Məhkəmə qərarları › İş №1(091)-164/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-164/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-164/2020 11.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X7 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Şəki Regional Vəkil Burosunun vəkilləri X3 və X1 iştirakı ilə xx xxxxxx 1976-cı ildə Ağsu rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, xx.xx.2007-ci ildə Azərbaycan Respublikası CM-nin 274-cü, 338.1-ci və 334.3-cü maddələriilə X6 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəmənin hökmü ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Ağsu rayonu Ağalarbəyli kəndində qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış ,xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə; xx xxxxxx 1977-ci ildə Şamaxı rayonu Çölbağırlı kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, xx.xx.2005-ci ildə Azərbaycan Respublikası CM-nin 120.2.1-ci, 120.2.5-ci, 120.2.11-ci, 180.2.1ci, 181.2.2-ci, 181.2.3-cü, 181.2.5-ci, 177.2.1-ci, 177.2.2-ci, 178.2.2-ci və 185.3.3-cü maddələri ilə X6 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəmənin hökmü ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə cəzası 14 (on dörd) il 10 (on) ay müddətinə yendirilmiş, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu Çölbağırlı kəndində qeydiyyatda olanvə həbs edilənə kimi həmin ünvanda yaşamış, xx xxxx 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X7 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxş halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın, yəni quldurluq etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Bu məqsədlə xx xxxx 2020-ci ildə, saat 21:15 radələrində Ağsu şəhəri M.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs tək yaşadığı evinə, Zərərçəkmiş şəxs dəvəti ilə gəlib yeyibiçdikdən sonra, sərxoş vəziyyətdə, əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 üzərində gətirdiyi silah qismində istifadə edilən, soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı ilə sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək bıçaqla Zərərçəkmiş şəxs hədələmiş, Təqsirləndirilən şəxs2 isə üzərində olan bıçağı çıxarıb Zərərçəkmiş şəxs boğazına dirəməklə 500 manat verməsini tələb etmişlər. Zərərçəkmiş şəxs pulu oturduqları masadakı örtüyün altına qoyduğunu bildirdikdə, Təqsirləndirilən şəxs1 örtüyü qaldıraraq 190 manatı götürmüş, bu vaxt onların diqqətinin yayınmasından istifadə edib pəncərədən düşməklə qaçmaq istəyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 arxasınca təqib edərək bıçaqla iki dəfə vurub, ona döş qəfəsi sol yarısının bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yarası, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası kimi ağırlıq dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, quldurluq etmişlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci və 181.2.5cimaddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs pul tələb etməmiş, onu bıçaqla vurmamış, heç bir cinayət törətməmişdir. Onlar birlikə yeyib içmişlər. Seymur onun 75 manat pulunu evindən götürdüyünə görə onu şillə ilə iki dəfə vurmuş və həmin pulu tələb etmişdir. Seymurun kimin tərəfindən bıçaqla vurulmasını bilmir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə cəzasının müddəti başa çatmış və azadlığa çıxmışdır. xx.xx.2020ci ildə saat 19 radələrində Seymurun təklifi ilə Raulla yeyib-içmək üçün Seymurun evinə getmişlər. Hadisədən bir neçə gün əvvəl Seymur onun evində olmuş və onun yatdığı çarpayıda, döşəyin altında saxladığı 75 manat pulunu ondan xəbərsiz götürmüşdür. Pulunu Seymurun oğurladığından şübhələnərək, bu barədə ondan soruşmuşdur. Seymur da pulu götürdüyünü etiraf edərək, pula ehtiyacı olduğunu, sonradan qaytaracağını bildirmişdir. Lakin, Seymur pulu qaytarmamışdır. Seymurgilə getməmişdən əvvəl qərara gəlmişlər ki, bıçaq götürüb Seymurgilə getsinlər və qorxudaraq, ondan oğurladığı 75 manatı geri alsınlar. Raul ilə hərəyə bir ədəd kiçik ölçülü bıçaq götürərək Seymurun evinə gəlmişlər. Seymurun evində spirtli içki qəbul etmişlər. Yeyib-içdikdən sonra Seymurdan oğurladığı 75 manatı qaytarmasını tələb etmişdir. Lakin, Seymur pulu olmadığını deyərək, pulu qaytarmaqdan imtina etmişdir. Bu vaxt Raul Seymurun sifət nahiyəsinə sillə ilə iki dəfə vurmuş və pulu qaytarmasını tələb etmişdir. Raul üstündəki bıçağı çıxarıb Seymurun üzərinə hücum etmiş və bıçağı onun boğazına dayayıb, pulu qaytarmasını tələb etmişdir. Seymur isə pulu qaytaracağını bildirmiş və Raulun əlindən çıxıb evin pəncərəsinə tərəf qaçmışdır. Seymur özünü evin pəncərəsindən bayıra atmaq istəyən zaman, o, dərhal əlində olan bıçaqla Seymuru iki dəfə vurmuşdur. Lakin, həmin vaxt sərxoş olduğundan, bıçaq zərbələrinin Seymurun bədəninin hansı nahiyələrinə dəyməsini xatırlamır. Seymuru bıçaqla vurduqdan sonra, Seymur özünü pəncərədən bayıra ataraq qaçmışdır. Raulla evi tərk edərək piyada Kürdəmir rayonu istiqamətində getmişlər. Qaraqaşlı kəndinə çatan zaman yolda polis əməkdaşları onları Polis Şöbəsinə getmişlər. Orada Seymuru vuraraq xəsarət yetirdiyini etiraf etmiş, üzərində qanabənzər ləkələri olan qatlanan cib bıçağını polis əməkdaşlarına təqdim etmiş, Raul da özündə olan bıçağı təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 181.2.1-ci və 181.2.5cimaddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs pul tələb etməmiş, onu bıçaqla vurmamış, heç bir cinayət törətməmişdir. Onlar birlikə yeyib içmişlər. Seymur Eldənizin 75 manatını evindən götürdüyünə görə onu Eldəniz şillə ilə iki dəfə vurmuş və həmin pulu tələb etmişdir. Seymurun kimin tərəfindən bıçaqla vurulmasını bilmir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, Eldənizi həbsdə olduğu müddətdə tanımış, onunla normal münasibəti olmuşdur. Təxminən 4-5 gündür ki, Eldənizlə Ağsu şəhərində köhnə xəstəxananın yanında kirayədə qalır. Seymur xx xxxx 2020-ci ildə onları evinə sərxoş vəziyyətdə gələrək, Eldənizə bildirmişdir ki, onun 75 manat pulunu götürməyib və bu barədə and- aman etmişdir ki, bu məsələdən xəbəri yoxdur. Eldəniz də ona heç nə deməmiş və görmüşdür ki, Seymur çox içib, onu evlərinə yola salmışdır. Seymur gedəndən sonra Eldənizə bildirmişdir ki, ola bilsin pulu Seymur götürməyib. Seymur getməmişdən qabaq onlara bildirmişdir ki, xx xxxx 2020-ci ildə onun evinə gəlsinlər, onları qonaq çağırır, çünki qızının ad günüdür. xx xxxx 2020-ci ildə saat 18 radələrində Eldənizlə Seymurun evinə gəlmişlər. Həmin vaxt Seymur evdə tək olmuşdur. Birlikdə oturub yeyib-içərək, əvvəlcə Seymur evində olan yarımçıq araq şüşəsini gətirmiş, üçü birlikdə onu içmişlər. Daha sonra isə Seymur mağazaya zəng etmiş, Eldənizi mağazaya göndərmiş, Eldəniz toyuq qənədi və bir ədəd 700 qramlıq araq almış, onu da içmişlər. Bundan sonra, Seymurla Eldəniz arasında yenə də pul söhbəti düşmüş, Eldəniz Seymurdan tələb etmişdir ki, ondan oğurladığı 75 manat pulu qaytarsın. Seymur isə bildirmişdir ki, pulu oğurlamayıb, əgər lazımdırsa, gedib başqa bir adamdan alıb gətirib verər. Bu mövzuda davam edən söhbət zamanı, əsəbləşmiş və Seymurun sifət nahiyəsindən iki dəfə sillə ilə vurmuşdur. Daha sonra bıçağı çıxarıb onun boğazına dirəmişdir ki, Eldənizin pulunu qaytarsın. Həmin vaxt Eldəniz də bıçaq çıxarıb Seymurun üzərinə gələndə, Seymur özünü pəncərədən bayıra atmış, Eldəniz də onu bıçaqla vurmuşdur. Sərxoş olduğundan, Eldənizin onu bədəninin hansı nahiyəsindən vurmasını dəqiq görməmişdir. Seymuru bıçaqla vurmamış, sadəcə onu sillə ilə iki dəfə vurmuşdur. Seymuru bıçaqla Eldəniz vurmuş, Seymur pəncərədən düşdükdən sonra qaçıb oradan uzaqlaşmışdır. Onlar isə Seymurun evindən çıxaraq piyada Kürdəmir rayonu istiqamətində getmişlər. Qaraqaşlı kəndinə çatan zaman yolda polis əməkdaşları onları saxlayıb Ağsu rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsində hər ikisi bıçaqları çıxarıb vermişlər. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, Eldənizlə onun evində yeyib içdikdən sonra gecəni onun evində qalmışdır. Səhərisi gün yuxudan duran zaman Eldəniz ona bildirmişdir ki, onun cibində olan 75 (yetmiş beş) manat pulu yoxdur. O, da Eldənizə bildirmişdir ki, bu məsələdən xəbəri yoxdur. Bundan sonra Eldənizə bildirmişdir ki, əgər ondan şübhələnirsə üstündə olan paltarlarını yoxlaya bilər. Eldəniz isə ona bildirmişdir ki, ondan şübhələnmir. Bundan sonra onunla Eldənizin arasında bu barədə söhbət olmamışdır. xx.xx.2020-ci ildə saat 18:10 radələrində Eldəniz və Raulu xx.xx.2020-ci ildə övladının doğum günü olduğu üçün axşam evinə dəvət etmişdir. xx.xx.2020-ci ildə saat 19:10 radələrində Eldəniz Raulla yeyib-içmək üçün onun evinə gəlmişlər. Birlikdə bir qədər də araq içmişlər. Qəflətən Raul və Eldəniz hərəsi ciblərindən bir bıçaq çıxardaraq onun üstünə gəlmişlər, Raulla Eldəniz onun sifət nahiyəsindən hər ikisi şillə ilə vurmuşlar. Raul bıçağı onun boğazına dirəyərək onu öldürəcəyi ilə hədələyib ondan 500 (beş yüz) manat tələb etmişdir. Raula sakit olmasını və pulunun olmadığını bildirmişdir. Rauldan hansı səbəbdən onlara pul verməli olduğunu soruşmuş, Raul da ona bildirmişdir ki, Eldənizin evindən 70 (yetmiş) manat pulu itib, həmin pulu o, Eldənizin evinə gələn zaman oğurladığına görə onlara 500 (beş yüz) manat verməlidir. Həmin vaxt Eldəniz əlində olan bıçaqla Raulun arxasında duraraq onu bıçaqla vurmaq istəmişdir. Raulla Eldəniz ona təyziq göstərərək ondan inadla 500 (beş yüz) manat tələb etməyə davam etmişlər. Ona sosial yardım kimi xx.xx.2020-ci ildə “Rabitə Bank”dan 190 (bir yüz doxsan) manat pul verilmişdir və o, da həmin pulu yaşadığı evdə masanın üzərində olan sellofan örtüyün altına qoymuşdur ki, borclarını qaytarar və ya ehtiyaclarına xərcləyər. Sonunda məcbur olub evdə olan masanın üzərindəki sellofan örtüyün altına qoyduğu özünə məxsus 190 (bir yüz doxsan) manat olmasını və onlara həmin pulu götürmələrini bildirmişdir. Onun bu sözündən sonra Eldənizlə Raul onu rahat buraxıb masanın üzərindəki sellofan örtüyün altındakı pulu axtarmağa başlamışlar. O, da onların onu rahat buraxmalarını gördüyü üçün pəncərəni açıb özünü həyətə ataraq qaçmaq istəmişdir. Bu zaman onlar onun pəncərədən qaçmaq istədiyini gördükləri üçün qaçaraq ona tərəf gəlmişlər. Həmin vaxt onlardan biri bıçaqla onun sol böyür və sol ayağından vurmuşdur. Pəncərədən həyətə düşərək evin arxasına tərəf qaçıb qardaşı Fəyyazın evinə getmişdir. Orada sol ayağında və sol böyründə ağrı hiss etmiş və oraya baxan zaman yaralardan qan axdığını görmüşdür. Fəyyazın evindən zəng edərək bu barədə Ağsu RPŞ-nə məlumat vermişdir. Bir qədər sonra oraya polis əməkdaşları və X4 həkimlər gəlmişlər. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 21:30 radələrində polis nəfəri Şahid2 ilə Ağsu şəhərində xidmətdə olan zaman ona telefonla məlumat daxil olmuşdur ki, Ağsu şəhəri M.Əliyev küçəsindəki nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzildə münaqişə baş vermiş və iki nəfər naməlum şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişlər. Şahid2lə dərhal həmin evə getmiş və orada Zərərçəkmiş şəxs sol böyür və sol bud nahiyələrindən xəsarət aldığı üçün qan axdığını görmüşdür. Dərhal bu barədə Ağsu RPŞ-nə və X8 Stansiyasına məlumat vermiş və bir qədər sonra oraya digər polis əməkdaşları və X8 avtomobili ilə həkimlər gəlmişlər. Zərərçəkmiş şəxs tanışları Eldəniz və Raulun onun evinə gəldiklərini və birlikdə yeyibiçdikdən sonra həmin şəxslərin onun boğazına bıçaq dirəyərək pul tələb etdiklərini, həmin şəxslərə pul vermək istəmədiyi üçün onu bıçaqla vurduqlarını və bu səbəbdən də yaşadığı evdə masanın üzərində olan sellofan örtüyün altındakı 190 (bir yüz doxsan) manat pulun yerini onlara dedikdən sonra onların pulu götürmələrinə başlarının qarışdığını gördüyü üçün oradan qaçıb getdiyini bildirmişdir. Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşan zaman həmin şəxslərin Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərək 190 (bir yüz doxsan) manat pulunu oğurlayan, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Həmin şəxslər RPŞ-nə gətirilərək aidiyyatı üzrə təhvil verilmişlər. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 ifadəsində göstərmişdir ki, Ağsu şəhəri Vidadi küçəsində yerləşən “Cahangir Market” mağazasını işlədir. Həmin mağazada gündəlik tələbat malları satır. xx xxxx 2020-ci ildə saat 19 radələrində işlədiyi mağazada olan zaman Seymur özünün istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonu ilə onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək evində qonaqları olduğunu və bu səbəbdən də taksi ilə ona bir kiloqram toyuq qanadı, bir şüşə araq və bir qutu siqaret göndərməsini bildirmişdir. Seymura həmin vaxt işlədiyi mağazanın yaxınlığında taksi avtomobili olmadığını və özünün gəlib pulunu verərək həmin malları almasını bildirmişdir. Seymur da ona bildirmişdir ki, oraya adam göndərəcək və hazırda pulu olmadığı üçün, həmin malları göndərdiyi adama nisyə, yəni borc kimi versin, sonra özü gəlib onunla hesablaşacaqdır. Seymura öz razılığını bildirmiş və bir qədər sonra mağazaya, bir nəfər orta yaşlarında kişi gələrək onu Seymurun göndərdiyini və Seymurun ona tapşırdığı bir kiloqram toyuq qanadını, bir şüşə arağı və bir qutu siqareti götürməyə gəldiyini bildirmişdir. Həmin ərzaqları və arağı ona vermişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, iki nəfər şəxs Seymurun evində yeyib-içdikdən sonra Seymuru bıçaqla vurublar və Seymur da Polis Şöbəsinə müraciət etdiyi üçün həmin iki nəfər şəxsləri tutublar. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 165 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətləri vardır: döş qəfəsi sol yarısının bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yarası, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası və sağ əlin arxa səthinin qançırı. Göstərilən xəsarətlərdən döş qəfəsi sol yarısının bir ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yarası, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası qərarda göstərilən şəraitdə və vaxtda da - yəni, 07.06.20-ci ildə deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilən iki zərbə nəticəsində baş vermişdir. Ağırlıq dərəcələrinə görə həm ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərbələr yetirilən anda Zərərçəkmiş şəxs çox ehtimal ki, özünü müdafiə etmək iqtidarında olmamışdır və arxası zərbələr yetirən şəxsə tərəf olmuşdur. Xəsarətlərin hansı alətlə yetirilməsini müəyyənləşdirmək üçün hadisə zamanı Zərərçəkmiş şəxs əynində omuş paltarların xüsusi tibbi-kriminalistik müayinəsi vacib və zəruridir. Qalan digər xəsarət - yəni sağ əlin arxa səthinin qançırı küt əşya təsirindən ola bilsin ki, müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə və vaxtda da - zərəçəkmişin dediyi şəkildə - qaçarkən yıxılması zamanı, hər hansı bərk küt əşyaya dəyməsi zamanı əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi-kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 301/23020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa hissəsinin yuxarı-orta nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alət (alətlərin) təsirindən əmələ gəlmişlər. Bu zədələrin Təqsirləndirilən şəxs1 götürülərək ekspertizaya təqdim edilmiş bıçağın tiyəsilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın arxa-orta tikişinin üzərində bir ədəd məhdud sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizmə malkidir, şalvarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində üç ədəd zədə məhdud cirilma aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malkidir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı V və Vİ düymələri yerində yoxdur. Bu düymələrin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə qopub-düşmələri ilə izah oluna bilər. İİ. 1. Ekspertizaya təqdim olunmuş 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 472/2020 MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu B/İİİ/-dür. (Təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş bıçaq və Zərərçəkmiş şəxs məxsus köynək və şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “B” antigeni alındı. Bu qan ləkələri AB0 sistemi üzrə B/İİİ/ qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1447 saylı və xx.xx.2020-ci il tarixli 1448 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə özü əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onların hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məcburi müəlicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə ifadələrində göstərmişlər ki, onlar xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs, yaşadığı evdə hücum edib, bıçaq dirəməklə pul tələb etmələrinə səbəb sonuncudan 500 manat almaq yox, həmin hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı mənzildə olarkən döşək altından oğurladığı 75 manatı geri qaytarılmasına nail olmaq olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs pulunun olmadığını bildirmiş və onların əlindən, pəncərədən tullanmaqla qaçmışdır. Onlar həmin hadisə zamanı Zərərçəkmiş şəxs 190 manat məbləğində pulunu götürməmiş, ümumiyyətlə hadisə zamanı sonuncuda pul olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ondan 500 manat tələb etmişlər, sonra isə qaçan zama onu bıçaqla vurmuşlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs bıaqla vurmalarını etiraf etməslər də, ibtidai araşdırma zamanı etdikləri əməli qismən etiraf etmişlər. Odur ki, məhkəmə təqsirləndirilən şəxsləin ifadələrində Zərərçəkmiş şəxs bıçaqla vurmamalarına, ondan pul tələb etməmələrinə, 190 manatı götürməmələrinə dair xüsusatları səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəldiyinə görə daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 274, 338.1 və 334.3-cü maddələrilə X6 İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin hökmü ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs1 qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə əvvələr azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətməsi CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivini yaradır və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2005-ci ildə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5, 120.2.11, 180.2.1, 181.2.2, 181.2.3, 181.2.5, 177.2.1, 177.2.2, 178.2.2 və 185.3.3cü maddələrilə X6 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəmənin hökmü ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə cəzası 14 (on dörd) il 10 (on) ay müddətinə yendirilmiş, xx xxxxxxx 2019-cu ildə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs2 qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə əvvələr azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətməsi CM-nin 18-ci maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivini yaradır və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, tədqiq edilən sübutların məcmusuna əsaslanaraq, sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onların tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə Cinayət Məcəllənin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun onlaracəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiklər cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halları, əvvəl törətdikləri cinayətin xarakter və ictimai təhlükəliliyini, təyin edilmiş cəzaların yetərli olmamasının səbəbələrini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin ediləcək cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə cəzası verilməlidir. Cəza təyini zamanı CM-nin 65-cı maddəsinin “təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz” müddəası nəzərə alınır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 56.1.4- cü maddəsinə əsasən təyin ediləcək cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmələrinin əvvəli tutulduqları vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 x xxxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış və xx xxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 x xxxx 2020-ci ildə şübhəli şəxs kimi saxlanmış və xx xxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onların ibtidai istintaq zamanı şübhəli şəxs kimi saxlandıqları və həbsdə olduqları müddət müvafiq olaraq təyin edilmiş cəzaya hesablanmalıdır. Barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakı hesabına əldə edilən gəlirləri olmasa da, cinayət törədilərkən istifadə edilən alət olan bıçaqlar müsadirə olunmalıdır. Ekspertiza xərci yoxdur. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun ibtidai istintaq dövründə şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun ibtidai istintaq dövründə şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablansın. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin müddətinin əvvəli tutulduğu gündən, yəni xx xxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan və Ağsu RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan bir ədəd şalvar və bir ədəd köynək Zərərçəkmiş şəxs qaytarılsın. İki ədəd bıçaq dövlət nəfinə müsadirə edilsin. Hökmdən elan edildiyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində X7 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi vaxtdan 20 gün sonra qüvvəyə minir. Sədrlik edən Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar