Məhkəmə qərarları › İş №1(091)-170/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-170/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-170/2021 18.08.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1970-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağdaş rayonu Kükəl kəndində faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 237.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon Kükəl kəndindəki evinin həyətyanı sahəsində 2021-ci ilin may ayının əvvəllərində 02 ədəd dibçəklərdə Ağdaş rayon “Dördyol” adlandırılan ərazidən tapdığı toxumları qanunsuz olaraq əkib-becərərək, əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 0,34 qram cəmi 07 ədəd, xeyli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, daha sonra təkrarən 18.05.2021-ci il tarixdə Ağdaş rayon Kükəl kəndində çöllük sahədə yabanı şəkildə bitmiş, cəmi 05 ədəd, xeyli miqdarda, ümumi təmiz çəkisi 40,26 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini kökündən çıxararaq həyətyanı sahəsində 05 ədəd dibçəklərdə, qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin ümumilikdə hündürlükləri 4sm-dən 7 sm-dək olan 07 ədəd şitil və hündürlükləri 30 sm-dən 70 sm-dək olan 05 ədəd bitkilər 23.05.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 1145-də yaşadığı Ağdaş rayon Kükəl kəndindəki evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş CM-in 237.2.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının əvvəlində Ağdaş şəhərindən dörd yol adlanan yerdən tapdığı 07 ədəd narkotik tərkibli bitkilərin toxumlarından 06 ədədini 01 dibçəyə və 01 ədədini isə 01 ədəd dibçəyə əkmiş, 18 may 2021-ci il tarixdə isə Ağdaş rayonu Kükəl kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 05 ədəd dibçəyə Ağdaş rayonu Kükəl kəndində çöllük sahədən yabanı şəkildə bitmiş 05 ədəd narkotik tərkibli bitkiləri yerindən çıxarıb əkmişdir. Hər gün Ağdaş rayonu Kükəl kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində əkdiyi 07 ədəd narkotik tərkibli bitkilərin toxumlarını və 05 ədəd narkotik tərkibli bitkilərin ştillərini suvarmış, diblərini yumşaltmışdır. 23 may 2021-ci il tarixdə saat 1130 radələrində Ağdaş rayonu Kükəl kəndində yerləşən otlaq sahəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu və bununla bağlı yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polislərə heç bir etiraz etmədən sonuncuların və aqronomun iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı yaşadığı evin həyətyanı sahəsində əkib becərdiyi 12 ədəd narkotik tərkibli kol aşkar olunmuşdur. Aşkar olunmuş narkotik tərkibli çətənə bitkiləri kökündən çıxardılaraq ölçülmüş, ən kiçik bitkinin hündürlüyünün 4 sm, ən böyüyünün isə hündürlüyü 70 sm olmuşdur. Daha sonra həmin bitkilər kardon qutuya qablaşdırılaraq götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 23 may 2021-ci il tarixdə Mingəçevir şəhəri M.Maqomayev prospekti ev 73, mənzil 63-də qeydiyyatda olmaqla Ağdaş rayonu Kükəl kəndində yaşayan xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitələri əkib-becərməsi və saxlaması barədə rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında rayon yaradılmış əməliyyat qrupu və dəvət edilmiş aqronom Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu Kükəl kəndindəki ünvana gedərək həyət qapsının qarşısına çıxan Təqsirləndirilən şəxs sonuncunun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu və buna görə də evinin həyətinə baxış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra sonuncnun yaşadığı evin həyətinə onun, aqranom Şahid3 və digər polis əməkdaşlarının iştirakı ilə keçirilən baxış zamanı həyətyanı sahəsində hündürlükləri 4 smdən 70 sm-ə kimi olan 12 ədəd narkotik tərkibli kol aşkar olunmuşdur. Aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardılaraq qablaşdırılıb götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyən Şahid2 və aqronom-mütəxəssis Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 23.05.2021-ci il tarixli 17/369 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “vət. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkar olunmuş...” sözləri yazılmış karton qutunun içərisindəki hündürlükləri 4 sm-dən, 7 sm-dək, ümumi təmiz çəkiləri-0,34 qram olan 07 (yeddi) ədəd bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. Həmin karton qutunun içərisindəki hündürlükləri 30 sm-dən, 70 smdək, ümumi təmiz çəkiləri-40,26 qram olan 05 (beş) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom Şahid3 23 may 2021-ci il tarixli rəyinə əsasən 07 ədəd çətənə (kannabis) bitkisinin ştillərinə və 05 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmənarkoloji ekspertizasının 01.07.2021-ci il tarixli 778 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş 23 may 2021-ci il il tarixli baxış protokolundan və ona əlavə olunmuş video çəklişin olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxsyaşadığı evin həyətinə baxış keçirlən zaman aşkar olunmuş 12 ədəd narkotik tərkibli çətənə bitki kolları iş üçün əhəmiyyət kəsb etdiyindən baxış iştirakçılarının iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş 23 may 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1240-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsinə dair 25 may 2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli hökmü ilə CM-in 127.1, 177.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək tərəfindən 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 05.03.2018-ci il tarixli qərarı ilə CM-in 177.1-ci maddəsi hökmdən xaric edilərək, cəzası 02 il 8 aya endirilmiş, 23.01.2019cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.4.3 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki ildən artıq vaxt keçdiyinə görə məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Kükəl kənd İnzibati Ərazi Darəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Mingəçevir şəhəri Müslüm Maqomayev pr. ev 73, mənzil 63-də qeydiyyatda olan xx.xx.1970-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs Ağdaş rayonu Kükəl kəndində 1937-ci ildə anadan olmuş anası X2 ilə yaşayır və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Ağdaş rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda olmamışdır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 237.2.2-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və himayəsində 84 yaşlı ahıl anasının olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-nin 237.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, 23 may 2021-ci il tarixdən 25 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı andan hesablanmalı və CM-in 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. CM-in 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdən 25 may 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş rayon Polis Şöbəsində saxlanılan 07 ədəd çətənə (kannabis) bitkisinin şittilləri və 05 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar