Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-167/2022 27.09.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 03 avqust 1997-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Nizami prospekti ev 33A, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bükümdə 0,381 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki qara rəngli şalvarının sol yan cibində saxlamış, 23 dekabr 2021-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək saat 16:40-dan 17:00-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,381 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 4,731 qram külli miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 6,021 qram külli miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib yaşadığı Yevlax şəhəri, Nizami prospekti, ev 33A, mənzil 13 nömrəli evdə saxlamış, Yevlax Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 5(039)-38/2022 nömrəli axtarış qərarı əsasında onun yaşadığı evə xx.xx.2022-ci ildə saat 12:57-dən 13:29-dək olan müddət ərzində videoçəkilişlə keçirilmiş axtarış zamanı həmin evdə qonaq otağındakı şkafdan 01 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda 6,021 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiş çəkisi 4,731 qram olan narkotik vasitə olan heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 22 dekabr 2021-ci ildə səhər saatlarında yaşadığı Yevlax şəhəri Nizami prospektində gəzərkən yerdən 01 ədəd sellofan bükülü tapmışdır. Həmin bükülünü açıb içərisinə baxdıqda qutunun içərisində ağ sellofan bükülüdə narkotik vasitə olan heroin olduğunu görüb həmin bükülünü içərisində olan heroindən istifadə etmək üçün cibinə qoyub saxlamış, 23 dekabr 2021-ci il tarixdə saat 16:00 radələrində özünü şübhəli apardığına görə Yevlax şəhəri Nizami prospekti ilə hərəkətdə olarkən polis işçiləri ona yaxınlaşıb onlarla birlikdə polis şöbəsinə getməyi təklif etmiş, o da onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə mənim üstümə baxış keçirilmiş, baxış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən özü qəbul etmək üçün saxladığı 1 ədəd ağ sellofan bükülünün içərisində heroin narkotik vasitəsini aşkar edib götürmüşlər. Bundan başqa, 19 mart 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Yevlax şəhəri, Nizami prospekti, ev 33A mənzil 13-də evdə olarkən evin qapısı döyülmüş və o, qapını açan zaman polis əməkdaşları onun yaşadığı həmin ünvanda axtarış aparılması barədə Yevlax Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarı ilə onu tanış edərək evə daxil olmuş və həmin evdə onun iştirakı ilə axtarış aparmağa başlamış, həmin evin qonaq otağında axtarış apardıqları zaman otaqda olan şkafdan 04 ədəd içərisində narkotik vasitəyə bənzər kütlə aşkar olunmuş, həmin qonaq otağındakı şkafdan aşkar olunaraq götürülən bükümlər onun iştirakı ilə tərəzi vasitəsi ilə çəkilərək qablaşdırılaraq götürülmüşdür. Şkafdan aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələrnin ona aid olmadığını, onun şkafa necə qoyulması barədə xəbərsiz olduğunu, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən maddə satmadığını, satışı ilə məşğul omadığını, heç kimdən də narkotik vasitə və ya psixotrop maddə almadığını bildirmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, 2021-ci il dekabrın 23-də Yevlax şəhəri Nizami prospekti ev 33A, mənzil 13-də yaşayan Təqsirləndirilən şəxs Yevlax şəhər ərazisində olması və üzərində narkotik vasitə olan heroin olması barədə məlumat daxil olmuş, bu barədə rəhbərliyə məlumat verildikdən sonra iş yoldaşı Şahid2 ilə birlikdə 23 dekabr 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində müvafiq tədbirlərin görülməsi üçün hərəkətə keçmişlər, Muradı Yevlax şəhəri, Nizami prospektində gördükdən sonra Murada yaxınlaşıb özlərini təqdim etmiş, Murada polis şöbəsinə getməyi təklif etmişlər və Murad da etiraz etməyib onlarla polis şöbəsinə gəlmişdir. Polis şöbəsində vəkil dəvət edilib video çəkilişlə Muradın üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Muradın əynindəki qara rəngli şalvarının sol yan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar etmişlər. Sorğu zamanı Muradın özü həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini 1 ay qabaq Bakı şəhərindən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etməsi olduğunu, satmaq məqsədinin olmadığını bildirmişdir. Bundan başqa, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetlərin saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün onun qeydiyyatda olduğu və yaşadığı ünvan 3 yerləşən evində Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(039)-38/2022 nömrəli qərarı əsasında axtarış tədbirinin keçirilməsi üçün əməkdaşlarla birlikdə həmin ünvana getmiş, orada onun yaşadığı ünvan 3 narkotik vasitələr, psixotrop maddələr və ya digər cinayət xarakterli predmetlərin saxlamasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün onun qeydiyyatda olduğu və yaşadığı ünvan 3 yerləşən evində axtarış aparılması barədə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(039)-38/2022 nömrəli qərarı təqdim edilmiş və bu səbəbdən onun yaşamış olduğu evdə axtrış keçirilməsinin zəruri olduğu ona bildirilmiş, o, heç bir etiraz etməmiş və evə axtarış keçirilməsinə başlanılmışdır. Həmin evin qonaq otağında axtarış zamanı otağın baş tərəfində yerləşən servantın sağ tərəfdəki gözündə axtarış aparılan zaman ağ rəngli salfet kağızına bükülmüş, içərisində ağ rəngli toz halında maddə olan bükülü və sarı sellofan torbaya bükülmüş, ağ rəngli toz halında heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra həmin servantın sağ tərəfdəki eyni gözündə olan orta ölçülü, ağ rəngli kapron qabın içərisi boşaldılan zaman həmin qabın içərisindən ilk öncə bir ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli kütlə aşkar edilmiş, daha sonra isə həmin qabın içərisindən bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kütlə aşkar edilmiş, həmin iki ədəd bükümlərdə olan kütlələrə baxış zamanı həmin bükümlərdə narkotik vasitə-heroinə bənzər kütlə və psixotrop maddə- metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, daha sonra aşkar olunanlar elektron tərəzidə çəkilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 hər biri ayrıayrılıqda Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsuatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, ünvan 4 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməi, saxlanması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 05). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Yevlax şəhəri, Nizami pr. ev 33A, mən.13 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saat 16:00-da yaşadığı evin qarşısında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,381 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 26-32). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2021ci il tarixli 17/869 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01(bir) ədəd şəffaf rəngli sellofan bükümdə çəkisi 0,381 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 38-39). Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər X3 rayon Narkoloji Kabinetindən 07 fevral 2022-ci il tarixli 211 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə qeydiyyatda durmur (cild 01, iş vər. 80). Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər X1 rayon Psixonevroloji Kabinetindən daxil olmuş 07 fevral 2022-ci il tarixli 257 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin kabinetdə dispanser müşahidəsində dayanmır (cild 01, iş vər. 81). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 mart 2021-ci il tarixli 256 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 86). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Yevlax rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 5(039)-178/2021 nömrəli qərarı əsasında 26 oktyabr 2021-ci il tarixdən 26 dekabr 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan smslərin mətni və anten dairəsi barədə məlumatları özündə əks etdirən "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-2049/22 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskdə olan qovluqlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “bir deyan gorek hara gelirsen, qaqa teli goturmur razi bele mende 4-5q var, 4 denedi 25 dem lazimdisa de, gel gotur, gelmemisden xeber et, he, qaqa 1malako ala bilersen, balaca skuwonnu olsun eyox senol qorxuram gec deyilse lataryada alda 1-2m 2d-1m, gozle yigiram gel bize, biraz sebirli ol gnrej qaqa ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Pizroku Aparmisan?, X12 X6 X7 He Daniwdim, X13 X10” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “AYNOYUN HAZİRDİ NE VAXT İSTESEN GEL GOTUR” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “DAYİ OGLU İMKAN VARSA NARAHATAM 1 CET VERERDİN ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa saat 11 den lomkadayam men senden hara gelim goruwek” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa saat 4-du caliw ele etki hecolmasa 5-in yarsina kimi goruwek. Biraz narahatam. Bugun hecne etmemiwem. Yeqinki menide bawa duwersen, Qaqa alinmirsada gotur birsozdeda senki bilirsen lomka nedi. Alinmir denen alinmir hele. Gotur birsozde, Qaqa cixma hele men indi pulu elime geturum seni yigiram. Mamam qonwuya duwdu pula gore.ozum 5-deqiqeye seni yigiram.!, ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “qaqa meni yig lomkadayam mene deyisen 2 saata aynyon sendedi dedim prablem yoxdu uje 5 gundu beyax seni yiganda dedim vezyet pisdi dedin catankimi yigiram , narahat olma indide adboy verisen teli acmirsan fikrin nedi teli ac bir soz de, ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa gorursen meni neter malsiz qoydun lomkadan catdiyiram indi ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**- ** saylı mobil nömrədən “qaqa vezyet pisdi taryel gilin mehlesindeyem ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa mənəm zohrb qastromun yanindayam, Qaqa mənəm zohrab bidənə ac, Qaqa imkan varsa basina donum bidənə ac məndə gozduyulər, Qaqa mən qastromun qabagindayam alinir ya yox ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Yox qaqa yatmamiwam amma sebrin olsun eve gedirem catim xeber edecem goruwek tek olacam gelersen cagiranda xataya yaxwimi mutleq gozde zengini, Utanmirsan, ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Qaqa gelirsen bize olurem eyy senol qalmiwam severde” məzmunlu mesaj göndərilmiş, bunlardan başqa ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Yanininda adam var ona gore mesaj yazdim.4.3 du verdiyin qaqa sende sef iwdiyir mawinka, Men gelirem nadirnen hazirla, Dayanmiwam seni gozduyurem, Tural daniwirsan eliwden men seni gozduyurem ey, 10 dene lazimdi nagdi teli acdana bir sora deysen pul lazimdi, Bu icine zibil olmuwu acdana, Hara gelim goturum onu ne varsa hazir ele bir soz de, 4,dune 90 san manat razisan bele, Pulu verim hardasan 10 deneni de goturum banisaya gedirem telesirem, Tural noldu qaqa emim gozduyur hamisini vermesende xatyabi 3 deneni ver, Tural teli acmirsan ki sozumu deyim. Adama ele minnet eliyirsen hele bir adami bowdu cixardirsan.gelirem duzelirse aynuyonu ver duzelmiyibse pulu ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Wako qirilan wuweni kesdirib getirmiwem. Havaxt gelesen?” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa 8.6 tidi ha verdiyin., ********** X11 X14.X4 X8, ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “he.mesaji oxudun, qaqa men oz pzrokumu goturmuwem evden getirdiyimi, tural mene yarimin yarisini gelim ver saba 10 manat verecem qaqa, 2 dene cet varsa onu ver, tural nagdi yarim pati lazimdi gelim 19 yada 18 manat pul var, tural camahat mennen he yox gozduyur, ” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa aynuyonu 2 qram ele 1 qram adelni ele 1 qrami da yarim yarim ele 1 cet de pati, Qaqa telesirem senol tez cix” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Eliw terezinin yerine yarimi ver yada terezini getir yesi meni gozduyur bir he yox de” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Mene bir az patı koku ver özümə” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Refayil bu ne pasdupqadi ne dedin dunen aynoynu alanda niye emel elemedin nagarag neter eliyek” məzmunlu mesaj göndərilmiş, xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Ay mahir emi 5.10. Deyqe sebr ele metadon var mende onu uşaq gelir, ona verim nicatnan gönderirem” məzmunlu mesaj göndərilmişdir (cild 01, iş vər. 95-112) Cinayət işinin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yevlax şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, Nizami pr. ev 33A, mən.13 ünvanında yerləşən evə axtarış keçirilməsinə icazə verilmişdir (cild 01, iş vər. 126-128). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış həyata keçirilmiş, axtarış zamanı həmin evdə qonaq otağındakı şkafdan 01 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda 6,021 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiş çəkisi 4,731 qram olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılmaqla götürülmüş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 144-147). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022ci il tarixli 17/2656 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 6,021 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 4,731 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 01 (bir) ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi-16,518 qram və 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi-16,623 qram olan maddələrin tədqiqatını müvafiq labaratoriya cihazı olmadığından aparmaq mümkün olmamışdır (cild 01, iş vər. 174-176). Cinayət işinin materiallarında olan məhkəmə fiziki eskpertizasının 06 may 2022-ci il tarixli 6/1955 saylı rəyindən görünür ki, ...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 01 ədəd sarı rəngli sellofan bükümdə, təmiz çəkisi - 16,518 qram və 01 ədəd salfet kağızı bükümündə, təmiz çəkisi - 16,623 qram olan maddələrin tərkibində narkotik vasitə, psixotrop maddə və ya ya güclü təsir edən və zəhərli maddələr aşkar edilməməsi müəyyən olunmuşdur (cild 02, iş vər. 14-16). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının 13 may 2022-ci il tarixli 17/404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,381 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin ilə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 (bir) ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi – 4,731 qram narkotik vasitə olan heroin tərkiblərinə görə fərlənirlər (cild 02, iş vər. 51-53). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 02, iş vər. 62-96). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarxdə ünvan 4 ünvanında yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməi, saxlanması və istehlakı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs həmin günü şübhəli şəxs qismində saxlanılaraq vəkil ilə təmin edilməklə üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, daha sonra yaşadığı Yevlax şəhəri, Nizami pr. ev 33A, mən.13 ünvanında yerləşən evinə məhkəmə qərarı ilə axtarış keçirilmiş, axtarış zamanı həmin evin qonaq otağındakı şkafdan 01 ədəd şəffaf sellofan bükümdə, külli miqdarda 6,021 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə və 01 ədəd sellofan bükümdə külli miqdarda təmiş çəkisi 4,731 qram olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunub qanunamüvafiq qaydada rəsmiləşdirilib qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə və məhkəmə bioloji ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə ekspert rəyləri, cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı evindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona aid olmaması ilə bağlı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadə hesab edir və vurğulayır ki, təqsirləndirilən şəxs məhz bu formada ifadə verməklə cinayət qanunvericiliyinin daha ağır cinayət məsuliyyəti nəzərdə tutan maddəsi ilə məsuliyyətə cəlb olunmaqdan yaxa qurtarmağa çalışmışdır. Odur ki, təqsirləndirilən şəxsin qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı həmin xüsusatla bağlı qeyd etdiklərinə tənqidi yanaşır. Təqsirləndirilən şəxsin özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən və yaşadığı evdən şəxsi istehlak miqdarından dəfələrlə çox olan miqdarda narkotik vasitə və psixotrop maddənin aşkar olunması, aşkar olunan narkotik vasitələrin müxtəlif tərkibli olması, evdən həm külli miqdarda narkotik vasitə, həm də psixotrop maddənin aşkar olunması, habelə telefon məlumatlarında satışa dair müvafiq mesajların olması onu deməyə əsas verir ki, şəxs sözügedən narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak məqsədi ilə deyil, məhz satış məqsədi ilə əldə edib üzərində və evində saxlamışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir (cild 01, iş vərəqi 89-90). İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 66). Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar, o cümlədən CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materialarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışdır (cild 01, iş vər. 11-12, 59). Cinayət işinin materialarından görünür ki, Təqsirləndirilən şəxs daha sonra xx.xx.2022-ci il tarixdə tutulmuş, Yevlax Rayon Məhkəməsinin qərarı ilə barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 164-165, 224-225). Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmalı və cəzasının başlanğıcı isə onun ikinci dəfə tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,281 qram və 4,631 qram narkotik vasitə olan heroinlər və 5,921 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 (beş) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 490,85 AZN (dörd yüz doxsan manat, səksən beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunan cəzaya hesablanaraq çıxılsın və onun üzərində 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 0,281 qram və 4,631 qram narkotik vasitə olan heroinlər və 5,921 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 (beş) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 490,85 AZN (dörd yüz doxsan manat, səksən beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-167/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-167/2022
27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver