Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-166/2021 19.11.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X14 xx.xx.1987-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhslli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayon Aşağı Ağcayazı kəndində qeydiyyatda olman və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan naməlum vaxtda və şəraitdə qanunsuz olaraq, küllü miqdarda ümumi təmiz çəkisi 3.046 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə üzərində saxlayıb daşımış və 01 ədəd soyuq silah hesab edilən deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet(beşbarmaq) bıçağı qanunsuz olaraq əldə edərək gəzdirmiş, həmin küllü miqdarda olan narkotik vasitələri 02 ədəd gümüşü, 07 ədəd sellafon bükümdə çəkiləri müvafiq olaraq 0.215qr, 0.397qr, 0.339qr, 0.390qr, 0.394qr, 0.401qr, 0.392qr, 0.417qr, 0.101qr olmaqla bükümlərə bükməklə satış məqsədilə üzərində saxlayıb daşımış və 01 ədəd soyuq silah hesab edilən deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet(beşbarmaq) bıçağı qanunsuz olaraq üzərində saxlayıb gəzdirmiş, 23.03.2021-ci il tarixdə saat 1140 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri F.Səfərov küçəsindən Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsi 12 saylı ünvanda yerləşən Ağdaş RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş və həmin tarixdə saat 1217 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd soyuq silah hesab edilən deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet(beşbarmaq) bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində götərmişdir ki, xəstəliyi səbəbindən bədənində müəyyən ağrılar olduğuna görə narkotik vasitə olan heroindən istifadə etmiş, 23 mart 2021-ci il tarixdə saat 1100 radələrində Ağdaş şəhər sakini Ceyun adlı şəxs ona zəng edib bərk ağrılarının olduğunu, buna görə sonuncuya da narkotik vasitə vasitə tapmasını demişdir. Ceyhuna əgər tapsa verəcəyini demiş, bundan sonra Ucar rayonuna getmək məqsədilə tanışı Qorxmazın idarə etdiyi taksi ilə dostu Sarvanla birlikdə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin avtomaşını saxladaraq onu rayon Polis Şöbəsinə aparmışılar. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış zamanı sağ cibindən 02 ədəd gümüşü kağız büküm, sol yan cibindən 01 ədəd kiçik ölçülü karton qutu və üzərində saxladığı beşbarmaq aşkar olunmuşdur. Karton qutunun içərisində 07 ədəd sellafon büküm aşkar olunmuşdur ki, həmin kağız bükümlər və sellafon bükümlər açılarkən bükümlərim içərisindən qəhvəyi rəngli, toz halında olan maddə aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzidə çəkilərkən gümüşü kağız bükümlər çəkisinin 0.50 qram və 0.71 qram olmuş, sellafon bükümlərin çəkiləri isə 0.43qr, 0.41qr, 0.42qr, 0.43 qr, 0.42qr, 0.32qr, 0.40qr olmuş, sonra həmin bükümlər kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş 02 ədəd gümüşü kağız büküm ona məxsus olsa da bükümün içərisindəki maddələr narkotik vasitə heroin və karton qutunun içərisindən aşkar olunmuş 07 ədəd sellafon büküm və bükümdəki narkotik maddələr isə ona məxsus olmamışdır. Həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən onun üzrəinə qoyulmuşdur. Düşmənləri olduğuna görə bir neçə il əvvəl tapdığı beşbarmağı da üzərində saxlamış, həmin beş baqrmaq da polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Azercell MMC-dən daxil olmuş SMS-lərin mətnlərində qeyd olunmuş 19.01.2021-ci il tarixdə saat 0140 radələrindən həmin gün saat 0202 radələrinədək onun X4 “Esinin yaxmurun cani tutulmuwam qola pati çıxdı mawinan”, “Nəyim var alıblar elimnen pul prablem deyil ac teli”, “tublar bizi qaqos pati usdumden mawinan çıxdı teli veriblər ki pul” “vurdurum sənə dedim bakiye girən kimi tutular” kimi SMS-lər yazmasının müəyyən edilməsi ilə əlaqədar Gülşən Surxayevanı tanıdığını, sonuncu ilə aralarında qeyri-rəsmi sevgi münasibətləri olduğunu, Gülşənin adına ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr aldığını, lakin həmin nömrələrdən özü istifadə etdiyini, Gülşəndən bəhanə ilə pul alıb öz şəxsi məqsədləri ilə xərcəlmək üçün həmin mesajları yazmışdır. 18.05.2021-ci il tarixdə Azərcell MMC-dən alınmış 05.05.2021-ci il tarixli məktuba əlavə edilmiş onun istifadəsində olan mobil nömrəsinə daxil olan çıxan zənglərin və SMS-lərin mətnləri qeyd olunmuş məlumatlar olan 01 ədəd diskə baxış zamanı 23.03.2021-ci il tarixdə saat 1718 radələrində X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsinzdə olan ***-***-**-** saylı mobil nömrəsinə “qaqa nagdı pulum var.zəng vur mənə .3dənə lazımdı” mətnli SMS yazması müəyyən edilməsi barədə X16 şəhər sakini kimi üzdən tanıdığını, Ceyhunun da narkotik vasitələrdən istifadə etdiyini, hərdən birlikdə narkotik vasitədən istifadə etdiklərini, 23.03.2021-ci il tarixdə saat 1718 radələrində X10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə SMS yazmağından xəbəri olmadığıını, çünki, həmin gün 11:40 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən tutulduğunu, Ceyhunun ona SMS yazan vaxtı Ağdaş RPŞ-in MSY-də olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 mart 2021-ci il tarixdə səhər saatlarında Ağdaş rayonu Aşağı Ağcayazı kəndində qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, satması və qəbul etməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 1100 radələrində Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağdaş şəhəri F.Səfərov küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirib sonuncunu rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı Şahinin əynində olan şalvarın sağ yan cibindən 02 ədəd gümüşü kağız büküm, sol yan cibindən 01 ədəd kiçik ölçülü karton qutu və üzərində saxladığı beşbarmaq aşkar olunmuşdur. Karton qutunun içərisində 07 ədəd sellafon büküm aşkar olunmuş, kağız bükümlər və sellafon bükümlər açılmış, bükümlərin içərisindən qəhvəyi rəngli, toz halında olan maddə aşkar olunmuşdur. Sonra həmin bükümlər elektron tərəzidə çəkilərkən gümüşü kağız bükümlərin çəkisi 0,50 qram və 0,71 qram olmuş, sellofon bükümlərin çəkiləri isə 0,43qr, 0,41qr, 0,42qr, 0,43 qr, 0,42qr, 0,32qr, 0,40qr olmuşdur. Sonra həmin bükümlər kağız zərfə qablaşdırılaraq götürülmüşdür. Həmçinin daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri Ağcayazı kəndində yerləşən fərdi yaşayış evinə iki nəfər hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, evdən iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkki işləyən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 23 mart 2021ci il tarixdə Qorxmaz adlı sürücünün idarə etdiyi taksidə Təqsirləndirilən şəxsla birlikdə Ağdaş şəhərində hərəkətdə olarkən polis əməkdaşları onları saxlayıb üzərlərinə baxış keçirmiş, Şahinin üzərindən beşbarmaq aşkar olunduğuna görə sonuncunu rayon Polis Şöbəsinə aparmışlar. Onun və Qorxmazın üzərindən heç nə aşkar olunmadığına görə isə sərbəst buraxmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X7 eyni məzmunlu ifadə verərək X5 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 23.03.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan şalvarın sol yan cibindən 01 ədəd kağız qutu, sağ yan cibindən iki ədəd kağız büküm və bir ədəd beş barmaq aşkar edilərək götürülmüşdür. Kağız qutunun içərisindən 07 kağız bükülüdə narkotik vasitə olan heroin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23.03.2021-ci il tarixli 17/216 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki, 07 (yeddi) ədəd sellofan bükümlərdə uyğun olaraq, ayrıayrılıqda təmiz çəkiləri – 0,215 qram, 0,397 qram, 0,339 qram, 0,390 qram, 0,394 qram, 0,401 qram, 0,392 qram, 0,417 qram və 0,101 qram, ümumi təmiz çəkisi – 3,046 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd sellofan bükümlərdə və 02 ədəd gümüşü bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ballistik ekspertizasının 23.03.2021-ci il tarixli 17/218 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir predmet, zavod üsuli ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet(beşbarmaq)-bıçaqdır, soyuq silah hesab edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli 451 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının 13.04.2021-ci il tarixli 191 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayət əməlini törədərkən hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hazırda da hər hansı bir psixoloji xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmammışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu Aşağı Ağcayazı kəndində yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Himayəsində 02.02.2008-ci ildə doğulmuş Ayxan Şirinov, 10.11.2013-cü ildə doğulmuş Yağmur Şirinova və 01.01.2012-ci ildə doğulmuş Ömər Şirinov adlı azyaşlı uşaqları vardır. İş materiallarına əlavə edilmiş 23 mart 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1205-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon məhkəməsinin 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon Prokurorluğunun 05 noyabr 2021-ci il tarixli qərarından görünür ki, 23 mart 2021-ci il tarixdə Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri tərəfindən şübhəli şəxs qismində tutularkən ona qarşı qanunsuz hərəkətlər edilməsi, CAB-nin rəisi X2 tərəfindən onun üzərinə narkotik vasitələr qoyulması və Təqsirləndirilən şəxs narkotik vasitələrin məxsusluğunu etiraf etməyəcəyi təqdirdə işgəncə veriləcəyi ilə hədə-qorxu gəlməsi faktları ilə bağlı toplanmış materialları üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərindən aıkar edilmiş narkotik vasitələrdən yeddi bükümdəki narkotik vasitənin ona məxsus olmaması və digər aşkar olunan iki ədəd bükümü isə satış məqsədi olmadan daşımasına dair ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmənin belə qənaətə gəlməsinə məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən aşkar olunmuş narkotik vasitələrin eyni tərkibdə olması, təxmini eyni çəkidə 09 bükümdə olması, onun mobil telefon nömrəsində aşkar olunmuş SMS-lər və işdə olan digər sənədlər əsas verir. Məhkəmə həmçinin müdafiə tərəfinin şahidləri Sarvan Bilalov və Qorxmaz Qənbərovun ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr Şahin Şükürovun üzərindən narkotik vasitələrin aşkar olunması faktına münasibətdə hər hansı bir halı təkzib edəcək məlumat vermədiyinə görə bu hissədə məhkəmə tərəfindən dəlil kimi qəbul edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3 və 228.4-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 23 mart 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 102,54 (yüz iki manat əlli dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 23 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 102,54 (yüz iki manat əlli dörd qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 2,866 qram heroin məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayətin aləti olan zavod üsulu ilə hazırlanmış, deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet (beşbarmaq)-bıçaq xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlətin nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-166/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-166/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver