Məhkəmə qərarları › İş №1(091)-163/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-163/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-163/2024 04.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Məmmədov Bilal Mahir oğlu, hakimlər: Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X6 müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq hər birinin üzərində «F/M40» göstəricisi olan, qəhvəyi rəngli 3 (üç) ədəd konvalyut kəsiyində, hər birinin ayrılıqda içərisində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, 3 ədəd həbdə ümumi çəkisi 0,12 qrama bərabər narkotik vasitə – metadonu, habelə satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, yəni 14,497 qram çəkidə psixotrop maddə – metamfetamini əldə edib, içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, «F/M40» göstəricisi olan 1 həb narkotik vasitə - metadonu xx.xx.2023-cü il tarixdə saat 15 radələrində tanışı Şahid4 yaşadığı ünvan 3 ünvanının yaxınlığında 60 manata, sonuncu tərəfindən pulunun sonradan ödənilmək şərti ilə qanunsuz olaraq satmış, içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, «F/M40» göstəricisi olan 1 həb narkotik vasitə - metadonu əynindəki boz rəngli koftanın sağ yan cibində saxlayaraq daşımış, habelə içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram, «F/M40» göstəricisi olan 1 həb narkotik vasitə - metadonu yaşadığı ünvan 3 ünvanda olan evin yataq otağındakı paltar dolabında olan paltarın altında, habelə külli miqdarda, yəni 14,497 qram çəkidə psixotrop maddə – metamfetamini həmin ünvanda yaşadığı evin yerləşdiyi həyətyanı sahəsində olan saxlanc yerindəki dəmir qabın içərisində qanunsuz olaraq saxlamış, onun Şahid4 qanunsuz olaraq satdığı, içində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 1 (bir) həb narkotik vasitə – metadon sonuncunun üzərindən xx.xx.2023-cü il tarixdə saat 1730-dan 1745-dək olan müddət ərzində Mingəçevir ŞPŞ-də şəxsi axtarış və götürmə keçirilərkən aşkar olunaraq götürülmüş, habelə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə saat 1830-da Mingəçevir şəhəri, Xan Şuşinski küçəsi yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 1900-dən 1910-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 1 (bir) həb narkotik vasitə – metadon onun əynindəki boz rəngli koftanın sağ yan cibindən, habelə davam edən əməliyyat-axtarış tədbirləri zamanı Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin tarixdə saat 1610-dan 1745-dək olan müddət ərzində onun yaşadığı ünvan 3 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin yataq otağında olan paltar dolabındakı paltarın altından metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 1 (bir) həb narkotik vasitə – metadon və evin yerləşdiyi həyətyanı sahəsində yerləşən saxlanc yerində olan dəmir qabın içərisindən təmiz çəkisi 14,497 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 sentyabr 2023-cü ildə saxlanılmasına görə barəsində Mingəçevir şəhər Polis Şöbəsində olan cinayət işi ilə əlaqədar olaraq Pərviz adlı müstəntiq onu polis şöbəsinə dəvət edərək məcburi müalicəni ləğv etmək məqsədilə 500 manat pul istəmiş, yekinda 400 manata razılaşaraq 100 manatı verib qalan 300 manatı sonra verməsini razılaşmışdır. 18 dekabr 2023-cü il tarixdə saat 16 radələrində qalan 300 manat pul vəsaitini vermək üçün Mingəçevir şəhər Polis Şöbəsinə getmiş, şöbəyə girən zaman əməliyyat müvəkkilləri Orxan, Fərhad və Fariz orada olmuşdur. Həmin vaxt Orxangil “bizə narkoman lazım idi, bu da gəldi” demiş, həmin vaxt Pərviz müəllimin yanına gəldiyini bildirmişdir. Müstəntiqə polis əməkdaşlarının onu yüklədiklərini bildirmiş, müstəntiq ona narahat olmamasını bildirmişdir. Polis şöbəsində aşağı düşərkən polislər onun kəmərindən tutaraq onu müvəqqəti saxlama yerinə salmış, Orxan orada ona yaxınlaşaraq Anad adlı şəxsi narkotik vasitə satıbsatmamasını soruşmuşdur. Orxana xəstə adam olduğunu, əgər narkotik vasitə olsa özü istifadə edəcəyini bildirmiş, Orxan ona prokurorluqdan sənəd aldıqlarını və yaşadığı evə baxış keçiriləcəyini bildirmişdir. Polisin xidməti avtomaşını ilə prokurorluğa gedərkən Orxangil ondan 3000 manat pul istəmiş, yenə də polislərə xəstə adam olduğunu, pulu olsa özünü müalicə etdirəcəyini bildirmişdir. Yaşadıqları Mingəçevir kəndidə “Güllübağ” ərazisinə daxil olarkən polis əməkdaşı Orxanın göz-qaşla Farizə işarə etdiyini, sonuncunun isə onun cibinə metadon həbini atdığını görmüşdür. Polislərdən neylədiklərini soruşduqda ona axtarışı ləğv etdiklərini, 234.1-ci maddə ilə onun işini bağlayacaqlarını bildirmiş, işinin “çöldən-çölə” getdiyini, onu niyə “yüklədiklərini soruşmuşdur. Prokurorluqda sənəd gözləyərkən X11 Şöbəsinə narkotik vasitənin arxasınca göndərmiş, Fariz avtomaşına qayıdaraq “kakos” olmadığını, “patı” tapdığını bildirmiş, Evlərinin həyətinə daxil olanda Orxan Farizi əl damının qarşısına göndərib cibinə qiyduğu həbi şkafın birinə tullamasını bildirmişdir. Əl damına tərıf gedəndə Farizi orada görmüş, sonuncu narkotik vasitəni dəmir qabın içərisində oraya qoymuşdur. Orxan əl damındakı əşyaları dağıdıb tökmüş, evədki şüşə bankaları qırmışdır. Həmin vaxt atasından bir sətkan su istəmiş, atası ona su verən zaman Orxan “tapdıq-tapdıq” deyərək iki ədəd tərəzi ilə birlikdə dəmir qabın içərisində olan psixotrop maddəni gətirmişdir. Həmin vaxt elektron tərəzi işləmədiyinə görə aşkar olunan psixotrop maddəni çəkə bilməmiş, həmin vaxt aşkar olunan psixotrop maddənin ona məxsus olmadığını bildirərək sənədlərə imza etməmişdir. Polis şöbəsinə getdikdən sonra orada onu döyərək aşkar olunan psixotrop maddənin özünə məxsus olmasını bildirməsini demişlər. Bundan sonra yenidən Polis Şöbəsinə aşkar olunan psixotrop maddə çəkilən zaman həmin psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Polislər əvvəl ona psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından almasını bildirməsni desələr də, elə bir şəxs tanımadığına görə sonradan 17 nömrəli məktəbin tapdığını deməsini bildirmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə saat 1830 radələrində yaşadığı evin yanında olarkən Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki ağ-boz rəngli koftanın sağ yan cibindən 1 ədəd üzərində “M40” olan dərman həbi aşkar olunaraq götürülmüş, sorğu zamanı üzərindən aşkar olunmuş, üzərində “M40” olan dərman həbini təxminən 2 saat əvvəl Mingəçevir şəhərində yerləşən 17 nömrəli orta məktəbin yanında yerdən tapdığını, həblərdən birini istifadə etdiyini, digərini də istifadə etmək üçün üzərində saxladığını, Şahid4 tanımadığını və həmin şəxsə heç vaxt narkotik vasitə satmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin qərarına əsasən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman yaşadığı evdə yataq otağında yerləşən paltar dolabının ikinci gözündə geyim əşyalarının altında 1 ədəd üzərində “M40” olan dərman həbi, həmçinin evin həyətyanı sahəsində yerləşən saxlanc yerindən dəmir qabın içərisindən 1 ədəd narkotik vasitəyə oxşar kütlə, həmin saxlanc yerindən 2 ədəd elektron tərəzi və 1 ədəd içərisində yazı yazılmış bloknot aşkar edilərək götürülmüşdür. Baxış zamanı texniki səbəbdən tərəzinin işləmədiyi üçün yaşadığı evdən götürülmüş 1 ədəd üzərində “M40” olan dərman həbinin, həmçinin evin həyətyanı sahəsində yerləşən saxlanc yerindən dəmir qabın içərisindən 1 ədəd dəmir qabın içərisində olan narkotik vasitəyə oxşar kütlənin çəkisini müəyyən etmək mümkün olmamış, yaşadığı evə baxış keçirildikdən sonra Mingəçevir şəhər polis şöbəsində bir ədəd dəmir qabda olan narkotik vasitəyə oxşar kütlə tərəzidə çəkilərkən ümumi çəkisinin dəmir qabla birlikdə 93,50 qram, ağ kağıza tökülmüş halda çəkisinin 14,52 qram olması, həmçinin 1 ədəd üzərində «M40» yazılan həb tərəzidə çəkilmiş, çəkisinin 0,57 qram olması müəyyən olunmuşdur. Dərman həbinin və içərisində narkotik vasitəyə oxşar kütlə olan 1 ədəd dəmir qabın ona məxsus olduğunu, şəxsi istifadə üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu saxlayaraq üzərində aşkar olunmuş bir ədəd metadon həbinin Ramazanın evindən gəldiyinə görə sonuncudan aldığını deməsini bildirmiş, həmin metadon həbini Ramazandan almadığını dedikdə əlavə iki ədəd metadon həbi qiyaraq həmin ona təzyiq göstərərək bütün həbləri Ramazandan almsını deməsinə məcbur etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə istifadə etməsi üçün narkotik vasitəsi olmadığından öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən narkotik vasitələrin satışı ilə məşğul olan və əvvəllər də bir neçə dəfə aldığı Ramazan adlı tanışının istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edib sonuncudan narkotik vasitə istəmiş, Ramazan 20 manat müqabilində ona narkotik vasitə olan metadon verə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində Ramazanın yaşadığı Mingəçevir kəndinə gedib sonuncunun yaşadığı evin qarşısında Ramazandan 3 ədəd metadon həbi almışdır. Ramazan ona 60 manat pul verməli olduğunu bildirdikdə sonuncuya həmin vaxt pulunun olmadığını, qısa müddətdə 60 manat pulu verəcəyini bildirmiş, Ramazan da razılaşmışdır. Ramazandan aldığı 3 ədəd metadon həbinin 2 ədədini istifadə etmiş, qalan bir ədədini əynindəki qara rəngli şalvarın sol arxa cibində saxlayaraq həmin gün saat 16 radələrində Mingəçevir kəndindən Mingəçevir şəhəri, «Şəfa» klinikasına tərəf piyada gedən zaman Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə onu polis şöbəsinə dəvət etmişlər. Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Növbətçi Hissəsədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol arxa cibində narkotik vasitə olan bir ədəd metadon həbi aşkar olunaraq qablaşdırıldıqdan sonra götürülmüşdür. Sorğu zamanı həmin metadon həbini xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində Mingəçevir kəndində yaşayan narkotik vasitələrin satışı ilə məğul olan Ramazan adlı şəxsdən 3 ədəd metadon həbini 60 manat müqabilində nisyə aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri sakini Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş məlumat əsasında yaradılmış əmliyyat qrupuna daxil olan X7 operatoru işləyən Şahid2 ilə birlikdə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi «Şəfa» klinkasının yaxınlığında olan Şahid4 yaxınlşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Polis Şöbəsinə dəvət etmişlər. Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxsi qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol arxa cibindən bir ədəd üzərində «M40» yazısı olan narkotik vasitə olan metadon həbinə bənzər kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd üzərində «M40» yazısı olan metadon həbini xx.xx.2023-cü il tarixdə tanışı X1 razılaşdığı 60 manat pulunu sonradan ödəmək şərti ilə aldığını etiraf etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Şahid2 ilə birlikdə Mingəçevir şəhəri, Xan Şuşinski küçəsində olan Mingəçevir şəhəri sakini Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə sonuncunu polis şöbəsinə dəvət etmiş, Mingəçevir şəhər Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki ağ-boz rəngli köynəyin sağ yan cibindən bir ədəd üzərində «M40» yazısı olan həb aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd üzərində «M40» yazısı olan həbin narkotik vasitə olan metadon olduğunu, həmin narkotik vasitəni Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbin yaxınlığından yerdən tapdığını göstərmişdir. Bundan başqa məhkəmənin qərarı əsasında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman fərdi yaşayış evinin yataq otağındakı dolabdan bir ədəd metadon həbi, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən saxlanc yerində bir ədəd dəmir qabda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşür. Texniki səbəblərdən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadığından Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirlərkən aşkar edilib qablaşdırılmış bağlamalar Təqsirləndirilən şəxs, vəkilin və digərlərinin iştirakı ilə yenidən videoçəkiliş aparılmaqla şəhər polis şöbəsinə açılmış və Təqsirləndirilən şəxs evindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi kağızla birliklə 14.52 qram olduğu müəyyən edilmişdir. Əvvəl Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin ona məxsus olmadığını bildirsə də sonradan yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Mingəçevir şəhəri, 17 saylı tam orta məktəbin yanında yerdən tapdığını etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 və X7 operatoru işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6484 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Azərbaycan Respublikası DİN zərflər üçün № 76 dairəvi möhür əksləri olan üç ədəd zərfdə - üzərində «Vət.Təqsirləndirilən şəxs oğllunun yaşadığı evdən aşkar ,,,» ad. Soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd dəmir qutuda təmiz çəkisi 14,497 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar,,,» ad.soyad və imzalar qeyd edilmiş, bir ədəd zərfdəki 1 (bir) konvalyut kəsiyində 1 (bir) ədəd üzərində “F/M40” göstəricisi olan, qəhvəyi rəngli dərman həbin tərkibində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır). Üzərində «Vət.Təqsirləndirilən şəxs üzərində aşkar,,,» ad, soyad və imzalar qeyd edilmiş, bir ədəd zərfdəki 1 (bir) ədəd konvalyut kəsiyində 1 (bir) ədəd, üzərində “F/M40” göstəricisi olan, qəhvəyi rəngli dərman həbin tərkibində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir(üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qramdır). Təqdim olunmuş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar,,,” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki metadon həbi üzərində “Vət.Təqsirləndirilən şəxs üzərində aşkar,,,” ad və soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki metadon həbi xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6483 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 76 dairəvi möhür əksləri olan, Şahid4 üzərindən aşkar... sözləri, ad soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd konvalyut kəsiyində 1(bir) ədəd üzərində “F/M40” göstöricisi olan qəhvəyi rəngli dərman həbin tərkibində metadonun t\sir maddəsinin miqdarı 0,04 qram təşkil edir.(üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram). Təqdim edilmiş 1 (bir) ədəd qırıq vəziyyətdə olan ampulun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. Təqdim edilmiş 1 (bir) ədəd 2 ml həcmli boş şprisin içərisindəki narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 610 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 18 dekabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli koftanın sağ yan cibindən 1 (bir) ədəd üzərində «M40» yazısı olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 dekabr 2024-cü il tarixli baxış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 üvanına baxış keçirilən zaman fərdi yaşayış evinin yataq otağındakı dolabdan bir ədəd narkotik vasitə olan metadon və həmin fərdi yaşayış evinin yerləşdiyi həyətdə olan saxlanc yerindən 2 ədəd elektron tərəzi, 1 ədəd bloknot və 1 ədəd dəmir qabın içərisində təmiz çəkisi 14,497 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şahid4 məxsus «Nokia» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 1529-da 53 saniyə, xx.xx.2023-cü il tarixdə 1529-da 12 saniyə danışıq qeydə alınmışdır. Bundan başqa, zənglər tarixçəsindən göründüyü kimi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə 1445-də, 1447də, 1523-də, 1529-da və 1543-də qısa zənglər olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Hüseynov X2 şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir Mənzil Kommunal X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Hüseynov X2 şəhəri Xan Şuşinski küçəsi 36 ünvanda yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmiş, himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 7 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən “Kannabinoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asılılıq sindromu” ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1855-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddənin özünə məxsus olmamasına dair ifadəsini özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs evindən aşkar olunan bir ədəd metadon həbinin polis əməkdaşlarının onun cibinə qoyulmasını bildirsə də yaşadığı evə keçirilən baxış protkoluna əlavə edilmiş video görüntüdən də göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına daxil olaraq orada bir ədəd metadon həbinin olduğunu bildirir, həmin metadon həbi orada aşkar olunmayaraq polis əməkdaşlarının evində istintaq hərəkətini davam etdirdikərini gördükdə onun təkidindən sonra arvadı tərəfindən həmin həb gətirilərək təqdim edilmiş, daha sonra həyətdə olan yardımçı tikiliyə baxış keçrilən zaman Təqsirləndirilən şəxs səs-küy salaraq orada heç bir nrkotik vasitə olmadığını, narkotik vasitənin olduğu yeri polislərə göstərəcəyini bildirir, lakin polis əməkdaşları onun dediyi yerə getdikdə narkotik vasitənin orada olmadığını gördükdən sonra həmin yerdə baxışı davam etdirərərk metal qabın imərisindən psixotrop maddəni aşkar edirlər. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döyməsini göstərsə də istintaq təcridxanasına daxil olan zaman tibbi yoxlamanın nəticələrinə dair tibbi kitabçada onun bədən səthində hansısa xəsarətin olmadığı müəyyən edilmişdir. Bundan başqa Şahid4 Təqsirləndirilən şəxs narkotik vasitə almadığını göstərərək sonuncu ilə ancaq saxladığı itə ət almaq üçün əlaqə saxladığını bildirməsinə dair ifadəsini də Təqsirləndirilən şəxs müdafiə məqsədilə verilmiş həqiqətə uyğun olmayan ifadə kimi qəbul edir. Bu zaman məhkəmə belə bir hal da nəzərə alır ki, Şahid4 Təqsirləndirilən şəxsla ət alqı-satqısı ilə əlaqə saxladığını göstərsə də sonuncu Şahid4la ancaq velosiped təmirinə görə əlaqə saxladığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-in 234.4.3-cü maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 dekabr 2023-cü il tarixdən hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda CM-in 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Odur ki, CM-in 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı və cəzasını çəkdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müdddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 130 AZN (yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, ərazi narkololi dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ona təyin olunmuş azadlıqdan məhrum cəzası ilə tam toplanılsın, üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının çəkdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müdddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və ona 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 18 dekabr 2023-cü tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 130 AZN (yüz otuz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 14,457 qram - psixotrop maddə olan metamfetamin, 3 ədəd metadon həblərindən hər birindən ½ sərf edilmiş və hər birindən ½ ədəd həblər, 2 ədəd tərəzi, 1 ədəd bloknot məhv edilsin, bir ədəd Nokia markalı mobil telefonun sahibi Şahid4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkololi dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Bilal Məmmədov (sədrlik edən) Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar