Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(091)-17/2021 09.07.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxsin hüquqi varisi: X12 Təqsirləndirilən şəxsin hüquqi varisi: X10 xx.xx.1961-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, İsmayıllı şəhəri, M.Füzuli küçəsi, ev 7-də qeydiyyatda olan və İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, bina 21, mənzil 9-da yaşamış, Yevlax rayonu Nəmərli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xırdalan şosesi döngə 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 11.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 ölmüş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi Şəki Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs CM-in 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 120.2.11 və 181.3.3-cü maddələri ittiham irəli sürülmüşdür ona görə ki, o, gündəlik icarə haqqı ödəməklə Bakı- Yevlax-Gəncə marşrutu üzrə etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E-220» markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğuna görə 25.05.2019-cu il tarixdə, saat 09:00 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında müştəri gözlədiyi vaxt Gəncə şəhərinə getmək istəyən X6 ilə 60 manat müqabilində onu gedəcəyi ünvana çatdırmaq barədə razılaşmış, Kristina Rusanenko ilə birlikdə həmin istiqamətdə yola düşdükdən sonra üzərində pul olmasından şübhələnib Kristina Rusanenkoya qarşı quldurluq edib əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmin gün saat 12:00 radələrində sonuncunu Yevlax rayonunun Varvara kəndi ərazisində əsl niyyətini gizlədərək söhbət etmək adı ilə, əslində isə cinayətkar niyyətini həyata keçirtmək üçün hərəkətdə olduqları kəndarası yoldan 100 metr aralıya əvvəldən tanıdığı kimsəsiz sahəyə aparıb idarə etdiyi avtomobili saxladıqdan sonra qapıdan vintaçanı götürüb arxa oturacaqda əyləşən Kristina Rusanenkonun yanına keçib cibindən çıxardığı vintaçanı silah qismində tətbiq etməklə hücuma məruz qalmış Kristina Rusanenkonu həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib ondan üzərindəki pulları tələb etmiş, vermədikdə ona inanmayıb bədənin müxtəlif nahiyələrini yoxlayaraq alt tumanın içərisində qalın pul bükümünün olduğunu aşkar etdikdən sonra, hərəkətlərindən qorxub avtomobildən düşərək yola qaçıb canını qurtarmaq istəyən Kristina Rusanenkonu yaxalayıb saçından tutub sürüyərək avtomobilin yanına gətirib sağ arxa təkərinə doğru sıxıb təpiklə bədənin aşağı ətraf nahiyələrinə zərbələr vurub Kristina Rusanenkoya sol budun orta üçdə birinin ön səthinin qançırı, sol diz oynağının ön səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirmiş, müqavimətini qırmaq üçün sol əli ilə boynundan tutub aşağı basdıqda zərərçəkmiş onu öldürməməsini deyib ondan qurtulmaq üçün sol baldırını və sağ əlin baş barmağını dişləməklə, həmçinin əlləri ilə cırmaqlamaqla ona sol baldırın orta üçdə birinin ön səthinin, sağ said nahiyəsinin, sol said nahiyəsinin sıyrıqları, sağ əlin İ barmağının dırnaq falanqasının ovuc səthinin, arxa səthinin, əsas falanqasının arxa səthinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyindən o, daha da hiddətlənib silah qismində tətbiq etdiyi vintaçanla cinayətkar niyyətini başa çatdırmaq üçün Kristina Rusanenkoya baş və boyun nahiyələrinə bir neçə dəfə zərbə vurmaqla, ölümünə səbəb olan boyunun ön səthinin aşağı üçdə birinin döş boşluğuna keçən, sağ körpücükaltı venanın zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran bədən xəsarətini, eləcə də, sol yanağın, sol saidin orta üçdə birinin arxa səthinin deşilmiş yaraları xəsarətlərini yetirmiş, zərərçəkmişin hələ də müqavimət göstərdiyini görüb üzü üstə torpağa yıxıb Kristina Rusanenkonun boğazındakı şərflə sıxıb boğmaqla ona sol tərəf alt çənənin qançır və şişkinliyi, boyunun ön səthinin aşağı üçdə birinin stranqulyasiya şırımı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirməklə quldurluqla əlaqədar X5 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş, habelə Kristina Rusanenkonun 10000 manat nağd pulunu, yəni xeyli miqdarda əmlakını onun alt paltarının içərisindən çıxarıb zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla bağlı basqın edib talayaraq quldurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1n daxil olmuş 12 fevral 2021-ci il tarixli 366 nömrəli məktubdam görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar 11.02.2021-ci il tarixdə X1 vəfat etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin qardaşı X10 yazılı ərizəsinə əsasən ölmüş elan olunmuş Təqsirləndirilən şəxs hüquqi varisi qismində cinayət prosesinə buraxılması qərara alınmışdır. Eyni zamanda Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 07 iyul 2021-ci il tarixli 08 nömrəli arayışdan görünür ki, mərhum Təqsirləndirilən şəxs ilə hazırda Yevlax şəhərində yaşayan X3 rayonu Nəmərli kəndində anadan olublar və qardaşdırlar. Məhkəmə baxışı zamanı ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmış qardaşı X10 və Müdafiəçi məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə iclasında Təqsirləndirilən şəxs ölümünün kifayət qədər rəsmi sənədlərlə təqdiq olunduğunu nəzərə alaraq, müdafiə tərəfin ərizəsinin əsaslı olduğunu bildirmiş və Təqsirləndirilən şəxs ölməsi ilə bağlı olaraq onun barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə tərkibi iş üzrə proses iştirakçılarının ayrı-ayrılıqda fikrini dinləyib, habelə cinayət işində olan sənədləri araşdırıb belə qənaətə gəlir ki, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X10 və Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunan ərizə təmin edilməklə Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə bəraətverici əsasar olmadan təqsirləndirilən şəxsin ölməsi səbəbi ilə xitam verilməlidir. Belə ki, məhkəmə-tibb ekspertizasının 11 fevral 2021-ci il tarixli 21 saylı rəyindən görünür ki, mərhum Təqsirləndirilən şəxs ölümünə səbəb aterskleroz, koronarokardioskleroz və ürəyin xroniki işemik xəstəliyi, qraciyərin piy distrofiyası, hepatit C virusu, hər iki ağciyərlərin infiltrativ vərəmi fonunda komatoz vəziyyətlə müşayət olunan baş-beyin qan dövranının kəskin pozulması – baş beyin hemorragik insultu olmuşdur. Mərhum Təqsirləndirilən şəxs meyitində travma ilə əlaqədar hər-hansı bir xəsarət aşkar edilmədi. Mərhum Təqsirləndirilən şəxs ölümü 11.02.2021-ci ildə saat 0730-da ƏN İMM-də baş vermişdir (ƏN İMM-də tərtib olunmuş 93/20 saylı stasionar xəstənin tibbi kartasına əsasən). Mərhum Təqsirləndirilən şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsiredicilər aşkar edilməmişdir. Mərhum Təqsirləndirilən şəxs sağlılğında hər iki ağ ciyərin infiltrativ vərəmi, şəkərli diabet İİ tip, qaraciyərin piy distrofiyası, hepatit C virusu, aterosklerotik koronarokardioskleroz, arterial hipertenziya xəstəliklərinə mübtəla olmuşdur. Bakı şəhəri Xəzər rayton prokurorluğunun 10 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ölümündə cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.5-ci maddəsində göstərilmişdir ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmçinin həmin Məcəllənin 43.1 və 43.3-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Qeyd edilən Məcəllənin 106-1.4-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ölmüş, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi isə müdafiəçi ilə birlikdə yazılı ərizə təqdim edərək iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən isə, belə olan halda məhkəmə hər hansı istintaq aparmadan imperativ qaydada müdafiə tərəfinin ərizəsini təmin etməklə təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilsin. İş üzrə məhkəmə məsrəfi olan 429,94 AZN (dörd iyirmi doqquz manat doxsan dörd qəpik) ekspertiza xərci dövlət hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Yevlax rayon prokuroluğunda saxlanılan açıq qəhvəyi rəngli bir cüt qadın ayaqqabısı, zərər çəkmiş şəxs X4 hadisə vaxtı əynində olmuş paltarlar – bir ədəd yaşıl ağ çalarlı şərf, bir ədəd ağ boz damalı gödəkçə, üzərində əyri səkkiz rəqəminə bənzər naxışı olan göy rəngli uzunqol sviter, qara rəngli kalqotka, kalqotkadan aşkar edilmiş salfetka, qara rəngli alt tumanı, üzərində üç ədəd dairəşəkilli naxışları olan qısaqol qara rəngli köynək, qara rəngli büsqalter, şəffaf polietilen torba içərisində zinət əşyaları – 2 ədəd qızılı rəngli sırğa, 1 ədəd kəpənək formalı klon, bir ədəd NK yazısı olan kulonla birlikdə sep, 1 ədəd dairəvi medalyon formalı kulonu olan sep, Kristina Rusanenkaya məxsus 1 ədəd açıq qəhvəyi rəngli əl çantası, iki ədəd qara rəngli corab, 2 ədəd qırmızı və qara rəngli büsqalter, qara rəngli torşəkilli arxalıq, üzərində güllü naxışları olan göy rəngli xalat, qara rəngli kalqotka, düyməli boz rəngli uzunqol köynək, nar mobil nömrə kartı, mobil telefon, nar sim kart zərər çəkmiş şəxsin hüquqi varisi X9, 4511,10 manat nağd pul (X15 ehtiyat mərkəzində saxlanılır) zərər çəkmiş şəxsin mülki hüquqi qaydada müəyyən olunmuş vərəsələrinə, Oukitel markalı mobil telefon və arxa oturacaq üzləri – çexollar təqsirləndirilən şəxsin hüquqi varisi X7 qaytarılsın, Tara markalı mobil telefon qutusu, istifadə təlimatçısı, zəmanət kartı, salfetka qırığı, saqqız və toz hissəcikləri, avtomobilin sağ arxa qapısından aşkar edilmiş qanabənzər ləkələrdən nümunələr, bir cüt arxası açıq kişi ayaqqabısı – basanoşka, Təqsirləndirilən şəxs məxsus klassik göy-qara kişi şalvarı, 1 ədəd ağ açıq mavi rəngli boylama zolaqları olan qısaqol köynək, Təqsirləndirilən şəxs saç, əl dırnaq kəsintiləri və əl-barmaq izləri, hadisə yerindən götürülmüş qanabənzər ləkələrdən nümunələr, 0,5 litrlik boş plastik su qabı və qapağı, salfetka qırığı, Kristina Rusanenkoya aid əl-dırnaq, saç-tük nümunələri, əl-barmaq izləri, 2 ədəd ümumi çəkiləri kağız gümüşü bağlama ilə birlikdə 0,527 qram və 0,724 qram olan ağ və qara rəngli tozşəkilli maddə məhv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-17/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(091)-17/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver