Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-161/2020 18.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 Ağır Cinayətlər Məhkəmələrində dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi İsmayıllı şəhər Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Göyçay rayon Yalman kəndində qeydiyyatda olan və yaşayan, xx xxxxxxxx 2020–ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X25 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə saat 01 radələrində «X23» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin, həmçinin 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək, yəni nəqliyyat vasitəsinin fərqləndirən dövlət qeydiyyat nişanı, həmçinin sürücülük vəsiqəsi və etibarnamə olmadan, hərəkət təhlükəsizliyi üçün qorxu törədədən alkoqoldan istifadə etməklə yüngül dərəcəli sərxoş vəziyyətdə idarə etdiyi “Muravey” markalı motorollerin yük yerində həmkəndlisi X2 kimi daşımaqla Göyçay rayonu Ləkçıplaq-Yalman yolunda Yalman kəndi istiqamətində hərəkətdə olarkən, «X23» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda bunları etməyərək, motorolleri nasaz vəziyyətdə idarə etməsi nəticəsində yaranmış nasazlıq səbəbindən Yalman kəndinə dönəcəkdə idarəetməni itirmiş və motoroller sola istiqamətlənərək yolun solunda olan qurumuş su arxına aşmış, nəticədə ehtiyyatsızlıqdan motorollerin yük yerində olan sərnişin X14 ağır, açıq kəllə beyin travması, baş beyin hər iki alın-təpə nahiyəsinin hemorragik əzilməsi, tentorium yerinin kürələrə sahəyə qansızma, sağ alın, təpə nahiyəsinin hava qabarcıqları, sağ alın nahiyəsinin dəri altı hematoması, baş-beynin ağır dərəcəli əziyi, yarımkürələr arası sahə və mədəciklərə qansızma, sağ alın-təpə nahiyəsində kəskin epidural hematoma, sağ gicgah-təpə sümüyündə xətti sınıq, hava qabarcıqları, sağ alın-təpə nahiyəsində dərialtı hematoma, soltərəfli hemiparezlə ilə nəticələnən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 01 radələrində X18 motorolleri özü idarə etmiş, özü də yol hərəkəti qəzasını törətmiş və aldığı xəsarətdən ölmüşür. O, həmin vaxt motorolleri idarə etməmiş və yol hərəkəti qəzasını da törətməmişdir. Ə.Salmanovun yaralı olduğunu bildiyi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin ibtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilər. Təxminən iki il olar ki, həmkəndlisi Şahid3 həyətində fəhlə kimi işləyərkən orada köhnə istifadəyə yararsız vəziyyətdə “Muravey” markalı motoroller olduğunu görmüş, Əzizdən onu almışdır. Motorolleri idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. xx.xx.2019-cu ildə saat 19-20 radələrindəhəmkəndlisi Şahid1, Şahid2 və X15 yaşadığı evə qonaq dəvət etmişdir. Fizuli, Emin və özü spirtli içki qəbul etmişlər. Ə.Salmanov spirtli içki içməmişdir. Saat 00 radələrində onlar evlərinə getmək istəmişlər. Şahid2 qonşuluqda yaşadığına görə özü piyada öz evinə getmiş, Şahid1 yaşadığı ev bir qədər uzaq olduğundan onu evlərinə motorollerlə aparmışdır. Əşrəf də onunla birlikdə getmək istədiyindən, onu da motorollerə götürmüş, idarə etdiyi motorollerlə Fizulini evlərinə düşürüb, Əşrəf ilə birlikdə geri qayıdarkən Əşrəf motorollerin yedəyində əyləşmiş, özü isə motorolleri 30/40 km/saat sürətlə idarə etmişdir. Yalman kəndinin girişində yol ayrıcında sürəti azaltmaq istədikdə, ayağını qaz pedalından götürsə də sürəti azalmamış, motorollerdə nasazlıq yarandığını bilmiş, bundan sonra sürəti azaltmaq mümkün olmadığından, eyni zamanda həmin yolayrıcında döngə olduğundan idarə etməni itirib yolu dönə bilməmiş, motoroller yolun kənarından keçən su arxının yanına, kolluqların içərisinə aşmışdır. hadisədən sonra birtəhər kolluqdan kənara çıxmış, Əşrəfidə kolluqdan çıxartmışdır. Əşrəfin atası Akifə zəng edərək motorollerlə qəza törətdiyini və Əşrəfin xəsarət aldığını bildirmişdir. Əşrəfin atası Akif özünə məxsus VAZ-2106 markalı avtomobillə hadisə yerinə gəlmiş, Əşrəfi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Əşrəf bir neçə ay xəstəxana şəraitində müalicə almış və evə buraxılmışdır. Hadisə nəticəsində almış olduğu xəsarətlərdən onun huşu yerinə gəlməmiş, xx.xx.2020-ci ildə Əşrəf yaşadığı evdə ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X18 məhkəmədə ifadəsində göstərmişdir ki, oğlu Əşrəf ona bildirmişdir ki, motorelleri o özü sürmüş, qəza törətmişdir. Bəylərin heç bir günahı olmamamşdır. Əşrəf uzun müddət xəstə olsada danışa bilməmiş, huşsuz olmuşdur. İbtidai araşdırma zamanı isə A.Ə.Salmanov ifadəsində göstərişdir ki, xx xxxxxxxx 2019-cu ildə saat 02 radələrində oğlu Əşrəf Salmanov həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi motoroller ilə yol nəqliyyat hadisəsinə uğramış, bundan sonra dərhal Yalman kəndinə hadisə yerinə gəlmiş, həmin vaxt oğlu Əşrəf Salmanovun yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Sonradan hadisə barədə maraqlandıqda ilmişdir ki, oğlu Ə.Salmanovun həmkəndliləri X9 və Şahid2 Təqsirləndirilən şəxs evində yemək yeyib spirtli içki qəbul etmişlər. Oğlu Əşrəf isə spirtli içki qəbul etməmişdir. Saat 00 radələrində Şahid2 Təqsirləndirilən şəxsla qonşuluqda yaşadığından piyada öz evinə getmiş, Füzulini Bəylər özünə məxsus motoroller ilə aparmış, Əşrəf də onlarla getmişdir. Bəylər motorolleri idarə etmiş, Füzuli və Əşrəf yuk yerində olmuşlar. Füzulini düşürüb qayıdarkən motorollerin aşmış, Əşrəf hadisə nəticəsində xəsarət almış, daha sonra Əşrəfi Bakı şəhərinə xəstəxanaya aparmışlar. Xəstəxanada da bir neçə ay yatdıqdan sonra yenidən Əşrəfi Yalman kəndində yaşadığı evə gətirmiş və onu ev şəraitində müalicə etmişlər. Evdə onu Vüqar, Elməddin və Əziz adlı həkimlər müalicə etmişlər. Əşrəf müalicə aldığı müddət ərzində heç bir hərəkət edə və danışa bilməmiş, xx.xx.2020-ci ildə Əşrəf qəflətən vəziyyəti pisləşmiş və onun həyatını xilas etmək mümkün olmamışdır. Sonradan polis şöbəsinə bu barədə ərizə ilə müraciət edərək məlumat vermişdir. Şahid X9 məhkəmədə ifadəsində göstərmişlir ki, xx xxxxxxxx 2019-cu ildə saat 19-20 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs dəvəti ilə onun evinə qonaq getmiş, orada X19 və Şahid2 da olmuşlar. Təqsirləndirilən şəxs evində olarkən yemək yeyib bir qədər spirtli içki qəbul etmişlər. Əşrəf Salmanovun spirtli içki içməmişdir. Əşrəf və Bəylər onu yaşadığı evə aparmışlar. Motorolleri Əşrəf sürmüşdür. Evə çatdıqdan sonra o düşmüş, motorolleri Əşrəf sürməklə geri qayıtmışlar. İbtidai araşdırma zamanı isə Şahid1 ifadəsində gösğtərmişdir ki, saat 00 radələrində öz evlərinə getməyi qərara almışlar. Şahid2 Təqsirləndirilən şəxsla qonşuluqda yaşadığından piyada öz evlərinə getmiş, onu isə Bəylər özünə məxsus motoroller ilə aparmağı təklif etmiş, Əşrəf Salmanov da onlarla getmişdir. Əşrəflə Bəylərin motorollerinin yük yerində əyləşmişlər. Bəylər də motorolleri idarə etmişdir. Yalman kəndində onu yaşadığı ünvana çatdımışlar. Bəylərlə Əşrəf isə geri qayıtmışlar. xx xxxxxxxx 2019-cu ildə Bəylərin onu düşürdükdən sonra geri qayıdarkən motorollerin aşması nəticəsində Əşrəf Salmanovun xəsarət aldığını bilmişdir. Hadisə zamanı Bəylərin idarə etdiyi motorollerdə Əşrəfdən başqa heç kim olmamışdır. Şahid2 məhkəmədə ifadəsində göstərmişdir ki, Bəylərin evində saat 6 radələrində çay içdikdən sonra Emin gildə yemək yeyib spirtli içki içmişlər. X20 motorolleri ilə evinə aparmışlar. Motorollerdə Füzuli, Bəylər, Əşrəf və o olmuş, motorolleri Əşrəf idarə etmişdir. Birlikdə Füzulini düşürdükdən sonra geri qayıdan zaman Əşrəf idarəetməni itirmiş və motoroller aşmışdır. Nəticədə Əşrəf ağır dərəcəli bədən xəsarəti almışdır. İbtidai araşdırma zamanı isə Şahid2 ifadəsində bildirmişdir ki, Bəylərin evində yeyib içdikdən sonra ö öz yaşadığı evə getmiş, Əşrəf ilə Bəylər motoroller ilə Füzulini evinə aparmışlar. Motorolleri Bəylər idarə etmiş, Əşrəf və Füzuli motorollerin yük yerində olmuşlar. Qayıdarkən Motoroller aşmış və Əşrəf ağır xəsarət almışdır. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ağır açıq kəllə beyin travması ilə xəstəxanaya daxil olmuş X13 rayon mərkəzi xəstəxanasının həkimləri müayinə və müalicə etmişlər. Əşrəf Salmanov cərahi əməliyyat şöbəsində başından əməliyyat olunduqdan sonra Bakı şəhər neyrocərrahiyyə xəstəxanasına köçürülürək orada da ixtisaslı müalicəsini davam etdirmişdir. Bakı şəhərində serebroperitorinial şuntlama əməliyyatı keçirilmiş və Əşrəf Salmanov evə buraxılmışdır. Ev şəraitində müalicəsi davam etdirilmişdir. Əşrəf Salmanovu müayinə etmiş, müayinə nəticəsində Əşrəf Salmanovun huşu özündə olmadığını, onun yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarət nəticəsində nitqi itmiş vəziyyətdə olmuşdur. Verilən suallara cavab verə bilməmiş, gözü vasitəsi ilə təsdiq və inkar cavabları vermişdir. Ə.Salmanov xx xxx 2020-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərin təsiri, yəni ağırlaşması nəticəsində ölmüşdür. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs gecə radələrində sərxoş vəziyyətdə idarə etdiyi motoroller ilə Göyçay rayonu Ləkçıplaq-Yalman yolunda Yalman kəndi istiqamətində hərəkətdə olarkən Yalman kəndi yoluna döndükdə motorollerin idarəçiliyini itirməsi nəticəsində motorollerin yolun kənarından keçən su arxının yanına, kolluqların içərisinə aşmış, nəticədə motorollerin yedəyində olan həmkəndlisi X19 ağır dərəcəli bədən xəsarətləri almışdır. Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu ildə saat 01 radələrində xidmətdə olarkən Göyçay rayonu Ləkçıplaq-Yalman yolunda Yalman kəndi istiqamətinə dönəcəkdə yol-nəqliyyat qəza hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, dərhal hadisə yerinə getmiş, hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi motorollerlə Yalman kəndi istiqamətində hərəkətdə olarkən, Yalman kəndinə dönəcəkdə motorollerin idarəçiliyini itirməsi nəticəsində motorollerin sola istiqamətlənərək yolun solunda olan qurumuş su arxına aşması nəticəsində motorollerin yük yerində olan həmkəndlisi X10 müxtəlif növ bədən xəsarətləri almasını məlum olmuş, motorollerin dövlət qeydiyyat nişanı və sənədləri, həmçinin sürücü Təqsirləndirilən şəxs motorolleri idarə etmək üçün sürücülük vəsiqəsi olmadığını, baş vermiş hadisə ilə bağlı sürücü Təqsirləndirilən şəxs və sərnişin Əşrəf Salmanov sərxoşluq müayinəsindən keçirilmiş, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuş, Əşrəf Salmanovda isə sərxoşluq olmamışdır. Əşrəf Salmanov qeyd olunan hadisə nəticəsində almış olduğu xəsarətlərdən xx.xx.2020-ci ildə ölmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı sürücü Təqsirləndirilən şəxs və X1 vəziyyətlərinin tibbi müayinəsi keçirilmiş və Təqsirləndirilən şəxs hadisə zamanı yüngül dərəcəli sərxoş vəziyyətdə olması, Əşrəf Salmanovun isə hadisə zamanı sərxoş vəziyyətdə olmaması xx.xx.2019-cu il tarixli sərxoşluq dərəcəsini təyin edən tibbi müayinə protokolları ilə təsdiq edilmişdir. X22 xx.xx.2020-ci il tarixdə RPŞ-nə ərizə ilə müraciət edərək, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində oğlu X10 ölməsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 417 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır – burun tağı və burun ucu nahiyələrinin sıyrıqları, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə xx.xx.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 415 saylı rəyindən görünür ki, X10 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağır, açıq kəllə beyin travması, baş beyin hər iki alın-təpə nahiyəsinin hemorragik əzilməsi, tentorium, yerinin kürələrə sahəyə qansızma, sağ alın, təpə nahiyəsinin hava qabarcıqları, sağ alın nahiyəsinin dəri altı hematoması, küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə xx.xx.2019-cu ildə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin təkrari ekspertizalar şöbəsindən alınmış xx.xx.2020-ci il tarixli T177/2020 saylı iş materialları üzrə ekspertizanın rəyindən görünür ki, X11 ağır, açıq kəllə-beyin travması, baş-beynin ağır dərəcəli əziyi, yarımkürələr arası sahə və mədəciklərə qansızma, sağ alın-təpə nahiyəsində kəskin epidural hematoma, sağ gicgah-təpə sümüyündə xətti sınıq, hava qabarcıqları, sağ alın-təpə nahiyəsində dərialtı hematoma, soltərəfli hemiparez olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2019-cu ildə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Təqdim edilən tibbi sənədlərə əsasən ölümə səbəb ağır kəllə-beyin travması nəticəsində kəllə tağı sümüklərinin xətti sınığı, baş beynin ağır dərəcəli əziyi, kəskin epidural hematomadan inkişaf edən beyin ödemi olmuşdur. Qeyd edilən xəsarətlərlə ölüm arasında bir başa səbəbəli əlaqə vardır. Məhkəmə-ekspertiza mərkəzindən alınmış xx.xx.2020-ci il tarixli 5518 saylı rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Muravey markalı motorollerin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs üzərində dövlət qeydiyyat nişanı olmayan motorolleri sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanuunun 29-cu maddəsinin və 37-ci maddəsinin 1–ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motorolleri sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Muravey markalı motorollerin yük yerində sərnişin daşıdığından onun hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşə əlavə edilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ yoxdur. Göyçay RMX-dan alınmış xx.xx.2020-ci il tarixli 978 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir məhkumluğu olmamışdır Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, motorolleri xx xxxxxxxx 2019-cu ildə o idarə etməmiş, yol qəzası törətməmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi A.Salmanov bildirmişdir ki, oğlu Ə.Salmanov ona bildirmişdir ki, motorolleri o idarə etmiş, Bəylərin günahı olmamışdır. Şahid1 bildirmişdir ki, motorolleri Əşrəf idarə etmiş, onu düşürdükdən sonra Əşrəf motorolleri idarə etməklə qayıtmışlar. Eyni zamanda bildirmişdir ki, onu evinə gətirən zaman Emin də onlarla birlikdə olmuşdur. Şahid2 isə ifadəsində bildirmişdir ki, Füzulini evinə aparan zaman motorollerdə o da olmuş, motorolleri Əşrəf idarə etmişdir. Hadisə zamanı o da motorollerdə olmuş heç bir xəsarət almamışdır. Şahid X16 isə ifadəsində bildirmişdir ki, gecə saat 00 radələrində evinin yanında olmuş, bu vaxt Əşrəfin motorelleri idarə etməsini Emin, Füzuli və Bəylərin həmin motorollerdə olmasını görmüşdür. Qayıdan zaman isə motorolleri kimin idarə etməsinə fikir verməmişdir. Şahid X7 isə ifədəsində bildirmişdir ki, həyat yoldaşı Bəylər ilə Emin, Füzuli, Əşrəf birlikdə çay içəndən sonra evlərindən getmişlər. Onlara Bəylər qonaqlıq verməmişdir. Lakin ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi A.Salmanov hadisəni Təqsirləndirilən şəxs törətməsini və ondan hər hansı bir şikayətinin olmamasını, Şahid2 hadisə vaxtı evində olmasını və hadisənin Təqsirləndirilən şəxs törətməsini, Şahid1 motorolleri Təqsirləndirilən şəxs idarə etməklə yalnız Ə.Salmanov ilə onu evlərinə gətirməsini bildirmişdir. Təqsirləndirilən şəxs da ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində özünü təqsirli bilməklə motorolleri idarə edərək həmin hadisəni törəməsini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi A.Salmanovun xx xxxx 2010-ci ilədə ərizə verərək hadisəni törətmiş Təqsirləndirilən şəxs şikayəti və tələbi olmamasını bildirməsi də onu ifadə edir ki, həmin vaxta kimi oğlu Əşrəf tərəfindən hadisəni özü törətməsi barədə hər hansı bir məlumatı olmamışdır. Oğlunun ölümündən sonra Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarması üçün bilərəkdən ifadəsini dəyişməklə Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmasına köməklik etmək istəmişdir. Şahid2 ibtidai araşdırma zamanı heç bir təsir olmadan yol qəza hadisəsini Təqsirləndirilən şəxs törətməsini bildirdiyi halda, onun məsuliyyətdən yayınmasına şərait yaratmıq məqsədi ilə bilərəkdən, qəsdən yalan ifadə verməklə Füzulini evinə aparan zaman motorollerdə olmasını, rolda Ə.Salmanovun olmasını bildirmişdir. Hadisə zamanı motorollerdə olan Təqsirləndirilən şəxs və Ə.Salmanovun xəsarət aldığı halda onun heç bir xəsarət almaması da adekvat görünmür. Şahid1 da onu evinə gətirən zaman motorolleri Əşrəfin idarə etməsini və qayıdan zaman da rol arxasında olmasını göstərməsi də işin faktiki hallarına uyğun gəlmir. N.Dəmirovun da ifadəsində Füzulini evinə aparan zaman Eminin motorollerdə olmasını və gedən zaman motorollerin rolu arxasında Əşrəfin olmasını göstərməsi də adekvat görünmür Gecə saat 00 radələrində Namiqin yolda oturaraq telefon oynatması da həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, həmin şəxslər senari hazırlamaqla qəsdən bilərəkdən yalan ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən yayınmasına nail olmaq istəmişlər. Odur ki, məhkəmə onların ifadələrində göstərdikləri həmin xüsusatları səmimi, obyektiv və həqqi ifadə kimi qəbul etmir. Onların ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrini işin faktiki hallarına uyğun gəldiyi üçün daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. Eyni zamanda bilərəkdən, qəsdən yalan ifadə verimiş zərəçmiş şəxsin hüquqi varisi, şahidlər haqqına yalan ifadə vermələrinə, eləcə də təqsirləndirilən şəxs digər şəxsi bilərəkdən qəsdən cinayətdə ittiham etdiyinə görə törədilmiş cinayətlər barədə prokurorluğa məlumat vermişdir. Məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3- cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O,göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə,Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Əsma və 2017-ci il təvəllüdlü Osman adlı iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Zərərçəkmiş şəxsin hüquqi varisi ərizə verərək təqsirləndirilən şəxs ilə barışdığını ondan heç bir tələbi və şikayətinin olmamasını bildirmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs özünü törədilmiş cinayətdə təqsirli bilmir. Hər hansı bir cinayət törətmədiyini bildirmişir. Belə vəziyyətdə məhkəmə zərər çəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs ilə barışmasını, ondan tələbi və şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi qəbul etmir. CM-nin 61-ci maddəsinə əsasənTəqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habeləyuxarıda göstərilən cəzanı yüngülləşdirən halın olmasını, təyin ediləcək cəzanınonunailəsinin həyat şəraitinə təsirininəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 45- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid olduğundan və ehtiyatsızlıqdan törədildiyindən CM-nin 56.1.2- ci maddəsinə əsasənTəqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmişpolisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o məhkəmə iclas zalından həbs edilməlidir. Hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri gücündə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edir. Təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3- cü maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Saxlanması üçün X5 təhvil verilsin. X24 Müəssisəsinə çatdırılması və təhvil verilməsi X4 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edillsin. Onun cəza çəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni xx xxxxxx 2020-ci ildən hesablansın. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Ekspertiza xərci 100 ( yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Hökmdənelan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X25 Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-161/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-161/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver