Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-163/2025 14.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədlik edən), Aşurova Günay Raqif qızı və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X16, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İsmayıllı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən tərkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əldə edib həmin bitkiləri kultivasiya etmək qərarına gəlmiş, bu məqsədlə o, 2024-cü ilin aprel ayının axırlarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda özünə məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, 5 saylı ünvanda yerləşən yaşadığı evin həyətində 4,5 metr enində 11,5 metr uzunluğunda olan 51,75 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək əkin üçün yararlı vəziyyətə gətirmiş, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını torpaq sahəsində və 1 ədəd dibçəkdə qanunsuz olaraq əkib torpaq sahəsində toxumlardan yetişən 32 ədəd və dibçəkdə yetişən 1 ədəd olmaqla ümumilikdə külli miqdar təşkil edən cəmi 33 (otuz üç) ədəd çətənə bitkilərinə gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərmiş, həmin gün öz cinayətkar niyyətini davam etdirib özünə məxsus həmin evin qonşuluğunda özünə məxsus digər evin həyətyanı sahəsinə giriş-çıxışı asanlaşdırmaq üçün arada olan daş hasara nərdivan qoyaraq həmin yerdə 6 metr enində 9,3 metr uzunluğunda 55,8 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək əkin üçün yararlı vəziyyətə gətirmiş, istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını torpaq sahəsində qanunsuz olaraq əkib toxumlardan çıxan külli miqdar təşkil edən cəmi 24 (iyirmi dörd) ədəd çətənə bitkilərinə gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək hər iki həyətyanı sahədə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə külli miqdar təşkil edən cəmi 57 (əlli yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 37 santimetrdən 340 santimetrədək hündürlüyə çatdıraraq qəsdən qanunsuz olaraq kultivasiya etmiş, habelə əkib-becərdiyi çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq qurutmaqla satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün kustar üsulla qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 450 (dörd yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə etmiş və kultivasiya etdiyi çətənə bitkisinin 28 ədəd hissələrini qoparıb çətənə bitkilərini əkib-becərdiyi yerin yanında anbar kimi istifadə edilən hissədə qurudulmuş marixuana ilə birlikdə torpaq üzərinə qoyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı hər iki evin həyətyanı sahəsinə baxış keçirilərkən qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 79 kiloqram 665 qram olmaqla külli miqdar təşkil edən cəmi 57 (əlli yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və yaş vəziyyətdə ümumi çəkisi 440 qram olmaqla xeyli miqdar təşkil edən 28 (iyirmi səkkiz) ədəd çətənə bitkisinin hissələri, habelə təmiz çəkisi 450 qram olmaqla xeyli miqdar təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona CM-in 234.1 və 237.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, oğlu evdən çıxıb Bakı şəhərinə işləməyə getmişdir. O da evə kirayə qalmaq üçün 2 nəfər şəxs qoymuşdur. Həmin şəxslərdən biri Salyan şəhərindən, digəri isə Quba şəhərindən olmuşdur. Həmin şəxslər evdə 6-7 ay kirayədə qalmışlar. Bundan sonra həmin şəxslər ona həyətdə çətənə bitkiləri əkmə təklifini etmişlər. O da marixuana istifadəçisi olmuş və ona görə də, onlarla razılaşmışdır. Daha sonra həmin şəxslər həyətdə çətənə bitkiləri əkmişlər. O da etiraz etməmişdir. Ancaq çətənə bitkiləri yetişənə yaxın hər iki şəxs evdən çıxmışdır. Daha doğrusu yoxa çıxmışlar. Bəlkə də həmin şəxslər polis əməkdaşları olmuşdur. Onlar çıxıb getdikdən sonra çətənə kollarını məhv etməmişdir. Çünki bitkiləri məhv etməyə əli getməmişdir. O, onlara az sayda çətənə kolu əkmələrini demişdir. Lakin onlar bütün həyətə çətənə kolu əkmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, müstəntiqə ifadə verən zaman evində kirayədə qalan şəxslərin həyətində çətənə kolu əkdiklərini deməmişdir. Çünki ondan bu barədə heç nə soruşmamışlar. Əvvəllər narkotikə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Kirayədə qalan şəxslər çətənə kollarını əkmiş, daha sonra bitkilərə qulluq göstərmişlər. Çətənə kollarına qulluq göstərməmişdir. Həmin şəxslər çətənə kollarını keçən ilin mart ayı əkmişlər. Bitkilərin yetişməsinə yaxın evdən çıxıb getmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən tutulmuşdur. Çətənə bitkiləri əkilən zaman həmin şəxslərə köməklik etməmişdir. Çətənə bitkiləri mart ayında əkilmişdir. Oğlu isə çətənə bitkiləri əkilmədən 2-3 ay əvvəl Bakı şəhərinə işləməyə getmişdir. Həmin şəxslər onların evində 6-7 ay kirayədə qalmışdır. Kirayədə qalan şəxslərin adlarını maraqlanmamışdır. Həmin şəxslər özlərini elə yaxşı aparmışlar ki, onların adlarını soruşmamışdır. Həmin şəxslər ona “ağsaqqal” deyib çağırırmışlar. O da onlara “qaqaş” deyə müraciət etmişdir. Kirayədə qalan şəxslərlə mehriban söhbət etmişdir. Ancaq onların adlarını maraqlanmamışdır. Onlar qalan evə gedib-gəlməmişdir. Daha doğrusu 1-2 dəfə gedibgəlmişdir. Bəlkə də həmin şəxslər onun marixuana istifadə etdiyini haradansa eşitmişlər. Ona görə də, çətənə bitkisi əkmə təklifini etmişlər. Həmin şəxslər həyətdə çətənə bitkisi əkəcəklərini bildirmişlər. O da onlara etiraz etməmiş, lakin onlara həyətdə 3-4 ədəd çətənə bitkisi əkmələrini demişdir. Ancaq onlar çox sayda ağac əkmişdir. Həyətdən 57 ədəd çətənə kolu aşkar edilmişdir. Polis əməkdaşları gələnə qədər həyətdə o sayda çətənə kolu olduğunu bilməmişdir. Polis əməkdaşlarından əvvəl də həyətdə çox sayda çətənə kolu olduğunu görmüşdür. Həyətdə atılmalı olan çətənə ağacı olmuşdur. Polis əməkdaşları həmin ağacın yarpaqlarını sellofana qoymuşlar və demişlər ki, 400 qram qurudulmuş marixuana aşkar edilmişdir. Polisə məlumat verməmişdir. Çünki özünün marixuanaya həvəsi olmuşdur və istifadəçisi olmuşdur. Quruyan çətənə kolunu atmamışdır. Öz-özünə demişdir ki, daha sonra atsın. Həyətinin ərazisi 5 sotdur. Həyətin 8-9 metrinə çətənə kolu əkilmişdir. Əkilən çətənə kollarının həm hündürü, həm də balacası olmuşdur. 57 ədəd çətənə kolunu 1 il ərzində istifadə edəcəkmiş. Satmaq məqsədi olmamışdır. Ola bilər ki, kirayədə qalan şəxslər həyətdən-həyətə keçmək üçün nərdivan qoymuşlar. Nərdivan oğlunun həyətində olmuşdur. Yəqin kirayədə qalan şəxslər həyətdən-həyətə keçib çətənə kollarına qulluq etmişlər. Kirayədə qalan şəxslər hasardan keçmək üçün nərdivan qoymuşlar. Onu elə tez-tələsik polis şöbəsinə aparmışlar ki, səsini çıxara bilməmişdir. Polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olunmamışdır. Polis əməkdaşlarına çətənə bitkilərini özünün əkdiyini demişdir. Evindən qanunsuz heç nə aşkar edilməmişdir. Həyətyanı sahədən çətənə bitkiləri aşkar edilmişdir. Anbar deyilən yer toyuq hinidir. Videoda görünən digər ev oğlunun evidir. Həyətyanı sahədən ümumilikdə 57 çətənə bitkisi aşkar edilmişdir. Anbar deyilən yerdən 4-5 ədəd çətənə bitkisi aşkar edilmişdir, ancaq quru olmamışdır. Şəxsi axtarış zamanı qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı veridiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğu üçün təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi dalan 9, ev 5-də qeydiyyatdadır və yaşayır, evlidir. X23 MMC-də miqrator işləyir. Yaşadığı ünvanda 2 evi vardır, evin birində o, arvadı Gülsüm, oğlu Mətləb Hüseynov yaşayır. Digər ona məxsus evdə oğlu Salman və onun ailə üzvləri yaşayır. O, bəzi vaxtlarda Salmanın yaşadığı evə də gəlib onun evində yaşayır. Qobustan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İsmayıllı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzamın çəkilməmiş 08 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təxminən 15 ildən artıqdır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin mart ayının ortalarında yaşadığı evə gələrkən yerdən 1 ədəd sellofan büküm görüb götürmüş və açıb baxdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Həmin bitki toxumlarını yaşadığı evin həyətində anbar kimi istifadə etdiyi otaqda gizlətmiş, 2024-cü ilin aprel ayının axırlarında yaşadığı evin həyətində gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərmək qərarına gəlmişdir. O, bəzi vaxtlarda özünə məxsus evdə oğlu Mətləb və arvadı Gülsümlə, bəzi vaxtlarda isə həmin evlə qonşuluqda yerləşən oğlu Salmanın və ailə üzvlərinin yaşadığı evdə yaşayır. Ailə üzvləri 2-3 aydır ki, tez-tez Bakı şəhərinə çıxıb gedirmiş. O, çətənə bitkiləri əkib-becərmək məqsədi ilə evin arxa hissəsində 4 metr enində 11 metr uzunluğunda ərazini kol-kosdan təmizləyib torpaq sahəsində bir-birindən aralı məsafədə çətənə bitkilərinin toxumlarını əkmiş, həmçinin 1 ədəd dibçəkdə də 1 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Həmin ərazidə əkməyə başqa yer olmadığından ona məxsus digər evin qarşısında boş torpaq sahəsinin olduğunu və gizlin yer olduğunu görüb həmin yerə keçmək üçün hasarın yanında hər iki tərəfə nərdivan qoyub həmin yerə keçmiş, orada təxminən 6 metr enində, təxminən 9 metr uzunluğunda ərazini kol-kosdan təmizləyib həmin yerdə torpaq sahəsində çətənə bitkisinin digər toxumlarını əkmişdir. Təxminən 1 həftə sonra mansardlı evin arxasındakı ərazidə torpaq sahəsində 32 ədəd, 1 ədəd dibçəkdə isə 1 ədəd çətənə bitkisinin şitilinin çıxdığını görmüş, həmin bitkilərə mütəmadi su və gübrə verib qulluq göstərmiş, oğlu Salman və digər ailə üzvlərinin yaşadığı evin yan hissəsində isə artıq 24 ədəd çətənə şitilinin çıxdığını görmüş və həmin bitkilərə su və gübrə verməklə mütəmadi qulluq göstərmişdir. Artıq çətənə şitilləri bitki formasını almışdır. O, evinin arxasındakı yerdə çətənə bitkilərinə qulluq edərkən bitkinin qırılan hissələrini, həmçinin saralmış-solmuş hissələrini qırıb tullantı kimi anbar kimi istifadə edilən yerə tullamışdır. O, 17 iyul 2024-cü il tarixədək mütəmadi çətənə bitkilərinə qulluq göstərmiş, 17 iyul 2024-cü il tarixdə saat 09 radələrində yaşadığı evdə olarkən İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadığı evin giriş qapısına gələrək onu çağırdıqlarını eşitmiş və çölə çıxdıqda polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkibbecərməyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyətyanı sahəyə və evə baxış keçirəcəklərini, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul edildiyini, baxışla əlaqədar hər hansı etirazının olub-olmamasını soruşduqda o, ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona videoçəkilişlə həyətyanı sahəyə və evə baxış keçirəcəklərini bildirdikdə o, ərizə ilə müraciət edərək baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, bundan sonra polis əməkdaşlarının, aqronom qismində dəvət edilmiş “Paşa” adlı şəxsin iştirakı ilə videoçəkilişlə həyətyanı sahəyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki, kütlə, habelə qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini soruşduqda o, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini və təqdim edə biləcəyini demiş, baxış zamanı təxminən 4 metr enində 11 metr uzunluğunda olan torpaq sahəsində 32 ədəd, 1 ədəd dibçəkdə isə 1 ədəd çətənə bitkiləri, ümumilikdə 33 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Habelə həmin yerin yaxınlığında anbar kimi istifadə etdiyi otaqda torpaq üzərindən çətənə bitkisinin hissələri və tulantı kimi atdığı bitki kütlələri aşkar edilmişdir. Anbardan aşkar edilmiş bitki kütlələri xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 990 qram olması müəyyən edilmiş və 1 ədəd sellofan bağlamada qablaşdırılıb üzəri möhürlərənək götürülmüşdür. Bundan sonra aşkar edilmiş 33 ədəd çətənə bitkiləri 3 ədəd sintetik kisədə qablaşdırılmış və üzərləri möhürlənərək götürülmüşdür. Bundan sonra onun razılığı ilə baxış evdə davam etdirilmiş və evə baxış zamanı hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra o, polis əməkdaşlarına digər yaşadığı evin həyətində də narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və təqdim edə biləcəyini demiş, daha sonra videoçəkiliş dayandırılmış və bir müddət sonra oğlu Salman da yaşadığı evə gəldikdən sonra evin həyətyanı sahəsində davam etdirilmişdir. Baxış zamanı Salman Hüseynov da iştirak etmiş və o ərizə ilə müraciət edərək evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həyətyanı sahəyə baxış zamanı polis əməkdaşlarına çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmiş, baxış zamanı 6 metr enində 9 metr uzunluğundakı torpaq sahəsində əkibbecərdiyi 24 ədəd çətənə bitkiləri aşkar edilmiş və bitkilər polis əməkdaşları tərəfindən torpaqdan çıxarılıb sayılmış, 3 ədəd sintetik kisədə qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Bundan sonra isə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra polis əməkdaşları ona polis şöbəsinə getməyi təklif etmişlər və etiraz etməyərək polis əməkdaşkları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiə hüquqları izah edildikdən sonra ərizə ilə müraciət edərək müdafiəçi ilə təmin olunmağını bildirmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil İslam İsmayılovu seçmiş və qısa müddət sonra həmin müdafiəçi ona təqdim edilmişdir. Saat 14 radələrində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, polis əməkdaşları üzərində hər hansı narkotk vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini bildirmişlər. O, üzərində hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya olmadığını bildirmişdir. Baxış zamanı üzərindən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən 1 ədəd Samsung Galaxy A10 markalı mobil telefon və 1 ədəd Nokia markalı mobil telefonu zərfə qoyularaq üzəri möhürlənib götürülmüşdür. Bu barədə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş, o da tərtib edilmiş protokolun düzgünlüyünü digər iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai araşdırma zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və əməliyyat-istintaq qrupu yaradılmışdır. Həmin gün saat 09 radələrində o, əməliyyat qrupunun üzvləri və mütəxəssis İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər. Giriş darvazasını döyərək Bayramı çağırmışlar. Bayram qapıya çıxmış, onlar Bayrama İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını və ona evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyətyanı sahəsinə və evinə baxış keçirəcəklərini bildirmişlər. Bayram, ərizə ilə müraciət edərək yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar, aqronom qismində dəvət edilmiş “Paşa” adlı şəxsin iştirakı ilə videoçəkilişlə həyətyanı sahəyə baxış keçirilməsinə başlamışlar, baxış zamanı onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində hər hansı narkotik tərkibli bitki, kütlə, habelə qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini soruşduqda sonuncu, onlara yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və təqdim edə biləcəyini demişdir. Baxış zamanı təxminən 4 metr enində 11 metr uzunluğunda olan torpaq sahəsində 32 ədəd, 1 ədəd dibçəkdə isə 1 ədəd çətənə bitkiləri, ümumilikdə 33 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Habelə həmin yerin yaxınlığında anbar kimi istifadə etdiyi otaqda torpaq üzərindən çətənə bitkisinin hissələri və tulantı kimi atdığı bitki kütlələri aşkar edilmiş, anbardan aşkar edilmiş bitki kütlələri xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 990 qram olması müəyyən edilmiş və 1 ədəd sellofan bağlamada qablaşdırılıb üzəri möhürlərənək götürülmüşdür. Bundan sonra aşkar edilmiş 33 ədəd çətənə bitkiləri 3 ədəd sintetik kisədə qablaşdırılmış və üzərləri möhürlənərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə baxış onun yaşadığı evdə davam etdirilmiş və evə baxış zamanı hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra Bayram onlara digər yaşadığı evin həyətində də narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və təqdim edə biləcəyini demiş, daha sonra videoçəkiliş dayandırılmış və bir müddət sonra oğlu Salman Hüseynov da yaşadığı evə gəldikdən sonra evin həyətyanı sahəsində davam etdirilmişdir. Baxış zamanı Salman Hüseynov da iştirak etmiş və o da ərizə ilə müraciət edərək evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həyətyanı sahəyə baxış zamanı Bayram onlara çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmiş, baxış zamanı 6 metr enində 9 metr uzunluğundakı torpaq sahəsində əkib-becərdiyi 24 ədəd çətənə bitkiləri aşkar edilmiş və bitkilər torpaqdan çıxarılıb sayılmış, 3 ədəd sintetik kisədə qablaşdırılaraq üzəri möhürlənib götürülmüş və baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə getməyi təklif etmişlər və sonuncu, etiraz etməyərək polis əməkdaşkları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müdafiə hüquqları izah edildikdən sonra ərizə ilə müraciət edərək müdafiəçi ilə təmin olunmağını bildirmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil İslam İsmayılovu seçmiş və qısa müddət sonra həmin müdafiəçi ona təqdim edilmişdir. Saat 14 radələrində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, onlar Bayrama üzərində hər hansı narkotk vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini bildirmişlər. Bayram üzərində hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya olmadığını bildirmiş, baxış zamanı üzərindən hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd Samsung Galaxy A10 markalı mobil telefon və 1 ədəd Nokia markalı mobil telefonu zərfə qoyularaq üzəri möhürlənib götürülmüş və bu barədə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid4, Şahid2 Quban oğlu eyni məzmunlu ifadələr verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahid) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “raport”dan görünür ki, İsmayıllı RPŞ-yə xx.xx.1961-ci il təvəllüdlü, İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 9 ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 02). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirməklə ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək yaşadığı yaşadığı fərdi yaşayış evinə və həyətyanı sahəyə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 14). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “ərizə”dən görünür ki, X13 ərizə ilə İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək qeydiyyatda olduğu və müvəqqəti yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 9 ev 5 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 15). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “həyətyanı sahəyə və evə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə edilmiş DVD diskdən və fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs məxsus İsmayıllı şəhəri, Cavanşir küçəsi dalan 9, ev 5 ünvanına baxış keçirilmiş, baxış zamanı yaşayış evinin arxasında 4,5 metr enində 11,5 metr uzunluğunda olan 51,75 kvadrat metr torpaq sahəsində 32 ədəd və dibçəkdə çıxan 1 ədəd çətənə bitkiləri aşkar edilmiş, həmin bitkilərin ən kiçiyinin 37 santimetr, ən böyüyünün isə 3 metr 40 sm hündürlüyündə olması müəyyən edilmişdir. Baxış zamanı həmin bitkilərin əkilib-becərdilyi yerin yanında anbar kimi istifadə edilən hissədə torpaq üzərində yaş halda bitki hissələri və həmin kütlələrin içərisində qarışıq halda quru halda bitki kütlələri aşkar edilmişdir. Həmin kütlələr 1 ədəd sellofan bağlamaya qoyulub xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 990 qram olması müəyyən edilmiş və üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş 33 ədəd çətənə bitkisinə bənzər bitkilər 3 ədəd sintetik kisədə qablaşdırılmış və üzərləri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra baxış evdə davam etdirilmiş, evin otaqlarına, mətbəxinə və mansarda baxış zamanı hər hansı narkotik vasitə və qanunla qadağan ediliş digər əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus digər həyətyanı sahədə çətənə bitkisi əkib-becərdiyini bildirmişdir. Baxış zamanı müəyyən edildi ki, evin yan tərəfindən 6 metr enində 9,3 metr uzunluğunda 55,8 kvadrat metr torpaq sahəsində çətənə bitkisinə bənzər bitkilər vardır. Həmin çətənə bitkisinə bənzər bitkilərin bəziləri dayanıqlığını saxlaması üçün ip vasitəsilə taxta dayaqlara bağlanmışdır. Bitkiər torpaqdan çıxarılıb sayıldı və ümumilikdə 24 (iyirmi dörd) ədəd olması müəyyən edildi. Bitkilərin ən kiçiyinin 1 metr 85 sm hündürlüyündə, ən böyünün isə 3 metr 40 sm hündürlüyündə olması müəyyən edildi. Aşkar edilmiş bitkilər 3 ədəd sintetik kisələrdə qablaşdırıldı və üzərləri iştirakçılar tərəfindən imzalanaraq İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürüldü. Həyətyanı sahəyə baxış davam etdirilsə də, digər hər hansı narkotik tərkibli bitkiyə bənzər bitki, narkotik vasitəyə bənzər bitki kütləsi, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş aşkar edilməmiş və götürülməmişdir (cild 01, iş vər. 16-20). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş X19 İnkişaf Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli aqronom rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində X19 X5 sektorunun müdiri X1 RPŞ-nin əməkdaşları ilə birlikdə İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı evin arxa tərəfində yerləşən həyətyanı sahədə açıq sahədə 32 ədəd və 1 ədəd dibçəkdə 1 ədəd, Təqsirləndirilən şəxs məxsus digər evin həyətyanı sahəsinə baxış zamanı isə evin qarşısında açıq sahədə 24 ədəd narkotik tərkibli bitkiyə oxşar, ümumilikdə 57 ədəd bitkilər aşkar edildi. Hər iki həyətyanı sahədə olan narkotik tərkibli bitkiyə oxşar bitkilərin ölçüləri 37 santimetrdən 3 metr 40 santimetrədək müxtəlif hündürlüklərdə olması müəyyən edildi. Baxış zamanı müəyyən edildi ki, narkotik tərkibli bitkiyə oxşar bitkilərin dibləri nəmdir və bitkilərin yıxılmaması üçün bəzilərinin yanlarına taxta dayaq verilərək işlə bağlanmışdır. Əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitkiyə aqrotexniki qaydada qulluq (dibləri alaq otlarından təmizlənmiş, su verilmiş) göstərilmişdir. (cild 01, iş vər. 21). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (cild 01 iş vər. 33-34). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan, ona əlavə olunmuş DVD diskdən və fotocədvəldən görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir (cild 01, iş vər. 41-45). Cinayət işinin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 18 iyul 2024-cü il tarixli 3-16-16/2-17/636 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda "xx.xx.2024-cü il tarixdə İsmayılı şəhəri, Cavanşir küçəsi dalan 9, ev 5 ünvanında Təqsirləndirilən şəxs məxsus evə baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər bitkilər." yazısı, adlar və imzalar olan 06 (altı) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 37sm-dən 340sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri- 79kiloqram 665,0 qram olan 57 (əlli yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Paşa Məmmədovun 17 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıılı şəhəri, Cavanşir küçəsi dalan 9, ev 5 ünvanına baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi." yazısı, adlar və imzalar olan 01(bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki: təmiz çəkisi- 450,0qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Yaş vəziyyətdə ümumi çəkiləri - 440,0qram olan 28(iyirmi səkkiz) ədəd bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş 57(əlli yeddi) ədəd çətənə (kannabis) bitkiləri, qurudulmuş marixuana və 28(iyirmi səkkiz) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. Qeyd: a) Çətənə bitkilərinin (1-57 № li ob.) ümumi çəkisi- 79kq 665,0qr., cəmi tədqiqata sərf edildi - 2,00 qr. (10 ədəd bitkidən 0,20 qr.), qalıq - 79kq 663,00 qr. b) Marixuananın (58 № li ob.) təmiz çəkisi- 450,0 qr., tədqiqata sərf edildi- 0,20 qr., qalıq- 449,80 qr.c) Çətənə bitkisinin hissələrinin (59-86 № li ob.) ümumi çəkisi- 440,0 qr., cəmi tədqiqata sərf edildi - 1,00 qr. (10 ədəd hissədən 0,10 qr.), qalıq- 439,00 qr. (cild 01, iş vər. 54-58). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsovun barəsində əvvəli xx.xx.2024-cü il tarixdən saat 14:35dən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 107-110). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər. 116-119). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası SSRİ CM-nin 167-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilərək, cinayət işi məhkəməyə göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs İsmayıllı rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası SSRİ CM-nin 206-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.1994-cü il tarixdə məhkəmə zalından azad edilmişdir. Bundan başqa Hüseynov X10 rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 08 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 01, iş vər. 134-136). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 137-143). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Hüseynov X10 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ona təyin olunmuş cəzasının çəkilməmiş 08 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 01, iş vər. 144-149). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı RPŞ-dən alınmış 17 avqust 2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını əldə edib yaşadığı evə gətirərək gizlədib saxlamış, 2024-cü ilin aprel ayının axrlarında ayında həmin bitkinin toxumlarını marixuana əldə etmək üçün əkmiş və toxumlardan çıxan ümumilikdə 57 ədəd çətənə bitkilərinə gübrə və su verməklə qulluq göstərərək yetişdirmiş, həmçinin əkib-becərdiyi çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq qurutmaqla satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün kustar üsulla qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 450 (dörd yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə etmişdir. Çətənə bitkilərinə qulluq etməkdə Təqsirləndirilən şəxs başqa heç kim köməklik etməmiş və ailə üzvlərinin bundan məlumatı olmamışdır (cild 01, iş vər. 150). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı rayon X14 Hüquqi Şəxsindən daxil olmuş 16 sentyabr 2024-cü il tarixli 18-1- 47/2-1051/24 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1961-ci il təvəllüdlü Hüseynov X7 RMXnın Poliklinika şöbəsinin “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Lakin Hüseynov X7 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji” kabinetində xx.xx.2022-ci il tarixdə dispanser qeydiyyata alınmışdır (cild 01, iş vər. 158). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2025-ci il tarixli 285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 255). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiy xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, İsmayıllı şəhəri Cavanşir küçəsi dalan 9 ev 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs həyat yoldaşı X8 və oğlu (xx.xx.1991-ci il təvəllüdlü) X4 ibarət ailə tərkibi vardır və onun barəsində nümayəndəliyə yazılı və şifahi şikayət xarakterli məlumat daxil olmamışdır (cild 01, iş vər. 259-260). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il tarixində İsmayıllı rayon sakini, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə müraciət etmiş və həkim-terapevt Aytən Abbasova tərəfindən müayinə olunduqdan sonra, ona "K 72.1Xroniki qaraciyər çatmamazlığı" diaqnozu təyin edilərək stasionar müalicə olunması üçün həmin tarixdə Terapiya şöbəsinə yerləşdirilmişdir. Hüseynov X11 şöbəsində "K 72.1 Xroniki qaraciyər çatmamazlığı. B18.2 Virus mənşəli xroniki C hepatiti" diaqnozu ilə laborator və diaqnostik müayinələrdən keçirilmiş, həkim nəzarəti altında kliniki protokollara uyğun olaraq müalicəsi davam etdirilmiş, şöbədə xəstə həkim-cərrah və həkim-endekrinoloq tərəfindən konsultasiya edilmiş və o "K 72.1 Xroniki qaraciyər çatmamazlığı. B 18.2 Virus mənşəli xroniki C hepatiti. E 11Şəkərli diabet. K 30.0 Cərrahin əməliyatdan sonrakı residiv yırtığ" diaqnozu ilə digər tibbi xidmətlər göstərilmişdir. Xəstə xx.xx.2025-ci il tarixində nisbi yaxşılaşma ilə evə yazılmışdır. Əlavə olaraq bildiririk ki, Hüseynov X7 RMX PHŞ-in Poliklinika şöbəsinin "Narkoloji" kabinetində xx.xx.2022-cü il tarixdən "Narkoman" diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 may 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara etirazını bildirmiş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətlərinin olması, eləcə də qeyd olunan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsi tam şəkildə təsdiq olunmuşdur. Belə ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) həmin əməlləri törətmiş şəxsin CM-nin 237-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur:
1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə;
2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə;
3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. Bundan əlavə, qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – həmin əməlləri törətmiş şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin həmin Qanununun 5.2-ci maddəsinə əsasən dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Sözügedən Qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə Siyahılarının İ siyahısının 109.1-ci bəndinə əsasən - 5 (beş) qramdan 500 (beş yüz) qramadək qurudulmuş marixuana, həmçinin həmin siyahının 109.2-ci bəndinə əsasən – 25 (iyirmi beş) qramdan 2500 (ikimin beş yüz) qramadək qurudulmayan marixuana xeyli miqdar, siyahıların İİİ Siyahısının 1.2-ci bəndinə əsasən - 16 (on altı) ədəddən 800 (səkkiz yüz) ədədədək (31 hissədən 1550 hissəyədək) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, İsmayıllı RPŞ-yə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə daxil olmuş və məlumat əsasında xx.xx.2024-cü il tarixdə, saat 09:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı hər iki evin həyətyanı sahəsinə baxış keçirilərkən qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 79 kiloqram 665 qram olmaqla külli miqdar təşkil edən cəmi 57 (əlli yeddi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri və yaş vəziyyətdə ümumi çəkisi 440 qram olmaqla xeyli miqdar təşkil edən 28 (iyirmi səkkiz) ədəd çətənə bitkisinin hissələri, habelə təmiz çəkisi 450 qram olmaqla xeyli miqdar təşkil edən qurudulmuş marixuana aşkar edilərək götürməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə dəqiq məlumat olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs çətənə bitkilərinin onun tərəfindən deyil, adlarını bilmədiyi kirayədə yaşayan şəxslər tərəfindən əkilməsi, o, onlara az sayda çətənə kolu əkmələrini deməsini, lakin onların bütün həyətə çətənə kolu əkməsini, polis əməkdaşları gələnə qədər həyətdə o sayda çətənə kolu olduğunu bilməməsini, aşkar olunmuş qurudulmayan və qurudulmuş marixuananı istifadə etmək məqsədilə saxlamaması, əslində onun tullantı olması barədə bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, şəxsin ifadəsində qeyd etdiyi hallar iş materiallarında olan şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üzrə biri digərinə uyğun gələn mötəbər sübutlarla təkzib olunduğundan, müdafiə xarakterli ifadə kimi qiymətləndirilməli və mötəbər sübut hesab edilməməlidir. Belə ki, iş materiallarında olan X19 İnkişaf Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli aqronom rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində X19 X5 sektorunun müdiri X1 RPŞ-nin əməkdaşları ilə birlikdə İsmayıllı şəhəri, Cavanşir küçəsi, dalan 9, ev 5-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı evin arxa tərəfində yerləşən həyətyanı sahədə açıq sahədə 32 ədəd və 1 ədəd dibçəkdə 1 ədəd, Təqsirləndirilən şəxs məxsus digər evin həyətyanı sahəsinə baxış zamanı isə evin qarşısında açıq sahədə 24 ədəd narkotik tərkibli bitkiyə oxşar, ümumilikdə 57 ədəd bitkilər aşkar edildi. Hər iki həyətyanı sahədə olan narkotik tərkibli bitkiyə oxşar bitkilərin ölçüləri 37 santimetrdən 3 metr 40 santimetrədək müxtəlif hündürlüklərdə olması müəyyən edildi. Baxış zamanı müəyyən edildi ki, narkotik tərkibli bitkiyə oxşar bitkilərin dibləri nəmdir və bitkilərin yıxılmaması üçün bəzilərinin yanlarına taxta dayaq verilərək işlə bağlanmışdır. Əkilmiş narkotik tərkibli bitkiyə oxşar bitkiyə aqrotexniki qaydada qulluq (dibləri alaq otlarından təmizlənmiş, su verilmiş) göstərilmişdir. Bundan əlavə, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 iyul 2024cü il tarixli 3-16-16/2-17/636 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərlərinə yapışdırılmış kağızda "xx.xx.2024-cü il tarixdə İsmayılı şəhəri, Cavanşir küçəsi dalan 9, ev 5 ünvanında Təqsirləndirilən şəxs məxsus evə baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər bitkilər." yazısı, adlar və imzalar olan 06 (altı) ədəd sintetik kisənin içərisindəki, uzunluqları 37 sm-dən 340 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri- 79 kiloqram 665,0 qram olan 57 (əlli yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Paşa Məmmədovun 17 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıılı şəhəri, Cavanşir küçəsi dalan 9, ev 5 ünvanına baxış zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər bitki kütləsi." yazısı, adlar və imzalar olan 01(bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki: təmiz çəkisi- 450,0qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Yaş vəziyyətdə ümumi çəkiləri - 440,0qram olan 28(iyirmi səkkiz) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş 57(əlli yeddi) ədəd çətənə (kannabis) bitkiləri, qurudulmuş marixuana və 28(iyirmi səkkiz) ədəd çətənə (kannabis) bitkisinin hissələri tərkiblərinə görə eynidirlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə bitkisinin toxumlarını əldə edib yaşadığı evə gətirərək gizlədib saxlaması, 2024-cü ilin aprel ayının axırlarında ayında həmin bitkinin toxumlarını marixuana əldə etmək üçün əkməsi və toxumlardan çıxan ümumilikdə 57 ədəd çətənə bitkilərinə gübrə və su verməklə qulluq göstərərək yetişdirməsi, həmçinin əkib-becərdiyi çətənə bitkilərinin hissələrindən yığıb toplayaraq qurutmaqla satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün kustar üsulla qəsdən qanunsuz olaraq xeyli miqdar təşkil edən 450 (dörd yüz əlli) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı hazırlayıb əldə etməsi, habelə kultivasiya etdiyi çətənə bitkisinin 28 ədəd hissələrini qoparıb çətənə bitkilərini əkib-becərdiyi yerin yanında anbar kimi istifadə edilən hissədə qurudulmuş marixuana ilə birlikdə torpaq üzərinə qoyaraq saxlaması müəyyən olunmuş, lakin çətənə bitkilərinə qulluq etməkdə Təqsirləndirilən şəxs başqa hər hansı şəxsin köməklik etməsi və ailə üzvlərinin bundan məlumatının olması öz təsdiqini tapmamışdır. Eləcə də məhkəmə istintaqında da Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan bitki toxumlarını haradan, hansı şəraitdə, əvəzli və ya əvəzsiz qaydada əldə etdiyini, habelə ona hər hansı şəxsin köməklik göstərməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə heç bir təzyiq və təsir altında olmadan ifadə verərkən göstərmişdir ki, təxminən 15 ildən artıqdır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin mart ayının ortalarında yaşadığı evə gələrkən yerdən 1 ədəd sellofan büküm görüb götürmüş və açıb baxdıqda içərisində çətənə bitkisinin toxumlarının olduğunu görmüşdür. Həmin bitki toxumlarını yaşadığı evin həyətində anbar kimi istifadə etdiyi otaqda gizlətmiş, 2024-cü ilin aprel ayının axırlarında yaşadığı evin həyətində gələcəkdə şəxsi istifadəsi üçün marixuana əldə etmək üçün narkotik tərkibli çətənə bitkiləri əkib-becərmək qərarına gəlmişdir. O, bəzi vaxtlarda özünə məxsus evdə oğlu Mətləb və arvadı Gülsümlə, bəzi vaxtlarda isə həmin evlə qonşuluqda yerləşən oğlu Salmanın və ailə üzvlərinin yaşadığı evdə yaşamışdır. Ailə üzvləri 2-3 aydır ki, tez-tez Bakı şəhərinə çıxıb getmişdir. O, çətənə bitkiləri əkib-becərmək məqsədi ilə evin arxa hissəsində 4 metr enində 11 metr uzunluğunda ərazini kol-kosdan təmizləyib torpaq sahəsində bir-birindən aralı məsafədə çətənə bitkilərinin toxumlarını əkmiş, həmçinin 1 ədəd dibçəkdə də 1 ədəd çətənə bitkisinin toxumunu əkmişdir. Həmin ərazidə əkməyə başqa yer olmadığından ona məxsus digər evin qarşısında boş torpaq sahəsinin olduğunu və gizlin yer olduğunu görüb həmin yerə keçmək üçün hasarın yanında hər iki tərəfə nərdivan qoyub həmin yerə keçmiş, orada təxminən 6 metr enində, təxminən 9 metr uzunluğunda ərazini kolkosdan təmizləyib həmin yerdə torpaq sahəsində çətənə bitkisinin digər toxumlarını əkmişdir. Təxminən 1 həftə sonra mansardlı evin arxasındakı ərazidə torpaq sahəsində 32 ədəd, 1 ədəd dibçəkdə isə 1 ədəd çətənə bitkisinin şitilinin çıxdığını görmüş, həmin bitkilərə mütəmadi su və gübrə verib qulluq göstərmiş, oğlu Salman və digər ailə üzvlərinin yaşadığı evin yan hissəsində isə artıq 24 ədəd çətənə şitilinin çıxdığını görmüş və həmin bitkilərə su və gübrə verməklə mütəmadi qulluq göstərmişdir. Artıq çətənə şitilləri bitki formasını almışdır. O, evinin arxasındakı yerdə çətənə bitkilərinə qulluq edərkən bitkinin qırılan hissələrini, həmçinin saralmış-solmuş hissələrini qırıb tullantı kimi anbar kimi istifadə edilən yerə tullamışdır. O, 17 iyul 2024-cü il tarixədək mütəmadi çətənə bitkilərinə qulluq göstərmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməyi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə baxış keçirilmişdir. Baxış zamanı təxminən 4 metr enində 11 metr uzunluğunda olan torpaq sahəsində 32 ədəd, 1 ədəd dibçəkdə isə 1 ədəd çətənə bitkiləri, ümumilikdə 33 ədəd çətənə bitkiləri, habelə həmin yerin yaxınlığında anbar kimi istifadə etdiyi otaqda torpaq üzərindən çətənə bitkisinin hissələri və tulantı kimi atdığı bitki kütlələri aşkar edilmişdir. Anbardan aşkar edilmiş bitki kütlələri xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 990 qram olması müəyyən edilmiş və 1 ədəd sellofan bağlamada qablaşdırılıb üzəri möhürlərənək götürülmüşdür. Bundan sonra aşkar edilmiş 33 ədəd çətənə bitkiləri 3 ədəd sintetik kisədə qablaşdırılmış və üzərləri möhürlənərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə baxış onun yaşadığı evdə davam etdirilmiş və evə baxış zamanı hər hansı narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Daha sonra Bayram onlara digər yaşadığı evin həyətində də narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və təqdim edə biləcəyini demiş, daha sonra videoçəkiliş dayandırılmış və bir müddət sonra oğlu Salman Hüseynov da yaşadığı evə gəldikdən sonra evin həyətyanı sahəsində davam etdirilmişdir. Baxış zamanı Salman Hüseynov da iştirak etmiş və o da ərizə ilə müraciət edərək evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həyətyanı sahəyə baxış zamanı Bayram onlara çətənə bitkilərini əkib-becərdiyi yeri göstərmiş, baxış zamanı 6 metr enində 9 metr uzunluğundakı torpaq sahəsində əkib-becərdiyi 24 ədəd çətənə bitkiləri aşkar edilmiş və bitkilər torpaqdan çıxarılıb sayılmışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs çətənə bitkilərinin onun tərəfindən deyil, adlarını bilmədiyi kirayədə yaşayan şəxslər tərəfindən əkilməsi, o, onlara az sayda çətənə kolu əkmələrini deməsini, lakin onların bütün həyətə çətənə kolu əkməsini, polis əməkdaşları gələnə qədər həyətdə o sayda çətənə kolu olduğunu bilməməsini, aşkar olunmuş qurudulmayan və qurudulmuş marixuananı istifadə etmək məqsədilə saxlamaması, əslində onun tullantı olması barədə bildirdikləri ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dəfələrlə ifadə verərək cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini və nəticəsini, əlaxsus cinayət əməlini törətdiyini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri mövcuddur. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməli onun tərəfindən qəsdən törədilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edir. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyasının nəzərdə tutulmuş ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM–in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzaların qismən toplanılmaqla ona cinayətlərin məcmusu ilə qəti cəzanın təyin olunmalıdır. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda, şəxsin həmin cəzanı real olaraq çəkməsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. CM-in 15-ci maddəsinə əsasən CM-in 237.2.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına, CM-in 234.1-ci maddəsi isə az ağır cinayətlərin təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Habelə təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə hesablanmalı və barəsində cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işində olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İkinci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının 3-cü maddəsinin 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə, həmçinin həmin qərarın qərarının 3-cü maddəsinin 7-ci bəndinə əsasən, 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halları nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs 64 yaşının olması və İİ qrup əlil olması müəyyən edildiyindən, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilərək götürülmüş 6 ədəd sintetik kisədə qablaşdırılmış ekspert tədqiqatdan sonra qalıq çəkisi 79 kiloqram 663 qram çəkidə 57 (əlli yeddi) ədəd çətənə bitkilərinin, 1 ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 449,80 qram qurudulmuş marixuananın və 1 ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 439 qram olan 28 (iyirmi səkkiz) ədəd çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci vardır. Həmin məbləğ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs saxlanması üçün Azərbycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X6 təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və İsmayıllı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı aşkar edilərək götürülmüş 6 ədəd sintetik kisədə qablaşdırılmış ekspert tədqiqatdan sonra qalıq çəkisi 79 kiloqram 663 qram çəkidə 57 (əlli yeddi) ədəd çətənə bitkilərinin, 1 ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 449,80 qram qurudulmuş marixuananın və 1 ədəd kağız paketdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 439 qram olan 28 (iyirmi səkkiz) ədəd çətənə bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Əfəndizadə
Hakimlər: Günay Aşurova
Xaliq Məmmədov