə həmin aparat işləmədiyinə görə otu biçə bilməmişdir. Bundan sonra otu biçə bilmədiyini görüb geri qayıtmaq qərarına gəlmişdir. Həmin vaxt motosikleti Əli idarə etmişdir. Həmin küçədə olan Arxiv idarəsinin yanında keçdikdə arxa hissəsində yeni tikilməkdə olan evi görüb oradan oğurluq edib pul əldə etmək və əldə etdiyi qazancı bölmək qərarına gəlmişdir. Bundan sonra motosikleti “Qonaq evinin” yanında saxladıqdan sonra yük yerindən kəlbətini götürdükdən sonra Əli ilə birlikdə həmin evə getmişdir. Həmin ev Arxiv idarəsinin arxa hissəsində bir qədər yuxarıda olmuşdur. Arxiv idarəsindən bir qədər yuxarı qalxdıqdan sonra əvvəllər oğurluq etdiyi kimi danışmışlar. Belə ki, evin yanında dayanıb onu gözləyəcək, Əli evə daxil olub naqilləri kəsərək gətirəcəkdir. Danışdığı kimi edib evin yanında kənar şəxslərin gələcəyi halda xəbər verməyi üçün dayanmışdır, Əli isə evə daxil olub oradan naqilləri kəsərək gətirmişdir. Daha sonra isə Əli ilə birlikdə “Qonaq evinin” yanına gedərək götürdüyü məftilləri orada yandıraraq əritmişdir. Həmin vaxt əridib təmizləyə bildiyi qədər məftili təmizləmişdir. Daha sonra isə Əli ilə birlikdə motosikletlə “Çöl yol” adlanan yerdə Ramiz adlı şəxsin metal qəbulu sexinə getmişdir. Həmin sexə getdikdən sonra Əlidən məftilləri almayacaqlarına görə məftilləri satmışdır. Həmin vaxt metal qəbulu sexində pul olmadığına görə pulu götürməmişdir. Daha sonra isə səhərisi günü, həmin sexə gedib oradan ümumilikdə 11.40 manat pul götürmüşdür. Həmin pulu ehtiyacı olduğuna görə özünə götürmüşdür. Bundan sonra həmin yerə ikinci səfər ikinci mərtəbədə olan məftilləri kəsməkdən ötrü 18 may 2022-ci il tarixdə 17 radələrində getmişdir. Belə ki, həmin gün Əli ilə görüşdükdən sonra pul olmadığına görə həmin yerin ikinci mərtəbəsində naqillərin qalmasını danışıb onları da oğurlamaq qərarına gəlmişdir. Bundan sonra avtobusla Qonaq evinin yanına getdikdən sonra orada gözləmiş və Əli də həmin evə gedib naqilləri kəsərək gətirmişdir. Həmin vaxt naqilləri gətirdikdən sonra yenə də naqilləri həmin yerdə əritdikdən sonra əldə edə biləcəyi qədər məftili əridib mis əldə etmişdir. Bundan sonra isə həmin misi götürüb yenə də Ramizin mis qəbulu yerinə getmişlər. Həmin yerə getdikdən sonra həmin mis məftili satdıqdan sonra orada 10 manat pul alıb Əli vermişdir. İkinci səfər 10 manat pulu Əliyə verməyinin səbəbi isə əvvəlki satışdan əldə olunan pulu özünün götürməsi olmuşdur.Bundan başqa 2022-ci ilin mart ayının sonlarında saat təxminən 14 radələrində Şəki şəhərində, Daş Qayadan bir qədər aşağıda olan evdən, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində 400 metr elektrik naqili və xx.xx.2022-ci il tarixdə saat 17 radələrində 300 metr naqil və 100 metr antena naqili Şəki şəhərində arxiv idarəsinin arxa hissəsindəki evdən, oğurluq etdiyini, həmin oğurluqları Əli ilə birlikdə etdiyini, bundan başqa xx.xx.2022-ci il tarixdə 12 ədəd xamıt bağlaması və yanmış məftil, xx.xx.2022-ci il tarixdə 7 ədəd, xx.xx.2022-ci il tarixdə isə 5 ədəd hər birində 20 ədəd olan xamıt bağlamaları oğurladıqlarının, həmin oğurluqları da Əli və İbrahim ilə birlikdə etdiyini, həmin əmlakların sahibini, onunla aralarında ədavət, düşmənçilik, borc münasibətləri olmadığını, oğurluq etdikdə heç kim görmədiyini, küçədə dayanıb Əliyə xəbər verməli olduğunu, lakin Əlinin naqil götürdüyünü bilmədiyini, naqil olmadığını dediyini, aralıda dayandığı üçün görmədiyini, kənar şəxslər gəldiyi vaxt xəbər vemrək məqsədilə küçədə dayandığını bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. O, Əli İsaqovu cinayətkar fəaliyyətə cəlb etməmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülən ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Kommunal Təsərrüfat birliyində fəhlə olaraq işləyir. İlhamı xeyli müddət əvvəl tütün zavodunda işlədiyi dövrdə tanıyır, onunla münasibətləri yaxşıdır. Əlini isə təxminən 10-15 gün olar ki, tanımışdır. Təxminən 14 aprel 2022-ci il tarixdə 12 radələrində İlham ilə birlikdə Şəki şəhərinin aşağı hissəsində, 21 nömrəli məktəbən aşağı hissəsində təzə tikilən evlər olan yerdə həmin ətrafda olan özünə məxsus təzə tikiliyə getmişdir. Yol ilə gedən zaman yolun sağında ətrafı şiferlə bağlanmış olan, qapısında isə qıfıl olan torpaq sahəsi görmüşlər. Həmin torpaq sahəsinə baxdıqda oranın həyət hissəsində çoxlu sayda dəmir konstruksiyalar, yəni xamıtların olması görmüşlər. Həmin ərəfələrdə məzuniyyətdə olduğuna görə pul yoxu idi, həmçinin İlham da işsiz olduğuna görə pulu yox idi. Buna görə də həmin torpaq sahəsindəki xamıtları görüb onları götürüb sataraq pul əldə etmək qərarına gəlmişlər. Həmin vaxt xamıtların ağır olacağını bildiklərinə görə onları daşımaqdan ötrü Elşənin oğlu Əliyə deyəcəklərini danışmışlar. Əlinə atasına məxsus arxasında yük yeri olan motosikleti vardır. Onlar da Əliyə deyib həmin xamıtlarıda motosikletlə daşımağı qərara almışlar. Bundan sonra həmin vaxt Əliyə zəng vurub yanlarına gəlməyini demişdir. Həmin vaxt Əli gələnə kimi həyətə daxil olub xamıtları həyətdən götürüb küçədə arxa yığmağı danışmışlar. Bundan sonra şiferli hasarın aşağı hissəsində balaca açıq yer olmasını görmüş və İlham həmin açıq yerin şiferini bir qədər açaraq genişlətmişdir. Daha sonra isə həyətə daxil olub həyətin yuxarı hissəsindəki ümumilikdə 12 bağlama xamıtı İlhama vermişdir. Orada xeyli sayda bağlama formasında xamıtları olmuşdur. Həmin xamıtların içərisində təxminən 20 ədəd xamıt olmuşdur. Onlar həmin xamıtlara baxdıqda onların çox olmasını görüb birdəfəyə apara bilməyəcəklərini başa düşmüşlər. Buna görə də həmin xamıtların bir neçə dəfə aparıb satmaq qərarına gəlmişdir. Həyətə daxil olduqdan sonra oradan 12 ədəd xamıt bağlamasını ona vermiş və İlhamda onları küçədəki arxın içərisinə qoymuşdur. Bundan sonra isə həyətdən çıxmışdır. Bir müddət sonra Əli motosikletlə yanlarına gəlmişdir. Əli gəldikdən sonra üçü həmin 12 ədəd xamıtı və ağır çəkidə olan yanmış məftili Əlinin motosikletinin arxa yük yerinə qoymuşlar. Əli oğurluq etdiklərini bilmiş və həmin götürdüyü əşyaların özünə məxsus olmadığını bilmişdir. Əliyə telefonda zəng etdikdə sonra xamıtların olmasını və onları aparıb satmağı demişdir. Buna görə də Əli artıq yanlarına gəldikdə onun oğurluq etməklərindən məlumatı olmuşdur. Xamıtları yüklədikdən sonra üçü birlikdə Qoxmuq kəndinin içərisində metal qəbulu edilən yerə getmişlər. Həmin vaxt oraya getmişlər. Həmin metal qəbulu ilə məşğul olan şəxsin adı Eldar olmuşdur. Həmin Eldara xamıtları bağlama formasında deyil dağınıq formada vermişlər və Eldardan təxminən 25 manat pul almışlar. Həmin vaxt Eldar şəxsiyyət vəsiqəsi istədikdə ona şəxsiyyət vəsiqənin olmadığını deyib mobil nömrələri demişlər. Bundan sonra 25 manatdan 5 manat Əliyə, 10 manat İlhama vermiş və 10 manat özünə qalmışdır. Daha sonra isə sağollaşaraq getmişlər Həmin vaxt yanmış məftillər Əlinin motosikletinin arxa hissəsində qalmışdır. Onlar, yəni İlham, Əli və o, demək olar ki, hər gün görüşmüşlər. Səhərisi gün görüşdükdə orada qalan xamıtları da götürəcəklərini danışmış, lakin bir qədər vaxt keçməsini gözləmişlər. Bir neçə gün keçdikdən sonra təxminən 17 aprel 2022-ci il tarixdə 12 radələrində yenidən İlham, Əli və o, yenidən həmin həyətə Əlinin motosikleti ilə getmişdir. Lakin motosikleti bir qədər kənarda, həmin evdən bir qədər aşağı, magistral yola çatmamış saxlamışlar. Orada saxlamaqda məqsəd isə kənar şəxslərin görməməsi olmuşdur. Daha sonra isə yenidən həmin həyətə gedib ətrafda kənar şəxslərin olmamasına baxdıqdan sonra İlham həyətə şiferin olduğu yerdən keçmiş, Əli bir qədər kənarda, küçədə dayanmışdır. İlham həyətə daxil olduqdan sonra xamıtların olduğu yerdən ümumilikdə 12 bağlama götürmüş və gətirib keçdiyi yerdən vermişdir. O, da isə xamıtları gətirdikcə onları arxın içərisinə yığmışdır. Onlar həyətdən 12 ədəd xamıt bağlaması götürdükdən sonra İlham həyətdən çıxmış və şiferi örtmüşdür. Daha sonra isə kənarda dayanan Əli motosikleti gətirmiş və onları yük yerinə yükləmişlər. Həmin vaxt 12 ədədi apara bilmədiyinə görə təxminən 7 ədəd bağlamanı oradan götürmüş və 5 ədəd bağlama və yanmış məftil orada qalmışdır. Daha sonra isə oradan çıxıb getmiş və xamıtları satmaq üçün Qaz İdarəsinin yaxınlığında olan Anarın metal qəbulu sexinə getmişlər. Həmin vaxt Qaz İdarəsinin yanında olan Palma adlı çayxanada gözləmiş, İlham ilə Əli isə metal yerinə getmişdir. Həmin vaxt onlar xamıtları 17 manata satıb kafeyə gəlmişlər. kafeyə gəldikdən sonra həmin puldan 5 manat Əliyə vermiş, 12 manatı isə 6 manat 6 manat olmaqla 2 yerə bölmüşlər. Bundan sonra isə növbəti dəfə təxminən 4 gün sonra, yəni 21 aprel 2022-ci il tarixdə saat 12 radələrində əvvəlki qaydada yenidən həmin həyət yerə getmişlər. Bu səfər isə İlham kənarda gözləmiş, O, isə Əli gedib keçən səfər qalan 5 ədəd bağlamanı götürüb Əlinin motosikletinin yük yerinə qoymuşlar. Bundan sonra isə üçü də motosikletə oturub çıxıb getmişlər. Bundan sonra onun ilə Əli həmin 5 ədəd bağlamanı Füzuli adlı şəxsin metal qəbulu sexinə satmışdır. Həmin xamıtları neçəyə satdıqlarını dəqiq xatırlamır. İlham isə Güyümlər adlanan yerdə gözləmişdir. Xamıtları satandan sonra İlhamın yanına gəlmişdir. İlhamın yanına gəldikdən sonra evdən zəng gəlmişdir ki, xərçəng xəstəsi olan atasının vəziyyəti ağırlamışdır. Bundan sonra isə evə getmişdir. Sonuncu dəfə isə 26 aprel 2022-ci il tarixdə günorta radələrində İlham zəng edib yenidən həmin yerə getməyi dedikdə atasının xəstə olmasını deyib gəlməyəcəyini demişdir. Bundan bir qədər sonra həmin yerdə Əlinin oğurluq edərkən qonşular tərəfindən tutulmasını eşitmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir, Odur ki, qeyd olunanlar nəzərə alınmaqla barəsində ədalətli qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində nəzarətçi işləyir, ədliyyə baş çavuşu rütbəsindədir. Şəki şəhəri, 125-ci kvartalda özünə məxsus yeni tikilməkdə olan evi vardır. Həmin evin tikintisi tam başa çatmamışdır. Həmin evə ümumilikdə 6 ədəd bağlama elektrik naqili xətti çəkilmişdir. Həmin 6 ədəd bağlamanın 4 ədədi 4-lük mis naqil, 2 ədədi isə 6-lıq mis naqil olmuşdur. Demək olar ki, işdə olmadığı vaxtlarda nəzarət edir. Özü evdə olmadıqda isə demək olar ki, hər gündə ailə üzvləri həmin evə gedib nəzarət edir. Hazırda yaşadığı evdə 125-ci kvartalda olan digər evdir. 2022-ci ilıin mart ayının sonlarında Novruz bayramından sonra havanın pis olmasına görə evə gedib nəzarət edə bilməmişdir. Həmin ayın sonlarında evə gedən zaman evinə çəkdiyi naqillərinin əksər hissəsinin kəsilib aparılmasını görmüşdür. Bundan sonra ustası ilə danışdıqda oradan ümumilikdə 300 metr naqilin kəsilib aparılmasını müəyyən etmişdir. Naqillərin oğurlanması nəticəsində ona 245 manat ziyan vurulsa da, hazırda həmin ziyan təqsirləndirilən şəxslərin yaxınları tərəfindən ona qaytarılmışdır. Ona görə də, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, E.Sabitoğlu küçəsində özünə məxsus yaşayış evi vardır. Həmin evdə təxminən 5 ildən çoxdur ki, yaşayır. Həmin evin yaxınlığında özünə məxsus əlavə olaraq 3 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı şifer ilə hasarlanmış və qapısı isə kilidlə kilidlənmişdir. Həmin torpaq sahəsində özünə məxsus həyət evi tikmək istəyir. Həyət evinin bünövrəsini hazırlasa da sonradan maddi vəziyyətinə görə tikintini davam etdirə bilməmişdir. Əvvəlki evini tikən zaman evin bünövrəsində istifadə etmək məqsədilə xamıt deyilən dəmir konstruksiya almışdır. Həmin xamıtların bir hissəsini evin bünövrəsini hazırlayan zaman istifadə etmiş, lakin bir hissəsi isə evin tikilməsi zamanı digər mərhələdə lazım olacağına görə evin həyət hissəsində bağlanmış vəziyyətdə saxlamışdır. Evinin həyət hissəsində təxminən 600 ədəd xamıt olmuşdur. Həmin xamıtları 20 ədədini bir olaraq bağlamış və təxminən 30 ədəd xamıt bağlaması olmuşdur. Bundan başqa həmin xamıtların yaxın ətrafında 20 kiloqrama yaxın yanmış məftil olmuşdur. 26 aprel 2022-ci il tarixdə Bakı şəhərində olan zaman qonşusu İlham zəng edib torpaq sahəsində qoyunları otarmaq istədiyini bildirib icazə verməyini xahiş eləmiş və o, da buna etiraz etməmişdir. Bundan bir neçə dəqiqə sonra İlham yenidən zəng eləyib torpaq sahəsində olan xamıtları Əli adlı oğlanın oğurlaması zamanı tutduğunu və xamıtları geri qaytardığını bildirmişdir. Həmin vaxt Bakı şəhərində olduğuna görə qonşusu Rəşada deyəcəyini və onun ora gələcəyini demişdir. Həmin vaxt Rəşada zəng edib hadisə barədə məlumat verib İlhamın yanına getməsini bildirmşdir. Bir qədər keçdikdən sonra Rəşad zəng edib Əlinin İbiş və İlham ilə birlikdə oğurluq etdiyini, əvvəllər 2 dəfə xamıt apardıqlarını, İlhamın evini tanıdığını və göstərdiyini, İbişin evini isə tanımadığını, Əlinin və İlhamın telefon nömrəsini götürdüyünü, İlhama zəng edib çağırsa da İlhamın gələcəm deyib gəlmədiyini, gəlməkdən yayındığını bildirmişdir. Həmin vaxt Rəşada 2 günə özünün gələcəyini demişdir. Bundan sonra isə 28 aprel 2022-ci il tarixdə Şəki şəhərinə qayıtmışdır. Şəkiyə qayıtdıqdan sonra Əlinin evlərinə gətsə də onu tapa bilməmişdir. Bundan sonra İlhamın evinə getdikdə İlham evdə olmadığına görə onun ailə üzvlərinə xamıtı geri qaytarmaqlarını xahiş etmişdir. Lakin bir neçə gün keçməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Bundan sonra isə polis şöbəsinə müraciət etmişdir. Bundan başqa Şəki şəhərinə gəldikdən sonra evinin giriş qapısına baxdıqda qıfıl bağlaması üçün olan dəmirin əyilməsini və qıfılın oradan oğurluq zamanı çıxarılaraq qapını açmaqlarını, xamıtı isə evin aşağı hissəsində siferi aralamaqla çıxardıqlarını görmüşdür. Ona dəyən ümumi ziyan 520 manat olsa da, hazırda həmin ziyan təqsirləndirilən şəxslərin yaxınları tərəfindən ona qaytarılmışdır. Ona görə də, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, 98-cü kvartalda özünə məxsus yeni tikilməkdə olan yaşayış evi vardır. Həmin evin tikintisini hazırda tam olaraq başa çatdıra bilməmişdir. Tikinti ilə əlaqədar olaraq elektrik xətləri çəkilsə də hazırda işlək vəziyyətdə deyildir. Həmin evə 700 metrə “Elant” markalı elektrik məftili alaraq yaşadığı elektrik xətlərinə istifadə olunmuşdur. Həmin xətləri təxminən 2022-ci ilin mart ayında Bakı şəhərindən almışdır. Həmin 700 metr elektrik xətlərinin 400 metri 4-lük elektrik xətti, 300 metrəsi 2.5-lik elektrik məftilidir. Həmin məftillər evinin həm birinci, həmdə ikinci mərtəbəsinə çəkilmiş, lakin evin tikintisi tam başa çatmadığına görə çəkilməsi tam yekunlaşdırılmamışdır. Həmin evdə 2022-ci ilin may ayının 13-nə kimi özü işləmişdir. May ayının 13-də Bakı şəhərində işi olması ilə əlaqədar olaraq ora getmişdir. Bakı şəhərindən 19 may 2022-ci il tarixdə yas ilə əlaqədar Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gəldikdən sonra Bakı şəhərinə gedən zaman şəxsiyyət vəsiqəsini dəyişmək üçün Şəki “Asan Xidmət”inə verdiyinə görə şəxsiyyət vəsiqəsini götürmək üçün getmişdir. Şəxsiyyət vəsiqəsini götürdükdən sonra evə nəzarət etmək üçün yaxınlıqda olan yeni tikdiyi evə getmişdir. Evə gedən zaman evə təzə çəkdiyi 700 metr uzunluqda olan elektrik xətlərinin və 100 metr uzunluqda anten məftilinin kəsilərək oğurlanmasını görmüşdür. Bundan sonra kəndə gedib elektrik ustası Xaliqi götürüb yenidən həmin evə qayıtmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evə qayıtmışdır. Avtomobili olmadığına görə Xaliqin avtomobili ilə təzə evinə getmişdir. Evinin aşağı hissəsində olan Arxiv idarəsinə keçdikdən sonra təxminən 16-17 yaşlarında bir oğlan uşağının əlində ağ torbanın içərisində məftil olmasını görmüşdür. Həmin vaxt o, uşağın oğurluq etməsindən şübhələndiyi üçün avtomobil ilə arxasınca getmişdir. Həmin oğlan, sonradan adının Əli olduğunu bildiyi şəxs onun arxasınca gəldiyini görüb iti yerişlə yayınmağa çalışmışdır. Bu vaxt avtomobil ilə onun qabağını kəsmiş və burada nə etməsini, əlindəki məftilin nə olmasını soruşmuşdur. Bu vaxt Əli yaxınlıqdakı evdən götürdüyünü demişdir. Bu vaxt ondan evindən oğurluq edən şəxsin o, olub olmaması barədə soruşduqda evinin hansı olmasını soruşmuşdur. Bu vaxt ona evini göstərdikdə o, evindən oğurluq etməyini demişdir. Bundan sonra isə onunla birlikdə evə getmiş və həmin vaxt o, evinə arxa hissədən hasardan keçdiyini deyib elektrik məftilini necə oğurlamasını bilmişdir. Bundan sonra isə polis şöbəsinə müraciət etmişdir. Ona dəyən ümumi ziyan 526 manat olsa da, hazırda həmin ziyan təqsirləndirilən şəxslərin yaxınları tərəfindən ona qaytarılmışdır. Ona görə də, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, sonradan barəsində cinayəti işi ayrılmış X12 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, bir neçə dəfə oğlurluq etmişdir. Bir dəfə ona Təqsirləndirilən şəxs2 zəng vurmuş və demişdir ki, xamut var və həmin xamutu daşımaq lazımdır. O da İbiş (İbrahim) dediyi ünvana gəlmiş və oradan xamutları birlikdə daşımışlar. Bu minvalla onlar həmin ünvandan xamutları oğurlayıb metal qəbul edilən yerlərə satmışlar. Bundan başqa, onlar “Asan Xidmət”in yaxınlığından da kabel oğurlamışlar. Həmin yerdən 3-cü dəfə metal oğurlayanda tutulmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ona ilk dəfə İbiş (İbrahim) zəng vurub demişdir ki, dəmir var və onu daşıyıb satmaq lazımdır. Zərərçəkmiş şəxs1 evindən də dəmir oğurlamışlar. Ona İbiş zəng vurub qonaq evinin qabağında dəmir olduğunu demişdir. Onlar həmin dəmirləri onun motosikletinə yığmışlar. İlham isə ora sonradan gəlmişdir. Daha sonra həmin dəmirləri metal qəbuluna aparıb satmışlar. Onu İlham oğurluq üçün çağırmamış, dəmirin daşınması üçün İbiş çağırmışdır. 125-ci kvartalda naqili özü oğurlamış, orada başqa heç kim olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumamış, həmin ifadə onun üçün oxunmamışdır. İbtidai istintaq zamanı sənədlərə imza çəkmişdir. X8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Əli İsaqov həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının ortalarında Şəki şəhərinin çıxış hissəsində 2 nömrəli avtobus dönəcək yeri olan hissədə avtobusdan düşdükdən sonra pul olmadığına görə yeni tikilməkdə olan yaşayışsız evə daxil olub naqil oğurlamaq qərarına gəlmiş, həmin ərazidə gəzdikdən sonra yolun kənarında olan bir evin olmasını, yaşayışsız olmasını görmüşdür. Həmin evə hasardan keçməklə daxil olduqdan sonra həyət hissəsində hamam kimi tikilmiş yerin yanında stolun olmasını görmüş, həmin stolun üzərinə qalxdıqdan sonra orada olan naqillərin bir hissəsini dartmaqla çıxarmış, digər hissəsini isə özü ilə götürdüyü kəlbətinlə kəsmişdir. Daha sonra kəsdiyi uzunluğunu xatırlamadığı naqili götürüb hasardan keçirmişdir. Daha sonra isə həmin naqilləri Şəki şəhərində, Salıncağın çaylağı adlanan yerdə, Evqur tikinti materiallarının satıldığı yerin yaxınlığında çaylaq hissədə yandırıb mislərini əldə etdikdən sonra Şəki şəhərində Köhnə Bazar adlanan yerin yaxınlığında təxminən xatırladığı qədər 25 manata satmışdır. Həmin pulu özü üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının sonlarında pul olmadığına görə yeni tikilməkdə olan yaşayışsız evə daxil olub naqil oğurlamaq qərarına gəlmişdir. Şəki şəhərində olan DYPB-nin qeydiyyat və imtahan şöbəsinin, yəni Meronun arxa hissəsində piyada gəzən zaman yolun kənarında avtomobil yoluna yaxın yerdə bir evin olmasını, yaşayışsız olmasını görmüşdür. Həmin hasardan keçdikdən sonra yaşayış evindən yuxarıdan aşağıya gələn naqilləri dartdıqdan sonra kəsmişdir. Daha sonra isə nərdivanla ikinci mərtəbəyə qalxdıqdan sonra orada naqilləri dartıb kəsdikdən sonra bütün kəsdiyi naqilləri götürüb hasardan çölə çıxarmış və onları götürüb “Daşqaya”nın yanında saxladığı motosikletin yanına getmişdir. Bundan başqa həmin vaxt evdə taxta qutunun içərisindən təzə naqillər götürmüşdür. Belə ki, həmin qutunun qıfıl ilə bağlanması onun diqqətini çəkmiş, həmin vaxt qutunun qıfılını daş ilə qırdıqdan sonra içərisində naqillər olmasını görmüşdür. Bundan sonra isə həmin qutunun içərisində olan naqilləri də götürüb həmin evdən çıxmışdır. Daha sonra isə naqilləri motosikletin yük yerinə qoyub Şəki şəhərində, Salıncağın çaylağı adlanan yerdə, Evqur tikinti materiallarının satıldığı yerin yaxınlığında çaylaq hissədə yandırıb mislərini əldə etdikdən sonra Şəki şəhərində metal qəbul edən Fizuli adlanan şəxsin metal qəbulu sexinə 40 manata satmışdır. Həmin pulu özü üçün xərcləmişdir. Bundan başqa, 12 may 2022-ci il tarixdə pulu olmadığına görə həmin yerin çardaq hissəsində naqillərin qalmasını bildiyi üçün həmin yerə getmiş, həmin evə yenə də hasardan keçdikdən sonra daxil olub nərdivanla çardaq hissəyə qalxmışdır. Çardaq hissəyə daxil olduqdan sonra orada olan məftilləri dartaraq kəsmiş, daha sonra isə həmin məftilləri də götürüb “Daşqaya”nın yanında saxladığı motosikletin yanına getmişdir. Həmin vaxt naqilləri motosikletin yük yerinə qoyub Şəki şəhərində, Salıncağın çaylağı adlanan yerdə, Evqur tikinti materiallarının satıldıgı yerin yaxınlığında çaylaq hissədə yandırıb mislərini əldə etdikdən sonra Şəki şəhərində metal qəbul edən Fizuli adlanan şəxsin metal qəbulu sexinə 25 manata satmışdır. Bundan başqa 2022-ci ilin mart ayının sonlarında təxminən saat 14 radələrində İlham ilə şəhərdə görüşən zaman o, pulunun olmadığını demiş, həmin vaxt İlham çörəkçi işləsə də, pulunun az olduğundan şikayətlənmişdir. Həmin onlar pul əldə etmək üçün Şəki şəhərində olan təzə kvartallarda yeni tikilməkdə olan yaşayışsız evlərə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra onun motosikleti ilə Şəki şəhərində "Mero”nun yanından keçib ara yol ilə orada evlərə baxmağa başlamışlar. Evlərə baxan zaman yolun sol kənarında, avtomobil yoluna yaxın yerdə evin olmasını görmüşlər. Həmin vaxt İlham kənarda dayanıb kənar şəxslərin gələcəyi halda xəbər vermək məqsədilə gözləmiş, o, isə evin həyət hissəsinə hasardan keçdikdən sonra ikinci mərtəbəyə qalxaraq orada olan naqilləri dartdıqdan sonra kəsmişdir. Daha sonra isə özü ilə götürdüyü torbaya yığdıqdan sonra həyətdən çıxmışdır. Həmin vaxt pula ehtiyacı olduğuna görə İlhama naqilin olmamasını bildirmək qərarına gəlmişdir. Buna görə də, həmin naqilləri evdən çıxdıqdan sonra bir qədər irəlidə olan otluq hissəyə atmış və İlhamın yanına gedərək naqillərin yaxşı olmadığına görə götürə bilmədiyini demişdir. Daha sonra isə İlham da heçnə deməmiş və onlar birlikdə çıxıb getmişdir. Həmin gün İlham ilə sağollaşdıqdan sonra yenidən həmin yerə qayıtdıqdan sonra otluq hissəyə atdığı naqilləri götürüb 12 nömrəli məktəbin arxa hissəsində olan dağa gedərək orada məftilləri yandırmış və əldə edə bildiyi qədər məftil əldə etmişdir. Daha sonra isə mislərini əldə etdikdən sonra Şəki şəhərində metal qəbul edən Fizuli adlanan şəxsin metal qəbulu sexinə təxminən 35 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 13 may 2022-ci il tarixdə İlham ilə görüşən zaman İlham Şəki şəhərində, Z.Əliyeva küçəsində olan Qonaq evinın yanında tikilməkdə olan fərdi yaşayış evinin həyət hissəsinin otunu biçmək lazım olduğunu demiş və o da özünün ot biçən aparatının olmasına görə onunla razılaşmış və təxminən səhər radələrində həmin yerə onun idarə etdiyi yük yeri olan motosiklet ilə getmişlər. Onlar həmin yerə getdikdən sonra ot biçmək istəsələr də, həmin aparat işləmədiyinə görə otu biçə bilməmişlər. Bundan sonra onlar otu biçə bilmədiklərini görüb geri qayıtmaq qərarına gəlişlər. Həmin vaxt motosikleti o, idarə edirmiş. Onlar həmin küçədə olan Arxiv idarəsinin yanından keçdikdə arxa hissəsində yeni tikilməkdə olan evi görüb oradan oğurluq edib pul əldə etmək və əldə etdikləri qazancı bölmək qərarına gəlmişlər. Bundan sonra motosikleti “Qonaq evinin” yanında saxladıqdan sonra yük yerindən kəlbətini götürdükdən sonra İlham ilə birlikdə həmin evə getmişlər. Həmin ev Arxiv idarəsinin arxa hissəsində bir qədər yuxarıda olmuşdur. Onlar arxiv idarəsindən bir qədər yuxarı qalxdıqdan sonra İlham evin arxa hissəsində kiminsə gələcəyi halda xəbər vermək üçün gözləmiş, o isə hasardan keçməklə həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin birinci mərtbəsində olan naqilləri kəsmək qərarına gəlmişdir. Bundan sonra həmin naqillərin baş hissələrinin cərəyana qoşulmadığını görüb onları özü ilə götürdüyü kəlbətinlə kəsmişdir. O, birinci mərtəbə olan qırmızı və yaşıl rəngli məftillərin hamısını dartaraq kəsmişdir. Daha sonra isə bütün kəsdiyi məftilləri götürüb hasardan çıxmışdır. Daha sonra isə İlham ilə birlikdə "Qonaq evinin” yanına gedərək götürdüyü məftilləri orada yandıraraq əritmişlər. Həmin vaxt əridib təmizləyə bildikləri qədər məftili təmizləmişlər. Daha sonra isə İlham İlə birlikdə motosikletlə Çöl yol adlanan yerdə Ramiz adlı şəxsin metal qəbulu sexinə getmişlər. Həmin sexə getdikdən sonra ondan məftilləri almayacaqlar deyə İlham orada məftilləri satmışdır. Həmin vaxt metal qəbulu sexindəl pul olmadığına görə pulu götürməmişlər. Daha sonra isə İlham səhərisi günü gedib oradan ümumilkdə 11,40 manat pul götürmüşdür. Həmin pulu İlham özünə götürmüşdür. Bundan sonra həmin yerə İkinci səfər ikinci mərtəbədə olan məftilləri kəsməkdən ötü 18 may 2022ci il tarixdə 17 radələrində getmişlər. Belə ki, həmin gün İlham ilə görüşdükdən sonra pul olmadığına görə həmin yerin ikinci mərtəbəsində naqillərin qalmasını danışıb onları da oğurlamaq qərarına gəlmişlər. Bundan sonra avtobusla Qonaq evinin yanına getdikdən sonra İlham orada gözləmiş və o, yenə də həmin yerə gedib əvvəlki kimi hasardan keçdikdən sonra həyətdəki taxta nərdivan vasitəsilə ikinci mərtəbəyə qalxmışdır. İkinci mərtəbəyə qalxdıqdan sonra isə həmin nərdivanla evin çardaq adlanan hissəsinə qalxıb orada olan bütun naqilləri kəsməklə götürmüşdür. Daha sonra isə evə daxil olduğu kimi evdən çıxıb İlhamın yanına gəlmişdir. İlhamın yanına gəldikdən sonra yenə də naqilləri həmin yerdə əritdikdən sonra əldə edə biləcəkləri qədər məftili əridib mis əldə etmişlər. Bundan sonra isə həmin misi götürüb yenə də Ramizin mis qəbulu yerinə getmişlər. Həmin yerə getdikdən sonra həmin mis məftili satdıqdan sonra orada İlham 10 manat pul alıb ona vermişdir. İkinci səfər 10 manat pulu ona verməyinin səbəbi isə əvvəlki satışdan əldə olunan pulu İlhamın götürməsi olmuşdur. Bundan başqa 19 may 2022-ci il tarixdə günorta radələrində evində yemək yedikdən sonra oğurluq etmək məqsədilə yenidən Arxiv İdarəsinin arxa hissəsinə getmişdir. Həmin yerdə üst hissəsinin taxtası vurulsa da, örtülməmiş ev olmasını görmüşdür. Həmin evin içərisinə daxil olduqdan sonra ev sahibin hələ elektrik xətlərinin tam çəkməməsini görmüşdür. Bundan sonra həyət hissəsində udinitel olmasını görmüşdür. Həmin udilnitelin 2 xətti olmuş və xeyli uzunluqda olmuşdur. O, həmin məftili də götürüb uzərində olan torbaya qoymuşdur. Həmin vaxt təxminən 20 radələri olarmış. Daha sonra isə həmin ərazidə gəzməyə başlamışdır. Həmin ərazidə olan zaman yaxınlıqda oğurluq etdiyi ev sahibi, adının İntiqam olduğunu bildiyi şəxs əlində udilnitel və cibində kəlbətin olmasını görüb ondan şübhələnmişdir. Həmin vaxt o həmin şəxsdən qaçmaq istəsə də, həmin şəxs avtomobillə gəlib onu saxlamışdır. Həmin vaxt evindən oğurluq edən şəxsin mən olub olmaması barədə sual verib evini göstərdikdə o evindən oğurluq etməyini bildirmiş və nələr götürdüyünü, haradan götürməyini bildirmişdir. Daha sonra həmin şəxs polisə zəng etmiş və polis əməkdaşları gəlib onu polis şöbəsinə gətirmişlər. 2022-ci ilin may ayının ortalarında Şəki şəhərinin çıxış hissəsində olan evdən, 2022-ci ilin fevral ayının sonlarında və xx.xx.2022-ci il tarixdə Şəki şəhərində, Meronun arxa hissəsində olan evdən, 2022-ci ilin mart ayının sonlarında Şəki şəhərində, Daş Qayadan bir qədər aşağıda olan evdən, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Şəki şəhərində arxiv idarəsinin arxa hissəsindəki evdən, xx.xx.2022-ci il tarixdə Şəki şəhərində Asan Xidmətin arxa hissəsindəki evdən və həmin tarixdə Arxiv idarəsinin arxa hissəsindəki digər evdən oğurluq etmişdir.xx.xx.2022-ci il tarixdə 400 metr elektrik naqilini və xx.xx.2022-ci il tarixdə İsə 400 metr elektrik naqilini İntiqamın evindən oğurlsmışdır. Həmin vaxt onun yanında Təqsirləndirilən şəxs1 da olmuşdur. Bundan başqa mart ayının sonlarında olan oğurluğu da İlham ilə birlikdə etmiş, lakin həmin vaxt evdən naqil götürsə də, naqili evin yanında olan otluqda gizlədib İlhama naqil götürə bilmədiyini demişdir. Həmin oğurluqlardan yalnız 2-sində İlham ilə birlikdə olmuşdur. Həmin oğurluqlar 2022-ci ilin mart ayının sonlarında Şəki şəhərində, Daş Qayadan bir qədər aşağıda olan evdən, xx.xx.2022-ci İl tarixdə və xx.xx.2022-ci il tarixdə Şəki şəhərində Arxiv idarəsinin arxa hissəsindəki evdən oğurluq zamanı olmuşdur. 2022-ci ilin mart ayının sonlarında Şəki şəhərində, Daş Qayadan bir qədər aşağıda olan evdən oğurluq edən zaman İlham onu gözləmiş, lakin naqilləri oğurlasa da, otluqda gizlədərək naqil olmadığını bildirmişdir. İkinci oğurluq zamanı isə əldə etdikləri naqillər satıb pulun yarısını İlham, yarısını isə o götürmüşdür. İlhamın küçədə dayanıb kənar şəxslərin gələcəyi halda ona xəbər vermək rolu olmuşdur. O, naqilləri kəsib evdən çıxdıqdan sonra gizlədib İlhama naqil olmadığını demişdir. İlham həmin vaxt evdən aralıda dayanmış, o isə evdən çıxdıqdan sonra yaxınlıqdakı kolluqda naqilləri gizlətdiyi üçün İlhama naqil olmadığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, E.Sabitoğlu küçəsində nömrəsiz evdə yaşayır. Zərərçəkmiş şəxs2 qonşusudur. 26 aprel 2022-ci il tarixdə günorta radələrində işdə olan zaman Sərxan zəng edib İlham dayının yaşadığı evin yanında xamıtları oğurlayan şəxsi saxlamasını, həmin yerə getməyini xahiş etmişdir. Həmin vaxt Şəki şəhərində İpək Kombinatın yaxınlığında usta işlədiyi evdən çıxıb tanımadığı taksi ilə Sərxangilin evinin yanına getmişdir. Həmin evin yanına çatdıqda İlham dayının yanında bir nəfər cavan oğlanın olmasını, yük yeri olan motosiklet, yəni tır-tırın olmasını görmüşdür. Onlara yaxınlaşdıqdan sonra məsələnin nə olması barədə maraqlanmışdır. Həmin vaxt cavan oğlanın adının Əli olmasını bilmişdir. Onunla xeyli söhbətdən sonra ilk əvvəl demək istəməsə də sonradan o, Sərxangilin evinə əvvəllər 2 nəfər şəxs ilə 3 dəfə şiferdən daxil olub xamıt oğurladıqlarını bildirmişdir. Bundan sonra isə Sərxan ilə danışan zaman Sərxan həyət hissəsində xeyli sayda xamıt olduğunu desə də, Sərxanın həyətinə baxdıqda həyətində artıq xamıtın qalmamasını, sonuncularında Əlinin arxdan yığdığını görmüşlər. Daha sonra isə Əli onlar tərəfdən tutulmasına görə həmin xamıtları həyətə yığmışdır. Bundan sonra isə Sərxan Bakı şəhərində olmasına görə Şəkiyə qayıdanda həyətinə baxdıqdan sonra polisə müraciət edəcəyini bildirmişdir. Həmin vaxt Əli əvvəllər oğurluq etdiyin şəxslərə zəng etsə də həmin şəxslər həmin həyətə gəlməmişlər. Bundan sonra isə İlham dayı çıxıb getmişdir. O, isə Əliyə tutduğu taksi ilə birlikdə Dağ dibində olan metal qəbulu yerinə getsə də evlərində heç kim olmamışdır. Daha sonra isə Fizulinin metal qəbulu məntəqəsinə getdikdə orada metal qəbulu sexinə getdikdə həmin şəxslər Əlini tanımışlar, həmin vaxt onlar heç nə deməmişlər. Daha sonra isə Əli ilə birlikdə Qoxmuq kəndində Eldar adlı şəxsin metal qəbulu yerinə getmişdir. Həmin vaxt Eldar xamıtları aldığını, orada olduğunu demişdir. Xamıtların sahibinin Bakı şəhərində olduğunu, özü gələcəyini deyib xamıtları satmamaqlarını xahiş etmişdir. Daha sonra isə çıxıb işə getmişdir. Həmin metal yerlərini Əli özü göstərib xamıtları həmin yerlərə satdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, Şəki şəhəri, S.Mümtaz küçəsində, DYPB-nin inzibati binasından bir qədər aşağıda metal qəbulu ilə məşğul olur. Əldə etdiyi metalları isə Şəki şəhərində olan digər metal sexlərinə satmaqla gündəlik 10-15 manat pul qazanır. Təqsirləndirilən şəxs1 təxminən 10 ildən çoxdur ki, tanıyır. Əvvəllər digər metal sexində işləyən vaxt o, karton kağızları yığıb satmaqla pul qazanır. Həmin kağız qutuların kiloqramı 4 qəpikdən alınır. Buna görə də onunla münasibətləri olmuşdur. Sonradan isə çörəkçi işləməyə başlamışdır. 13 may 2022-ci il tarixdə İlham işlətdiyi sexə gəlib yanmış mis məftil satmışdır. Həmin vaxt İlhamdan məftilin nə olmasını soruşduqda o, özünün olmasını demişdir. İlhamı uzunmüddətdir ki, tanıdığına görə ondan mis məftilləri almış, lakin həmin vaxt üzərimdə pul olmadığına görə məftilə görə 11.40 manat pulu verə bilməmiş və pulu sonra verəcəyini demişəm və o, çıxıb getmişdir. Səhərisi günü isə, İlham sexə gəldikdən sonra 11 manat 40 qəpik pul vermişdir. Bundan sonra isə çıxıb getmişdir. Bundan sonra təxminən bir neçə gün keçdikdən sonra 18 may 2022-ci il tarixdə İlham yenidən sexə gəlib yenidən yanmış mis məftillər satmış və həmin vaxt ona 10 manat pul vermişdir. Həmin vaxt İlhamdan yenə də həmin məftillər barədə soruşduqda o, “mənə inanmırsanki” demiş, həmin vaxtda İlhamın əvvəllərdə karton və başqa əşyalar satdığına görə ona inanmışdır. Bundan sonra isə İlham çıxıb getmişdir. Bundna başqa hadisənin 13 may və 18 may 2022ci il tarixlərdə olduğunu, həmin vaxt İlhamın yanında heç kim olmadığını, həmin mis məftillər yanmış formada olduğunu, həmin məftillərin özünə məxsus olmasını dediyini, məftillərin özünə məxsus olduğunu dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Şəki şəhəri, Dozandüzü adlanan ərazidə metal qəbulu ilə məşğul olur. Həmin yerə əmisi Fizuli Əsgərova məxsus və orada işçi kimi işləyir. Demək olar ki, gündəlik metalları qəbul edir. 14 aprel 2022-ci il tarixdə günorta radələrində metal qəbulu məntəqəsində Şəki şəhər sakini kimi tanıdığı İbrahim və Elşən yük yeri olan motosiklet, yəni “tır-tır” ilə məntəqəyə gəlmişdir. Həmin vaxt onlar xamıtları təqdim edib satmaq istədiklərini bildirmişdir. Onların hər ikisini üzdən tanısamda xamıtların kimə məxsus olmaqlarını soruşduqda onlar özlərinə məxsus olmasını bildirmişdir. Həmin vaxta kimi isə hər iki şəxsin oğurluq etməsi barədə eşitmədiyinə, özlərini də şəhər sakini kimi tanıdığına görə xamıtları qəbul etmiş və onlara 25 manat pul vermişdir. Həmin vaxt xamıtları götürmək istəmədikdə İbrahim öz şəxsi əmlakı olduğunu bildirmiş və buna görə onlardan dəmirləri almışdır. Həmin vaxt hər ikisi məndən pulu aldıqdan sonra İbrahim yanında olan Əliyə pul verməsini görmüşdür. Lakin konkret olaraq nə qədər verməsini dəqiq bilməmişdir. Daha sonra onlar çıxıb getmişlər. Bundan başqa hadisənin 14 aprel 2022-ci il tarixlərdə olduğunu, həmin vaxt İbrahim və Əlinin yanında heç kim olmadığını, İbrahim həmin dəmir konsturksiyaları özünə məxsus olmasını dediyini, dəmir konsturksiyaların özünə məxsus olduğunu bildirdiyini, həmin vaxt onların sayını bilmədiyini, onlar dağınıq formada olmadığını, metallom kimi aldığına görə onları saymadıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 5-6 ay olar ki, yaşadığı Şəki rayonu, Qoxmuq kənd ərazisində metal qəbulu ilə məşğul olmaqla pul qazanır. Qəbul etdiyi metalları Şəki şəhərində satır. Bu işdən əvvəl isə uzunmüddət şüşə qabları yığıb satmaqla pul qazanmışdır. 14 aprel 2022-ci il tarixdə saat günorta radələrində metal qəbul etdiyi yerdə olan zaman oraya 3 nəfər gəlmişdir. Həmin şəxs yük yeri olan motosiklet ilə gəlmişlər, motosikleti təxminən 16-17 yaşlarında bir uşaq sürür. Onlar motosikleti yerinin yanında saxlamışlar. Sonradan həmin şəxslərin İlham, İbrahim və azyaşlının Əli olmasını bilmişdir. Həmin vaxt hər üç şəxs xamıtları satmaq istədiklərini, özlərinə məxsus olduğunu, pul lazım olduğuna görə satdıqlarını bildirmişlər. Həmin vaxt onlardan şəxsiyyət vəsiqələrini istəsədə onlar şəxsiyyət vəsiqələrinin üzərlərində olmadığını bildirib mobil nömrələrini demişlər. Bundan sonra isə mobil nömrələrini qeyd edib onlardan hazırda xatırlamadığı sayda xamıtları almış və onlara 25 manat pul vermişdir. Bundan sonra isə onları çıxıb getmişlər. Bundan sonra isə təxminən bir neçə gün sonra metal qəbulu yerimdə olan zaman bir nəfər Rəşad adlı şəxs gəlmişdir. Rəşad yaxınlaşıb bir neçə gün əvvəl buraya xamıt satılıb satılmamasını soruşduqda satılmasını bildirmiş, daha sonra isə həmin xamıtların oğurluq olmasını, sahibin gələcəyini demişdir. Buna görə həmin xamıtları bir qədər kənara qoymuşdur. Bir müddət sonra isə İlham və İbrahim gün ərzində ayrı ayrı vaxtlarda polis əməkdaşları, vəkilləri ilə birlikdə gəlib məntəqəsinə xamıtları satdıqlarını demişlər və həmin vaxt xamıtları onlara təqdim etmişdir. Bundan başqa ifadəsində həmin hadisənin 14 aprel 2022ci il tarixdə olduğunu, həmin vaxt İlham, İbrahim və Əlinin yanında başqa heç kim olmadığını, onlar dəmir konstruksiyaları özünlərinə məxsus olmasını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 5-6 il olar ki, yaşadığı ünvan 2 ünvanıənda metal qəbulu ilə məşğul olmaqla pul qazanır. Qəbul etdiyi metalları ünvan 3etal qəbulu zavoduna satır. 17 aprel 2022-ci il tarixdə saat günorta radələrində yaşadığı evdə olan zaman yaxınlığında yaşayan Fatmaxanımın nəvəsi olduğunu tanıdığı Əli və sonradan adının İlham olduğunu bildiyi şəxs evinə gəlmişdir. Onlar evə gəldikdən sonra hazırda xatırlamadığı sayda dəmir konstruksiya, yəni xamıt satmışlar. Onlar xamıtı satan zaman kimə məxsus olmaqlarını və şəxsiyyət vəsiqələrini istədikdə həmin vaxt onları şəxsiyyət vəsiqələrinin üzərlərində olmadığını, xamıtların isə özlərinə məxsus olduğunu demişdir. Həmin vaxt Əli yük yeri olan motosiklet ilə, yəni tır-tır ilə gəlmişdir. Həmin vaxt Əlini tanıdığıma görə onlara inanıb xamıtları onlar almış və əvəzində onlara 17 manat pul vermişdir. Daha sonra isə onlar çıxıb getmişlər. Bir müddət sonra İlham vəkili və polis əməkdaşları ilə evə gəldikdə satdıqları xamıtların oğurluq olmasını bilmişdir. Lakin həmin vaxta kimi onların oğurluq etdiklərindən məlumatı olmamışdır. Həmin vaxtda İlham xamıtları satdığı yeri göstərmiş və müstəntiq həmin xamıtların qalmış hissəsi maddi sübut kimi götürülmüşdür.Bundna başqa ifadəsində həmin hadisənin 17 aprel 2022-ci il tarixdə olduğunu, həmin vaxt İlham və Əlinin yanında başqa heç kim olmadığını, onlar dəmir konstruksiyaları özünlərinə məxsus olmasını dediyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə Şəki Şəhər (Rayon) Polis Şöbəsinə müraciət edərək 12- 19 may 2022-ci il tarixləri arasında naməlum şəxslər tərəfindən Şəki şəhəri, 98-ci kvartalda yerləşən ona məxsus fərdi yaşayış evindən 700 metr uzunluq elektrik naqili və 100 metr uzunluqda antena naqili oğurlanmışdır. Həmin şəxslər barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir (cild 01, iş vər. 04). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şəki şəhəri, 98-ci kvartalda yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evidir, həmin evdən 700 metr uzunluq elektrik naqili və 100 metr uzunluqda antena naqili oğurlanmışdır. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 18-27). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə Şəki Şəhər (Rayon) Polis Şöbəsinə müraciət edərək 2022-ci ilin mart ayının sonlarında naməlum şəxslər tərəfindən Şəki şəhəri, 125-ci kvartalda yerləşən ona məxsus fərdi yaşayış evindən 300 metr uzunluqda elektrik naqili oğurlanmışdır. Həmin şəxslər barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir (cild 01, iş vər. 98). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 məxsus Şəki şəhəri, 125-ci kvartalda yerləşən fərdi yaşayış evidir, həmin evdən 300 metr uzunluqda elektrik naqili oğurlanmışdır. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 99-107). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin bir icraatda birləşdirilməsi və tövsif edilmsi haqqında” qərardan görünür ki, həmin tarixdə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi bir icraatda birləşdirilmiş və istintaqın ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır (cild 01, iş vər. 142-144). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə Şəki Şəhər (Rayon) Polis Şöbəsinə müraciət edərək 2022-ci ilin mart ayının sonlarında naməlum şəxslər tərəfindən Şəki şəhəri, E.Sabitoğlu küçəsində yerləşən ona məxsus fərdi yaşayış evindən 480 ədəd dəmir konstruksiya və 20 kq yanmış məftil oğurlanmışdır. Həmin şəxslər barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir (cild 01, iş vər. 159). Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus Şəki şəhəri, E.Sabitoğlu küçəsində yerləşən fərdi yaşayış evidir, həmin evdən 480 ədəd dəmir konstruksiya və 20 kq yanmış məftil oğurlanmışdır. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 162-170). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi müdafiəçinin də iştirakı ilə hadisə yerində yoxlanılmış və şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 230-235). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi müdafiəçinin də iştirakı ilə hadisə yerində yoxlanılmış və şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 236-242). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi müdafiəçinin də iştirakı ilə hadisə yerində yoxlanılmış və şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 02, iş vər. 203-206). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli 9/4177 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mallar nəzəri qaydada 2022-ci ilin fevral-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3103,34 manat müəyyən edilir (cild 03, iş vər. 4-7). Cinayət işinin materiallarında olan ünvan 1 pasport qeydiyyatda olmaqla yaşayan X3 və Şəki şəhəri, Z.Bünyadov küçəsi ev 29-da pasport qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur (cild 02, iş vər. 183). Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş məktubdan görünür ki, ünvan 1 pasport qeydiyyatda olmaqla yaşayan X3 və Şəki şəhəri, Z.Bünyadov küçəsi ev 29-da pasport qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 narkoloji dispanser qeydiyyatda durmurlar (cild 03, iş vər. 81). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işindən X12 barəsində CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış, həmçinin Təqsirləndirilən şəxs2 əməlində CM-in 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığından, onun barəsində həin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 108-136). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Eyni zamanda, CM-in 29-cü maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə, sözügedən qərarda göstərilmişdir ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətləridir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq, cinayəti təşkil etmiş və ya aşkar surətdə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsləri oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə təhrik etmiş şəxs, cinayətin icraçısı kimi cinayət məsuliyyəti daşıyır. Qanunda nəzərdə tutulan əsaslar olduqda, həmin şəxsin əməli, əlavə olaraq CM-nin 170-ci maddəsi ilə də tövsif edilməlidir. Eyni zamanda, CM-in 170.1-ci maddəsində göstərilmişdir ki, on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanın aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb edilməsi üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 170.1 və ya 170.2ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanın cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb edilməsi beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs1 qarşı CM-in 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qarşı isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertizanın rəyi, ifadənin yerində yoxlanması və başqa istintaq hərəkətinin protokolları, o cümlədən biri-digərinə uyğun gələn digər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Əli İsaqovu cinayətkar fəaliyyətə cəlb etmədiyi barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cəza nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışır. Belə ki, iş materiallarında olan və biri-digərini tamamlayan sübutlar (Əli İsaqovun ibtidai istintaq zamanı verdiyi ifadəsi və s.) vasitəsi ilə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs Əli İsaqovu cinayətkar qrupa və həmin qrup tərkibində cinayətkar fəaliyyətə cəlb etməsi tam təsdiq olunur. Odur ki, məhkəmə şəxsin ifadəsinin həmin hissəsini əsaslı saymır və onunla razılaşmır. Şahid X8 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə də tənqidi yanaşır və hesab edir ki, Əli İsaqov bu məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs1 məsuliyyətdən qurtarmağa çalışmışdır. Məhkəmə hesab edir ki, Əli İsaqovun Təqsirləndirilən şəxs1 əvvəldən tanıması, yəni Təqsirləndirilən şəxs1 onun atasının dostu olması, onlarla bir yerli olması və eyni rayon ərazisində yaşaması şahidin bu formada ifadə verməsini anlaşılan etmişdir. Odur ki, məhkəmə Əli İsaqovun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini əsaslı sayır və Təqsirləndirilən şəxs1 elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailəsi (atası, anası, arvadı və 2008, 2010-cu il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə Şəki şəhəri, Əşirlər məhəlləsi Ziya Bünyadov küçüəsi 29 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 181-182). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 221). Cinayət işinin materiallarında olan “Ərizə”dən görünür ki, təqsirləndirilən şəxslərin yaxınları tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbləri yoxdur (cild 03, iş vər. 101). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 himayəsində iki az yaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi CM-in 59.1.12-ci maddəsinə əsasən və zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 CM-in 61.1-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində yuxarıda qeyd edilən kifayət qədər cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə qəbul olunan qərarla barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə X2 azad olunmuşdur (cild 1, iş vər. 216-217, cild 02, iş vər. 56-57). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmalı və ona qəti müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla yaşadığı Şəki rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə Şəki şəhəri, Topqarağac məhəlləsi, F.Sadıqov küçüəsi 1/14 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 03, iş vərəqi 01-03). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 02, iş vər. 223). Cinayət işinin materiallarında olan “Ərizə”lərdən görünür ki, təqsirləndirilən şəxslərin yaxınları tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmiş şəxslərin hər biri təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbləri yoxdur (cild 02, iş vər. 246, cild 03, iş vər. 101, 106). Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi CM-in 59.1.12-ci maddəsinə əsasən və zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 tərəfindən CM-in 170-ci maddəsinə münasibətdə cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, şəxs yalnız bu növdə cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokollardan, qərardan və Şəki Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə qəbul olunan qərarla barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə X2 azad olunmuş, daha sonra yenidən xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 85- 86,192-194, cild 02, iş vər. 51-52, 151-157). Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı onun hazırki cinayət işi üzrə ikinci dəfə şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan 01 ədəd kəlbətin hazırki cinayət işindən X12 barəsində CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrılmış cinayət işinə əlavə edilməli, 180 ədəd dəmir konstruksiyanın (xamutun) Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 AZN (iyirmi beş manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə xüsusi müsadirənin əsaslarının, habelə mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın bir gününə iki gün hesabı ilə hesablanıb çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Şəki Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla yaşadığı Şəki rayonunun hüdudlarını tərk etməmək, axşam saat 2200-dan səhər saat 0700-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər (Rayon) Polis Şöbəsində saxlanılan 01 ədəd kəlbətin hazırki cinayət işindən X12 barəsində CM-in 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ayrılmış ********* saylı cinayət işinə əlavə edilsin, 180 ədəd dəmir konstruksiyanın (xamutun) Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 AZN (iyirmi beş manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-16/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-16/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver