Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-166/2020 19.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1979-cu il tarixdə Zaqatala rayonunun Sabunçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Lahıc kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində Zaqatala rayonunun Lahıc kəndində sərxoş vəziyyətdə yaşadığı evin həyətində olan zaman həmin evdə yaşayan qardaşı Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə özünə məxsus televizordan artıq istifadə etməsi nəticəsində əlavə enerji sərfiyyatı yaranmaqla artıq pul ödəyəcəkləri barədə iradı və televizordan istifadə etməməsi barədə tələbi ilə əlaqədar aralarında yaranmış münaqişəni davam etdirməklə qardaşı Zərərçəkmiş şəxslə mübahisə etmiş, sonuncunun ona məxsus araq çəkmək üçün nəzərdə tutulmuş aparatının şəkillərini çəkərək onu tutduracağını, həmçinin onun fiziki qüsurunu dilə gətirərək çolaq olduğunu üzünə deməsi nəticəsində yaşadığı evdən mətbəx bıçağını götürərək qardaşının yanına qayıtmış, bir daha ona çolaq deyəcəyi təqdirdə əlindəki bıçaqla vuracağı barədə xəbərdarlıq etməsinə baxmayaraq Zərərçəkmiş şəxs yenidən ona çolaq olduğunu deməsindən qəzəblənərək aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs arvadı Şahid1 və azyaşlı qızı Əsma Abdullayevanın gözləri önündə onlara əzab verdiyini dərk edib müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə zərbə vurmaqla qisas almaq niyyəti ilə ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ boğaz nahiyəsindən daxilə keçərək udlağı zədələyən deşilmiş-kəsilmiş yara və ənsə nahiyəsində kəsilmiş yara xəsarəti yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 126.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (CM-nin 126.1-ci maddəsi ilə) təqsirli bilib məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, sağ əli anadangəlmə inkişafdan qalmış, buna görə də, 2-ci qrup əlildir, Zərərçəkmiş şəxs qardaşıdır, qardaşı Sərxan təxminən 2011-ci ildə ailə həyatı qurmuş, qardaşı ailə həyatı qurduqdan sonra evdən 13 min manat pul alaraq kənddə özünə ev almış, lakin qardaşı Sərxan ayrı yaşadığı müddət ərzində kənddə təxminən 40 min manat pul borc almış, buna görə də, valideynləri özlərinə məxsus pay torpaq sahələrini sataraq Sərxanın borcunun bir hissəsini ödəmiş, həmçinin bundan başqa Sərxan üçün tikilmiş ev həmkəndlisi Minə Nəzirovanın adına olmuş və torpağın pulunu hissə-hissə ödəmiş, lakin Sərxan həmin pulu ödəmədiyi üçün X7 torpağından çıxartmış, 2019-cu ilin sentyabr ayında Sərxan özü üçün tikilmiş evi satdıqdan sonra yenidən onların yanına ata evinə köçmüş, Sərxan evə köçdükdən sonra aralarında mütəmadi narazılıqlar yaranmağa başlamış, Sərxan hər dəfə spirtli içki olan araq içib evə gələrək ona «sən topalsan» deyərək mübahisə yaratmış, Sərxan ata evindən köçdükdən sonra evin bir otağında atası İsmayılla birlikdə qalmış, anası isə Sərxanın borcunu qaytarmaq üçün Bakı şəhərində işləmiş, Sərxan isə ailə üzvləri ilə birlikdə evin digər otağında qalmış, Sərxanın istifadə etdiyi otaqda plazma televizoru və internet xətti olmuş, onun qaldığı otaqda isə olan televizor işləmədiyi üçün təxminən xx xxxx 2020-ci il tarixdə həmin televizoru düzəltdirmiş, lakin Sərxan isə ona televizoru işlətdiyi üçün işıq pulu yazdığını deyərək irad bildirdiyindən aralarında mübahisə yaranmış, yaşadığı evdə araq çəkmək üçün aparatı olmuş, o, həmin aparat vasitəsilə özünün yığdığı meyvələrdən araq çəkmiş, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında qonşusu Tofiq bir vedrə ərik gətirərək araq çəkməsini xahiş etmiş, o da xx xxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində arağı çəkib Tofiqin evinə aparmış, Tofiq ilə birlikdə Tofiqin evində həmin ərik arağından içmiş, həmin gün yəni xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evin həyətində olan vaxt qardaşı Sərxan həyətə gələrək araq çəkən aparatın şəkillərini çəkib onu tutduracağını bildirmiş, o da Sərxana «sənə aid də videoçəkillişlərim var, həmin çəkilişləri versəm, səni tutacaqlar» demiş, buna görə də, Sərxanla aralarında mübahisə yaranmağa başlamış, həmin vaxt Sərxan ona «sən çolaqsan» deyərək qışqırmağa başlamış, buna görə də, o, yaşadığı otağa keçərək otaqdan mətbəx bıçağını götürüb yenidən həyətə çıxmış, bıçaq əlində Sərxanın yanına gedərək «bir də mənə çolaq desən səni vuracam» demiş, lakin Sərxan yenə ona «mən toxunulmaz şəxsəm, sən çolaqsan blət» deyərək üzərinə doğru gəlmiş, o da həmin vaxt qolun şikəst olmasının nə olduğunu görməsi üçün əlində olan bıçağı Sərxanın qoluna soxmaq istəmiş, həmin vaxt Sərxan aşağı əyildiyindən bıçaq boyun nahiyəsinə girmiş, bundan sonra Sərxanla əlbəyaxa olmuş, sonra Sərxan həyətdən çıxıb küçəyə qaçmışdır. O, hadisə yerindən yayınmamış, yaşadığı ərazidə xidmət edən Tural adlı polis əməkdaşına zəng edərək törətdiyi hadisə barədə məlumat vermiş, onun göstərişi əsasında hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmiş, polis əməkdaşları gəldikdən sonra isə bıçağı təqdim etmişdir. Həmçinin qeyd etmişdir ki, hadisə baş verən vaxt qardaşı arvadı və onun uşağı orada olmamış, hadisəni də görməmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki olan araq içərək yaşadığı evdə nalayiq söyüşlər söyərək atası və onunla dalaşmış, xx xxxx 2020-ci il tarixdə qardaşı Kənan yaşadığı evin həyətində spirtli içki olan araq çəkib getmiş, həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat təxminən 18 radələrində sərxoş vəziyyətdə evə gəlmiş, həmin vaxt o bir gün əvvəl futbol oynayan vaxt ayağını zədələdiyi üçün ayağı şişdiyindən ayağının altına stol qoyub oturmuş, Kənan evə sərxoş vəziyyətdə gəldiyi üçün atası İsmayıl ona iradını bildirdikdə Kənan atası ilə dalaşmağa başlamış, atası Kənanla mübahisə etdikdən sonra həyətdən çıxıb getmiş, o isə evdə arvadı Aydan və azyaşlı qızı Əsma ilə həyətdə olan vaxt Kənana atası ilə mübahisə etməsinə görə iradını bildirmiş, həmin vaxt Kənan ona «sənə nə var özüm bilərəm» deyərək üzərinə gəlmiş, Kənana ondan uzaq durmasını hərəkətlərini mobil telefon vasitəsi ilə çəkdiyini demiş, Kənan isə içəri girərək 1-2 dəqiqədən sonra çıxıb onun üzərinə tərəf gəlmiş, həmin vaxt yanında arvadı Aydan və azyaşlı qızı Əsma da olmuş, Kənan onunla üzbəüz dayanaraq «sən məni videoya çəkib şikayət eliyəcəksən?» deyərək qəflətən əlində olan bıçaqla ona tərəf zərbə atmış, o, zərbədən yayınmağa çalışsa da, Kənanın atdığı bıçaq zərbəsi onun boyun nahiyəsinə dəymiş, onun boynundan qan gəlməyə başlayan kimi Kənan ona tərəf ikinci zərbəni atmış, həmin zərbə onun başına dəymiş, o, Kənanın onu yenidən vuracağından qorxaraq küçəyə qaçmış, küçədə həmkəndlisi Telmanın oğlu Qara təcili tibbi yardıma zəng vuraraq çağırmış və təcili yardım maşını gələrək onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hazırda qardaşı ilə barışmamışdır, özünün və ailəsinin həyatına təhlükə olduğunu düşünür, ona görə də, ondan şikayətçidir və məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, həmin nigahdan Əsma adlı qızları olmuşdur. Təqsirləndirilən şəxs əri Sərxanın doğma qardaşıdır. Təqsirləndirilən şəxs onlarla bir evdə yaşayır, onun və əri Sərxanın Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamış Kənan mütəmadi olaraq spirtli içki qəbul edərək atası və qardaşı ilə mübahisə etmiş, 03 iyul 202-ci il tarixdə, saat 11 radələrində Kənan yaşadığı evin həyətində ərikdən spirtli içki olan araq çəkmiş və həmin arağı da həmkəndliləri Tofiqin evinə aparmış, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadığı evə gəlmiş, Kənan evə gəldikdən sonra evin həyətində atası İsmayıl Kənana mütəmadi olaraq spirtli çiki içdiyinə görə irad bildirdiyi üçün Kənan atası ilə mübahisə etməyə başlamış, buna görə də atası İsmayıl həyətdən çıxaraq küçəyə getmiş, həmin vaxt bir gün əvvəl futbol oynadığı üçün ayağını zədələmiş əri Zərərçəkmiş şəxs həyətdə olan yardımçı tikilinin altında oturmuş, Sərxan Kənana nəyə görə sərxoş vəziyyətdə evə gələrək atası ilə mübahisə etməsinə görə irad bildirmiş, bundan sonra Kənan Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlamış, həmin vaxt sərxan kənana «get məndən aralı dur» deyərək irad bildirmiş, Kənan yaşadığı evə girərək təxminən 5 dəqiqə sonra evdən çıxmış, kənan evdən çıxan kimi həyətdə olan Sərxanın üzərinə gəlmiş, Kənan Sərxanın yanına gəldikdə onların arasında mübahisə düşmüş, həmin vaxt Kənan inkişafdan qalmış əlində saxladığı bıçağı sol əlinə alaraq Sərxanın üzərinə gedib bıçaqla ona tərəf zərbələr atmış, Kənanın əri Sərxana bıçaq zərbələri atdığını görərək qışqırmağa başlamış, Sərxan Kənanın zərbələrindən sonra həyətdən küçəyə qaçmış, Kənan əvvəlcə onun arxası ilə küçəyə qaçmış, daha sonra isə evə qayıtmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı küçədən keçərək evlərinə gedən vaxt Sərxanın həyət darvazalarından küçəyə çıxdığını görmüş, Sərxan küçəyə çıxan vaxt boğazından qan axdığını görmüş, o tez Sərxana yaxınlaşaraq nə olması ilə maraqlanmış, Sərxan ona qardaşı Təqsirləndirilən şəxs bıçaqla vurduğunu demiş, o, tez Sərxana kömək etmək məqsədilə Təcili Tibbi yardıma zəng vuraraq çağırmış, təcili yardım çağıran vaxt Təqsirləndirilən şəxs həyətdən küçəyə çıxmış, sonra isə yenidən həyətə getmiş, Kənan həyətə girdikdən sonra isə Sərxanın arvadı və az yaşlı qızı Əsma küçəyə çıxmış, bundan sonra səs-küyə küçəyə qonşular da yığılmış, bir qədər sonra isə təcili yardım gələrək Zərərçəkmiş şəxs Zaqatala Rayon Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə Zaqatala rayonunun Lahıc kəndində yerləşən X1 məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. (cild 01, iş vər. 6-11) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ərizə” və “Götürmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs vurduğu bir ədəd mətbəx bıçağını polis əməkdaşlarına təhvil vermişdir. Həmin bıçağın ümumi uzunluğu 22 sm, tiyəsinin uzunluğu 10,5 sm, kəsici hissəsinin uzunluğu isə 11,5 sm-dir. Həmin bıçaq hal şahidlərinin iştirakı ilə götürülmüş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 12-16) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 234 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətində olmuşdur. (cild 01, iş vər. 19) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Üzləşdirmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq vaxtı vermiş olduğu ifadəsini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vər. 143-144) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Üzləşdirmə haqqında” istintaq hərəkətinin protokolundan görünür ki, Şahid1 istintaq vaxtı vermiş olduğu ifadəsini təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (cild 01, iş vər. 145-146) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxx 2017-ci il tarixli 291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Sərxan oğlunun bədənində aşkar edilmiş xəsarətlər - sağ boğaz nahiyəsində daxilə keçərək udlağı zədələyən deşilmiş-kəsilmiş yara və ənsə nahiyəsində səthi kəsilmiş yara - iti alətin (əşyanın, alətlərin, əşyaların) təsirindən törənmişlər, həmin xəsarətlər xx.xx.2020-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs xəsarət alarkən xəsarət yetirənlə qarşı-qarşıya olması ehtimal edilir. (cild 01, iş vər. 98-100) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 29 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan o, Zərərçəkmiş şəxs məxsus ola bilər. Hadisə yerindən götürülmüş torpaq nümunəsindən insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan o, Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş vər. 92-96) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 506/226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psiopatik cizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkərlərini idarə etmək iqtidarındadır. Həmçinin Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən əsəbi psixi-emosional halda olmasına baxmayaraq, həmin vəziyyət güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətinə çatmamışdır, yəni o, cinayət əməlini törədərkən güclü ruhi həyəcan vəziyyətində olmamışdır (keçirməmişdir). (cild 01, iş vər. 133-136) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 17/548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassayə malik, məişət təyinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir. (cild 01, iş vər. 137-140) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxx 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqının yekununda mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxslə aralarında yaranmış sözlü mübahisə zamanı evdən götürdüyü bıçaqla sonuncunun arvadı və övladının gözü önündə ona hər hansı bədən xəsarəti yetirdikdə qardaşı arvadı və övladına xüsusi əzab verəcəyini dərk etdiyi halda bunu arzu edərək öz hərəkətlərini davam etdirmiş və əlində olan bıçaqla sonuncuya zərbələr endirərək həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sağ boğaz nahiyəsindən daxilə keçərək udlağı zədələyən deşilmiş-kəsilmiş yara və ənsə nahiyəsində kəsilmiş yara xəsarəti yetirmişdir ki, bununla da CM-nin 126.2.3-cü maddəsində öz əksini tapan cinayət əməlini törətmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmçinin qeyd edilən plenum Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini məhz zərərçəkmiş şəxsin arvadı və övladının gözü önündə törətməsini xüsusi amansızlıqla törədilən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirir və bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 126.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin təqsirli bilindiyi müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonunun Lahıc kəndində yaşayır. Yaşayış yeri üzrə mənfi səciyyələndirilir. (cild 01, iş vər. 109,112) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, əməliyyatstatistik kartotekada Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. (cild 01, iş vər. 113-114) Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Lahıc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etsə də, gələn zəngi eşitmədiyindən onun zənginə cavab verməmişdir. Daha sonra həmin ərazidə fəaliyyət göstərən əməliyyat müvəkkili Tural Əlizadə onunla telefon əlaqəsi saxlayaraq Təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində cinayət əməli törətdiyini və hazırda evdə olduğunu, ona görə də, əlavə hər hansı problem çıxmaması üçün onun olduğu evə gedib onun yanında durmasını ondan xahiş etmişdir. O da Təqsirləndirilən şəxs yaşadığ evə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs evdə olmuşdur. Onun yanında dayanmışdır və qısa müddət sonra polis əməkdaşları gələrək sonuncunu polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Zaqatala Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəzində işləyir, Zaqatala rayon Lahıc kəndi ərazisi də onun fəaliyyət göstərdiyi əraziyə aid olduğundan Təqsirləndirilən şəxs oradan tanımışdır. Təqsirləndirilən şəxs bir az içkiyə meyilli şəxs olduğundan həmişə onunla əlaqədə olmuş, daim tərbiyəvi söhbətlər aparmış, hər hansı bir problem olduğu halda dərhal əlaqə saxlaması üçün öz mobil nömrəsini də ona vermişdir. Hadisə günü növbətçi hissədən onlara Lahıc kəndində ailə münaqişəsi zəminində cinayət hadisəsi baş verməsi barədə məlumat verilmiş, Lahıc kəndinə getməyə hazırlaşdığı vaxt Təqsirləndirilən şəxs ona zəng gəlmiş, lakin telefona cavab verərkən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs ərazi icra nümayəndəsi Yaşar İbrahimova zəng etmək istəyərkən səhvən ona zəng etmişdir. Bu zaman səhvən ona zəng etdiyini bildirdikdə Təqsirləndirilən şəxs hazırda öz yaşadığı evdə olduğunu və cinayət hadisəsi törətdiyini bildirmişdir. Belə olan halda o, heç yerə getməməyi və onların gəlməsini gözləməyi Təqsirləndirilən şəxs tapşırmış, daha sonra tez ərazi icra nümyəndəsi Yaşar İbrahimova zəng edərək Təqsirləndirilən şəxs yaşadığı evə gedərək onun yanında olmasını tapşırmışdır ki, nəsə başqa bir hadisə olmasın. Bundan sonra tez bir zamanda digər polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlmiş, Təqsirləndirilən şəxs hadisə yerində olmuş, baş vermiş hadisə barədə ətraflı məlumat verərək cinayət hadisəsi törətdiyi bıçağı könüllü olaraq onlara təhvil vermiş və sonra birlikdə polis şöbəsinə getmişlər. Məhkəmə kollegiyası qeyd edilən halları araşdıraraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli törətdikdən sonra hadisə yerində qalaraq polis əməkdaşlarına törətdiyi cinayət hadisəsi barədə məlumat vermiş və könüllü şəkildə hüquq mühafizə orqanlarına təslim olmuş, cinayət aləti sayılan bıçağı da polis əməkdaşlarına təhvil vermişdir. Odur ki, bu hal CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs ikinci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-nin 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zaqatala rayon məhkəməsi tərəfindən isə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 34, 74-76) Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı qiyməti müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,60 AZN (otuz manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Zaqatala Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı qiyməti müəyyən edilmədiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 30,60 AZN (otuz manat, altmış qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X9 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-166/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-166/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver