Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-162/2022 05.12.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X11, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1985-ci ildə Ağdərə rayonu, Maniklu kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 30 mənzil 46-da qeydiyyatda olan və ünvan 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bayramov X8 Şəhər məhKəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 04 ay müddətində azadlıqdan məhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilməsinə, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, məhkumluğunun qanunla müəyyən edilmiş qaydada götürülməməsinə və ödənilməməsinə baxmayaraq islah olunmayaraq, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən narkotik vasitə olan heroinin külli miqdarı 2 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi ümumi təmiz çəkisi 157,361 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroini və həmin qanunun 19-cu bəndinə əsasən narkotik vasitə tiryəkin külli miqdarı 50 qram müəyyən edildiyi halda qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi təmiz çəkisi 440,00 qram külli miqdarda narkotik vasitə tiryəki, habelə qanunsuz olaraq əldə etdiyi xarici dövlətlərinin hərbi qüvvələrində istifadə olunan, «DVM» tipli alışdırıcı-partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş, tamlığı pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlı döyüş sursatı hesab olunan 1 ədəd “RQD-5” tipli əl qumbarasını yaşadığı ünvan 6-yə aparıb, narkotik vasitə heroindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,147 qram olan hissəsini əynində olan qara rəngli şalvarının arxa sağ cibində satış məqsədi ilə saxlayaraq daşımış, narkotik vasitə heroinin təmiz çəkisi 156,214 qram hissəsini 01 ədəd sellofan bükümdə yaşadığı ünvan 6-nin yataq otağındakı güzgülü şkafın üst siyirməsində, 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 440,00 qram narkotik vasitə tiryəki həmin yataq otağındakı çarpayının altında, 1 ədəd “RQD-5” tipli döyüş sursatı hesab olunan əl qumbarasını isə mənzilin qonaq otağında dolabın üst hissəsində qanunsuz olaraq saxlamış, 10 mart 2022-ci il tarixdə saat 1340 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri, M.Maqomayev küçəsi 10 №-li binanın blokunda saxlanıldıqdan sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən ünvan 2anı satış məsqədi ilə üzərində saxladığı və daşıdığı 1,147 qram çəkidə narkotik vasitə – heroin əynində olan qara rəngli şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüş, habelə onun yaşadığı ünvan 6-yə ərizəsi əsasında baxış keçirilərkən satış məqsədi ilə saxladığı ümumi təmiz çəkisi 156,214 qram, yəni külli miqdarda narkotik vasitə heroin və satış məqsədi ilə saxladığı ümumi təmiz çəkisi 440,00 qram, yəni külli miqdarda olan narkotik vasitə tiryək, habelə “RQD-5” tipli əl qumbarası və 1 ədəd “RQD-5” tipli döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 mart 2022-ci il tarixdə onun övladını məktəbə aparıb gətirən sürücü onunla əlaqə saxlayaraq pul qabının avtomobildə qaldığını, gedib həmin pul qabını götürməsini bildirdikdən sonra yaşadığı evdən çıxarkən iti də evdən çıxmış, itini evə qaytarmaq istəyərkən iki nəfər polis əməkdaşı onu saxlamış, digər polis əməkdaşları isə evə daxil olmuşlar. Polislər onu binanın giriş hissəsinə aparmış, orada Rəhman adlı polis əməkdaşı ona evində narkotik vasitə olduğunu bildirmişdir. Rəhmana onda narkotik vasitə olmadığını bildirdikdən sonra Fariz adlı polis əməkdaşı onun qolundan vurmuş, Rəhman isə onun başından təpiklə vurmuşdur. Binanın qarşısında üzərinə keçirilən baxış zamanı üzərindən 1485 manat pul aşkar edilmiş, daha sonra Rəhman evinə gedib qayıtdıqdan sonra evdən qumbara aşkar olunduğunu bildirmişdir. Polislərə əl qumbarasını stadiondan tapdığını bildirdikdən sonra onu polis şöbəsinə apararaq evinin müxtəlif yerlərində narkotik vasitə aşkar edildiyini bildirmişlər. Polis əməkdaşlarına evində narkotik vasitə olmadığını bildirsə də sonuncular onunla birlikdə yaşayan Mina adlı qadını da bu işə qatacaqlarını bildirmişlər. Buna görə də məcbur qalaraq evindən aşkar olunmuş narkotik vasitəni boynuna almışdır. Onda narkotik vasitə olmamış, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2021-ci ilin dekabr aylarında “instagram” sosial şəbəkəsində “Seyid” adlı şəxs onun hesabına yazaraq narkotik vasitə olan nəşə, kokos, patı və tiryəkin olduğunu və heroinin qramının 13 manat, tiryəkin qramının isə 7 manata satdığını bildirmişdir. Sonradan həmin Seyid adlı şəxsin göndərdiyi “watsapp” nömrəsi ilə əlaqə saxlayaraq ona narkotik vasitə satmasını xahiş etmiş, Seyidin göndərdiyi Kapital Banka məxsus plastik kart hesabına 130 manat pul yükləmişdir. Təxminən bir saat sonra Seyid adlı şəxs “watsapp” vasitəsi ilə ona konum və narkotik vasitə olan heroini qoyduğu ərazinin şəklini “ox” istiqaməti ilə bildirərək həmin ərazinin Novxanı qəsəbəsində yerləşdiyini söyləmişdir. Pərviz adlı şəxsin idarə etdiyi avtomaşınla şəffaf rəngli sellofan torbaya bükülmüş üzəri isə skoçlanmış vəziyyətdə olan həmin narkotik vasitə olan heroini Novxanı qəsəbəsində yerləşən dəniz qırağı məhlələrin yaxınlığında böyük qırmızı rəngli evin yanındakı işıq dirəyinin alt hissəsindən götürdükdən sonra Mingəçevir şəhərinə qayıtmışdır. Həmin narkotik vasitəni üzərində daşıyaraq Minə Qurbanova və Minənin oğlu Uğur ilə birlikdə yaşadığı mənzilə gətirmişdir. Narkotik vasitə almaq üçün Bakı şəhərinə getməsi və yaşadığı mənzilə gətirməsi barədə Minə və sonuncunun övladı Uğura heç bir məlumat verməmiş, heroini yaşadığı mənzildə paltar rəfində olan gödəkçənin iç cibinə qoyaraq gizlətmişdir. Təxminən 2021-ci ilin dekabr ayının axırlarında o, yenidən Seyid adlı şəxslə “watsapp” vasitəsi ilə əlaqə saxlayaraq yenidən narkotik vasitə olan heroin lazım olduğunu bildirmiş, yenə Pərviz adlı taksi sürücüsü ilə Bakı şəhərinə gedərək, Seyidin göndərdiyi kapital bank hesabına 260 manat pul yüklədikdən sonra Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Rahat marketlə üzbəüz divarın dibində şəffaf rəngli üzəri skoçlanmış 20 qramlıq narkotik vasitə olan heroini götürüb Mingəçevir şəhərində yaşadığı mənzildə olan rəfin siyirtməsində saxlamışdır. Təxminən 2022-ci ilin yanavar ayının ortalarında yenidən “Seyid” adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitə heroin istəmiş, bu dəfə Seyidin göndərdiyi “Unibank” a məxsus plastik kart hesabına 390 manat pul yüklədikdən sonra Pərvizin idarə etdiyi taksi ilə Bakı şəhərində N.Nərimanov prosketində parkda yerləşən oturacağın alt hissəsində yerləşən semiçka seloffanının içərisinə şəffaf rəngli üzərində 30 qram yazılmış bükümü götürərək yenidən Mingəçevir şəhərində yerləşən yaşadığı mənzilə qayıdıb hamamda yerləşən vannanın alt hissəsinə gizlətmişdir. 2022-ci ilin fevral ayının sonlarında yenidən Seyid adlı şəxslə “whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə heroin istəmiş, Seyidin ona göndərdiyi “Kapital bank” a məxsus kart hesabına 390 manat pul göndərdikdən sonra taksi fəaliyyəti ilə məşğul olan Bəxtiyar adlı şəxslə birlikdə Bakı şəhərinə gedərək Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşən kiçik parkda olan çiçəklərin dibində şəffaf rəngli sellofan torbada olan 30 qramlıq heroini götürərək həmin taksi ilə Mingəçevir şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Bəxtiyar adlı taksi sürücüsü ilə Bakı şəhərinə yollanmış, Seyid adlı şəxs ilə əlaqə saxlayaraq 162 qram heroin və 445 qram tiryək almaq istədiyini bildirərək Seyidə 1300 manat pul yükləmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhərində kirayə yaşadığı M.Maqomayev prospekti 10, mənzil 7-də yerləşən mənzilə gəlmiş, saat 13 radələrində narkotik vasitə olan heroindən bir hissəsini axra sağ cibinə qoyaraq binanın blokundan aşağı binanın qarşısına düşən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirərək onu Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sağ arxa cibindən çəkisi 1,41 qram olan narkotik vasitə heroinin olduğu bükümü təqdim etmiş, sorğu zamanı yaşadığı mənzildə də, narkotik vasitə olan heroin və tiryəkin, eyni zamanda bir ədəd əl qumbarası olduğunu bildirdiyinə görə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman yataq otağında güzgülü rəfin üst siyirtməsində çəkisi 160 qram olan narkotik vasitə olan heroin, bir ədəd tərəzi, yataq otağında olan çarpayının alt hissəsində sellofan torbada çəkisi 445 qram olan narkotik vasitə olan tiryək, qonaq otağında dolabın sağ üst hissəsində bir ədəd əl qumbarası aşkar edilərək götürülmüşdür. Bir ədəd əl qumbarasını 2022-ci ilin mart ayının əvvəlləri Mingəçevir şəhər stadionunda piyada gəzən zaman tapmış, sonra yaşadığı ünvan 4 ünvanına gətirərək yaşadığı mənzildə gizlətmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadəsində X10 göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən evdə birlikdə kirayədə yaşadığı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində özünə məxsus pul qabını taksidən götürmək üçün mənzildən çıxıb geri qayıdacağını bildirdikdən bir müddət sonra polis əməkdaşları ilə mənzilə geri qayıtmış, polis əməkdaşları tərəfindən yaşadıqları mənzilə baxış keçirilən zaman yataq otağında güzgülü rəfin üst siyirtməsində narkotik vasitə olan heroin, bir ədəd tərəzi, yataq otağında olan çarpayının alt hissəsində sellofan torbada narkotik vasitə olan tiryək, qonaq otağında dolabın sağ üst hissəsində bir ədəd əl qumbarası aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs kirayə yaşadıqları ünvan 4 ünvanında narkotik vasitələr və əl qumbarasının gizlədərək saxlaması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin X1 baş əməliyyat müvəkkili işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 1340 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid6, Şahid7, X9 Qrupunun əməliyyat müvəkkili Şahid8, Mingəçevir ŞPŞ-nin ƏRQ-nin operatoru Şahid9 ilə birlikdə Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı Mingəçevir şəhəri, M.Maqomayev prospekti 10 saylı binanın yaxınlığında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib sonuncunu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Polis Şöbəsinə gətirildikdən sonra şübhəli şəxs kimi üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın arxa sağ cibindən çəkisi 1,41 qram heroin olan şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofan bükümün içərisində olan narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonundan aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, yaşadığı mənzildə də, narkotik vasitə və əl qumbarası olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı M.Maqomayev prospekti ev 10, mənzil 7 ünvanındakı evə baxış keçirilən zaman yataq otağının giriş qapısının sağ tərəfində yerləşən güzgülü termonun üst çəkməcəsindən bir ədəd elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 160 qram olan narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin yataq otağındakı yatağın alt hissəsində şəffaf rəngli sellofan bükümdə çəkisi 445 qram olan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar edilmişdir. Mənzilin digər otağı yəni qonaq otağına baxış keçirilən zaman paltar dolabının üst hissəsinin sağ küncündə yerləşən çəkməcəsindən bir ədəd əl qumbarası aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri İran Respublikası vətəndaşından onlayn qayadada aldığını və şəxsi istifadəsi üçün yaşadığı mənzildə saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzildən aşkar edilmiş bir ədəd əl qumbarasını Mingəçevir şəhərində yerləşən şəhər stadionu ərazisində gəzən zaman yerdən tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid6, Şahid7 və X9 Qrupunun əməliyyat müvəkkili Şahid8 eyni məzmunlu ifadə verərək Şahid5 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən 2 otaqlı mənzil xalası oğlu Məcid Qurbanova məxsus olmaqla sonuncu bir neçə il əvvəl Rusiya Federasiyasına köçmüş və özünə məxsus ünvan 4 ünvanında yerləşən mənzili müəyyən məbləğ müqabilində kirayə verməyi ona tapşırmışdır. Təxminən 2022-ci il mart ayının əvvəllərində adını sonradan bildiyi Fariz adlı şəxs ona zəng edərək qardaşı və ailəsinin kirayə ev axtardığını bildirmiş, Farizlə 200 manata razılaşmışlar. xx.xx.2022-ci il tarixdə günorta saatlarında bir nəfər polis əməkdaşı ona zəng edərək icarəyə verdiyi ünvan 4 ünvanına yaranmış zərurətlə əlaqədar baxış keçirilməli olduqlarını və evin faktiki sahibi onun olduğu üçün razılığının olub-olmadıqlarını soruşduqda buna razılıq verərək faktiki ona məxsus olan mənzilə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə Mingəçevir şəhər Polis Şöbəsində ərizə yazmışdır. Daha sonra Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili Şahid5, CABnın əməliyyat müvəkkili Şahid6, NMQ-nın əməliyyat müvəkkili Şahid8, CAB-nın əməliyyat müvəkkili Şahid7 icarə əsasıdında xalası oğluna məxsus mənzildə yaşayan Təqsirləndirilən şəxs müdafiəçisi X4 və Təqsirləndirilən şəxs razılığı və iştirakı həmçinin, Maqomayev prospekti ev 10, mənzil 7 ünvanında olan Təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə yaşadığı Şahid1 və iştirakları ilə birlikdə ünvan 6 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman yataq otağının giriş qapısının sağ tərəfində yerləşən güzgülü termonun üst çəkməcəsindən bir ədəd elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 160 qram olan narkotik vasitə heroinə oxşar kütlə və bir ədəd “Samsung” markalı mobil telefon, həmin yataq otağındakı yatağın alt hissəsində çəkisi 445 qram olan şəffaf rəngli sellofan bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə, paltar dolabının üst hissəsinin sağ küncündə yerləşən çəkməcəsindən bir ədəd əl qumbarası aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və müvəqqəti yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələri İran Respublikası vətəndaşından onlayn qaydada, aldığını və şəxsi istifadəsi üçün yaşadığı mənzildə saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı mənzildən aşkar edilmiş bir ədəd əl qumbarasını Mingəçevir şəhərində yerləşən şəhər stadionu ərazisində gəzən zaman yerdən tapdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayının ortalarında taksi kimi fəaliyyət göstərdiyi vaxt gəlmiş sifariş əsasında Təqsirləndirilən şəxsla tanış olmuş, sonra Feruz ona hər ay 150 manat pul verməklə təxminən dörd ay müddətində sonuncunun öz uşağı kimi təqdim etdiyi Uğur adlı azyaşlını hər gün saat 12 radələrində Mingəçevir şəhəri, “Ata bank” ın yanında yerləşən binanın qarşısından Mingəçevir şəhəri, Azdress qəsəbəsində yerləşən 8 saylı tam orta məktəbə aparmış və hər gün saat 17 radələrində isə Mingəçevir şəhəri, Azdress qəsəbəsində yerləşən 8 saylı orta məktəbdən götürərək “Ata bank” ın yanında yerləşən binanın qarşısına gətirmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-ci ildə Salyan rayonu, Xələş qəsəbəsində 5 saylı cəzaçəkmə müəssəsində birlikdə cəza çəkərkən tanımış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən və satışından məlumatlı olmuşdur. ***-***-**-** saylı mobil nömrəni Təqsirləndirilən şəxs qardaşı Pərviz Bayramov ona məxsus olan şəxsiyyət vəsiqəsi ilə Mingəçevir şəhəri ərazisində nar nömrələrin satışını həyata keçirən dükandan 6 manata almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/231 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə...” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi - 1.147 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə (160 qram)” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi- 156.214 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə 445 qram” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi - 440.00 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. Heroin və tiryək müxtəlif növ narkotik vasitələr olduğundan onların müqayisəli tədqiqatı aparılmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinsi zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə partlayıştexniki ekspertizasının xx.xx.2022-ci il tarixli 22/3235R nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya RQD-5 tipli hücum təyinatlı əl qumbarasının gövdəsidir natamam döyüş sursatıdır. Digər 01 ədəd əşya «DVM» tipli partlayıcıdır, həmin əl qumbarasının partlayıcısıdır. Həmin 01 ədəd “RQD-5” tipli əl qumbarasının gövdəsi ilə «DVM» tipli alışdırıcı-partladıcını komplektləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır, xarici dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığın pozulmadığı üçün təyinatı üzrə istifadə üçün yararlıdır. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əyinində olan qara rəngli şalvarın arxa sağ cibindən ümumi təmiz çəkisi 1.147 qram narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanındakı mənzilin yataq otağının güzgülü rəfin üst siyirməsində ümumi çəkisi 156,214 qram narkotik vasitə heroin, narkotik vasitələrin qəbulunda, satışında istifadə edildiyi ehtimal edilən elektron tərəzi, narkotik vasitələri onlayn qayda da, əldə etdiyi bir ədəd “Samsung” markalı mobil telefon, yataq otağındakı çarpayının alt hissəsində ümumi çəkisi 440 qram olan tiryək, qonaq otağında dolabın sağ üst hissəsindəki siyirmədə bir ədəd yaşıl rəngli əl qumbarası aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A6” markalı mobil telefona baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Mobil telefonda “Kişilər” bölməsində adı “İran Pati” kimi qeydiyyata alınmış ölkə kodu İran İslam Respublikasına məxsus olan “+**********08” saylı mobil nömrə qeyd olunmuşdur. Mobil telefonda adı qeyd edilməmiş +**********36 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə “Ayqa mənəm Bekir usaqin telefonundan yigiram telfonu götür” məzmunudə mesaj göndərilmişdir. Adı qeyd edilməmiş +**********86 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə “Ay qa cin nömreye mesaj yazdim mene cavab geldi ki, yoxsan. Ay qa qadan alaram mene cavab yaz da nolar ki Allaha and olsun cox pisdi vezyet” “ Ay qaqa men sene xais eedim nolar ki mene bir kelme cavab yazardin ozum olum menim vezyetim pisdi kankret bir kelme cavab yazda nolar ki” xx.xx.2022-ci il tarixdə “FERUZ QAQA SEHER GEDİREM MALİCEYE MENE KOMEHLİH ELƏ GEDİREM BAKİYA O GUN DE NE QEDER GOZDEDİM SEN ACMADİN ZENGİMİ” məzmununda mesaj gönrədilmişdir. ”FariZ” qardawiM” adı ilə qeyd olunmuş +**********77 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə “Feruz perviz meni yiğmiwdi taksi deyir mən neyniyim guya sen demisen butun sen oduyesen heni 5 min pul kecir konlunden meni yig bidene” xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan nömrə vasitəsi ilə ”FariZ” qardawiM” adı ilə qeyd olunmuş +**********77 saylı mobil telefon nömrəsinə “Gələndə kəpənəg al” məzmununda mesaj göndərilmişdir. Adı qeyd edilməmiş +**********23 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə “hansi bankdi” “qaqa qurban olum taksi sikib mazqimi ne olar bir az telesdir” xx.xx.2022-ci il tarixdə “ Bele 45m pulum var amma z Eng edencoxdu uzadiramdeyeboul veren yoxdu meene komeklik ele imkan olsa iki dene biryari yoxdu duseni atdi” xx.xx.2022-ci il tarixdə “Qaqa 100 manat hazirdi vurum” xx.xx.2022-ci il tarixdə “Qaqa oyaqsan” “men agriyiram siz lomka nedi bilmirsiz iki qardas menden qehbe olmaz mene oyun oynamayin zaklatsik yox bir ehmed bu mene kecmez agriyiram anamin goru narahat mene komek edin elemirsizse seyin bilim gozləyirem seherden soyuqda” xx.xx.2022-ci il tarixdə “Qaqa ayagim tikisdi pulumda yoxdu taksi ele gedim hsnsibterefe gedim camahat elinde pul meni gozdeyir mün ozumu duzeltmek isteyirem bele getse biyabitciliqdi sefimi basa dusurem senden uzr isteyirem mene komeklik et her seyi basa dusurem indi” “Qaqa varyoxunu sikim pisem çox narahatam bir kelme cavab ver agriyiram pis agriyiram” “Qaqa isteyen coxdu ne olar tez attira bilsen pul eleyib birde vurardim qadan alaram” məzmununda mesaj göndərilmişdir. ”Kapital Bank” dan xx.xx.2022-ci il tarixdə “mədaxil 25.00 AZN balans 59.00 AZN” xx.xx.2022-ci il tarixdə “Mədaxil 40 AZN Balans 99.00 AZN” xx.xx.2022-ci il tarixdə “Mədaxil 60.00 AZN Balans 159.00 AZN, “Mədaxil 30.00 AZN Balans 189.00 AZN, xx.xx.2022-ci il tarixdə “Mədaxil 20.00 AZN Balans 209.00 AZN, xx.xx.2022-ci il tarixdə “Mədaxil 20.00 AZN Balans 229.00 AZN” məzmununda mesaj göndərilmişdir. Beko_cin adı ilə qeyd olunan +**********51 saylı mobil telefon nömrəsindən daxil olmuş “ay qa belə eləmə evi qatmışam bir birinə nolar telefonu ac bir soz de ölürəm” məzmunda mesaj göndərilmişdir. “EKİW” adı ilə qeyd edilmiş +**********51 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə “Qaqa mənəm masİnnnanam hara kelim” “Qaqa ekisdiimkan isimvar teli ac” məzmunuda mesaj daxil olmuşdur. Adı qeyd edilməmiş +**********37 saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə “X21 ki X20 X19 2 Olsa Besti” məzmunlu mesaj göndərilmişdir. Mobil telefonun “Fotoğraflar” bölməsinə baxış zamanı aşağıdakılar aşkar edildi: xx.xx.2022-ci il tarixli şəkildə “eManat” ödəmə sisteminin 11098 nömrəli çekinin şəkili vardır. Çekin məzmunundə müştəri MƏMM**** AR** MU** OĞ** nun adına olan Rabitə banka məxsus debet karta mədaxil 120.00 manat pulun Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi., 100 ünvanında yerləşən Araz Marketdən xx.xx.2022-ci il tarixdə köçürülməsi əks olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23:03-də fotoğraflar bölməsində olan hündür mərtəbəli binanın qaranlıq hissəsinə göy rəngli ox vasitəsi ilə işarələnmiş şəklin ekran görüntüsü qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 22:31-də fotoğraflar bölməsində olan sağ tərəfi sarı rəngli kubikdən ibarət olan hasarın yanına göy rəngli fotoşəkil qeydə ahündür mərtəbəli binanın qaranlıq hissəsinə göy rəngli ox vasitəsi ilə işarələnmiş şəklin olması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli şəkildə “Kapital bank” a məxsus çekin şəkili vardır. Çekin məzmunundə müştəri A***** N***** Z***** adına olan “Kapital bank” a məxsus karta mədaxil 1300.00 manat pulun Yevlax rayonu, Xaldan qəsəbəsində yerləşən Nur marketdən xx.xx.2022-ci il tarixdə saat 19:16:51-də köçürülməsi əks olunmuşdur. xx.xx.2022-ci il tarixli şəkildə “Rabitə Bank” a məxsus yaşıl rəngli üzərində **********348269 nömrəsi olan kartın şəkli əks olnmuşdur. xx.xx.2022-ci il tarixli şəkildə ağ rəngli elektron tərəzinin üzərində şəffaf rəngli sellofan bükümün içərisində rəngindən narkotik vasitə olan heroinə oxşar kütlənin 10.3 qram olması göstərilmişdir. xx.xx.2022-ci il tarixli şəkildə qara rəngli elektron tərəzinin üzəridə şəffaf rəngli sellofan bükümün içərsində rəngindən narkotik vasitə heroinə oxşar kütlənin 97.44 qram olması göstərilmişdir. xx.xx.2022-ci il tarixli saat 21:42-də “watsapp”ani ismarıc mesajlaşma sisteminin ekran görüntüsündə iran əlifbası ilə adı qeyd olunan şəxsin Təqsirləndirilən şəxs konum atması, bir ədəd “konumun lap axrinda balaca park var mehkemenin yanindagir parka sekildeki yerde 100k” məzmununda mesaj göndərmiş və şəkildə həmin yeri göy rənglə qeyd etməsi müəyyən edilmişdir. İş üzrə tərtib edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***- **-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrinə daxil olan və çıxan zənglərə, mesajlara, mesajlarda göndərilən mətnlərə dair məlumatlar və əlaqədə olmuş abonentlərin anket və anten məlumatları ilə bağlı görüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilməsinə dair xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajların mətninin əks olunduğu qrafikin 1-ci və 2-ci bəndində X7 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsindən kiril qrafikalı ilə əlifba ilə daxil olmuş “maya salim elime xaiş edirem komekliy ele........” “ayqa iştek xaldenik var z dene aynun deyişek., vegiyet pisti” yazıları qeyd olunmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesajların mətninin əks olunduğu qrafikin (9-17)-ci bəndlərində Şahid3 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsindən latın qrafikalı əlifba ilə daxil olmuş “im ucun ferqi yoxdu amma men bir gun yenede qalxacam yenede her sey menim ucun yaxsi olacaq”, “men size qarsi tamam ferqli olaram bele ayaq tutub amma yerimez bir kelme gelme dey gelmerem men senin pis gununde yaninda olardim olmusamda bele men”, “niye bele eleyisiz mene bunu hec qehbeye gote elemirler yaddamsa bilim yadam sizden ta umum kusmuyubda pis dedikce pis olur her sey menim elimde imkan o”, “yatmamisansa gelim da men”, “allaha and olsun bezmisem canindan kime derdimi neyi ne cur eleyim bilmirem basim itirmisem, “oyur komeklik ele mene tezden temam olsun camahat qacmasin onun pulunu verim, “nir ustune gedirem duzelsin eyri olur ne olar mene 5o,manatim var iki dene tema ver satim onun pulunu verim kime yaxsiliq edirem agri meni pis veiyyete q”, “bunun varyoxun sikim 100manata ustu 100manat selem veribdi mene men ne eleyirem axri pis gelir qara palasa” “qaqa pulum var berk agriyiram 5qram tema lazimdi” yazıları X7 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsindən latın qrafikalı əlifba ilə daxil olmuş “Men Mehemmed” yazısı “ayqa menem menemmed tepe as”, Nömrənin sahibini müəyyən edilməyən ***-***-**-** saylı mobil telefon nömrəsindən latın qrafikalı əlifba ilə daxil olmuş “Qaqa naqarsan menim ekus imkan var 3 ceki mal ver 905 manat verim birde 20 manat borcumdan verim indi birde her g~n” yazısı, Babayev Adəmin adına qeydiyyatda olan ***-***-**-**saylı mobil telefon nömrəsindən latın qrafikalı əlifba ilə daxil olmuş “Qaqa evin yanlndayam” yazısı, X12 adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsindən latın qrafikalı əlifba ilə daxil olmuş “QAqa oyaxsan?” yazısı, Səbuhi Hüseynovun oğlunun adına qeydiyyatda olan ***-***-**-** saylı mobil telefon nömrəsindən latın qrafikalı əlifba ilə daxil olmuş “Ay qaqa bir kelme s|zum var sene” “Ay qaqa sozum var” “Ay qa menem Blis” “ yazısı qeyd olunmuşdur. İş materiallarında olan Mingəçevir şəhər 14 saylı Mənzil İstismar sahəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 270 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Bayramov X8 şəhəri, Nərimanov küçəsi, ev 30, mənzil 46-da yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Opoidlərin qəbulu nəticəsində davranış pozuntusu, asılılıq sindromu” ilə narkoloji kabinetdə qeydiyyatdadır. İş matariallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Bayramov X8 Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3, 177.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinərək qzancının 20% dövlət nəfinə tutulmaqla 01 il islah işləri və 3000 manat cərimə cəzasına məhkum olunmuş, həmin Məhkəmənin xx.xx.2016cı il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 04 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 04 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin resdivi müəyyən edilir. İş materiallarına əlavə edilmiş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1400-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Mİngəçevir şəhər Məhkəməsinin 12 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs CMin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun evinə qoyulması, polis əməkdaşlarının təzyiq və təsiri nəticəsində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirməsinə dair ifadəsini özünü müdafiə xarakterli məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul dir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı video çəkilişlə dəvət edilmiş müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və yaşadığı evə keçirilən baxış zamanı aşkar olunan narkotik vasitələrin özünə məxsus olmasını bildirmiş, müdafiəçisinin ona dəfələrlə ünvanladığı suallara cavab verərkən də ona qarşı heç bir təsir-təzyiq olmadığını göstərmiş, həmçinin barəsində həbs qətimkan tədbiri seçilən zaman da ona qarşı hər-hansı bir qanunsuzluğa yol verilməsi barədə məhkəməyə bu barədə bəyan etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefonuna və mobil tetefon nömrəsinə aid sms yazışmalara keçirilən baxış protokolundan onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edən dəlillərin aşkar olunması da onun məhkəmə zamanı verdiyi ifadəsinin işin hallarına uyğun gəlməyən obyektiv ifadələr olmadığını bir daha təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin CM-in 228.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi cəzasını yüngülləşdirən haldır. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin resdividir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, CM-in 56.1.3-cü maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzrər alınmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən cinayətin aləti olan 01 ədəd (bir) ədəd əl qumbarası xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 349-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məclləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 10 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat, on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan 157,261 qram narkotik vasitə-heroin, 439,900 qram tiryək, 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, Samsung modelli Galaxy A6 markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Cinayətin aləti olan 01 ədəd (bir) ədəd əl qumbarası xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Silah və Sursat Anbarına təhvil verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-162/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-162/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver