Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-171/2020 28.10.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri X1, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxx 1983-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Gərəkli kəndində pasport qeydiyyatında olan, həbs edilənə kimi həmin ünvanda yaşamış, 21 avqust 2020-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X8 Məhkəməsinin 2 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2019-cu ilin yay aylarında Balakən rayonu Gərəkli kəndi ərazisindən axan Hunbul çayın kənarından tapdığı yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyi toxumları 2020-ci ilin iyul ayının sonlarında yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinin həyətyanı sahəsinin dirrik hissəsində dəmir və plastik qablarda, həmçinin birbaşa torpağa əkdiyi, 12 sm. dən 30 sm. dək ölçülərdə 20 ədəd narkotik tərkibli çətənə kannabis bitkilərini, 6 sm. dən 10 sm. dək ölçülərdə 157 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərini, həmin hissədəki talvarın üzərində dəmir qablarda 5 ədəd, həyətdə sol tərəfdə yerləşən 2-ci dirrik sahəsində torpağa əkilmiş 9 ədəd, 13 sm. dən 115 sm. dək ölçülərdə 13 ədəd narkotik tərkibli çətənə kannabis bitkilərini, 8 sm. ölçüdə olan 01 ədəd çətənə kannabis bitki şitilini, həyətdəki mal-qara saxlanılan tövlənin damında isə, ot bağlamaları ilə əhatələnmiş yerdə dəmir və plastik qablarda ümumi sayı 48 ədəd, 14 sm. dən 130 sm. dək olan 21 ədəd narkotik tərkibli çətənə kannabis bitkilərini, 8 sm. dən 11 sm. dək ölçülərdə olan 27 ədəd narkotik təbiətli çətənə kannabis bitkisinin şitillərini, ümumilikdə 239 ədəd, külli miqdarda narkotik tərkibli və təbiətli çətənə kannabis bitkilərini və şitillərini qəsdən qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. xx.xx.2020-ci ildə saat 13 radələrində Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman həyətin dirrik sahəsində, talvarın üzərində dibçəklərdə, mal-qara saxlanılan tövlənin damında ot bağlamaları ilə əhatələnmiş yerdə dəmir və plastik qablarda qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultiyasiya etmiş olduğu külli miqdarda, yəni 239 ədəd narkotik tərkibli və təbiətli çətənə-kannabis bitkiləri və şitilləri aşkar olunaraq kökündən çıxarılıb götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə verilmiş itttihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildən artıq müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2019-cu ilin yay fəslində yaşadığı Balakən rayonu, Gərəkli kəndi ərazisindən axan Hunbul çayına çimməyə getdiyi zaman çayın kənarında yabanı halda bitmiş narkotik bitkisinin toxumları yığmış, 2020-ci ilin aprel ayında həmin toxumlardan iki ədədini həyətyanı sahəsində evin arxa tərəfində sol tərəfdə yerləşən dirrikdə torpağa əkmişdir. Həmin iki ədəd toxumdan biri bitib inkişaf etmişdir. Həmin toxumun bitərək inkişaf etdiyini görüb toxumların qalan hissəsini, təxminən 250 ədəd toxumu 2020-ci ilin iyul ayının sonlarında həyətlərinin sağ və sol tərəfində yerləşən dirrik sahəsində həm birbaşa torpağa basdıraraq, həm də, dəmir və plastik qablara torpaq doldurub əkmişdir. Həmçinin toxumların bir qismini isə, həyətlərindəki talvarın üzərinə 4 ədəd dəmir qabda, qalan hissəsini isə, mal-qara saxladıqları tövlənin dam hissəsində ot bağlamaları ilə əhatə olunmuş yerdə qoyduğu qablarda əkmişdir. Tövlənin dam hisəsində əkdiyi bitkilərin bitib inkişaf etməsi üçün havalanma və işıqlanması üçün ventilyator, işıq cihazı, həmçinin hərarət ölçən qoymuşdur. İşıq lampasının şüalarının həmin yerdə əks olunaraq daha parlaq olması üçün dam örtüyünün alt hissəsinə və bitkiləri əkdiyi dibçəklərin altına gümüşü rəngdə örtük (falqa) açmışdır. Bitkilərin inkişaf etməsi üçün qulluq edib suvarmışdır. Bitkilərin hündürlüyü təxminən 6 sm. dən 130 sm. qədər olmaqla müxtəlif ölçülərdə olmuşdur. xx.xx.2020-ci ildə saat 13 radələrində yaşadığı evdən rayon mərkəzinə getmək üçün küçəyə çıxmışdır. Həyət qapısının qarşısında olduğu zaman polis əməkdaşları oraya gəlmişlər. Ona yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-yetişdirməyi barədə Balakən RPŞ-nə məlumat daxil olduğunu, ona görə də, qərar əsasında evə, həyətə baxış keçiriləcəyini ona bildirmişlər. Qərarla tanış olub baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ilə birgə mütəxəssis-aqronom da iştirak etmişdir. Ümumilikdə əkib-becərdiyi 239 ədəd narkotik tərkibli bitkilər aşkar edilib götürülmüşdür. Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Balakən rayonu Gərəkli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən mütəxəssis-aqronom kimi iştirak etmişdir. Baxış zamanı 239 ədəd müxtəlif ölçülərdə narkotik tərkibli çətənə kannabis bitkilərinə oxşar bitkilər aşkar olunaraq kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda həmin bitkilər əkilmiş qablardan və yerdən torpaq nümunələri götürülmüşdür. Tərəfindən həmin 239 ədəd bitkilərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib, suvarılıb və dibləri yumşaldılaraq alaq otlarından təmizlənmiş vəziyyətdədir. Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə günorta saatlarında yaşadıqları evin həyətinə gəlmiş Balakən Rayon Polis Şöbəsinin əməkdaşları oğlu Elşad tərəfindən həyətlərinin dirrik hissəsində, talvarın üzərində qablarda, tövlənin damında əkib becərilmiş 239 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülmüşdür. Oğlu Elşadın narkotik tərkibli bitkiləri əkib becərməsindən onun və ailə üzvlərinin xəbəri olmamışdır. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kənd sakini olan Təqsirləndirilən şəxs yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq natkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci ildə saat 13 radələrində əməliyyat keçirilmişdir. Baxış zamanı videoçəkilişdən iştifadə edilmiş və Təqsirləndirilən şəxs həyətyanı sahəsinin dirrik hissəsində dəmir və plastik qablara, həmçinin birbaşa torpağa əkdiyi, 6 sm. dən 30 sm. dək ölçülərdə olan 177 ədəd, həmin hissədəki talvarın üzərində dəmir qablarda 5 ədəd, həyətdə sol tərəfdə yerləşən 2-ci dirrik sahəsində torpağa əkilmiş 9 ədəd müxtəlif ölçülərdə, həyətdəki malqara saxlanılan tövlənin damında isə, ot bağlamaları ilə əhatələnmiş yerdə dəmir və plastik qablarda ümumi sayı 48 ədəd, təxmini 8 sm. dən 130 sm. dək ölçülərdə olan, ümumilikdə cəmi olaraq 239 ədəd çətənə bitkilərinə oxşar bitkiləri göstərib təqdim etmişdir. Həmin bitkilər kökündən çıxarılaraq sayıldıqdan sonra kağız zərflərdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitkiləri 2020-ci ilin iyul ayında özü əkdiyini bildirmişdir. Şahidlər Şahid4, X2, Şahid6, X3 və Şahid8 məhkəmədə Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-bioloji ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 17/508 nömrəli ekspert rəyindən aydın olur ki, təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs Mütəllib oğlunun evinin həyətyanı sahəsində aşkar edilmiş 177 ədəd” sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluqları 12 sm-dən 30 sm-dək, ümumi təmiz çəkiləri - 7,34 qram olan 20 (iyirmi) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin zərfin içərisindəki uzunluqları 6 sm-dən 10 sm-dək, ümumi təmiz çəkiləri - 11,45 qram olan 157 (bir yüz əlli yeddi) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki aşkar edilmiş 14 ədəd” sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluqları 13 sm-dən 115 sm-dək, ümumi təmiz çəkiləri - 468,05 qram olan 13 (on üç) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin zərfin içərisindəki uzunluğu 8 sm, təmiz çəkisi - 0,09 qram olan 01 (bir) ədəd bitki şitili əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilidir. Təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus mal-qara tövlənin çardağından aşkar edilmiş 48 ədəd” sözləri və imzalar yazılmış zərfin içərisindəki uzunluqları 14 sm-dən 130 sm-dək, ümumi təmiz çəkiləri - 129,37 qram olan 21 (iyirmi bir) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin zərfin içərisindəki uzunluqları 8 sm-dən 11 sm-dək, ümumi təmiz çəkiləri - 1,46 qram olan 27 (iyirmi yeddi) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom-mütəxəssis Şahid1 xx xxxxxx 2020-ci il tarixli rəyinə əsasən 239 (iki yüz otuz doqquz) ədəd çətənə bitkilərinə və şitillərinə aqrotexniki qaydada qulluq edilmişdir. Təqdim olunmuş 239 (iki yüz otuz doqquz) ədəd çətənə bitkilərinin və şitillərinin köklərində olan torpaq ilə 03 (üç) ədəd sintetik kisələrin içərisindəki torpaq nümunələri qrup və cinsi əlamətlərə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 824 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-cı hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrıayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsəməli CM-nin 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə CM-nin 8-ci, 41-ci və 58.1-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Cəmilə və 2019-c il təvəllüdlü Rəşad adlı iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onuın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxsazadlıqdan məhrum etmə cəzası verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildə şübhəli şəxs kimi tutulmuş və xx xxxxxx 2020-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət təyin edilmiş cəzaya hesablanmalı və cəza çəkmələrinin əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid edildiyindən CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci 34 (otuz beş) manat 55 qəpik təşkil edir. Həmin pul Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Onun şübhəli şəxs kimi saxlandığı və həbsdə olduğu müddət həmin cəzaya hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Narkaloji kabinetdə qeydiyyata götürülsün. Maddi sübut olan və Balakən RPŞ-nin saxlanılan 603,68 qram çəkidə cəmi 239 ədəd narkotik tərkibli çətənə bitkiləri və şitilləri, eləcə də, 03 ədəd sintetik kisədə qablaşdırılmış torpaq nümunələri məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı gündən 20 gün müddətində X8 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-171/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-171/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver