Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-167/2021 23.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamını Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X2, zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, xx.xx.1960-cı ildə Balakən rayonunun Tülü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqlahəmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2021-ci il tarixdə saat 16 radələrində Balakən rayonu Tülü kəndində dayısı oğlu Zərərçəkmiş şəxs onun ünvanına ağır söyüşlər söyüb təhqir etdiyinə görə aralarında yaranan şəxsi münasibətlər zəminində həmin yerdə yerdən götürdüyü taxta parçası ilə baş nahiyəsinə bir dəfə zərbə vurub sonuncunun alın sol nahiyəsində əzilmiş-cırılmış yara, sol alın sümüyündə yerini dəyişən sınıq, sol alın payında epidural hematoma ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən yara, frontal sinusun divarlarında, stenoidal sinusun ön divarında, sol haymor cibinin ön divarında qapalı yerdəyişməyən sınıqlar ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəbə olan sağlamlığa az ağır zərər vurmaya aid edilən yara, sol burun sümüyündə yerdəyişməyən qapalı sınıq, sol dizində hematoma ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirərək qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dayısı oğlu olmaqla 23 yanvar 2021-ci il tarixdə Balakən rayonu Poştbinə kəndində qohumunun hüzr mərasimindən qayıtdıqdan sonra ondan ayrı yaşayan anasının evinə getmiş, orada qardaşı oğlu İsa ona sonuncunun dayısı, onun isə dayısı oğlu olan Zərərçəkmiş şəxs həmin gün zəng edərək İsanın guya Ramilin narkotik vasitə satması barədə kənddə məlumat yaydığını bildirib sonuncunu nalayiq söyüşlərlə təhqir etdiyini bildirmişdir. Həmin vaxtı orada olan qardaşı Yusif də həmin günü Ramilin taksi ilə İsanı öldürmək üçün əlində balta ilə gəldiyini və Ramili fikrindən daşındıraraq evə göndərdiyini bildirmişdir. Bu məsələni aydınlaşdırmaq üçün ailəlikcə Ramilin yaşadığı ünvana getməyi qərara almış, digər qardaşı oğlu Şahid1 idarə etdiyi VAZ-21015 markalı avtomobilə minərək özü, Şahid4, qardaşı Yusif və Pədimat ilə birlikdə Ramilin yaşadığı ünvana getmişlər. Qapı bağlı olduğundan Ramili küçə qapısına çağırmış, Ramilin arvadı Səbinəni həyətdə görüb sonuncuya da Ramili çağırmasını bildirmişlər. Ramilin əsəbiləşib İsanı vurmaması üçün sonuncunu Sevdanın həyətinə göndərmiş, həmin vaxt Ramil hasardan tullanıb Sevdanın həyətinə keçmiş və əlindəki taxtadan dəstəyi olan çörək doğrayan bıçaqla İsanın üstünə cumub sonuncunun yerə yıxmışdır. İsa da əlil olduğundan Ramilə güclü müqavimət göstərə bilməmiş, Ramili İsadan ayırmaq istədikdə özü də yerə yıxılmışdır. Ramil hamını ünvansız nalayiq söyüşlərlə söymüş, Sevda həyətindən çıxmalarını və gedib öz həyətlərində döyüşmələrini demişdir. Onların hamısı Sevdagildən çıxandan sonra Ramil İsadan aralanıb Pərvizin üstünə bıçaqla cumub “sür maşını, çıx get” buradan demiş, Pərviz əlil olduğundan Ramilin dediyi vaxtı maşına minə bilməmişdir. İsa həmin vaxt avtomaşının qabaq sərnişin oturacağına minib maşının qapısını bağlamış, Pərviz də maşına minib maşının qapısını bağlamışdır. Bu zaman Ramil yenə Pərvizlə İsanın üstünə soxularaq bıçağı sonuncuların qabağında hərləməyə başlamışdır. Həmin vaxtı yolun kənarından bir ədəd ağac parçası tapıb Ramilin başına bir dəfə vurmuş, bu zaman Ramil yerə yıxılmışdır. Ramili orada qoyub 20 metr kənarlaşıb arxaya çevriləndə Ramilin ayağa qalxıb pis olduğunu deyərək arvadı ilə həyətə keçdiyini görmüşdür. Pərvizin maşınına minərək İsa, Pərviz və Yusiflə birlikdə evə qayıtmışlar. Sonradan Ramilin xəstəxanaya yerləşdiyini eşitmişdir. Hazırda zərərçəkmişlə barışmış, törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında kənddə bacısının oğlu Şahid4 onun narkotik vasitə olan marixuana satması barədə şayiə yaydığını eşitdikdən sonra 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında bacısının oğlu Şahid4 mobil telefonuna zəng edərək onun haqqında belə bir şayiəni yayıb-yaymadığını soruşmuş, İsa elə bir şayiəni yaymadığını deyib həmin sözü çıxardanın ünvanına söyüş söymüşdür. İsa ona görüşməyi təklif etdikdən sonra həmkəndlisi Şahruddinin idarə etdiyi taksi ilə bacısı Səbinəgilə gedib İsanın hansı səbəbdən özünü belə apardığını aydınlaşdırmaq istəmiş, yolda İsanın əmisi Şahid2 görüb sonuncuya İsanın hərəkətlərindən danışaraq iradını bildirmək üçün gəldiyini demişdir. Yusif onun hirsli olduğunu görüb özünün İsanı başa salacağını deyərək evə getməyini bildirdikdən sonra yaşadığı evə geri qayıtmışdır. Bir müddət sonra saat 16 radələrində bacısı oğlu İsa və Pərviz, sonuncuların əmiləri Rizvan və Yusif, Rizvangilin xalası Pədimat VAZ-21015 markalı sonu 195 nömrəsi ilə bitən avtomobillə yaşadığı evin qarşısına gəlmişlər. İsa həmin vaxtı qonşu Sevdagilin damına çıxıb oradan söyüşlə onu yola çağırmış, o da həmin vaxtı mallara ot vermişdir. İsanın onu nalayiq söz deyərək çağırmağından əsəbləşərək hasarın üstündən qonşunun həyətinə, yəni İsa olan tərəfə keçmiş, İsa ona nalayiq sözlər dediyinə görə İsanı itələdikdə sonuncu yerə yıxılmışdır. Həmin vaxtı yolda olan Rizvan və başqa şəxslər də ora gəlmiş, qonşu Sevda həyətindən çıxmalarını xahiş etmişdir. Yola çıxdıqdan sonra çıxıb getmələrini tələb etmiş, əks təqdirdə həmin yerə polis çağıracağını bildirmişdir. Oraya gələn şəxslər onu söydüklərinə görə o da həmin şəxsləri söymüş, bu zaman bibisi oğlu Təqsirləndirilən şəxs hardan götürdüyünü bilmədiyi əlindəki odun parçası ilə onun baş nahiyəsinə vurmuşdur. Həmin vaxt huşunu itirərək yerə yıxılmış, dörd gündən sonra Zaqatala Mərkəzi rayon Xəstəxanasında özünə gəlmişdir. Xəstəxanaya kim tərəfindən çatdırıldığını bilməmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan heç bir şikayət və tələbi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə əmisi Şahid2la qohumlarının hüzr mərasimində olduğu zaman dayısı Zərərçəkmiş şəxs ona zəng edərək nalayiq sözlərlə təhqir etmiş və guya onun kənddə Ramilin narkotik vasitə satmasına dair şaiyə yaydığını demişdir. Evə qayıtdıqdan sonra qardaşı Pərvizə və əmisi Yusifə baş verənləri danışmış, həmin vaxt əmisi Rizvan da oraya gəlib çıxmışdır. Yusif əmisi dayısı Ramili yolda taksidə gördüyünü, əlində balta ilə onun üstünə gəldiyini bildikdə Ramili fikrindən daşındıraraq evinə yola saldığını demişdir. Bundan sonra qardaşı əmiləri Rizvan və Yusif, atasının xalası Pədimət qardaşı Pərvizin idarə etdiyi avtomaşınla dayısının onu hansı səbəbə söyməsini araşdırmaq üçün Ramilin yaşadığı ünvana getmişlər. X7 görməməsi və söz-söhbət olmaması üçün onu qonşuluqdakı Sevdanın həyətinə göndərmiş, Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazası arxadan bağlı olmuşdur. Əmiləri 85 yaşlı dayıları Nizaməddini çağırmış, sonuncu yaşlı olduğundan onlara cavab verməmişdir. Səsi eşidib Zərərçəkmiş şəxs öz həyətlərindən hasarın üstündən tullanıb qonşu Sevdanın həyətinə keçmiş, əlindəki taxta dəstəyi olan iri bıçaqla üstünə tullanıb onu yerə yıxmışdır. Əlindəki bıçağı boynuna dirəyərək onu nalayiq sözlərlə təhqir etmiş və onu bıçaqla vuracağı ilə hədələmişdir. Həmin vaxt əmilərini köməyə çağırmış, Ramil onu yenidən nalayiq sözlərlə təhqir etmişdir. X6 aralayıb ayağa qaldırmış, ev yiyəsi Sevda onlardan həyətindən çıxmalarını tələb etmişdir. Həyətdən yola çıxandan sonra Ramil yenə əlində bıçaqla onun dalınca düşmüş, avtomaşının ətrafında 3-4 dəfə fırlanandan sonra Rizvan əmisi yenə də Ramili sakitləşdirməyə çalışmışdır. Avtomaşının qabaq sərnişin oturacağında əyləşib qapını bağlamış, bu zaman Ramilə iradını bildirən Rizvan əmisinin üstünə bıçaqla cummuşdur. Bu zaman Rizvan əmisi əlindəki taxta parçası ilə Ramili vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxılmışdır. Sonra Ramil özü durub getmiş, onlar da oradan uzaqlamışlar. Məhkəmədə şahid qsmində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə günorta saatlarında yaşadığı Balakən rayonu Tülü kəndindəki evin arxa tərəfində bağı süpürdüyü zaman həyət tərəfdən səs-küy eşidib həyətə gələn zaman Qonşusu Zərərçəkmiş şəxs bacısı oğlanları Pərviz, İsa, sonuncuların əmiləri Yusif, Rizvan və qohumları Pədimat ilə mübahisə etdiklərini görmüşdür. Qonşusu Zərərçəkmiş şəxs digər qohumlarına müraciət edərək həyətdən çıxmalarını bildirmiş, həmin şəxslər çölə çıxdıqdan sonra həyət qapısını arxadan bağlayaraq daha yola çıxmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən baş nahiyəsindən vurularaq xəstəxanaya düşdüyünü həmin gün axşam ona Ramilin arvadı Şahid5 bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə günortadan sonra Zərərçəkmiş şəxs qapısında Ramilin həyat yoldaşı Səbinənin qışqıran səsinə yola çıxdıqda Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə görmüş, Ramilin bacısı oğlanları Pərviz, İsa və əmiləri Yusif və Rizvan da həmin yerdə olmuşdur. Həmin vaxtı yanında olan əlil oğlu özünü pis hiss etdiyindən evə qayıtmış, geriyə qayıtdıqda artıq Pərviz, İsa, Rizvan, Yusif və Pədimat orada olmamışlar. Həmin vaxtı qonşuları Ramili xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 yanvar 2021-ci il tarixdə günorta vaxtı kənd yolunda Ramil əl edib onun taksi kimi idarə etdiyi avtomaşını saxladaraq bacısıgilə gedəcəyini bildirmişdir. Bir qədər sürdükdən sonra yolda qohumu Şahid2 görərək maşını saxlamağını bildirmiş, Yusif avtomaşına mindikdən sonra Zərərçəkmiş şəxs sonuncuya bacısı oğlu Şahid4 telefonda özünə nalayiq sözlər dediyini bildirərək narazılıq etmiş və İsadan nə üçün belə sözlər dediyini soruşmaq üçün evinə getdiyini bildirmişdir. Yusif Ramili sakitləşdirmiş və Ramili geri aparıb yaşadığı evinə düşürtmüşdür. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə minərkən onun əlində balta və ya hər hansı başqa bir əşya görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 23 yanvar 2021-ci il tarixdə günortadan sonra yas yerinə getmək üçün həyətə düşdüyü zaman Şahid4 həyət qapısından içəri girərək dayısı Zərərçəkmiş şəxs çağırdığını, Ramilgilin qapılarının bağlı olduğunu ona bildirmişdir. Ramilgilin qapıları bağlı olduğundan İsanın onun həyətindən Ramili çağırdığını hesab etmiş, İsa Ramilgilin evi ilə hasarda yerləşən dama çıxarkən o da arxa qapıdan çıxıb yas yerinə getmişdir. Həmin vaxtı həyat yoldaşı Sevda bağ tərəfdə olmuş, başqa heç bir şey görməmişdir. Sonradan evə qayıtdıqda arvadı Sevda ona Ramilin Təqsirləndirilən şəxs tərəfindən vurularaq xəstəxanaya düşdüyünü bildirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 10 fevral 2021-ci il tarixli 38 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) Alın sol nahiyəsində əzilmiş-cırılmış yara, sol alın sümüyündə yerini dəyişən sınıq, sol alın payında epidural hematoma; b)frontal sinusun divarlarında, stenoidal sinusun ön divarında, sol haymor cibinin ön divarında qapalı yerdəyişməyən sınıqlar, sol dizində hematoma. Zərərçəkmiş şəxs yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.01.2021-ci ildə yetirilə bilərdilər, dərəcələrinə görə a) bəndində göstərilənlər onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, b) bəndində göstərilənlər onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, c) bəndində göstərilənlər isə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. Məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və və məhkəmə iclasında tədqiq edilmiş 22.04.2021-ci il tarixli şübhəli şəxin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1300-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23.04.2021-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli, 397 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Tülü kəndində yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 16 saylı regional ərazi filialı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qrup əlil olmaqla 259,78 AZN məbləğində pensiya alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Sol ağ ciyərin fibror kavrinoz vərəmi” xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs Rizvan Rayramov ilə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsində nəzərdə tutlan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.1-ci maddəsinə tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəza təyin edərkən məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs dayısı oğlu olan zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən səmimi peşmançılığını, İİ qrup əlil olmasını, “Sol ağ ciyərin fibror kavrinoz vərəmi” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən çoxsaylı halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallardan zərərçəkmiş şəxslə barışmasının mövcud olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-in 70.1-ci maddəsinə görə azadlıqdаn məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdаn məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saydığına görə hesab edir ki, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə kollegiyasının bu qənaətə gəlməsinə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələndirilməsi, əməlini səmimi şəkildə etirаf edərək peşmаn оlduğunu bildirməsi, dayısı oğlu olan zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, “Sol ağ ciyərin fibror kavrinoz vərəmi” xəstəliyindən əzab çəkməklə cəzaçəkmə müəssisəsinə göndərilməsinin onun səhhətinə bərpa olunmaz dərcədə mənfi fəsadlar törədə bilməsi və nəhayət təqsirləndirilən şəxsin yaşının 60-dan yuxarı olması kimi hallar əsas verir. Аzərbаycаn Respublikаsı Cinаyət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə Təqsirləndirilən şəxs 02 (iki) il sınaq müddəti ilə tətbiq edilməlidir. Cinаyət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələrin qoyulmаsı məqsədəmüvafiqdir. Sınаq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişdirməmək vəzifələri qoyulmаlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə məsrəfləri, maddi sübut, xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınаq müddəti ilə şərti hesаb edilsin. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci mаddəsinə əsаsən Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-167/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-167/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver