Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-164/2022 27.10.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X7, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamını müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Z.Həsənova küçəsi ev 3, mənzil 31 ünvanında birlikdə yaşadığı qardaşı Şahid3 arvadı Şahid6 qonşuluq münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə sevgi münasibətinin olduğunu əsas göstərməklə 2020-ci ildən hadisə baş verən günədək onunla dəfələrlə sözlü mübahisə edərək, onu nalayiq söyüşlərlə təhqir etmiş, yaxın qohumlarının bu mübahisəyə son qoyması tələbinə məhəl verməyib dəqiqləşdirilməmiş, heç bir əsası olmayan şübhələrdən bəhanə kimi istifadə etməyə davam edərək 08 mart 2022-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri, Züleyxa Həsənova küçəsində yerləşən 3 nömrəli binanın 4 saylı blokunda yaşayan qonşusu Zərərçəkmiş şəxs olunun yaşadığı mənzilə gəldiyini görüb, uca səslə sonuncunu və onun ailə üzvlərini kobud ifadələrlə təhqir edərək Zərərçəkmiş şəxsla mübahisə zəmini yaradaraq sonuncunun haqlı iradlarına məhəl verməyib aralarında yaranmış mübahisələrə və şübhələrinə aydınlıq gətirmədən heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinadsızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib sonuncunu qəsdən öldürmək məqsədilə cinayətin aləti qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağı yaşadığı evin dəhlizində yerləşən mebel dəstliyinin üzərindən götürüb 4 nömrəli blokun birinci və ikinci mərtəbə aralığında onun üzərinə hücum edib əvvəlcə qəsdən onun ayaq nahiyəsinə bıçaq zərbəsi endirib müqavimətini qırdıqdan sonra onun qarın boşluğuna və döş qəfəsinə əlindəki bıçaqla zərbələr endirməklə ona döş boşluğuna sağ yarısına dəlibkeçən bir ədəd, nazik bağırsaqların zədələnmələrilə qarın boşluğuna dəlib-keçən 3 (üç) ədəd dərəcələrinə görə canlı şəxslərdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmağa aid ümumilikdə 4 ədəd, qarın boşluğuna dəlib-keçməyən 2(iki) ədəd və sol budun arxa səthinin 1 (bir) ədəd kəsilmiş yarası dərəcələrinə görə canlı şəxslərdə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid ümumilikdə 3 (üç) ədəd xəsarət yetirdiyi ilə eyni vaxtda əri Zərərçəkmiş şəxs bıçaqlandığını görən Şahid1 onun sinə nahiyəsindən təpiklə vurub ərinin öldürülməsinin qarşısını aldıqdan sonra əlindəki bıçağı Şahid1 və əri Zərərçəkmiş şəxs tərəf hərəkət etdirərkən yaranmış səs-küyə görə bina sakinlərinin yaşadıqları mənzillərin giriş qapılarını açdığını eşitdiyindən digər qonşular tərəfindən hadisəyə müdaxilə edilə və tutula biləcəyindən ehtiyat edərək hadisə yerindən qaçaraq iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu olmaqla əvəllər münasibətləri normal olmuşdur. 08 mart 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evin giriş qapısının kilitini təmir edərkən Zərərçəkmiş şəxs bloka daxil olmuş, həmin vaxt giriş qapısını təmir etdiyi zaman istifadə etdiyi məişət əşyası olan burğac (atvyorka) sağ əlinə girdiyindən uca səslə söyüş söymüşdür. Həmin vaxt yuxarıda öz mənzilinin qarşısında olan Zərərçəkmiş şəxs onun tərəfindən söyüldüyünü zənn edib uca səslə onu kobud ifadələrlə təhqir etməyə başlamış, bu zaman yaşadığı mənzildə qapının giriş hissəsində yerləşən mebel dəstliyinin üzərində olan qəhvəyi rəngli tutacağı olan mətbəx bıçağını götürüb mənzildən çıxıb yuxarı mərtəbəyə doğru hərəkət etməsi ilə eyni vaxtda yuxarı mərtəbədən aşağı mərtəbəyə doğru hərəkət edən Zərərçəkmiş şəxsla binanın birinci və ikinci mərtəbəsi aralığında yerləşən boş sahədə üz-üzə gəlmişlər. Həmin vaxt qarşılıqlı olaraq bir-birilərinə hücum etmiş, əlindəki bıçaqla Zərərçəkmiş şəxs qarın boşluğuna zərbələr vurduqdan sonra hadisə yerini tərk etmişdir. Blokdan çıxıb sağ tərəfə qaçaraq orada səkinin kənarına əlindəki bıçağı atmışdır. İti addımlarla qaçaraq xatırlamadığı taksi ilə əvvəlcə Gəncə şəhərinə getmiş, bir müddət orada çöldə yaşadıqdan sonra Şəmkir ərazisinə keçib bir müddət orada çöldə qalmışdır. Daha sonra hüquq-mühafizə orqanlarından qaça bilməyəcəyini dərk edib 20 mart 2022-ci il tarixdə gecə saatlarında Mingəçevir şəhər polis şöbəsinə gəlib təslim olmuşdur. Zərərçəkmiş şəxs öldürmək məqsədi olmadığından sadəcə bir-iki bıçaq zərbəsi yetirmişdir. Zərərçəkmiş şəxs qardaşı Şahid3 həyat yoldaşı Şahid6 ilə sevgi münasibətinin olduğunu əsas göstərib dəfələrlə sonuncu ilə mübahisə etməmiş, Zərərçəkmiş şəxs və ailə üzvlərini təhqir etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs öldürmək isətəməmiş, sadəcə sonuncuya əsəbiləşərək xəsarət yetirmək istəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi uşaqlıq vaxtlarından tanımaqla sonuncu ilə münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs həmin evdə qardaşı Vüqar, onun arvadı Gülgəz ilə birlikdə yaşamış, həmin ailə daimi münaqişəli olmaqla qonşular arasında narahat ailə kimi tanınmışdır. Təxminən iki il əvvəl Təqsirləndirilən şəxs qardaşı arvadı Gülgəzin guya onunla sevgi münasibəti olduğunu bəhanə edərək həm onunla, həm də onun ailəsi ilə mübahisələr etməyə başlamış, ilk olaraq Şirxan ona atmacalı sözlər deməyə başlamış, sonra isə ünvansız təhqirlər işlətməyə başlamışdır. Şirxanın etdiyi ünvansız təhqirlərlə bağlı sonuncuya müraciət etdikdə Şirxan ona həmin təhqirləri ona etdiyini soruşanda, Şirxan “mən təhqir edirəm, söz yiyəsi özü götürər” sözlərini işlətmişdir. Mübahisələr onu narahat etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə dəfələrlə zəng edib müraciət etmiş, ünvansız təhqirlərin səs yazılarını mobil telefonda qeydiyyata almışdır. Şirxanın onun ailəsinə qarşı təhqirləri barədə anası Zinyət və atası Şeyxə məlumat vermişdir. X10 dayısı İlhamın yanına gedib ağsaqqal kimi bu məsələyə son qoymasını xahiş etmiş, lakin bu müraciət də nəticəsiz qalmışdır. Həmçinin Təqsirləndirilən şəxs daha sonra qonşusu Fuadın Gülgəz ilə sevgi münasibəti qurduğunu bəhanə edərək sonuncu ilə mübahisə etmiş, 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs qardaşı Vüqar həmin mübahisələrə görə yaşadığı evi tərk etmişdir. 08 mart 2022-ci il tarixdə şəhər ərazisində “8 X6” bayramını qeyd edib qızları və arvadı Şahid1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 33 nömrəli mənzilə gəlmiş, həmin vaxt mənzilin dəhlizində işıqlandırıcı lampa işlək vəziyyətdə olmadığından lampa almaq üçün həyətdə yerləşən mağazaya getmişdir. Mağazada olarkən arvadı Aygül zəng vuraraq Təqsirləndirilən şəxs yenə də onu və ailə üzvlərini təhqir etdiyini, bu səbəbdən yaşadığı mənzilə geri qayıdarkən ehtiyatlı olmasını tapşırmışdır. Zəngdən təxminən 10 dəqiqə sonra yaşadığı mənzilə gəlib içəri daxil olarkən Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısını açıb onun ünvanına, arvadı Aygülü və övladlarını nalayiq ifadələrlə təhqir etmişdir. Şirxanın təhqirlərinə dözməyib gödəkçəsini çıxardıb arvadı Aygülə verib aşağı mərtəbəyə düşmüş, birinci mərtəbə ilə ikinci mərtəbə arasında yerləşən hissəyə enərkən Şirxan onun aşağı düşdüyünü görüb yuxarı mərtəbəyə doğru qalxmış və birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan hissədə tutaşmağa başlamışlar. Şirxan üzərində olan bıçağı çıxarıb sol ayağının arxa nahiyəsindən birinci bıçaq zərbəsini vurmuş, bıçaq zərbəsinin təsirindən müvazinətini saxlaya bilməyib pilləkən qəfəsinə yıxılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan bıçaqla onun qarın boşluğuna və sinə nahiyəsinə zərbələr endirməyə başlamışdır. Bu vaxt arvadı Şahid1 Təqsirləndirilən şəxs sinə nahiyəsindən zərbə endirib sonuncunu üstündən uzaqlaşdırdıqdan sonra arvadı onun üstünə uzanıb növbəti bıçaq zərbəsindən onu qorumağa çalışdığı zaman həmin zərbə nəticəsinə pilləkən qəfəslikdə bir az geriyə doğru hərəkət edən Təqsirləndirilən şəxs arvadı Aygül istiqamətində bıçaq zərbəsi endirmiş, lakin həmin bıçaq zərbəsi sonuncuya dəyməmişdir. Yaranmış səs-küyə artıq qonşuların qapını açdığını görən Təqsirləndirilən şəxs əlindəki bıçaqla hadisə yerindən qaçmış, həmin vaxt qonşuları Fuad gələrək onu Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirərkən niyyəti onu qəsdən həyatdan məhrum etmək olmuş, arvadı Şahid1 fiziki müdaxiləsi nəticəsində Şirxan öz cinayətkar niyyətini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxslə barışmamış, sonuncunun barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Şahid8 və Şahid9 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşusu kimi tanımış, Təqsirləndirilən şəxs qardaşı Vüqar və sonuncunun arvadı Gülgəz ilə birlikdə yaşamışdır. Həmin ailədə daimi münaqişə olmuş və qonşular arasında narahat ailə kimi tanınmışdır. Təxminən iki il əvvəl Şirxan qardaşı arvadı Gülgəzin guya Elnar və onunla sevgi münasibəti olduğunu bəhanə edərək həm Elnarla həm də onunla mübahisələr etməyə başlamışdır. Başlanmış mübahisələr onu və Elnarı narahat etdiyinə görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə dəfələrlə zəng edib Təqsirləndirilən şəxs ailələrini təhqir etdiyini bildirməklə şikayət etmişdir. 08 mart 2022-ci il tarixdə saat 2215 radələrində yaşadığı evə gəlib yuyunduqdan sonra yaşadığı mənzilin pəncərəsinə yaxınlaşarkən həmin vaxt Təqsirləndirilən şəxs uca səslə Zərərçəkmiş şəxs, sonuncunun arvadı və qızlarını kobud ifadələrlə təhqir etdiyini eşitmişdir. Təxminən 10-15 dəqiqə sonra blokdan Zərərçəkmiş şəxs arvadı Şahid1 uca səslə kömək istədiyini eşidib yaşadığı mənzildən aşağı düşmüş, yaşadığı blokun birinci və ikinci mərtəbəsi arasındakı bina aralığına çatdıqda Zərərçəkmiş şəxs qan içərisində yerdə uzanıqlı vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt Şahid1 Şirxanın bıçaqla Elnara xəsarətlər yetirib hadisə yerindən qaçdığını bildirmişdir. Dərhal Elnarı qonşuları Əhsən, Vəzir və Pərvin ilə birlikdə ona məxsus olan “VAZ 21099” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Mingəçevir şəhər mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qaynı olmaqla 07 may 2011-ci il tarixdə Şahid3 ilə nikaha daxil olduqdan sonra ünvan 4 ünvanında birlikdə yaşamışlar. 2020-ci il tarixdən Şirxan ona böhtan ataraq müxtəlif şəxslərlə münasibəti olduğunu bildirdikdən sonra onu döyüb fiziki ağrılar yetirmişdir. Sonuncu dəfə 17 oktyabr 2020-ci il tarixdə Şirxan yaşadıqları mənzilin hamam otağında başqa bir marka siqaret tapıb yenidən mübahisə edərək həmin siqaretin kimə məxsus olduğunu soruşmağa başlamış, siqaretin kimə məxsus olduğunu bilmədiyini demişdir. Əri Vüqar işdən gələndən sonra həmin gün siqareti qurtardığını başqa şəxsdən siqaret alıb çəkdiyini və hamam otağında olan siqaret kötüyünün özü tərəfindən çəkildiyini bildirmişdir. Bundan sonra həmin evdə yaşaya bilməyəcəyini görüb atasının yaşadığı Ucar rayonu, Ciyni kəndinə getmişdir. Təqsirləndirilən şəxs xalası qızı Elnarə və bibisi Hicran zəng vuraraq Şirxanın qonşu Elnarı bıçaqladığını, hər ehtimala qarşı ata yurdunda qalmamağı təklif etmişlər. Bir həftə bacısı Düriyənin yaşadığı Ucar rayonu, Qarabörg kəndində yaşasa da bundan sonra öz yaşadığı evə qayıtmışdır. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında oğlu Zərərçəkmiş şəxs ilə bir binada qonşuluqda yaşayan Təqsirləndirilən şəxs əsassız olaraq qardaşı Vüqarın arvadı Gülgəzin guya oğlu Zərərçəkmiş şəxs və sonuncu ilə qonşuluqda yaşayan Şahid2 ilə münasibətləri olmasını bəhanə etməsi səbəbindən Gülgəzi döydüyünü eşitmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə mübahisələr etməyə, yaşadığı mənzildən ünvansız təhqirlər etməyə başlamışdır. Oğlu Zərərçəkmiş şəxs Şirxanın yaşadığı mənzilə getmiş, belə hərəkət etməməsini və həmin hərəkətin düzgün olmadığını başa salmağa çalışmışdır. Təqribən 2021-ci ilin yay aylarında qonşuda yaşayan şəxs ona səslənərək Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs kənara apardığını və söhbət edəcəklərini bildirmiş, Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısında olan yas mərasimlərinin keçirildiyi tikilinin yaxınlığında sonuncu ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görmüşdür. Həmin mübahisəni qonşularla birlikdə ayırıb, baş vermiş mübahisə barədə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şirxanın hərəkətləri barədə Zinyət Şirxanın böyük bibisi Səkinəyə zəng vuraraq baş vermiş mübahisələr barədə məlumat vermiş, həmçinin Şirxanın Mingəçevir şəhərində yaşayan dayısı İlhama da baş vermiş mübahisələr barədə məlumat versə də lakin Şirxanın böyükləri bu məsələni həll edə bilməmişdir. 08 mart 2022ci il tarixdə arvadı ilə yaşadıqları mənzildə olarkən gəlini Şahid1 zəng vuraraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Bundan sonra arvadı Zinyət ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Züleyxa Həsənova küçəsində yerləşən 3 saylı binaya getmiş, Elnar Mingəçevir şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə saat 11 radələrində böyük bacısı Səkinə ona zəng vuraraq qardaşı oğlu Şirxanın qonşusu Elnarı bıçaqlayaraq xəsarət yetirdiyini demiş, bundan sonra Şirxanın harada olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğlu olmaqla 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs atası Şahid4 arvadı Zinyət ilə birlikdə onun yaşadığı ünvana gələrək bacısı oğlu Şirxanın Elnar ilə mübahisə etdiyini və sonuncunu hədələdiyini bildirmişdir. Həmin gün Şeyixin yanında Şirxanı yaşadığı mənzili çağırmış, sonucuya mübahisəyə son qoymasını bildirməsinə baxmayaraq Şirxan öz mübahisəsi olduğunu özü həll edəcəyini onun müdaxilə etməməsini bildirmişdir. 09 mart 2022-ci il tarixdə səhər saatlarında polis əməkdaşları yaşadığı mənzilə gəlib Şirxanın Elnarı bıçaqladığı barədə məlumat verib Şirxanın hadisəni törətdikdən sonra qaçdığını bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 14 mart 2022-ci il tarixli 157 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sağ ağ ciyərin zədələnməsilə döş boşluğuna sağ yarısına dəlib-keçən bir ədəd yara, nazik bağırsaqların zədələnmələrilə qarın boşluğuna dəlib keçən 3 (üç) ədəd kəsilmiş-deşilmiş yara, qarın boşluğuna dəlib keçməyən 2 (iki) ədəd kəsilmiş-deşilmiş yara və sol budun arxa səthində kəsilmiş yara kəsiçi-deşiçi əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən 08 mart 2022-ci il tarixə uyğundur. Qarın boşluğunu dəlib keçən 3 ədəd, döş boşluğunu dəlib keçən 1 ədəd yaralar yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Qarın boşluğunu dəlib keçməyən iki ədəd və sol budun arxa nahiyədə bir ədəd kəsilmiş deşilmiş yaralar sağlamlığa qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 04 may 2022-ci il tarixli 594 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs alkoqoldan epizodik istifadə edir. Narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə lifli materialların kriminalistik ekspertizasının 28 aprel 2022-ci il tarixli, 6/1947 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 23 may 2022-ci il tarixli 217/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Şeyş oğlunun ABO sistemi üzrə qrup göstəricisi O(İ)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, uzunqol alt köynəyi, uzunqol kofta və şalvar, Şahid2 məxsus qısaqol kofta və şalvar üzərində periferik mənşəli insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanun qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdən “H” antigeni alındı, Zərərçəkmiş şəxs qolsuz maykası üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus uzunqol sviter və şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli 193/63 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə edə bilmişdir, yəni anlaqlı olmuşdur Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya əməlini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan münaqişələr ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 06 may 2022-ci il tarixli, 3/442 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bağlamalarının üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri edilmiş bir ədəd şalvarın, bir ədəd puloverin, bir ədəd alt köynəyinin, bir ədəd maykanın səthində olan rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Həmin zədələr öndən arxaya istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Qeyd olunan zədələr müxtəlif qarşılıqlı duruş vəziyyətinlərində yarana bilər. Tədqiqata təqdim edilmiş bağlamaların üzərində “Təqsirləndirilən şəxs” oğluna məxsus...” yazı qeydləri edilmişbir ədəd şalvarın, bir ədəd puloverin səthində zədə aşkar edilmədi. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 avqust 2009-cu il tarixli hökmü ilə CM-in 221.3, 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 513 saylı Əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. CM-in 83.3.4-cü maddəsinə əsasən Şirxan Hacıəhmədovun cəzasını çəkib qurtardığı gündən altı ildən çox müddət keçdiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2022-ci il tarixdə saat 0200da Mingəçevir şəhər Polis Şöbəsinə gələrək könüllü təslim olmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 20 mart 2022ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. İş materiallarında olan X4 X8 daxil olmuş 29 mart 2022-ci il tarixli 195 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşamış 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Mingəçevir SHXÇDX göndərişinə əsasən Mingəçevir X1 müayinə olunaraq “Anamneizndə nevrotik reaksiya” diaqnozu ilə psixiatrik müşahidədir. İş materiallaında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli 103 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yaşamış 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. Beləliklə məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-in 29, 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Belə ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qeyd edilən Qərarın 3-cü bəndinin 2-ci abzasında göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qərarın 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək istəməməsini və sonuncu bu məqsədlə bıçaqla vurmadığını göstərsə də həmin halı təsdiq edən hansısa dəlil məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs bədən nahiyyəsində olan xəasrətlərin sayı, lokalizasiyası, yetirilmə ardıcıllığı və şahidlərin ifadələri məhkəmənin belə qənaətə gəlməsinə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsaslı bir səbəb olmadan öldürməyə cəhd etdiyinə görə məhkəmə kollgeyası onun əməlinin istintaq orqanı tərəfindən CM-in 120.2.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi və könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən hallardır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanı yüngülləşdirən hallardan könüllü gəlib təqsirini boynuna almasının mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarının 9-cu bəndinin 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı tutulduğu 20 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməsi nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli yun materiallı jaket və bir ədəd qara rəngli cins şalvar Təqsirləndirilən şəxs, göy rəngli cins şalvar, boz rəngli alt paltarı olan mayka, qara rəngli uzunqol alt paltarı və tünd göy rəngli uzunqol üst geyimi Zərərçəkmiş şəxs, bir ədəd boz rəngli cins şalvar və bir ədəd qısaqol köynək Şahid2 qaytarılmalı, Zərərçəkmiş şəxs məxsus mobil telefona baxış istintaq hərəkəti keçirilən zaman yadda qurğusunda olan videogorüntülərin qeydiyyata alındığı istintaq hərəkətinə əlavə edilmiş 01 ədəd “CD” disk, telefon rabitəsi vasitəsi ilə ötürülən məlumatların ələ keçirilməsi ilə bağlı mobil operator şəbəkələrindən daxil olmuş 07 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 234 AZN (iki yüz otuz dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan və Mingəçevir Şəhər Prokurorluğunda saxlanılan bir ədəd qara rəngli yun materiallı jaket və bir ədəd qara rəngli cins şalvar Təqsirləndirilən şəxs, göy rəngli cins şalvar, boz rəngli alt paltarı olan mayka, qara rəngli uzunqol alt paltarı və tünd göy rəngli uzunqol üst geyimi Zərərçəkmiş şəxs, bir ədəd boz rəngli cins şalvar və bir ədəd qısaqol köynək Şahid2 qaytarılsın, Zərərçəkmiş şəxs məxsus mobil telefona baxış istintaq hərəkəti keçirilən zaman yadda qurğusunda olan videogorüntülərin qeydiyyata alındığı istintaq hərəkətinə əlavə edilmiş 01 ədəd “CD” disk, telefon rabitəsi vasitəsi ilə ötürülən məlumatların ələ keçirilməsi ilə bağlı mobil operator şəbəkələrindən daxil olmuş 07 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-164/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-164/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver