Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-161/2025 14.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, X13 İİ kurs tələbəsi, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naftalan şəhəri, X24 küçəsi, ev 36 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 noyabr 2024-cü il tarixdə, saat 23 radələrində Şəki şəhəri, X14 küçəsində yerləşən “1941-1945 Ana Abidəsi” adlanan ərazidə tanışı Zərərçəkmiş şəxs ondan sevgi münasibətlərində olduğu Şahid5 ilə əlaqələrini kəsməsini, sonuncu ilə əvvəllər özünün sevgi münasibətlərinin olmasını, yenidən onunla həmin münasibətləri bərpa edəcəyini bildirməsi, həmçinin aralarında əvvəllər bu barədə olmuş söhbəti başqalarına deməsini irad bildirməsi, həmçinin nalayiq ifadələr işlətməklə əl və ayaq zərbələri ilə ona vurması səbəbindən aralarında həmin şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmiş, təyinatı dəyişdirilməmiş, soyuq silah hesab edilməyən, təsərrüfat məişət təyinatlı turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir zərbə ilə vuraraq ona nazik bağırsağın zədələnməsi ilə qarın boşluğunun ön divarının qarın boşluğuna dəlib keçən yara kimi dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 126.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, evdə oturduğu zaman Zərərçəkmiş şəxs onu söhbət etməyə çağırmışdır. O da onunla görüşmüşdür. Həmin vaxt aralarında qız məsələsi barədə söhbət etmişlər. Heç bir problem olmasın deyə oradan aralaşmışdır. Sonra Ziya ilə qarşılaşmışdır. Ziyanın maşınına əyləşib ona demişdir ki, o, Sabirdən yaşca böyükdür, sakitcə ona başa salar ki, belə şey olmaz. Bundan sonra Ziyanın Sabirə nə çatdırdığını bilmir. Belə ki, 1-2 saat sonra Sabir ona zəng etmişdir. O da fikirləşmişdir ki, yəqin Ziya Sabiri sakitcə başa salıb. Sabir telefonda ona demişdir ki, o, yerini desin gəlib onu maşınla götürəcəkdir. Sonra gəlib onu maşınla götürmüşdür. Onlar birlikdə “Ana Abidəsinə” getmişlər. Sabirlə söhbət edən zaman ondan onun arxasınca danışıbdanışmadığını soruşmuşdur. O da elə bir hal baş vermədiyini bildirmişdir. Bundan sonra Sabir üzünə yumruq vurmuşdur. Həmin vaxt başı dönüb yıxılmışdır. Sonra Sabir onun belindən tutub arxaya itələmişdir. Elə bu vaxt ikisidə daşın üstünə yıxılmışdır. Həmin vaxt başı yerə dəymişdir. Sonra ayağa qalxmışdır. Digər uşaqlar qaçıb getmişlər. Sabirlə o, tək qalmışdır. Havada qaranlıq olmuş və o, pis vəziyyətdə olmuşdur. Sonra məlum hadisə baş vermiş və Sabiri bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, üstündə bıçaqla gəzmir. O, tələbədir. Bıçaq özünün bıçağı olmamışdır. Zəng gələn zaman evdə olmuşdur. Şəki şəhərində təhsil alır. Bıçağı özünü qorumaq məqsədilə götürmüşdür. Ziya ilə arasında dava olmuşdur. Ziya onu vurmuşdur. Sonra oda onu vurmuşdur. Sabiri bıçaqla vurmuşdur. Sabirə bir bıçaq zərbəsi vurmuşdur. Birinci Ziyaya bıçaq zərbəsi vurmuşdur. Sonra Ziya qaçıb getmişdir. Bundan sonra Sabiri bıçaqla vurmuşdur. Ziyaya bir bıçaq zərbəsi vurmuşdur. Fərid sona qədər hadisə yerində olmuşdur. Sabir gəldikləri maşınla xəstəxanaya getmişdir. Bıçaq özünə məxsus olmamışdır. Bıçaq dostunun bıçağı olmuşdur. Bıçaq dostuna məxsus olmuşdur. O da bıçağı ondan götürmüşdür. Çünki maşında gedərkən bəzi sözlər eşidib qorxmuşdur. Özünü qorumaq məqsədilə dostundan bıçağı götürmüşdür. Bıçağı maşından düşdükdən sonra dostundan götürmüşdür. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə istintaqı zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ayxanı çağırıb qız barəsində onunla söhbət etmişdir. Bundan sonra çıxıb getmişdir. Daha sonra Ziya gəlib ona demişdir ki, Ayxan onun arxanca danışıb, onu təhqir edib və demişdir ki, Sabiri bıçaqlayacaqdır. O da bundan sonra Ayxanı zəng edib görüşə dəvət etmişdir. Daha sonra Ayxan və digər uşaqlarla birlikdə Şəki şəhərində yerləşən “Qala” adlı ərazidə yerləşən “Ana Abidəsi”nə getmişlər. Ayxanla söhbət etdikdən sonra, dava etmişlər. Həmin vaxt Ayxan tərəfindən bıçaqlanmışdır. Bundan sonra xəstəxanaya getmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, eyni qızı həm o, həm də Ayxan sevmişdir. Ayxanın qızla əlaqəsi olmuşdur. O da Ayxana demişdir ki, qızla olan əlaqəni kəsər. Ayxan onunla razılaşmışdır. Bu söhbətlər hadisə günü olmuşdur. Ziya ona demişdir ki, Ayxan onun arxasınca danışıb. O da dəqiqləşdirmək üçün Ayxanı söhbətə dəvət etmişdir. Ziya demişdir ki, Ayxan onun arxasınca danışıb, onu təhqir edib və deyib ki, onu vuracaqdır. Onun əvvəllər qızla dost kimi münasibəti olmuşdur. Qız onu sevmirmiş, Ayxanı sevirmiş. İkinci dəfə Ayxanla “Qala” deyilən ərazidə görüşmüşdür. Həmin vaxt yanılarında Ziya, Yusif və Fərid olmuşdur. Ayxanla aralarında anlaşılmazlıq olmuşdur. Belə ki, Ayxana arxasınca danışıbdanışmadığını soruşmuşdur. Ayxan arxasıyca danışmadığını bildirmişdir. O da onu vurmuşdur. Bundan sonra aralarında dava başlamışdır. Ayxanı birinci yumruqla o, vurmuşdur. Sonra Ayxan onu vurmuşdur. Axşam radələri olduğu üçün hər şeyi dəqiq xatırlamır. Onlar “Qala”da olan zaman axşam saat 11 radələri olmuşdur. Dava zamanı digər uşaqlar qaçmışdır. Ayxanın əlində bıçaqla üstünə doğru gəldiyini görmüşdür. Həmin vaxt yerə yıxılmışdır. Elə bu vaxt Ayxan onu bıçaqla vurmuşdur. Yerdə olan zaman Ayxan ona bir bıçaq zərbəsi vurmuşdur. Ondan sonra bıçaq vurub-vurmadığını xatırlamır. Ayxan üzərinə bıçaqla gələn zaman, yanlarında olan uşaqlar qaçmışlar. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Ayxanı əvvəlcədən tanımışdır. Belə ki, onunla əvvəllər bir kollecdə oxumuşdur. Daha sonra onların kolleci müsiqi kollecinə daşınmışdır. Ayxanı söhbətə o, çağırmışdır. Ayxanı çağırıb demişdir ki, onun qızla əvvəl münasibəti olmuşdur və onu sevmişdir. Ayxana qızla olan münasibətini kəsməsini bildirmişdir. O, da onunla razılaşmışdır. Daha sonra Ayxandan aralaşıb “Ukranya” çay evinə getmişdir. Həmin vaxt Ziya gəlib demişdir ki, Ayxan onun arxasınca danışıb. Daha sonra Ayxanı təkrar söhbət etməyə çağırmışdır. Daha doğrusu ona demişdir ki, gəlib onu maşınla götürəcəkdir. Ayxanı maşınla götürüb “1941-1945” adlanan əraziyə getmişlər. Həmin vaxt yanında Ziya, İlkin, Yusif olmuşdur. Ayxan Fərid adlı tanışı ilə birlikdə olmuşdur. Onların ikisini götürüb “1941-1945” adlanan əraziyə getmişlər. Ayxana arxasınca danışıb-danışmadığını soruşmuş və Ayxan arxasınca danışmadığını bildirmişdir. O da onu vurmuşdur. Ayxanda onu vurmuşdur. Sonra uçurum kimi yerdən ikisidə yerə yıxılmışdır. Sonra uşaqlar onları aralamışlar. Daha sonra uşaqların qışqıraraq qaçdıqlarını görmüşdür. Həmin vaxt Ayxan əlində bıçaqla üzərinə doğru gəlmişdir. Həmin vaxt Ayxana təpik atmış, ancaq yerə yıxılmışdır. Elə bu vaxt Ayxan onu bıçaqla vurmuşdur. Ayxan yerdə olan zaman ona bir bıçaq zərbəsi vurmuşdur. Daha sonra maşının yanında bir bıçaq vurmuş, ancaq onu xatırlamır. Hadisədən sonra xəstəxanaya gəlmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 01 noyabr tarixində Şəki şəhərində yerləşən “Şeş-beş” adlanan çayxananın qarşısında Ayxanı görmüşdür. Ayxan maşını saxladıb, maşına əyləşmişdir. Bundan sonra Ayxanla söhbət edən zaman qız söhbəti açılmışdır. Həmin vaxt Ayxan demişdir ki, Sabir qızı onun əlindən almaq istəyir. Bundan sonra Ayxan ondan kömək istəmişdir. Daha sonra maşından düşüb çıxıb getmişdir. O da “Ukranya” çay evinə Sabirin yanına getmişdir. Biraz Sabirlə söhbət edib Ayxanı axtarmışlar. “Ekonom” adlı marketin qarşısından Ayxanı götürmüşlər. Aptekin qarşısından isə dostunu götürmüşlər. Sonra kimsə “Abidə” adlanan əraziyə sürməyini bildirmişdir. Ancaq kimin dediyini dəqiq bilmir. O da maşını Abidə adlanan əraziyə sürmüşdür. Maşını saxlayıb “1941-1945” adlanan çayxananın qarşısına getmişlər. Ayxanla Sabir kənara çəkilib söhbət etməyə başlamışlar. Sonra onu çağırmışlar. Elə bu vaxt Ayxan və Sabir dava etməyə başlamışlar. Sonra dərədən aşağı yıxılmışlar. O da onları aralamaq məqsədilə yanlarına düşmüşdür. Həmin vaxt Ayxan bıçaq çıxarmışdır. O da Ayxana təpik atmışdır. Ayxan yerə yıxılmışdır. Bundan sonra təkrar ayağa qalxmışdır. O, təkrar onu təpiklə vurmuşdur. Bundan sonra Ayxan onu bıçaqla vurmuşdur. Sonra Sabirin üstünə gedib onu vurmuşdur. O da arxa-arxaya gedib oturmuşdur. Daha sonra xəstəxanaya getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Şahid3 göstərmişdir ki, Ayxan onu bıçaqla vurmuşdur. Ayxan ona bir bıçaq zərbəsi vurmuşdur. Ayxanın onu niyə vurduğunu bilmir. O, onları aramalaq məqsdilə yanlarına getmişdir. Hava qaranlıq olduğu üçün Ayxan onu görməmişdir. Bəlkə də, ona görə onu bıçaqla vurmuşdur. Qaranlıq olsa da Ayxanla Sabiri seçə bilirmiş. Ayxan bıçaqla ilk onu vurmuşdur. Ayxan onu ikinci dəfə vurmaq istəməmişdir. Ayxan ondan sonra Sabiri bıçaqla vurmuşdur. Ayxan onu vurduqdan sonra Sabirin üstünə qaçıb onu vurmuşdur. Əməliyyat olunmuşdur. Xəstəxanada 3 gün qalmışdır. Bıçaq sol nahiyyəsindən dəymişdir. Ekspertizadan keçmişdir. Şəki şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdur. Şikayətçi olmamışdır. Xəstəxanadan 3 gün sonra çıxmışdır. Onun əlində kəsici alət olmamışdır. Ayxana təpik vurmuşdur. Özünü müdafiə etmək üçün Ayxana təpik vurmuşdur. Ayxanın onunla hər hansı bir ədavəti olmamışdır. Birinci Ayxanla görüşmüşdür. Ayxan maşında onunla qız barəsində danışmışdır. Ayxanı hadisədən 2-3 gün əvvəldən tanımışdır. Onunla ortaq dostları olmuşdur. Kollecin qarşısında dostunun mağazası var və ora gedən zaman Ayxanla tanış olmuşdur. Sabirgili Ayxandan əvvəl tanımışdır. Ayxan Sabirlə dost olduğunu bilirmiş. Ayxan maşını saxladıb onunla salamlaşmış və sonra maşına əyləşmişdir. Bundan sonra qız barəsində danışmışdır. Sonra Ayxan çıxıb getmişdir. Bundan sonra Sabirlə görüşmüşdür. Sabirlə görüşüb qız məsələsinin nə olduğunu soruşmuşdur. Sabirlə Ayxanın eyni qızı sevdiklərini bilirmiş. Sabirə demişdir ki, Ayxan onu saxladıb qız barəsində danışmışdır. Bilirmiş ki, Sabir Ayxanla görüşmüş və sözünü ona demişdir. Onlar çay içdikdə, Sabir Ayxanla yenidən görüşəsi olmuşdur. Çay içərkən Sabir və o, olmuşdur. Onlar birlikdə yenidən Ayxanla görüşməyə qərar vermişlər. Bundan sonra Sabir Ayxana zəng edib görüşmək istəmişdir. Maşında 4 nəfər adam olmuşdur. Ayxana Sabir zəng etmişdir. Maşında kimsə ona demişdir ki, Ayxan “Ekonom” adlı marketin yanındadır. Ayxan maşına oturmuşdur. Bundan sonra aptekin qarşısında saxlamışdır. Ayxan dostunun gəldiyini bildirmişdir. Fərid gəlib maşına əyləşmişdir. Daha sonra “Abidə” adlanan əraziyə getmişlər. Maşından düşüb “1941-1945” adlanan çayxanaya tərəfə getmişlər. O, arxadan tək qalxırmış. Ayxan və Sabir kənara çəkilib dava etmişdir. O da onları aralamaq məqsədilə yanlarına getmişdir. Ayxanın üstündə bıçaq olduğunu bilmişdir. Dostu ona bıçaq vermişdir. Sonra Ayxanı təpiklə vurmuşdur. Ayxan ayağa qalxıb üstünə gəlmişdir. O, təkrar ona təpik vurmuşdur. Sonra Ayxan bıçaqla onu vurmuşdur. Əvvəldən Ayxanın əlində bıçaq görməmişdir. Lakin onda bıçaq olduğunu bilmişdir. Birinci o Ayxanı vurmuşdur, Ayxan yerə yıxılmış və durmuşdur. O, yenidən təpiklə onu vurmuş, elə bu zaman Ayxanda onu biçaqla vurmuşdur. Sonra gedib Ayxanı bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X10 İİ kurs tələbəsidir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayın 15-dən sonra Kollecdə tanımışdır. Belə ki, Sabir ilə Ayxan kollec tələbəsidir, Ziyanı isə digər tanışları vasitəsilə tanımışdır. Həmin şəxslərlə münasibəti normal olmuşdur. Sabir ilə dostluq münasibəti vardır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ukrayna çay evində olarkən, Sabir ona zəng edib Ayxanla görüşəcəyini demiş və onun yanında olmasını xahiş etmişdir. O, razı olmuş və çayxanadan çıxıb “Ekonom” marketə tərəf getmişdir. Marketin yanında Sabir Ziyanın idarə etdiyi “Hyundai” markalı avtomobil ilə onun yanında dayanmışlar. O, arxa oturacaqda əyləşdikdə Sabirin tanışı Yusif adlı şəxs də maşında olmuşdur. Həmin şəxsi o, Sabir vasitəsilə tanımışdır. Bir neçə dəfə görüşmüşlər. Sabirin tapşırığı ilə Yusif Ayxana zəng edib harda olduğunu soruşmuş, onlar Ayxanı “Ekonom” marketin yaxınlığından götürmüşlər. Həmin vaxt yanında Fərid adlı tanışı da olmuşdur. Arxa oturacaqda əyləşmişlər, Ziya maşını sürmüş, Sabir də onun yanında sağ ön oturacaqda əyləşmişdir. Sabirlə Ayxan arasında maşında mübahisə yaranmış, Sabir Ayxana aralarındakı söhbəti başqa şəxslərə dediyini bildirmişdir. O, Ayxana və Sabirə maşında mübahisə etməmələrini, düşüb yerdə danışmalarını demişdir. Ziya maşını “Ana Abidəsi” istiqamətdə sürmüş, “Ana Abidəsi”ndən təxminən 100 metr keçdikdən sonra Ziya maşını saxlamışdır. Maşından düşdükdən sonra Sabirlə Ayxan kənara çəkilib söhbət etmək üçün pilləkənlərlə yuxarı qalxmışlar. Onlar da arxalarınca bir qədər getmişlər, lakin kənarda dayanmışlar. Onlar hər ikisi ucadan qışqırıb danışdıqları üçün onlara asta danışmalarını, ətrafda evlərin olduğunu demişlər. Bir neçə dəqiqə sonra Sabirlə Ayxanın bir-birinə yumruq vurduqlarını və hər ikisinin yerə yıxıldıqlarını görmüşdür. Həmin vaxt Ziya tez Ayxanın üstünə getmiş və Ayxanı Sabirdən ayırmışdır. O da Fərid və Yusiflə birlikdə ayırmaq üçün dərhal onlara tərəf getmişdir. Sabir ucadan qışqırıb onu çağırmış, o, Sabirə çatanda qarnından qan axdığını, əli ilə zədələndiyi yeri tutduğunu görmüşdür. Ziyanın da paltarları qan içində olmuşdur. Hava qaranlıq olduğu üçün o, Ayxanın Sabiri və Ziyanı bıçaqla vurduğunu görməmiş, lakin Ayxan özü sonradan həyəcanlı halda Sabiri və Ziyanı vurduğunu demişdir. Daha sonra Ayxan Ziyanın əynindəki gödəkcəni çıxarıb onun yarasının üstünə tutmuş, o da Ziyaya kömək edib gödəkcəni onun yarasının üstünə tutub onu maşına tərəf aparmışdır. Maşına çatdıqda Sabir artıq maşının ön sağ oturacağında əyləşmişdir. Yusif maşını sürmüş o da arxa oturacaqda əyləşmişdir. Daha sonra Sabiri və Ziyanı dərhal xəstəxanaya aparıb orada həkimlərə məlumat vermişlər. Ayxanla Fərid isə hadisə yerində qalmışlar. O, həmin hadisənin xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəki şəhəri, “1941-1945 Ana Abidəsi” adlanan ərazidə baş verdiyini, hadisə zamanı Ziya, Ayxan və Sabirin dalaşdıqlarını, o isə Fərid və Sabirin tanışı Yusiflə birlikdə bir qədər kənarda dayandıqlarını, hadisə zamanı Sabir və Ayxanın bir-birinə yumruq zərbələri vurduqlarını, Ayxanın Sabiri və Ziyanı bıçaqla vurduğunu görmədiyini, lakin onlara çatdıqda bədənlərindən qan axdığını, həmçinin Ayxanın həyəcanlı halda Sabiri və Ziyanı bıçaqla vurması barədə ona dediyini, Ayxanın əlində bıçaq görmədiyini, hadisə zamanı xəsarət almadığını, həmçinin heç kimə xəsarət yetirmədiyini, Fərid və Yusiflə birlikdə onları ayırdıqlarını, Ziyanın üzərində və avtomobilində əvvəllər bıçaq və ya digər hər hansı kəsici-deşici alət görmədiyini, hadisə vaxtı hava qaranlıq olduğu üçün Ayxanın və Ziyanın əlində bıçağı görmədiyini, onlardan bir qədər aralıda dayandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2021-ci ildən Şəki şəhəri, M.F.Axundov küçəsində “Hamam aralığı” adlanan ərazidə yerləşən bərbərxanada bərbər işləyir. Ziya Məhəmmədlini və Sabir Məhəmmədzadəni əvvəllər tanımışdır, Ziya ilə dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs isə məlum hadisəyə qədər tanımamışdır. xx.xx.2024-cü il tarixdə axşam saat 22 radələrində işlədiyi bərbərxanadan çıxıb yaşadığı evə getmək məqsədilə M.F.Axundov küçəsi ilə doqquzmərtəbə istiqamətdə piyada yol gedərkən tanışı Şahid3 ona zəng edib görüşmək istədiyini demiş və çay içmək təklif etmişdir. O, razı olmuş, “Ekonom” marketin yanında Ziya ilə görüşmüşdür. Ziya idarə etdiyi “Hyundai”markalı avtomobil ilə gəlmişdir. Ziyanın yanında Sabir, arxa oturacaqda İlkin adlı tanışları əyləşmişdir. İlkini bir neçə dəfə Sabirin yanında görmüşdür. O, avtomobilin arxa oturacağına əyləşmiş, Ekonom marketin qarşısındakı küçə ilə gedərkən Ziya avtomobili saxlamışdır. Adlarını sonradan bildiyi Ayxan və Fərid adlı şəxslər marketin qarşısında dayanmışlar. Sabir Ayxanı çağıraraq birlikdə çay içmək təklif etmişdir. Ayxan maşına tərəf gəlib arxa oturacaqda onun yanında əyləşmiş, daha sonra Fərid də onların yanında oturmuşdur. Ziya maşını “Ana Abidəsi” istiqamətdə sürmüş, maşında olarkən Sabirlə Ayxan arasında sözlə mübahisə olmuşdur. Hansısa qıza görə mübahisə etmişlər. “1941-1945 Ana Abidəsi”nin yaxınlığında Ziya maşını saxlamış, maşından düşdükdən sonra Sabirlə Ayxan kənara çəkilib söhbət etmişlər. Bir neçə dəqiqə sonra səs-küy düşmüş və Ayxanla Sabir bir-biri ilə dalaşmışlar. Bu zaman Ziya onlara tərəf getmiş, o da həmin istiqamətdə gedərkən Ziyanın ona tərəf gəldiyini, əli ilə qarnını tutduğunu görmüşdür. Ziya Ayxanın onu bıçaqladığını demiş və onu dərhal xəstəxanaya aparmasını istəmişdir. O, Ziyanı maşına tərəf apararkən Ayxanın da Sabiri tutub maşına tərəf gətirdiyini görmüşdür. Onlar maşına çatdıqda Sabirin də qarın nahiyəsindən qan axdığını görmüşdür. Ziyanı və Sabiri maşına mindirdikdən sonra İlkin də arxa oturacaqda Ziyanın yanında əyləşib onun qarnını tutmuşdur. O, maşını sürərək oradan uzalaşmışlar. O, həmin hadisənin xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəki şəhəri, “1941-1945 Ana Abidəsi” adlanan ərazidə baş verdiyini, Ayxan və Sabirin dalaşdıqlarını, o isə İlkin və Ziya ilə birlikdə bir qədər kənarda dayandığını, hadisə zamanı Sabir və Ayxanın bir-birinə yumruq zərbələri vurduqlarını, Ziya və Sabirin xəsarət aldıqlarını, hadisə zamanı xəsarət almadığını, heç kimə xəsarət yetirmədiyini, hadisə zamanı səs-küy olmadığını, ətrafdan hadisə yerinə heç kimin gəlmədiyini, Ayxanın və Ziyanın əlində və üstlərində bıçaq və ya digər hər hansı əşya görmədiyini, həmçinin Ziyanın Ayxana xəsarət yetirdiyini görmədiyini, eyni zamanda hadisədən sonra Ayxan Sabiri tutub maşına tərəf gətirərkən Ayxanın bədəni üzərində xəsarət olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, X19 Kollecdə kompyuter şəbəkələri ixtisası üzrə təhsil alır, İİ kurs tələbəsidir. Zərərçəkmiş şəxs 2024-cü ilin sentyabr ayının sonlarından, Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdən tanıyır. Ayxanla sevgi münasibətləri, Sabirlə isə dostluq münasibətləri olmuşdur. Sabir bir neçə dəfə ona sevgi etiraf etsə də, o, onunla dost olduğunu demişdir. Hər ikisi ilə münasibəti normal olmuşdur. Şahid3 isə bir neçə dəfə Sabirin yanında görsə də, onunla heç bir münasibəti olmamışdır. Ayxanla sevgili olduqları üçün hər gün mütəmadi olaraq telefonla danışır və görüşmüşlər. xx.xx.2024-cü il tarixdə Ayxanla görüşməsə də onu Kollecin qarşısında görmüşdür. Axşam saatlarında yaşadığı evdə olmuş, Ayxan da Şəki şəhərində kirayə yaşadığı evdə olmuşdur. Mobil telefonla vatsap vasitəsilə şəxsi mövzularda danışmışlar. Bu zaman Ayxan ona zəng gəldiyini, daha sonra onu yığacağını deyərək telefonu söndürmüşdür. Atasının Ayxana zəng etdiyini düşünmüş, çünki mütəmadi olaraq axşam saatlarında atası Ayxana zəng edib maraqlanmışdır. Təxminən bir saat gözləmiş, lakin Ayxandan xəbər olmadıqda ona vatsapla zəng etsə də Ayxana zəng çatmamışdır. Nömrəsinə zəng etdikdə Ayxan zəngə cavab verib taksidə olduğunu, evə gedəcəyini, narahat olmamasını deyərək telefonu söndürmüşdür. Bir müddət sonra isə yenidən Ayxana zəng edərkən Ziyanın yanında olduğunu, Ziyanın maşınla onu evə apardığını, evə çatıb ona zəng edəcəyini demişdir. Ayxandan zəng gözləmiş, təxminən bir saat sonra, yəni saat təxminən 23 radələrində Ayxan ona zəng edərək həyəcanlı halda Sabirlə və Ziya ilə dalaşdıqlarını, onun üstünə gəldikləri üçün onları vurduğunu demişdir. O, Ayxana ilk olaraq inanmamış, Ayxan and içərək Sabiri və Ziyanı vurduğunu deyərək telefonu söndürmüşdür. Daha sonra Ayxana zəng çatmamışdır. Daha sonra Ayxanın Sabirə və Ziyaya bıçaqla xəsarət yetirdiyini eşitmişdir. Bu barədə digər tələbə yoldaşlarından öyrənmişdir. Həmin hadisə barədə əvvəlcədən heç bir məlumatı olmamış, hadisə baş verən yerdə olmamış və həmin hadisəni görməmişdir. Hadisə baş verən zaman kirayə yaşadığı evdə olmuşdur. O, həmin gün bir neçə dəfə Ayxanla telefonla danışsa da, Ayxanın bu barədə ona heç nə demədiyini, Ayxanla Sabirin hadisədən əvvəl normal münasibətləri olduğunu, onların mübahisə etdiklərini, dalaşdıqlarını görmədiyini, kollecdə olarkən normal şəkildə salamlaşıb söhbət etdiklərini, həmin gün bir neçə dəfə Ayxanla telefonla danışsa da, Ayxanın bu barədə ona heç nə demədiyini, əvvəllər Ayxanın əlində vəüstündə bıçaq və ya digər hər hansı əşya görmədiyini, Ayxanın boş vaxtlarında idman etdiyini, onun hər hansı cinayət törətməyə meyilli davranışını görmədiyini, Zərərçəkmiş şəxs hadisədən bir neçə gün əvvəl sonuncu dəfə kollecdə gördüyünü, həmin vaxt da heç bir münasibəti olmadığını, Sabirin ona heç nə demədiyini, xx.xx.2024-cü il tarixdən sonra həmin şəxslərin heç birini görmədiyini, Ayxanla bir neçə dəfə telefon danışığı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Qanuni nümayəndə1 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 2005-ci ildə X2 ilə ailə həyatı qurmuş, birgə nikahdan Ayxan, Aygün və Fərid adlı övladları dünyaya gəlmişdir. X12 ilə boşanmışlar. Ayxan anasının və onun yanında yaşayır. Ayxan orta məktəbi Naftalan şəhər 2 saylı tam orta məktəbdə oxumuşdur. Təhsil aldığı müddətdə Ayxan özünü nizam-intizamlı aparmış, dərslərini oxumağa çalışmışdır. O da valideyn kimi onun davranışlarına və hərəkətlərinə nəzarət etmişdir. Ayxan həmçinin idmanla da məşğul olmuş, əsasən futbol oynamışdır. Oğlu Ayxan dava-dalaşa meylli olmamış, heç kimlə dalaşmamış, əvvəllər heç kimi vurmamış, hər hansı cinayət əməli törətməmişdir və barəsində hüquq-mühafizə orqanlarında heç bir araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ayından təhsilini X16 davam etdirməyə başlamışdır. Ayxan Şəki şəhərində digər tələbə yoldaşları ilə kirayədə yaşamış, dərsə davamiyyəti normal olmuşdur. O, mütəmadi olaraq Ayxana nəzarət etmiş, belə ki, onun özü ilə və təhsil aldığı kollecləəlaqə saxlamışdır. 01 noyabr 2024-cü il tarixdə günorta saatlarında məlumat almaq üçün Ayxana zəng etmiş, o da normal danışmış, hər şeyin yaxşı olduğunu, məşqə başladığını, dərsdən çıxıb idman zalına gedəcəyini demişdir. Həmin gün gecə saatlarında Ayxan ona zəng edərək, həyəcanlı halda Şəki şəhərində Sabir və Ziya adlı şəxslərlə dalaşdığını, həmin şəxslərə bıçaqla xəsarət yetirdiyini demişdir. O isə Ayxanı sakitləşdirməyə çalışmış və bıçaqladığı şəxslərin səhhəti barədə soruşmuşdur. Ayxan həmin şəxslərə kömək etdiyini, maşına əyləşdirib xəstəxanaya göndərdiyini demişdir. O, Təqsirləndirilən şəxs dərhal X22 yaxınlaşmasını, baş vermiş hadisə barədə məlumat verməsini tapşırmışdır. Özü isə həmin vaxt Naftalan şəhərində yaşadığı evdə olmuş, baş vermiş hadisəyə görə həmin gün gecə saatlarında yaşadığı evdən çıxaraq Şəki şəhərinə gəlmişdir. Burada oğlu Ayxan ilə tanışları Zərərçəkmiş şəxs və Şahid3 arasında dava-dalaş baş verdiyi, Ayxanın həmin şəxslərə bıçaqla xəsarət yetirdiyi məlum olmuşdur. O, xəsarət alan şəxslərin Şəki MRX-da müalicə olunduqlarını öyrənmiş və dərhal xəstəxanaya getmişdir. Sabir və Ziyanın müayinə və müalicələri ilə maraqlanmışdır. Oğlum Təqsirləndirilən şəxs barəsində isə Polis şöbəsində araşdırma başlanmışdır. O, Təqsirləndirilən şəxs Naftalan şəhərində olarkən, mütəmadi əlaqə saxladığı hər hansı dostunun olmadığını, dərsdən sonra günün əsas hissəsini birgə yaşadıqları evdə olduğunu, Şəki şəhərində təhsil aldığı müddətdə isə əsasən otaq yoldaşı Fərid adlı şəxslə yaxın münasibətdə olduğunu, Şahid3 və Zərərçəkmiş şəxs məlum hadisəyə qədər tanımadığını, Təqsirləndirilən şəxs həmin şəxslər barədəəvvəllər ona heç nə demədiyini, əvvəllər Təqsirləndirilən şəxs üzərində bıçaq və ya digər hər hansı kəsici-deşici alət görmədiyini, həmçinin bu barədə heç kimdən heç nə eşitmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, X20 İ kurs tələbəsidir. Zərərçəkmiş şəxs və Şahid3 tanımır. Sabiri bir dəfə Ayxanın yanında görmüşdür. Münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə 2024-cü ilin 15 sentyabr tarixdən tanıyır. Şəki şəhərində onunla bir evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında evdə olarkən Ayxan küçəyə çıxmış, o da onun arxasınca çıxıb baxdıqda Ayxanın küçədə adını sonradan bildiyi Ziya ilə dayanıb söhbət etdiklərini görmüşdür. Ayxan birazdan gələcəyini demiş, təxminən yarım saat sonra Ayxan evə gəlmişdir. Biraz evdə oturduqdan sonra Ayxan gedib birlikdə çay içmək təklif etmiş, o da razı olmuşdur. Evdən çıxıb şəhərin mərkəzinə tərəf piyada gedərkən, Ayxana zəng gəlmiş, o, kiminləsə danışmış, bir neçə dəqiqə sonra həmin Ziya adlışəxs ağ rəngli “Hyundai” markalı avtomobil ilə yanlarında dayanmışdır. Sabir də onun yanında sağ ön oturacaqda oturmuşdu. Sabir və Ziya Ayxana maşına oturmasını dedikdə, Ayxan arxa oturacaqda oturmuş, Ziya biraz qabağa gedib maşını saxlamış, Sabir ona da maşına oturmasını demişdir. O da arxa oturacaqda Ayxanın yanında əyləşdikdə İlkin və adını sonradan bildiyi Yusif adlı şəxsin maşında olduqlarını görmüşdür. Ziya maşını “Ana Abidəsi” istiqamətdə sürmüşdür. Maşında olarkən, Sabirlə Ayxan arasında sözlə mübahisə baş vermiş, Ziya “1941-1945 Ana Abidəsi”nin yaxınlığında maşını saxlamışdır. Maşından düşdükdən sonra Sabirlə Ayxan kənara çəkilib söhbət etmişlər. Onlar hər ikisi ucadan qışqırıb danışdıqların üçün onlara asta danışmalarını, ətrafda evlərin olduğunu demişlər. Bir neçə dəqiqə sonra Sabir Ayxanın sifətinə yumruq vurub onu qucaqlamış, hər ikisi yerə yıxılmışlar. Ayxan Sabirin sifətinə yumruq ilə vurduqda Ziya əlində bıçaqla Ayxanın üstünə getmiş və Ayxanı bıçaqla vurmuşdur. Ziya yenidən Ayxanı bıçala vurmaq üçün əlini yuxarı qaldırdıqda o, arxadan yaxınlaşıb Ziyanın əlini tutmuş, Ziya əsəbi halda ona “burax məni, səni də vuracam” sözlərini demişdir. O isə onlara irad bildirib sakit şəkildə söhbət etmələrini demişdir. Bu zaman Sabir Ayxanın üstünə gələrkən Ayxan əlindəki bıçağı Sabirin qarnına soxmuşdur. Ziya halının pis olduğunu dedikdə o, Ziyaya yaxınlaşarkən paltarının qan içində olduğunu görmüşdür. Ziyanı və Sabiri maşına mindirdikdən sonra Sabirin tanışı maşını sürmüş və oradan uzalaşmışlar. O da Ayxanla birlikdə piyada həmin yerdən uzaqlaşıb doqquz mərtəbə adlanan əraziyə gəlmişdir. X8 belindən bıçaqla vurduğunu bildirmiş, daha sonra qohumu ilə görüşəcəyini deyib onunla sağollaşmışdır. O, evə getmişdir. O, həmin hadisənin xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəki şəhəri, “1941-1945 Ana Abidəsi” adlanan ərazidə baş verdiyini, hadisə zamanı Ziya, Ayxan və Sabirin dalaşdıqlarını, o isə İlkin və Sabirin tanışı ilə birgə kənarda dayandıqlarını, hadisə zamanı Sabir və Ayxan bir-birinə yumruq zərbələri vurduqlarını, daha sonra Ziyanın Ayxanın bel nahiyəsinə bıçaqla zərbə vurduğunu, Ayxanın isə Ziyanın belinə, Sabirin isə qarnına bıçaqla xəsarət yetirdiyini, hadisə zamanı xəsarət almadığını, heç kimə xəsarət yetirmədiyini, səs-küy olmadığını, ətrafdan hadisə yerinə heç kimin gəlmədiyini, hadisə zamanı həmin şəxsləri İlkin və Sabirin tanışı ilə birlikdə ayırdıqlarını, Ayxan evdən bıçaq götürdüyünü, həmçinin əvvəllər Ayxanın üzərində bıçaq görmədiyini, hadisə zamanı hava qaranlıq olduğu üçün Ayxanın və Ziyanın əlindəki bıçaqları dəqiq görmədiyinə görə əlamətlərini və olduqları yer barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş ekspert X5 ifadəsində göstərmişdir ki, tərtib etdiyi xx.xx.2024-cü il tarixli 492 nömrəli məhkəmə-tibbi ekspertiza rəyini və xx.xx.2025-ci il tarixli 02/492 nömrəli ekspert rəyinə əlavəni müdafiə edir. Şahid3 müayinədən keçirmişdir. Həmin vaxt onun kürək nahiyyəsində kəsilmiş yara olmuşdur. Lakin qeyd edir ki, yara daxilə keçməmişdir. Yəni yara döş qəfəsinin daxilinə keçməmişdir. Yaranın birinci işlənilməsi prosesidə əməliyyat gedir. Ümumiyyətlə iynə vurulması belə tibbdə əməliyyat gedir. Şahid3 müayinə etmişəm və yaranın daxilə keçmədiyini müəyyən etmişəm. Yaranın daxilə keçmədiyini təsdiq edən tibbi sənədlər mövcuddur. Əgər yara daxil keçmiş olsaymış, şəxs mütləq əməliyyat olunarmış. Yəni yara daxilə keçmiş olsaymış, döş qəfəsi açılarmış və daxili qanaxma yoxlanılarmış. Yara daxilə keçsəymiş və şəxs əməliyyat olunmazdısa, vəziyyəti ağırlaşa bilərmiş və hətta ölümlə nəticələnə bilərmiş. Çünki döş qəfəsində mənfi təzyiq vardır. Hansı ki, bu nəfəs almağı tənzimləyir. Döş qəfəsində olan mənfi təzyiqlə, xaricdəki mühit əlaqəli olan zaman, tənginəfəslik baş verir və getdikcə ağciyər sıxılaraq tənəffüs dayanır. Bu proses nəticəsində insan ölür. Ancaq Şahid3 yara daxilə keçməmişdir. Əgər elə olsaymış cərrahi əməliyyat olunarmış. Çünki yara daxilə keçibsə müayinə oluna bilməz. Mütləq əməliyyat olunmalı və ya ən azından “Trubka”qoyulmalıdır. Şahid3 müayinə etmiş və danışdırmışdır. Həmin vaxt Ziya danışa bilirmiş və tənginəfəs deyilmiş. Bundan başqa hərəkət edə bilirmiş və yata bilirmiş. Həmçinin xəstəlik tarixincəsində, “Rentgen” və xəstəxanadan aldığı digər sənədlər vardır. Şahid3 tikişdən sonra baxmışdır. Şahid3 müəyyən tibbi testlərdən keçirmişlər. Əgər Ziyanın xəsarəti daxilə keçsəymiş nəfəs ala bilməzmiş. Onun tənginəfəsliyi dərhal hiss olunarmış. Yara daxilə keçsəymiş ağır xəsarət sayılarmış və dərhal biruzə verərmiş. Heç bir həkim daxilə keçmiş yaranı risk edib daxilə keçməmiş yara kimi yaza bilməz. Ziyaya bıçaq vurulub, lakin yara daxilə keçməyib. Ola bilər ki, bıçaq qabırğaya ilişib. Cərrah tərəfindən isə yara genişləndirilib. Səhv etmirsə, Ziyaya 5-6 tikiş qoymuşdurlar. Əgər yara daxilə keçsəymiş narkoz verilərək xəstə dərhal əməliyat olunarmış. Əvvəl Ziya kimi xəstələri 1 həftə xəstəxanada saxlıyırmışlar. Lakin indi elə xəstələri əməliyyatdan sonra evə buraxırlar. Tikişdən sonra Ziyanın qalxıb gəzməsi normaldır. Çünki yara daxilə keçsəymiş Ziya gəzə bilməzdi. Ziyaya yerli keyitmə ilə tikiş qoyulmuşdur. Verdiyi rəyləri təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə Şəki MRX-dən Bakı şəhər sakini xx.xx.2006-cı il təvəllüdlü Şahid3d Fuad oğluna “döş qəfəsinin sol yarısında plevral boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası” xəsarəti, İmişli rayon sakini xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “qarnın ön divarının qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın iki yerdə zədələnməsi ilə daxili qanaxma” xəsarətləri ilə tibbi yardım göstərilməsi, həmin şəxslərə tanıdıqları şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokol və ona əlavə olunmuş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs və Şahid3 ilə Təqsirləndirilən şəxs arasındakı dava-dalaş xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəki şəhəri, “1941-1945 Ana Abidəsi” adlanan ərazidə baş baş vermişdir (cild 01, iş vər.10-15). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Şəki RMX” PHŞ-nin arayışından görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə “Şəki RMX” PHŞ-yə müraciət etmişdir. Diaqnoz: Qarının ön divarının qarın boşluğuna keçən kəsilmiş deşilmiş yarası, nazik bağırsağın zədələnməsi və daxili qanaxma (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 44-45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir (cild 01, iş vər. 66). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, həmin tarixdə Şahid3 ərizə ilə Şəki Şəhər- Rayon Polis şöbəsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Şəki Şəhər “Ana abidəsi” adlanan ərazidə aralarındakı mübahisə zamanı əvvəllər tanıdığı Təqsirləndirilən şəxs ona və tanışı Zərərçəkmiş şəxs üzərində saxladığı bıçaqla xəsarət yetirməsi barədə məlumat vermiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir (cild 01, iş vər. 99). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-in Şəki Rayon Şöbəsinin 05 noyabr 2024-cü il tarixli, 488 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: -sol boyun nahiyyəsinin şişkinliyi, sol kürəkaltı və sol əlin üst nahiyyəsinin yarası. Boynun sol yan səthində olan şişkinlik fonunda qançır küt əşyanın, sol əlin arxa səthində və kürəkaltı nahiyyədə olan yaralar kəsici-deşici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixinə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, iş vər. 103). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-in Şəki Rayon Şöbəsindən daxil olmuş 05 noyabr 2024-cü il tarixli, 491 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət:nazik bağarsağın zədələnməsi ilə qarın boşluğunun ön divarının qarın boşluğuna dəlib keçən yarası kəsiçi-deşiçi əşyanın (alətin) ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixinə uyğundur, xəsarət yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir (cild 01, iş vər.105-107). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 156-158). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Naftalan Şəhər İHB-nin 1 nömrəli İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 1112 nömrəli arayışındən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla Naftalan şəhəri, X24 küçəsi, ev 36 ünvanında yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur (cild 01, iş vər.167-168). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq qeydə alınmamışdır (cild 01, iş vər. 175). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş “Goranboy Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2567 nömrəli arayışlardan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Tağıyev X9 RMX-nın Poliklinikasında ruhi-əsəb və Narkoloji kabinetlərdə dispanser qeydiyyatında dayanmır (cild 01, iş vər. 186-187). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsindən daxil olmuş 06 dekabr 2024-cü il tarixli, 17/901 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, təyinatı dəyişdirilməmişdir (cild 01, iş vər. 192-193). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə olunmuş foto cədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərmişdir (cild 01, iş vər. 196-201). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “əşyaların tanınmaya təqdim edilməsi barədə” protokol və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona tanınma üçün təqdim edilən bıçaqların arasından 3 nömrəsi ilə işarələnmiş hadisə zamanı ona xəsarət yetirilən bıçağı tanımışdır (cild 01, iş vər. 214-215). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın 29 dekabr 2024-cü il tarixli 970 №-li rəyində göstərilmişdir ki, -əqli və psixi inkişafın xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. -Təqsirləndirilən şəxshər hansı psixi xəstəlikdən əziyyət çəkməməsi səbəbindən o, hadisə zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanda olmuşdur, yəni anlaqlı olmuşdur, o, hal hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanındadır. -Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Onun hal hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əsas fərdi-xüsusiyyətləri aşağıdakılardır: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur; Əqli və psixi inkişafını nəzərə almaqla Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk edə bilmək qabiliyyətindədir (cild 01, iş vər. 225-228). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-in Şəki Rayon Şöbəsindən daxil olmuş 21 yanvar 2025-ci il tarixli, 01/491 nömrəli rəyindən görünür ki: Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət:nazik bağarsağın zədələnməsi ilə qarın boşluğunun ön divarının qarın boşluğuna dəlib keçən yarası kəsiçi-deşiçi əşyanın (alətin) ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2024-cü il tarixinə uyğundur, xəsarət yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarət ekspertizaya təqdim olunan bıçaqla, o cümlədən təqdim olunmuş bıçaqdan böyük ölçülü tiyəsi olan oxşar bıçaqla yetirilə bilərdi (cild 01, iş vər. 244-246). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqları üçün onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 02, iş vər. 09). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə bağlı hissədə cinayət təqibinə bəraət verici əsaslar olmadan hissəvi xitam verilmiş və Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir (cild 02, iş vər. 14-23). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş 18 fevral 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 228.4 və 29, 120-ci maddələrinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş və təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə, Şahid2, Şahid1 və Şahid4 əməllərində CM-in 307-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş və təqsirsizliklərini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs və Şahid3 əməllərində CM-in 221-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş və təqsirsizliklərini təsdiq edən sənədlərin surəti çıxarılaraq Şəki rayon prokurorluğuna göndərilmişdir (cild 02, iş vər. 27-39). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və qeyd edilən sübutları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, o cümlədən ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə kollegiyası ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir - birlərini təhsil aldıqları kollecdən tanımış, belə ki, onlar əvvəllər bir kollecdə oxumuş və sonra Zərərçəkmiş şəxs oxuduğu kollec müsıqi kollecinə daşınmışdır. Onlar bir - birlərin tanımaqlarına baxmayaraq yaxın münasibətdə olmamışlar. Həmçinin Zərərçəkmiş şəxs ilə Şahid5 arasında dostluq münasibəti olmuş, ancaq Təqsirləndirilən şəxs ilə Ayşə Yusifli arasında sevgi münasibətləri olmuşdur. Ayxan ilə Ayişənin bu münasibətindən Zərərçəkmiş şəxs məlumatı olmuşdur. Cinayət hadisəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə görüşmüş və X21 Yusifli ilə olan əlaqələrini kəsməyi bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dostu Şahid3 ilə görüşərək ona bu barədə məlumat verərək Zərərçəkmiş şəxs ilə danışmasını xahiş etmişdir. Şahid3 Təqsirləndirilən şəxs ayrıldıqdan sonra Zərərçəkmiş şəxs ilə görüşərək Təqsirləndirilən şəxs onu saxladıb qız barədə söhbət etdiyini və Ayxan onun arxasınca danışıb, onu təhqir edib onu vuracağını bildirmişdir. Bundan sonra onlar yenidən Təqsirləndirilən şəxslə görüşməyi qərara almış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək təkrar söhbət etməyə çağırmış və gəlib onu maşınla götürəcəklərini bildirmişlər. Bundan sonra Ayxanı maşınla götürüb “1941-1945” adlanan əraziyə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yanında Ziya, İlkin, Yusif, Təqsirləndirilən şəxs isə tanışı Fərid ilə birlikdə olmuşdur. Onların ikisini götürüb “19411945” adlanan əraziyə getmişlər. Ziya maşını saxlamış, maşından düşdükdən sonra Sabirlə Ayxan kənara çəkilib söhbət etmişlər. Nəticədə isə Sabirlə Ayxan söhbət edən zaman ondan onun arxasınca danışıbdanışmadığını soruşmuş, Təqsirləndirilən şəxs isə elə bir hal baş vermədəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməklə əl və ayaq zərbələri vurmuşdur. Zərərçəkmiş şəxsylə Təqsirləndirilən şəxs dalaşarkən Şahid3 onların yanına getmiş, Ayxanı təpiklə vurmuş, Ayxan yerə yıxılmış və durmuşdur. Ayxan ayağa qalxıb Ziyanın üstünə gəlmiş və Şahid3 təkrar Təqsirləndirilən şəxs təpik vurmuşdur. Tərəflər arasında mübahisəni davam etdiyi zaman Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs üstünə gəlmiş və sonuncu özünü qorumaq üçün Təqsirləndirilən şəxs təpik atmış, bu zaman Ayxan Sabirin üstünə gələrək əlindəki bıçaqla qarın nahiyəsindən bir zərbə ilə vuraraq Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə qarın boşluğunun ön divarının qarın boşluğuna dəlib keçən yarası ilə nəticələnən, dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Yuxarıda göstərilən hallar cinayət işinin mübahisəsiz hallarıdır və bu hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahidlər Şahid3, Şahid2, Şahid4, Şahid1 və Şahid5 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları və ibtidai istintaqda verdikləri, həmçinin məhkəmə kollegiyasının iclasında elan edilməklə tədqiq edilmiş ifadələri əsasında tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlərlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarətləri məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbələr nəticəsində almışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Eyni zamanda məhkəmə kollegiyası cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Şahid5 ilə aralarında olan münasibəti kəsməyi ondan tələb etməsini, həmin gün tanışı Şahid3 ilə danışdıqdan sonra yenidən Təqsirləndirilən şəxslə görüşmək qərarına gələrək ona zəng etməsini və gəlib onu götürəcəklərini bildirmələrini, Şahid3 istifadəsində olan nəqliyyat vasitəsinə mindirərək onun “1941-1945 Ana Abidəsi”nin yanına apraraq orada aralarında əvvəllər bu barədə olmuş söhbəti başqalarına deməsini irad bildirməsini, həmçinin nalayiq ifadələr işlətməklə əl və ayaq zərbələri ilə ona vurmasını, başqa sözlə, göstərilən bu halları bütövlükdə nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs ona qarşı sərgiləmiş olduğu hərəkətlərinin təsiri altında və həmin hərəkətlərin nəticəsində törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduqları ifadələri əsasında tam şəkildə təsdiq olunduğundan, sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın həmin şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilən hallara və əsaslara baxmayaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin məhz zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, təhsil almasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və əsasən də onun yaşını, cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını, habelə hazırda X13 tələbəsi olmaqla təhsilinin davam etdirməsini, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, onun hərbi xidmət üzrə yararlı olmasını və hazırki yaş dövrünü, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Naftalan şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Naftalan şəhər icra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Şəki Şəhər - Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Naftalan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şəki Şəhər – Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30 (otuz) manat 60 (altmış) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə Hakimlər: Günay Aşurova Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-161/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-161/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver