Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-166/2024 30.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Balakən rayonunun Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X24 X21 Şöbəsində poçtalyon vəzifəsində işləmiş, hazırda işsiz, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə saat 18:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərindən Balakən rayonunun Talalar kəndi istiqamətinə hərəkət edərkən Balakən rayonunun Tülü kəndinin ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı mаddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pоzaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunları etməyərək, onunla eyni istiqamətdə hərəkətdə olan piyada X9 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, törətdiyi əməl nəticəsində piyada X10 ağır kəllə-beyin travması, təpənin sağ hissəsində şişkinli qançırlı-yara və sağ gicgahda qançır ilə müşayiət olunun baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem ilə nəticələnən dərəcələrinə görə, həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər, sağda orta körpücük xətlə 6-7-8-ci qabırğalarda yerdəyişməli sınıqlarla nəticələnən dərəcələrinə görə, sağlamlığının uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, sağ və sol göz altında qançır, sifətin sağ hissəsində qançır, sağ çənədə qançır, sağ əlin 5-ci barmağında arxa səthdə, sol əlinin 1-ci barmağında, sağ və sol dizin ön səthində sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməsi, sonuncunun hadisə zamanı aldığı baş beyində əzilmə-qansızma və ödem xəsarətləri nəticəsində 02 yanvar 2024-cü il tarixdə saat 08:00 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasında ölməsi ilə nəticələnən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək və CM-in 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildə 1000 manat pulun müqabilində X1 “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin maddi vəsaiti olmadığı üçün öz adına rəsmiləşdirə bilməmişdir. Habelə sürücülük hüququ olmadığı üçün ona etibarnamə verilməsi mümkün olmamış, qeyd olunan səbəbdən həmin avtomobili alan zaman oğlu Şahid etibarnamə verilmiş, sonuncu dəfə 2020-ci ildə oğlu Şahid yenidən etibarnamə verilmiş və həmin etibarnamənin də müddəti bitmişdir. 01 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evə qonaq gəlmiş qaynı Elşən ilə birlikdə 0,5 litr şüşədə olan spirtli içkini qəbul etmiş, daha sonra isə bir neçə saat yatmışdır. Həmin tarixdə təxminən saat 18 radələrində evinə qonaq gəlmiş bacısı oğlunu Balakən şəhərinin ərazisindəki yaşadığı evə idarə etdiyi “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparmış, saat təxminən 18:30 radələrində Balakən şəhərindən yaşadığı Balakən rayonunun Talalar kəndinə qayıdan zaman Balakən rayonunun Tülü kəndinin ərazisində yerləşən dairəvi yola çatmağa az qalmış təxminən ondan 10 metr irəlidə yolun sağ tərəfi ilə onunla eyni istiqamətdə onun hərəkət hissəsində bir nəfər piyadanın getdiyini görmüşdür. Bu zaman öz yolu ilə 40 km/saat sürətlə avtomobili idarə edərək həmin şəxsdən kənar hərəkət etmək məqsədilə avtomobili bir az sola doğru istiqamətləndirmiş, lakin piyadanın yanına çatan zaman təxminən aralarında 2-3 metr məsafə qaldıqda piyada anidən avtomobilin qabaq hissəsində doğru gəlmiş və həmin vaxt avtomobili yenə də sola doğru istiqamətləndirməyə çalışsa da buna nail ola bilməmişdir. Əvvəlcə həmin piyada idarə etdiyi avtomobilin sağ qanadının ön tərəfinə çırpılmış, daha sonra isə piyadanın baş nahiyəsi avtomobilin ön şüşəsinə dəymişdir. Bundan sonra o, avtomobildən aşağı düşdükdə həmin piyadanın yaşlı kişi olduğunu və yolun sağına doğru yerdə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, həmin şəxsə baxdıqda vəziyyətinin yaxşı olmadığını görmüş və təcili tibbi yardım xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir müddət sonra təcili tibbi yardım xidmətinin əməkdaşları oraya gəlmiş və həmin şəxsi xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər həmin şəxsə tibbi yardım göstərsələr də qeyd olunan şəxs aldığı xəsarətlərdən ölmüşdür. Sonradan həmin şəxsin X17 olması ona məlum olmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X17 onun atasıdır, Təqsirləndirilən şəxs isə kənd sakini kimi tanımışdır. 01 yanvar 2024-cü il tarixdə təxminən saat 18-19 radələrində evdə olduğu zaman gəlini Esmira ona zəng edərək bir qədər əvvəl atası X22 rayonunun Tülü kəndinin ərazisində avtomobil tərəfindən vurulduğunu və atasının aldığı xəsarətlərlə əlaqədar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini bildirmiş və dərhal həmin yerə getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərindən Balakən rayonunun Talalar kəndi istiqamətində hərəkət edərkən Balakən rayonunun Tülü kəndinin ərazisində piyada hərəkətdə olan atası Hümbət İbadovu vurması və daha sonra atasının təcili tibbi yardım xidmətinin avtomobili ilə xəstəxanaya aparılması ona məlum olmuşdur. Xəstəxanada həkimlər tərəfindən atası Hümbət İbadova tibbi yardım göstərilməsinə baxmayaraq, atası 02 yanvar 2024-cü il tarixdə səhər saatlarında müalicə aldığı Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə saat təxminən 18:30 radələrində atası Təqsirləndirilən şəxs ona zəng edərək Balakən şəhərindən yaşadıqları Balakən rayonunun Talalar kəndinə qayıdan zaman Balakən rayonunun Tülü kəndinin ərazisində yerləşən dairəvi yola çatmağa az qalmış yolnəqliyyat hadisəsi törətdiyini və bir nəfər piyadanı vurduğunu bildirmişdir. O, atasının ona bildirdiyi yerə getdikdə artıq təcili tibbi yardım xidmətinin avtomobilinin həmin yerə gəldiyini və vurulmuş şəxsi xəstəxanaya apardıqlarını görmüşdür. Daha sonra o da həmin təcili yardım avtomobilinin ardınca xəstəxanaya getmiş, xəstəxanada həkimlər tərəfindən atasının vurmuş olduğu piyadaya tibbi yardım göstərilməsinə baxmayaraq, sonuncu 02 yanvar 2024-cü il tarixdə səhər saatlarında vəfat etmişdir. Sonradan həmin şəxsin X17 olması ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 19:20-də Balakən Rayon Mərkəzi Xəstəxanasından Balakən Rayon X26 rayonunun Qullar kənd sakini X6 yol-nəqliyyat hadisəsi nəticəsində qapalı kəllə-beyin travması, təpə nahiyəsinin sıyrıntıları, sağ döş qəfəsinin travması xəsarətləri ilə həmin xəstəxanaya daxil olması məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 01 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Balakən rayonunun Tülü kəndinin ərazisində yerləşən dairəvi yola daxil olan yerdir. Yol asfalt örtüklüdür, qurudur, yolun eni 10,90 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni isə 6,40 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Hərəkət hissəsinə sağ və sol tərəfdən yol çiyni birləşir. Hərəkətin nizamlanma üsulu nizamlanmayandır. Yol elektrik işıq dirəyi ilə işıqlandırılır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi uzaq işıqda, yaxın işıqda və gün işığında kifayət qədərdir. Piyadanın vurulma yeri sağ ehtiyat hissədən 2,30 metr, dairəvi yoldan 7,50 metr, piyada keçidindən 12 metr irəlidə yolun hərəkət hissəsində yerləşir. Piyada hadisədən əvvəl Balakən rayonunun Tülü kəndi istiqamətində hərəkət etmişdir. “VAZ 2106” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurduğu yerdə, yəni Balakən rayonunun Tülü kəndi istiqamətində dayanmışdır. Tormozlama və şinlərin və izləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 yanvar 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 08:00-da Balakən Rayon Mərkəzi Xəstəxanasından Balakən Rayon X26 rayonunun Qullar kənd sakini X6 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq müalicə aldığı həmin xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263-1.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X30 İdarəsindən daxil olmuş 05 yanvar 2024-cü il tarixli 3-13-16-6/2-2/2024 nömrəli məktubdan görünür ki, mərkəzləşdirilmiş kompyuter bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 06 yanvar 2024-cü il tarixli 692 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 16 yanvar 2024-cü il tarixli 01 nömrəli rəyindən görünür ki, mərhum X6 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı onda “ağır kəllə-beyin travması, təpənin sağ hissəsində şişkinli-qançırlı yara və sağ gicgahda qançır ilə müşayiət olunan baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem” diaqnozu ilə, müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi nəticəsində törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 yanvar 2024-cü ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması nəticəsində əmələ gələ bilən, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, “sağda orta körpücük xətlə 6-7-8-ci qabırğalarda yerdəyişməli sınıqlar” diaqnozu ilə, müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi nəticəsində törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 yanvar 2024-cü ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması nəticəsində əmələ gələ bilən, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid, “sağ və sol göz altında qançır, sifətin sağ hissəsində qançır, sağ çənədə qançır, sağ əlinin 5-ci barmağında arxa səthdə, sol əlinin 1-ci barmağında, sağ və sol dizin ön səthində sıyrıqlar” diaqnozu ilə, müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi nəticəsində törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 01 yanvar 2024-cü ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması nəticəsində əmələ gələ bilən, dərəcəsinə görə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir. X27 ölümünə səbəb yolnəqliyyat hadisəsi nəticəsində baş beyində əzilmə-qansızma ödem olmuşdur. Balakən Rayon Mərkəzi Xəstəxanasında X27 adına doldurulmuş 09 nömrəli xəstəlik tarixində qeyd edildiyinə görə sonuncu 02 yanvar 2024-cü il tarixdə saat 08:00-da ölmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” publik hüquqi şəxsinin Balakən Rayon Şöbəsindən daxil olmuş 20 yanvar 2024-cü il tarixli 01 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Məhkəmə-Tibbi Ekspertiza və X7 Kimya şöbəsindən alınmış 17 yanvar 2024-cü il tarixli 46/K nömrəli aktında qeyd edilənlərə görə mərhum X6 meyitindən götürülmüş qanın kimyəvi müayinəsi zamanı onun qanında metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 fevral 2024-cü il tarixli 8/264 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına dair 05 aprel 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra hadisə yerindən qaçması müəyyən edilməmiş və sürücünün xəsarət alan şəxsə ilkin yardım göstərməklə həmin şəxsi xəstəxanaya aparması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında 06 aprel 2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində CM-in 264cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AA seriyalı, 195945 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26-cı maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman təxminən ondan 10 metr irəlidə yolun sağ tərəfi ilə onunla eyni istiqamətdə onun hərəkət hissəsində bir nəfər piyadanın getdiyini gördüyünü, bu zaman öz yolu ilə 40 km/saat sürətlə avtomobili idarə edərək həmin şəxsdən kənar hərəkət etmək məqsədilə avtomobili bir az sola doğru istiqamətləndirdiyini, lakin piyadanın yanına çatan zaman təxminən aralarında 2-3 metr məsafə qaldıqda piyadanın anidən avtomobilin qabaq hissəsində doğru gəldiyini, həmin vaxt avtomobili yenə də sola doğru istiqamətləndirməyə çalışsa da buna nail ola bilmədiyini, nəticədə həmin piyadanın idarə etdiyi avtomobilin sağ qanadının ön tərəfinə çırpıldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 fevral 2024-cü il tarixli 8/264 nömrəli rəyində də istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması, habelə o, “VAZ 2106” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluğun olması, həmçinin o, “VAZ 2106” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluğun olması qeyd olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hadəsinin baş vermə şəraiti ilə bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 fevral 2024-cü il tarixli 8/264 nömrəli rəyində qeyd olunanların və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının (bundan sonra – Qərar) 11-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Bu Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarın 19-cu bəndində isə məhkəmələrə izah olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibb ekspertizasının rəyləri əsasında müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-cü maddəsinin (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) dispozisiyası blanket xarakterli olduğundan və yol hərəkəti qaydaları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) ilə tənzimləndiyindən məhkəmə həmin Qanunun müvafiq maddələrinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Bu Qanunun 33-cü maddəsinin İV hissəsinə əsasən velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri sonuncunun təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan AA seriyalı, 195945 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2106” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həmin avtomobili 2011-ci ildə 1000 manat pulun müqabilində X1 aldığını, lakin maddi vəsaiti olmadığı üçün öz adına rəsmiləşdirə bilmədiyini, habelə sürücülük hüququ olmadığı üçün ona etibarnamə verilməsinin mümkün olmadığımı və qeyd olunan səbəbdən göstərilən avtomobili alan zaman oğlu Şahid etibarnamə verildiyini, sonuncu dəfə 2020-ci ildə oğlu Şahid yenidən etibarnamənin verildiyini və həmin etibarnamənin də müddətinin bitdiyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hadisə baş verən zaman “VAZ-2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin Təqsirləndirilən şəxs olması qəbul edilməlidir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 aprel 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X14 ibtidai istintaq orqanına müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslə barışdığını və ona qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 iyul 2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı hər hansı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əzizov X15 rayonunun Talalar kəndində yaşayır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X2 rayonunun Qullar kəndində yaşamışdır, yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 mart 2001-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2003-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 15-ci maddəsinə əsasən 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət hesab olunur və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən, habelə hazırkı cinayət əməlini ehtiyatsızlıqdan törədildiyindən sonradan onun qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263.1-3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-in 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis X28 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 85 (səksən beş) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 30 iyul 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X8 yerləşdirilməsi üçün X5 Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Cinayət işi üzrə maddi sübut olan və Balakən Rayon Polis X28 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-166/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-166/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver