Məhkəmə qərarları › İş №1(091)-167/2020

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-167/2020

17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-167/2020 17.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi - sədrlik edən hakim Mirzəyev Nahid Namiq oğlu, hakimlər Hüseynov Rəşid İnqilab oğlu və Məmmədov Bilal Mahir oğlu, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxxx 1960-cı il tarixdə Ağdam rayonunun Cuma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın rayonu Kaha kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu xx xxxx 2020-ci il tarixdə saat 21-25 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozub alkoqollu içkinin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ 21015 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qax-Zaqatala maqistral yolu ilə Zaqatala şəhəri istiqamətində, Zaqatala rayon Gözbarax kəndi ərazisində yolun sağ tərəfi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, sürücü hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsində piyadanın dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobillə piyada arasında təhlükəsiz yan məsafəsini təmin etməli, dayanmış vəziyyətdə olan piyadanın yanından təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli və hərəkət təklükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli, hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olsa da, lazımi diqqət və ehtiyatlılıq göstərməyərək, bu tələbləri pozub idarə etdiyi avtomobilin hərəkət hissəsində alkoqollu içkinin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda atın üstündən yıxılaraq yerdə uzanmış vəziyyətdə olan piyada X5 vuraraq ona açıq kəllə beyin travması, baş beyin toxumasına qişaları alnına və yan mədəciklərə qansızmalar, sol təpə-gicgah-ənsə-gicgah nahiyələrinin, sağ baldırın yuxarı 1/3-də və orta 1/3-də əzilmiş-cırılmış, ənsənin sağ tərəfində döş qəfəsinin ön səthində, döş qəfəsinin arxa səthində, sol yuxarı ətrafının önyan səthində, sağ sarğısında sıyrılmış yaralar, sağ budun orta 1/3-nin ön yan səthində şişkinli qançır, başın və bədənin küt travması ilə müşayət olunan dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, həmin xəsarətlərdən açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasına, qişaları altına və yan mədəciklərə qansızmalar ehtiyatsızlıqdan Şaban Atayevin ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə məhkəmə istintaqının ilkin mərhələsində özünü təqsirli bilməsə də sonrakı mərhələdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21-20 radələrində sərxoş vəziyyətdə və idarə etmə hüququ olmadan idarə etdiyi özünə məxsus VAZ 21150 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qax-Zaqatala yolu ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən yolun əks istiqamətdə yolun sol tərəfində tanımadığı bir qadın əli ilə işarə edərək avtomobilini saxlamağını bildirmişdir. O, həmin qadından təxminən 10-15 metr aralandıqdan sonra avtomobilini saxladıqda həmin qadın ona yaxınlaşıb ona adam vurduğunu demişdir. O, həmin qadına adam yox ən pis halda atı və ya atın balasını vurmuş olduğunu demişdir. Həmin vaxt camaat yığışıb saxladığı avtomobilə tərəf gəlib avtomobilini yuxarı qaldırıb avtomobilin altından xəsarət alan sonradan tanıdığı Şaban adlı şəxsi çıxardıb təcili tibbi yardım avtomobili ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, sərxoş olduğu üçün onu Zaqatala Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 göstərdi ki, Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 8 mənzil 310-da ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə Qax-Zaqatala maqistral yolunda, Zaqatala rayon Gözbarax kəndinin ərazisində Təqsirləndirilən şəxs tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən vəfat etmiş X6 onun doğma qardaşı olmuşdur. X1 yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən vəfat etməsini həmin günü xəbəri olmuşdur. Qardaşının ölməsi xəbərini eşidən kimi ailəsi ilə birlikdə Bakı şəhərindən Zaqatala rayonun Çobankol kəndinə gəlmişdir. Vəfat etmiş qardaşı Şaban Atayev spirtli içkiyə meyilli olsa da, ailəsinə mütamadi olaraq maddi köməklik göstərmişdir. O, yol nəqliyyat hadisəsi baş verən günü hadisə yerində olmasa da vətəndaşların deməsinə görə vəfat etmiş qardaşı Şaban həmin günü, yəni hadisə baş verəndə sərxoş olduğu üçün atın üstündən yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21150 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Qax-Zaqatala maqistral yolunda qardaşının üstündən keçərək sürmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs ehtiyyatsızlığı nəticəsində baş verdiyi üçün onun və vəfat etmiş qardaşının ailə üzvülərinin heç bir şikayətləri və tələbləri yoxdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində mərhum zərərçəkmiş şəxs X4 onun həyat yoldaşı olduğunu bildirdi və zərərçəkmiş şəxsin hüquqi varisi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Qax-Zaqatala maqistral yolunda, Zaqatala rayon Gözbarax kəndinin ərazisində Təqsirləndirilən şəxs tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X6 onun qaynı idi. xx xxxx 2020-ci il tarixdə təxminən saat 14 radələrində vəfat etmiş qaynı Şaban onun yaşadığı evə gələrək ona məxsus olan atı bir həftəlik arabaya qoşaraq işlətmək məqsədi ilə istəmişdir. O, Şabanın xahişini nəzərə alaraq özünə məxsus olan atı ona vermişdir. Şaban yaşadığı evin həyətində atın üstünə minərək çıxıb getmişdir. Bundan sonra həmin günü gecə təxminən 23-50 radələrində ona məlum olmuşdur ki, qaynı Şaban yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs təcili və təxirə salınmaz tibbi yardım şöbəsinin həkimi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21:30 radələrində o, növbədə olarkən naməlum şəxsin mobil telefon vasitəsi ilə Zaqatala rayon Gözbarax kəndi ərazisində Qax-Zaqatala maqistral yolunda bir nəfər şəxsin avtomobilin altında qalaraq çıxara bilmədikləri barədə məlumat vermişdir. Onlar tez təcili yardım avtomobili ilə hadisə yerinə getdikdə görmüşdür ki, yolun ortasında yerdə uzanmış vəziyyətdə sonradan adını bildiyi Şaban adlı şəxs sifət və baş nahiyyəsi qanın içindədir. Həmin vaxt onlar həmin şəxsi təcili yardım avtomobilinə qoyaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. Təxminən 10-15 dəqiqədən sonra Şaban adlı şəxs aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində o, Səhrabın mobil telefonuna zəng vurub özünü və gəlini Pakizəni Qax rayonunda yerləşən İlisu adlanan yerə aparmasını xahiş etmişdir. Səhrab onun xahişini nəzərə alıb özünə məxsus olan avtomobillə Qax rayonuna getmişlər. Onlar orada restoranların birində çörək yedikdən sonra axşam vaxtlarında, yəni saat 20- 30 radələrində Səhrabın idarə etdiyi avtomobilə Zaqatala rayonu istiqamətinə hərəkətdə olmuşlar. O, Səhrabın idarə etdiyi avtomobilin qabaq oturacağında, gəlini Pakizə isə avtomobilin arxa oturacağında əyləşmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21015 markalı 45 BL-468 dövlət qeydiyyat nişanlı avtomobil Qax-Zaqatala maqistral yolunda Zaqatala rayon Gözbarax yolunda hərəkətdə olarkən yolun sol tərəfində tanımadığı bir qadın qışqıraraq əlləri ilə işarə edib Səhrabın idarə etdiyi avtomobili saxlamağını göstərmişdir. Həmin vaxt o, yolun sağ tərəfindəki atı görmüşdür. Təqsirləndirilən şəxs yolun sağ tərəfində olan atı keçərkən səs eşitmişdir. Təqsirləndirilən şəxs təxminən 10 metr hərəkətdə olduqdan sonra idarə etdiyi avtomobili saxlamış, həmin vaxt o və Səhrab avtomobildən düşərək əl işarəsi edən qadına yaxınlaşdıqda həmin qadın onlara yerdə uzanmış vəziyyətdə olan adamı vurduğunu demişdir. Səhrab isə ona atın balasını vurmuş olduğunu demişdir. Həmin vaxt avtomobilin böyründən tutub qaldırdıqda görmüşdür ki, avtomobilin altında sonradan tanıdığı Şaban adlı şəxs var. Bundan sonra onlar həmin şəxsi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. Məhkəmə kollegiyasının iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21-10 radələrində Qax rayon Güllük kəndinə getmək məqsədi ilə idarə etdiyi “Jeep Compass” markalı 90 KJ-024 dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala-Qax mərkəzi yolu ilə hərəkətdə olarkən Zaqatala rayonun Gözbarax kəndi ərazisində mərkəzi yolda Zaqatala şəhəri istiqamətində, yəni yolun sağ tərəfində at görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobilini yolun sağ tərəfinə verib orada saxlayaraq avtomobilindən yerə düşərək ata yaxınlaşmaq istədikdə atın yanında uzanmış vəziyyətdə bir nəfər görmüş və inilti səsi eşitmişdir. Atın yanında olan şəxs əlini tərpətmişdir, at isə uzanmış vəziyyətdə olan şəxsi yalamışdır. Həmin vaxt ona məlum olmuşdur ki, atın yanında uzanmış vəziyyətdə olan insandır. Həmin vaxt o, kömək məqsədi ilə yoldan ötüb keçən avtomobillərə saxlaması üçün əlləri ilə işarə etməyə başlamışdır. Sonra Qax şəhəri istiqamətində tanımadığı avtomobil onun işarələrinə məhəl qoymayıb avtomobilini sürüb getmişdir. Bundan sonra Qax şəhəri istiqamətindən Zaqatala şəhəri istiqamətində yolun sağ tərəfi ilə VAZ 21150 markalı avtomobilin hərəkətdə olduğunu görüb yolun ortasında durub əli ilə həmin avtomobilin sürücüsünə işarə verərək saxlamasını bildirmişdir. Həmin avtomobilin sürücüsü yüksək sürətlə avtomobilini idarə edib onun dayandığı yerdən təxminən 20 metr Zaqatala şəhəri istiqamətində hərəkətdə olub avtomobilini saxlamışdır. Həmin vaxt qeyd etdiyi avtomobilin sürücüsü avtomobildən düşərək ona yaxınlaşıb nəyə görə qışqırdığını bildirdikdə, o, həmin şəxsə “hərəkətdə olduğu istiqamətdə yolun ortasında uşaq var idi, sən həmin uşağı vurdun” demişdir. Həmin avtomobilin sürücüsü onun sözlərimə inanmayaraq yolun ortasındakı uşaq yox döşək və at olduğunu demişdir. O, yolun kənarında kömək üçün gələn şəxslərdən birinə həmin avtomobilin altında adam olduğunu bildirərək VAZ 21015 markalı avtomobilin sürücüsü və kənar şəxslər avtomobili sol böyründən yuxarı qaldırdıqda avtomobilin altında insan olduğunu görmüşlər. Həmin şəxsi avtomobilin altından çıxarıb təcili tibbi yardım avtomobili ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yola salmışlar. İfadəsinin davamında idarə etdiyi avtomobili saxlayıb yerə düşəndə, eləcə də Zaqatala şəhəri istiqamətində yolun sağ tərəfində olan atı və atın yanında yaralı vəziyyətdə olan şəxsi görəndə həmin vaxt hadisə yerinin yaxınlığında hər hansı bir kənar şəxs və avtomobil olmamışdır. O. hadisə yerinə çatanda at yerdə uzanmış vəziyyətdə olan şəxsi yaladığını görmüşdür. Uzanmış vəziyyətdə olan şəxsin əlini yuxarı qaldırıb inildədiyini hiss etmişdir. Uzanmış vəziyyətdə olan şəxsin üzərtndə və yanında yerdə qanabənzər ləkələr olmamışdır. Cinayət işinin materiallarında olan “Raport”lardan görünür ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli məlumatında Zaqatala rayonu Çobankol kənd sakini 1976-cı il təvvəllüdlü X4 həmin tarixdə piyada vurması nəticəsində aldığı müvafiq xəsarətlərlə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi bildirilmişdir. (cild 01, iş vər. 3-4) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsiQax-Zaqatala magistral yolunun Zaqatala rayon Gözbarax kəndi ərazisində baş vermişdir. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur. (cild 01, iş vər. 5-18) Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 268 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktdan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətində olmuşdur. (cild 01, iş vər. 19) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmişməhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, mərhum X4 meyidi üzərində açıq kəllə beyin travması, baş beyin toxumasına qişaları alnına və yan mədəciklərə qansızmalar, sol təpə-gicgah-ənsə-gicgah nahiyələrinin, sağ baldırın yuxarı 1/3-də və orta 1/3-də əzilmiş-cırılmış, ənsənin sağ tərəfində döş qəfəsinin ön səthində. döş qəfəsinin arxa səthində. sol yuxarı ətrafının önyan səthində, sağ sarğısında sıyrılmış yaralar, sağ budun orta 1/3-nin ön-yan səthində şişkinli qançır, başın və bədənin küt travması aşkar edilmişdir. Bu xəsarətlər həyatıdır, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən yol-nəqliyyat qəzası nəticəsində törənə bilərdi, törənmə müddəti onun meyitxanaya daxil olduğu vaxtdan əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyuğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə ümumilkdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqədardır. X4 ölümünə səbəb almış olduğu açıq kəllə-beyin travması nəticəsində baş beyin toxumasına, qişaları altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan 10-12 saat əvvəl baş verməyə uyğun gəlir, bunu meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir. X4 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,36 faiz (promilli faiz) etil spirti aşkar edilmişdir. Qanda 1,36 faiz(promilli faiz) etil spirtinin olması onun ölümündən əvvəl yüngül dərəcəli sərxoş olmasını göstərir. Onun qanında narkotik və psixotrop maddələr aşkar edilməmişdir. (cild 1, iş vər. 116-122) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol nəqliyyat ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1343 nömrəli rəyindən görünür ki, “VAZ 21150” markalı 45 BL- 468 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyuğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.(cild 01, iş vər.123-126) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Portaldan çıxarış”dan görünür ki, Qax Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmışdır. (cild 01, iş vər. 108) Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus “VAZ 21150” markalı 45 BL-468 dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməklə ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. (cild 01, iş vər. 81) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkün olmaqla məcburi köçkün kimi Qax rayonunda qeydiyyatdadır. ünvan 2 ünvanında oğlu ilə birlikdə məskunlaşmışdır. Məskunlaşdığı ərazi üzrə müsbət səciyyələndirilir. (cild 01, iş vər. 157-158) Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 104-105) Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətinin və tələbinin olmamasını, məcburi köçkün olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 60 yaşının olmasını CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-nin 60-cı maddəsinin tələblərini, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərəalaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 31) Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarınından, o cümlədən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci tarixdə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbirinin seçilmiş, daha sonra xx.xx.2020-ci il tarixdə həmin məhkəmənin digər qərarı ilə sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və sonradan apellyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Zaqatala rayon məhkəməsinin həmin qərarı ləğv edilmişdir. (cild 01, iş vər. 58- 61, 87-90, 99-101) Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CMnin 56.1.1-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddət onun əsas cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı, cəzasının başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübutun olmaması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu, ev dustaqlığında və həbsdə olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət əsas cəzaya hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 08 (səkkiz) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə X11 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nahid Mirzəyev Hakimlər Rəşid Hüseynov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar