Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-17/2022 19.04.2022 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X12, Müdafiəçi –Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1963-cü il tarixdə Ucar rayonu Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ucar rayonu Qazıqumlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 may 2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı Ucar rayonu Qazıqumlaq kəndi ərazisində kəndarası asfalt yolda sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Belarus” markalı, dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmayan traktorun qoşqusunda ot daşıyarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29, 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamalı və hərəkətin təhlükəsizliyini təmin etməli, hərəkət hissəsinin sağ kənarı ilə piyadanın hərəkətdə olmasını nəzərə almalı, əvvəlcədən hərəkət hissəsinin sağ kənarı ilə eyni istiqamətdə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəni təmin etmək üçün zəruri tədbirlər görməli olduğu halda həmin qaydalara riayət etməyərək ehtiyatsızlıqdan piyada X5 traktorun qoşqusu ilə vuraraq sonuncuya baş beyinə qansızma ilə ağırlaşan kəllə tağı sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınığı, sağ qaşüstü nahiyyənin əzilmiş yarası, üz skelet sümüklərinin qapalı-qəlpəli sınıqları, bədən səthinin çoxsaylı sıyrıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən 16 may 2021-ci il tarixdə saat 06:45-də müalicə aldığı xəstəxanada ölmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərərk ifadəsində göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 20 radələrində tanışı Vasifin qardaşı Asif ona adını bilmədiyi iş yoldaşına məxsus həyətdə ot olmasını və otu gedib gətirməyini xahiş etmişdir. O, traktorla həmin həyətə getmişdir. Gedərkən traktora qoşqusunu da bağlamışdır. Həmin həyətə getdikdə Asif orada olmuş və otu yolun kənarına yerə tökmüşlər. O, Asiflə birlikdə otu qoşquya yığıb Asifin yaşadığı ünvan istiqamətində yola düşmüşlər. Asif də onunla birlikdə traktorda əyləşmişdir. Qoşquda olan otun üzərində isə heç kim olmamışdır. Yaşadığı kənddə kəndarası asfalt yolda o, traktorla təxminən 25-30 km/saat sürətlə hərəkətdə olmuş və həmin vaxtı hava yarımçıq qaralmışdır. Traktorunun işıqları işlək vəziyyətdə olduğu üçün işıqlarını yandırmışdır. Belə ki, qabaqda 2 ədəd işığı, arxada isə bir ədəd işığı işlək vəziyyətdə olmuşdur. Ancaq qoşquda hər hansı işığı olmamışdır. X7 evinin qarşısından keçərkən yolda bir nəfər şəxsi piyada əlində mobil telefon gedən görsələr də tanımamışlar. Həmin şəxs yolun sağı ilə onunla eyni istiqamətdə asta-asta hərəkət etmişdir. O, traktorla həmin şəxsin yanından keçib gedərkən Asif arxaya çevrilmiş və ona demişdir ki, “elə bil yolda olan hələki kimliyini bilmədiyimiz şəxs lapetə, yəni qoşquya dəydi”. Ardınca da həmin şəxsin qoşqunun yanında yerdə olduğunu demişdir. O, tez traktoru saxlamış və birlikdə yerə düşüb həmin şəxsə yaxınlaşdıqda xəsarət alan şəxsin həmkəndlisi X10 olmasını görmüşlər. Fəqani həmin vaxtı sağ yanı üstə başı asfalta tərəf olmaqla yerə yıxılıb qalmış və xırıldamışdır. Sifətindən də qan açılmışdır. Bu zaman həmkəndlilərindən Asifin qardaşı Vasif və atası Məzahir köməyə gəlmişlər. X9 Vaz 2106 markalı avtomaşınına qoyub Ucar RMX-nə gətirmişlər. Ucar RMX-də Fəqaniyə tibbi yardım göstərilmiş, lakin həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, traktorla Fəqani Murtuzovun yanından keçərkən qaranlıq olduğu üçün onun kim olduğunu görməmiş, hətta onun yanından keçərkən traktorun qabaq sağ güzgüsünə baxmış lakin həmin şəxsin əlində telefon olduğuna görə işıq onun üzünə düşdüyündən, həmin şəxsi tanımamışdır. Həmin şəxs yolun düz kənarında olmuş, onunla təmas etməmək üçün traktoru bir qədər, çox az miqdarda yolun ortasına tərəf çəkmiş, həmin şəxsin yanından keçdikdən sonra yanında olan Asif arxaya çevrilmiş və ona deyəsən həmin şəxs qoşquya dəydi demişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 20 radələrində Ramizdən yaşadığı həyətə gətirilməli ot olduğunu və otu gedib gətirməyini xahiş etmiş, Ramiz traktorla həmin həyətə gəlmişdir. Gedərkən traktora qoşqusunu da bağlamışdır. Ramizlə birlikdə otu qoşquya yığıb yaşadığı ünvan istiqamətində yola düşmüşdür. Gələrkən traktorun pilləkəninin üzərində dayanmış, yaşadığı kənddə kəndarası asfalt yolda traktorla təxminən 25-30 km/saat sürətlə hərəkətdə olarkən hava qaralmış vəziyyətdə olmuşdur. Ramiz traktorda işıqları yandırmışdır. Onlar həmkəndliləri Vüqar Fərəcovun evinin qarşısından keçərkən yolda bir nəfər şəxsi piyada əlində mobil telefon gedən görmüş və həmin şəxsin yeznəsi Fəqani olmasını bilmişdir. Fəqani yolun sağı ilə traktorla eyni istiqamətdə asta-asta hərəkət etmişdir. Traktor həmin şəxsin yanından keçib gedərkən o, həmin şəxsə tərəf baxmış, lakin artıq onu keçdikdən sonra qoşqunun üzərindəki ot onu görməyə imkan verməmişdir. Birdən səs eşitdiyi üçün Ramizə “dəydi” demişdir. Ardınca da həmin şəxsin qoşqunun yanında yerdə olduğunu demiş, Ramiz tez traktoru saxlamış və birlikdə yerə düşüb həmin şəxsə yaxınlaşdıqda xəsarət alan şəxsin həqiqətən X10 olmasını görmüşdür. Fəqani həmin vaxtı sağ yanı üstə başı asfalta tərəf olmaqla yerə yıxılıb qalmış və xırıldamışdır. Ramiz həmin vaxtı xəsarət alan şəxsin Fəqani Murtuzov olmasını bilmişdir. Bu zaman qardaşı Vasif və atası Məzahir də köməyə gəlmişlər. X18 2106 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşınına Fəqanini qoyub Ucar RMX-nə gətirmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, traktor onun qardaşının olmuş, sürmək üçün Ramizə vermişdir. Hadisə baş verən günü tarktorda Ramizin yanında olmuş, hadisə baş verən vaxtı mərhum Fəqani Murtuzov traktorun sürücü əyləşən tərəfi ilə hərəkət etmişdir. Traktorla mərhumun yanından keçərkən mərhumu traktorun qoşqusunda olan ot olan hissədən sonra görməmişdir. Sonra səs gəlmiş, belə başa düşmüşdür ki, qoşqunun arxası mərhum Fəqaniyə dəymişdir. Traktor Fəqaninin yanından keçərkən aralarında yarım metr məsafə olmuşdur. Həmin vaxt traktorun qoşqu hissəsində ot olduğundan, həm də qoşqu hissədə işıq olmadığından, qoşqunun arxa hissəsini görə bilməmişdir. Fəqani Murtuzov qoşquya dəyən zaman səsi eşitmiş, həmin səsdən ona məlum olmuşdur ki, yeznəsi Fəqani traktorun qoşqusuna dəymişdir. Şahid məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, mərhum X10 onun yeznəsi olmuşdur. Təqsirləndirilən şəxs isə qohumu olmasa da qonşusudur. Onunla da normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi “Belarus” markalı traktor qardaşı Vasifə məxsus olmuş və traktoru Ramizə icarəyə vermişdir. 15 may 2021-ci il tarixdə saat 20 radələrində o, Ramizdən yaşadığı həyətə gətirilməli ot olmasını və otu gedib gətirməyini xahiş etmişdir. Ramiz traktorla həmin həyətə getmişdir. Gedərkən traktora qoşqusunu da bağlamışdır. O, otu yolun kənarına yerə tökmüşdür. Ot gətirdiyi həyət başqa şəxsə məxsus həyət olmuşdur. O, Ramizlə birlikdə otu qoşquya yığıb yaşadığı ünvan istiqamətində yola düşmüşlər. Gələrkən o, Ramizlə birlikdə traktorda əyləşmişdir. Qoşquda olan otun üzərində isə heç kim olmamışdır. Yaşadığı kənddə kəndarası asfalt yolda məlum traktorla təxminən 25-30 km/saat sürətlə hərəkətdə olarkən hava yarımçıq qaralmış vəziyyətdə olmuşdur. Traktorda işıqlar işlək vəziyyətdə olduğu üçün Ramiz işıqları yandırmışdır. Onlar həmkəndliləri Vüqar Fərəcovun evinin qarşısından keçərkən yolda bir nəfər şəxsi piyada əlində mobil telefon gedən görmüş və onun yeznəsi Fəqani olmasını bilmişdir. Fəqani yolun sağı ilə traktorla eyni istiqamətdə asta-asta hərəkət etmişdir. Traktor həmin şəxsin yanından keçib gedərkən o, səs eşitdiyi üçün arxaya çevrilmiş və Ramizə “dəydi” demişdir. Ardınca da həmin şəxsin qoşqunun yanında yerdə olduğunu demiş, Ramiz tez traktoru saxlamış və birlikdə yerə düşüb həmin şəxsə yaxınlaşdıqda xəsarət alan şəxsin həqiqətən X10 olmasını görmüşlər. Fəqani həmin vaxtı sağ yanı üstə başı asfalta tərəf olmaqla yerə yıxılıb qalmış və xırıldamışdır. Sifətindən də qan açılmışdır. Ramiz həmin vaxtı xəsarət alan şəxsin Fəqani Murtuzov olmasını bilmişdir. Bu zaman qardaşı Vasif və atası Məzahir də köməyə gəlmişlər. Ardınca X18 2106 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşınına Fəqanini qoyub Ucar RMX-nə gətirmişlər. Ucar RMX-də Fəqaniyə tibbi yardım göstərilmişdir. Lakin 16 may 2021-ci il tarixdə səhər saatlarında RMX-də Fəqani aldığı bədən xəsarətlərindən ölmüşdür. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş ekspert X6 iş üzrə tətib etdiyi 17 iyul 2021-ci il tarixli, 8/1482 saylı rəyi müdafiə edərək göstərmişdir ki, istintaq orqanının təqdim etdiyi material əsasında rəy vermiş, mövcud sxemdə traktor ilə piyada arasında olan yan ara məsafə göstərilməmiş, heç onun göstərilməsinə də ehtiyac olmamışdır. Çünki, “Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən sürücü hərəkətdə olarkən onunla eyni istiqamətdə, yaxud onunla əks istiqamətdə yolun hərəkət hissəsinin sağ kənarında və yaxud da dayanmış piyada ilə təhlülkəsiz yan ara məsafəsi saxlamaqla keçib getməlidir. Təhlülkəsiz yan ara məsafəsi odur ki, avtomobili idarə edən sürücü elə məsafə seçməlidir ki, piyada ilə arasında kontakt baş verməsin. Hazırki iş üzrə Təqsirləndirilən şəxs həmin anda eyni istiqamətdə hərəkət edən piyada ilə təhlükəsizliyi təmin edə biləcəyi təhlükəsiz yan ara məsafəsi saxlamalı və əmin olmalı idi ki, piyada ilə avtomobil arasında kontakt baş verməyəcək. O isə bu məsafəni kifayət qədər düzgün seçməmiş və nəticədə kontakt baş vermişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, əgər piyada istiqamətini dəyişməyibsə, eyni istiqamətdə hərəkəti davam etdirirsə və sürücü üçün təhlükə yaratmırsa və onlar arasında kontakt baş verirsə, deməli onda bilavəstə hadisə sürücünün hərəkəti nəticəsində baş vermişdir. Bu halda sürücü avtomobilin qaborit məsafələrini traktora görə yox, qoşqusuna görə götürməli idi. Bu cür yol nəqliyyat hadisələrində piyadanın hərəkət sürətinin müəyyən edilməsi heç bir rol oynamır. İstintaq orqanı onlara təqdim etdiyi sxemdə və qərarda göstərmişdir ki, piyada düzünə hərəkətdə olub, istiqamətini dəyişməyib. Bu şəraitdə sürücü təhlükəsiz yan ara məsafəsi saxlamaqla düzünə hərəkət etsəydi onlar arasında kontakt baş verməyəcəkdi. Sürücü piyadanın hərəkətdə olmasını nəzərə alıb elə bir məsafə saxlamalıdır ki, piyadanın cuzi tərpənişi nəticəsində toqquşma baş verməsin. Cinayət işinin materiallarında olan “Məlumat”dan görünür ki, Ucar Rayon Mərkəzi Xəstəxanasından Ucar Rayon Polis Şöbəsinə 15.05.2021-ci il tarixdə saat 22:35-də məlumat verilərək bildirilmişdir ki, Ucar rayonu Qazıqumlaq kənd sakini 1983-cü il təvvəllüdlü X10 həmin tarixdə kəllə-beyin travması, burun sümüyün sınığı, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, kəllə əsasının sınığı xəsarətləri ilə xəstəxanaya daxil olmuş, 16.05.2021-ci il tarixdə saat 06:45-də xəstəxanada vəfat etmişdir (cild 01, iş vər. 03). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15.05.2021-ci il tarixli protokoldan görünür ki, hadisə Ucar rayonu Qazıqumlaq kəndi ərazisində kəndarası asfalt yolda baş vermişdir. Hadisə baş verən yerdə yolun hərəkət hissəsi asfalt örtüklü, quru, hamar və düzdür. Hadisə yerində yolun ümumi eni 4 metr, sağ ehtiyat hissənin eni 2 və sol ehtiyat hissəsinin eni 6 metrdir. Baxış zamanı hadisə yerində hər hansı əyləc izləri vəs. aşkar edilməmiş və hər hansı əşya, predmet götürülməmişdir. Ancaq baxışda iştirak edən Təqsirləndirilən şəxs Fəqani Murtuzovu vurduğu yeri göstərmişdir. Piyadanın vurulma nöqtəsi yolun hərəkət hissəsinin sağ qurtaracağıdır. Protokola müvafiq olaraq hadisənin baş vermə sxemi və foto şəkillər əlavə olunmuşdur (cild 01, iş vər. 04-13). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Traktora və qoşqusuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi traktorun markası “Belarus”dur, dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi yoxdur. Traktor özünə məxsus deyildir. Traktoru həmkəndlisindən icarəyə götürüb istifadə etmişdir. Baxış zamanı traktorun qabağında və arxasında yerləşən 1 ədəd işıqlarının işlək vəziyyətdə olması, həmçinin dəmir qoşqusunda hər hansı işıq və ya xəbərdaredici qurğu aşkar edilməmişdir. Baxış zamanı traktorun içərisində 2 ədəd, sol tərəfində isə 1 ədəd, sağ tərəfində isə yan güzgüsünün olmaması da aşkar edilmişdir. Traktora və qoşqusuna baxış zamanı onların üzərində qan və ya qanabənzər ləkələr aşkar edilməmişdir (cild 01, iş vər. 42-45) Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın 16.05.2021-ci il tarixli 13 saylı rəyindən görünür ki, mərhum X3 meyitində aşkar edilmiş xəsarətlər - baş beyinə qansızma ilə ağırlaşan kəllə tağı sümüyünün basılmış, kəllə əsası sümüklərinin xətti sınığı, sağ qaşüstü nahiyyənin əzilmiş yarası, üz skelet sümüklərinin qapalı-qəlpəli sınıqları, bədən səthinin çoxsaylı sıyrıqları bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağir zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 15.05.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb açıq kəllə beyin travması nəticəsində baş beyinin yumşaq toxumalarına qansızma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyini göstərir. Mərhumun adına tərtib edilmiş tibbi sənəddə onun klinikaya daxil olarkən alkoqollu içki qəbul edib-etməməsi haqqında məlumat yoxdur (cild 01, iş vər. 96-98). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 17.07.2021-ci il tarixli 8/1482 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Belarus markalı dövlət qeydiyyat nişanı olmayan traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur (cild 01, iş vər. 109-110). Cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 avqust 2021-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 1027 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 134). Cinayət işinin materiallarında olan 03 sentyabr 2021-ci il tarixli məhkəmə-psixatrik ekspertizasının 521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqli olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir (cild 01, iş vər. 137-138). Cinayət işinin materiallarında olan 15.05.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 99 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs qəza zamanı spirtli içki qəbul etməmişdir (cild 01, iş vər. 35). Cinayət işinin materiallarında olan raportdan görünür ki, Baş DYP MİS-in məlumatına əsasən Ucar rayonu Qazıqumlaq kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur (cild 01, iş vər. 47). Cinayət işinin materiallarında olan məktubdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyinin Ucar DAİM-nin məlumatına əsasən Ucar rayonu Qazıqumlaq kənd sakini Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi yoxdur (cild 01, iş vər. 141). Cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış və ifadənin hadisə yerində yoxlanması istintaq hərəkətinin protokolundan görünür ki, məhkəmə tərkibi tərəflərin (müdafiə və ittiham tərəfin) iştirakı ilə 04.04.2022-ci il tarixdə hadisə yerinə gedərək yerində müayinə keçirmiş, təqsirləndirilən şəxsin və şahidin ifadəsi hadisə yerində bir daha yoxlanılmış, yol nəqliyyat hadisəsinin baş verdiyi yer, həmçinin traktor və qoşqu tədqiq edilmiş, traktorun və qoşqunun parametrləri bir daha dəqiq müəyyənləşdirilmiş, zərərçəkmiş şəxsin vurulduğu yerə maniken qoyulmaqla mövcud traktor və qoşquyla baş vermiş hadisənin imitasiyası yaradılmış, şəxslərin verdiyi ifadəsi ilə baş vermiş hadisənin mexanizmi ətraflı şəkildə yoxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan, idarə etdiyi “Belarus” markalı, dövlət qeydiyyat nişanı və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmayan traktorun qoşqusunda ot daşıyarkən ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayət əməlini törətməsi onun özünün qismən etirafı ilə yanaşı, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-tibbi, məhkəmə-avtotexniki ekspertizalarının rəyləri, o cümlədən digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 263-1.3 maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin və şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadələrə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, hadisəni görən yeganə şəxslər olaraq onların bir-birinə uyğun ifadə verməklə təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş xüsusatları qeyd etmələri müdafiə taktikası ilə deyilmiş və təqsirləndirilən şəxsi məsuliyyətdən qurtarmağa hesablanmış sözlərdir. Şahidin eyni kənddən olmaqla təqsirləndirilən şəxslə yaxşı münasibətlərinin olması onun məhkəmə iclasında təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi və məhkəmə tərkibinin iştirakı ilə keçirilən hadisə yerinə baxış və ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolu və s.) vasitəsi ilə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Hadisə yerini bir daha müayinə edən məhkəmə tərkibi verilən ifadələr, habelə hadisə yerində aparılan tədqiqlər nəticəsində belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt mərhum zərərçəkmiş şəxs Fəqani Murtuzovun yolun kənarı ilə onun idarə etdiyi traktorla eyni istiqamətdə asta-asta hərəkətdə olduğunu görüb traktoru bir qədər sola istiqamətləndirsə də, piyada ilə yan ara məsafəni traktora görə götürmüş, arxada qoşqunun olduğunu və həmin qoşqunun parametrlərinin traktorun parametrlərindən daha böyük, yəni qoşqunun daha enli olduğunu nəzərə almamış və nəticədə ehtiyyatsızlığa yol vermişdir ki, bunun nəticəsində qoşqu ilə mərhum arasında kontakt baş vermişdir. Nəticədə isə Fəqani Murtuzov aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Odur ki, həm təqsirləndirilən şəxsin hadisə vaxtı piyada ilə kifayət qədər yan ara məsafəsi götürməsinə dair verdiyi ifadə, həm də şahidin məhkəmə istintaqı zamanı mərhumu qoşqunun ot olan hissəsini keçdikdən sonra görməməsinə dair verdiyi ifadə müdafiə xarakterli ifadə kimi qəbul edilməli və onunla razılaşılmamalıdır. Əksinə şahidin ibtidai istintaq zamanı hadisənin baş vermə mexanizmi ilə bağlı verdiyi ifadə işin faktiki halları ilə üst-üstə düşdüyü və digər sübutlarla bir-birini tamamladığı üçün məhkəmə tərəfindən əsaslı sayılır və məhkəmə Təqsirləndirilən şəxs qarşı elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 istintaq orqanına müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir (cild 01, iş vər. 119). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatdadır və yaşayır. Yaşadığı ərazi üzrə müsbət səciyyələndirilir (cild 01, iş vər. 71-73). Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 132). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi peşmançılığını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin hadisənin baş vermə mexanizmini, onun hadisəsindən sonrakı hərəkətlərini, yəni zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona dəymiş ziyanı ödəməsini, habelə təqsirləndrilən şəxsin şəxsiyyətini, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Odur ki, Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan 03.09.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 154, 178). Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə və CMnin 56.1.1-ci maddəsinə istinadən qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi yaşadığı yer üzrə Ucar rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan “Belarus” markalı traktorun və qoşqunun sahibi Ucar rayonu Qazıqumlaq kənd sakini X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, cəzaçəkmə yerinə çatdırılması və təhvil verilməsi Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Belarus” markalı traktorun və qoşqunun sahibi Ucar rayonu Qazıqumlaq kənd sakini X4 qaytarılması nəzərə alınsın. İş üzrə 100 AZN (bir yüz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-17/2022
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-17/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver