Məhkəmə qərarları › İş №1(091)-165/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-165/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-165/2020 05.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – Əliyev Rəşad Şəmşir oğlunun sədrliyi ilə Hakimlər – Mirzəyev Nahid Namiq oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıyev Əflatun Sultan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1966-cı ildə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunamamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırcı hissədə CM) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksinin inzibati binasında yerləşən X11 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin iyun ayında Balakən rayonu Mahamalar kəndinin yaxınlığındakı meşə sahəsində aşkar etdiyi narkotik tərkibli çətənə bitkilərinin istintaqa məlum olmayan sayda toxumlarını əldə edib daşıyaraq yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən evinə gətirərək saxlamış, həmin toxumları 2020-ci ilin iyul ayında Balakən rayonu Mahamalar kəndində yaşadığı evin həyətyanı sahəsindəki dirrikdə bir hissəsini 4 ədəd dibçəkdə, çox hissəsini isə həmin dirrikdə torpağa qəsdən, qanunsuz olaraq, əkmiş 3 ədəd dibçəkdə bitmiş 6 ədəd narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitillərinə, 1 ədəd dibçəkdə bitmiş 1 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisinə, eləcə də torpaqda bitmiş 587 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvararaq, onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə külli miqdarda, yəni cəmi 594 ədəd tərkibində narkotik tərkibli çətənə(kannabis) bitkilərini və narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini qəsdən, qanunsuz olaraq kultivasiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 11-13 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı ərazisində yerləşən dirrik sahəsinə öz könüllü razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı 3 ədəd dibçəkdə olan 8 santimetrdən 10 santimetrədək hündürlükdə 6 ədəd narkotik təbiətli çətənə(kannabis) bitkilərinin şitilləri, 1 ədəd dibçəkdə olan 20 sm hündürlükdə 1 ədəd narkotik tərkibli çətənə(kannabis) bitkisi, bununla yanaşı, 18 sm-dən 109 sm-dək hündürlükdə olan, 580 ədədi torpağa əkilmiş vəziyyətdə köküstündə, 7 ədədi isə kökündən çıxarılaraq həmin sahənin kənarına atılmış vəziyyətdəcəmi 587 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində ittihamın mahiyyəti üzrə göstərdi ki, iş üzrə maddi sübut olan çətənə bitkiləri onun həyətindən aşkar edilmişdir. O, təxminən 2 il əvvəldən marixuana istifadə etməyə başlamış və şəxsi istifadəsi üçün, təxminən 1 il əvvəl meşə sahəsindən taparaq evinin arxa sahəsində yerləşən tikilidə saxladığı toxumları əkmiş və suvamışdır. Nəticədə 600 ədəd çətənə bitkiləri bitmiş, lakin bitkilərdən təxminən 200 ədədi çiçəkləmişdir ki, bu da onların yararsızlığına gətirib çıxarmışdır. Əkərkən o, çətənə bitkilərinin bu qədər çox sayda olacağını bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi bir sıra xüsusatları özünün müdafiə xararkteli hesab edir. Belə ki, təqsirləndirilə şəxs əkdiyi çətənə bitkilərin 200 ədədinin çiçəklədiyi üçün bu hissədə özünün irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilmədiyini qeyd etsə də, məhkəməyədək icraat zamanı özünü tam təqsirli bildiyini göstərmiş və xx.xx.2020-ci il tarixdə dirrik sahəsində əkmiş olduğu çətənə bitkilərindən təxminən 7 ədədinin çiçək açdığına və gələcəkdə məhsul verməyəcəyinə yəni erkəklədiyinə görə dirrik sahəsindən çıxararaq kənara atdığını göstərmişir ki, bu da, qeyd edilən xüsusatın həqiqət olmadığını göstərir. Digər tərəfdən iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası nəticəsində də, bu xüsusat təkzib olunur. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsindəki daha bir özünü müdafiə xarakterli xüsusat əkərkən bu qədər çox sayda çətənə çıxacağını bilmədiyini deməsi olmuşdur. Çünki, məhkəmə iclasında təqsirləndirilən şəxs yeganə işinin və gəlir mənbəyinin kənd təsərrüfatı olduğunu bildirmişdir ki, məhz peşakar şəkildə kənd təsərrüfatı ilə məşğul olan şəxsin yerə əkib-becərərkən toxumları saymaması və niyyətindən kənar planlaşdırdığından kəskin surətdə artıq bitki çıxması inandırıcı deyildir. Digər tərəfdən onun tərəfindən yararsız hesab edilərək bir hissəsinin çıxarılması digər hissəsinə isə qulluğun davam etdirdiyi, o cümlədən hadisə yerinə keçirilmiş baxış nəticəsində həmin bitkilərin səliqəli şəkildə əkilib-becərildiyi və aqrotexniki qaydada quluq göstərildiyi müəyyən olunmuşdur ki, bu da, təqsirləndirilən şəxsin göstərdiyi həmin xüsusatın həqiqəti əks etdirmədiyini bir daha təsdiq edir. Qeyd edilənlər təqsirləndirilən şəxsin göstərdiyi həmin xüsusatın da, özünün müdafiə xarakterli olduğunu və əməlinin ona qarşı irəli sürülmüş ittihamdan bir qədər az ictimai-təhlükəlili olduğunu göstərməyə yönəldiyini təsdiq edir. Məhkəmə iclasında şahid Balakən rayon Polis şöbəsinin Narkotilərə qarşı mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ifadə verərək tədbirlər planına uyğun olaraq mütəmadi olaraq narkotiklərlə mübarizə apardıqlarını, xx xxxxxx 2020-ci il tarixdə daxili qoşunların əməkdaşları ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirildiyini, helikopter vasitəsi ilə orada şübhəli bir sahə aşkarladıqlarını, şübhəli sahə aşkar olunduqdan sonra rəhbərliyə məruzə edilərək həmin ünvana aqronom dəvət olunduğunu, sonradan onlara şöbədən xəbər verildikdən sonra o, bir qrup polis şöbəsinin əməkdaşları ilə birlikdə həmin yerə gəldiklərini, şəxsin qapısına yaxınlaşdıqlarını, Təqsirləndirilən şəxs qapını açdıqdan sonra özlərini təqdim etdiklərini, təxirəsalınmaz qərarı təqdim edərək əraziyə baxış keçirilməsini şəxsə bildirdiklərini, həmçinin həyətində narkotik vasitəyə oxşar maddələr olduğunu bildirdiklərini, həmin şəxsin səmimi olaraq etiraf etdiyini və etiraz bildirmədiyini, içəri keçən zaman, dibçəklərdə 7 ədəd, habelə bir neçə ədədi kökündən çıxarılmış və qalanı yerdə əkilmiş olan ümumi 587 ədəd narkotik tərkibli ağacların olduğunu müəyyən etmişlər. Bundan sonra həmin şitil və ağaclar qablaşıdırılaraq götürülmüş və protokol tərtib edilmişdir. O, narkotiklərin sayılmasında şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən - Balakən RPŞ-nin İctimaitəhlükəsizlik bölməsinin sahə rəisi Şahid3, Balakən RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid5 və Şahid4 Asim oğlu, Şahid2 ifadəsinə uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiqlədilər. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən Dövlət X5 bitkiçilik sektorunun müdiri Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinə mütəxəssis-aqronom kimi cəlb edilmiş və Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs evinə sonuncunun iştirakı ilə və videoçəkilişlə keçirilən baxışda iştirak etmişdir. Həmin baxış zamanı evin həyətyanı sahəsindən yerdən, dibçəklərdə və yerə əkilmiş 1-2 sotluq sahədən cəmi 594 ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək polis əməkdaşları tərəfindən götürülməklə qablaşdırılmış və protokol tərtib edilmişdir. Onun tərəfindən bu bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini təqdiq edən rəy verilmişdir. Hazırda da həmin rəyi təsdiq edir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış protokolu və həmin protokola əlavə edilmiş CD diskdə qeydə alınmiş videogörüntülərə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs çətənə(konnabis) bitkilərini əkdiyi sahə içərisində 6 otaq, 2 zaldan və 1 mansarddan ibarət ev və 1 otaq talvarlı ayrıca tikilədən ibarət evin yerləşdiyitəxminən 1 ha həyətyani sahənin 11,5 metr X 11,5 metr ölçüdə hissəsidir. Oradan uzunluqları 8-13 sm olan 6 ədəd bitki 3 dibçəkdə, daha 1 ədəd ayrıca dibçəkdə, sahənin kənarında 7 ədəd köküündən çıxarılmış və 587 ədəd çətənə(konnabis) bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 bölməsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 17/519 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunmuş, üzərində "...Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində...əkdiyi 6 ədəd..." sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluqları 08 sm-dən 10 sm-dək, ümumi təmiz çəkiləri- 1,06 qram olan 06 (altı) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitilləridir. Təqdim olunmuş, üzərində "...Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində...əkdiyi 1 ədəd..." sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluğu 20 sm, təmiz çəkisi- 4,32 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkisidir. Təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda "...Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş..." sözləri və imzalar yazılmış 04 (dörd) ədəd sintetik kisələrin içərisində uzunluqları 18 sm-dən 109 sm-dək, ümumi təmiz çəkiləri- 33 kiloqram 650 qram olan 587 (beş yüz səksən yeddi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom-mütəxəssis Şahid1 xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən 594 (beş yüz doxsan dörd) ədəd çətənə bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş 594 (beş yüz doxsan dörd) ədəd çətənə bitkilərinin və şitillərinin köklərində olan torpaq ilə 01 (bir) ədəd sintetik kisənin içərisindəki torpaq nümunələri qrup və cinsi əlamətlərə görə eynidirlər. Cinayət işi materiallarında olan X7 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxxxxxx 2020-ci il tarixli 828 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Balakən rayonu Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, o, həqiqətən Balakən rayonu Mahamalar kənd sakinidir və ailə üzvləri arvadı – xx.xx.1977-ci il təvvəllüdlü X2, qızı – xx.xx.1994-cü il təvəllüdlü X3 və oğlu – xx.xx.1999-cu il təvəllüdlü X4 ibarətdir. Cinayət işi materiallarında olan Balakən rayonu Mahamalar kənd İƏD üzrə nümayəndəliyinin tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Balakən rayonu Mahamalar kəndində İƏD-də qeydiyyatdadır, yaşadığı müddətdə qonşuları və ətrafı ilə münasibəti yaxşı olmuş, onun barəsində Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şifahi və yazılı müraciət daxil olmamış, heç yerə işləməmiş, ailə kəndli təsərrüfatı ilə məşğul olmuşdur. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Təqsirləndirilən şəxs tutulması xx xxxxxx 2020-ci il tarixdən saat 11:05-dən hesablanmışdır. Cinayət işinin materiallarında olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.3-cü maddəsinə tövsif olunması ilə razılaşır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, keçirilmiş məhkəmə-narkoloji ekspertiza nəticəsində təqsirləndirilən şəxsin narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə hallarının olduğu müəyyənləşdiyi halda, onun məhkəmə iclasında son 2 il ərzində gündə 4-5 qram marixuanadan istifadə etdiyini bildirməsi, peşəkar qaydada kənd təsərrüfatı ilə məşğul olduğu halda 11,5 metr X 11,5 metr sahəyə çətənə bitkisinin toxumları əkməsi sonradan isə həmin toxumlardan bu qədər çox sayda çətənə bitkisi çıxacağını ehtimal etmədiyini ifadə etməsi, habelə narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi halda, 600 ədədə yaxın sayda və yaş vəziyyətdə 33 kq-dan artıq çəkidə çətənə bitkilərinin yetişdiyinə baxmayaraq bu bitkilərin böyüyərək çəkilərininn artması üçün zəruri tədbirlər görməsi onun şəxsi istifadə məqsədi ilə bu qədər çətənə bitkisini kultivasiya etməsinə dair göstərdiyi xüsusatın ağlabatan olmadığını və bununla da, lazımi səmimilik göstərmədiyini, o cümlədən sadəcə məsuliyyənin yüngülləşdirməsi üçün peşman olduğunu bildirdiyini göstərir, eləcə də, təqsirləndirilən şəxsin istər məhkəməyədək icraat zamanı, istərsə də, məhkəmə iclasında təqsirləndirilən şəxs öz təşəbbüsü ilə deyil, məhz suallara cavab olaraq peşman olduğunu bildirməsi isə onun ifadə etdiyi peşmançılığının səmimi olmadığının daha bir sübutudur. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallarla yanaşı Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamında qeyd edilmiş tövsiyələri də, nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, ona təyin ediləcək cəza tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlarla və məhkəmə xərcləri ilə bağlı məsələləri müzakirə edərək məhkəmə belə qərara gəlir ki, iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan - Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd ağ zərfdə qablaşdırılmış 6 ədəd narkotik təbiətli çətənə(kannabis) bitkisinin şitilləri, 1 ədəd ağ zərfdə qablaşdırılmış 1 ədəd narkotik tərkibli çətənə bitkisi, 4 ədəd sintetik kisədə qablaşdırılmış 587 ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd sintetik kisədə qablaşdırılmış torpaq nümunələri əhəmiyyəti olmadığından məhv edilməlidir. İş üzrə 34,55 AZN (otuz dört manat əlli beş qəpik) ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, X8 qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5(beş) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan - Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd ağ zərfdə qablaşdırılmış 6 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri, 1 ədəd ağ zərfdə qablaşdırılmış 1 ədəd narkotik tərkibli çətənə bitkisi, 4 ədəd sintetik kisədə qablaşdırılmış 587 ədəd narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd sintetik kisədə qablaşdırılmış torpaq nümunələri əhəmiyyəti olmadığından məhv edilsin. Təqsirləndirilən şəxs 34,55 AZN (otuz dört manat əlli beş qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökmdən, elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X11 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar “Əsli ilə düzdür" Sədrlik edən Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar