Məhkəmə qərarları › İş №1(091)-17/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-17/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-17/2024 10.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əfəndizadə Tural Qurbanəli oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X10, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 37-də qeydiyyatda olmaqla Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 37 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd sellofan torbada olan 08 (səkkiz) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda 242,741 qram, 259,887 qram, 246,591 qram, 271,357 qram, 275,746 qram, 247,908 qram, 271,363 qram, 260,187 qram və bir ədəd sellofan bükümdə 6,641 qram olmaqla ümumi təmiz çəkisi 2082,421 qram külli miqdarda narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib həmin heroinlərdən bir ədəd sellofan torbada olan 08 (səkkiz) ədəd sellofan bağlamalarda 242,741 qram, 259,887 qram, 246,591 qram, 271,357 qram, 275,746 qram, 247,908 qram, 271,363 qram, 260,187 qram külli miqdarda olan hissələrini ünvan 1 ünvanında yaşadığı evin həyətində ev quşlarının saxlanıldığı taxtadan düzəldilmiş tikilinin içərisində və bir ədəd sellofan bükümdə olan 6,641 qram külli miqdarda olan hissəsini isə üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 22:40-da Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yaşadığı evin qarşısında saxlanılmış, onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin həyətinə həmin gün saat 22:45-dən 23:13-dək olan müddət ərzində video çəkilişlə keçirilmiş baxış nəticəsində evin həyətində ev quşlarının saxlanıldığı taxtadan düzəldilmiş tikilinin içərisindən Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 08 (səkkiz) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda 242,741 qram, 259,887 qram, 246,591 qram, 271,357 qram, 275,746 qram, 247,908 qram, 271,363 qram, 260,187 qram olmaqla ümumi təmiz çəkisi 2075,780 qram külli miqdarda narkotik vasitə heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüş, xx.xx.2023-cü ildə saat 01:10-dan 01:23-ə qədər olan müddətdə Yevlax rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədilə əldə edib saxladığı külli miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,641 qram narkotik vasitə heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə günorta saat 02 radələrində polis əməkdaşları evinə daxil olaraq onu polis şöbəsinə aparmışlar. Belə ki, həmin vaxt ailəsi evdə olmuşdur. Evinin dörd bir tərəfi kameradır. Polis əməkdaşlarının dedikləri bütün yerləri kamera çəkmişdir. Qonşu ev də anasının evidir. Həmin evin kamerası bütün küçəni çəkmişdir. Polis əməkdaşları onu Gəncə şəhərinə aparıb polis şöbəsində döymüşlər. Həmin vaxt onlara demişdir ki, əlində kamera görüntüləri vardır. Elə bundan sonra polis əməkdaşları anasıgilin evinə daxil olub kameraları götürmüşlər. Bir ay sonra müstəntiq anasına zəng edib demişdir ki, gəlin kamera aparatlarını götürün. Onun əlində kamera görüntüləri vardır. Vaxtı gələndə həmin kamera görüntülərini ortaya çıxaracaqdır. Polis şöbəsində ona işgəncə vermişlər. Onu da qeyd etmişdir ki, özü narkotik vasitə istifadə edirmiş. Belə ki, saxlanılan vaxt şiprisdə özünə məxsus narkotik vasitə olmuşdur. Polis əməkdaşları onu da götürmüşdürlər. Polis şöbəsində ona təzyiq göstərmişdirlər və demişdirlər ki, narkotik vasitəni boynuna almasa boynuna silah qoyacaqlar. İki kiloqram narkotik vasitə ona aid deyildir. Polis əməkdaşları ona hədə-qorxu gəlmişlər. Belə ki, polis əməkdaşları ona demişlər ki, boynuna almasa ailə üzvlərini gətirəcəklər. Həyətinə baxış zamanı nə hal şahidi olmuş, nə də ki, həmin vaxt vəkili yanında olmuşdur. Hətta polis əməkdaşları həyətinə narkotik vasitə qoyduqdan sonra videoçəkiliş başlamışdır. Ancaq o, polis əməkdaşlarının həyətinin hansı hissəsinə narkotik vasitəni qoyduğunu bilməmişdir. Videoçəkilişdən görünür ki, o, baxış zamanı narkotik vasitənin yerini tapmaqda çətinlik çəkmişdir. Baxış sonrası onu maşına əyləşdirib Yevlax Rayon Polis Şöbəsinə aparmışdırlar. Həmin vaxt maşında demişdir ki, iki kiloqram malı onun boynuna niyə qoyurlar? Elə bu vaxt polis əməkdaşlarından biri ona demişdir ki, həmin videoçəkilişin onunla əlaqəsi yoxdur. Güya həmin çəkilişi Gəncə şəhərində rəisə göstərəcəklər. Bundan sonra Yevlax Rayon Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilmişdir. Şalvarının sağ yan cibindən narkotik vasitə çıxarmışdırlar. Həmin narkotik vasitəni boynuna almışdır. Çünki həmin vaxt iki kiloqram narkotik vasitəni onun boynuna qoyacaqlarını bilməmişdir. Sonradan bilmişdir ki, boynuna iki kiloqram narkotik vasitə qoymuşlar. Polis əməkdaşları onu saxladıqdan sonra Gəncə şəhəri istiqamətində aparıblar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən Təqsirləndirilən şəxs göstərmişdir ki, polis əməkdaşları ilə ədavəti olmamışdır. Ancaq saxlanılmamışdan iki ay əvvəl polis əməkdaşları ilə əlbir işləyən bir şəxsin əlindən 100 qram narkotik vasitəni almışdır. Elə bundan sonra polis əməkdaşları onu saxlamışdırlar. Həmin şəxs polis əməkdaşları ilə əlbir olduğunu ona deməmişdir, lakin o, bilmişdir. Düşünmüşdür ki, həmin şəxsin əlindən narkotik vasitəni aldığı üçün onu yükləmişlər. Ona qarşı olunan qanunsuzluqla bağlı heç yerə şikayət etməmişdir. Polis əməkdaşları onu evdə saxlamışlar. Belə ki, həmin vaxt evin həyətində usta və qonşusu olmuş və polis əməkdaşlarının onu apardıqlarını qonşu və usta görmüşdür. Polis əməkdaşları onu saxladıqdan sonra birbaşa Gəncə şəhərinə aparmışdırlar. Polis şöbəsində işgəncəyə məruz qalmışdır. Ona olunan təzyiqlə bağlı heç yerə şikayət etməmişdir. Yaza və oxuya bilmir. Buna görə də, heç yerə şikayət edə bilməmişdir. Əlavə olaraq telefonla danışmaq üçün ona şərait yaratmamışlar. Polis əməkdaşları evinə daxil olan vaxt ondan icazə almamışlar. Səhv etmirsə, evinə beş nəfər polis əməkdaşı daxil olmuşdur. Həyətə motosiklet daxil olmuşdur. Belə ki, həmin vaxt evində təmir işləri gedirmiş. Elə həmin vaxt polis əməkdaşları icazə almadan həyətə daxil olmuşlar. Ancaq həmin gün evinə baxış keçirməmişlər. Onu birbaşa Gəncə şəhərinə aparmışdırlar. Həmin gün polis əməkdaşları evində olan kamera aparatlarını və ona məxsus iki telefonu götürmüşdürlər. Polis əməkdaşları həyətə iki dəfə daxil olmuşlar. Birinci dəfə gəlib onu aparmışlar. Daha sonra ikinci dəfə həyətə gəlib baxış keçirmişlər. Belə ki, polis əməkdaşları əvvəlcədən narkotik vasitəni onun həyətinə qoymuşlar. Sonradan ona izah etmişlər ki, narkotik həyətində olan taxtanın arxasındadır. Polis əməkdaşları onu ailəsilə qorxutduqları üçün etiraz edə bilməmişdir. Polis əməkdaşları qulağına və ayağının altına vurmuşlar. Gəncə istintaq Təcridxanasına daxil olan vaxt xəsarətlərini yazıb götürmüşlər. Xəsarətlər başında, qulağında və ayağının altında olmuşdur. Onu Gəncə şəhərinə aparan vaxt telefonu polis əməkdaşlarında olmuşdur. Həmin vaxt telefona zəng gəlib gəlmədiyini bilməmişdir. İstifadəsində olan nömrəni qonşunun adına almışdır. Hazırda telefon nömrəsini xatırlamır. Polis əməkdaşları onu saxlayan vaxt evinin həyət qapısının açarı cibində olub. Polis əməkdaşları evinin həyət qapısının açarını cibindən götürmüşdür. Evin açarı yoldaşında və onda vardır. Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü il tarixdə saat 13 radələrində evinə inşaat materialları gəlmişdir. Həmin vaxt evin həyət qapısı açıq vəziyyətdə olmuşdur. Belə ki, inşaat materiallarını gətirən motosiklet evinin həyətinə daxil olmuşdur. Elə bu anda bir də görmüşdür ki, ətrafında 2-3 nəfər polis əməkdaşı vardır. Polis əməkdaşlarından biri ona yaxınlaşmış və bildirmişdir ki, onu rəis çağırır. O da ona bildirmişdir ki, problem deyil, rəis çağırırsa gedər. Həmin vaxt anası da həyətdə olmuş və hər şeyi görmüşdür. Bundan sonra, polis əməkdaşları evdə olan kameraları sökmüşdürlər və bildirmişdirlər ki, güya kamera onlara lazımdır. Daha sonra polis əməkdaşları onu markasını xatırlamadığı ağ maşına əyləşdirmişdirlər və Gəncə şəhərinə aparmışdırlar. Bundan sonra, bir gün ərzində ona polis şöbəsində təzyiq göstərmişdirlər, işgəncələr vermişdirlər. Polis əməkdaşları onu döydükləri zaman onlara demişdir ki, onu döysələr də boynuna almayacaqdır. Onu bir gün Gəncə şəhərində saxladıqdan sonra təkrar Yevlax şəhərinə gətirmişdirlər. Daha sonra polis əməkdaşları onu yaşadığı evə gedərək həyətdə olan quş damına narkotik vasitə yerləşdirmişdirlər. Bundan sonra, onu yaşadığı evə gətirmişdirlər. Videoçəkilişdən əvvəl polis əməkdaşları ona bildirmişdirlər ki, narkotik vasitə həyətindəki quş damındadır. Bundan sonra, evə daxil olmuş və görmüşdür ki, ailə üzvləri evdə yoxdur. Güya ki, o, evdə tək yaşayırmış. Əgər aşkar olunan narkotik vasitədə əl izləri varsa o, özünü təqsirli bilər. Lakin aşkar olunan narkotik vasitə ona aid deyildir. O, özünü sadəcə evində şprisdə olan narkotik vasitə ilə təqsirli bilir. Başqa aşkar olunan narkotik vasitənin onunla əlaqəsi yoxdur. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Ona da təzyiq etdikləri üçün boynuna almışdır. Evinə baxış keçirdikdən sonra onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişdirlər və üzərinə baxış keçirmişdirlər. Həmin vaxt üzərindən narkotik vasitə aşkarlanmışdır. Ancaq üzərindən aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsi ilə ibtidai araşdırma dövründə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, evlidir, onun üç övladı vardır, işsizdir. O, əvvələr məhkum olunmuşdur. O, özü uzun illərdir ki, narkotik istifadəçisidir və narkomaniyadan əziyyət çəkir. Yaşadığı evdən və üzərindən aşkar olunan narkotik vasitə olan heroini özünün şəxsi istifadəsi məqsədilə İran İslam Respublikasının vətəndaşı “Maqsud” adlı şəxsdən təxminən bir ay əvvəl yəni 2023-cü ilin əvvələrində Bakı şəhəri ərazisində sonuncunun qoyduğu yerdən götürüb əldə etmişdir. Həmin narkotik vasitələri yaşadığı evə gətirib saxlamışdır. O, aşkar olunmuş narkotik vasitəni özü üçün az-az istifadə edəcəyini düşünmüşdür. 03 fevral 2023-cü il tarixdə saat 22:40 radələrində o, yaşadığı fərdi yaşayış evinin həyətində olmuşdur. Bu vaxt onu kiminsə küçədən bayıra çağırdığını eşitmiş və küçəyə çıxan zaman bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduğunu təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək yaşadığı ünvana baxış keçirilməsi zərurətinin olduğunu söyləmiş, o, həmin şəxslərə etiraz etməyərək bu barədə ərizə ilə müraciət etmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı ünvana videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı ondan yaşadığı ünvanda narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməsini xahiş etmişlər. Bu təklifdən sonra o, təxminən 2 (iki) kiloqram narkotik vasitəni yaşadığı evin həyətindəki quş damında saxladığını bildirmişdir. Bundan sonra o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmiş, sonra həmin şəxsləri baxış keçirmək üçün yaşadığı evin həyətindəki quş damına dəvət etmişdir. O, həmin şəxslərlə birlikdə həmin dama gedib taxta dolabın arxasında gizlədərək saxladığı bir ədəd sellofan torbada olan narkotik vasitə heroini götürüb təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən torbanın içərisindəki digər bir ədəd sellofan torbada olan səkkiz ədəd sellofan bağlamalarda qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 (iki) kiloqram 125 qram olmuşdur. Həmin torbanın ağzı qatlanıb bağlanmış, bir ədəd kağız zərfə qoyularaq bağlanmış, zərfin üzəri möhürlənərək zərf ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Bundan sonra baxış qurtarmış, onlar Yevlax RPŞ-nə gəlmişlər. Yevlax Rayon Polis Şöbəsində ona təqdim olunmuş vəkillərin siyahısından onun seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, üzərində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroini cibindən çıxarıb özü təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 7,05 qram olduğu müəyyən olunmuşdur. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış və götürülmüşdür. Sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. O, aşkar olunmuş narkotik vasitəni özü üçün az-az istifadə edəcəyini düşünmüşdür. O, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə onun elə bir məqsədi olmamışdır. O, özü istifadəçidir ona görədə özü üçün əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Xəqani oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə 03 fevral 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, o, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun şəxsiyyətini müəyyən etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O, həmin günü saat 23:40 radələrində əməliyyat-axtarış qrupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 34 ünvanına getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı evdə olması barədə onun məlumatı olmuşdur. Onlar Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 34 ünvanına çatdıqda, çöldən uca səslə Təqsirləndirilən şəxs səsləmişlər, bundan sonra Təqsirləndirilən şəxs onu çağırdıqlarını eşidərək darvazanı açıb küçəyə çıxmış, bu zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə BNMİ-nin QBRŞ-nə məlumat daxil olduğunu, saxlanılıb üzərinə axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, yaşadığı fərdi yaşayış evinə baxış keçirilməli olduğunu izah edilmiş və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsinə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin küçə qapısının, yəni metal darvazanın qarşısından başlanılmışdır. Baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da yaşadığı evin həyətində olan quş damında narkotik vasitə heroin saxladığını etiraf edərək həmin narkotik vasitəni təqdim etməsi üçün baxış keçirməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmiş və sorğu zamanı evdə hazırda tək olduğunu, yaşadığı evdə pul, qızıl-zinət və digər qiymətli əşyaların olmadığını, sağ gözünün üstündə qartmaqla örtülmüş yaranı, xəsarəti təxminən bir həftə əvvəl yaşadığı evdə təmir işləri görərkən yıxılıb aldığını, buna görə heç bir tibb müəssisəsinə müraciət etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin giriş qapısından düz istiqamətdə keçib həyətdə olan birmərtəbəli tikiliyə, quş damına daxil olmuşdur. Həmin damın metal setkadan olan qapısından daxil olub qarşıdakı divarın yanında olan köhnə, sınıq taxta dolabın içərisindən bir ədəd sellofan torbanı götürüb təqdim edərək həmin torbadakı kütlələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin torba təhqiqatçı tərəfindən götürülmüş və həmin tikilinin arxa otağına baxış keçirilsə də digər qanunsuz əşya aşkar olunmamışdır. Təhqiqatçı həmin torbanı gətirib evin qarşısında olan stolun üzərinə qoymuş və həmin torbaya baxış keçirilmişdir. Baxış zamanı üzərində Zəfəran hospital yazısı olan bir ədəd sellofan torbanın içərisindəki digər bir ədəd sarı rəngli sellofan torbanın içərisində bir neçə sellofan bağlamaların olduğu aşkar olunmuşdur. Həmin bağlamalar torbadan çıxarılıb sayılaraq stolun üzərinə düzülüb baxış keçirilərkən səkkiz ədəd şəffaf rəngli sellofan bağlamaların hər birinin içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlələr olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və necə əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunan səkkiz ədəd sellofan bağlamalardakı kütlələrin narkotik vasitə kakos, yəni heroin olduğunu, həmin narkotik vasitə heroini həmin vəziyyətdə özünün istifadəsi məqsədilə sosial şəbəkələr vasitəsilə təxminən 1-2 ay əvvəl tanış olduğu İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxsin təxminən bir ay əvvəl atdırdığı Bakı şəhəri ərazisində, tanımadığı yerdən göndərilmiş konum, yəni ünvan vasitəsilə tapıb götürərək əldə etdiyini və yaşadığı evə gətirib özünün istifadəsi üçün saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmin səkkiz ədəd sellofan bağlamalara baxış keçirildikdən sonra yenidən ucadan sayılaraq olduğu, bir-birinin içərisində olan iki ədəd sellofan torbaya yığılmışdır. Həmin torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2 (iki) kiloqram 125 (yüz iyirmi beş) qram olduğu müəyyən olunmuşdur. Həmin torba bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı bağlanmış və möhürlənərək zərf ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Davam etdirilən baxış zamanı başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə keçirilmiş baxış və götürmə başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. O, Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Yevlax RPŞ-nin inzibati binasının xidməti iş otağının birində onun, Şahid2, Şahid3 və vəkil Fərhad Məmmədovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü, əynindəki tünd göy rəngli gödəkcənin sol yan cibindən bir ədəd KGTEL və bir ədəd ODDO markalı mobil telefonları təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd bir manatlıq pul əskinası aşkar edilmiş, daha sonra sonuncunun üzəri yoxlanılmış, lakin üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümün içərisinə baxdıqda, bükümün içərisindəki kütlənin qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki kütlənin içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və necə əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, yaşadığı evdən aşkar olunan narkotik vasitədən özünün istifadəsi məqsədilə götürüb üzərində saxladığını, həmin üzərindən və yaşadığı evdən aşkar olunan narkotik vasitə heroini özünün istifadəsi məqsədilə onlayn formada 1000(min) manat məbləğində pul ödədiyi İran İslam Respublikası vətəndaşı “Maqsud” adlı şəxsin təxminən bir ay əvvəl Bakı şəhəri ərazisində, tanımadığı yerdən göndərilmiş konum əsasında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükülünün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə bükülü olduğu bükümlə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və bükümlə birlikdə ümumi çəkisinin 7,05 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd sellofana bükülmüş bükümü bir ədəd ağ rəngli kağız zərfə qoyaraq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş mobil telefonlar gələcəkdə iş üçün əhəmiyət kəsb edə biləcəyindən götürülmüş, aşkar edilmiş pul əskinası isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla qonşudur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılma anını görmüşdür. Belə ki, həmin vaxt o, küçədə dayanmışdır. Təqsirləndirilən şəxs evinə inşaat materialları gəlmişdir. Elə bu vaxt usta ona yaxınlaşmış və demişdir ki, oboy bıçağı yadından çıxmışdır. Usta ondan oboy bıçağı istəmişdir. O, özü də usta işləyir. Ustaya demişdir ki, evdən oboy bıçağını götürüb gəlir. Bıçağı evdən götüb küçəyə çıxmış və görmüşdür ki, küçədə heç kim yoxdur. Bundan sonra Mehmanın həyətinə daxil olmuşdur. Həmin vaxt Mehman həyətdə olmuşdur. Ustaya bıçağı verdikdən sonra, polis əməkdaşlarından biri ona yaxınlaşmış və kim olduğunu soruşmuşdur. O da Mehmanın qonşusu olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı ona gedə biləcəyini bildirmişdir. O da həyətdən çıxıb getmişdir. O, həyətə daxil olan vaxt motosiklet artıq getmişdir. O, həyətə daxil olan vaxt polis əməkdaşları həyətdə hamam tərəfdə olmuşlar. O həyətə daxil olan vaxt polis əməkdaşları çəkiliş aparmamışlar. Polis əməkdaşları səhv etmirsə, hin tərəfdə olmuşlar. Polis əməkdaşlarının həyətdə hinə baxdıqlarını görməmişdir. Mehmangildə və onun anasıgildə kamera vardır. Polis əməkdaşlarının kameraları söküb apardıqlarını görməmişdir. Mehmangildə polis əməkdaşlarını günorta saat 12 radələrində görmüşdür. Ayın tarixini isə hazırda xatırlamır. Ondan oboy bıçağını usta istəmişdir. Polis əməkdaşları mülki formada olmuşlar. Mehmangilin həyətinə bıçaq vermək niyyəti ilə daxil olmuş və həmin vaxt polis əməkdaşlarını görmüşdür. Mehmanın həyətində usta işləyirmiş. Usta ondan oboy bıçağı istəmiş və o da oboy bıçağını evdən götürüb Mehmangilə aparmışdır. Usta ona demişdir ki, yadından çıxıb oboy bıçağını götürməmişdir. Usta bilirdi ki, o da usta işləyir. Bir birlərini tanımışlar. Ona görə də, usta ondan oboy bıçağı istəmişdir. Mehmangilin həyətinə daxil olan vaxt mülki formada polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşlarının dəqiq sayını hazırda xatırlamır. Mehman həmin vaxtı həyətdə olmuşdur. O, həyətdən çıxıb getmişdir. Biraz vaxt sonra görmüşdür ki, Mehmanı maşına əyləşdirib apardılar. Polis əməkdaşlarını Mehmangilin həyətində bir dəfə görmüşdür. Başqa gün görməmişdir. O, bıçağı ustaya verib qayıdan vaxt bir nəfər əməkdaş ondan soruşmuşdur ki, siz kimsiz? O da cavab vermişdir ki, qonşudur. Bundan sonra o, çıxıb getmişdir. Bir müddət sonra usta Anar onun arxasıyca gəlmiş və ona demişdir ki, həyətdə olan şəxslər polis əməkdaşlardır. O, polis əməkdaşlarını günorta saat 12 radələrində görmüşdür. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, hadisə günü usta Anar əmi ilə atası evdə işləmişdirlər. Həmin vaxtı daş hörürmüşlər. O da evdə Yusiflə oynayırmış. Bu vaxt evə motosiklet gəlmişdir. Atası evin həyət qapılarını açmış və motosiklet evə daxil olmuşdur. Atası Yusifi çağırmışdır ki, gəl bax həyətə motosiklet gəlib. O da pəncərədən motosikletə baxmışdır. Bir iki dəqiqə sonra həyətə polis əməkdaşları daxil olmuşdurlar. Səhv etmirsə, 5-6 nəfər olmuşdurlar. O, elə bilmişdir ki, gələn şəxslər atasının dostlarıdır. Sonra anası gəlmiş və demişdir ki, bunlar niyə gəliblər? Daha sonra həyətə daxil olan şəxslər həyətin hər yerinə baxmışdırlar. Bundan sonra əməkdaşlar yuxarı evə baxmışdırlar. Daha sonra “Taleh” adlı şəxs kameranı sökmək istəmişdir. Ancaq sökə bilmədiyi üçün ondan kömək istəmişdir. O da soruşmuşdur ki, kameranı niyə götürürsüz? O, da demişdir ki, narahat olma kameraya baxıb sonra geri qaytaracalarmış. O da elə bilmişdir ki, gəlib-gedən adamlara baxacaqlar. Bu məqsədlə kameranı söküb əməkdaşa vermişdir. Daha sonra həmin kameranı atası tutulduqdan birneçə ay sonra geri qaytarmışdırlar. Görmüşdür ki, atasını qolundan tutub maşına apardılar. Yusifdə ağlamağa başlamışdır. Həmin vaxt atası gülə-gülə demişdir ki, onda heç nə yoxdu onu niyə aparırlar? Onlarda demişdir ki, görərsən niyə aparırıq. Sonra atasının başından tutub maşına doğru aparmışdırlar. Həmin vaxt nənəsi qışqırmağa başlamış və demişdir ki, oğlunu niyə aparırlar? Anası da demişdir ki, gözləyək yəqin ki, geri gətirərlər. Daha sonra evi yığışdırmışlar. Axşam üstü polis əməkdaşları gəlmiş və polis əməkdaşları demişlər ki, evdən çıxın evdə çəkiliş edəcəklər. Sonra onlar demişlər ki, heç olmasa qonşu Rövşən əminin qapısının yanında dayasınlar. Ancaq polis əməkdaşları onları orda oturmağa qoymamışlar. Onlar da nənəsigildə oturmuşlar. Sonra dözə bilməmiş və evdən çıxıb Rövşən əminin qapısının yanında əyləşmişdir. Uzun boylu keçəl bir əmi yaxınlaşıb onu qovalamışdır ki, burada oturmasın, onlar çəkiliş edəcəklər. Sonra polis əməkdaşları onlara demişdirlər ki, narahat olmasınlar, onlar özləri gətirib evin açarını onlara verəcəklər. Sonra polis əməkdaşı nənəsigilə gəlmiş və evlərinin açarlarını vermişdir. Daha sonra onlar evə girmişdirlər. Polis əməkdaşları onların həyətə iki dəfə gəlmişlər. Birinci dəfə günorta saat 12-1 radələrində gəlmişlər. Səhv etmirsə, onlardan açar alan əməkdaşın adı Seymur olmuşdur. Polis əməkdaşı çəkilişdən sonra açarı qaytaracağını bildirmişlər. Kameranı aparan polis əməkdaşının adı Taleh olmuşdur. Orada Taleh və Seymur adını çəkmişdirlər. O da onların adını yadında saxlamışdır. Polis əməkdaşları atasını günorta radələrində həyətdən aparmışdırlar. Həmin günü axşam saat 7-8 radələrində polis əməkdaşları təkrar onların evə gəlmiş və demişdirlər ki, evdə çəkiliş aparılacaqdır. Polis əməkdaşları eyni gündə onların həyətə iki dəfə gəlmişdirlər. Polis əməkdaşları birinci dəfə onlara günorta saat 12 radələrində gəlmişdirlər. Polis əməkdaşları onların həyətə 2 ya da 3 fevral tarixində gəlmişdirlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 Azad oğlunun ifadəsində göstərmişdir ki, ötən il sentyabr ayında işlədiyi orqandan təqaüdə çıxmışdır. İşlədiyi müddət ərzində narkotiklə bağlı bir çox fəaliyyəti olduğu üçün bölgədə hər kəs onu tanımışdır. Əsasda narkotiklə məşğul olan şəxslər onu tanımışdır. Yevlax şəhərində bir çox tədbirdə iştirak etmişdir. Ola bilsin ki, bu işlə bağlı tədbirdə də iştirak etmiş, lakin hazırda dəqiq xatırlamır. Demək olar ki, hər gün əməliyyat tədbirində iştirak etmişdir. Ona görə də, bu işlə bağlı tədbirdə iştirak edib-etmədiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin danışdıqları yalan və böhtandır. Yəni o, şəxsin gətirilməsini saxlanılmasını xatırlamır. Təqsirləndirilən şəxsin həyətində olmamışdır. Bəlkə də, tədbir zamanı gələ bilər, lakin hazırda dəqiq xatırlamır. Ayda 5-6 tədbirdə iştirak etmiş, lakin bu işlə bağlı tədbirdə iştirak etdiyini xatırlamır. Təqsirləndirilən şəxsi Gəncə şəhərinə o aparmamışdır. Elə bir hal olmamışdır. Təqsirləndirilən şəxsla bağlı tədbirdə iştirak edib-etmədiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxsla bağlı tədbirdə iştirak etməmişdir. Təqsirləndirilən şəxsin evindən kameranı söküb aparmamışdır. Belə bir hal olmamışdır. Təqsirləndirilən şəxsə işgəncə verilməsinin şahidi olmamışdır. Səhv etmirsə, polis şöbəsində olan vaxt şəxsin gözündə xəsarət olmuşdur. Şəxs həmin xəsarəti narkotik vasitə verməyə gedən vaxt başqa şəxs tərəfindən aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxsi polis şöbəsində görmüşdür. Onu Gəncə şəhərində polis şöbəsində görmüşdür. Şəxsin evinə daxil olub kameraları söküb aparmamışdır. Şəxsə polis şöbəsində işgəncə verilməmişdir. Şəxs polis şöbəsində olan vaxt şəxsən ona dərman verməmiş və tibbi müdaxilə etməmişdir. Əgər şəxsin tibbi yardıma ehtiyacı olarsa, tibbi yardımın əməkdaşlarına zəng vurularaq dəvət edilir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixli №504 saylı ekspert rəyini o, tərtib etmiş və həmin rəyi müdafiə edir. Təqsirləndirilən şəxsi müayinədən keçirmiş, sənədlərinə baxmış və ona əsasən də rəy tərtib etmişdir. Təqsirləndirilən şəxsi müayinədən keçirən vaxt qaşında xəsarət olmuşdur. Xəsarətlə bağlı özünə suallar vermişdir. Şəxsin tibbi sənədlərində sıyrıqlar və qançırlar yazılmışdır. Ancaq o, şəxsi müayinə edən vaxt həmin sıyrıqlar və qançırlar artıq keçib getmişdir. Belə ki, tibbi sənəddə xəsarətin rənginin göy olduğu yazılmışdır. Xəsarətlər mərhələ-mərhələ göyümtül, qırmızımtıl və getdikcə sarı olur. Həmin xəsarət dəqiq təsvir olunmadığı üçün onun müddətini dəqiq müəyyən edə bilməmişdir. Xəsarət şəxsin qaşında olmuşdur. Şəxs xəsarəti yıxılma nəticəsində ala bilərmiş. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sinif yoldaşı olmuşdur. Onunla uzun müddətdir dostluq münasibəti vardır. Özü usta işləmişdir. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs evdə usta işi olduğunu bildirmiş, o da bu vəsilə ilə onun evinə getmiş və işlərini həll etmişdir. İş yarımçıq qaldığı üçün sabaha qalmışdır. Səhərisi gün Mehmangilə getmişdir. Həmin vaxt evin həyət qapıları açıq olmuşdur. Motosiklet sürücüsü onlara lazım olan materialları evə gətirmişdir. İşləmək üçün bıçaq lazım olmuşdur. Dostlarını bıçaq almağa göndərmışdır. Bıçağı gətirən zaman görmüşdür ki, həyətin kənarı ilə bir nəfər hündür şəxs gəlmişdir. Elə bilmişdir ki, gələn şəxs Mehmanın yeznəsidir. Yaxınlaşıb demişdir ki, yeznə necəsən? Həmin vaxt Mehmanda quşlara dən atırmış. Yeznə dediyi şəxs ona vəsiqə göstərmişdir. Sonra Mehmanı tutub qapıya tərəf aparmışdırlar. Bundan sonra Mehmanı maşına aparmışdırlar. Ona da evdən çıxmağını bildirmişlər və evdə olan kameranın beynini götürmüşdürlər. Həmin şəxsdən əlavə evə 3 nəfər şəxs daha gəlmişdir. Mehmanı götürüb aparmışlar və 2 saat sonra geri gətirmişdilər. Qeyd etmişdir ki, Mehmanın evində qanunsuz heç nə aşkar edilməmişdir. Əgər elə olsaydı o, görərmiş. Mehman narkotik vasitədən istifadə edən olmuşdur. Pulunu verib narkotik vasitə almışdır. Pulu olmadığı vaxt onlardan kömək istəmişdir. Ancaq təkrar qeyd etmişdir ki, Təqsirləndirilən şəxs evindən narkotik vasitə aşkar edilməmişdir. Evdə olan vaxt həyətə bir nəfər şəxsin daxil olduğunu görmüşdür. Həmin vaxt evin həyət qapıları açıq olmuşdur. Polis əməkdaşı Mehmanı quş damının yanından götürüb maşına aparmışdır. Həmin vaxt polis əməkdaşı quş damına və ətrafa baxış keçirməmişdir. Mehman quşlara dən verirmiş. Polis əməkdaşı həmin vaxt Mehmana yaxınlaşıb onu saxlamışdırlar. Həmin vaxt onlardan aralıda dayanmışdır. Polis əməkdaşları quş damına girməmişlər, lakin evə girmişdirlər. Evdən kameranın beynini götürmüşdürlər. Polis əməkdaşlarının Mehmanla söhbətini eşitməmişdir. Polis əməkdaşları mülki formada olmuşdur. Polis əməkdaşı Mehmanın qolundan tutub həyət qapısına aparmışdır. Həmin vaxt motosiklet sürücüsü artıq getmişdir. Polis əməkdaşlarının evdə baxış keçirdikləri barədə məlumatı yoxdur. Çünki polis əməkdaşları ona evdən çıxmağını bildirmişdirlər. O da gedib küçənin başında oturmuşdur. 2 saat sonra polis əməkdaşları Mehmanı evə gətirmişdirlər. Bundan sonrakı proseslərdən məlumatı olmamışdır. Mehman yanında narkotik vasitə istifadə etməmişdir. Sadəcə olaraq eşitmişdir ki, Mehman narkotik vasitədən istifadə edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “raport”dan görünür ki, həmin tarixdə Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan “Mehman” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə DİN BNMİ QBRŞ-yə əməliyyat məlumatı daxil olmuş, “Mehman” adlı şəxsin Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 37 ünvanda qeydiyyatda olmaqla Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 34 ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir (cild İ, iş vərəqi 03). xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild İ, iş vər. 04.-05). xx.xx.2023-cü il tarixli “raport”-dan görünür ki, həmin tarixdə saat 22:40-da DİN BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin yaşayış evinə baxış keçirilərkən evin həyətindəki quş damından olan taxda dolabdan bir-birinin içərisinə keçirilmiş iki ədəd sellofan torbalarda olan səkkiz ədəd sellofan bağlamalarda narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunaraq götürüldükdən sonra Yevlax RPŞ-yə gətirilmişdir (cild İ, iş vər.07). xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir (cild İ, iş vər. 10). xx.xx.2023-cü il tarixli “baxış keçirilmə və götürülmə haqqında” protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin həyətində ev quşlarının saxlanıldığı taxtadan düzəldilmiş tikilinin içərisindən bir ədəd sellofan torbada olan 08 (səkkiz) ədəd sellofan bağlamalar birbirinin içərisində olan iki ədəd sellofan torbaya yığılmış, həmin torba elektron tərəzidə çəkilərək qablaşdırma ilə birgə 02 (iki) kiloqram, 125 (bir yüz iyirmi beş) qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür (cild İ, iş vər 11-13). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan, 03 fevral 2023-cü il tarixdən hesab edilmişdir (cild İ, iş vər. 24). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş video diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir (bir) ədəd sellofan bükümdə qablaşdırma ilə birlikdə ümumi çəkisi 7,05 (təmiz çəkisi 6,641) qram külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür (cild İ, iş vər. 34-37). 04 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 17/144 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş bir-birinin içərisində olan sellofan torbadakı səkkiz ədəd bağlamalarda narkotik vasitə heroinə bənzər kütlələr...” sözləri, adlar və imzalar olan zərfin içərisində, iç-içə keçirilmiş sellofan torbadakı 08(səkkiz) ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 242,741 qr., 259,887 qr., 246,591 qr., 271,357 qr., 275,746 qr., 247,908 qr., 271,363 qr., 260,187 qr., ümumi təmiz çəkisi – 2075,780 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 6,641 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim edilmiş, 08(səkkiz) ədəd sellofan bağlamalarda və 01(bir) ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə görə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər (cild İ, iş vər. 45-48). xx.xx.2023-cü il tarixli, 4(039)-16/2023 nömrəli Yevlax Rrayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs növündə qətimkan tədbirtədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (cild İ, iş vər. 74-79). xx.xx.2023-cü il tarixli DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, hazırda isə məhkumluğu yoxdur (cild İ, iş vər. 89-90). xx.xx.2023 –cü il tarixli Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatda olmaqla atası - 1952-ci il təvəllüdlü X23, anası – 1953-cü il təvəllüdlü X19, arvadı - xx.xx.1985-ci il təvəllüdlü X11,, qızı - 26.11 2003-cü il təvəllüdlü X14, qızı - 20.06 2007-ci il təvvəllüdlü X16 və oğlu – xx.xx.2018-ci il təvəllüdlü X6 ibarət ailə tərkibi vardır (cild İ, iş vər.112-113). xx.xx.2023 –cü il tarixli Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir (cild İ, iş vər. 115). xx.xx.2023-cü il tarixli Mingəçevir şəhər X8 rayon Narkoloji kabinetin arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Yevlax rayon Narkoloji kabinetdə qeydiyyatda durur (cild İ, iş vər. 116). xx.xx.2023-cü il tarixli “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən “Emosional davamsız tip şəxsiyyət pozuntusu” diaqnozu ilə qeydiyyatdadır (cild İ, iş vər.142). 24 aprel 2023-ci il tarixli, 699 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər X4 X25 yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (cild İ, iş vər.155). 04 may 2023-ci il tarixli, 258 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik ekspertiza Mərkəzi” PHŞ-in “Ambulator Məhkəmə Psixiatrik” ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda EMOSİONAL DAVRANİŞ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər( Yevlax MRX PH,-dən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ 1515/23 saylı arayış) verilmiş ifdadələr, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVRANİŞ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən cinayət hadisəsi törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhmülkəliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur (cild İ, iş vər.172-174). 13 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görürnür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşayış edvindən aşkar edilmiş 2082,421 qram külli miqdarda narkotik vasitə heroinin mənbəsinin müəyyyən edilməsi üçün cinayət işinin materiallarndan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmış və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (cild İ, iş vər.180-194). Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs məxsus X9 görünür ki, müəssisəyə daxil olarkən keçirilmiş tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sağ qaşın alt, sol saiddə, boyun nahiyyələrində, sol çiyində kəsilmiş yaralar, sol qulaq seyvanında, sağ gözün alt nahiyyəsində göy-bənövşəyi rəngdə qançır var. Sorğu zamanı o, xəsarəti 02.02.203-cü il tarixdə həbs vaxtı aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbayacan Respublikası Ədliyyə Nazirliyi 2 saylı istintaq Təcridxanası məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023cü ildə 2 saylı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilmiş və onda Sağ qaşın alt, sol saiddə boyun nahiyyəsində sol çiyində kəsilmiş yaralar sağ gözün alt nahiyyəsində göy-bənövşəyi qançır izləri aşkar olunmuşdur. 17 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etməsi xüsusatı təsdiqini tapmadığından həmin hissədə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən hissəvi rədd edilmiş, habelə Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş sağ qaşüstü nahiyyənin əzilmiş yarası ilə müşayət olunan dərəcəsi təyin edilməyən xəsarəti hansı şəraitdə almasını müəyyən edtmək məqsədi ilə həmin hissədə ayrıca icraata material ayrılaraq araşdırılmasının davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, 504 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X15” PHŞ-in ekspert rəyindən görünür ki, sol said nahiyyəsində çoxsaylı sıyrıqlar, boyunun hər iki nahiyyəsində çoxsaylı sıyrıqlar, sol çiyində kəsilmiş yaralar (özü tərəfindən yetirilməsi ilkin tibbi sənəddə qeyd olunmuş), tibbi sənədlərdəki qeydlərə əsasən, sol qulaq seyvanında və sağ gözün altında göy rəngli qançırların, xarakteri hərtərəfli təsvir olunmadığı üçün onların dəqiq yetirilmə mexanizmlərini, özü yaxud başqası tərəfindən yetirilməsinidəqiq müəyyən etmək mümkün deyildir. Lakin tibbi sənədlərdəki qeydlərə əsasən xəsarətlərin həbs olunma ərəfələrində yetirilməsi inkar olunmur, xəsarətlər bədənində əl çatan nahiyyələrindədir, özü tərəfindən yetirilməsi, müqavimət zamanı əmələ gələ bilməsi, hər hansı bir küt alətlə vurulması, yaxud hər hansı bir küt alətə vurulması zamanı əmələ gələ bilmələri inkar olunmur və sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Azərbaycan Respublikası DİN-in “Şəhər, rayon, xətt, polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabın”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayon Polis şöbəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin geydiyyatı kitabı”-ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayon Polis şöbəsinin MSY-nə gətirilərək tibbi müayinədən keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən onun ünvan 1 ünvanında yaşadığı evin həyətində ev quşlarının saxlanıldığı taxtadan düzəldilmiş tikilinin içərisində bir ədəd sellofan torbada olan 08 (səkkiz) ədəd sellofan bağlamalarda 242,741 qram, 259,887 qram, 246,591 qram, 271,357 qram, 275,746 qram, 247,908 qram, 271,363 qram, 260,187 qram olan hissələrini, habelə bir ədəd sellofan bükümdə olan 6,641 qram hissəsi isə üzərindən aşkarlanmış, ümumi təmiz çəkisi 2082,421 qram külli miqdarda narkotik vasitə olan heroin əvəzli və ya əvəzsiz qaydada əldə edilməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, haradan, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Buna baxmayaraq, məhkəmə istintaqında 03 fevral 2023-cü il tarixdə əməliyyat orqanına Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatının daxil olması, daxil olmuş əməliyyat məlumatı əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həmin gün təxminən saat 22:40-da Təqsirləndirilən şəxs evinin qarşısında saxlanılması, saxlanıldıqdan sonra əməliyyat məlumatına əsasən onun razılıq ərizəsi alındıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi, baxış keçirilərkən evin həyətindəki quş damında olan taxta dolabdan qəsdən satış məqsədi ilə əldə edib saxladığı bir ədəd sellofan torbada olan 08 (səkkiz) ədəd sellofan bağlamalarda 242,741 qram, 259,887 qram, 246,591 qram, 271,357 qram, 275,746 qram, 247,908 qram, 271,363 qram, 260,187 qram olmaqla ümumi təmiz çəkisi 2075,780 qram narkotik vasitə olan heroinin, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərinə şəxsi axtarışın keçirilməsi, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı külli miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 6,641 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs killi miqdarda narkotik vasitə olan heroinin qanunsuz şəkildə əldə edərkən, saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, onun barəsində polis əməkdaşlarına daxil olmuş əməliyyat məlumatının mahiyyətini, onun tutulma şəraitini, tutulması üçün səbəbləri, eləcə də bununla bağlı cinayət işinin materiallarında olan sübutların ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı belə nəticəyə gəlir ki, onun barəsində əməliyyat orqanına daxil olmuş əməliyyat məlumatı kifayət qədər ciddi əhəmiyyətə malik olan sübutdur. Belə ki, həmin əməliyyat məlumatında onun narkotik vasitələri yaşadığı evdə saxlaması və dövriyyəsi ilə məşğul olması öz əksini tapmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) öz ifadələrində göstərmişlər ki, onlara daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri yaşadığı evdə saxlaması və dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə tutulmamışdan əvvəl əməliyyat orqanında onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib yaşadığı evinin həyətindəki quşları saxladığı taxdadan düzəldilmiş tikilinin içərisində və üzərində saxlaması, gəzdirməsi və həmin vasitələrin dövriyyəsi ilə məşğul olması barədə dəqiq məlumat olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində 02 fevral 2023-cü il tarixdə günorta saat 02 radələrində polis əməkdaşları evinə daxil olaraq onu polis şöbəsinə apardıqlarını, polis əməkdaşları onu Gəncə şəhərinə apararaq polis şöbəsində döymələrini, polis şöbəsində ona işgəncə vermələrin, özünün narkotik vasitə istifadə etməsini, saxlanılan vaxt şiprisdə özünə məxsus narkotik vasitənin olmasını, polis əməkdaşların onu da götürdüklərini, polis şöbəsində ona təzyiq göstərmələrini, narkotik vasitəni boynuna almasa boynuna silah qoyacaqlarını, iki kiloqram narkotik vasitənin ona aid olmamasını, polis əməkdaşlarının ona hədə-qorxu gəlmələrini, boynuna almasa ailə üzvlərini gətirəcəklərini, Yevlax Rayon Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilməsini, Şalvarının sağ yan cibindən narkotik vasitənin çıxarılmasını, həmin narkotik vasitəni boynuna almasını, çünki həmin vaxt iki kiloqram narkotik vasitənin onun boynuna qoyacaqlarını bilməməsini, boynuna iki kiloqram narkotik vasitə qoyulmasını sonradan bilməsini, və polis əməkdaşları onu saxladıqdan sonra Gəncə şəhəri istiqamətində aparmalarını bildirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 02 fevral 2023-cü il tarixdə saat 02 radələrində saxlanılaraq Gəncə şəhərinə aparıldığını və orada döyüldüyünü bildirmiş və xəsarətinin olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 21 iyun 2023-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş “X22”-ndan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olarkən müayinə olunmuş və sağ qaşın alt, sol saiddə, boyun nahiyyələrində, sol çiyində kəsilmiş yaralar, sol qulaq seyvanında, sağ gözün alt nahiyyəsində göy-bənövşəyi rəngdə qançır xəsarətləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xəsarəti xx.xx.2023-cü il tarixdə həbs vaxtı aldığını bildirmişdir. 17 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs araşdırma zamanı izahatı alınmış və o, izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində yerləşən BNMİ-nin QRŞ-nin əməkdaşlarının onun yaşadığı evə gəldiyini və onu şöbəyə apararaq orada onu döydüklərini bildirmişdir. Qeyd edilən faktla bağlı araşdırma zamanı məhkəmə - tibbi ekspertizası təyin edilmiş və nəticədə xx.xx.2023-cü il tarixli, 249 nömrəli məhkəmə -tibbi ekspertizası rəyi əldə edilmişdir. Həmin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ qaş üstü nahiyyənin əzilmiş yarası olmuş və bu xəsarət küt alətin təsirindən əmələ gəlmiş və əmələ gəlmə müddəti müayinədən təxminən 3-4 ay əvvələ gəlmişdir. Odur ki, Təqsirləndirilən şəxs izahatında göstərdiyi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlər etməsi xüsusatı təsdiqini tapmadığından həmin hissədə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən hissəvi rədd edilmiş, habelə Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş sağ qaşüstü nahiyyənin əzilmiş yarası ilə müşayət olunan dərəcəsi təyin edilməyən xəsarəti hansı şəraitdə almasını müəyyən etmək məqsədi ilə həmin hissədə ayrıca icraata material ayrılaraq araşdırılmasının davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax rayon Polis şöbəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xəsarətləri ilə əlaqədar məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. xx.xx.2023-cü il tarixli, 504 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol said nahiyyəsində çoxsaylı sıyrıqlar, boyunun hər iki nahiyyəsində çoxsaylı sıyrıqlar, sol çiyində kəsilmiş yaralar (özü tərəfindən yetirilməsi ilkin tibbi sənəddə qeyd olunmuş), tibbi sənədlərdəki qeydlərə əsasən, sol qulaq seyvanında və sağ gözün altında göy rəngli qançırların, xarakteri hərtərəfli təsvir olunmadığı üçün onların dəqiq yetirilmə mexanizmlərini, özü yaxud başqası tərəfindən yetirilməsini dəqiq müəyyən etmək mümkün deyildir. Lakin tibbi sənədlərdəki qeydlərə əsasən xəsarətlərin həbs olunma ərəfələrində yetirilməsi inkar olunmur, xəsarətlər bədənində əl çatan nahiyyələrindədir, özü tərəfindən yetirilməsi, müqavimət zamanı əmələ gələ bilməsi, hər hansı bir küt alətlə vurulması, yaxud hər hansı bir küt alətə vurulması zamanı əmələ gələ bilmələri inkar olunmur və sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə kollegiyası iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs evinə bax keçirilmə və götürmə prosessual hərəkəti özündə əks etdirən DVD disk tədqiq olunarkən baxışın xx.xx.2023-cü il tarixdə keçirildiyi (0:00:04 dəqiqə), habelə aparılmış video çəkilişin 0:04:21 dəqiqədən 0:04:47-dəqidəyədək olan hissəsində Təqsirləndirilən şəxs ona ünvanlanmış sualı cavablandıraraq qaşında olan xəsarəti evdə usta işlədərkən bir həftə qabaq yıxılaraq aldığını, bununla bağlı hər hansı bir tibb müəssisəsinə müraciət etmədiyini, evdə müalicə aldığını və başqa xəsarətinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası məhkəmə -tibbi ekspertizası aparılarkən bu halın nəzərə alınmadığını müəyyən edərək məhkəmə kollegiyasının iclasına məhkəmə -tibbi ekspertizanı aparmış ekspert Rauf Quliyev dəvət olunmuş və ekspert Rauf Quliyev suala cavab olaraq Təqsirləndirilən şəxs xəsarətlərinin yıxıma nəticəsində yarana biləcəyini inkar etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Gəncə şəhərinə aparılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Gəncə şəhərinə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarixə İdarəsinin Qərb Bölgəsində Regional şöbəyə aparılması, orada bir gün ərzində saxlanılması, orada polis əməkdaşları tərəfindən döyülməsi və polislərin yenidən onu Yevlax rayonuna gətirərək yaşadığı evinin həyətindəki quşları saxladığı taxdadan düzəldilmiş tikilinin içərisinə və onun üzərinə narkotik vasitələrin qoyulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məlumatlar tədqiq olunarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinin və ***-***-**-** mobil nömrəsinin (şübhəli şəxs qismində tutularkən onun üzərindən aşkar edilmiş telefon aparatlarında istifadə olunmuşdur) anten dairə məlumatlarından müəyyən olunur ki, nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə Yevlax rayonu üzrə müxtəlif anten dairələrinə (Yevlaxrnu, Yevlax sh ATS erazisi və Yevlax r-nu Aran qəsəbəsi) düşərək sərbəst şəkildə Yevlax rayonunda hərəkət etmişdir. Həmçinin müdafiə tərifinin şahid qismində dəvət etdiyi şahidlər X18, X16 və X3 Tahirovu göstərdiyi halları, əlaxsus onun aparılaraq bir gün sonra gətirilməsini təkzib etmiş, beləliklə müdafiə tərəfinin iddia etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları, həmiçinin məhkəmə iclaslarında tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib etmişdir. Bundan başqa, məhkəmə kollegiyası iş üzrə şahidlər X12, X7 və X17 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələrlə razılaşmır. Belə ki, işi üzrə şahidlər X18 və X3 Tahirovun qonşusu və uşaqlıq dostu ilə yaxın əlaqəsinin olması, yəni təqsirləndirilən şəxs ilə yaxın münasibətlərinin olması, habelə Təqsirləndirilən şəxs nazlı Tahirovanın atası olması onların bu formada, Təqsirləndirilən şəxs müdafiəsinə yönələn ifadələr vermələrini anlaşılan edir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Anar Xəlilov ifadəsində bildirmişdir ki, o, Mehmangilin həyətdə olarkən polis əməkdaşları gəlmiş və ona evdən çıxmağını bildirmiş və o, da gedib küçənin başında oturmuşdur. X31 evdən çıxmasına və küçədə oturmasına baxmayaraq polis əməkdaşlarının evə girərək kameraları sökdüklərini qeyd etmişdir. Buna baxmayaraq şahid Nazlı Tahirova ifadəsində kameraları özünün sökərək polis əməkdaşlarına verdiyini bildirmişdir. X32 həmin gün həyətdə nənəsinin, anasının olduğunu, balaca qardaşı Yusifin ağladığını, özünün isə evdə olduğunu göstərsə də həm Anar Xəlilov, həm də Mahir Əkbərov ifadələrində yalnız həyətdə Təqsirləndirilən şəxs və polis əməkdaşlarının olduğunu bildirmiş və beləliklə şahidlər bir birlərinə münasibətdə ziddiyyətli ifadələr vermişdirlər. Göründüyü kimi şahidlər X18, X16 və X26 məhkəmə iclasında belə ifadə verməklə Təqsirləndirilən şəxs məsuliyyətdən və cəzadan yayındırmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs evinə baxış və götürmə, habelə üzərində aparılmış şəxsi axtarışı əks etdirən videogörüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi halları müəyyən edilmir. Eyni zamanda cinayət işinin materiallarında Təqsirləndirilən şəxs iddia etdiyi halları təsdiq edə biləcək heç bir sübut yoxdur. Beləliklə, qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs döyülməsi, eləcə də tutulduğu şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallar əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və həmin ifadəni yalan ifadə kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir ədəd sellofan torbada olan 08 (səkkiz) ədəd sellofan bağlamalarda 242,741 qram, 259,887 qram, 246,591 qram, 271,357 qram, 275,746 qram, 247,908 qram, 271,363 qram, 260,187 qram külli miqdarda olan hissələrini ünvan 1 ünvanında yaşadığı evin həyətində ev quşlarının saxlanıldığı taxtadan düzəldilmiş tikilinin içərisində və bir ədəd sellofan bükümdə olan 6,641 qram külli miqdarda olan hissəsini isə üzərində saxladığı heroinlərin aşkar olunmasını, narkotik vasitə olan heroinin çəkisini həm ayrıayrılıqda, həm də məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2082,421 qram miqdarında narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etməklə saxlamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tam şəkildə tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etməsi, həmin heroinin külli miqdarda olan hissələrini ünvan 1 ünvanında yaşadığı evin həyətində ev quşlarının saxlanıldığı taxtadan düzəldilmiş tikilinin içərisində və həmin narkotik vasitənin digər külli miqdarda olan hissəsini isə üzərində saxlaması tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 24 aprel 2023-cü il tarixli, 699 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər X4 X25 yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, lakin onun ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Yevlax rayon Polis şöbəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2081, 971 qram təşkil edən narkotik vasitə olan heroin məhv edilməli və 2 (iki) ədəd CD disklərin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Yevlax Rayon Polis Şöbəsində saxlanılan 2081,971 qram narkotik vasitə heroin hökm qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 71 manat (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tural Əfəndizadə Hakimlər Xaliq Məmmədov Bilal Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar