Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-167/2025 05.05.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Əfəndizadə Tural Qurbanəli oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxsin müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müdafiəçi oğlunun iştirakı ilə 30 avqust 1977-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu, Aral-2 kəndində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmişdir. Belə ki, o, qardaşı X2 mütəmadi olaraq birlikdə yaşadıqları fərdi yaşayış evinin özünə məxsus olmasını bildirərək, həmin evi satmaq məqsədilə mübahisələr yaratması, həmçinin sonuncunun bu məqsədinə nail olmaq üçün fərdi yaşayış evinin yan tərəfində yerləşən onun əvvəllər şumladığı torpaq sahəsini düzləşdirərək, yol açmasına görə qisas almaq niyyəti ilə Mirmehdi Musayevi qəsdən öldürməklə həyatdan məhrum etmək qərarına gələrək, həmin niyyətini gerçəkləşdirmək üçün 23 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində özünə məxsus, tiyəsi hər iki üzdən kəsici, ucu batıcı xassəyə malik, tiyəsinin uzunluğu 215 mm, maksimal eni 23,8 mm, maksimal qalınlığı 3,6 mm, ümumi uzunluğu 335 mm olan soyuq silah hesab edilən xəncəri yaşadığı Ağdaş rayonunun Aral-2 kəndində yerləşən fərdi yaşayış evinin otağından götürüb, həmin evin həyətyanı sahəsində Mirmehdi Musayevin yaxın qohumları olan bacıları Şahid2 və Şahid1 gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 8 ədəd bıçaq zərbələri vuraraq ona sağlamlığa yüngül zərər vurmaya aid boynun aşağı 1/3-in sol nahiyəsinin, boynun arxa səthinin yaraları, sol kürək nahiyəsinin yarası, sağ kürək nahiyəsinin yarası, sol çiyin nahiyəsinin yarası, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid, döş qəfəsinin sol arxa qoltuq xətti üzrə İV-V qabırğaarası nahiyənin sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayət olunan daxilə keçən 1 ədəd yarası və sol onurğayanı xətt üzrə İV-V qabırğaarası nahiyənin, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayət olunan, daxilə keçən 1 ədəd yarası kimi kəskin qanitirmə və hemorragik şokla nəticələnərək, Mirmehdi Musayevin ölümünə səbəb olan xəsarətlər yetirib, sonuncunu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada) maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2014-cü ildə Ağdaş rayonunda atasını maşın vurmuş və həmin vaxt Mirmehdi Bakıda yaşamışdır. Mirmehdi hadisədən sonra Ağdaşa gəlmiş və ona demişdir ki, “atamı maşınla vuran şəxsdən şikayət etmə”. Ona görə o, həmin şəxsdən şikayət etməmişdir. Mirmehdi atasını maşınla vuran şəxsdən pul aldığı üçün ondan şikayət edilməməsini tələb etmişdir. Bundan 3 gün sonra Mirmehdi atasını xəstəxanadan çıxarmışdır. Halbuki, həkim onun xəstəxanadan çıxmasına icazə verməmişdir. Buna baxmayaraq, Mirmehdi atasını yarımçıq xəstəxanadan çıxarıb, evə gətirmiş, evdə də həkimin ona baxacağını bildirmiş, sonra isə Bakıya getmişdir. Bundan sonra o, 5 ay ərzində atasına baxmış və bu müddət ərzində atasının üstünə heç bir həkim gəlməmişdir. Atasının gipsdə olan ayağı açılmış, lakin ayağı tərpənməmişdir, bundan əlavə, ayağının hər yeri qapqara olmuşdur. Digər qardaşı Ağası Musayevi evlərinə gətirmiş, Ağasının yanında atası onu nəzərdə tutub, demişdir ki, “uşaq dedi, inanmadım, siz məni öldürürsünüz”. 1 gün sonra 78 yaşlı atası rəhmətə getmişdir. Atasının ölüm xəbərini Mirmehdiyə zəng vurub, desə də, o, yasa gəlməmişdir. Yası keçirmiş, atasını dəfn etmiş və bundan bir müddət sonra Mirmehdi gəlib, onlara demişdir ki, “ev mənimdi”. Buna görə evlərində dava olmuşdur. Atası və özü ovçu olmuş, evdə olan bacı və qardaşına atası ilə o, baxmışdır. Atasına məxsus tüfəng olmuş, pulları olmadığı üçün onu satıb, evlərinə qaz çəkdirmişdir. Axırda Mirmehdiyə demişdir ki, “mən evdən çıxıram, ancaq o birilər burada qalır”. Bundan sonra evdən çıxıb, Göyçaya getmiş və orada ailə qurub, yaşamamağa başlamışdır. Orada olarkən, eşitmişdir ki, Mirmehdi evdə olan qardaş və bacılarını evdən çıxarır. Bacıları heç zaman evdən çölə çıxmamışlar, qardaşı isə psixi xəstəlikdən əziyyət çəkir. Bakıda qardaşının birini maşın vurmuş, Mirmehdi sənədlərə qol çəkdirərək, onu vuran şəxsdən pul alıb, xərcləmişdir. Pandemiya vaxtı onların hər birinə verilən 190 manatı da Mirmehdi alıb, xərcləmişdir. Sonra eşitmişdir ki, Mirmehdi bacısı Aybənizi evdən çıxarır. Buna görə aralarında dava düşmüş və Mirmehdi Bakıya getmişdir. O 2022-ci ildə kəndə qayıtmış və 2 il orada yaşamışdır. Mirmehdi atasından qalmış torpağı ona satacağını bildirib, ayrı-ayrı adamlardan pul almış və ona görə bacılarını evdən çıxartmaq istəmişdir. Bir müddət sonra digər qardaşı Ağası onlara gəlmiş və Mirmehdinin evi yandıracağını onlara demişdir. Mirmehdi evə gəlib, beli götürərək, əkinləri məhv etməyə başlamışdır. Bacısı ona “dinmə, bu artıq qudurğanlıqdı” demişdir. 23 noyabr 2024-cü il tarixdə, səhər saat 09 radələrində yuxudan oyanıb, evin həyətyanı sahəsinə çıxmış və həmin vaxt Mirmehdinin yenə də onun şumladığı torpaq sahəsini ayağı ilə düzləşdirməyə çalışdığını görmüşdür. O, Mirmehdinin şumladığı torpağı düzləşdirmək istədiyini görüb, əsəbləşmişdir. Mirmehdiyə torpağı niyə düzləşdirdiyini soruşanda, Mirmehdi ona demişdir ki, torpaq mənimdi, özüm bilərəm, sən kimsən? Onun bu sözlərindən əsəbləşib, Mirmehdiyə söyüş söymüş və bundan sonra Mirmehdi üzərinə gələrək, onu vurmaq istəmişdir. O, Mirmehdiyə artıq onu bezdirdiyini, torpağı düzləşdirməməyini, əks təqdirdə onu vuracağını deyəndə, Mirmehdi ona nalayiq ifadə işlədib, vura bilməyəcəyini demişdir. Artıq olanlardan bezmiş, Mirmehdinin hərəkətləri onu təngə gətirmiş və bu səbəbdən Mirmehdini öldürmək qərarına gəlmişdir. Həmin vaxt bacıları Aybəniz və Gülbəniz də evin həyətyanı sahəsində olmuşlar. Yaşadıqları evdə babasından atasına, atasından isə ona qalmış, ov üçün istifadə olunan xəncər olmuş və onu yatdığı döşəyin altında gizlətmişdir. Mirmehdini öldürmək məqsədilə həmin xəncəri gizlətdiyi yerdən çıxardıb, çölə çıxmışdır. Çölə çıxanda evin kürsüsünə qalxan pilləkənin qarşısında Mirmehdi ilə qarşılaşmış və bu zaman sağ əlində tutduğu xəncərlə Mirmehdiyə zərbə vurmuşdur. Ancaq xəncərin Mirmehdiyə dəyibdəymədiyini, hansı nahiyəsindən dəydiyini bilməmişdir. Daha sonra yaxalaşmışlar. Mirmehdi onun əlindən tutub, zərbə vurmasının qarşısının almağa çalışmış, lakin onlar dalaşa-dalaşa kürsünün digər tərəfinə, Mirmehdinin yıxıldığı yerə getmişlər. Bacıları Gülbəniz və Aybəniz də onları aralaşdırmağa çalışmışlar. Orada da Mirmehdiyə bir neçə xəncər zərbəsi vurmuş və Mirmehdi yerə yıxılmışdır. Mirmehdi yerə yıxıldıqdan sonra əyilərək Mirmehdiyə daha bir neçə xəncər vurmuşdur. Mirmehdinin öldüyünə əmin olduqdan sonra təslim olmaq üçün evə girib, əlini yumuş, paltarlarını dəyişmiş və Mirmehdiyə xəsarətlər yetirdiyi bıçağı da götürüb, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aral-1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gedərək, Müşviq adlı nümayəndəyə qardaşını öldürdüyünü bildirmiş və ondan polisə məlumat verməsini xahiş etmişdir. Xəncəri isə nümayəndəlikdəki stolun üzərinə qoymuşdur. Bir qədər sonra polis əməkdaşları gələrək, onu təhvil almışlar. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, 2014-cü ildən Mirmehdi ilə münasibəti pisləşmişdir. Hadisə vaxtı evdə iki bacısı və bir xəstə qardaşı yaşamışdır. Mübahisə zamanı bacıları və qardaşı orada olmuşdur. Birinci Mirmehdi onu vurmuşdur. Neçə zərbə vurduğunu bilmir. Amma ekspertin yazdığına görə 8 zərbə olmuşdur. Bacıları Aybəniz və Gülbəniz anlaqsız deyillər, sağlamdırlar. Bacısı Dürdanə və qardaşı Ağa yataq xəstələridir. Ağası isə Ağdaş şəhərində yaşayır. Xəstəliyi də var. Amma nə xəstəliyi olduğunu bilmir. Bir uşağı var, ancaq ailəsindən ayrılmışdır. Bacıları Aybəniz və Gülbəniz dərman atmayanda, pis olurlar. Özünü təqsirli bilir. Əməlindən peşmandır və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ifadəsini dinləyib, işdə olan sübutları tədqiq edib və cinayət işinin materiallarını araşdırıb, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 23 noyabr 2024-cü il tarixdə birinci Mirmehdi, daha sonra Qalib oyanıb, yeməklərini yeyəndən sonra bağa getmişlər. Həmin torpaq sahəsi atası rəhmətə gedəndən sonra, yəni 2014-cü ildən istifadə edilməmişdir. Qalib həmin torpaq sahəsini şumlayaraq, kartof, qarğıdalı və s. əkmək istəmişdir. Qalib bir gün gəlmib ona demişdir ki, “bacı, Mirmehdi şumladığım yeri tapdalayır”. Ona görə Mirmehdiyə demişdir ki, “utanmırsan? Qalib əziyyətlə yer şumlayır, sən gedib ayaqlayırsan”. Mirmehdi isə cavab vermişdir ki, “ayaqaltını balaca saxlayıb, yəni gediş gəliş üçün az yer saxlayıb”. O da Mirmehdiyə demişdir ki, “maşın sürəcəksən? Bir də oranı ayaqlama”. Mirmehdi Bakıda yaşamış, 2024-cü ilin mart ayında Ağdaşa gəlmişdir. Ancaq evə qayıdandan sonra Mirmehdi onlarla yola getməmişdir. Qalib isə Göyçayda yaşamış və orada ailə qurmuşdur. Hadisə günü Mirmehdi şumlanan yeri yenə tapdalamış və Qalib iradını bildirərək, Mirmehdiyə "torpağı niyə düzləşdirirsən? Mən əziyyətlə şumlamışam" demişdir. Mirmehdi isə Qalibə "sən haranın çaqqalısan, torpaq mənimdi, özüm bilərəm, yolu genişləndirirəm" demişdir. Elə deyəndən sonra Qalib evə tərəf qaçmış, xəncəri götürüb, gəlmişdir. Ev iki otaqlıdır. Birində bacıları, o birində qardaşları yatmışlar. Hadisə vaxtı Gülbəniz aynabənddə olmuşdur. Qardaşları mübahisə etmişlər. Bir anlıq Mirmehdinin ayağı sürüşmüş, hadisə baş vermişdir. Qalibə “ay bala, öldü, öldürdün” demişdir. Qalib dayanmış, bir müddət sonra yuxarı – evə getmiş, əl-üzünü yumuş, sonra gəlmiş və “bacı, təslim olmağa gedirəm” demişdir. Bıçağı da jaketinin altına qoymuşdur ki, görünməsin. 2014-cü ildə atası rəhmətə gedəndə, Mirmehdiyə zəng vurub, demişdir ki, “atam rəhmətə gedib, gəlmirsən?” O da “mənim borcum var, gəlmirəm. İşləyib, borclarımı qaytaracam” demişdir. Atasının üç mərasimindən sonra Mirmehdi gəlmişdir. Qaliblə sözləri çəp gəlmiş və bundan sonra Qalib Göyçaya getmişdir. Mirmehdi ona “bacı, gəl buradakı evi sataq gedək, Göyçayda ev alaq. Amma ev mənim adıma olsun” deyəndə, ona bildirmişdir ki, “o Göyçay, bu da sən, get, yaşa. Biz evi satmırıq”. Atası rəhmətə gedəndə, Mirmehdi demişdir ki, “ev mənimdir. Evi atam mənim adıma keçirib”. Lakin, belə bir şey olmamışdır. Ev ümumi mülkdür. Kiminsə adında deyil. Qalib gəlmək istədiyini deyəndə, Mirmehdi “əgər Qalib və yoldaşı gəlib, burada qalsalar, onu da yoldaşını da baltalayacam” demişdir. Ona evdə otağın olmadığını demişdir. Mirmehdi 80000 manat borcunun olduğunu, evi banka girov qoyub, kredit götürmək istədiyini demişdir. Daha sonra Şahid2 suallara cavab olaraq bildirmişdir ki, Qalib Mirmehdini xəncərlə vurmuşdur. Hadisə yanında baş vermişdir. Mirmehdi yıxılandan sonra Qalib bir dəfə boynundan zərbə vurmuşdur. Hadisədən sonra heç yerə zəng vurmamışdır. Qalibə “İcra nümayəndəliyinə get, hadisəni danış” demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, X6 və Təqsirləndirilən şəxs hər ikisi onun qardaşıdır. Ailədə 5 bacı və 5 qardaş olmuşlar. Bacıları Pərvanə, Minirə, həmçinin qardaşı Mehdi ölmüşlər.O, bacıları Aybəniz, Dürdanə, həmçinin qardaşları Ağa, Mirmehdi və Qalib Ağdaş rayonu, Aral-2 kəndində yerləşən, atasından qalmış evdə yaşayırlar. Digər qardaşı Ağası isə Ağdaş şəhərində yaşayır. Hazırda qardaşı Ağa və bacısı Dürdanə psixi xəstəlikdən əziyyət çəkirlər. 2014-cü ildə atası Soltanəli ölmüşdür. Həmin vaxtadək Mirmehdi Bakı şəhərində yaşamışdır. Mirmehdi heç vaxt evlənməmişdir. Mirmehdi atasının ölümündən sonra atasına məxsus evdə yaşamağa başlamışdır. Həmin vaxtdan da Mirmehdi ilə Qalib arasında atasına məxsus evə görə mübahisə yaranmışdır. Belə ki, Mirmehdi dəfələrlə Qalibə, həmçinin onlara atasından qalmış evi onun adına keçirmələrini, həmin evin ona məxsus olduğunu demişdir. Hətta bir dəfə Qalibi evdən qovmuşdur. Mirmehdi mübahisələri səbəbindən Qalib evləndikdən sonra Göyçay rayonuna köçərək, orada kirayədə yaşamağa başlamışdır. Təxminən 2 il əvvəl Qalib boşanmış və onlarla birlikdə yaşamağa başlamışdır. Həmin vaxtdan sonra da Mirmehdi dəfələrlə ona, Qalibə, digər bacılarına atasından qalan evin ona məxsus olduğunu, həmin evi satmalarını, Göyçay rayonundan onun adına ev almalarını tələb etmişdir. Lakin onlar razılaşmamışlar. Mirmehdi Qalibi mütəmadi olaraq incidir, Qalibə evdən getməyini, evin ona məxsus olduğunu, evi satmalarını demişdir. Qalib isə Mirmehdiyə “bacılarımızı çölə ataq?” demişdir. Bu mübahisələrə görə Qaliblə Mirmehdi arasında münasibətlər korlanmışdır. X15 arasında əlbəyaxa dava-dalaş olmamışdır. Yaşadıqları evin yan tərəfində meyvə ağacları əkilmiş, həmçinin əkin üçün kiçik ölçülü torpaq sahəsi vardır. Həmin torpaq sahəsini evin həyətyanı sahəsindən dəmir tordan olan hasar ayırır. Qalib həmin torpağın bir hissəsini əkin əkmək üçün şumlamışdır. 23 noyabr 2024-cü il tarixdə, saat 08:50 radələrində Mirmehdi heç bir səbəb olmadan Qalibin şumladığı torpaq sahəsini ayağı ilə düzləşdirməyə başlamışdır. Həmin vaxt o və digər bacısı Gülbəniz evin həyətyanı sahəsində olmuşlar. Digər qardaşı Ağa və bacısı Dürdanə isə evdə yatmşlar. Mirmehdi torpaq sahəsini ayağı ilə düzləşdirdiyi vaxt Qalib əkin sahəsinin hasarının yanında dayanaraq, Mirmehdiyə “torpağı niyə düzləşdirirsən? Mən əziyyətlə şumlamışam” demişdir. Mirmehdi isə Qalibə “sən haranın çaqqalısan, torpaq mənimdi, özüm bilərəm, yolu genişləndirirəm” demişdir. Bundan sonra Qalib Mirmehdiyə söyüş söyərək, yatdığı otağa qaçmışdır. Mirmehdi də əkin sahəsindən evin həyətyanı sahəsinə keçmişdir. Bu vaxt Qalibin əlində bıçaqla gəldiyini görüb, Mirmehdiyə Qalibin əlində bıçaqla gəldiyini demişdir. Qaliblə Mirmehdi evin qarşısındakı kürsüdə, pilləkənin aşağı hissəsində qarşılaşmışlar. Qalib bıçağı sağ əlində tutmuş və Mirmehdiyə xəsarət yetirmək istəmişdir. Mirmehdi hər iki əli ilə Qalibin sağ əlini tutmuş və ona mane olmaq istəmişdir. Qaliblə Mirmehdi həmin vəziyyətdə kürsünün digər tərəfinə getmişlər. O və Gülbəniz Qalibə etməməyini desələr də, Qalib “yox öldürəcəm onu, daha bəsdi” sözlərini demişdir. Həmin vaxt Qalib bıçaq olan əlini Mirmehdinin əllərindən çıxarmış və Mirmehdiyə bir dəfə bıçaq zərbəsi vurmuşdur. Lakin zərbənin Mirmehdinin hansı nahiyəsinə dəydiyini görməmişdir. Zərbədən sonra Mirmehdi üzü aşağı vəziyyətdə yerə yıxılmış və yerə yıxılan zaman burnundan qan gəlməyə başlamışdır. Mirmehdi yerə yıxıldıqdan sonra Qalib yerə əyilərək, Mirmehdinin boyun nahiyəsindən bir neçə dəfə bıçaq zərbəsi vurmuşdur. O və bacısı Gülbəniz Qalibə mane olmağa çalışsalar da, Qalibə mane ola bilməmişlər. Qalib Mirmehdinin öldüyünə əmin olduqdan sonra hərəkətlərini sonlandırmışdır. O və Gülbəniz bundan sonra Qalibə DİN-in 102 xidmətinə zəng vurmağını demişlər. Qalib də gedib, polisə təslim olacağını bildirmişdir. Bundan sonra Qalib hadisə vaxtı əynində olan paltaları dəyişmiş, əlini yumuş və Mirmehdiyə xəsarət yetirdiyi bıçağı götürüb, evdən çıxmışdır. Həmin bıçaq atasına məxsus olmuşdur. Atası öldükdən sonra bıçağı Qalib özündə saxlamışdır. Bıçağı atası ova gedərkən istifadə etmişdir. Hadisə vaxtı Qalibin əynində açıq rəngli cins şalvar, qara rəngli jaket, həmçinin yuxarı hissəsi ağ, aşağı hissəsi tünd göy rəngdə olan idman gödəkçəsi olmuşdur (İ cild, i/v 76-77). Bundan başqa, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, səhər tezdən çörək bişirən vaxtı Qalibin oyanıb, bağa getdiyini görmüşdür. Mirmehdi Qalibdən əvvəl oyanmışdır. Bir müddət sonra Qaliblə Mirmehdinin qışqırıq səslərini eşitmişdir. Qalib Mirmehdiyə “Oranı niyə elə edirsən?” demişdir. Mirmehdi nəsə demiş, amma onu eşitməmişdir. Aybənizin yanına getmiş, “get, gör orada nə baş verir” demişdir. Evlərində söz-söhbət çox olmuşdur. Aybəniz Mirmehdini çağırmış, o da gəlmiş və söhbət etməyə başlamışlar. Qalib isə evdən bıçağı götürüb, aşağı düşmüşdür. Mirmehdi orada da nəsə demiş, yenə eşitməmişdir. Mirmehdi ilə Qalib əlbəyaxa olmuşlar. Hadisədən pis olduğu üçün evə getmişdir. Bir müddət sonra onların səslərinin gəlmədiyini görəndə, həyətə düşmüş və qardaşı Mirmehdinin yerdə olduğunu, Qalibin əlində isə bıçağı görmüşdür. Tez aynabəndə qaçmış, ağlına 102-yə zəng etmək gəlmişdir. Onlara demişdir ki, zəng vurun, polis gəlsin. Qalib telefona əlini vurmamışdır. Qalib əl-üzünü yuyaraq, həyətdən çıxmışdır. Ölüm hadisəsi olanda orada olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı ifadə verən Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir (İ cild, i/v 79-81, İİ cild, i/v 57-58). Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, 2016-cı ildən Ağdaş RİH başçısının Aral-1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Nümayəndəliyin ərazisi Birinci Aral və İkinci Aral kəndlərinin ərazisini əhatə edir. 23 noyabr 2024-cü il tarixdə Birinci Aral inzibati ərazi dairəsi üzrə nümayəndənliyinin inzibati binasında xidməti otağında inzibati ərazi dairəsi üzrə nümayəndə Şahid3 ilə birlikdə kənd sakini Şahid7 qəbul edərkən, Təqsirləndirilən şəxs xidməti otağa daxil olaraq, bir ədəd xəncərə bənzər bıçağı stolun üzərinə qoymuş və qardaşı X3 bıçaqladığını, polisə zəng vurub, məlumat vermələrini istəmişdir. Nümayəndə niyə bıçaqladığını soruşanda, bacılarını bezdirdiyini demişdir. “İndi vəziyyəti necə olar? sualını verəndə isə Təqsirləndirilən şəxs bildirmişdir ki, indiyə qalmaz. Otaqda cinayət silahı – xəncər olduğu üçün otaqdan çıxmış və qapını bağlamışlar ki, kimsə toxunmasın. Daha sonra polis və prokurorluq əməkdaşları gəlmiş və xəncəri götürmüşlər. Şahid4 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin nə vaxt baş verdiyini bilmədiyi üçün Qalibin hadisədən neçə müddət sonra nümayəndəliyə gəldiyini bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 noyabr 2024-cü il tarixdə Ağdaş RİH başçısının Aral - 1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid4 zəng vuraraq, kənd sakini Təqsirləndirilən şəxs nümayəndəliyə gələrək, birlikdə yaşadığı qardaşı X3 qəsdən öldürdüyünü və qardaşı Mirmehdi Musayevə xəsarətlər yetirdiyi bıçağı nümayəndəliyə təqdim etdiyini bildirmişdir. Dərhal həmin kəndə, sonra Ağdaş RİH başçısının Aral -1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında olan nümayəndənin müavini Şahid4 xidməti otağına getmişdir. Həmin xidməti otaqda Təqsirləndirilən şəxs özünü təqdim edərək, qardaşı X3 qəsdən öldürdüyünü, könüllü olaraq nümayəndəliyə gələrək, təslim olduğunu demişdir. Stolun üzərində olan qınına taxılmış vəziyyətdə xəncəri göstərmiş və qardaşını həmin xəncərlə öldürdüyünü bildirmişdir. Şahid5 daha sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, kəndə hamıdan əvvəl getdiyi üçün orada təcili tibbi yardım maşını olmamışdır. Qardaşını hansı səbəbdən öldürdüyünü soruşanda, Qalib demişdir ki, Mirmehdi bacılarını bezdirmişdi, evdən çıxmalarını və s. istəyirdi. Məlumatı nümayəndənin müavini Şahid4 vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid7 bildirmişdir ki, X3 əvvəllər tanımamışdır. 23 noyabr 2024-cü il tarixdə işi ilə əlaqədar Ağdaş RİH başçısının Aral-1 inzibati ərazi dairəsi üzrə nümayəndənliyinin inzibati binasına getmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahid4 xidməti otağında Şahid4 və nümayəndə Şahid3 qəbulunda olmuşdur. Həmin vaxt sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs otağa daxil olmuş və bir ədəd xəncərə bənzər bıçağı stolun üzərinə qoyaraq, Şahid3 qardaşı X3 bıçaqladığını, polisə zəng vurub, məlumat vermələrini demişdir. Məlumat verilmiş və polislər gəlmişlər. Şahid7 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Qalib qardaşını öldürdüyünü demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, 2024-cü ilin oktyabr ayından Ağdaş RPŞ-nın Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 noyabr 2024-cü il tarixdə xidmətdə olarkən, hadisənin baş verməsi barədə məlumat daxil olmuşdur. Ərazisi olduğu üçün əraziyə getmiş və həyətə daxil olanda Mirmehdi Musayevin üzü aşağı halda bıçaqlandığını görmüşdür. Şahid6 daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, icra nümayəndəliyindən Xəyal müəllimə zəng vurub, məlumat vermişlər. Xəyal müəllim də, polis şöbəsinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə getmişdir. Hadisə yerində 2 bacı, çöldə 2 qonşu və evdə yaşlı bir adam olmuşdur. Hadisənin baş vermə səbəbi kimi Mirmehdinin həmin evdə yaşayan bacılarını evdən çıxararaq evi satmaq istəməsi, onların qalmağa başqa bir yerlərinin olmadığını bildirmələri və bu səbəbdən Qalibin onu öldürməsi göstərilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid8 bildirmişdir ki, Ağdaş RPŞ-nın İstintaq bölməsinin müstəntiqi vəzifəsində işləyir. 23 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində istintaq qrupunun tərkibində olarkən, Ağdaş rayonu, Aral-2 kəndinin ərazisində qəsdən adam öldürülməsi barədə məlumat daxil olmuşdur. Bu barədə məlumat Xəyal müəllimə verilmişdir. Qardaşın qardaşı öldürdüyü, cinayətin törədilməsindən sonra silahını təhvil verdiyi və təslim olmaq istədiyini bildirmişlər. Ona görə Ağdaş RİH başçısının Aral-1 inzibati ərazi dairəsi üzrə nümayəndənliyinin inzibati binasına getmişlər. Orada olanda Təqsirləndirilən şəxs hadisənin torpaq üstündə baş verdiyini demişdir. Təqsirləndirilən şəxs Ağdaş RPŞ-ya aparılmış, amma prokurorluq əməkdaşları götürməli olduğu üçün xəncər orada qalmışdır. Zərərçəkmiş şəxs Mirmehdi Musayevin hüquqi varisi X9 məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə göndərərək bildirmişdir ki, baş vermiş hadisədən sonra hərəkət edəbilmir, hazırda yataq şəraitində müalicə alır. Maşınla səyahət edə, yol gedə bilmir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir, həmin ifadəsinə heç bir əlavəsi yoxdur. İş üzrə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ibtidai istintaq zamanı bildirmişdir ki, mərhum X6 və Təqsirləndirilən şəxs onun qardaşlarıdır. Onlar ailədə 5 bacı və 5 qardaş olmuşlar. Onun bacıları Pərvanə, Minirə, həmçinin qardaşı Mehdi ölmüşlər. Bacıları Aybəniz, Gülbəniz, Dürdanə, həmçinin qardaşları Ağa, Mirmehdi və Qalib Ağdaş rayonunun Aral-2 kəndində yerləşən, atasından qalmış evdə yaşamışlar. Hazırda qardaşı Ağa və bacısı Dürdanə psixi xəstəlikdən əziyyət çəkirlər. 23 noyabr 2024-cü il tarixdə, səhər saatlarında Ağdaş RİH başçısının Aral Bir inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 ona zəng edərək, qardaşı Qalibin digər qardaşı Mirmehdini öldürdüyünü demişdir. O, dərhal Qalib və Mirmehdinin birlikdə yaşadıqları Ağdaş rayonunun Aal 2 kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada bacıları Aybəniz və Gülbəniz ona Qaliblə Mirmehdinin arasında Mirmehdinin Qalibin şumladığı torpağı ayağı ilə əzib düzləşdirməsi səbəbindən mübahisə yarandığını və buna görə Qalibin bıçaqla Mirmehdini öldürdüyünü demişlər. Qardaşları Təqsirləndirilən şəxs və Mirmehdi Musayev arasında əvvəllər hər hansı səbəbdən mübahisə olub-olmaması barədə məlumatı yoxdur. Bundan başqa, məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı bildirmişdir ki, 2003-cü ildən Ağdaş RİH başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Nümayəndəliyin ərazisi Birinci Aral və İkinci Aral kəndlərinin ərazisini əhatə edir. Təqsirləndirilən şəxs və X2 ailələri qapalı ailə olmuş və onların arasında hər hansı mübahisələrin olması barədə heç bir kənd sakininin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ailəsi maddi çətinliklərlə yaşayan ailə olmuş və kənd sakinləri onlara maddi cəhətdən kömək göstərmişlər. 23 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində Birinci Aral inzibati ərazi dairəsi üzrə nümayəndənliyinin inzibati binasında müavini Şahid4 xidməti otağında kənd sakini Şahid7 qəbul etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid4 xidməti otağına daxil olaraq, stula əyləşmiş və bir ədəd xəncərə bənzər bıçağı stolun üzərinə qoyaraq, qardaşı X3 bıçaqladığını, polisə zəng vurub, məlumat verməyini demişdir. O və müavini dərhal Ağdaş Rayon Polis Şöbəsinə və Təcili tibbi yardıma zəng vurub, məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxslə hadisə barədə söhbət etməyə başlamışdır. Təqsirləndirilən şəxs ona “bacılarımı bezdirmişdi, qoy getsin” sözlərini demişdir. Təqsirləndirilən şəxs ilkin olaraq ona Mirmehdi Musayevin ölüb-ölmədiyini dəqiq bilmədiyini desə də, sonrakı söhbətlər zamanı Təqsirləndirilən şəxs Mirmehdi Musayevin öldüyünə əmin olduğunu bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Mirmehdinin ölüb-ölmədiyini təkrar soruşduqda, ona “sağ qalmaz” demişdir. Təqsirləndirilən şəxs qardaşı Mirmehdi Musayevi hansı səbəbdən öldürməsi, onların arasında hansı mübahisənin baş verməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs qardaşı Mirmehdini hansı səbəbdən öldürdüyünü soruşduqda, ona yalnız “bacılarımı bezdirmişdi, qoy getsin” demişdir. Təqsirləndirilən şəxslə Mirmehdi Musayev arasında hansı səbəbdən mübahisənin baş verməsini bilmir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Ağası Musayev, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid7, Şahid5, Şahid6 və Şahid8 ifadələrinin mötəbərliyinə şübhə etməyə əsas görmür, çünki onların ifadələri ardıcıldır, digər ifadələrlə uzlaşır, hadisənin baş verməsini, xəsarətlərin xarakteri və yetirilmə mexanizmi, habelə təqsirləndirilən şəxsin göstərdiyi hallarla üst-üstə düşür. Bu ifadələr hadisənin həqiqi hallarına və iş materiallarına uyğun gəlir, ona görə məhkəmə kollegiyası bu sübutları dürüst hesab edir və hökmün əsasına qoyur, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlər tərəfindən təqsirləndirilən şəxsə böhtan atılması üçün əsaslar görmür. Eyni zamanda, zərərçəkmiş şəxsin ifadələri cinayət işinin materiallarında olan aşağıda qeyd olunan digər yazılı sübutlarla da təsdiq olunur: Baxış aparılması haqqında 23 noyabr 2024-cü il tarixli protokolla. Həmin protokolda qeyd olunmuşdur ki, hadisə yeri Ağdaş rayonunun Aral-2 kəndində yerləşən fərdi yaşayış evidir. ..Evin qarşısındakı kürsünün sütununun yanında kişi cinsli meyit vardır. Meyit üzü aşağı uzanıqlı vəziyyətdədir. Meyitin başı darvaza istiqamətinə, ayaqları isə fərdi yaşayış evi istiqamətindədir. ..Meyitin sol yan tərəfində 67x70 sm ölçüdə yayılmış qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkə 1 saylı şərti nömrə ilə nömrələndi. ..Baxışda iştirak edən Şahid2 qardaşı Mirmehdi Musayevi, digər qardaşı Təqsirləndirilən şəxs qəsdən öldürdüyünü, hadisə zamanı Mirmehdi Musayevin əynində 01 ədəd cins şalvar, 01 ədəd jaket və 01 ədəd idman gödəkçəsi olduğunu, həmin paltarların hazırda otaqda olduğunu bildirdi, qeyd olunan paltarları istintaqa təqdim etdi və həmin paltarlar götürüldü. Bundan başqa, baxış zamanı 1 saylı qanabənzər ləkədən 3 ədəd kosmetik tampon üzərində 6 ədəd pambığa qan hopdurularaq götürüldü (İ cild, iş vər. 4-13). Cinayət işinə əlavə edilmiş fotocədvəllə. Cinayət işinin İ cildinin 8-13-cü vərəqələrində olan fotoşəkillərdən müəyyən olunur ki, Ağdaş rayonunun Aral-2 kəndində yerləşən fərdi yaşayış evinin qarşısında üzü aşağı uzanıqlı vəziyyətdə Mirmehdi Musayevin meyiti vardırdir. Meyitin başı darvaza istiqamətinə, ayaqları isə fərdi yaşayış evinə tərəfdir. Mirmehdi Musayevin əynində cins şalvar, jaket və idman gödəkçəsi vardır. Meyitin sol yan tərəfində yayılmış qanabənzər ləkələr vardır. Baxış aparılması haqqında 23 noyabr 2024-cü il tarixli digər protokol və ona əlavə edilmiş fotocədvəllə. Həmin protokol və fotoşəkillərdən müəyyən olunur ki, Ağdaş RİH başçısının Aral -1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına baxış keçirilərkən inzibati ərazi dairəsi üzrə nümayəndə Şahid3 Təqsirləndirilən şəxs nümayəndənin müavini Şahid4 xidməti otağına gələrək, qardaşı Mirmehdi Musayevi qəsdən öldürdüyünü etiraf etdiyini və cinayət hadisəsini törətdiyi bıçağı həmin xidməti otaqda yerləşən stolun üzərinə qoyduğunu, həmin bıçağın hazırda xidməti otaqda yerləşən stolun üzərində olduğunu bildirmişdir. Bundan sonra Şahid4 xidməti otağına daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs hadisə törətdiyini bildirib, təqdim etdiyi bıçaq stolun üzərindədir. Bıçaq qınına taxılmış vəziyyətdədir. Bıçağın qını dəmir materialdandır. Bıçaq tiyə və dəstək hissəsindən ibarətdir və ümumi uzunluğu 335 mm-dir. Bıçağın tiyəsinin uzunluğu 215 mm-dır. Tiyənin hər iki tərəfi kəsici, ucu batıcıdır. Tiyənin üzərində qanabənzər ləkələr vardır. Dəstək tiyənin davamıdır və üzərinə taxta materialdan hazırlanmış 02 ədəd üzlük bərkidilmişdir. Dəstəyin uzunluğu 120 mm-dir. Baxış zamanı bir ədəd xəncərəbənzər kəsici-deşici xassəyə malik əşya qablaşdırılaraq götürülmüş, fotoşəkillər çəkilərək cinayət işinə əlavə edilmişdir (İ cild, iş vər. 14-20). Baxış aparılması haqqında 23 noyabr 2024-cü il tarixli digər protokol və ona əlavə edilmiş fotocədvəllə. Həmin protokol və fotoşəkillərdən müəyyən olunur ki, X2 meyiti təhriş masası üzərində uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. Boz rəngli zəncirbəndli gödəkçə. Gödəkçənin sol kürək hissəsində 6 ədəd 3,0x1,0sm, 2,0x0,5 sm, 1,5x0,5 sm, 1,5x0,5 sm, 1,0x0,5 sm, 1,0x0,5 sm ölçülərdə zədələr vardır. Həmin nahiyədə 0,5 sm diametrində zədələr vardır. 2. Tünd göy rəngli, uzunqol köynək, köynəyin sol kürək hissəsində 6 ədəd eyni xarakterli zədələr vardır. Köynəyin sağ ön hissəsində 2,0x0,2sm ölçüdə zədə vardır. 3. Qara rəngli qısaqol köynək, köynəyin sol qoltuqaltı hissəsində 2,5x1,5sm ölçüdə zədə vardır. Köynəyin kürək hissəsində 6 ədəd eyni xarakterli zədələr vardır. 4. Göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər vardır. 5. Göy rəngli, idman şalvarı. 6. Qara rəngli tursa. 7. Qara rəngli corablar. 8. Qara rəngli çəkmələr. Paltarlar geyinilmişdir, köhnədir, paltarlar qanabənzər maddəyə bulaşmışdır. Meyit kişi cinsli, düzgün bədən quruluşlu kafi köklükdədir. Meyidin üz nahiyəsi qanabənzər maddəyə bulaşmışdır. Meyit əllə yoxlandıqda soyuqdur. Meyitin bədənin uzunluğu 170 sm-dir. Meyit qacıması müayinə olunan əzələ quruplarından çənə əzələlərində zəif inkişaf etmişdir, digər qrup səthində olub, zəif əzələlərdə inkişaf etməmişdir. Meyit ləkələri bədənin arxa göyümtül-qırmızımtıl rəngdədirlər, barmaqla təzyiq etdikdə itirlər, 0,5 dəqiqə sonra bərpa olunurlar. Başın tüklü hissəsində xəsarət yoxdur. Gözləri qapalıdır, bəbəklər dairəvidirlər, bərabərdirlər, diametri 0,6 sm-dir. Xarici qulaq keçəcəkləri və burun boşluqları sərbəsdirlər. Burun sümükləri əllə yoxladıqda tamdırlar. Meyitin ağzı açıq vəziyyətdədir. Dili ağız boşluğundadır. Boynu gövdəyə uyğun inkişaf etmişdir. Döş qəfəsi silindrik formadadır, simmetrikdir. Qarını qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Çanaq sümükləri bədənə müvafiq inkişaf etmişdir, əllədikdə sümüklərdə qeyri adi hərəkətlər hiss olunmur. Xarici cinsiyyət üzvləri kişi tipli, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ǝrtrafı təmizdir. Xəsarətlər: Döş qəfəsində arxa sol qoltuq xətti üzrə İV-V qabırğaarası sahədə 2,5x0,5sm ölçüdə, kənarları hamar ucları iti yara vardır (şərti işarə olunan 3 saylı). Boynun aşağı 1/3- nin sol nahiyəsində 2 ədəd yanaşı yerləşmiş 1,0x0,2 sm və 0,6x0,2 sm ölçülərdə kənarları hamar, ucları iti yaralar vardır (şərti işarə olunan 1 və 2 saylı). Sol kürək nahiyəsində 1,5x0,2 sm ölçüdə, kənarları hamar, ucları iti yara vardır (şərti işarə olunan 4 saylı). Sol onurğayanı xətt üzrə İV-V qabırğarası sahədə 3,0x0,2 sm ölçüdə, kənarları hamar, ucları iti yara vardır (şərti işarə olunan 6 saylı). Sağ kürək nahiyəsində 2,0x0,2 sm ölçüdə kənarları hamar, ucları iti yara vardır (şərti işarə olunan 7 saylı). Sol çiyin nahiyəsində 1,5x0,2 sm ölçüdə, kənarları hamar, ucları iti yara vardır (şərti işarə olunan 8 saylı). Boynun arxa səthində bir qədər solda 1,0x0,2 sm ölçüdə, kənarları hamar, ucları iti yara vardır (şərti işarə olunan 5 saylı). Meyidin xarici müayinəsində başqa xəsarət və dəyişiklik aşkar olunmamışdır (İ cild, iş vər. 21-33). Şübhəli şəxsin könüllü olaraq özünü təqdim etməsi barədə 23 noyabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Ağdaş Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid6, Şahid5, Şahid8 və Təqsirləndirilən şəxs Soltənəli oğlunun iştirakı ilə protokol tərtib edib, təsdiq etmişlər ki, 23 noyabr 2024-cü il tarixdə Ağdaş rayon Aral -1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Ağdaş RPŞ-ya daxil olmuş məlumat əsasında Ağdaş rayon Aral -1 kənd icra nümayəndəliyinə gedilmiş və orada Təqsirləndirilən şəxs qardaşı X3 öldürməsini etiraf edərək, cinayət hadisəsi törətdiyi bıçağı təqdim edərək, özünü könüllü olaraq təslim etmişdir (İ cild, iş vər. 38-39). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 20 dekabr 2024-cü il tarixli protokolla. Həmin protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, X3 qəsdən öldürdüyü yeri və şəraiti əyani şəkildə göstərmişdir (İ cild, iş vər. 171-173). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 41 nömrəli rəyi ilə. Həmin rəydə göstərilmişdir ki, X2 bəbənində olan xəsarətlər – kəskin qanitirmə, hemorragik şok, döş qəfəsinin sol arxa qoltuq xətti üzrə İV-V qabırğa arası nahiyənin sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayət olunan daxilə keçən 1 ədəd yarası, sol onurğa yanı xətt üzrə İV-V qabırğa arası nahiyənin sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayət olunan daxilə keçən 1 ədəd yarası, sağ kürək nahiyəsinin 1 ədəd yarası, boyunun aşağı 1/3-nin sol nahiyəsinin 2 ədəd yarası, boyunun arxa səthinin sol nahiyəsinin 1 ədəd yarası, sol çiyin nahiyəsinin 1 ədəd yarası, sol kürək nahiyəsinin 1 ədəd yarası (cəmi 8 ədəd), deşici-kəsici alətin təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğundur, həyat üçün təhlükəli olduqlarından canlı şəxslərdə, birlikdə sağlamlığa ağır zərər vuran bədən xəsarətlərinə aid olunurlar. X2 meyitində aşkar olunan xəsarətlər həyatidirlər, yəni ölümündən əvvəl törənmişlər. Ayrı-ayrılıqda ağırlıq dərəcələri belədir: döş qəfəsinin sol arxa qoltuq xətti üzrə İV-V qabırğa arası nahiyənin sol ağ ciyərin zədələnməsi ilə müşayət olunan daxilə keçən 1 ədəd yarası, sol onurğa yanı xətt üzrə İV-V qabırğa arası nahiyənin sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayət olunan daxilə keçən 1 ədəd yarası, sağ kürək nahiyəsinin 1 ədəd yarası, (şərti işarə olunan 6 saylı), həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aiddirlər, boynun aşağı 1/3-nin sol nahiyəsinin, boynun arxa səthinin yaraları, sol kürək nahiyəsinin yarası, sağ kürək nahiyəsinin yarası, sol çiyin nahiyəsinin yarası, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. X2 meyitində aşkar olunan xəsarətlər ekspertizaya təqdim olunan deşici-kəsici alətlə yetirilməyə uyğun gəlir. X2 meyitində aşkar olunan xəsarətlərin yerləşmə nahiyələri onun paltarlarında aşkar olunan zədələrin yerləşmə nahiyələrinə uyğun gəlir. X2 ölümünün səbəbi kəskin qanitirmə hemorragik şok olmuşdur. X2 ölümü meyitin müayinəsindən ən azı 1, ən çoxu 3 saat əvvəl baş vermişdir. X2 meyitində aşkar olunan xəsarətlər eyni alətlə yetirilə bilərlər. X2 meyitində aşkar olunan xəsarətlərin yetirilmə ardıcıllığını konkret olaraq müəyyən etmək mümkün deyil. X2 meyitindən götürülmüş qanda etil spirti aşkar olunmadı (məhkəmə kimyəvi müayinə aktı 4132/K saylı xx.xx.2024-cü il tarixli). X2 meyitində aşkar olunan xəsarətlər ekspertizaya təqdim olunan bıçaqla yetirilə bilərlər (İ cild, iş vər. 178-183). Kompleks-məhkəmə trasoloji və məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2024-cü il tarixli 3/1890, 3/1899 nömrəli rəyi ilə. Həmin rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. Tədqiqata təqdim edilmiş X4 məxsus iki ədəd köynəyin və gödəkçənin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yer, onların ölüçsü və sayı verilmişdir. X4 məxsus iki ədəd köynəyin və gödəkçənin üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş xəncərin tiyəsi də aiddir (İ cild, iş vər. 193-197). Lifli materialların kriminilastik ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5344 nömrəli rəyi ilə. Həmin rəydə bildirilir ki, tədqiqata təqdim edilmiş X6 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində və 01 ədəd bıçaqda kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın tiyə hissəsi ilə dəstək hissəsinin birləşdiyi daxili hissədən aşkar olunmuş qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X4 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər (İ cild, iş vər. 198-204). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 809/2024TBŞ nömrəli rəyi ilə. Həmin rəydə qeyd olunur ki, X2 ABO sistemi üzrə qan qrupu-A (İİ). Məhkəmə tibbi bioloji ekspertizasına təqdim edilmiş zərərçəkmiş şəxs X4 məxsus hadisə zamanı əynində olmuş gödəkçə, köynək, bir cüt ayaqqabı, idman şalvarı, cins tipli şalvar və ona keçirilmiş kəmər, qısaqol mayka, onun dörd ədəd sağ və sol əl barmaqlarının dırnaq kəsikləri üzərində olan ləkə və maddə hissəciklərində, həmçinin hadisə yerində üç ədəd gigiyenik çubuqların pambıq ucluqlarına keçirilmiş maddələrdə və bir ədəd xəncər (bıçaq) tiyəsində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman «A» antigeni, çubuqlar və xəncər üzərində isə həmçinin «beta» aqqlyutinini də alındı. ABO sistemi üzrə antigen qismində alınmış «A» antigeni tək halda və «beta» aqqlyutinini ilə birlikdə A (İİ) qruplu qanı formaşdırıb xarakterizə etdiyindən, bu qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Zərərçəkmiş şəxs X6 da eyni qan qruplu, yəni A (İİ) qan qruplu şəxs olduğundan, bu ləkələrdə və maddə hissəciklərində olan qan ABO sistemi üzrə ona məxsus ola bilər (İ cild, iş vər. 221-236). Məhkəmə kollegiyası aparılmış ekspertizaların nəticələrinin düzgünlüyünə və obyektivliyinə şübhə etməyə əsaslar tapmır, çünki həmin rəylər böyük iş stajına malik olan ekspertlər tərəfindən icra edilmiş, lazımi şəkildə rəsmiləşdirilmiş, elmi cəhətdən əsaslandırılmış, nəticələri aydın və başa düşüləndir, işin həqiqi halları və materialları, istintaq hərəkətləri və digər sənədlərlə uzlaşır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xüsusi amansızlıqla qəsdən adam öldürməsində təqsirini müəyyən edilmiş və sübuta yetirilmiş hesab edir ki, bu da onun əməlinin CM-in 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada) maddələrilə tövsif etməyə imkan verir. Çünki, o, qardaşı Mirmehdi Musayevin mütəmadi olaraq birlikdə yaşadıqları fərdi yaşayış evinin özünə məxsus olmasını bildirərək, həmin evi satmaq məqsədilə mübahisələr yaratması, həmçinin sonuncunun bu məqsədinə nail olmaq üçün fərdi yaşayış evinin yan tərəfində yerləşən onun əvvəllər şumladığı torpaq sahəsini düzləyib, yol açmasına görə qisas niyyəti ilə 23 noyabr 2024-cü il tarixdə, saat 09 radələrində özünə məxsus soyuq silah hesab edilən xəncərlə yaşadığı Ağdaş rayonunun Aral-2 kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində Mirmehdi Musayevin yaxın qohumları olan bacıları Aybəniz və Şahid1ların gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla 8 bıçaq zərbəsi vuraraq, Mirmehdi Musayevin ölümünə səbəb olan xəsarətlər yetirib, xüsusi amansızlıqla Mirmehdi Musayevi qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qeyd olunan anlayışın mənasına görə adamöldürmə prosesində zərərçəkmişə çoxsaylı bədən xəsarətləri yetirməsi, eləcə də sonuncunun həyatı üçün aman, kömək diləməsinə, öldürülməməsi üçün etdiyi yalvarışına məhəl qoymaması, habelə çoxsaylı bədən xəsarətləri yetirilən və çoxlu qan itirən zərərçəkmişi ona kömək göstərilməsinin qarşısını alan və əzablarını artıran bir vəziyyətdə qoyması təqsirkarın cinayəti xüsusi amansızlıqla törətdiyini göstərən hallardır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində Qalib X5rın gözü qarşısında öldürdüyünü, Təqsirləndirilən şəxs bunu etməməsini desələr də, Təqsirləndirilən şəxs “yox, öldürəcəm onu, daha bəsdi” dediyini bildirmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs qardaşı Mirmehdi Musayevi bacıları Aybəniz və Şahid1 gözləri qarşısında, ona xüsusi əzab verdiyini dərk edərək, xüsusi amansızlıqla qəsdən öldürmüşdür. O da qeyd olunmalıdır ki, CM-in 10.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 20 mart 2025-ci il tarixədək qüvvədə olan (Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 7 mart 2025-ci il tarixli 153-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Maddə 228. Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə 228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.2. Bu Məcəllənin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə; 228.2.2. təkrar törədildikdə; 228.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.3. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma – dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.4. Bu Məcəllənin 228.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 228.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 228.4.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 228.4.3. təkrar törədildikdə; 228.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə – beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.5. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.”) CM-in 228.4-cü maddəsində təsbit edilmişdir ki, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla cinayət məsuliyyətinə səbəb olur. xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Qalib Musayecin cinayət hadisəsini törədərkən istifadə etdiyi, zərərçəkmiş şəxs Mirmehdi Musayevi öldürdüyü predmet kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir və Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən bu xəncəri əldə edərək üzərində gəzdirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, CPM-in 124-cü (Sübutların anlayışı və növləri) maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: - cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; - hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məhkəmə kollegiyası irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən halları təsvir edib, məhkəmənin həmin halların həqiqət olması inamına gəlməsinə əsas verən sübutları şərh edib və məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiqini tapmışdır. O da qeyd olunmalıdır ki, cinayət işinin materiallarına olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 946 nömrəli rəyində göstərilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulmasi və kəmağıllıq xəstəliyi aşkar edilmir. Məhkəmə psixoloji ekspertizası üzrə yoxlanılan şəxş Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLALQİ olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. O, halhazirda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs anlaqllığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi faaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: -Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqalar ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (İ cild, iş vər. 247-250). Göründüyü kimi, Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi xəstəlikləri və pozuntuları olması barədə məlumatlar yoxdur, buna görə də məhkəmə kollegiyasında onun psixi tamlığına şübhə yoxdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri CPM-in 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən, yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona CM-in CM-in 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada) maddələrilə ittiham verilmişdir. Məhkəmə istintaqında onun həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulan hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza təyin etmə məsələsinə gəlincə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Bu prinsipdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CMin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 20 mart 2025-ci il tarixədək qüvvədə olmuş CM-in 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir (CM-in 58.1-ci maddəsi) və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CMin 58.3-cü maddəsi). Məhkəmədə tədqiq edilmiş DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən (İ cild, iş vər.159) görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu yoxdur. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, 23 noyabr 2024-cü il tarixdə, saat 14:00-da Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (İ cild, iş vər. 53). Məhkəmə istintaqında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2024-cü il tarixli 4(014)-53/2024 nömrəli qərarından görünür ki, əvvəli 1xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barədə dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, iş vər. 140-143). Bundan başqa, məhkəmədə tədqiq edilmiş Ağdaş RİH başçısının Birinci Aral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25.11. 2024-cü il tarixli 24 nömrəli arayış və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailə tərkibi qardaşı X13 (təvəllüdü xx.xx.1958), bacısı Şahid2 (təvəllüdü xx.xx.1966), bacısı Şahid1 (təvəllüdü xx.xx.1968) və xx.xx.1970-ci il təvəllüdlü X1 ibarətdir. Təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay rayonunun Mirzəhüseynli kəndində qeydiyyatda olmasına baxmayaraq, Ağdaş rayonunun İkinci Aral kəndində qardaşı və bacıları ilə birgə yaşayır. Onun barəsində nümayəndəliyə yazılı və şifahi ərizə daxil olmamışdır. Göstərilənlərlə yanaşı, 23 noyabr 2024-cü il tarixli şübhəli şəxsin könüllü olaraq özünü təqdim etməsi barədə protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq özünü polisə təqdim etmişdir. Eyni zamanda, o, zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmış və hazırda Ağası Musayevin ondan heç bir şikayət və tələbi yoxdur. Belə vəziyyətdə məhkəmə kollegiyası CM-in 59.1.10, 59.1.12 və 59.2-ci maddələrinə əsasən, bu halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərçəkmiş şəxs Mirmehdi Musayevin ailə üzvlərinə, xəstə bacı qardaşlarına və ailə qurmadan ata evində yaşayan doğma bacıları xx xxxxxx 1966-cı il təvəllüdlü Aybəniz və xx xxxxxxx 1968-ci ildə doğulmuş Gülbənizə qarşı etinasız münasibəti, atasından miras qalmış evi satmaq istəməsi və buna görə qardaşı Təqsirləndirilən şəxs və bacıları Aybəniz və Şahid1ların bu məsələyə kəskin etiraz etmələri, lakin buna baxmayaraq, onun öz doğmalarına qarşı etinasız münasibəti təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs məhz onu öldürməklə məsələnin həll edilə bilinəcəyi qənaətinə gətirmiş, adam öldürmə cinayətinin törədilməsi qətiyyətini yaratmışdır. CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, belə qənaətə gəlir ki, CM-in ədalət prinsipinin tələbləri və fəlsəfəsinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 120.2.4-cü maddəsilə təqsirli bilinib, on beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü (əvvəlki redaksiyada) maddəsilə yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq on altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanuni və ədalətlidir. Məhkəmə kollegiyası CM-in 41.2-ci maddəsinin tələbləri baxımından da gəldiyi bu qənaəti əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələləri müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının və qərarın məna və fəlsəfəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəti olaraq 16 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 23 noyabr 2024-cü il tarixdən hesablanmalı və o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Çünki, CM-in 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. CM-in 99-1-ci maddəsinə əsasən, iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. CPM-in tələblərinə əsasən, maddi sübut olub, Ağdaş Rayon Prokurorluğunda saxlanılan 03 ədəd üzərində pambıq tamponları olan kosmetik çubuqlar, 1 ədəd xəncər, X2 hadisə zamanı əynində olmuş 1 cüt ayaqqabı, 1 cüt corab, 1 ədəd cins şalvar, 1 ədəd idman şalvarı, 1 ədəd mayka, 1 ədəd köynək və 1 ədəd gödəkçə, Mirmehdi Musayevin sağ və sol əlinin dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, 1 ədəd idman gödəkçəsi və 1 ədəd jaket məhv edilməli, iş üzrə 284,16 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı, üzərinə həbs qoyulmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 346-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, HÖKMETDİ: Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 228.4-cü (əvvəlki redaksiyada) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 120.2.4-cü maddəsilə on beş il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü (əvvəlki redaksiyada) maddəsilə yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq on altı il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 23 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub, Ağdaş Rayon Prokurorluğunda saxlanılan 03 ədəd üzərində pambıq tamponları olan kosmetik çubuqlar, 1 ədəd xəncər, X2 hadisə zamanı əynində olmuş 1 cüt ayaqqabı, 1 cüt corab, 1 ədəd cins şalvar, 1 ədəd idman şalvarı, 1 ədəd mayka, 1 ədəd köynək və 1 ədəd gödəkçə, Mirmehdi Musayevin sağ və sol əlinin dırnaq kəsintiləri, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar, 1 ədəd idman gödəkçəsi və 1 ədəd jaket məhv edilsin. İş üzrə 284,16 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (adı: Dövlət xəzinədarlığı agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs Saltanəli oğluna isə hökmün surətinin verildiyi andan) iyirmi gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Tural Əfəndizadə Xaliq Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-167/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-167/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver