Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-169/2024 22.10.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi barədə) Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Məmmədov Xaliq Musa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 27 sentyabar 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri əvəzinə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara), yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Psixiatriya Xəstəxanası” PhŞ-nə yerləşdirilməsi təhlükəsizlik tədbiri seçilmiş və hazırda həmin xəstəxanada müalicə alan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 126.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməlləri anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 22 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində Ağdaş şəhəri, İ.Nəsimi küçəsi ev 3 ünvanında yerləşən fərdi yaşayış evində anası X10 ilə aralarında şəxsi münasibətlər zəminində yəni, Sevil Heybətovanın ona siqaret çəkdiyinə görə irad tutması və bu barədə atasına məlumat verəcəyini bildirməsi səbəbindən yaranmış mübahisə zamanı Sevil Heybətovanın sağlamlığına qəsdən ağır xəsarət yetirmək qərarına gələrək həmin niyyətini gerçəkləşdirmək üçün fərdi yaşayış evinin həyətyanı sahəsində olan stolun üzərindəki soyuq silah hesab olunan qatlanmayan konstruksiyalı, ümumi uzunluğu 302 mm, tiyə hissəsinin uzunluğu 177 mm, dəstək hissəsinin uzunluğu 125 mm olan zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını götürərək evin mətbəxinə gəlib qəsdən Sevil Heybətovaya dörd dəfə bıçaq zərbəsi vuraraq sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid sağ budun deşilmiş-kəsilmiş yarası, hər iki əlin ovuc səthlərinin kəsilmiş yaraları, dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid qarnın ön, sağ yan və sağ arxa hissəsində qarın boşluğuna nüfuz edən, hər biri həyati olmaqla qaraciyərin və onikibarmaq bağırsağın zədələnməsi, kor bağırsaq və qalxan cənbərbağırsağın bir hissəsinin eventerasiyası ilə müşayiət olunan 3 ədəd deşilmişkəsilmiş yarası kimi qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Sevil Heybətovanın qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar nəticəsində daxili üzvlərin zədələnməsi ilə əlaqədar inkişaf edən yayılmış irinli-fibrinli peritonit, orqanizmin ümumi intoksikasiyası səbəbindən ölümünə səbəb olmuşdur. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə cinayət-prosessual fəaliyyəti olmayan hesab edildiyindən məhkəmə istintaqı zamanı dindirilməmiş, onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, Ağdaş şəhər Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə təhsil almışdır. Onda ruhi-əsəb pozuntuları vardır. Buna görə Bakı şəhərində yerləşən "X21 Hospital"-da müalicə almışdır. Lakin heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində fərdi yaşayış evindən çıxaraq Ağdaş şəhərində yerləşən "Heydər Əliyev" parkı ərazisinə gəlmişdir. O, parkda dostları, Ağdaş rayonu, Şordəhnə kəndində yaşayan İbrahim və Nicat adlı şəxslərlə görüşmüşdür. O, həmin gün saat təxminən 18 radələrinə kimi İbrahim və Nicatla birlikdə parkın ərazisində olmuşdur. O, 15 yaşından siqaret istifadə edir. Parkda olduqları müddətdə də Nicat ona xarici siqaret olduğunu dediyi siqaret vermiş və o, həmin siqareti çəkmişdir. Daha sonra saat 17:50 radələrində fərdi yaşayış evinin həyətyanı sahəsinə gəlmişdir. O, evə girməmişdən əvvəl xatırlamadığı dükandan aldığı və cibində olan 1 ədəd siqareti çəkib evə girmişdir. Həmin vaxtı evdə anası Sevil Heybətova olmuşdur. O, anası ilə salamlaşıb öz otağına getmiş və təxminən 10-15 dəqiqə otağındakı çarpayıda uzanmış və özünə məxsus mobil telefonda videolara baxmışdır. O, daha sonra anası Sevil Heybətovanın yanına getmişdir. Anası öz otağında çarpayıda uzanmışdır. O da anasının yanına uzanmışdır. Anası həmin vaxt ona ağzından siqaret qoxusu gəldiyini demiş və ona irad bildirmişdir. Anası ona siqaret çəkməyi barədə atasına deyəcəyini demişdir. O, anasından atasına heçnə deməməyini xahiş etmişdir. Çünki atasının siqaret çəkdiyini bilməsini istəməmişdir. Çünki atası bir dəfə Bakı şəhərində olanda siqaret çəkdiyinə görə ona irad bildirmiş və bir neçə gün onunla danışmamışdır. Buna görə o, atasının siqaret çəkdiyini bilsə, onu danlayacağından qorxmuşdur. Lakin anası siqaret çəkdiyini atasına deyəcəyini demişdir. O, daha sonra otağına gedib çarpayıda uzanmış və təxminən saat 22:10 radələrinə kimi otağında mobil telefonunda videolara baxmışdır. Anası təxminən saat 22:10 radələrində yanına gələrək onu yenidən danlamış və ev şəpiti ilə bir neçə dəfə onun üzünə möhkəm vurmuşdur. O, bundan çox əsəbiləşmiş və əsəblərini sakitləşdirmək üçün həmin vaxt evin həyətyanı sahəsində olan, atasına məxsus avtomobilin ayaqaltı kağızlarını dəyişmək qərarına gəlmişdir. O, avtomobilin ayaqaltı kağızlarını çıxartmış və ayaqaltı rezinlərini təmizləmək üçün onları həyətyanı sahənin digər tərəfinə aparmışdır. O, ayaqaltı rezinlərini təmizləyəndə həyətyanı sahədə olan stolun üzərindəki bıçağı görmüşdür. O, həmin bıçağı xatırlamadığı vaxtda və yerdə tapmış və istifadə etmək üçün yaşadıqları evə gətirib həyətyanı sahədə olan stolun üzərinə qoymuşdur. Onun həmin vaxt əsəbləri sakitləşməmiş və atasının siqaret çəkməyini biləcəyindən çox qorxmuşdur. O, buna görə anasının siqaret çəkməyini atasına deməyinin qarşısını almaq üçün həmin bıçaqla anasına xəsarət yetirmək qərarına gəlmişdir. O, bundan sonra bıçağı götürmüş və evə daxil olmuşdur. Həmin vaxt saat təxminən 22:30 radələri olmuşdur. O, evə daxil olanda anasının mətbəxdə yemək bişirdiyini görmüşdür. Anası mətbəx mebelinin qarşısında, sağ tərəfi ona tərəf dayanmışdır. Həmin vaxt bıçaq onun sol əlində olmuşdur. O, daha çox sol əlindən istifadə edir, yazını da sol əli ilə yazır. O, anasına yaxınlaşaraq anasının qarnının sağ yan tərəfindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Həmin bıçaq zərbəsindən sonra anası yerə yıxılmışdır. Anası yerə yıxıldıqdan sonra o, anasına bir neçə dəfə də bıçaq zərbələri vurmuşdur. Lakin anasına neçə dəfə və hansı nahiyələrindən bıçaq zərbələri vurduğunu xatırlamır. Tək yadında olan anasının əlindən qan axdığıdır. O, anasına bir neçə bıçaq zərbəsi vurduqdan sonra sanki ayılmış və etdiyi əməldən peşman olub anasını xəstəxanaya aparmaq qərarına gəlmişdir. O, buna görə anasına xəsarət yetirdiyi bıçağı mətbəxə atıb anasını evin giriş dəhlizinə aparmışdır. Evin giriş dəhlizində anası yerə oturmuş, o isə atasına məxsus avtomobilin açarlarını axtarıb tapmışdır. O, ilkin olaraq evin həyətyanı sahəsinə çıxıb avtomobili işə salmışdır. Daha sonra evə qayıdıb anasını yerdən qaldırmış və avtomobilin sağ qabaq sərnişin oturacağına əyləşdirmişdir. Anası həmin vaxt əlini divara vurmuş və divara qan ləkələri düşmüşdür. O, evin darvazasını açıb avtomobili çıxartmış və xəstəxanaya tərəf yola düşmüşdür. O, xəstəxanaya tərəf getmiş, lakin səhvən Ağdaş-Qəbələ avtommobil yolu ilə Qəbələ rayonuna tərəf avtomobili sürmüşdür. Bir qədər getdikdən sonra o, səhv yolla getdiyini anlayıb geri qayıtmışdır. “X13”-nın Ağdaş rayon filialının qarşısında taksi sürücüləri dayandığını görmüş və onlara yaxınlaşıb anasının yaralı olduğunu, xəstəxananın harda yerləşdiyini soruşmuşdur. Həmin vaxt orda polis geyimində iki nəfər şəxs də olmuşdur. Onlar ona xəstəxananın yerini göstərmişlər. O, avtomobili xəstəxanaya tərəf sürmüş və polis əməkdaşları da onun arxasınca xəstəxanaya gəlmişlər. Daha sonra anası tibbi çarpayı ilə xəstəxanaya aparılmış, bir müddət sonra isə Mingəçevir ŞMX-yə göndərilmişdir. O, etdiyi əməldən peşmandır. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, anası yerə yıxıldıqdan sonra anasına hansı səbəbdən bir neçə bıçaq zərbəsi vurduğunu bilmir, anasına neçə dəfə və hansı nahiyələrindən bıçaq zərbəsi vurduğunu da xatırlamır. Lakin onun anasını öldürmək məqsədi olmamışdır. Əgər o, anasını öldürmək istəsəydi, anasını xəstəxanaya aparmazdı. O, həmin vaxt özündə olmamış və hərəkətlərini idarə edə bilməmişdir. O, anası yerə yıxıldıqdan sonra yalnız anasının əlindən qan axdığını gördüyünü xatırlayır. Anasına xəsarət yetirdiyi bıçağı xatırlamadığı vaxt küçədən tapmış və yaşadıqları evə gətirərək evin həyətyanı sahəsinə qoymuşdur. Həmin bıçağın dəstəyi qəhvəyi-qara rəngli olmuş, dəstək hissəsi dəmir materiallı olmuşdur. Bıçağın tiyə hissəsinin başlanğıcında sarı rəngli hissə olmuşdur. Hadisədən sonra o, həmin bıçağı xatırladığı qədər mətbəxdə olan su çanağının içərisinə atmışdır. O, ifadəsinin yerində yoxlanılması zamanı səhvən otağında 10-15 dəqiqə qaldıqdan sonra anasının otağa gəldiyini bildirmişdir. O, anasının otağından çıxdıqdan sonra öz otağına getmiş və bir neçə saat otaqda olmuşdur. Anası isə onun otağına təxminən saat 22:10 radələrində gəlmişdir. Həmin vaxt atası Kürdəmir rayonunda olduğuna görə evə gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, ümumiyyətlə hadisənin baş verməsinə gətirən səbəblər uşağa yazılmış psixotrop dərmanlar və dərmanların təsiri olmuşdur. Belə ki, dərmanlar kəsiləndən sonra uşaq tam olaraq yaxşı vəziyyətdə olmuşdur. Hadisə günü Kürdəmir rayonunda olmuşdur. Həmin günü istifadəsində olan mobil telefona polis əməkdaşı zəng etmiş və anlaşılmaz sözlər demişdir. Bir müddət sonra oğlu zəng etmiş və o, da nə isə demiş, lakin o, heç nə başa düşə bilməmişdir. Bir müddət sonra rayon polis şöbəsinin rəisi ona zəng etmiş və harada olduğunu soruşub, vəziyyətin ağır olduğunu bildirmişdir. Bundan sonra həmin gün Mingəçevir şəhərinə gəlib çatmışdır. Xəstəxanada yoldaşı əməliyyat olmuş və vəziyyətinin yaxşı olduğunu bildirmişlər. 3 gün sonra yoldaşı qida qəbul etmiş, vəziyyəti kəskin şəkildə dəyişmiş və pisləşmişdir. Dərhal yoldaşını cərrahiyyə klinikasına aparmışdır. Yoldaşı təkrar əməliyyat olunmuşdur. Oğlunu psixi xəstəliyi ilə bağlı müalicəyə aparmışdır. Oğlunda uşaq vaxtı narahatlıq olmuşdur. Oğlunu xəstəliyi ilə bağlı həkimə aparmışdır. Oğluna davranış pozuntusu və bir neçə xəstəliyi ilə bağlı diaqnoz qoyulmuşdur. Oğlunda psixi xəstəlik olmuşdur. Ölmüş zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadələri elan olunaraq tədqiq olunmuş və o, həmin ifadələrində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində yerləşən kirayə qaldıqları fərdi yaşayış evində olan zaman saat təxminən 19 radələrində oğlu Təqsirləndirilən şəxs yaşadıqları evə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuşdur. Oğlu evə gələn zaman o, Kamranla salamlaşmış, həmin zaman Kamranın üzərindən və ağzından siqaret qoxusu gəlmişdir. O, həmin vaxtı Kamrana əsəbləşmiş və nə üçün siqaret çəkdiyini soruşmuşdur. Həmin zaman oğlu Təqsirləndirilən şəxs istədiyi üçün siqaret çəkdiyini bildirmişdir. Bundan sonra oğlu yataq otağına getmişdir. Saat təxminən 22:30 radələrində oğlu Təqsirləndirilən şəxs mətbəxə çağırmışdır. O, həmin vaxt mətbəxdə yemək bişirmişdir. Oğlu Təqsirləndirilən şəxs yenidən siqaret çəkməməsi üçün tənbeh etmiş və Kamranı siqaret çəkməsi barədə atasına məlumat verəcəyini bildirmişdir. Həmin zaman oğlu mətbəxdən çıxaraq kirayə yaşadıqları fərdi yaşayış evinin həyətyanı sahəsinə düşmüşdür. O, oğlu Təqsirləndirilən şəxs həyətə nə səbəbə düşdüyünü bilməmişdir. Təxminən 1-2 dəqiqə sonra o, belinin sağ yan tərəfinə zərblə nəyinsə dəydiyini hiss etmişdir. O, həmin vaxt geriyə çevrilmiş və oğlunun əlində bıçaq olduğunu görmüşdür. O, həmin vaxt sağ yan tərəfindən qan gəldiyini görmüş və müvazinətini itirərək yerə yıxılmışdır. Həmin vaxtı oğlu Kamranın polis əməkdaşları tərəfindən tutulacağından qorxduğu üçün Kamranın qaçmasını istəmişdir. Lakin oğlu Təqsirləndirilən şəxs onun qolundan tutaraq həyətdəki ərinə məxsus X20 markalı avtomobilə əyləşdirərək Ağdaş RMX-yə gətirmişdir. Ağdaş RMX-də ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra səhhəti ilə əlaqədar Mingəçevir ŞMX-yə gətirilmiş və Mingəçevir ŞMX-də əməliyyat olunmuşdur. Hal hazırda oğlu Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu ona bıçaqla bir dəfə belinin sağ yan tərəfindən xəsarət yetirmişdir. Oğlunun onu öldürmək niyyəti olmamışdır. Oğlunda davranış pozuntusu vardır, buna görə təxminən bir müddətdir ki, həkim resepti əsasında nevroloji dərmanlar qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq Rusiya Federasiyasında yaşayır. Lakin hadisə ilə əlaqədar 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və ünvan 4 ünvanında müvəqqəti qeydiyyata alınmışdır. X12 qızıdır. Ona hadisə barədə bacısı qızı Səidə məlumat vermişdir. Səidə RF-da, onunla eyni binada yaşayır. Səidəyə isə hadisə barədə Qanuni nümayəndə məlumat vermişdir. Qanuni nümayəndə onun həm kürəkəni, həm də bacısı oğlu, Səidənin də qardaşıdır. O, hadisə barədə məlumat alan kimi dərhal Azərbaycan Respublikasına gəlmişdir. O, Sevil ilə hadisə barədə Sevil Mingəçevir şəhər mərkəzi xəstəxanasında olduğu vaxt söhbət etmişdir. O, Sevildən hadisənin necə baş verdiyini soruşanda Sevil ona hadisə günü Kamranın evə gələrək yanına gəldiyini, həmin vaxt Kamrandan siqaret iyi gəldiyini hiss etdiyini, bu səbəbdən Kamrana ciddi irad bildirərək Kamranın üzünə 5-6 dəfə şəpitlə vurduğunu, daha sonra yemək bişirməyə getdiyini, mətbəxdə yemək bişirərkən Kamranın onu bıçaqla vurduğunu demişdir. Sevil ona söhbət zamanı Kamranı çox danladığını, Kamranı danladığı üçün peşman olduğunu demişdir. Kamran psixi pozuntularla bağlı müalicə alır və Kamrana “davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. Sevil isə Kamranın xəstəliyinə görə çox əsəbi olmuşdur. Ümumilikdə Sevil səbirsiz insan olmuşdur. Kamranın xəstəliyi ilə əlaqədar da çox əsəbi olmuşdur. Sevil ona Kamranın siqaret çəkməsi səbəbindən çox əsəbiləşdiyini və Kamranı əsəbi halda çox danladığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. X10 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 22 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində Ağdaş-Qəbələ magistral yolunda Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə xidmətdə olan zaman dövlət qeydiyyat nişanını xatırlamadığı, ağ rəngli, “Toyota Prado” markalı avtomobil yanlarından keçərək Qəbələ rayonu istiqamətinə getmiş və bir qədər getdikdən sonra geri qayıdıb onların yanına gəlmişdir. Həmin avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Kamran onların yanında avtomobili saxlayaraq avtomobildə anasının olduğunu, anasının özü-özünə xəsarət yetirdiyini, xəstəxanaya getməkdə kömək etmələrini demişdir. O da Kamrana xəstəxananın yerini tərif etmiş və Sərxanla birlikdə özünə məxsus avtomobillə Kamranın arxasınca getmişlər. Təqsirləndirilən şəxs avtomobili xəstəxananın Acil şöbəsinin qarşısında saxlamış və avtomobildən düşərək avtomobilin sağ qabaq sərnişin qapısını açmışdır. O, Kamranın yanına gələndə Kamranın əynində olan sarı rəngli qısaqol köynəyin üzərində qanabənzər ləkələr olduğunu görmüşdür. Sevil Heybətova avtomobilin sağ qabaq sərnişin oturacağında oturmuş və Sevil Heybətovanın da paltarlarında qanabənzər ləkələr olmuşdur. O, daha sonra xəstəxananın Acil şöbəsinə daxil olaraq orada olan işçilərə bıçaqlanma hadisəsi olduğunu, xəstəyə kömək etmələrini demişdir. Bundan sonra Acil şöbəsinin işçiləri tibbi çarpayı gətirərək X17 şöbəsinə aparmışlar. Onlar da onlarla birlikdə Acil şöbəsinə daxil olmuşlar. Acil şöbəsində Təqsirləndirilən şəxs anası Sevil Heybətovanı bıçaqladığını etiraf edərək onlara onu həbs etmələrini demişdir. Bundan sonra o, Ağdaş RPŞ-nin növbətçi hissəsində zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o, həmin ifadəsində 1993-cü ildən Ağdaş RMX PHŞ-nin Acil şöbəsində tibb bacısı işləyir. X10 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 22 oktyabr 2023-cü il tarixdə növbədə olan zaman dəqiq xatırlamadığı saatda Acil şöbəsinə sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs daxil olaraq bıçaqlanan şəxs olduğunu, kömək etmələrini demişdir. Həmin vaxt Kamranın əynində üzərində qanabənzər ləkələr olan sarı rəngli qısaqol köynək olmuşdur. O, dərhal Kamranın ardınca çölə çıxmışdır. Kamran Acil şöbəsinin qarşısında dayanmış ağ rəngli, markasını bilmədiyi avtomobilin sağ qabaq sərnişin qapısını açmışdır. O, Kamrana yaxınlaşanda sonradan Sevil Heybətova olduğunu bildiyi qadın cinsli şəxsin sağ qabaq sərnişin oturacağında oturduğunu, Sevil Heybətovanın paltarlarında qanabənzər ləkələr olduğunu görmüş və Sevil Heybətovanın bıçaqlandığını bilmişdir. O, dərhal yüksək səslə Acil şöbəsinin əməkdaşlarına tibbi çarpayı gətirmələrini demişdir. Tibbi çarpayı gətirilənə qədər o, X11 kimin bıçaqladığını soruşmuşdur. Kamran isə ona Sevil Heybətovanı yaşadıqları evdə özünün bıçaqla vurduğunu demişdir. Tibbi çarpayı gətirildikdən sonra o və ətrafda olan digər şəxslərin köməyi ilə Sevil Heybətova avtomobildən düşürülüb tibbi çarpayıya uzadılmış və dərhal Acil şöbəsinin sarğı otağına yerləşdirilmişdir. Otaqda həmin gün növbədə olan Könül Hacıyeva ona tənzif verərək Sevil Heybətovanın yaralarını sarmağını demişdir. O, tənziflə Sevil Heybətovanın yaralarını sarımışdır. Daha sonra Könül Hacıyevanın göstərişi ilə Sevil Heybətovaya “Natrixlor-400mq”, “Dexsametazon-1 qram” və “Analgin-dimedrol” qarışığından ibarət sistem qoşulmuşdur. Daha sonra Könül Hacıyevanın göndərişi əsasında Sevil Heybətova təcili tibbi yardım avtomobili ilə Mingəçevir şəhər MX-yə aparıldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin (barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:16 dəqiqədə X8 həkimi Hacıyeva Ağdaş Rayon Polis Şöbəsinə zəng edilərək X1 yan böyrəküstü nahiyyənin kəsilmiş –deşilmiş yarası, xəsarət almasını bildirmişdir (cild 01, iş vər.04). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri Ağdaş şəhəri, Z.Qəmbərov küçəsində yerləşən fərdi yaşayış evidir. Fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş dəmir darvazadandır. Darvaza yaşıl rəngdədir. Evin həyətyanı sahəsi mişar daşları ilə hörülmüş hasarla hasalanmışdır. Fərdi yaşayış evinin giriş qapısı darvaza ilə üzbəüz yerləşir. Evin həyətyanı sahəsinin üzərində darvazadan evin girişinədək dərmir materialdan olan dam yerləşir. Evin həyətyanı sahəsində sağ yan divarda qanabənzər ləkə, həmçinin yerdə üzərində qanabənzər ləkələr olan 1 ədəd şəpit və 1 ədəd əski parçası aşkar olundu. Ev kürsülü olmaqla pilləkənləri taxta materialdandır. Pilləkənin yan tərəfində qiraşdırılmış məhəccərin 1-ci və sonuncu başlıq hissələrində qanabənzər ləkələr vardır. Evin giriş qapısı plastik materialdandır. Fərdi yaşayış evi dəhlizdən, 1 mətbəx, 1 sanitar qovşağı, 1 zal otağı və 3 yataq otağından ibarətdir. Evin giriş qapısı dəhlizə açılır. Dəhlizin eni 410 sm, uzunluğu 380 sm-dir. Dəhlizin döşəməsində qanabənzər ləkələr vardır. Evin giriş qapısından daxil olduqdan sol tərəfdə mətbəx, sağ tərəfdə sanitar qovşağı, giriş qapısı ilə üzbəüz isə evin zal otağı yerləşir. Evin yataq otaqlarına keçid zal otağındandır. Evin zal otağında, yataq otaqlarında və sanitar qovşağında hadisəyə dair hər hansı iz aşkar olunmadı. Evin mətbəxi 370 sm, uzunluğu isə 400 sm-dir. Evin mətbəxinə daxil olduqda giriş qapısından mətbəx mebelinə daxilində yerləşən su çanağına qədər qanabənzər ləkələrin olduğu, qanabənzər ləkələrin mətbəx mebelinə qədər damcılar şəklində olduğu, mebelin qarşısındakı döşəmədə qanabənzər ləkələrin çox olduğu müəyyən olundu. Su çanağının içərisində üzərində qanabənzər ləkələr olan dəstəyi qəhvəyi rəngli və dəmir materialdan olan bıçaq aşkar olundu. Həmin bıçaq 1 nömrəli şərti nömrə ilə işarələndi və müvafiq qaydada qablaşdırılaraq götürüldü. Evin içərisində və həyətyanı sahədə olan qanabənzər ləkələr, həmçinin üzərində qanabənzər ləkələr olan şəpit və əski parçası şərti nömrələrlə nömrələndi. 2 saylı şərti nömrə nömrələnmiş qanabənzər ləkələr mətbəx mebelinin qarşısında döşəmədə yerləşir. Həmin qanabənzər ləkələrdən mətbəxin giriş qapısına qədər məsafə 280 sm, mətbəxin sol yan divarına qədər məsafə isə 250 metrdir. Qanabənzər ləkələr 70x100 sm ölçüdə yayılmışdır. 3 saylı şərti nömrə ilə nömrələnmiş qanabənzər ləkələr evin dəhlizində döşəmədə yerləşir, həmin qanabənzər ləkələr 90x50 sm ölçüdə yayılmışdır. 3 nömrəli qanabənzər ləkələrdən mətbəxin giriş qapısına qədər məsafə 300 sm, evin giriş qapısına qədər məsafə 170 sm, dəhlizin sağ yan divarına qədər məsafə isə 120 sm-dir. 4 saylı şərti nömrə ilə nömrələnmiş qanabənzər ləkələr pilləkənin yan tərəfində quraşdırılmış məhəccərin sonuncu başlıq hissəsində, evin giriş qapısından 110 sm məsafədə yerləşir. 5 saylı şərti nömrə ilə nömrələnmiş qanabənzər ləkələr pilləkənin yan tərəfində quraşdırılmış məhəccərin 1-ci başlıq hissəsində, 4 saylı qanabənzər ləkələrdən 130 sm məsafədə yerləşir. Evin həyətyanı sahəsində aşkar edilmiş, üzərində qanabənzər ləkələr olan əski parçası 6 saylı şərti nömrə ilə nömrələndi. 6 nömrəli əski parçası 5 nömrəli qanabənzər ləkələrdən 310 sm, evin həyətyanı sahəsinin sağ yan divarından 80 sm, evin giriş qapısının yerləşdiyi divardan 380 sm məsafədə yerləşir. Həmin əski parçası müvafiq qaydada qablaşdırılaraq götürüldü. Üzərində qanabənzər ləkələr olan şəpit 7 saylı şərti nömrə ilə işarələndi. 7 nömrəli şəpitdən evin giriş qapısının yerləşdiyi divara qədər məsafə 340 sm, evin həyətyanı sahəsinin sağ yan divarınadək məsafə 280 sm və 6 nömrəli əski parçasınadək məsafə 200 sm-dir. Həmin şəpit müvafiq qaydada qablaşdırılaraq götürüldü. 8 saylı şərti nömrə ilə nömrələnmiş qanabənzər ləkələr evin həyətyanı sahəsinin sağ yan divarının üzərində, evin giriş darvasından 360 sm, evin giriş qapısının yerləşdiyi divardan 480 sm, 7 saylı şərti nömrə ilə nömrələnmiş şəpitdən 300 sm məsafədə yerləşir. 8 nömrəli qanabənzər ləkələr 30x20 sm ölçüdə yayılmışdır. Baxış zamanı 2,3,4,5 və 8 saylı şərti nömrələr ilə nömrələnmiş qanəbənzər ləkələr tampon üzərində olan pambığa hopdurularaq götürülmüşdür (cild 01, iş vər. 5-13). Cinayət işi üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli könüllü təqdim edilmiş əşyaya baxış keçirilərək götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd sarı rəngli qısaqol köynək, bir ədəd boz rəngli idman şalvarı və bir ədəd ağ rəngli mayka ondan götürülmüşdür (cild 01, iş vər 26). Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X18 heybətli ilə barışmış və ondan şikayət və tələbi yoxdur (cild 01, iş vər.27). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (cild 01, iş vər. 45-46). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 4(014)-55/2023 nömrəli Ağdaş Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 81-84). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(014)-56/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 01, iş vər.129-132). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 148-149). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş RMX PHŞ-dən daxil olmuş 11 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil (cild 01, iş vər. 174-175). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Ağdaş rayon İH başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi məh. 15, mənzil 19-da qeydiyyatda olmaqla Ağdaş şəhəri, İ.Nəsimi küçəsi ev 3-də yaşamışdır. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə və şikayət daxil olmamışdır (cild 01, iş vər. 176-179). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyattapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində anası X6 qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsi və nəticədə X3 ölməsi faktı ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində, hadisə baş verən zaman orada heç kimin olmaması, eləcədə əvəllər Təqsirləndirilən şəxs ilə anası Sevil Heybətova arasında hər hansısa bir mübahisənin olmaması, həmçinin Təqsirləndirilən şəxs anası Sevil Heybətovaya xəsarət yetirdiyi bıçağı evin həyətyanı sahəsində olan stolun üzərindən götürməsi müəyyən edilmişdir (cild 01, iş vər 180-181). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X3 Ağdaş RMX-yə gətirilməsini əks etdirən video görüntülərin olduğu DVD diskdə əksini tapmış görüntülərdən görünür ki, videogörüntü xəstəxananın Acil şöbəsinin giriş qapısını müşahidə edən kamera vasitəsilə çəkilmişdir. Videogörüntüyə baxış zamanı videogörüntünün xx.xx.2023-cü il tarixdə saat 22:23 dəqiqədə, Ağdaş RMX PHŞ-dən daxil olmuş məktubda müşahidə kameralarında olan vaxtla real vaxt rejimi arasında 7 dəqiqə fərq olmasının göstərilməsi nəzərə alınaraq real vaxt rejimi ilə saat 22:30-da başladığı müəyyən olundu. Videogörüntüdə saat 22:33:56 dəqiqədə (real vaxt rejimi ilə 22:40) xəstəxananın Acil şöbəsinin qarşısında ağ rəngli, dövlət qeydiyyat nişanı görünməyən “Toyota Prado” markalı avtomobilin dayandığı, avtomobil sürücü oturan oturacağından Təqsirləndirilən şəxs düşərək sağ qabaq sərnişin qapısını açdığı, həmin vaxt markası və dövlət qeydiyyat nişanı bilinməyən başqa avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa tərəfində dayandığı, həmin avtomobildən polis geyim formasında olan bir nəfər şəxsin düşərək əvvəlcə Təqsirləndirilən şəxs yanına gəldiyi, daha sonra Acil şöbəsinə daxil olduğu, daha sonra Acil şöbəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanına tibbi çarpayı gətirdikləri, Sevil Heybətovanın tibbi çarpayıya uzadılaraq saat 22:36 dəqiqədə (real vaxt rejimi ilə 22:43) Acil şöbəsinə aparıldığı, həmin vaxt Təqsirləndirilən şəxs də Acil şöbəsinə daxil olduğu, Təqsirləndirilən şəxs əynində üzərində qanabənzər ləkələr olan sarı rəngli qısaqol köynək və idman şalvarı olduğu, saat 23:04 dəqiqədə (real vaxt rejimi ilə 23:11) Sevil Heybətovanın tibbi çarpayıda Acil şöbəsindən çıxarılaraq təcili tibbi yardım avtomobilinə yerləşdirildiyi və təcili tibbi yardım avtomobili ilə aparıldığı müəyyən olundu. Bundan sonra diskdə olan “xx.xx.2023” adlı fayla daxil olundu. Həmin fayla daxil olduqda içərisində “TTTY giriş dəhliz” və “TTTY dəhliz” adlı iki ədəd fayl olduğu müəyyən edildi. “TTTY giriş dəhliz” adlı fayla daxil oldquda faylda 43 MB ölçüdə, 43 dəqiqə davam edən videogörüntünün olduğu müəyyən edildi. Həmin videogörüntü xəstəxananın Acil şöbəsinin giriş dəhlizini müşahidə edən kamera vasitəsilə çəkilmişdir. Videogörüntüyə baxış zamanı videogörüntünün xx.xx.2023-cü il tarixdə saat 22:23 dəqiqədə, Ağdaş RMX PHŞ-dən daxil olmuş məktubda müşahidə kameralarında olan vaxtla real vaxt rejimi arasında 7 dəqiqə fərq olmasının göstərilməsi nəzərə alınaraq real vaxt rejimi ilə saat 22:30-da başladığı müəyyən olundu. Videogörüntüdə saat 22:34:17 dəqiqədə (real vaxt rejimi ilə 22:41) polis geyim formasında olan şəxsin xəstəxananın Acil şöbəsinin giriş dəhlizinə daxil olduğu, daha sonra giriş dəhlizindən Acil şöbəsinin əməkdaşlarının tibbi çarpayı apardıqları, saat 22:36-da (real vaxt rejimi ilə saat 22:43) Sevil Heybətovanın tibbi çarpayı ilə giriş dəhlizinə gətirildiyi, Təqsirləndirilən şəxs də ardınca dəhlizə daxil olduğu, saat 23:04-də (real vaxt rejimi ilə saat 23:11) Sevil Heybətovanın tibbi çarpayıda Acil şöbəsindən çıxarıldığı müəyyən olundu. Daha sonra “TTTY dəhliz” adlı fayla daxil olundu. Həmin fayla daxil olduqda faylda 143 MB ölçüdə, 42 dəqiqə 50 saniyə davam edən videogörüntünün olduğu müəyyən edildi. Həmin videogörüntü xəstəxananın Acil şöbəsinin dəhlizini müşahidə edən kamera vasitəsilə çəkilmişdir. Videogörüntüyə baxış zamanı videogörüntünün xx.xx.2023cü il tarixdə saat 22:23 dəqiqədə, real vaxt rejimi ilə saat 22:30-da başladığı müəyyən olundu. Videogörüntüdə saat 22:36 dəqiqədə (real vaxt rejimi ilə 22:43) Sevil Heybətovanın tibbi çarpayıda Acil şöbəsinə gətirilərək otağa yerləşdirildiyi, saat 23:04-də (real vaxt rejimi ilə saat 23:11) Sevil Heybətovanın tibbi çarpayıda Acil şöbəsindən çıxarıldığı müəyyən olundu (cild 01, iş vər. 184-185). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Mingəçevir şəhər rayonlararası narkoloji dispanserinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmamışdır (cild 01, iş vər. 196). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 113/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindənvə ona əlavə edilmiş foto cədvəldən görünür ki, 1981-ci il təvəllüdlü X3 meyitinin məhkəmə-tibbi nüayinəsinə, tibbi sənədlərdə yazılanlara və əlavə laborator tədqiqatların cavablarına bıçağın asaslanaraq, qərarda hadisə haqqında göstərilənləri və maddi sübut konstruktiv xüsusiyyətlərini nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: - X10 xx.xx.2023-cü il tarixdə, saat 23:55-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına daxil olmuş, “Qarnın ön, sağ yan və sağ arxa hissəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, hər iki əl barmaqlarında, sağ budun ön-yan hissəsində kəsilmiş-deşilmiş yaraları, qarının sağ yan hissəsindəki yaradan kor bağırsaq və qalxan cənbər bağırsağın bir hissəsinin eventerasiyası müəyyən edilmiş, endotraxeal narkoz altında laparotomiya icra olunaraq qaraciyərin yarasınımn tikilməsi, sağ böyrəkətrafı hematomanın açılması, hərəkətli kor bağırsaq və qalxan cənbər bağırsağın qarın boşluğuna geri salınması, deseraziasiya sahələrinin tikilməsi, yara kanallarının hemostaz olunması və tikilməsi, qarın boşluğunun sanasiyası və drenaj edilməsi, digər yaraların birincili cərrahi işlənməsi" əməliyyatı icra olunmuşdur. Xəstə qohumlarının təkidi ilə xx.xx.2023-cü il tarixdə, saat 16:30-da Mingəçevir ŞMX-ndan Bakı şəhərinə ATU-nin X7 təxliyə olunmuşdur. ATU-nin X4 xx.xx.2023-cü il tarixdə relaparotomiya icra olunmuş, qarın boşluğunda 2 litrə qədər ödlü-irinli möhtəviyyat, onikibarmaq bağırsağın enən hissəsində dəlib-keçən bıçaq yarası aşkar edilərək plastika olunmuşdur. Xəstəyə aparılan müalicələrə baxmayaraq ümumi vəziyyətində yaxşılaşma qeydə alınmamış və xx.xx.2023-cü il tarixdə, saat 06:45-də bioloji ölüm baş vermişdir. Qarnın ön, sağ yan və sağ arxa hissəsində qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları, hər iki əl barmaqlarında, sağ budun önyan hissəsində kəsilmiş-deşilmiş yaraları, qarın boşluğuna nüfuz edən qaraciyərin və onikibarmaq bağırsağın zədələnməsi, kor bağırsaq və qalxan cənbərbağırsağın bir hissəsinin eventerasiyası ilə müşayiət olunan 3 ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun deşilmiş-kəsilmiş yarası, hər iki əlin ovuc səthlərinin kəsilmiş yaraları iti əşyanın (alətin) ola bilsin ekspertizaya təqdim edilmiş maddi sübut bıçağın deşici-kəsici və kəsici təsirindən qısa müddət ərzində yetirilmişlər, həyatidirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə, qarın boşluğuna nüfuz edən 3 ədəd deşilmiş-kəsilmiş yaralar həm ümumilikdə, həm də ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə bilavasitə səbəbli əlaqələri vardır; sağ budun və hər iki əlin yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər.
5. X3 ölümünün bilavasitə səbəbi qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar nəticəsində daxili üzvlərin zədələnməsi ilə əlaqədar inkişaf edən yayılmış irinlifibrinli peritonit, orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə, saat 06:45-də ATU-nin X4 baş vermişdir. 6-9. X10 uzun müddət stasionar şəraitdə müayinə və müalicələr aldığından bu sualların cavablandırılması üçün meyitdən biomaterialların götürülməsi məqsədəuyğun hesab edilmədi (cild 01, iş vər 211-225). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsini bir daha təsdiq etmiş və mərhum X6 bıçaqla xəsarət yetirdiyi şəraiti göstərmişdir (cild 02, iş vər.11-13). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/1859, 3/1860 saylı kompleks məhkəmə-trasoloji və məhkəmə-soyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qatlanmayan konstruksiyalı, ümumi uzunluğu 302mm, tiyə hissəsinin uzunluğu 177mm, dəstək hissəsinin uzunluğu 125mm olan bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. -Təqdim edilmiş üzərində "X6 məxsus.." yazı qeydləri olan bağlamadan aşkar edilmiş qara rəngli qısaqol köynəyin ön nisbətən orta hissəsində ətəyin son kənarından 130 mm yuxarıda, sağ yan tikişdən 120 mm solda bir ədəd 13 mm uzunluğunda, könəyin arxa sağ hissəsində ətəyin son kənarından 160 mm yuxarıda, sağ tikişdən 130 mm solda bir ədəd 36 mm uzunluğunda, həmin zədədən 60 mm sağda bir ədəd 13 mm uzunluğunda və köynəyin arxa sağ hissəsində ətəyin son kənarından 115 mm yuxarıda, sağ tikişdən 35 mm solda 27 mm uzunluğunda zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alǝtin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin qısaqol köynəyin səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. -Təqdim edilmiş qısaqol köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından zədələrin yaranma mexanizmini müəyyən etmək mümkün olmadı. -Təqdim edilmiş üzərində "X6 məxsus .." yazı qeydləri olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. -Təqdim edilmiş üzərində "X6 məxsus .." yazı qeydləri olan bağlamadan aşkar edilmiş yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın, üzərində "Təqsirləndirilən şəxs məxsus yazı qeydləri olan bağlamalardan aşkar edilmiş qısaqol köynəyin, maykanın idman şalvarının səthində trasoloji zədə yoxdur (cild 02, iş vər 23-28). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İş üzrə təyin edilmiş lifli materialların kriminalistik ekspertizasının 13 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-6/5981 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X6, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerində aşkar edilmiş 01 ədəd bıçağın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 No-li cədvəlində göstərilmişdir. - Tədqiqata təqdim edilmiş X6 məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş sarı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş qara rengli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X6 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. - Tədqiqata təqdim edilmiş hadisa yerində aşkar edilmiş 01 ədəd bıçağın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X6 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər (cild 02, iş vər 29-35). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 500 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarət – sol əlin üst səthinin sıyrıqdan sonrakı ləkəsi, küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir (cild 02, iş vər 47- 49). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmişməhkəməbioloji ekspertizasının 734/2023-MTBŞ saylı rəyindən görünür ki, X3 ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. 2.Ekspertizaya təqdim edilən mərhumǝ X6 məxsus tamlığı pozulmuş ev şalvarı, qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus idman şalvarı, qısaqol mayka, mayka, bıçaq, sağ tay başmaq üzərindəki ləkələrdə və hadisə yerindən 10 ədəd kosmetik çubuğun uclarına sarınmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumǝ X6 məxsus ola bilər (cild 02, iş vər 50- 58). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(014)-4/2024 nömrəli Ağdaş Rayon Məhkəməsinin qərarından dörünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə stasionara yerləşdirilmişdir (cild 02, iş vər.81- 84). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 15 nömrəli ekspert rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin halhazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqdim olunmuş sənədlərin təhlili zamanı məlum olur ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci il tarixdən mütəmadi olaraq psixiatrın qəbulunda olmuş Va ona təyin edilmiş antispixotik, antidepressant simpatomimetik va anksiliotik qrupunlarına aid olan müxtəlif dərman preparatlarını qəbul etmişdir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs hal- hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid edilir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından törətdiyi əmələ münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət aməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinin tedqiqi zamanı diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün ilişkən olması, anlayışların dərk edilməsinin zəif çıxış etməsi, qavrama prosesində lənglik, tənqidi analizetmə qabiliyyətinin sinir-gərginliyi fonunda zəifləməsi, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, mübahisəyə və konfliktə meyllilik, emosional dayanıqsızlıq, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, neqativ amillərə qarşı dözümsüzlük, impulsivlik, psixi aktivliyin yüksəlməsi, mənfi emosiyalarının davranışında reallaşması, adekvat emosional kontakt yarada bilməməsi və s. aşkar olunur. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində psixi aktivliyin yüksəlməsi ilə əlaqədar gərginlik, impulsivlik, qəzəb yaranmışdır. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 02, iş vər. 138-146). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 4(014)-10/2024 nömrəli Ağdaş Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” PHŞ yerləşdirilmişdir (cild 02, iş vər.167-168). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 53 saylı rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip» müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqdim olunmuş sənədlərin təhlili zamanı məlum olur ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci il tarixdən mütəmadi olaraq psixiatrın qəbulunda olmuş Va ona təyin edilmiş antispixotik, antidepressant simpatomimetik va anksiliotik qrupunlarına aid olan müxtəlif dərman preparatlarını qəbul etmişdir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs hal- hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid edilir. - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından törətdiyi əmələ münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür (cild 02, iş vər. 193-201). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 120, 128, 185 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən xəsarət alması faktı üzrə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaması, habelə cinayət işi üzrə hadisə yerindən götürülmüş 10 ədəd pambıq tamponlar olan kosmetik çubuqlar, bir ədəd şəpit, bir ədəd bıçaq, mərhum X6 məxsus bir ədəd şalvar, bir ədəd qara rəngli mayka, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli idman şalvarı, bir ədəd sarı rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka üzərində hadisənin izlərini saxladığından maddi sübut hesab edilmiş və hazırda Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılması qərara alınmışdır (cild 02, iş vər. 208-222). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(014)-17/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur (cild 02, iş vər. 234-236). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(014)-16/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in psixiatrik stasionarına yerləşdirilmişdir (cild 02, iş vər. 254-256). Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞin xx.xx.2024-cü il tarixli, 150 nömrəli təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tipdekompensasiya vəziyyəti” müəyyən edilir, hal-hazırda psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimaitəhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı üçün törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu hal-hazırda da dekompensasiya vəziyyətində olması, özü və ətrafdakılara görə sosial təhlükə əhəmiyyəti kəsb etdiyi üçün onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə müvafiq olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs stasionar şəraitdə müayinədə olduğu dövr ərzində daima tibbi personalın nəzarətində olmuş, kamera müşahidəsi aparılmış, davranışınadair məlumatlar əldə edilmiş, habelə keçirilən komissiya zamanı psixi satusu təhlil edilərək onun barəsindəyekunnəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs davranışında simulyasiya müəyyən edilməmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in ümumi hissəsinin tələbləri nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.3-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin nəticələrini nəzərdə tutmuşdur: ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda. Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyasında isə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə hərəkətlərin edilməsi cinayət məsuliyyətinin yaranma əsası kimi nəzərdə tutulmuşdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək cinayət əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs anası X6 qəsdən ağır xəsarət yetirməklə ehtiyatsızlıqdan anası Sevil Heybətovanın ölümünə səbəb olmuş və qanunsuz olaraq soyuq silahı əldə etmiş və gəzdirmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, həqiqətən də, Təqsirləndirilən şəxs tərəfindən CMin 126.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş qeyd olunan cinayət əməli törədilmişdir. Lakin məhkəmə istintaqı ilə yuxarıda göstərilən ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlinsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həmin ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmişdir, hazırda da şəxs anlaqsız vəziyyətdədir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-in LV və LVİ fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir. Bu Qərarın 13-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-in 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Məhkəmə istintaqı zamanı təyin edilərək əldə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 150 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in təkrar stasionar məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tipdekompensasiya vəziyyəti” müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı üçün törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu hal-hazırda da dekompensasiya vəziyyətində olması, özü və ətrafdakılara görə sosial təhlükə əhəmiyyəti kəsb etdiyi üçün onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə müvafiq olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs stasionar şəraitdə müayinədə olduğu dövr ərzində daima tibbi personalın nəzarətində olmuş, kamera müşahidəsi aparılmış, davranışına dair məlumatlar əldə edilmiş, habelə keçirilən komissiya zamanı psixi statusu təhlil edilərək onun barəsində yekun nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs davranışında simulyasiya müəyyən edilməmişdir. Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(014)-17/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur CM-in 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. CM-in 21.2-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. CM-in 93.1-1.1-ci maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə psixi pozuntusu ilə əlaqədar məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilir. CM-in 93.2-ci maddəsinə əsasən bu Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. CM-in 94-cü maddəsinə əsasən, psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. CM-in 95.0.3-cü maddəsinə əsasən, məhkəmə tərəfindən təyin edilən tibbi xarakterli məcburi tədbirlərdən biri də ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicədir. CPM-in 468-ci maddəsinə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 468- 478-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır. CPM-in 470-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat başlanmış şəxslərin işləri üzrə onun tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədildiyi yer, vaxt, üsul və digər hallar, əməlin həmin şəxs tərəfindən törədilməsi, əməl törədilənədək həmin şəxsdə psixi xəstəliyinin olması, əməlin törədildiyi anda və ondan sonra araşdırmanın aparılması zamanı xəstəliyin dərəcəsi və xarakteri, həmin şəxsin əməli törədənədək və ondan sonrakı davranışı və vurulmuş zərərin xarakteri və məbləği müəyyən edilməlidir. CPM-in 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanuni şəkildə əldə olunmaqla iş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilən biri digərini tamamlayan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs CM-in 126.3 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsini sübuta yetirilmiş hesab edərək belə nəticəyə gəlir ki, o, yuxarıda qeyd olunan cinayət əməlini anlaqsız vəziyyətdə törətdityindən göstərilən maddələr ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, ekspertiza rəylərinə və CM-in 95.0.3cü maddəsinin tələblərinə uyğun olaraq, ona ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin olunmalı və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına həvalə edilməlidir. Eyni zamanda xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 4(014)-55/2023 nömrəli Ağdaş Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(014)-56/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materillarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbirləri tətbiq edilərək xüsusi tibb müəssisəsinə – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin psixiatrik stasionarına yerləşdirilmişdir. CPM-in 474.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri seçilə bilər. CPM-in 474.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və ətrafdakılar üçün təhlükəli olan şəxsin anlaqsız vəziyyətdə olması faktının müəyyən edildiyi andan həmin şəxsin mühafizəsi mütləq təmin edilməklə, yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında həmin şəxsin xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbirinin digər qətimkan və ya təhlükəsizlik tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş 10 ədəd pambıq tamponlar olan kosmetik çubuqlar, bir ədəd şəpit, bir ədəd bıçaq, mərhum X6 məxsus bir ədəd şalvar, bir ədəd qara rəngli mayka, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli idman şalvarı, bir ədəd sarı rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka üzərində hadisənin izlərini saxladığından maddi sübut hesab edilmiş və hazırda Ağdaş rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 08 nömrəli Qərarının 14-cü bəndinə əsasən cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-in 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. CPM-in 132.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut olan və Ağdaş Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 10 ədəd pambıq tamponlar olan kosmetik çubuqlar, bir ədəd şəpit, bir ədəd bıçaq, mərhum X6 məxsus bir ədəd şalvar, bir ədəd qara rəngli mayka, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli idman şalvarı, bir ədəd sarı rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 209 (iki yüz doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 209 (iki yüz doqquz) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi X2 ödəmək vəzifəsindən azad edilməli və həmin pul Azərbaycan Respublikasının dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və CPM-in 344-348, 356, 358, 384, 385, 470, 474 və 477-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri əvəzinə seçilmiş xəstəni xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmə növündə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 10 ədəd pambıq tamponlar olan kosmetik çubuqlar, bir ədəd şəpit, bir ədəd bıçaq, mərhum X6 məxsus bir ədəd şalvar, bir ədəd qara rəngli mayka, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli idman şalvarı, bir ədəd sarı rəngli qısaqol köynək və bir ədəd ağ rəngli mayka qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 209 (iki yüz doqquz) manat təşkil edən ekspertiza xərcini məhkəmə xərci kimi X2 ödəmək vəzifəsindən azad edilsin və həmin pul dövlət büdcəsinə aid edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Əfəndizadə
Hakimlər Bilal Məmmədov
Xaliq Məmmədov