Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-168/2024 15.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Əfəndizadə Tural Qurbanəli oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin İ instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X10, müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Şəki rayonu Baş Göynük kəndində doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şəki Kommunal-X1 fəhlə işləyən, Şəki şəhəri Aydın Məmmədov küçəsi ev 13A, mənzil 16-da qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə, saat 1130 radələrində ayıq vəziyyətdə olmaqla və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "xxxx" ASC-nın adına qeydiyyata alınmış, “JAC-Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı xüsusi təyinatlı yük avtomobili ilə Şəki şəhəri, Ç.Mustafayev küçəsində həmin avtomobili arxa istiqamətdə hərəkət etdirərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməmiş, cinayətkarcasına özünəgüvənib kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağını güman edərək idarə etdiyi “JAC-Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı yük avtomobili ilə yolun sağ hissəsindən sola keçmək istəyən piyada X8 vuraraq sonuncu yerə yıxıldıqdan sonra sol aşağı və yuxarı ətrafların üzərindən keçməklə nəticədə ehtiyatsızlıqdan X2 said sümüklərinin açıq yerdəyişən sınıqları, sol bud sümüyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq sınıqları, sol yuxarı və aşağı ətrafların yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları və sıyrıqları, kimi ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə həmin xəsarətlərdən sol said sümüklərinin açıq yerdəyişən sınıqları, sol bud sümüyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq sınıqları, sol yuxarı və aşağı ətrafların yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları sıyrıqları nəticəsində inkişaf edən travmatik şok nəticəsində X5 həmin tarixdə saat 15 radələrində Şəki MRX-da ölməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən Şəki KTİB-də sürücü işləməklə KTİB-in balansında olan “JAC-Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı yük avtomobilini idarə etmişdir. 2018-ci ilin dekabr ayında KTİB-in avtomobilini idarə edərkən piyadanı vurduğuna görə barəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi aparılaraq Şəki rayon Məhkəməsinin hökmü ilə 02 il müddətinə sürücülük hüququndan məhrum olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Ona görə də sürücülük vəsiqəsi olmamaqla sürücülük hüququ bərpa olunmamışdır. 2023-cü ilin sentyabr ayında işləmək üçün yenidən Şəki KTİB-nə müraciət etmiş, sürücülük vəsiqəsini təqdim edib cəzasının başa çatdığını deyərək sürücü kimi yenidən işlə götürülməsini xahiş etmiş, Şəki Rayon Məhkəməsi tərəfindən barəsində verilmiş hökmün surətini təqdim etməmişdir. 25 dekabr 2023-cü il tarixdə saat 08 radələrində həmişə olduğu kimi Şəki KTİB-nə gedib orada tibbi müayinədən keçdikdən sonra yol vərəqəsini götürüb “JAC- Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı yük avtomobili ilə zibilləri yığmaq Ramin və Mübariz adlı işçilərlə saat 1130 radələrində şəhərin Ç.Mustafayev küçəsinə çatmış, Ramin və Mübariz maşından düşmüşlər. Həmin küçə ensiz olduğu üçün o, maşını arxaarxaya küçəyə tərəf sürməyə başlamış, avtomobilin sağ və sol güzgülərindən istifadə etməklə asta sürətlə arxa-arxaya idarə etmişdir. Adını sonradan bildiyi Paşa Mərdanov həmin vaxt küçədə sağ tərəfdə dayanmış, Paşanın onun idarə etdiyi maşından xeyli kənarda olduğunu düşünmüşdür. Ona görə də idarə etdiyi avtomobilin sağ və sol yan güzgülərinə baxıb bir qədər sürdükdən sonra iş yoldaşı Mübariz uca səslə qışqırıb maşını saxlamasını dedikdən sonra dərhal avtomaşını saxlamışdır. Yerə düşüb idarə etdiyi avtomaşının arxa hissəsinə yaxınlaşdıqda Paşanın yerdə uzandığını görmüş, həmin vaxt avtomaşınla Paşanı vurduğunu başa düşmüşdür. Mübarizin köməkliyi ilə Paşanı oturaq vəziyyətdə divara söykəmiş, ilkin yardım kimi əl və üzünü su ilə yumuşlar. Bir neçə dəqiqə sonra X23 briqadası həmin yerə gəldikdən sonra dərhal Paşa Mərdanovu xəstəxanaya aparmışlar. Xəstəxanada Paşanın müayinə və müalicəsi üçün köməklik göstərilsə də bir neçə saat sonra sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, törətdiyi əməldən peşman olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, mərhum X12 onun atası olmaqla 25 dekabr 2023-cü il tarixdə günorta saatlarında şəhərin Ç.Mustafayev küçəsində piyada birgə yaşadıqları evə tərəf gedərkən Şəki şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “JAC-Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı yük avtomobilini arxa istiqamətdə hərəkət etdirərkən atasını vurmuşdur. Daha sonra TTY hadisə yerinə gəlib atası Paşanı xəstəxanaya aparmış, məlumat aldıqdan sonra ailə üzvləri ilə birlikdə dərhal xəstəxanaya getmişdir. Həkimlərin müayinə və müalicəsinə baxmayaraq atası Paşa Mərdanov xəstəxanaya yerləşdirildikdən təxminən 2-3 saat sonra vəfat etmişdir. Atasının ölümü ilə əlaqədar heç bir şikayət və tələbi olmamış, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şəki KTİB-də fəhlə işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə saat 1130 radələrində iş yoldaşı Şahid2la birlikdə İlqarın Əliyevin idarə etdiyi “JAC-Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı yük avtomobili ilə 20 saylı tam orta məktəbin qarşısından keçib Ç.Mustafayev küçəsi istiqamətdə gedərkən Paşa Mərdanovun piyada yolun sol hissəsində həmin küçə istiqamətində getdiyini görmüşdür. D.Bünyadzadə küçəsi ilə Ç.Mustafayev küçəsinin kəsişdiyi yerdə İlqar maşını saxlamış, Raminlə o, küçədə qapıların qarşısında olan zibilləri yığmaq üçün maşından düşüb ara döngələrdəki zibilləri yığmağa başlamışlar. İlqar isə həmin vaxt maşını arxa istiqamətdə Ç.Mustafayev küçəsinə tərəf sürdüyü vaxt bir nəfər şəxsin səsini eşitmiş, çevrilib maşına tərəf baxanda Paşanın təxminən küçənin ortasında İlqarın idarə etdiyi maşının arxa tərəfində yerə uzandığını, İlqarın isə yük maşınını asta-asta arxaya doğru sürdüyünü görmüşdür. Uca səslə qışqırıb İlqara avtomaşını saxlamasını demiş, Raminlə birlikdə Paşaya tərəf yaxınlaşmışlar. İlqar dərhal maşını saxlayıb yerə düşmüş, Paşanın sifətində xəsarətlər olduğuna görə ilkin tibbi yardım kimi əl və üzünü su ilə yumuşlar. Bir neçə dəqiqə sonra X23 briqadası həmin yerə gəlib dərhal Paşa Mərdabovu xəstəxanaya aparmış, bir neçə saat sonra Paşa Mərdanov aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şəki KTİB-də mexanik-qaraj müdiri işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun olubolmamasını soruşduqda sonuncu sənədlərinin qaydasında olduğunu ona demiş, hər həftənin birinci iş günü müəssisəyə məxsus 32 ədəd avtomaşının texniki vəziyyətini yoxlayıb sürücülərə bir həftəlik yol vərəqi vermişdir. Sürücülər isə həmin yol vərəqi əsasında Şəki KTİB-nə məxsus avtomaşınları Şəki şəhəri ərazisində idarə edərək fəhlələrlə birlikdə tullantıların yığılmasını həyata keçirmişlər. 25 dekabr 2023-cü il tarixdə saat 07 radələrində həmişə olduğu kimi işçilər KTİB-nin qarajında toplaşaraq həkim müayinəsindən keçmiş, şəhərə çıxacaq avtomaşınların texniki vəziyyətini yoxlayaraq saz vəziyyətdə olan avtomaşınların idarə edilməsi üçün sürücülərə yol vərəqəsi vermişdir. Bayram və Mübariz adlı işçilər də İlqarın idarə etdiyi həmin avtomaşına əyləşib Şəki şəhəri ərazisində zibilləri yığmaq üçün işə başlamışlar. Bir neçə saat sonra isə İlqarın Şəki şəhəri Ç.Mustafayev küçəsində “JAC-Tranzit” markalı, JG928TR16 dövlət nömrə nişanlı yük avtomobilini geriyə hərəkət etdirərkən Şəki şəhər sakini Paşa adlı şəxsi vurması və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumatı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 yanvar 2024-cü il tarixli, 73 nömrəli rəyindən görünür ki, X5 meyidinin müayinəsi zamanı meyidində aşkar olunan xəsarətlər: - sol said sümüklərinin açıq yerdəyişən sınıqları, sol bud sümyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq sınıqları, sol yuxarı və aşağı ətrafların yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları və sıyrıqları, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, qərarda göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə hərəkətdə olan yük avtomobilinin arxa hissə ilə piyadanı vurması və sol aşağı və yuxarı ətrafların üzərindən keçməsi zamanı əmələ gələ bilərdilər. Mər. X5 ölümünə səbəb, sol said sümüklərinin açıq yerdəyişən sınıqları, sol bud sümyünün qapalı sınığı, sol baldır sümüklərinin açıq sınıqları, sol yuxarı və aşağı ətrafların yumşaq toxumalarının əzilmiş-cırılmış yaraları və sıyrıqları nəticəsində inkişaf edən tramatik şok olmuşdur, onun almış olduğ xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. Ölüm meyitin meyitxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 14 mart 2024-cü il tarixli, 8/597 nömrəli rəyindən görünür ki, JAC markalı, JG928TR16 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 25 dekabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsinə dair protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəki şəhəri, Ç.Mustafayev küçəsində yaşayış zonasında baş vermişdir. Hadisə yerində yol çınqıllı döşəmə örtüklü olmaqla qurudur, düzdür, üfüqidir. Yolda sürət məhdudiyyəti 20 km/saatdır. Hərəkət hissəsinin eni 8,90 metrdir. Hadisə yerində tormuz izləri aşkar edilməmişdir. Hərəkət hissəsini ayıran ayırıcı zolaq yoxdur. Piyadanın vurulma yeri yolun sağına doğru 3,70 metr, yolun sol hissəsinə doğru 5,20 metr məsafədə yerləşir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 25 dekabr 2023-cü il tarixli 143A nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur, alkoqol qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-16-6/2-4/2024 nömrəli məktubdan görünür ki, X16 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Şəki şəhəri, A.Məmmədov küçəsi ev13A, mənzil 16-da qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs etibarlılıq müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək olan AE 732752 nömrəli "BC" katiqoriyalı sürücülük vəsiqəsi almışdır. xx.xx.2019-cu il tarixdə daxil olmuş, CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək, Şəki rayon məhkəməsinin iş nömrəsi 1(75) -18/2019, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum edilmişdir. Sürücülük hüququndan məhrum edilmiş Təqsirləndirilən şəxs AE 732752 nömrəli "BC" katiqoriyalı sürücülük vəsiqəsi halhazıradək şöbəyə daxil olmamışdır. Jac markalı, JG928TR16 tranzit qeydiyyat nişanlı xüsusi təyinatlı yük avtomobili xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nın adına qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə əsas cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Mingəçevir şəhər Rayonlararası Narkoloji Disponserdən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, 09 nömrəli məktubdan görünün ki, ünvan 1 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Əliyev X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş 08 aprel 2024-cü il tarixli, 334 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. Cinayət işinə əlavə edilmiş Şəki şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, X6 şəhəri S.Mumtaz küçəsi, 13A saylı yaşayış binasının 16 saylı mənzilində qeydiyyatda olmaqla yaşadığı yer üzrə müsbət səciyyələnirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 090294 nömrəli vəsiqənin surətindən görünür ki, Əliyev X13 Qarabağ müharibəsi iştirakçısı olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizədən gürünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışaraq sonuncudan heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 02 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 1605-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsinə dair 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun təqsirli olaraq ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl istintaq orqanı tərəfindən CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəzalar təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışaraq sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi, Birinci Qarabağ müharibəsində iştirak etməsi kimi hallar onun cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu qənaətə gəlir ki, o, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Qeyd olunan cəzanı yüngülləşdirən halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə X14 cəza təyin edərkən CM-nin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə tərkibi hesab edir ki, X18 barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 67.1-ci maddəsinə əsasən Şəki rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş əlavə cəza olan 02 (iki) iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası hazırki hökmlə ona təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək cəzasına qismən birləşdirilməklə üzrəində qəti cəzası saxlanılmalıdır. Bundan başqa CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin ediləcək əsas cəza olan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunur ki, məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın növünü və həcmini müzakirə edərkən müəyyən edilmiş zəruri hallara əsasən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 13.3-cü bəndində qeyd edilmiş tövsiyələrə uyğun olaraq, bu cəzanın, yəni təqsirləndirilən şəxsə təyin edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsinin onun şəxsiyyətinə uyğun olmaqla yanaşı, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün kifayət edəcəyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346 və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş əlavə cəza olan 02 (iki) iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası hazırki hökmlə ona təyin edilən 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə üzrəində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Şəki rayon İcra və Probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 AZN (səksən beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-168/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-168/2024
15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver