Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-17/2023 24.01.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Müdafiəçi iştirakı ilə, 17 fevral 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında şəxsiyyəti istintaqa məlum olmayan Yevlax şəhər sakini Elsevər adlı şəxsdən 440 (dörd yüz qırx) manat pul müqabilində istintaqa məlum olmayan yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq olaraq külli miqdarda, yəni 12 (on iki) qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Yevlax şəhəri ərazisində daşıdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə qeyd olunan psixotrop maddənin istintaqa məlum olmayan miqdarını 06 yanvar 2021-ci il tarixdə 74 (yetmiş dörd) manat pul müqabilində və 1,747 (bir tam mində yeddi yüz qırx yeddi) qramını 15 yanvar 2021-ci il tarixdə 40 (qırx) manat pul müqabilində Yevlax şəhəri, Avtovağzal dairəsi yaxınlığında Şahid1 sifarişi əsasında sonuncuya çatdırması məqsədilə Şahid6 satmış, 0,384 (sıfır tam mində üç yüz səksən dörd) qramını 33 (otuz üç) manat pul müqabilində Şahid6 satmaq barədə 17 yanvar 2021-ci il tarixdə sonuncu ilə razılaşdıqdan sonra yorğun və yuxusuz olması ilə əlaqədar həmin psixotrop maddəni Şahid6 çatdırması məqsədilə həmin gün saat 04:00 radələrində onunla əlbirliyi olmayan qonşusu Şahid7 vermiş, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 15 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı şəhəri ərazisində, Şahid7 isə 17 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Yevlax şəhəri, Avtovağzal dairəsi yaxınlığında saxlanılıb Şamaxı Rayon Polis Şöbəsinə gətirilməklə üzərlərində şəxsi axtarış aparılarkən Şahid1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,747 (bir tam mində yeddi yüz qırx yeddi) qram, Şahid7 isə əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,384 (sıfır tam mində üç yüz səksən dörd) qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 18 sentyabr 2020-ci il tarixdə ölkədə elan olunan qismən səfərbərlik zamanı hərbi xidmətə çağırılmış, sentyabrın 27-si hərbi xidmətə getmişdir. İlk olaraq Talış kəndi, daha sonra isə Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı narkotik vasitədən istifadə etməyə başlamışdır. Belə ki, müharibəyə könüllü gələnlər arasında narkotik vasitədən istifadə edənlər olmuş, onlara da gedən döyüşlərdə yuxunun qarşısını almaqda, eyni zamanda döyüşlərdə fəal iştirak etməkdə kömək etdiyinə görə həmin narkotik vasitədən istifadə edə biləcəyi deyilmişdir. O da belə olub həmin narkotik vasitədən 1-2 dəfə müharibə vaxtı istifadə etmişdir. Həmin vaxtı istifadə etdiyi narkotik vasitələr onda asılılıq yaratmamışdır. Müharibə gedən ərəfədə möhkəm soyuqlamış və müharibədən sonra evə qayıtdıqda ev şəraitində soyuqdəymədən müalicə almışdır. Yanvar ayının 16-sı evdə tək olmuş və yuxudan ayılanda evdə 7-8 nəfər polis əməkdaşı olduğunu görmüşdür. Ondan narkotik vasitənin harada gizlətdiyi soruşulmuş, daha sonra Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Orada ona bir nəfərin 2 qram narkotik vasitə ilə tutulduğu deyilmiş və ona təzyiqlər edilmişdir. Onların dedikləri ilə razılaşmadığı üçün saxlama yerinə salınmışdır. Daha sonra mülki formada iki nəfər şəxs gəlmiş və o, həmin şəxslərə təhvil verilmişdir. Həmin şəxslər onu Şamaxı Rayon Polis Şöbəsinə aparmışlar. Şamaxıda ona Aqil və Şəhriyarla birlikdə narkotik vasitənin satışında əlbir olduğu deyilmişdir. O, ilk olaraq deyilənlərlə razılaşmamış, lakin daha sonra təzyiqlər nəticəsində sənədləri imzalamışdır. O, narkotik maddələrin alğı-satqısı ilə məşğul olmamışdır. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Elsəvər adlı şəxsi ümumiyyətlə tanımamış və ondan psixotrop maddə olan metafetamin almamışdır. O, metafetamin maddəsindən yalnız müharibə vaxtı istifadə etmiş, mülki həyatda istifadəçisi olmamışdır. Aqil İsgəndərova və Şahid1 narkotik maddə verməmişdir. İbtidai istintaq zamanı sənədləri ona təzyiq olduğu üçün imzalamış və etmədiyi əməli boynuna almışdır. Ordudan 28 dekabr 2020-ci ildə tərxis olunmuşdur. Aqil İsgəndərovu tanımışdır. Aqil onun qonşusudur və onunla münasibətləri normal olmuşdur. O, 16 yanvar 2021-ci ildə saxlanmışdır. Həmin vaxta kimi Aqil İsgəndərovla telefon danışıqları olmuş, onunla kafedə görüşmüşdür. Aqilin narkotik vasitə qəbul etməsindən xəbəri olmamışdır. Şahid1 onun döyüş yoldaşıdır, o da müharibəyə könüllü gələnlərdən olmuşdur. Onunla birlikdə Suqovuşan döyüşləri zamanı narkotik vasitədən istifadə etmişdir. Lakin mülki həyatda Şahid1lə görüşməmişdir. Şahid6 Şəhriyarın sinif yoldaşı kimi tanımış, Vüsal ona zəng edərək ondan Aqili soruşmuşdur, onunla üz-üzə görüşməmiş, aralarında yalnız telefon danışığı olmuşdur. Aqillə düşmənçili olmamış, Aqil polislərin təzyiqi nəticəsində onun adını vermişdir. Belə ki, ibtidai istintaq zamanı Aqillə üzləşdirməsi olmuş və Aqil həmin üzləşmə zamanı bildirmişdir ki, narkotik maddəni ona məhz o vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Əhməd Ağababzadə həmin ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının axırlarında Goranboy rayonunun Tapqaraqoyunlu kəndində könüllü olaraq 708 saylı Hərbi hissədə xidmətdə olarkən həmin ayın 27-i onu evə buraxmışlar və o, yaşadığı Yexlax rayonuna gedərək orada rayon sakini kimi tanıdığı Elsəvərlə görüşmüş və ona bildirmişdir ki, ona psixotrop maddə olan metamfetamin lazımdır. Elsevər isə ona bildirmişdir ki, «bəli evimdə var, nə vaxt pulunu düzəltsən sənə verərəm». 28 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində Elsəvərlə görüşüb ona 440 manat pul vermişdir ki, ona 12 (on iki) qram psixotrop maddə olan metamfetamin gətirsin. Dəqiq tarix yadında deyil, 2020-ci ilin dekabr ayının sonunda tanışı Elsəvər ona 12 (on iki) qram psixotrop maddə olan metamfetamin gətirmişdir. Həmin vaxtdan sonra o, ara-sıra həmin psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 16 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində dostu Aqilə zəng vuraraq ona bildirmişdir ki, «gəl bizə səninlə işim var». Aqil də qısa bir vaxtdan sonra onların evinə gəlmiş, onlar bir az oturub söhbət etdikdən sonra özündə olan təxmini 0,5 qram psixotrop maddə metamfetamini Aqilə vermişdir. Aqil ondan götürdüyü metamfetamini cibinə qoyaraq onların evindən çıxıb getmişdir. Həmin günün səhəri, yəni 17 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək onun psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmağında şübhəli olduğundan onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmiş, üzərindən hər-hansısa bir narkotik vasitə aşkar edilməmişdir. Həmin tarixdə, saat 16 radələrində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onu Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil vermişlər və onu Şamaxı Rayon Polis Şöbəsinə gətirmişlər. Onun Şamaxı Rayon Polis Şöbəsinə gətirilmə səbəbi izah olunarkan ona məlum olmuşdur ki, Şamaxı rayonu ərazisində saxlanılan dostu Şahid7 üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini ondan almasını deməsi olmuşdur. O, daha sonra bildirmişdir ki, o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq ara-sıra istifadə etmişdir. O, təxminən bir il olar ki, psixotrop maddə olan metamfetamindən istifadə edir və hərbi xidmətə könüllü getməzdən əvvəl də psixotrop maddə olan metamfetamini rayon sakini kimi tanıdığı Elsəvər adlı şəxsdən almış və ona lazım olanda Elsəvərdən götürmüşdür. Onda olan 0,5 qram psixotrop maddə metamfetamini Aqilə satmamış, sadəcə ona istifadə etmək üçün vermişdir. O, Aqilə metamfetamini sadəcə olaraq özü istifadə etmək üçün vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun müharibə yoldaşı olmuş, müharibə bitəndən sonra Əhmədlə heç vaxt görüşməmiş, lakin müharibədən bir müddət sonra aralarında telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şahid6 onun sinif yoldaşı olmuş, o özü Əhməddən narkotik vasitə almamış, narkotik vasitəni Şahid6 Yevlaxa gedərək Əhməddən almışdır. Belə ki, Şahid6 Təqsirləndirilən şəxs onun vasitəsi ilə tanımışdır. O, Vüsalla birlikdə yola çıxsa da, Göyçay şəhərində maşından enmişdir. Şahid6 ifadəsində göstərdiyi miqdarda pul verməmiş və onunla birlikdə Yevlax şəhərinə gedib yanacaqdoldurma məntəqəsinin yanında heç kimlə görüşməmişdir. O, Göyçayda maşından enmiş, Şahid6 Yevlaxda kiminlə, necə görüşməyini görməmişdir. Şahid6 Əhmədlə tanış etməkdə məqsədi narkotik vasitənin əldə edilməsi ilə bağlı olmuşdur. Şahid6 Yevlax şəhərinə getməkdə məqəsdi narkotik vasitəni əldə etmək olmuşdur. O, narkotik vasitəni Əhməddən əldə edəcəkdi. Şahid6 Yevlax şəhərində olarkən ona zəng edib demişdir ki, “Yevlaxdan narkotik vasitəni əldə etmişəm, sən isə çıx yolun kənarına gəlirəm”. O isə həmin vaxt Göyçayda olmuş, Şahid6 onu Göyçaydan götürmüş və onlar Şamaxıya qayıtmışlar. Şamaxı da isə polis əməkdaşları tərəfindən tutulmuşlar. Həmin vaxt üzərindən psixotrop maddə aşkar olunmuşdur. Belə ki, Şahid6 Yevlaxdan aldığı psixotrop maddənin bir hissəsini ona vermişdi. Təqsirləndirilən şəxs Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birlikdə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində iştirak etmiş, onlar orada münasibət yaradıb tanış olmuşlar. Müharibə gedən zaman Əhmədlə söhbət əsnasında Əhməd ona bildirmişdir ki, narkotik vasitə olan metamfetamin lazım olsa tapa bilər. Təqsirləndirilən şəxs ondan təxminən 10-15 gün əvvəl müharibədən təxris edilmişdir. 31 dekabr 2020-ci il tarixdə o, da təxris edilmiş və öz yaşadığı Şamaxı rayonuna gəlmişdir. Bir müddət istirahət etdikdən sonra, yəni 06 yanvar 2021-ci il tarixdə sinif yoldaşı Şahid6 ilə görüşmüşlər. Onlar söhbət edən zaman sinif yoldaşı Vüsal ona bildirmişdir ki, narkotik maddə olan patı lazımdır, onu necə tapmaq olar. O, da həmin vaxt Vüsala demişdir ki, onun bir müharibə yoldaşı var, Yevlax rayonundandır, adı Təqsirləndirilən şəxsdir, o, təşkil edə bilər. Həmin vaxt o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən müharibə yoldaşı Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və ona patı lazım olduğunu demişdir. Əhməddə etiraz etməyərək bildirmişdir ki, təşkil edə bilər. Onu da qeyd etmişdir ki, Əhmədlə danışıqları zaman o, Əhməddən həmin metamfetamini ona hansı qiymətə satacağını soruşduqda Əhməd ona bildirmişdir ki, 74 manat pul götür özünlə gəl. O, da həmin vaxt sinif yoldaşı Şahid6lə birlikdə tanımadıqları taksi sürücüsü ilə yaşadıqları Şamaxı rayonundan Yevlax rayonuna getmək üçün yola düşmüşlər. Yolda o, fikirləşmişdir ki, Göyçay rayonunda qohumlarıgildə düşsün, sinif yoldaşı Vüsal isə getsin Yevlaxda Əhmədlə görüşsün həmin metamfetamini alıb geri qayıtsın. Həmin vaxt o, bir daha müharibə yoldaşı Əhmədlə telefon əlaqəsi saxlamış və ona demişdir ki, «Vüsal adlı sinif yoldaşım gələcək, sənə 74 manat pulu verəcək, həmin metamfetamini ona verərəsən gətirər». Bundan sonra o, Göyçay rayonunda düşmüş, sinif yoldaşı Vüsal isə həmin tanımadığı taksi sürücüsü ilə Yevlax şəhərinə getmişdir. Təxminən bir saat yarımdan sonra Vüsal ona zəng vuraraq bildirmişdir ki, artıq qayıdıb Göyçay rayonundadır, onu düşürtdükləri yerdə gözləyir. O, da Vüsalın yanına gedərək orada taksiyə oturub yaşadıqları Şamaxı rayonuna gəlmişlər. Bir müddət sonra, yəni 15 yanvar 2021-ci il tarixdə o, yenidən sinif yoldaşı Şahid6lə görüşmüşdür. Həmin vaxt Vüsal ona bildirmişdir ki, «müharibə yoldaşım Əhmədlə əlaqə saxlayıb və ondan patı almaq istəyib, lakin pulu olmadığından o, Əhmədin yanında yalançı çıxıb». O, da həmin vaxt Əhmədə zəng vurmuş və Əhməddən nə baş verdiyini soruşmuşdur. Həmin vaxt müharibə yoldaşı Əhməd ona “sinif yoldaşın Vüsal mənimlə əlaqə saxladı və bildirdi ki, patı lazımdır, mən də Vüsalın dediyi patını tapdım, lakin Vüsalla əlaqə salxayan zaman Vüsal gələcəyini desə də gəlmədi” sözlərini demişdir. O, Əhmədlə danışıb qurtardıqdan sonra sinif yoldaşı Vüsala öz iradını bildirmişdir ki, «sən nə üçün mənim müharibə yoldaşıma qarşı bu hərəkəti edirsən». Həmin günü, yəni 15 yanvar 2021-ci il tarixdə Vüsal ondan ayrılaraq pul axtarmağa getmişdir. Qısa bir vaxtdan sonra Vüsal onunla görüşmüş və 100 manat pul tapdığını demişdir. O, da həmin vaxt bir daha müharibə yoldaşı Əhmədlə telefon əlaqəsi saxlamış və ona bildirdimişdir ki, «mənim Göyçay rayonunda qohumlarımgildə işim olacaq mən orada düşəcəyəm, sinif yoldaşım Vüsal Yevlaxa gəlib səninlə görüşəcək». Əhməd də onunla razılaşmışdır. Bundan sonra o və sinif yoldaşı Vüsalla birlikdə tanımadıqları taksi ilə yaşadıqları Şamaxı rayonundan Yevlax rayonuna getmək üçün yola düşmüşlər. O, Göyçay rayonunda düşmüş, Vüsal isə həmin taksi ilə Yevlax rayonuna getmişdir. Təxminən 2 saat sonra Vüsal ona zəng vurmuşdur ki, artıq Göyçay rayonundadır və onu gözləyir. O, da həmin düşdüyü yerə getmiş və Vüsalla birlikdə həmin tanımadıqları taksi ilə yaşadıqları Şamaxı rayonuna qayıtmışlar. O, Vüsalla söhbət edərkən Vüsal ona bildirmişdir ki, həmin metamfetamini Əhməddən 40 (qırx) manat pulun müqabilində almışdır. O, və sinif yoldaşı Şahid6 yuxarıda göstərdikləri vaxtlardan başqa Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə görüşməmişlər. Sinif yoldaşı Vüsalın isə onunla hansı vaxtlarda danışıb görüşməyi barədə heç bir söz deyə bilmir. Sonuncu dəfə Təqsirləndirilən şəxs ilə müharibə vaxtı görüşmüş, təxris olunduqdan sonra o, Əhmədlə görüşməmiş, yuxarıda göstərdiyi kimi Əhmədlə telefon əlaqəsi saxlamışdır ki, ondan metamfetamin alsın. Ancaq o, sinif yoldaşı Vüsalı göndərmişdir ki, onun müharibə yoldaşı Əhməddən metamfetamin alsın. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid1 göstərmişdir ki, o, Vüsalla birlikdə Yevlax şəhərinə gedib metafetamin almamış, Vüsalın narkotik vasitəni kimdən almasını bilməmişdir. Vüsala 74 manatı ondan ötrü vermişdir ki, həm taksi pulunu versin, həm də narkotik vasitə alsın. O, taksi sürücüsünü tanımamışdır. Hər iki dəfə Yevlax şəhərinə gediləndə, taksi tanış olmamış, taksi təxmini tapılmışdır. Vüsal 100 manat pul tapıb gətirmiş, onda də pul olmuşdur. Lakin 2-ci dəfə nə qədər pul müqabilində psixotrop maddə metafetamin alındığını xatırlamır. Vüsal hər dəfə Yevlax şəhərinə metafetamin üçün getmişdir. Vüsala Əhmədin nömrəsini o vermiş, lakin Əhmədin Vüsala narkotik vasitə satmasına şahid olmamışdır. Vüsalın Əhməddən hansı miqdarda və nə qədər pul müqabilində metafetamin almasını bilməmişdir. Vüsalın dediyinə görə hər iki dəfə metafetamini Əhməddən əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şəhriyar onun sinif yoldaşı olmuşdur. Bir dəfə Şəhriyar ona bildirmişdir ki, X12 zamanı tanışdığı Yevlax rayonundan olan müharibə yoldaşı Əhmədlə görüşmək istəyir. Həmin vaxt Şəhriyar Yevlax rayonundan həm də narkotik vasitə götürəcəyini və onunla birlikdə Yevlax rayonuna gəlməyini istəmişdir. Belə olub Şəhriyarla birlikdə Yevlax rayonuna getmişdir. Yevlax rayonunda Şəhriyar Əhmədlə görüşmüş, görüş zamanı Şəhriyar Əhməddən narkotik vasitə götürmüşdür. Sonra Şəhriyarla birlikdə Şamaxı şəhərinə geri qayıtmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Şəhriyara narkotik vasitəni həmin vaxt Əhməd vermişdir. Belə ki, Şəhriyarla birlikdə Şamaxı rayonundan çıxaraq Yevlax rayonuna gəlmişlər və Şəhriyar Yevlax rayonunda Əhməddən narkotik vasitə götürmüşdür. Səhv etmirsə Şəhriyar narkotik vasitə qarşılığında Əhmədə 70 manat pul vermişdir. Şəhriyarla birlikdə Yevlax rayonuna iki dəfə getmiş, birinci dəfə getdikləri zaman Şəhriyar Əhmədlə görüşmüş, ikinci dəfə isə Şəhriyar Göyçay şəhərində maşından düşmüş, sonra Əhmədlə o özü görüşmüşdür. Hər dəfəsində aldıqları psixotrop maddə olan metamfetamin olmuşdur. Şəhriyarla birlikdə Yevlax rayonuna taksi vasitəsilə gəlmişlər. Taksi sürücüsü Şamaxı şəhərində olmuş, Şəhriyar həmin taksi sürücüsünü tanımışdır. O səbəbdən iki dəfə həmin taksi sürücüsü ilə gəlib-getmişlər. Taksi sürücüsü qara rəngli “VAZ 2107” markalı avtomobil idarə etmişdir. O, özü əvvəllər narkotik vasitədən istifadə etmişdir. Lakin hazırda istifadəçisi deyildir. O, narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Şəhriyar isə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O sadəcə Yevlax şəhərinə gedərkən Şəhriyara yoldaşlıq etmiş, Şəhriyar narkotik vasitəni özü üçün almışdır. Birinci dəfə Yevlax şəhərinə gəldikləri zaman Şəhriyar Əhməddən 70 manat pul müqabilində narkotik vasitə almış, həmin vaxt Şəhriyar ona 100 manat pul vermiş və xırdalamağı bildirmişdir. O da həmin pulu Yevlax şəhərində yerləşən yanacaq doldurma məntəqəsində xırdalamış, daha sonra həmin pulun 70 manatını Əhmədə vermişdir. Pulu Əhmədə verməyi ona Şəhriyar tapşırmışdır. Həmin 100 manat pul Şəhriyara məxsus olmuşdur. O, əvvəllər Əhmədi tanımamışdır. Əhmədi məhz bu məsələ ilə bağlı Şəhriyar vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs Şahid6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid6 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə sinif yoldaşı Şahid1 vasitəsilə tanış olmuşdur. Sinif yoldaşı Şahid1 Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində tanış olmuşlar. Belə ki, 06 yanvar 2021-ci il tarixdə sinif yoldaşı Şahid1lə görüşüb söhbət edən zaman onlara psixotrop maddə olan metamfetamin lazım olduğundan Şəhriyar ondan mobil telefonunu istəmişdir ki, Əhməd adında müharibə yoldaşı var onunla əlaqə saxlamaq istəyir. O, da etiraz etməyib istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini sinif yoldaşı Şahid1 vermişdir ki, danışsın. Şəhriyar telefonla danışan zaman Əhməd adlı şəxsə “Əhməd patı düzüb qoşmaq olarmı” sözlərini demişdir. Danışıqdan sonra Şəhriyar müharibə yoldaşı Əhmədlə razılaşmış və bildirmişdir ki, «hazır et gəlirəm götürməyə». Həmin günü, yəni 06 yanvar 2021-ci il tarixdə Şəhriyar danışıb qurtardıqdan sonra onlar, yəni o və sinif yoldaşı Şahid1 tanımadıqları taksi sürücüsü ilə birlikdə Yevlax şəhərinə getmək üçün yola düşmüşlər. Yolda Şəhriyar bildirmişdir ki, Göyçay rayonunda qohumları var orada düşəcək. Həmin vaxt Şəhriyar müharibə yoldaşı Təqsirləndirilən şəxs ilə danışmış və bildirmişdir ki, «sinif yoldaşım gəlib səndən patını götürəcək». Onu da qeyd etmişdir ki, Şəhriyar sinif yoldaşı kimi onu nəzərdə tutmuşdur. Şəhriyar Göyçay rayonunda düşmüş o, isə həmin tanımadığı taksi ilə Yevlax rayonunun girişində dairənin yaxınlığında Əhmədlə görüşmüş, 74 manat pulu Əhmədə vermişdir və Əhməddən metamfetamini alaraq geri qayıtmışdır. Təxminən bir saatdan sonra o, artıq Göyçay rayonunda olanda sinif yoldaşı Şəhriyarla danışmış və bildirmişdir ki, «artıq qayıdıb Göyçay rayonundadır onu düşürtdükləri yerdə gözləyir». Şəhriyar gəlmiş və onlar geri yaşadıqları Şamaxı rayonuna qayıtmışlar. Təxminən 6-7 gün sonra, dəqiq tarixi yadında deyil o, Əhmədlə əlaqə saxlamış və ona bildirmişdir ki, «metamfetamin lazımdır, təşkil edə bilərsənmi». Əhməddə razılaşmışdır. Ancaq onun pulu olmadığından o, həmin metamfetamini Əhməddən gedib almamışdır. Bir müddət sonra, yəni 15 yanvar 2021-ci il tarixdə o, yenidən sinif yoldaşı Şəhriyarla görüşmüş və onlar söhbətləri əsnasında o, Şəhriyara bildirmişdir ki, Əhmədlə danışmış o, ona metamfetamin hazır etmiş, lakin onun pulu olmadığından gedib metamfetamini ala bilməmişdir. Həmin vaxt Şəhriyar müharibə yoldaşı Əhmədlə danışmış və sonra ona demişdir ki, «sən düz etməmisən, söz vermisənsə yerinə yetir». Bundan sonra o, pul tapmış və onlar yola düşmüşlər. Göyçay rayonunda sinif yoldaşı Şəhriyar yenə də qohumlarıgildə düşmüş, o, isə həmin taksi ilə Yevlax rayonuna getmişdir. Yevlax rayonunun girişində dairənin yaxınlığında Əhmədlə görüşmüş, Əhməddən narkotik vasitə olan metamfetamini 40 manat pulun müqabilində almış və Göyçay rayonuna gedib Şəhriyarla görüşmüş və onlar geri yaşadıqları Şamaxı rayonuna qayıtmışlar. O və ya sinif yoldaşları Şahid1 yuxarıda göstərdikləri vaxtlardan başqa Təqsirləndirilən şəxs başqa Əhmədlə əlaqə saxlamamışdır. O, Yevlax şəhər sakini Təqsirləndirilən şəxs ilə konkret olaraq Yevlax şəhərinin girişində yerləşən dairənin yaxınlığında görüşmüşlər, görüşməklərinin səbəbi isə Əhməddən metamfetamin alması olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid6 göstərmişdir ki, ikinci dəfə Yevlax şəhərinə getdiyi zaman Əhmədlə görüşməmiş, həmin vaxt Aqil adlı şəxslə görüşmüşdür. Şəhriyar Əhmədlə onun mobil telefonu ilə əlaqə saxlamışdır. Şəhriyar ikinci dəfə Yevlax şəhərinə getdikləri zaman Göyçay şəhərində düşmüşdür. Əhmədlə onun ümumiyyətlə narkotik vasitə barədə telefon danışığı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Əhməd onun qonşusudur və o, Əhməd vasitəsi ilə Şəhriyarı tanımışdır. Şəhriyar vasitəsi ilə isə Vüsalı tanımışdır. Vüsal bir gün ona zəng edib demişdir ki, “Yevlax şəhərinə “Kamaz” şöferi qonağım gəlir, çıx onu qarşıla.” O da razılıq verib yola çıxanda əməliyyatçılar onu saxlamışdır. Üzərimdə olan narkotik vasitəni uzun müddət keçdiyindən, necə əldə etdiyini xatırlamır, lakin deyə bilər ki, həmin narkotik vasitənin Əhmədlə əlaqəsi olmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Əhməddən narkotik vasitə almamışdır. Bərdədən gələn yük maşınının sürücüsünü qarşılamaq üçün Yevlax avtovağzalında olarkən əməliyyatçılar tərəfindən saxlanılmışdır. Yevlaxda polis şöbəsində ona təzyiqlər olunmuşdur. Ona bildirilmişdir ki, narkotik vasitələrin satışını həyata keçirir. Ona deyilmişdir ki, sənədlərə imza çək, hər şey yaxşı olacaq. Sonradan öyrənmişdir ki, Əhməd də saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Həmin vaxt ifadəsi elə tərtib olunmuşdur ki, guya o narkotik vasitəni Əhməddən əldə etmişdir. Eyni zamanda, ifadədə yazılmışdır ki, guya onu Əhməd oraya göndərmişdir. Əhməd ondan narkotik vasitənin kiməsə verilməsini xahiş etməmişdir. Saxlanılan zaman üzərindən psixotrop maddə metafetamin aşkar olunmuşdur. Bu sadəcə öz istifadəsi üçün olmuşdur. İbtidai istintaqda ona təzyiqlər olmuşdur. Təqsirləndirilən şəxs Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaqın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Şahid7 həmin ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin dekabr ayında bir neçə dəfə metafetamin qəbul edib istifadə etmiş, əvvəllər məhkum edilməmişdir. 17 yanvar 2021-ci il tarixdə evdə olarkən Əhməd özünün istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edib ona “gəl görüşək, telefon söhbəti deyil, Şamaxılı uşaqlardan zəng ediblər, Bərdədən adam gələcək, ona çatacaq var” sözlərini ona dediyini göstərmişdir. O, evdən çıxıb Yevlax şəhər 7 saylı məktəbin yanında Əhmədlə görüşmüş, nə onun özünün yanında, nə də ki, Əhmədin yanında başqa adam olmamışdır. Onlar görüşəndən sonra, Əhməd ona bildirmişdir ki, “Şamaxıdan əsgər yoldaşım var, onunla danışmışam, onun Bərdədən dostu var, gəlib metafetamin götürəcək, mən də neçə gündür yatmıram, yorğunam, yatmalıyam, mümkündürsə bu metafetamini sənə verim, səhər Bərdədən gələnlə görüşüb ona verərsən və ondan cəmi 33 manat pul alarsan”. O, Əhmədin onun özünə də həmin metafetamindən istifadə etmək üçün bir qədər verdiyini bildirmişdir. O, Əhməddən sellofan kəsiyi bükülüsündə olan həmin metafetamini götürdüyünü, cibində gizlədib evə gəldiyini, evlərində heç kimin olmadığından istifadə edərək Əhməddən aldığı “şüşə” kimi tanıdığı metafetamindən 1 ədəd balaca kristal götürüb çəkib istifadə etdiyini göstərmişdir. 17 yanvar 2021-ci il tarixdə saat 09 radələrində o, Yevlax rayonunun Avtovağzal dairəsi yaxınlığında bir neçə şəxslə görüşmüş, görüşdükdən sonra həmin şəxslərin polis əməkdaşları olduqları məlum olmuş, həmin polis əməkdaşları onun şübhəli olduğunu bildirib onlarla Şamaxı rayon Polis Şöbəsinə getməyini bildirdiklərindən o, etiraz etməmişdir. Həmin vaxtı Əhməddən aldığı metafetamin də cibində olmuşdur. Polis əməkdaşları ilə avtomobilə əyləşəndə və avtomobil ilə Şamaxı rayonuna gələnə kimi yolda bir neçə dəfə cibində gizlətdiyi psixotrop maddə olan metafetamini atmaq istəsə də buna imkan tapa bilməmişdir. Şamaxı RPŞ-nə gəldikdən sonra, əvvəlcə onun şübhəli şəxs qismində tutulduğu bildirilmiş və öz seçimi ilə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində axtarış aparılmış, axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və axtarış zamanı əynindəki gödəkçənin sol içəri cibinə qoyub gizlətdiyi bükümündə saxladığı “şüşə” kimi tanıdığı psixotrop maddə olan metafetamin aşkar edilib götürülmüşdür. Həmin psixotrop maddə olan metafetamin 01 ədəd zərfdə qablaşdırılmış, polis şöbəsinin möhürü ilə möhürlənmiş, daha sonra isə üzərində axtarış davam etdirilsə də başqa qanunsuz əşya aşkar edilməmiş, daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru yazıldığı üçün imzası ilə təsdiq edilmişdir. O, Əhmədin həmin metamfetamini onun özünün tanımadığı şəxslərə verməyini ondan istədiyini, lakin onun özünün həmin məsələ ilə əlaqədar heç bir marağının olmadığını, Əhmədin xahişini Əhməd onun qonşusudur deyə yerinə yetirdiyini, başqa heç bir məqsədinin olmadığını, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını göstərmişdir. O, həqiqətən də ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini bildirmişdir. Şahid1 onun bildiyinə görə qonşusu Təqsirləndirilən şəxs müharibə yoldaşıdır, Şahid6 də Şahid1 sinif yoldaşıdır, ola bilsin ki, Əhməd onun nömrəsi ilə onlarla bəzi vaxtlar danışıb. Tutulduğu zaman üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini qonşusu Təqsirləndirilən şəxs ona vermiş və yorğun, yuxusuz olduğunu bildirib Şamaxı rayonundan gələn şəxslərə çatdırmağını və həmin şəxslərin verəcəyi 33 (otuz üç) manat pulu Əhmədin özünə verməyini xahiş etmiş, buna görə həmin psixotrop maddə olan metamfetamini qanunsuz olaraq üzərində saxlamaqla daşımışdır. Psixotrop maddələri satmaqla bağlı Əhmədlə əvvəllcədən aralarında heç bir razılaşma və əlbirlik olmamış, heç bir mənfəəti, şəxsi məqsədi və gəlir əldə etmək niyyəti olmamış, Əhməd ona bu barədə heç bir vəd verməmiş, psixotrop maddəni tanımadığı şəxslərə çatdırmağı müqabilində Əhməd ona heç nə vəd etməmiş, özünün də heç bir maddi marağı və gözləntisi olmamışdır. O, yalnız Əhmədin xahişini yerinə yetirib psixotrop maddəni onun özünün tanımadığı şəxslərə çatdırmaqda Əhmədə köməklik etmək istədiyini, heç bir marağının olmadığını göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq Şahid7 göstərmişdir ki, ifadədə yazılanlar həqiqət deyil, o, Əhməddən narkotik vasitə almamışdır. Həmçinin, Vüsal Yevlax şəhərinə gəlib ondan narkotik vasitə almamışdır. Əhmədlə ibtidai istintaq zamanı üzləşdirilmiş və Əhməddən narkotik vasitə almadığını bildirmişdir. Üzləşmədə yazılanlar da düzgün deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 15 yanvar 2021-ci il tarixdə Şamaxı şəhəri, M.Hadi küçəsi, bina 20, mənzil 19-da yaşayan Şahid1 Şamaxı rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında 15 yanvar 2021-ci il tarixdə, saat 20:10 radələrində Şamaxı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə Şamaxı şəhəri M.Hadi küçəsində yeni inşa edilmiş binanın yaxınlığında Şahid1 yaxınlaşıb özlərini təqdim edərək üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Şahid1 onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar Şəhriyarı Şamaxı RPŞ-nə dəvət etdikdə o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Şahid1 üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki qara cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Şahid1 üzərindən aşkar edilib götürülən, içərisində psixotrop maddə olan metamfetamin baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Şahid1, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Bundan sonra Şahid1 həmin psixotrop maddə olan metamfetamini haradan əldə olunmasını müəyyən etmək məqsədilə RPŞ-nin əməkdaşları tərəfindən bir-sıra əməliyyataxtarış tədbirləri keçirilərkən Şəhriyarın həmin psixotrop maddəni Yevlax şəhər sakini Şahid7 alması müəyyən edildiyindən sonuncu əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhəri ərazisində saxlanılaraq Şamaxı RPŞ-nə avtomaşınla gətirilən zaman Aqil yol boyu bildirmişdir ki, bir neçə dəfə metafetamin qəbul edib istifadə etmişdir. Aqil həmçinin, onu da bildirmişdir ki, 16 yanvar 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhər sakini olan Əhməd adlı şəxs və başqa bir neçə şəxslə birlikdə Yevlax şəhərində “şüşə” kimi tanıdığı metafetamini çəkib istifadə etmiş, həmin tarixdə saat 23:00 radələrində Əhməddən və digər şəxslərdən aralanıb evinə getmişdir. 17 yanvar 2021-ci il tarixdə saat 04 radələrində evində olarkən Əhməd adlı şəxs özünün istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng etmiş və “gəl görüşək, telefon söhbəti deyil, Şamaxılı uşaqlardan zəng ediblər, Bərdədən adam gələcək, ona çatacaq var” sözlərini demişdir. Özü də evdən çıxıb Yevlax şəhər 7 saylı məktəbin yanında Əhmədlə görüşmüş, görüşəndən sonra Əhməd ona açıq şəkildə bildirmişdir ki, “Şamaxıdan əsgər yoldaşım var, onunla danışmışam, onun Bərdədən dostu var, gəlib metafetamin götürəcək, mən də neçə gündür yatmıram, yorğunam, yatmalıyam, mümkündürsə bu metafetamini sənə verim, səhər Bərdədən gələnlə görüşüb ona verərsən və ondan cəmi 33 manat pul alarsan”. Əhməd buna görə ona həmin metafetamindən bir qədər satıb ki, özü də istifadə edər. O, da razılaşıb Əhməddən sellofan kəsiyi bükülüsündə olan həmin metafetamini götürüb, cibində gizlədib evə gəlmiş, evdə ailə üzvlərinin olmamasından istifadə edərək Əhməddən aldığı “şüşə” kimi tanıdığı metafetamindən bir ədəd balaca kristal götürüb çəkib istifadə etdiyini bildirmişdir. Şahid7 Şamaxı RPŞ-nə gətirildikdən sonra İB-nə təhvil verilmiş, daha sonra RPŞ-nin İB-i tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən Yevlax şəhər sakini Şahid7 həmin psixotrop maddə olan metamfetamini həmyerlisi Əhməd adlı şəxsdən aldığı müəyyən edildiyindən sonuncu keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhərində saxlanılaraq Şamaxı RPŞ-nə gətirilmiş, İB-də Əhmədin üzərinə baxış keçirilən zaman onun üzərindən hər-hansısa bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilib götürülməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə Şamaxı RPŞ-nin inzibati binasında olan zaman RPŞ-nin İBnə dəvət edildiyini, sonradan bildiyi Yevlax şəhər sakini Şahid7 üzərinə baxış keçirilərkən iştirak etməyinin ona deyildiyini bildirmişdir. Həmin vaxt mobil telefonla videogörüntüyə çəkilməklə Şahid7 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olduğu bildirilmişdir. Bu məqsədlə Şahid7 üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində narkotik vasitə və psixotrop maddə olub-olmaması soruşulduqda, Şahid7 üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Bu səbəbdən də Şahid7 üzərində iştirakçıların gözləri qarşısında şəxsi axtarış aparılmış, axtarış zamanı Şahid7 əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Şahid7 üzərindən aşkar olunmuş, 01 ədəd sellofan kəsiyi bükümündə psixatrop maddə olan metafetamini Yevlax şəhər sakini olan Əhməd adlı şəxsdən aldığını bildirmişdir. Baxış zamanı aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 73 saylı möhürü ilə möhürlənmiş, bununla əlaqədar protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət və təkliflər daxil olmamış, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imza olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlən iş üzrə ibtidai istintaqı aparmış Şamaxı Rayon Polis X6 müstəntiqi, polis baş leytenantı X14 göstərmişdir ki, ibtidai istintaq zamanı heç bir qanun pozuntusuna və vəzifədən sui-istifadə hallarına yol verməmiş, iş üzrə ibtidai istintaqı yekunlaşdırmaqla işi baxılması üçün müvafiq məhkəməyə göndərmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən isə göstərmişdir ki, ibtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ilə iş üzrə Şahid1 üzləşdirmək üçün xx.xx.2022-ci il tarixdə polis şöbəsinə dəvət etmiş, lakin Şahid1 üzləşmədən imtina etdiyi üçün üzləşdirmə istintaq hərəkətini keçirmək mümkün olmamış və o, bu halı arayış tərtib etməklə rəsmiləşdirərək həmin arayışı iş materiallarına əlavə etmişdir. Məhkəmə istintaqı zamanı ona təqdim olunan xx.xx.2022-ci tarixə aid “üzləşdirmə protokolu” ilə bağlı onu deyə bilər ki, həmin protokol fotomontaj vasitəsi ilə düzəldilmişdir. Çünki o, belə bir protokol tərtib etməmişdir. Əgər belə bir protokol mövcud olmuş olsaydı, yəqin ki, həmin protokol iş materiallarına əlavə edilmiş olardı. Bir daha qeyd edir ki, həmin protokol onun tərəfindən tərtib edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, həmin tarixdə ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış və həmin işə ********* saylı nömrə verilməklə həmin nömrə altında istintaq davam etdirilmişdir (cild 01, iş vər. 01-04). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Şahid1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə, təmiz çəkisi 1,747 qram olan ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 19-20). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2021-ci il tarixli 6/205 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün № 73" möhür əksi, «X3 üzərindən…» və sair yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,747 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir (cild 01, iş vər. 21-25). Cinayət işinin materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-64/2021 nömrəli hökmündən görünür ki, Şahid1 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 02, iş vər. 174-176). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Şahid7 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə büküm aşkar olunmuş, həmin büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisindən açıq şəffaf rəngli, kristal formada, təmiz çəkisi 0,384 qram ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuş və həmin kütlə qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 66-68). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2021-ci il tarixli 6/227 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şahid7 üzərindən aşkar olunmuş maddə» yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,384 qram ağ rəngli, kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Vət. Şahid7 üzərindən aşkar edilmiş metamfetamin, X2 götürülmüş metamfetaminlə (16 yanvar 2021-ci il tarixli, 6/205 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər (cild 01, iş vər. 102-108). Cinayət işinin materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(074)-35/2022 nömrəli hökmündən görünür ki, Şahid7 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 04, iş vər. 84-87). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən çıxarılmaqla Şamaxı RPŞ-nə göndərilmiş diskə xx.xx.2021-ci il tarixdə baxış keçirilən zaman müəyən edilmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 14:29-da zəng olunaraq 113 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 14:43-də zəng olunaraq 36 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:40-da zəng olunaraq 107 saniyə və xx.xx.2021-ci il tarixdə, saat 16:06-da zəng olunaraq 4 saniyə danışıq aparılmışdır. Həmçinin diskə baxış zamanı Şahid1 istifadəsində olan mobil nömrənin həmin danışıqlar zamanı əhatə dairəsinin Şamaxı rayonu Şəhriyar qəsəbəsi, Ağsu rayonu Pirhəsənli və Padar qışlaq kəndi, Göyçay şəhəri, Şirvani küçəsi, ev 2-də və Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev 50-də ərazisində olduğu göstərilmişdir (cild 01, iş vər. 245-250). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən çıxarılmaqla Şamaxı RPŞ-nə göndərilmiş diskə 26 yanvar 2022-ci il tarixdə təkrar baxış keçirilən zaman müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid6 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 15:42-də zəng olunaraq 65 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 10:38-də zəng olunaraq 3 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 10:45-də zəng olunaraq 35 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 10:46-da zəng olunaraq 236 saniyə və xx.xx.2021-ci il tarixdə, saat 12:04-də zəng olunaraq 249 saniyə danışıq aparılmışdır. Həmçinin diskə baxış zamanı Şahid6 istifadəsində olan mobil nömrənin həmin danışıqlar zamanı əhatə dairəsinin Yevlax şəhəri, Nizami prospekti 128, Yevlax rayonu, Yuxarı Qarxun kəndi ərazisində olduğu göstərilmişdir (cild 03, iş vər. 158-160). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən çıxarılmaqla Şamaxı RPŞ-nə göndərilmiş diskə 26 yanvar 2022-ci il tarixdə təkrar baxış keçirilən zaman müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 14:29-da zəng olunaraq 113 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 14:43-də zəng olunaraq 36 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:40-da zəng olunaraq 107 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 16:06-da zəng olunaraq 4 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 16:06-da zəng olunaraq 48 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:07-də zəng olunaraq 38 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 15:55-də zəng olunaraq 149 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 16:08-də zəng olunaraq 283 saniyə və xx.xx.2021-ci il tarixdə, saat 16:17-də zəng olunaraq 169 saniyə danışıq aparılmışdır. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin həmin danışıqlar zamanı əhatə dairəsinin Yevlax şəhəri ərazisində olduğu göstərilmişdir (cild 03, iş vər. 161-163). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən çıxarılmaqla Şamaxı RPŞ-nə göndərilmiş diskə 19 fevral 2021-ci il tarixdə baxış keçirilən zaman müəyən edilmişdir ki, Şahid7 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə, saat 17:25-də zəng olunaraq 50 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 19:39-da zəng olunaraq 101 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:20-də zəng olunaraq 124 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 22:47-də zəng olunaraq 30 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 16:26-da zəng olunaraq 49 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:48-də zəng olunaraq 22 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 08:47-də zəng olunaraq 77 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 11:31-də zəng olunaraq 84 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 12:32-də zəng olunaraq 61 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 22:30-də zəng olunaraq 168 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 23:01-də zəng olunaraq 34 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 20:36-də zəng olunaraq 100 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 23:43-də zəng olunaraq 153 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 01:47-də zəng olunaraq 255 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 02:09-da zəng olunaraq 199 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 03:12-də zəng olunaraq 50 saniyə, xx.xx.2021-ci il tarixdə, saat 03:15-də zəng olunaraq 21 saniyə və xx.xx.2021-ci il tarixdə, saat 05:55-də zəng olunaraq 15 saniyə danışıq aparılmışdır. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin həmin danışıqlar zamanı əhatə dairəsinin Yevlax şəhəri ərazisində və Şahid7 istifadəsində olan mobil nömrənin həmin danışıqlar zamanı əhatə dairəsinin Yevlax şəhəri ərazisində olduğu göstərilmişdir (cild 02, iş vər. 01-04). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və sonuncu bir daha ilkin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 02, iş vər. 183-189). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, həmin tarixdə Şahid6 ifadəsi yerində yoxlanılmış və sonuncu ifadənin yerində yoxlanıması zamanı 06 yanvar 2021-ci il tarixdə və 15 yanvar 2021-ci il tarixdə psixotrop maddəni Yevlax şəhər sakini Təqsirləndirilən şəxs aldığını bir daha təsdiq etmişdir (cild 03, iş vər. 138-142). Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki. Şahid7 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs ilə üzləşdirilməsi zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib üstündən aşkar olunmuş psixotrop maddə olan metamfetamini qarşısında oturmuş Təqsirləndirilən şəxs aldığını göstərmişdir (cild 01, iş vər. 112-115). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 351 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 228- 229). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın xx.xx.2021-ci il tarixli, 269 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır, hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Aparılmış ekesperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması, ümumilikdə adaptiv və ünsiyyətçi olmaqla, emosional-irad sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmur (cild 02, iş vər. 15-17). Cinayət işinin materiallarına əlavə edilmiş Şamaxı rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman və polis şöbəsində olarkən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-insani rəftara, təsirə və təzyiqə məruz qalması barədə qeyd etdiyi xüsusatlar prokurorluqda araşdırılmış və göstərilənlər öz təsdiqini tapmadığından, həmin xüsusatla bağlı cinayət işinin başlanması rədd edilmişdir (cild 03, iş vər. 103-106). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarxdə Şamaxı Rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Şahid1 saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə, təmiz çəkisi 1,747 qram olan ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra xx.xx.2021-ci il tarixdə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şahid7 saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə büküm aşkar olunmuş, həmin büküm açılaraq içərisinə baxıldıqda bükümün içərisindən açıq şəffaf rəngli, kristal formada, təmiz çəkisi 0,384 qram ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuş və həmni kütlə qablaşdırılmaqla götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən olunmuşdur ki, saxlanılan şəxslərdən aşkar olunan həmin kütlələr Yevlax rayon sakini Təqsirləndirilən şəxs tərəfindən həmin şəxslərə satılmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunda saxlanılaraq Şamaxı Rayon Polis Şöbəsinə gətirilib təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2021-ci il tarixdə Şahid1 üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərkən psixotrop maddə aşkar edilməsi zamanı, həmçinin xx.xx.2021-ci il tarixdə Şahid7 üzərinə müdafiəçinin də iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərkən psixotrop maddə aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, artıq hər iki şəxs barəsində qanuni qüvvəsini alan məhkəmə hökmləri mövcuddur ki, bu hal onu təsdiq edir ki, şəxslərdən müvafiq maddələr aşkar olunarkən prosessual pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Şahid6, Şahid1 və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri, digər şahidlərin ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanması, üzləşdirmə istintaq hərəkətinin protokolları, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona həmin əmələ görə qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır və hesab edir ki, şəxs bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. Belə ki, şəxs özü və Şahid7 ibtidai araşdırma dövründə işgəncəyə məruz qaldığını və məcbur qalıb etirafedici ifadələr verdiklərini bildirmişdir ki, həmin xüsusat Şamaxı rayon prokurorluğunda araşdırılmış və xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla həmin xüsusatlar öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar müdafiə tərəfinə təqdim olunmuş və hazırda qüvvədir, müdafiə tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən iş üzrə mövcud olan sübutlar (təqsirləndirilən şəxsin özünün və iş üzrə Şahid7 ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin protokolları, üzləşdirmə və s. istintaq hərəkətinin protokolları, şahid ifadələri) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərini təkzib edir. Odur ki, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadə kimi qəbul edir və ona elan olunan ittihamın əsasına məhz cinayət işinin materillarında mövcud olmaqla digər sübutlarla üst-üstə düşən və obyektiv həqiqəti əks etdirən (xüsusən də psixotrop maddənin əldə edilməsi, Şahid1 və Şahid7la görüşülməsi, psixotrop maddə metamfetaminin həmin şəxslərə təqdim edilməsi ilə bağlı hissələrdə) şəxsin ibtidai istintaqın ilkin mərhələsində müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsini qoyur. İş üzrə şahidlər Şahid6, Şahid1 və Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələrə də tənqidi yanaşaraq qeyd edir ki, sözügedən şəxslərin təqsirləndirilən şəxslə olan yaxın münasibəti (bir-biri ilə müharibə yoldaşı, qonşu və s. olması) həmin şahidlərin məhkəmə istintaqı zamanı onların ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə həmin şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə razılamır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri qoyur. Bundan əlavə, müdafiə tərəfi Təqsirləndirilən şəxs hərbi biletinin surətini məhkəməyə təqdim edərək sonuncunun xx.xx.2020-ci il tarixdə ordu sıralarından tərxis olunduğunu bildirməklə, iş üzrə ibtidai istintaq orqanının güya Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tərxis olunması ilə bağlı gəldiyi qənaətin yanlış, dolayısı ilə ona elan olunan ittihamda güya onun xx.xx.2020-ci il tarixdə Elsevər adlı şəxsdən narkotik vasitə alması ilə bağlı əks etdirilən xüsusatın səhv olduğunu əsas gətirərək, təqsirləndirilən şəxs barəsində həmçinin bu əsasla da bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, buna münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, əvvəla ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində irəli sürdüyü ittihamda konkret olaraq xx.xx.2020-ci il tarixinə istinad etməmiş, ittiham aktında 2020-ci ilin dekabr ayında sözügedən hadisələrin baş verdiyini əks etdirmişdir. Digər tərəfdən, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 232 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ordu sıralarından məhz xx.xx.2020-ci il tarixdə tərxis olunmuşdur (cild 01, iş vər. 200). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı hissəsinə isə tənqidi yanaşaraq qeyd edir ki, əldə olunan psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin real satışın həyata keçirilməsinə dair sübutların mövcudluğu onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamış, sonra isə satmışdır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, xasiyyətnamədən, doğum haqqında, nikah haqqında şəhadətnamələrin surətindən və şəxsiyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə (arvadı və 2019, 2020-ci il təvəllüdlü iki azyaşlı uşağı ilə) birlikdə Yevlax şəhəri, Ə.Şıxlinski küçəsi 114 saylı evdə yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, Vətən Müharibəsinin iştirakçısı olmuşdur (cild 01, iş vərəqi 191-198). İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə yanaşı, “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 163). Qeyd olunalara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, Vətən Müharibəsinin iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, şəxsin əməlində CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, habelə əməlində cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 86-87). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 157-158). Cinayət işinin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmiş və o, məhkəmə iclas zalından azadlığa buraxılmışdır (cild 03, iş vər. 176-180). Cinayət işinin materiallarında olan qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 03, iş vər. 148-149). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ittiham elan edilməsi üçün tutulmuşdur (cild 04, iş vər. 112-113). Cinayət işinin materiallarında olan qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və X9 azadlığa buraxılmışdır (cild 04, iş vər. 133). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət cəzasına hesablanmaqla çıxılmalı, cəzaçəkməsinin əvvəli isə hökm çıxarıldığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut olan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ayrı-ayrılıqda 1,697 qram psixotrop maddə metamfetamin və 0,334 qram psixotrop maddə metamfetaminin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(074)-64/2021 saylı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-35/2022 saylı hökmləri ilə məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə 223 AZN (iki yüz iyirmi üç manat) ekspertiza xərcinin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-64/2021 saylı hökmü ilə Şahid1 109 AZN (bir yüz doqquz manat) olmaqla və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)- 35/2022 saylı hökmü ilə Şahid7 114 (bir yüz on dörd manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli olması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət cəzasına hesablanmaqla çıxılsın və üzərində 04 (dörd) il 02 (iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 yerləşdirilməsi üçün X5 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ayrı-ayrılıqda 1,697 qram psixotrop maddə metamfetamin və 0,334 qram psixotrop maddə metamfetaminin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(074)-64/2021 saylı və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-35/2022 saylı hökmləri ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə 223 AZN (iki yüz iyirmi üç manat) ekspertiza xərcinin Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(074)-64/2021 saylı hökmü ilə Şahid1 109 AZN (bir yüz doqquz manat) olmaqla və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(074)-35/2022 saylı hökmü ilə Şahid7 114 (bir yüz on dörd manat) olmaqla tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməli olması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rafail Əliyev Hakimlər: Nahid Mirzəyev Bilal Məmmədov
Məhkəmə qərarları › İş №1(091)-17/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-17/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver