Məhkəmə qərarları › İş №1(091)-160/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-160/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-160/2021 08.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X13, xx xxx 1971-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Qazax Rayon Məhkəməsinin 24.04.2013cü il tarixli hökmünə əsasən CM-nin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmünə əsasən CM-nin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək CMnin 66.3, 66.5-ci maddələrinə əsasən 03 il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1-da qeydiyyatda olan və yaşayan, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda 4,362 qram və 1,303 qram olmaqla, cəmi 5,665 qram çəkisi olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edərək yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi 40 nömrəli evin yataq otağında döşəmənin üzərində “West” markalı bir ədəd siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2021-ci il tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində həmin evin Təqsirləndirilən şəxs məxsus yataq otağına onun yazılı razılığı əsasında, müdafiəçinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə keçirilmiş baxış zamanı yataq otağından həmin narkotik vasitə - heroin, həmçinin bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində özünü narkotik vasitədən istifadə etdiyi üçün təqsirli bildiyini qeyd etsə də, daha sonra verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən evdə - öz otağında istirahət edərkən saxlanılmış, həmin vaxt evdən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, orada üzərinə baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Təkrarən evə gəlib baxış keçirilən zaman isə hazırda ona qarşı ittihamda öz əksini tapan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Evindən aşkar olunan narkotik vasitə, o cümlədən elektron tərəzi, şüşə flakon və şprislər ona aid olmamış, ora polis əməkdaşları tərəfindən qoyulmuşdur. İbtidai istintaq zamanı ona qarşı təsir və ya təzyiq olmamış, lakin ibtidai istintaq zamanı ifadəsində yazılanları oxumamış, həmin vaxt xəstə olduğundan, temperaturu olduğundan oxumadan həmin ifadələrə imza etmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli hökmün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunan ittihamda təqsirli bilməsə də göstərmişdir ki, o, Yevlax şəhərində doğulmuş və həmin şəhərdə E.Məmmədov küçəsi ev 40-da yaşamışdır. O, 2021-ci ilin yanvar ayından etibarən narkotik vasitə - heroin istifadə etmişdir. O, heroin istifadə etdikdən sonra bədənindəki ağrılar təxminən bir gün müddətində yox olmuşdur. O, az miqdarda heroini şüşə qabda su ilə qarışdırıb alışqanla qaynatdıqdan sonra tibbi şpiris vasitəsi ilə bədəninə vuraraq qəbul etmişdir. O, hər gün üç dəfə, hər dəfə bir qram olmaqla üç qram miqdarında heroin qəbul etmişdir. 09 mart 2021-ci il tarixdə səhər saatlarında o, Yevlax şəhər Avtovağzalın yaxınlığında yerləşən kafedən çıxıb yaşadığı evə getmişdir. O, yolun kənarında bir ədəd siqaret qutusunun olduğunu görmüşdür. O, qutuda siqaret ola biləcəyini yəqin etmiş və siqaret qutusunu əlinə götürmüşdür. O, siqaret qutusunun içərisinə baxmışdır. O, siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd ağ rəngli sellofan bükümdə heroinin olduğunu görmüşdür. O, heroin istifadə etdiyi üçün tapdığı heroini yaşadığı ünvana aparmağı və istifadə etməyi qərara almışdır. O, içərisində iki büküm heroin olmuş siqaret qutusunu cibinə qoyub yaşadığı evə getmişdir. O, həmin heroinləri siqaret qutusunda yaşadığı evin yataq otağına, döşəmənin üzərinə qoymuşdur. Həmin gün saat 21 radələrində o, yaşadığı evdən küçəyə çıxmışdır. Yevlax rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb narkotik vasitə istifadə etdiyini və saxladığını, üzərində şəxsi axtarış aparacaqlarını demişlər. O, üzərində şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı onu şübhəli şəxs qismində tutmuşdur. O, Yevlax şəhər Vəkil Bürosunun vəkillərinin siyahısı ilə tanış olub X2 özünə vəkil seçmişdir. Bundan sonra təhqiqatçı Zauru Yevlax rayon polis şöbəsinə dəvət etmiş və ona təqdim etmişdir. Təhqiqatçı hüquq və vəzifələrini izah etmiş və üzərində axtarışa başlamışdır. Bir nəfər polis əməkdaşı kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Təhqiqatçı üzərində olmuş qanunsuz əşyaları çıxarıb təqdim etməyi ona təklif etmişdir. O, üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını, lakin, narkotik vasitə istifadə etdiyi üçün yaşadığı evdə iki bükümdə heroin saxladığını demişdir. Polis əməkdaşlarından biri onun üzərini yoxlamış, onun üzərindən narkotik vasitə və ya başqa bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra o, polis əməkdaşları və müdafiəçisi Zaurla birlikdə Yevlax şəhərində yaşadığı evə getmişlər. O, yataq otağında döşəmənin üzərində saxladığı “West” markalı siqaret qutusunu götürmüş və içərisindən iki büküm heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı qara rəngli bir ədəd və ağ rəngli bir ədəd sellofan bükümü açıb içərisində həqiqətdən də heroinin olduğunu görmüşlər. Bundan başqa baxış zamanı polis əməkdaşları həmin otaqdan ona məxsus bir neçə ədəd tibbi şpirisi, heroini hazırlayarkən istifadə etdiyi baş hissəsi kəsilmiş bir ədəd şüşə ampulanı və bir ədəd elektron tərəzini götürmüşlər. Təhqiqatçı heroini bükümləri ilə birlikdə elektron tərəzidə çəkmişdir. Təhqiqatçı iki bükümdə olmuş heroini ağ rəngli zərfə qoymuş, zərfin açıq yerini yapışdırmışdır. O və müdafiəçisi Zaur zərfin üzərinə imza çəkmişdir. Təhqiqatçı iki büküm heroini zərflə götürüb tərkibini müəyyən etmək üçün ekspertizaya göndərəcəyini demişdir. Təhqiqatçı tərtib etdiyi protokolu oxumuş, protokol düzgün olduğu üçün o, imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmçinin, ifadəsində göstərmişdir ki, 09 mart 2021-ci il tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi 40 nömrəli evin yataq otağına Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi baxış zamanı döşəmənin üzərindən bir ədəd siqaret qutusunun içərisində aşkar edilərək götürülmüş bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda 4,362 qram miqdarında və 1,303 qram miqdarında, cəmi 5,665 qram miqdarında narkotik vasitə - heroin ona məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvvəkili vəzifəsində işləmişdır. Hazırda Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışır. Xatırladığı qədər Yevlax şəhərində çalışdığı zaman Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması barədə ona məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, rəhbərliyə məruzə olunmuş və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etmiş, daha sonra özünün də iştirakı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Polis Şöbəsinə gətirilmiş, üzərinə baxış keçirilmiş, lakin üzərində qeyri-qanuni heç nə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvana müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, bu zaman oradan narkotik vasitə heroin və elektron tərəzi aşkar edilmiş, qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilərək götürülmüşdür. İfadəsinin davamında ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işinin açılmadığını, əvvəllər ona Təqsirləndirilən şəxs narkotik vasitənin alğı-satqısı ilə məşğul olmasına dair məlumatın daxil olmadığını, daxil olan məlumatların Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu barədə olduğunu, əgər şəxs narkotik vasitədən istifadə edirsə, adətən həm də satışını həyata keçirdiyini, Təqsirləndirilən şəxs dolanışığını adətən qardaşlarının yardımı ilə təmin etdiyini bildiyini qeyd etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Yevlax şəhərində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona 09 mart 2021-ci il tarixdə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq xx xxx 1971-ci ildə Yevlax şəhərində doğulduğunu, ünvan 1-da qeydiyyatda olmaqla yaşadığını müəyyən etmişdir. O, daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvan 1-a baxış keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin günü saat 21 radələrində o, polis əməkdaşları Şahid2 və Şahid3lə birlikdə polis şöbəsindən çıxıb Yevlax şəhəri E.Məmmədov küçəsinə getmiş, Yusifin həmin küçədə olduğunu görmüş və onlar Yusifə yaxınlaşmışlar. O, Yusifə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatının daxil olduğunu, Yusifin saxlanılıb üzərində şəxsi axtarış aparılması və yaşadığı evə baxış keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etdiyini demiş, üzərində şəxsi axtarış, yaşadığı evə baxış keçiriləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və evinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Təqsirləndirilən şəxs üzərində əvvəlcə şəxsi axtarış aparılması məqsədi ilə o, Samir və İsmayılla birlikdə Yusifi Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib təhqiqatçı Səddam Əsgərova təhvil vermişlər. O, Yusifin gətirilməsi barədə raport yazmışdır. Səddam Əsgərov onun tərtib etdiyi sənədlər əsasında Yusifi şübhəli şəxs qismində tutmuşdur. Yusif Yevlax şəhər Vəkil Bürosunun vəkili Zaur Bərxudarov tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini demişdir. Bundan sonra X12 rayon polis şöbəsinə dəvət edilmişdir. Xidməti iş otağında Səddam Əsgərov onun, Şahid2, Şahid3 və Zaur Bərxudarovun iştirakı ilə Yusifin üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Yusifin üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. X14 ünvan 1-da yaşadığı otağa baxış keçiriləcəyini izah etmişdir. Yusif yaşadığı otağa baxış keçirilməsinə etirazının olmadığını demişdir. Vəkil Zaur Bərxudarov Yusifin adından yaşadığı otağa baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış, Yusif həmin ərizəni imzalamışdır. Bundan sonra o, Şahid2, Şahid3, Şahid4, Səddam Əsgərov, Təqsirləndirilən şəxs və Zaur Bərxudarovla birlikdə ünvan 1 ünvanına getmişlər. Şahid4 kamera vasitəsi ilə video çəkiliş aparmışdır. Səddam Əsgərov iştirakçılarla birlikdə baxışa başlamışdır. Həmin vaxt Yusif həmin evdə yaşadığı otağı göstərmiş və onlar həmin otağa daxil olmuşlar. Baxış zamanı Yusif yaşadığı otaqda döşəmənin üzərindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmiş və içərisində narkotik vasitə - heroin olduğunu demişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindən qara və şəffaf rəngli iki ədəd sellofan büküm aşkar edilmişdir. Yusif iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və yaşadığı otaqda saxladığını bildirmişdir. Bundan başqa döşəmənin üzərindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və bir neçə ədəd şpiris aşkar edilmişdir. Səddam Əsgərov sellofan bükümləri açmış, o, hər iki bükümdəki maddənin heroinə bənzədiyini görmüşdür. Səddam Əsgərov iki ədəd sellofan bükümdəki maddəni elektron tərəzidə çəkmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Həmçinin, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və şpirislər bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Yusif narkotik vasitənin satışı ilə məşğul olmuş və külli miqdarda heroini satmaq məqsədi ilə əldə edərək yaşadığı evdə saxlamışdır. Yusif heç bir faydalı işlə məşğul olmamış və hər hansı bir gəliri olmamışdır. Yusif heroinin satışından əldə etdiyi gəliri ilə dolanışığını təmin etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1-da yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə həmin vasitələrdən saxlaması barədə 09 mart 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 daxil olmuş həmin məlumatı raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Bundan sonra Şahid1 Yusifin barəsində əməliyyat tədbirlərinin keçirilməsi, üzərində şəxsi axtarış aparılması və yaşadığı ünvan 1-a baxış keçirilməsi barədə qərar qəbul etmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin qanunsuz heç nə aşkar edilməmişdir. Həmçinin yaşadığı evə baxış keçiriləcəyi bildirildikdə, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Polis əməkdaşları müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirmək üçün Yusifin yaşadığı ünvana gedilmiş və sonuncunun qaldığı otağa video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Yusif yaşadığı otaqda döşəmənin üzərindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmiş və içərisində narkotik vasitə - heroin olduğunu demiş, həmin narkotik vasitəni tapmış, özü istifadəçi olduğu üçün götürüb özündə saxlamış və üzərindən götürərək istifadə etmişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindən qara və şəffaf rəngli iki ədəd sellofan büküm aşkar edilmişdir. Yusif iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və yaşadığı otaqda saxladığını bildirmişdir. Bundan başqa döşəmənin üzərindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və bir neçə ədəd şpiris aşkar edilmişdir. İki ədəd sellofan bükümdəki maddə “elektron tərəzidə çəkilmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Həmçinin, iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və şpirislər bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. İfadəsinin davamında həmçinin göstərmişdir ki, əldə olunan əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs dolanışığını narkotik vasitənin alğı-satqısı yolu ilə əldə etdiyi pulla təmin etmiş, həmin günü yalnız Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilmiş, əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitənin alğı-satqısı zamanı əməliyyat tədbiri ilə saxlanılması mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Yevlax rayon Polis Şöbəsində kriminalistik tədqiqatlar qrupunun baş inspektoru vəzifəsində çalışır. Qeyd edilən tarixdə Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilməsini video lentə almışdır. Baxış keçirilən müddətdə heç bir pozuntuya yol verilməmiş, çəkiliş dayandırılmamış, davamlı olaraq aparılmışdır. Üzərinə baxış zamanı heç nə aşkar olunmamış, lakin evinə baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. Belə ki, evə baxış zamanı Yusif həmin evdə yaşadığı otağı göstərmiş və onlar həmin otağa daxil olmuşlar. Baxış zamanı Yusif yaşadığı otaqda döşəmənin üzərindən bir ədəd “West” markalı siqaret qutusunu götürüb təqdim etmiş və içərisində narkotik vasitə - heroin olduğunu demişdir. Bundan sonra həmin siqaret qutusunun içərisindən qara və şəffaf rəngli iki ədəd sellofan büküm aşkar edilmişdir. Yusif iki ədəd bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, heroini yerdən tapıb əldə etdiyini və yaşadığı otaqda saxladığını bildirmişdir. Bundan başqa döşəmənin üzərindən bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və bir neçə ədəd şpiris aşkar edilmişdir. Səddam Əsgərov sellofan bükümləri açmış, o, hər iki bükümdəki maddənin heroinə bənzədiyini görmüşdür. Səddam Əsgərov iki ədəd sellofan bükümdəki maddəni elektron tərəzidə çəkmiş, bir ədəd zərfdə qablaşdırmış, möhürləmiş və götürmüşdür. Həmçinin, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon və şpirislər bir ədəd zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisə baş verən gün Yusif evdə olmuş, polis əməkdaşları gecə saat 10 radələrində qəfildən onların olduğu evin həyətinə daxil olub Yusifin qaldığı otağa keçmişlər. Bir müddət sonra Yusif əliqolu bağlı polis əməkdaşları tərəfindən evdən çıxarılaraq polis şöbəsinə aparılmışdır. Lakin oğlunu aparsalar da, polis əməkdaşlarının bir qismi həyətlərində qalmış və onların da Yusifin otağına keçməsinə icazə verilməmişdir. Xeyli müddətdən sonra polislər yenidən gəlmiş, Yusifi də özləri ilə gətirmişlər. Yusifin qaldığı otaqda çəkiliş edib, sonra çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Hadisə baş verən gün evdə olmuş, onların evi Yusifgilin həyəti ilə hasar qonşusu olmuşdur. Səs-küyə çölə çıxdıqda, Yusifgilin həyətində çoxlu polis görmüşdür. Lakin həmin vaxt Təqsirləndirilən şəxs görməmişdir. Cinayət işinin materiallarında olan 09.03.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 2 ünvanında yaşayan 17.05.2021-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 01, iş vər. 4). Cinayət işinin materiallarında olan 09.03.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə və yaşadığı Yevlax şəhəri, E.Məmmədov küçəsi ev 40 ünvanında yerləşən evinə baxış keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 5) Cinayət işinin materiallarında olan 09.03.2021-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə axtarış keçirilmiş, axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və evində narkotik vasitə saxladığını etiraf etmiş, evinə baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 25-32) Cinayət işinin materiallarında olan 09.03.2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin ona məxsus olan otağında polis əməkdaşları ilə birlikdə baxış keçirilməsinə etiraz etməmişdir. (cild 01, iş vər. 33) Cinayət işinin materiallarında olan 09.03.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-da ona məxsus yataq otağına baxış keçirilmişdir. Baxış zamanı evin Təqsirləndirilən şəxs məxsus yataq otağından döşəmənin üzərindəki bir ədəd siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli və bir ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa həmin otaqdan bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar edilmişdir. Həmin narkotik vasitə - heroinə bənzər kütlələr “Vends” markalı elektron tərəzidə çəkilmişdir. Həmin narkotik vasitə - heroinə bənzər kütlələr təhqiqatçı Səddam Əsgərov tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri təhqiqatçı Səddam Əsgərov tərəfindən bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Baxış və götürmənin keçirilməsini özündə əks etdirən olan videoçəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 35-35) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli 5(039)-35/2021 saylı qərarından görünür ki, Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşayış evində həyata keçirilmiş əməliyyataxtarış tədbirləri qanuni hesab edilmişdir. (cild 01, iş vər. 95-99) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 10 mart 2021-ci il tarixli 17/188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs .Təqsirləndirilən şəxs yaşadığı evdə ona məxsus otaqdan ...təqdim etdiyi...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli və 01 (bir) ədəd şəffaf sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri – 4,362 qram və 1,303 qram, ümumi təmiz çəkiləri – 5,665 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 46-49) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 06 iyun 2021-ci il tarixli 17/403 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs .Təqsirləndirilən şəxs evindən baxış zamanı aşkar edilərək götürülmüş ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzidə, 01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonda, 04 (dörd) ədəd şprisdə və 03 (üç) ədəd şpris hissələrində olan maddə hissəcikləri – heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatı aparmaq mümkün olmadı. (cild 01, iş vər. 190-193) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 25 may 2021-ci il tarixli 581 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 179) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 12 aprel 2021-ci il tarixli 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmamışdır. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 01, iş vər. 180-182) Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına verilmiş 19 may 2021-ci il tarixli cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 5,665 qram miqdarında narkotik vasitə - heroini əldə edərək saxlaması və həmin heroinin ona məxsus olması barədə ifadəsində göstərdiyi xüsusatlar düzgün olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Bununla bağlı Yevlax rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs heç bir yerdə işləməmiş, heç bir faydalı işlə məşğul olmamış, yalnız narkotik vasitələrin satışından əldə etdiyi gəlirlə dolanışığını təmin etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzini satdığı narkotik vasitələrin miqdarını müəyyən edərkən istifadə etmişdir. Təqsirləndirilən şəxs 5,665 qram miqdarında narkotik vasitə - heroini iki ədəd bükümdə saxlamaqda məqsədi həmin heroinləri satmaq olmuşdur. (cild 01, iş vər. 178) Cinayət işinin materiallarında olan Mİngəçevir şəhər Narkoloji Dispanserdən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon narkoloji Kabinetdə qeydiyyatda durmur. (cild 01, iş vər. 111) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 09.03.2021-ci il tarxdə ünvan 2 ünvanında yaşayan 17.05.2021-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmiş, daha sonra özünün yazılı razılığı və müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş və müvafiq olaraq həmin ünvanda narkotik vasitə, elektron tərəzi və sair əşyalar aşkar olunmuşdur. Götürülmüş maddələr materialların ekspertizasına məhkəmə təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 09.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərək narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Yevlax Rayon Məhkəməsinin 18 mart 2013-cü il tarixli 5(039)- 35/2021 saylı qərarı ilə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşayış evində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. Mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda 4,362 qram miqdarında və 1,303 qram miqdarında, cəmi külli miqdarda - 5,665 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əldə edərək yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi 40 nömrəli evin yataq otağında döşəmənin üzərində “West” markalı bir ədəd siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2021-ci il tarixdə saat 23:00 dəqiqədən saat 23:45 dəqiqəyədək olan müddət ərzində həmin evin Təqsirləndirilən şəxs məxsus yataq otağına onun yazılı razılığı əsasında, müdafiəçinin iştirakı ilə, videoçəkiliş tətbiqi ilə keçirilmiş baxış zamanı yataq otağındakı döşəmənin üzərindən bir ədəd siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə əldə edib saxladığı tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda 4,362 qram miqdarında və 1,303 qram miqdarında, cəmi külli miqdarda - 5,665 qram miqdarında narkotik vasitə - heroin, həmçinin, həmin otaqdan üzərində cüzi miqdarda narkotik vasitə - heroin hissəcikləri olan bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi sonuncunun yaşadığı evdən aşkar olunan narkotik vasitə olan heroinin çəkisinin 5,665 qram olması, həmin narkotik vasitənin iki bükümdə aşkar olunması və evdən eyni zamanda elektron tərəzinin də aşkar olunması ilə bağlı olmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürsə də, irəli sürülən ittihamın əsaslılığını yuxarıda qeyd olunanlardan əlavə heç bir sübut növü ilə təsdiq edə bilməmiş, yalnız aşkar olunan narkotik vasitənin çəkisinə, iki büküm halında olmasına və elektron tərəzinin mövcudluğuna görə, yəni ehtimala əsasən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə edib evində saxlaması qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında həmçinin göstərimişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün polis şöbəsinə gətirilərək şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilərkən heç bir qeyri-qanuni əşya aşkar olunmamış, yalnız yaşadığı evdə qaldığı otaqdan 5,665 qram miqdarında narkotik vasitə - heroin aşkar olunmuşdur. Habelə şahid ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatqeydiyyat işi açılmamış, Təqsirləndirilən şəxs əməliyyat nəzarətində olmamış, onun tərəfindən narkotik vasitənin alğı-satqısının həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat məlumatı əməliyyat qurumunda rəsmiləşdirilməmişdir. Sözügedən narkotik vasitənin satış məqsədi ilə əldə olunmasına gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də ittiham yalnız ibtidai istintaq orqanının ehtimalına əsaslanmışdır. Belə ki, cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnızca iki bükümdə, özü də fərqli çəkidə olan bükümlərdə olması, əvvəlcədən hazırlanaraq xırda-xırda eyni çəkilərdə olan bükümlərə bölünməməsi, digər tərəfdən təqsirləndirilən şəxsin özünün heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, evdən eyni zamanda heroinin istifadəsini təmin etmək üçün saxlanılan şüşə flakonun və bir neçə şpirisin aşkar olunması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunan 5,665 qram heroin satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilən zaman aşkar olunan elektron tərəzi də polis əməkdaşları tərəfindən yoxlanılmamış, həmin tərəzinin işlək vəziyyətdə olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarının çoxluğunu nəzərə alaraq, işlək vəziyyətdə olması sual altında olan elektron tərəzinin də mövcudluğu əsas götürülərək, əlavə sübut toplamadan, real satış həyata keçirilərkən Təqsirləndirilən şəxs saxlamadan, digər əməliyyat tədbirləri keçirmədən, yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqının yekununda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq tərkiblərinə görə eyni olan ayrı-ayrılıqda 4,362 qram və 1,303 qram olmaqla, cəmi 5,665 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini məhz satış məqsədi olmadan əldə edərək yaşadığı Yevlax şəhəri E.Məmmədov küçəsi 40 nömrəli evin yataq otağında döşəmənin üzərində “West” markalı bir ədəd siqaret qutusunun içərisində bir ədəd qara rəngli və bir ədəd şəffaf sellofan bükümlərdə saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən narkotik vasitə - heroin, həmçinin bir ədəd elektron tərəzi, bir ədəd baş hissəsi kəsilmiş şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpiris hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ibtidai istintaq zamanı verdiyi qismən etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizanın rəyləri və işə aid biri-digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi 09.03.2021-ci il tarixdə narkotik vasitə olan heroinin, bir ədəd elektron tərəzinin, bir ədəd şüşə flakonun və bir neçə ədəd şprisin onun yaşadığı evdən cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiklərinə, yəni yaşadığı evdən aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun qaldığı otağa qoyulması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə ümumiyyətlə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Həmin ifadələr cinayət işinin materiallarında olan biri-digərinə uyğun gələn sübutlarla təkzib edildiyindən, məhkəmə həmin ifadəni müdafiə xarakterli ifadə kimi qəbul edir. Həmçinin məhkəmə kollegiyası iş üzrə müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahidlər X7 və X4 ifadələrinə münasibətdə isə qeyd edir ki, X5 ifadəsi ümumiyyətlə müdafiə tərəfin, o cümlədən təqsirləndirilən şəxsin göstərdiklərini təsdiq etmir. Digər şahid isə təqsirləndirilən şəxsin anası olmaqla onun yaxın qohumudur. Odur ki, bu hal onun Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsini anlaşılan edir. Ona görə də, məhkəmə bu şəxslərin ifadəsinə tənqidi yanaşır və onları əsaslı sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 01, iş vər. 130-131) Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus “Hərbi bilet”in notarial qaydada təsdiq olunmuş surətindən, o cümlədən xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, o, birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş və 1993-cü il tarixdə yanvar ayında Ağdərə rayonunun Dovşanlı kəndi uğrunda gedən döyüşlərdə güllə yarası almış, cərrahiyə əməliyyatına məruz qalmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsində iştirak etməsini və Ağdərə rayonu Dovşanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edilir. İş materiallarına əlavə edilmiş tələbnamədən və müvafiq hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qazax Rayon Məhkəməsinin 24.04.2013-cü il tarixli hökmünə əsasən CM-nin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, daha sonra Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmünə əsasən CM-nin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 66.5-ci maddələrinə əsasən 03 il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 04.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 01, iş vər. 113-114, 134-151) Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmünə əsasən CM-nin 192.2.2, 213.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 04.08.2018-ci il tarixdə hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə əsas cəzanı çəkib qurtardığına görə cəzanın sonu ilə azad olunmuşdur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqdan sonra iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-1-ci maddəsinə əsasən isə əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Odur ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə əsas cəzanı 04.08.2018-ci il tarixdə çəkib qurtardığına görə cəzanın sonu ilə azad olunduğundan, qəti cəza müddətinin bitməsi 04.08.2021-ci il tarixə təsadüf etdiyindən və yalnız ondan sonra məhkumluq müddətinin axımının başlanılması nəzərdə tutulduğundan, hazırkı cinayət əməlini isə Təqsirləndirilən şəxs CM-nin 83-cü maddəsinin tələblərinə əsasən məhkumluq müddətinin ödənilməsi üçün nəzərdə tutulan müddət keçmədən və məhkumluğu ödənilmədən törətdiyindən, onun əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin mövcudluğunu, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yaşayış yeri üzrə mənfi səciyyələnməsini, əvvəllər də bir neçə dəfə cinayətlərin törətməsinə görə məhkumluq həyatı yaşamasını və məhkumluğu ödənilməmiş yenidən qəsdən az ağır cinayət əməlini törətməsini nəzərə alaraq, habelə CM-nin 65.2-ci maddəsinin müddəaların əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmünə əsasən əlavə cəza olaraq təyin olunan 03 il dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə cəzasının çəkilməmiş hissəsi qalmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəlki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə əsas cəzanı 04.08.2018-ci il tarixdə çəkib qurtardığına görə cəzanın sonu ilə azad olunduğundan, həmin tarixdən əlavə cəzanın da axırı başlamış və həmin müddət 04.08.2021-ci il tarixdə tamamlanmalı olmuşdur. Lakin Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 2021-ci ilin martında törətmiş və 09.03.2021ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Odur ki, əlavə cəzanın hazırda çəkilməmiş 04 ay 25 günü qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, CM-nin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmü ilə təyin edilən və hazırda çəkilməmiş qalan 04 ay 25 gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzası hazırkı hökmlə təyin edilən cəzaya birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 09.03.2021-ci il tarixli protokoldan və Yevlax Rayon Məhkəmənin 11.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən 09.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 19-20,88-89) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 09.03.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir, həmçinin yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 5,565 qram miqdarında narkotik vasitə - heroin, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpirisin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 138,2 AZN (yüz otuz səkkiz manat, iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilən cəzaya Qazax Rayon Məhkəməsinin 04.05.2015-ci il tarixli hökmü ilə təyin edilən və hazırda çəkilməmiş qalan 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəza tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09.03.2021-ci il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Yevlax RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 5,565 qram miqdarında narkotik vasitə - heroin, bir ədəd elektron tərəzi, bir ədəd şüşə flakon, dörd ədəd şpiris və üç ədəd şpirisin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 138,2 AZN (yüz otuz səkkiz manat, iyirmi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökm elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar