Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-164/2021 21.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən Əliyev Rafail Əyyub oğlu, hakimlər Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxx 1995-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, həmin cəzasını çəkməmiş, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3,367 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib ayrı-ayrı bükümlərdə qablaşdırmaqla 24 mart 2021-ci il tarixədək üzərində daşıyaraq saxlamış, 24 mart 2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq İsmayıllı rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofan bağlamanın içərisində olan 1 ədəd kağız bükümdə saxladığı 2,668 qram çəkidə psixotrop maddə metafetamin və digər sellofan bağlamada saxladığı ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,197 qram, 0,170 qram və 0,332 qram təşkil edən cəmi 3,367 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, sözügedən metamfetamini mart ayının əvvəllərində tapmış və özü arada bir istifadə etdiyi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan günü üzərindən aşkar olunan metamfetaminin üç bükümü ona aid olsa da, çəkisi çox olan bir büküm polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. O, ibtidai istintaq zamanı təsir və təzyiqə məruz qalmış, ibtdai istintaq zamanı verdiyi ifadəsini təsir altında imzalamışdır. Hazırda da qeyd edir ki, üzərindən aşkar olunan yalnız üç balaca büküm ona məxsus olmuş, digər iri büküm isə ona məxsus olmamışdır. Məhkəmədən əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müdafiəçinin iştirakı ilə verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs özünü CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunan ittihamda təqsirli bilməsə də göstərmişdir ki, təxminən 4 aydır ki, psixotrop maddə olan metafetamindən istifadə edir. İsmayıllı rayonunun Xanagah kəndinin inzibati ərazisində yerləşən ailələrinə məxsus kafe vardır. Təxminən 10-15 gün bundan öncə, yəni mart ayının ortalarında həmin kafedə olan oturacaqların yanında 2 selofan bağlama görmüşdür. Selofan bağlamaları götürüb onların birinin içərisinə baxmışdır. Həmin bağlamanın içərisində 3 ədəd kağız bükülü olmuşdur. Hər 3 bükülünü açdıqda onların içərisində psixotrop maddə olan metafetamin olduğunu görmüşdür. Metafetamindən bəzi vaxtlarda istifadə etdiyi üçün onu tanımışdır. Bundan sonra ikinci selofan bağlamanı açmış və içərisində kağız bükümün olduğunu görmüşdür. Həmin bükümü açdıqda isə içərisində metafetamin olduğunu görmüşdür. Bükümləri açıb içərisində olan maddələri gördükdən sonra onları tapdığı formada şalvarının cibinə yerləşdirmişdir. Təxminən 1 ya 2 dəfə həmin bükümdə olan metafetamindən istifadə etmişdir. Qeyd etdiyi bağlamaları da özü ilə birgə üzərində gəzdirirmiş. 24 mart 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən küçəyə çıxmışdır. Həmin vaxt içərisində metafetamin olan bağlamalar da üzərində olan cins şalvarın sol yan cibində olmuşdur. Küçədə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ona psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək onu polis şöbəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı RPŞ-nə getmişdir. X4rşısında ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi X7 ilə təmin edilmişdir. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq vermişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli “Samsung” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul aşkar olunmuşdur. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birini açdıqda içərisində 1 ədəd kağız büküm görünmüşdür. Kağız bükümü açdıqda isə içərisində ağ rəngli maddə görünmüşdür. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan digər bağlamanı açdıqda içərisində 3 ədəd kağız büküm görünmüşdür. Kağız bükümləri açdıqda içərisində ağ rəngli maddə görünmüşdür. Birinci büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmuş və 2 bükümün birlikdə çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Daha sonra isə üçüncü büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmuş və 3 bükümün birlikdə çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr bükümləri ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, fotoşəkillər çəkilərək protokol tərtib olunmuş və tərtib edilmiş protokol ucadan oxunmuşdur. O, polis əməkdaşları, vəkil və hal şahidləri həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Buna görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi haqqında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 24 mart 2021-ci il tarixdə saat 16 radələrində o, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanının qarşısına gəlmişlər və onun orada olduğunu görmüşlər. Yaxınlaşıb özlərini təqdim edəndən sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla sonuncunu tanış edib psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla birgə İsmayıllı Rayon Polis Şöbəsinə getməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra İsmayıllı rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X7 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda sonra həmin gün saat 17 radələrində polis əməkdaşlarının, dəvət edilmiş 2 nəfər hal şahidinin və müdafiəçinin iştirakı ilə İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli “Samsunq” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul aşkar olunmuşdur. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birini açdıqda içərisində 1 ədəd kağız büküm görünmüşdür. Kağız bükümü açdıqda isə içərisində ağ rəngli maddə görünmüşdür. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan digər bağlamanı açdıqda içərisində 3 ədəd kağız büküm görünmüşdür. Kağız bükümləri açdıqda içərisində ağ rəngli maddə görünmüşdür. Birinci büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyuldu və 2 bükümün birlikdə çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Daha sonra isə üçüncü büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmu. və 3 bükümün birlikdə çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr bükümləri ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş vasitənin psixotrop maddə olan metamfetamin olduğunu və həmin vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş 2 ədəd qara rəngli “Samsunq” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, sözügedən tarixdə Təqsirləndirilən şəxs üzərinə polis şöbəsində şəxsi axtarış keçirilməsində hal şahidi qismində istirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli “Samsunq” markalı mobil telefonlar, ümumilikdə 14 manat məbləğində kağız əskinazlardan ibarət pul və 1 manat 10 qəpik məbləğində dəmir pul aşkar olunmuşdur. Bundan sonra əynində olan cins şalvarın sol yan cibindən 2 ədəd şəffaf selofan bağlama aşkar edilmişdir. Həmin bağlamalardan birini açdıqda içərisində 1 ədəd kağız büküm görünmüşdür. Kağız bükümü açdıqda isə içərisində ağ rəngli maddə görünmüşdür. Həmin maddə kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə çəkisinin 2,74 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunan digər bağlamanı açdıqda içərisində 3 ədəd kağız büküm görünmüşdür. Kağız bükümləri açdıqda içərisində ağ rəngli maddə görünmüşdür. Birinci büküm içərisindəki maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.15 qram olması müəyyən edilmişdir. Daha sonra ikinci büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyuldu və 2 bükümün birlikdə çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Daha sonra isə üçüncü büküm içərisindəki maddə ilə birgə elektron tərəzinin üzərinə qoyulmu. və 3 bükümün birlikdə çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin maddələr bükümləri ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Polis şöbəsində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiq olmamış, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, şəxsi axtarış zamanı ümumiyyətlə Təqsirləndirilən şəxs hər hansı etirazı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 Şahid5 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 24.03.2021-ci il tarixli “Raport”dan görünür ki, İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi , dalan 1, ev 46 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 2). Cinayət işinin materiallarında olan 24.03.2021-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 3) Cinayət işinin materiallarında olan 24.03.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin və müdafiəçinin iştirakı ilə video çəkilişlə axtarış keçirilmiş, axtarış zamanı üzərindən 1 ədəd şəffaf sellofan bağlamanın içərisində olan 1 ədəd kağız bükümdə saxladığı 2,668 qram çəkidə psixotrop maddə metafetamin və digər sellofan bağlamada saxladığı ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,197 qram, 0,170 qram və 0,332 qram təşkil edən cəmi 3,367 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Baxış və götürmənin keçirilməsini özündə əks etdirən olan videoçəkiliş bir ədəd diskə köçürülüb protokola əlavə edilmişdir. (cild 01, iş vər. 24-28) Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X3 Regional bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2021-ci il tarixli 17/221 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəyə bənzər maddələrin ...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd şəffaf seloffan torbalardan, birinin içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,197 qram, 0,170 qram, 0,332 qram, digərinin içərisindəki 01 (bir) ədəd selofan bükümdə, təmiz çəkisi – 2,668 qram, ümumi təmiz çəkisi – 3,367 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindirlər. Tədqiqata təqdim edilmiş 03 ədəd gümüşü – ağ rəngli kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. (cild 01, iş vər. 39-41) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 619 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vər. 48) Cinayət işinin materiallarında olan İsmayıllı rayon Mərkəzi Poliklinikasından alınmış 19 aprel 2021-ci il tarixli 89 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji, nevroloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (cild 02, iş vər. 30) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 24.03.2021-ci il tarxdə İsmayıllı Rayon Polis Şöbəsinə İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi , dalan 1, ev 46 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd şəffaf sellofan bağlamanın içərisində olan 1 ədəd kağız bükümdə saxladığı 2,668 qram çəkidə psixotrop maddə metafetamin və digər sellofan bağlamada saxladığı ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda çəkiləri 0,197 qram, 0,170 qram və 0,332 qram təşkil edən cəmi 3,367 qram çəkidə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr materialların ekspertizasına məhkəmə təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl 24.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən törətdiyi cinayət əməlini etiraf etməsinə dair ifadəsi 24.03.2021-ci il tarixdə psixotrop maddə olan metamfetaminin cinayət prosessual qanunverciliklə nəzərdə tutulmuş qaydada aşkar edilməsi və rəsmiləşdirilməsi ilə bağlı hissədə cinayət işinin materialları ilə üst-üstə düşdüyündən və obyektiv həqiqəti əks etdirdiyindən, məhkəmə kollegiyası məhz həmin ifadəni əsaslı sayaraq ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiklərinə gəldikdə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət qanunvericiliyində daha ağır cəza nəzərdə tutan maddə ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Belə ki, əldə olunan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, xırda-xırda bükümlərə yığılaraq saxlanılması, təqsirləndirilən şəxsin özünün narkomaniya xəstəliyindən əzab çəkməməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan psixotrop maddə metamfetamin şəxsi istifadə üçün deyil, məhz satış məqsədi ilə əldə olunmuş və ayrıca qablaşdırılmaqla saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həmin psixotrop maddə metamfetamini satmaq niyyəti ilə deyil, sadəcə şəxsi istifadə ilə bağlı özünü təqsirli bilməsinə dair qeyd etdiklərinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşmədiyi qənaətinə gəlir. Ona görə də, həmin ifadəni müdafiə xarakterli ifadə kimi qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını, üzərindən aşkar olunan böyük büküm metamfetaminin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirsə də, polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı qeyd edilən xüsusatlar İsmayıllı rayon prokurorluğu tərəfindən araşdırılmış və öz təsdiqini tapmadığından, 13 avqust 2021-ci il tarixli qərarla bu xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən qərar müdafiə tərəfinə təqdim edilmiş və müdafiə tərəfindən mübahisələndirilməmişdir. Hazırda həmin qərar qüvvədədir. Həmçinin təqsirləndirilən şəxsin üzərindən aşkar olunan metamfetaminlərin hamısının tərkibinə görə eyni olması onu deməyə əsas verir ki, bu hissədə də Təqsirləndirilən şəxs məsuliyyətydən yaxa qurtarmaq üçün əsassız olaraq yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə İsmayıllı şəhəri H.Z.Tağıyev küçəsi, dalan 1, ev 6 ünvanında qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (cild 02, iş vər. 41-42) İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Mahmudov X5 Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmünə əsasən CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. (cild 01, iş 133-135) İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin alınmış 21 may 2021-ci il tarixli 56954/19-45-4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş islah işləri cəzası sonuncunun iş yeri olmadığı üçün heç bir ödəniş aparılmamış, bu səbəbdən 11 (on bir) ay cəza müddəti çəkilməmiş qalmışdır. (cild 02, iş vər. 43) Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, əvvəllər də qəsdən cinayət əməli törətdiyinə görə məhkum olunduğunu, cəzasını çəkmədiyi halda əməllərindən nəticə çıxarmayaraq yenidən qəsdən cinayət əməli törətməyini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Həmçinin məhkəmə hesab edir ki, nə qədər ki, əvvəlki hökmlə təyin edilən cəza çəkilməyib, hazırkı hökmlə təyin edilən cəza İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2019cu il tarixli hökmünə əsasən təyin edilən 15 faiz dövlət nəfinə tutulmaqla 11 ay müddətə islah işləri cəzası ilə islah işləri cəzasının dörd günü bir gün azadlıqdan məhrum etməyə bərabər götürülməklə birləşdirilməli və Təqsirləndirilən şəxs hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən CMnin 56.1.2-cü maddəsinə əsasən o, təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 24.03.2021-ci il tarixli protokoldan və İsmayıllı Rayon Məhkəmənin 26.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 24.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən 24.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 24-25, 82-84) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına aid edilməli, ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın başlanğıcı 24.03.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3,167 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədiləsində təqsirli bilinsin və 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət onun cəza müddətinə hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilən 05 (beş) il 04 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına İsmayıllı Rayon Məhkəməsinin 1(037)-21/2019 saylı, 15.03.2019cu il tarixli hökmünə əsasən təyin olunan aylıq qazancından 15 faiz pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə islah işləri cəzası həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən dörd günə bir hesabı ilə hesablanmaqla 02 (iki) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə kimi müəyyən edilərək qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və İsmayıllı RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 3,167 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 AZN (yetmiş bir manat, doxsan dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-164/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-164/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver