Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-161/2024 03.09.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (məruzəçi) və Məmmədov Xaliq Musa oğlu, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Naximov küçəsi nömrəsiz evdə yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx.xx.2000-ci il tarixdə Astara rayonu Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Xətai rayonu, Zığ şossesi, Naximov küçəsi nömrəsiz evdə yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikası vətəndaşı Əli adı ilə təqdim edən şəxsiyyəti istintaqa məlum olamayan şəxsin sifarişi ilə gizlədildiyi yerdən götürüb deyiləcək ünvana və ya şəxsə çatdırmaq, bununla da narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə onunla və tanışı Təqsirləndirilən şəxs1 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özünü Əli adlı şəxs kimi təqdim edən şəxs tərəfindən onlara +98-***-***-**-** saylı nömrə altında işləyən “Wotsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş məkana, yəni Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhəri ərazisində keçən hissəsində yol kənarında yerləşən və hazırda fəaliyyət göstərməyən “Qəbələ Vadisi” adlanan restoranın qarşısına Təqsirləndirilən şəxs1lə birlikdə gəlmiş, aralarında olan rol bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs1 gəldikləri taksidə gözləmiş, özü isə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən həmin restoranın ərazisində bir ədəd qara rəngli idman çantanın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 3915 qram olmaqla küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 64.195 qram olmaqla külli miqdarda narkotik vasitə heroini gizlədildiyi yerdən götürüb Təqsirləndirilən şəxs1 yanına qayıtmış və həmin narkotik vasitələri birlikdə Bakı şəhərinə aparıb deyiləcək ünvana çatdırmaq üçün hadisədən xəbərdar və məlumatlı olmayan Qəbələ-Bakı marşrutu üzrə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə edərək hadisə yerinə gəldikləri taksiyə əyləşib getmək istəyərəkən bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında ora gələn Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Təqsirləndirilən şəxs1lə birlikdə rayon polis şöbəsinə gətirilmiş, orada onun əlindəki qara rəngli idman çantasına baxış keçirilərkən çantanın içərisindən Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı və daşıdığı 4 ədəd ayrı-ayrı sellofan bağlamalarda təmiz çəkiləri 13.95 qr, 960 qr, 860 qr və 700 qr olmaqla ümumi təmiz çəkisi 3915 qram küllü miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd digər sellofan bağlamanın içərisində 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 64,915 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikası vətəndaşı Əli adı ilə təqdim edən şəxsiyyəti istintaqa məlum olamayan şəxsin sifarişi ilə gizlədildiyi yerdən götürüb deyiləcək ünvana və ya şəxsə çatdırmaq, bununla da narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə Əli adlı şəxslə və tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yuxarıda qeyd edilən şəxsiyyəti istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin onlara +98 939 725 8628 saylı nömrə altında işləyən “Wotsapp” mobil tətbiqi vasitəsi ilə göndərdiyi məkana, yəni Qaraməryəm- İsmayıllı-Şəki yolunun Qəbələ şəhəri ərazisində keçən hissəsində yol kənarında yerləşən və hazırda fəaliyyət göstərməyən “Qəbələ Vadisi” adlanan restoranın qarşısına Təqsirləndirilən şəxs2 ilə birlikdə gələrək aralarında olan rol bölgüsünə uyğun olaraq özü taksidə gözləmiş, Faud Sultanlı isə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən həmin restoranın ərazisində bir ədəd çantanın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 3915 qram olmaqla külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və ümumi təmiz çəkisi 64.195 qram olmaqla külli miqdarda narkotik vasitə heroini gizlədildiyi yerdən götürüb onun yanına qayıtmış və həmin narkotik vasitələri birlikdə Bakı şəhərinə aparıb deyiləcək ünvana çatdırmaq üçün hadisədən xəbərdar və məlumatlı olmayan Qəbələ- Bakı maşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 idarə edərək hadisə yerinə gəldikləri taksiyə əyləşib getmək istəyərəkən bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında ora gələn Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Təqsirləndirilən şəxs2 ilə birlikdə rayon polis şöbəsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs2 əlindəki qara rəngli idman çantasına baxış keçirilərkən çantanın içərisindən sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı və daşıdığı 4 ədəd ayrı-ayrı sellofan bağlamalarda təmiz çəkiləri 13.95 qr, 960 qr, 860 qr və 700 qr olmaqla ümumi təmiz çəkisi 3915 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd digər sellofan bağlamanın içərisində 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 64,915 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 özünü ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, Şabran şəhərindən olmasına baxmayaraq Bakı şəhərində yaşayır. Belə ki, Bakı şəhərində fəhlə işləmişdir. İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkədə tanış olmuşlar. Həmin ərəfədə işdən çıxmış və pula ehtiyacı olmuşdur. Ona görə də, kuryer kimi iranlının dediyi yerdən narkotik vasitəni alıb, sonra Bakı şəhərində hər-hansı bir yerə atacaqmış və bunun müqabilində pul alacaqdır. Əvvəllər belə işlərlə məşğul olmamışdır. O, elə bilirmiş ki, İranlının dediyi yerdə 2 kiloqram (nəşə) narkotik vasitə olan marixuana olacaqdır. Çantanın içində (kokos) narkotik vasitə olan heroin olmuş, ancaq onların kokosdan məlumatları olmamışdır. Yəni onlar çantanın içində yalnız narkotik vasitə olan marixuana olduğunu bilirmişlər. Onların narkotik vasitəni satmaq məqsədləri olmamışdır. O, sadəcə kuryer olmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və ibtidai istintaq zamanı verdiyi ifadəni oxuyub imzalamışdır. Əvvəlcədən bilmişdirlər ki, çantanın içində narkotik vasitə olan marixuana vardır. İranlı onlara demişdir ki, çantanın içində 2 kiloqram (nəşə) narkotik vasitə olan marixuana vardır. Narkotik vasitəni Qəbələ şəhərindən, İranlının dediyi ünvandan alıb, Bakı şəhərində hər-hansı bir yerə atacaqlarmış. İranlı ilə aralarında belə bir razılaşma olmuşdur ki, onlar çantanı götürən kimi şəklini çəkib ona atacaqlar. O, da kartına 1000 (min) manat atacaqdır. Çantanı götürüb Bakı şəhərinə aparmalı və hər-hansı bir yerə atıb, İranlıya həmin yerin konumunu atacaqlarmış. Bundan sonra İranlı kartına 1000 (min) manat göndərməliymiş. İranlı ilə o, danışmışdır. Şahnurun İranlı ilə onun arasında olan söhbətdən xəbəri olmuş və onların hara gedəcəklərini bilmişdir. İranlı ilə Şahnur tanış olmuş, söhbət əsnasında ona İranlı ilə tanış olduğunu və belə bir məsələ olduğunu bildirmişdir. Onun da həmin ərəfədə pula ehtiyyacı olmuşdur. Buna görə də, Şahnura kuryer kimi İranlının dediyi ünvana gedəcəyini bildirmişdir. Şahnur da o, tək getməsin deyə onunla birlikdə getmişdir. Çantanı Qəbələ şəhərindən götürməli idilər. Çantanı götürdükdən sonra Bakı şəhərində hər-hansı bir yerə atıb müqabilində İranlıdan pul alacaqdırlar. Bakı şəhərindən Qəbələ şəhərinə tanımadıqları yol taksisi ilə gəlmişdirlər. Taksi sürücüsünə yalandan demişdirlər ki, güya Qəbələ şəhərində fəhlə işləmişlər, orada əşyaları qalıb onu götürməyə gedirlər. Onlar Qəbələ şəhərinə çatan kimi İranlı onlara narkotik vasitəni qoyduğu yerin konumunu atmışdır. Maşın dayanmış və o, çantanın arxasınca getmişdir. Çantanı götürüb geri qayıdan vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt qaçmamış və müqavimət göstərməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fuadın verdiyi ifadə ilə razıdır. Belə ki, İranlı ilə sosial şəbəkədə o, tanış olmuşdur. İranlı onlara narkotik vasitəni Qəbələ şəhərindən götürməyi, Bakı şəhərində hər-hansı bir yerə atmağı və bunun müqabilində 2 000 manat pul verəcəyini təklif etmişdir. Fuadla gedib narkotik vasitəni götürən vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İranlı onlara konum atmışdır. Onlar da həmin konuma getmişdir. Bundan əlavə çantanın şəkillərini atmışdır. İranlı onlara konum atdıqdan 15-20 dəqiqə sonra onun konum atdığı yerə getmişdırlər. İranlı ilə səsli təması olmuşdur. Belə ki, İranlı ona “Whotsapp”la səs atmışdır. O, da ona səs atmışdır. İranlı ləhcə olaraq İran ləhcəsi ilə danışmışdır. İranlının konumu yönləndirmə və ya öz telefonundan atdığını bilmir. Çünki anlayışı yoxdur. Taksi sürücüsü onlara konum atılan yeri tanıdığını, həmin yerin işləmədiyini demişdir. İranlı ilə əlaqə saxladıqlarını onlardan başqa heç kim bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi Opel Astra minik markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Bakı maşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Qəbələ rayonuna gəlmək üçün Bakı şəhəri Şamaxinka deyilən yerdə dayanaraq sərnişin gözləyirmiş. Həmin vaxtı 2 nəfər ona yaxınlaşaraq Qəbələ rayonuna getmək istədikərini bildirərək avtomobilinə əyləşmişlər. Yolda aralarında gedən söhbət zamanı həmin şəxslərin Astara və Dəvəçi rayonlarından olduqlarını birinin adı Fuad digərinin adı isə Şahnur olduğunu bilmişdir. Həmin şəxslər ona Qəbələ rayonunda gedən tikinti işlərində işlədiklərini pullarını ala bilmədikləri üçün buna görə Qəbələ rayonuna gedərək şirkətdən pul alacaqlarını və qaldıqları evdən əşyalarını götürüb yenidən Bakı şəhərinə qayıdacaqlarını deyərək onları yenidən Bakı şəhərinə aparmasını demiş, ancaq həmin şəxslərə yorğun olduğu üçün Bakı şəhərinə qayıda bilməyəcəyini deyərək Qəbələ Bakı maşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olan Şahid2 zəng vuraraq Bakı şəhərinə gedibgetməyəcəyini soruşub 2 saata kimi 2 nəfər şəxsin Bakı şəhərinə gedəcəyini bildirmişdir. Cəsarət ona həmin şəxsləri Bakı şəhərinə apara biləcəyini demişdir. Şahnuru və Fuadı Qəbələ rayonuna Dəmiraparan çayının üzərində Bakı şəhərinə gedən taksilərin olduğu yerə gətirib düşürərək Cəsarətə vermişdir. Yaşadığı evə gəldikdən sonra həmin günün axşamı eşitmiş ki, Şahnur və Fuad Cəsarətin idarə etdiyi avtomobillə Qəbələ şəhəri ərazisində yerləşən “Qəbələ Vadisi” adlı istirahət mərkəzinin qarşısına gəlib oradan Bakı şəhərinə narkotik vasitə aparmaq istəyərkən onlar Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi Opel Astra minik markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ-Bakı maşurutu üzrə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan əmisoğlu Şahid1 ona zəng vuraraq 2 nəfər sonradan adları məlum olan X6 və Təqsirləndirilən şəxs1 Bakı şəhərindən Qəbələ rayonuna gətirdiyini və onların Qəbələ rayonunda işlərini görüb qurtardıqdan sonra yenidən geri qayıdacaqlarını, yorğun olduğu üçün həmin şəxsləri özünün apara bilməyəcəyini ona görə də Şahnur və Fuadı onun aparmasını əvəzində ona 60 manat yol pulu verəcəklərini bildirdiyi üçün Möhlüdün təklifi ilə razı olmuşdur. Axşam təxminən saat 18 radələrində Şahid1 idarə etdiyi avtomobillə Fuad və Şahnuru Qəbələ rayon Zərifə Əliyeva küçəsində yerləşən Dəmiraparan çayının üzərində yerləşən Bakı taksilərinin dayandığı körüpünün üzərinə gətirib düşürmüşdür. Möhlüd ona Fuadın və Şahnurun Qəbələ rayonunda işlədikləri ev olduğunu oradan əşyalarını götürüb işlədikləri evin sahibi ilə pul haqq-hesabı edib onları Bakı şəhərinə aparmasını bildirmişdir. Bundan sonra Fuad və Şahnur onun idarə etdiyi avtomobildə əyləşmişlər. Şahnurdan və Fuaddan evin ünvanını soruşarkən onlar evin sahibinin az bir vaxta kimi onlara mobil telefonda məkanı atacağını demişlər. Buna görə çay içmək üçün Qəbələ şəhərinin mərkəzinə gəlmişlər. Çaylarını içib qurtardıqdan sonra az keçmiş Şahnurun mobil telefonuna məkan göndərilərək, həmin göndərilmiş məkan onları Dəmiraparan çayı körpüsündən təxminən 50-60 metr irəlidə “Qəbələ Vadisi” adlı halhazırda fəaliyyət göstərməyən istirahət mərkəzinə gətirmişdir. Həmin yer qonşusu İlqar adlı şəxsə məxssus olduğu üçün Şahnura və Fuada bildirmiş ki, “bura mənim qonşumun obyektidir əgər veşiniz ağırdırsa avtomobili içəriyə sürüm” sözlərini dedmişdir. Lakin onlar veşlərinin çox olmadığını cəmi 01 ədəd sumka və alacaqları pul olduğunu deyərək Şahnur maşında əyləşmiş, Fuad isə avtomobilindən düşüb içəriyə daxil olaraq əlində 01 ədəd qara rəngli çanta götürüb maşına tərəf qayıdıb yaxınlaşarkən həmin vaxtı bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək Fuadın əlində olan çantada narkotik vasitə olması şübhəsi olduğunu deyərkən Fuad və Şahnur bunu etiraf edərək çantanın içərsində narkotik maddə olduğunu bildirmişlər. Bundan sonra bununla bağlı araşdırma aparılması üçün Fuadın və Şahnurun xahişi ilə onları avtomobili ilə birlikdə Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 03 yanvar 2024-cü il tarixdə saat təxminən 18 radələrində Qəbələ-Bakı maşuru ilə taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Şahid2 idarə etdiyi Opel markalı minik avtomobili ilə işləmək məqsədi ilə Bakı şəhərinə gedirmiş. Həmin vaxtı Cəsarətin idarə etdiyi avtomobillə Bakı şəhərinə gedən sonradan adını bildiyi Fuad və Şahnur adlı şəxslər özlərinə məxsus əşyalarını götürmək üçün avtomobili Qəbələ şəhəri ərazisində yerləşən “Qəbələ Vadisi” adlı istirahət mərkəzinin qarşısına sürdürmüşlər. Şahnur maşında əyləşmiş, Fuad isə avtomobildən düşüb içəriyə daxil olaraq əlində 01 ədəd qara rəngli çanta götürüb maşına tərəf qayıdıb yaxınlaşarkən həmin vaxtı bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək Fuadın əlində olan çantada narkotik vasitə olması şübhəsi olduğunu deyərəkən Fuda və Şahnur bunu etiraf edərək çantanın içərsində narkotik maddə olduğunu bildirmişlər. Bundan sonra onları Qəbələ rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ şəhəri ərazisində yerləşən hal-hazırda fəaliyyət göstərməyən “Qəbələ Vadisi” adlı istirahət mərkəzinin ərazisində narkotik vasitə olması və oradan həmin narkotik vasitənin götürülməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan istirahət mərkəzi Bakı şəhəri istiqamətindən Qəbələ şəhəri istiqamətinə doğru Dəmiraparan çayı körpüsünə çatmamış yolun sağ kənarında yerləşir. Həmin tarixdə saat təxminən 18 radələrində qeyd olunan ünvana getmişlər. İstirahət mərkəzinin qraşısına çatdıqda qırmızı rəngli Opel markalı minik avtomobilinin istirahət mərkzəinin qarşısında yolun kənarında dayandığını, bir nəfər şəxsin əlində qara rəngli əl çantası ilə istirahət mərkəzinin içərsindən çıxıb avtomobilə tərəf gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini və əlindəki çantanın içərsində nə olduğunu soruşduqda həmin şəxs adının Fuad çantanın içərsində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni tanışı Şahnur ilə birlikdə oradan götürüb Bakı şəhərinə aparmaq istədiklərini bildirmişdir. Bundan sonra onların üzərinə və əl çantasına baxış keçirilməsi ilə bağlı Qəbələ RPŞ-yə gətirilmişlər. Daha sonra onların üzərlərinə və onlardan aşkar edilmiş qara rəngli əl çantasına baxış keçirilmişdir. Baxış zamanı onların üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmiş, lakin qara rəngli əl çantasının içərsindən müxtəlif çəkilərdə 04 ədəd qara rəngli sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilmiş ki, həmin narkotik vasitələr iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülüb elektron tərəzidə çəkilərək üzərləri möhürlənmişdir. Fuad və Şahnur həmin narkotik vasitəni sosial şəbəkə vasitəsi ilə tanış olduqları İran İslam Respublikası vətəndaşı tanımadıqları Əli adlı şəxsin göstərişi ilə Qəbələ rayonundan Bakı şəhərinə deyiləcək ünvana çatdırmaq üçün aparmaq istədiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”-dan görünür ki, “Opel Astra” minik markalı ** XL *** dövlət nömrə nişanlı avtomobildə olan şəxslər küllü miqdarda narkotik vasitəni daşıması barədə Qəbələ RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat –axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Qəbələ rayonunda hərəkətdə olan “Opel Astra” minik markalı ** XL *** dövlət nömrə nişanlı avtomobilidə olan şəxlərin üzərlərinə və həmin avtomobilə baxış keçirilməsi üçün təxirə salınmaz əməliyyat –axtarış tədbiri keçirilməsi qərar alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında **-XL-*** dövlət qeydiyyat nişanlı qırmızı rəngli “Opel Astra” markalı avtomobil, içərisində sürücü və üç nəfər sərnişinlər olmaqla Qəbələ şəhəri ərazisində Z.Əliyeva parkının yaxınıəğında hərəkətdə olarkən müəyyən edilmiş, həmin avtomobil Qəbələ -Bakı yolunda “Qəbələ Vadisi” adlanan, hazırda işləməyən restoranın qarşısında dayanaraq avtomobildən bir nəfər şəxs düşərək restoranın həyətinə tərəf getdi və əlində bir ədəd qara rəngli çanta ilə qayıdan zaman avtomobil, avtomobili idarə edən şəxs və üç nəfər sərnişin Qəbələ RPŞ-yə gətirildi. Şəxsiyyətləri müəyyən edilərkən avtomobilin idarə edən şəxsin xx.xx.1986-cı il təvəllüdlü Qəbələ rayonu Mamaylı kənd sakini Şahid2, sərnişinlərin xx.xx.1994-cü il təvəllüdlü Qəbələ rayonu Mamaylı kənd sakini Şahid3, xx.xx.2000-ci il təvəllüdlü Astara rayon Pensər kənd sakini Təqsirləndirilən şəxs1 və xx.xx.1998-ci il təvəllüdlü Şabran rayon sakini Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir (cild 01, iş vər.04) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 19:30-dəqiqədə tutulmuşdur (cild 01, iş vər.06). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 19:40 dəqiqədə tutulmuşdur (cild 01, iş vər.24). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan, ona əlavə edilmiş foto cədvəl və prosessual hərəkətin video görüntüsü həkk olunmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Aparılmış prosessual hərəkət zamanı Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin və şalvarın ciblərindəki şəxsi əşyalarını təqdim etmiş və onun üzərinə şəxsi axtarış və baxış zamanı hər hansı narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 qara rəngli çantanı təqdim edərək həmin çantanın içərisində narkotik vasitə olduğunu bildirərərk çantanın içərisinə baxıldıqda orada 05 ədəd qara rəngli, üzəriləri yapışqan lentlə bağlı olan sellofan torbalar aşkar edilmişdir. Həmin sellofan torbalara baxış keçirilən zaman 4 ədəd sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri, 01 ədəd sellofan torbada isə bərk halda narkotik maddə olan heroinə bənzər maddə olduğu müəyyən edilmiş, həmçinin həmin 04 ədəd sellofan torbalarda olan marixuanaya bənzər bitki kütlələri sellofan parçası ilə birlikdə nömrələnərək elektron tərəzidə çəkildikdə çəkilərinin müvafiq olaraq 1.45 kq, 1 kq, 0.900 kq, 0.750 kq olduğu, heroinə bənzər bitki kütləsinin elektron tərəzidə çəkildikdə çəkisinin 0.550 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş 4 ədəd sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər bitki kütlələri, 01 ədəd sellofan torbada isə bərk halda qara rəngli narkotik maddə olan heroinə bənzər maddə iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmış və üzəri möhürlənmişdir (cild 01, iş vər. 42-58). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan, ona əlavə edilmiş foto cədvəl və prosessual hərəkətin video görüntüsü həkk olunmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində olan əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin və şalvarın ciblərindəki bank kartlarını, 03 manat pulu, 01 ədəd mobil telefonu, 01 ədəd alışqanı, “Kent” markalı 01 qutu siqareti, şəxsiyyət vəsiqəsini, 01 ədəd darağı, 01 ədəd gümüşə bənzər qolbağını və 01 ədəd metal üzüyü təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış və baxış zamanı hər hansı narkotik vasitə aşkar olunmamışdır. Aşkar edilmiş əşyalar Təqsirləndirilən şəxs1 özünə qaytarılmışdır (cild 01, iş vər.60-64). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X15 təqdim etdiyi 04 yanvar 2024-cü il tarixli 17/13 nömrəli bioloji rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi Firidun Osmanov, iştirakçılar” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli çantanın içərsindəki: - 04(dörd) ədəd üzərləri yapışqan lentlə sarınmış sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1395,0 qr, 960, 0 qr, 860, 0 qr və 700, 0 qr ümumi çəkiləri 3915,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - 01 (bir) ədəd sellofan torbanın içərsindəki 01( bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 64,915 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Həmin sellofan torbanın içərsində açıq vəziyyətdə təmiz çəkisi 475,0 qram olan maddə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər.72-76). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(025)-1/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 haqqında “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.133-136). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(025)-2/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 haqqında “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (cild 01, iş vər.137-140). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 01, iş vər. 141-144). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 01, iş vər 145-148). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur (cild 01, iş vər. 164). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur (cild 01, iş vər.166). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X3” X23 Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli PHŞ-in 195 nömrəli məktubunda Təqsirləndirilən şəxs1 həmin xəstəxananın ruhi-əsəb və narkoloji kabinelərdə də hər hansı bir xəstəliklə qeydiyyatda olmadığı göstərilmişdir (cild 01, iş vər 187). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti başçısının Pensər kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi atası X17, anası X5 olmaqla Astara rayon Pensər kəndində yaşadığı müddət ərzində onun haqqında nümayəndəliyə şikayət və tələb daxil olmamış və Pensər kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə Bakı şəhərində yaşayır (cild 01, iş vər 188-190). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi ərazi X3” X23 Şabran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli PHŞ-in 18-1-34/2-42/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın psixonevroloji və narkoloji kabinelərdə də hər hansı bir xəstəliklə qeydiyyatda olmamışdır (cild 01, iş vər. 225). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş mesaj mətnlərindən, CD disklərdən və foto şəkillərdən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil telefonlara baxış zamanı 03 yanvar 2024-cü il tarixdə günün müxtəlif saatlarında Təqsirləndirilən şəxs1 +**********96 saylı və Təqsirləndirilən şəxs2 isə +**********11 saylı mobil nömrələr altında işləyən “Wotsapp” mobil tətbiqi vasitəsi ilə öz aralarında mesaj mətinləri yazaraq eləcə də, bir-birlərinə səs yazılarını göndərmiş, Qəbələ rayonunda deyiləcək ünvana qoyulacaq narkotik maddəni oradan özləri ilə götürüb Bakı şəhərinə gətirərək deyiləcək ünvana qoyacaqlarını, bunun müqabilində 2000 manata yaxın pul alacaqlarını, eyni zamanda həmin mövzuda Təqsirləndirilən şəxs1 ilə Əli adlı şəxsin istifadə etdiyi +98 939 725 8628 saylı nömrə arasında bir-birlərinin səs yazıları, habelə Əli adlı şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitənin qoyulduğu “Qəbələ Vadisi” adlı istirahət mərkəzinin məkanını, istiqamətləndirici fotoşəkillərini işarələməklə, həmçinin Təqsirləndirilən şəxs1 Əli adlı şəxs tərəfindən ona göndərilmiş hadisə yerinin məkanını və fotoşəkillərini Təqsirləndirilən şəxs2 göndərdiyi müəyyən olunmuşdur (cild 01, iş vər 226-243). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Şabran şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi arayı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibini arvadı X8, qızı xx.xx.2021-ci il təvəllüdlü X11, atası X2, anası X7 və qardaşı X9 olmaqla Təqsirləndirilən şəxs2 barədə məhəllə komitəsinə şifahi və yazılı formada şikayət daxil olmamışdır (cild 01, iş vər. 252-253). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 07 mart 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 387 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asıllıq sindiromu (norkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər.25). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 07 mart 2024-cü il tarixli, 388 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asıllıq sindiromu (norkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər.26). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 108 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur (cild 02, iş vər.28-29). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin təqdim etdiyi 109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən, o öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur (cild 02, iş vər.31-32). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü, 236-cı və 237-ci maddələrinin tərkibi aşkar edilmədiyindən barələrində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilməklə bu barədə material ayrılması, həmçinin Şahid1, YŞahid2, Şahid3 və İlqar Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməklə bu barədə materialın ayrılması qərara alınmışdır (cild 02, iş vər 67-84). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 31-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 içərisində olduqları, habelə Bakı şəhərinə qayıtmaq üçün sifariş etdikləri “Opel Astra” minik markalı ** XL *** dövlət nömrə nişanlı avtomobil barəsində polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əmliyyat tədbirinin keçirilməsi qərar alınmış, “Opel Astra” markalı avtomobil, içərisində sürücü və üç nəfər sərnişin ilə birlikdə Qəbələ şəhəri Z.Əliyeva parkınınyaxınlığında hərəkətdə olarkən müşahidəyə götürülmüş, həmin avtomobil “Qəbələ Vadisi” adlanan hazırda işləməyən retoranın qarşısında dönərək saxlamış, avtomobildən bir nəfər şəxs düşərək restoranın həyətinə tərəf getmiş və əlində qara rəngli çanta ilə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və qara çantaya baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Götürülmüş maddə ekspertizaya təqdim olunaraq müvafiq rəy alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs2 üzərində daşıdığı qara rəngli çantadan narkotik vasitənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sözügedən qərarın 12-ci bəndinə əsasən isə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri onların qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, o cümlədən ekspert rəyləri və iş üzrə mövcud olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin aşkar olunan narkotik vasitələrin satış məqsədlərinin olmadıqları barədə qeyd etdikləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü İran İslam Respublikası vətəndaşı Əli adı ilə təqdim edən şəxsiyyəti istintaqa məlum olamayan şəxsin sifarişi ilə gizlədildiyi yerdən götürüb deyiləcək ünvana və ya şəxsə çatdırmaq, bununla da narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə onunla razılığa gəlmişlər. Onlar xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özünü Əli adlı şəxs kimi təqdim edən şəxs tərəfindən onlara +98-***-***-**-** saylı nömrə altında işləyən “Wotsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş məkana, yəni hazırda fəaliyyət göstərməyən “Qəbələ Vadisi” adlanan restoranın qarşısına birlikdə gəlmişlər. Həmin restoranın ərazisində bir ədəd qara rəngli idman çantanın içərisində gizlədilmiş, 04 ədəd üzəri yapışqanla yapışdırılmış sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri -1395 qram, 960 qram, 860 qram və 700 qram olan ümumi təmiz çəkisi 3915 qram olmaqla küllü miqdarda narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd sellofan torbanın içərisində ümumi təmiz çəkisi 64,915 qram olmaqla külli miqdarda narkotik vasitə heroinin gizlədildiyi yerdən götürüb Təqsirləndirilən şəxs1 yanına qayıtmış Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin X15 təqdim etdiyi 04 yanvar 2024-cü il tarixli 17/13 nömrəli bioloji rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Şübhəli şəxs Təqsirləndirilən şəxs2, müdafiəçi Firidun Osmanov, iştirakçılar” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd qara rəngli çantanın içərsindəki 04(dörd) ədəd üzərləri yapışqan lentlə sarınmış sellofan torbalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1395,0 qr, 960, 0 qr, 860, 0 qr və 700, 0 qr ümumi çəkiləri 3915,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 04 (dörd) ədəd sellofan torbalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. 01 (bir) ədəd sellofan torbanın içərsindəki 01( bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 64,915 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd edilənlər onu deməyə əsas verir ki, aşkar olunan narkotik vasitələr şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuşdur. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiləri ifadələrinin həmin hissəsi ilə razılaşmır, həmin halın işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamələrdən görünür ki, Əliyev X12 rayonu Pensər kəndində qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsi iş üzrə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran halı hesab olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların, həmçinin cəzanı ağırlaşdıran hallarından cinayəti tamah məqsədi ilə törətmiş olduğunu, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 11 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir az yaşlı uşağı vardır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 himayəsində bir az yaşlı uşağının olmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.2 maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən halı kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cinayəti tamah məqsədi ilə törətməsi iş üzrə Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran halı hesab olunur. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayəti tamah məqsədi ilə tərətmiş olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Qəbələ Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kollegiya qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Qəbələ rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi – 3914,20 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi – 64,815 qram miqdarında narkotik vasitə olan heroin, eləcə də narkotik vasitələrin daşınmasında istifadə edilən 01 ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 51 (əlli bir) manat 82 (səksən iki) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və şübhəli şəxs qismində tutulduğu, həmçinin həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Qəbələ rayon Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi – 3914,20 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuana və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi – 64,815 qram miqdarında narkotik vasitə olan heroin, eləcə də narkotik vasitələrin daşınmasında istifadə edilən 01 ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda 51 (əlli bir) manat 82 (səksən iki) qəpik olmaqla tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-161/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-161/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver