Məhkəmə qərarları › İş №1(091)-171/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-171/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-171/2021 23.09.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 xx xxx 1981-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 8, mənzil 16-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs digər şəxslə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan müddətdə və mənbədən külli miqdar hesab edilən 5,283 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlayaraq daşıyıb, həmin 5,283 qram narkotik vasitə olan heroinin külli miqdar hesab edilən 4,851 qramını və külli miqdar hesab edilən 2,325 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini digər şəxsin vasitəçiliyi ilə 19 yanvar 2021-ci il tarixdə saat 1920 radələrində Yevlax şəhəri ərazisində Bakı-Yevlax avtomobil yolunun kənarında yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında Şahid3 və X6 300 manata satmış, Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 1500-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yevlax şəhəri, Q.Quliyev küçəsində saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib, Yevlax rayon polis şöbəsində üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol iç cibindən satış məqsədilə saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,309 qram və bir ədəd açıq şəkildə saxladığı təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Göyçay rayon sakini Şahid3 Bəxtiyar adlı tanışının vasitəsilə tanımış, 19 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Şahid3 ona zəng edib narkotik vasitə və psixotrop maddə lazım olduğunu demişdir. Şahid3 saat 19 radələrində “Reno” markalı avtomobillə Yevlax şəhərinə gəlmiş, sonuncu ilə Yevlax şəhərindəki Bakı-Yevlax magistral yolunun üzərində yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşdür. Turalın yanında həmin vaxt bir nəfər tanımadığı şəxs olmuş, orada Turala narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin vermişdir. Tural heroin və metamfetaminə görə ona 40 manat vermiş, 260 manatı isə Bəxtiyarın ona olan borcundan qaytarmışdır. Turalla razılaşaraq 300 manatı götürmüş, sonra Bəxtiyara zəng edib Turalın ona 260 manat pul verərək Bəxtiyarın borcundan çıxmasını dediyini bildirmişdir. Bəxtiyar ona Turala pul verməyini özü dediyini bildirmiş, Bəxtiyara Turalla aralarında olan alış-veriş barədə heç nə deməmişdir. 25 yanvar 2021-ci il tarixdə saat 1450 radələrində yaşadığı küçədə olarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanmasında və satışında şübhəli olduğunu bildirib polis şöbəsinə getməli olduğunu demiş, polis əməkdaşları ilə birlikdə Yevlax rayon Polis Şöbəsinə getmişdir. Orada şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol içəri cibindən bir ədəd sellofan bükümdə və açıq şəkildə narkotik vasitə olan heroin aşkar edilmişdir. Ancaq həmin heroin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Turala verdiyi narkotik vasitə və psixotrop maddəni təxminən 2021-ci ilin yanvar ayının 17-18-də Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində tapmış, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini üzərində öz istifadəsi üçün saxlamış, onların ikisinin birlikdə çəkisi təxminən 1,5 qram olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilımiş Göyçay rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Göyçay şəhər sakini X5 narkotik vasitənin istifadəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 21 yanvar 2021-ci il tarixdə Göyçay rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu ilə birlikdə Əhməd Abulovu yaşadığı Göyçay şəhəri Şirvan küçəsində tək gedərkən saxlayıb üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Əhməd Abulov onlarla birlikdə Göyçay rayon Polis Şöbəsinə getdikdən sonra orada şübhəli şəxs qismində tutularaq dəvət olunmuş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı Əhməd Abulovun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm aşkar olunmuş, həmin sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, sonra həmin sellofan büküm içərisindəki maddə ilə elektron tərəzidə çəkilmiş, daha sonra həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Əhməd Abulov üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmçinin yaşadığı evində də narkotik vasitələr olduğunu bildirmiş, bundan sonra həmin günü yuxarıda adları qeyd olunan şəxslərin iştirakları ilə Əhməd Abulovun yaşadığı evə keçirilmiş baxış zamanı Əhməd Abulovun yaşadığı evinin girişində sağ tərəfdən birinci otaqda olan paltar rəfinin aşağı dolabında plastik qabının içərisindən 4 ədəd sellofan büküm və 2 ədəd kağız büküm aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda içərisində kristal formalı ağ rəngli maddə olduğu müəyyən edilmiş, aşkar edilmiş maddələr kağız və sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir. Kağız bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli, digərinin içərisində isə ağ rəngli maddə aşkar edilmiş, elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan başqa baxış zamanı həmin otaqda olan televizorun altından-DVB aparatının arxa tərəfindən 1 ədəd siqaret qutusunun sellofan bükümü aşkar edilmiş, həmin büküm açıldıqda içərisində 9 ədəd kiçik sellofan bükümlər aşkar edilmişdir. Sellofan bükümlər açıldıqda hər birinin içərilərində qəhvəyi rəngli maddə olması müəyyən edilmiş, aşkar edilmiş maddələr sellofan bükümlərlə birlikdə elektron tərəzidə ayrı-ayrılıqda çəkilmişdir. Əhməd Abulov yaşadığı evdən aşkar edilmiş bükümlərdəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, yaşadığı evindən və üzərindən aşkar edilmiş narkotik vasitələrlə psixotrop maddələri 19 yanvar 2021-ci il tarixdə Göyçay şəhər sakini tanışı Turalla birlikdə Yevlax rayonunda 300 manata Bəxtiyar adlı şəxsdən aldıqlarını bildirmiş, bundan sonra aşkar edilmiş sellofan və kağız bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa 25 yanvar 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X10 şəhər sakini Şahid3 ilə birlikdə 300 manat pul qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini aldıqları şəxsin Yevlax şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin günü CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1la birlikdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı **-EF-*** qeydiyyat nişanlı avtomobillə saat 15 radələrində Yevlax şəhəri, Qanboy Quliyev küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan büküm və açıq şəkildə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Açıq şəkildə aşkar edilmiş qəhvəyi rəngli maddə də bir ədəd kağız bükümə bükülərək sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 5,41 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin nə olmasını bilmədiyini və ona məxsus olmadığını bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı **-EF-*** qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmiş, baxış zamanı başqa onun üzərindən və avtomobilindən iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr bükümlərlə birlikdə zərfə qoyularaq qablaşdırılaraq götürülmüş, bu barədə tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X7 təxminən üç il əvvəldən tanımaqla sonuncunun arabir narkotik vasitədən istifadə etdiyini bilmişdir. 19 yanvar 2021-ci il tarixdə saat təxminən 18 radələrində Göyçay şəhərində yerləşən Heydər Əliyev parkında Əhməd Abulovla qarşılaşarkən Əhməd ona ağrıdığını, narkotik vasitə lazım olduğunu demişdir. Əhmədə Yevlaxda bir nəfər tanıdığı şəxs olduğunu bildirərək Yevlax şəhərində yaşayan Bəxtiyar adlı şəxsə zəng edərək bir nəfər dostu olduğunu, ağrıdığını demiş, sonra Əhməd telefonunu alıb Bəxtiyarla danışmışdır. Əhməd Bəxtiyara ağrıdığını, ağrıdan çıxmağa dərman lazım olduğunu demişdir. Təxminən 35-40 dəqiqə sonra Bəxtiyar mobil nömrəsinə zəng edərək Yevlax şəhərində yaşayan “Usta” ləqəbi ilə çağırılan Elşən adlı şəxsin Əhmədə köməklik edə biləcəyini demişdir. Bəxtiyar Elşən adlı şəxsin mobil nömrəsini ona verərək sonuncu ilə əlaqə saxlamalarını demişdir. Elşənə zəng edərək Bəxtiyar deyən şəxs olduğunu bildirmiş, sonra telefonu Elşənlə danışması üçün Əhmədə vermişdir. Əhməd onun mobil telefonu ilə Elşənlə danışaraq iki büküm heroin və metamfetamin lazım olduğunu demişdir. Əhmədlə birlikdə ona məxsus “Renault Megane” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərinə getmiş, yolda olarkən Bəxtiyar mobil nömrəsinə zəng etmişdir. Avtomobili idarə etdiyi üçün Əhmədlə danışmış, sonra Əhməd ondan 200 manat borc istəmişdir. Əhməd ona Bəxtiyarın Elşənə 300 manat pul vermələrini, 40 manat iki bükümün pulu olduğunu, qalan 260 manatı isə Elşənin Bəxtiyara verəcəyini dediyini bildirmiş, saat 1950 radələrində Yevlax şəhərində yerləşən Bakı-Yevlax yolunda yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında dayanmış, Əhməd onun mobil nömrəsi ilə Elşənə zəng etmişdir. Saat 20 radələrində Elşən həmin yerə gəlmiş, Əhməd ağrıdığına görə sonuncudan aldığı aldığı 200 manat pulun üzərinə 100 manat qoyaraq 300 manat pulu götürüb avtomaşından düşdükdən sonra həmin pulu Elşənə vermişdir. Pulun 40 manatı heroinə görə, 260 manatı isə Bəxtiyarın Elşənə olan borcuna görə sonuncuya vermişdir. Elşən pulu alıb getmiş, o, isə Əhmədlə birlikdə Göyçaya qayıdaraq həmin iki bükümü də Əhmədə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2021-ci il tarixli 17/57 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. X5 yaşadığı evdən aşkar edilmiş bükümlər....” sözləri yazılmış zərfin içərisindəki sellofana bükülmüş 09 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,336 qr., 0,334 qr., 0,944 qr., 0,385 qr., 0,354 qr., 0,363 qr., 0,346 qr., 0,354 qr., 0,413 qr., ümumi təmiz çəkisi 3,829 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 01 ədəd plastik qutudakı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,742 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin 01 ədəd plastik qutudakı 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qr., 0,964 qr., 0,382 qr., 0,361 qr., 0,175 qr., ümumi təmiz çəkisi 2,325 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. X5 üzərindən aşkar edilmiş 1 ədəd....sellofan büküm....” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, ümumilikdə 10 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, plastik qabın içərisindəki 04 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2021-ci il tarixli 17/72 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,309 qram və 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,123 qram, ümumi təmiz çəkisi 0,432 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. Həmin heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 ədəd zərfin içərisindəki, 01 ədəd sellofan bükümdə və 01 ədəd ağ rəngli kağız bükümdə olan heroinlər ilə digər 02 ədəd zərfdəki ümumilikdə 10 ədəd sellofan bükümlərdə və 01 ədəd kağız bükümdə olan heroinlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 aprel 2021-ci il tarixli 343 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamin və heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Elbruz oğlunun məhkumluğu yoxdur. İş materiallarında olan şəxsi axtarış keçirilməsinə dair 25 yanvar 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 0,432 qram narkotik maddə olan heroin aşkar edilərək götürülmüşdür. İş matreialarında olan və məhkəmə iclasında tədqiqi edilmiş Yevlax rayon İcra hakimiyyəti Yevlax şəhər 5 saylı mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Yevlax şəhəri Q.Quliyev küçəsində yaşayır, himayəsində 2009-cu ildə anadan olmuş Firəngiz Səfərova və 2008-ci ildə anadan olmuş Elbrus Səfəriv adlı iki azyaşlı uşağı vardır və yaşadığı yer üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1530-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Zaqatala rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmış, həmin cinayət işi istintaqın davam etdirilməsi üçün 19 aprel 2021-ci il tarixli qərarla ərazi aidiyyəti üzrə Yevlax rayon polis şöbəsinə göndərilmişdir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Göyçay rayon sakini Şahid3 300 manata narkotik vasitə olan heroin satmadığını göstərsə də sonuncuya təxminən 1,5 qram miqdarında heroini 40 manata verdiyini etiraf etmişdir. Hal şahidləri və müdafiəçinin iştirakı ilə Əhməd Abulovun üzərindən və evindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisinin 4,569 qram, metamfetaminin çəkisinin isə 2,325 qram olduğu müəyyən edilmişdir ki, həmin faktları təkzib edə biləcək digər hallar müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Balakən rayon Polis Şöbəsində üzrəinə baxış keçirilərkən aşkar edilmiş 0,309 qram heroinin də ona aid olmamasına dair ifadəsi də məhkəmə tərəfindən məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edilir. Belə ki, həmin istintaq hərəkəti də müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə aparılmış və video çəkiliş məhkəmə istintaqında tədqiq olunarkən narkotik vasitənin Təqsirləndirilən şəxs üzərinə qoyulmasına dair heç bir hala rast gəlinməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində iki az yaşlı uşağının olmasıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, onun cəzasının əvvəli həbsə alındığı 25 yanvar 2021-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 143,88 AZN (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 25 yanvar 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 143,88 AZN (yüz qırx üç manat səksən səkkiz qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Yevlax rayon Polis Şöbəsində saxlanılan 0,432 qram narkotik vasitə heroin məhv edilsin, 4,413 qram narkotik vasitə heroin və 2,075 qram psixotrop maddə metamfetaminin isə Əhməd Abulov və Şahid3 barəsində olan digər cinayət işi üzrə maddi sübut olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rafail Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar