Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-171/2024 26.11.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Xaliq Musa oğlu (məruzəçi) və Aşurova Günay Raqif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Şəki Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, X3 oğlu və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Qax şəhəri, Aydın Məmmədov küçəsi, ev 44 A ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxxxx 1971-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə, xx xxxxxx 1975-ci ildə Qax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Qax şəhəri, M.S.Ordubadi küçəsində yerləşən nömrəsiz evdə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 qəsdən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmiş və qəsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıyıb satmışdır. Belə ki, Təqsirləndirilən şəxs3 qəsdən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcdan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq 2022-ci ilin sonlarında Qax rayonunun Alatəmir kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb ondan əldə etdiyi toxumları yaşadığı evə gətirməklə saxlamış, 20 yanvar 2023-cü il tarixdə narkotik tərkibli çətənə kolunun 65 ədəd toxumunu Qax rayonunun Əlibəyli kəndinin ərazisində olan meşəlik sahədə əkib becərmiş, bundan sonra 2023-cü ilin mart ayının sonlarında həmin toxumlardan cücərmiş bitki kollarını (şitillərini) sıra ilə həmin yerdə əkərək yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 26 yanvar 2024-cü il tarixdə Qax RPŞ-nin İQ-niun əməkdaşları tərəfindən ifadənin yerində yoxlanılması zamanı Qax rayonunun Əlibəyli kəndində yerləşən meşəlik sahədən qanunsuz olaraq əkib-becərdikləri və xüsusi olaraq qulluq göstərdikləri külli miqdarda, yəni ümumi çəkisi 13 kiloqram 995,0 qram olan 65 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları (şitilləri) aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən, Qax rayonunun Əlibəyli kəndinin ərazisində 2023-cü ilin avqust ayında qanunsuz əkərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan 4140,14 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, 29 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrində həmin narkotik vasitədən 6,07 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tanışı Təqsirləndirilən şəxs1 1 (bir) qutu “Argo” markalı siqaret qarşılığında satmış, 31 yanvar 2024-cü il tarixdə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadığı Qax şəhəri, Aydın Məmmədov küçəsi, ev 44 A ünvanında keçirdiyi axtarış istintaq hərəkəti nəticəsində evin həyətində olan yardımçı tikildə olan dolabın arxasında 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 265,21 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin zirzəmisində olan taxtın altında 01 (bir) ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 3165 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin ikinci mərtəbəsində olan yataq otağında yerləşən dolabın üst gözündəki paltar dolabında bir ədəd göy rəngli sellofan torbanın içərisində olan 06 (altı) ədəd sellofan torbalarda və 01 (bir) ədəd dəmir qabda ayrıayrılıqda təmiz çəkiləri 113,79 qram, 70,19 qram, 133,04 qram, 43,78 qram, 281,88 qram, 43,82 qram və 17,36 qram olmaqla, ümumi təmiz çəkiləri 703,86 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlamış, qəsdən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi ilə, qanunsuz olaraq xeyli miqdarda, yəni 95,37 qram narkotik vasitə marixuananı 2023-cü ilin yay aylarında Qax rayonunun Əlibəyli kəndində yerləşən meşənin ərazisində əkdiyi narkotik tərkibli çətənə bitki kollarının üzərində olan yetişmiş hissələrini yığıb qurudaraq əldə etmiş, daha sonra qablaşdırıb yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evində saxlamış, 20 yanvar 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən 03 ədəd kağız bükümdə hər birinin təmiz çəkisi 7,70 qram, 10,78 qram və 8,78 qram olmaqla, cəmi təmiz çəkisi 27,26 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zamanı evin hamam otağında olan plastik su qabının içərisində saxladığı təmiz çəkisi 68,11 qram çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcdan əlbir olan bir qrup şəxs qismində birləşib qanunsuz olaraq 2022-ci ilin sonlarında Qax rayonunun Alatəmir kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb ondan əldə etdiyi toxumları yaşadığı evə gətirməklə saxlamış, 20 yanvar 2023-cü il tarixdə narkotik tərkibli çətənə kolunun 65 ədəd toxumunu Qax rayonunun Əlibəyli kəndinin ərazisində olan meşəlik sahədə əkib becərmiş, bundan sonra 2023-cü ilin mart ayının sonlarında həmin toxumlardan cücərmiş bitki kollarını (şitillərini) sıra ilə həmin yerdə əkərək yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 26 yanvar 2024-cü il tarixdə Qax RPŞ-nin İQ-nin əməkdaşları tərəfindən ifadənin yerində yoxlanılması zamanı Qax rayonunun Əlibəyli kəndində yerləşən meşəlik sahədən qanunsuz olaraq əkib-becərdikləri və xüsusi olaraq qulluq göstərdikləri külli miqdarda, yəni ümümi çəkisi 13 kiloqram 995,0 qram olan 65 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları (şitilləri) aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qəsdən qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitəni xeyli miqdarda əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, yəni 6,07 qram narkotik vasitə qurudulmuş marixuananı 29 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs3 1 (bir) qutu “Argo” markalı siqaret qarşılığında alıb əldə etmiş, 29 yanvar 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qax şəhərinin ərazisində idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ilə birlikdə saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa baxış keçirilən zaman mikroavtobusun salonunda olan motor örtüyünün altından 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 6,07 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs1 siqaretin əvəzində az miqdar narkotik vasitə qurudulmuş marixuana vermiş, başqa hər hansı şəxsə narkotik vasitə verməmişdir. Xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən 20-30 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkmiş və qulluq etmişdir. 29 yanvar 2024-cü il tarixdə səhər vaxtı polis əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparılmış, bundan bir neçə gün sonra yaşadığı evə baxış keçirilmiş və bu zaman qara, göy və sarı rəngli sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunmuşdur. Göy rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın hamısı deyil, bir hissəsi ona məxsus olmuş və qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxlamışdır. Lakin evə baxış keçirilən zaman aşkar olunmuş qara və sarı rəngli sellofan torbalar ona məxsus olmamış, o, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra evdə heç kəs olmamış və həmin torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaların polis əməkdaşları tərəfindən yerləşdirilməsini düşünmüşdür. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmamış, lakin ona hədə-qorxu gəlinmiş və polis əməkdaşları onun səhhətinin normal olmamasından istifadə edərək müəyyən sənədlərə imza etdirmişlər. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur, Təqsirləndirilən şəxs1 isə uşaqlıq vaxtlarından tanımışdır. Xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 ilə Qax rayonunun Alatəmir kəndində olan “Kimya” birliyinin yaxınlığında olan kolluqda yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini görmüşlər, həmin bitkilərin toxumlarını yığıb 2023-cü ilin yanvar ayında Qax rayonunun Əlibəyli kəndində yerləşən meşəlik ərazidə birlikdə narkotik tərkibli çətənə bitkisini əkmək qərarına gəlmişlər və bu məqsədlə orada yerləşən meşəlik ərazini Təqsirləndirilən şəxs2 gətirdiyi dəhrə ilə təmizləyib çətənə bitkilərini əkmək üçün hazırlamışlar. Bundan sonra isə həmin toxumları əkib soyuqdan qorunması və bitməsi üçün üzərinə sellofan torba çəkmişlər və 2023-cü ilin mart ayında həmin çətənə bitkilərini əkdikləri meşəyə getdikdə narkotik tərkibli çətənə bitkilərinin şitillərinin bitməsini görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə şitilləri çıxarıb sıra ilə əkmişlər, bəzi vaxtlarda sonuncu ilə birlikdə həmin yerə gedən zaman özləri ilə plastik su şüşələrində su aparıb həmin bitkiləri sulayıb dibini təmizləyərək qulluq etmişlər. 2023-cü ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs2 ilə birlikdə Qax rayonunun Əlibəyli kəndində narkotik tərkibli çətənə kollarını əkdikləri yerə getmişlər, birlikdə həmin çətənə bitkisinin yarpaqlarını özləri ilə gətirdiyi sellofan torbaya yığmışlar və bundan sonra o, narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını Qax şəhərində yerləşən stadionda qurudub istifadə etmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş, o isə evdə olmasını demişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gəlmiş, siqareti ona vermiş və narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu demişdir. Bundan sonra o, evdə saxladığı narkotik vasitə qurudulmuş marixuanadan kağız bükümdə bir qədər Təqsirləndirilən şəxs1 vermiş və sonuncu həmin yeri tərk etmişdir. Həmin vaxtdan təxminən bir-neçə saat sonra evinin qarşısında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparılmış, hüquq və vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. 31 yanvar 2024-cü il tarixdə Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona məxsus evdə axtarış aparılacağı ilə bağlı Qax Rayon Məhkəməsinin qərarı elan edilmiş, bundan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə evində videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. Bu zaman əvvəlcə evin həyətyanı sahəsində olan yardımçı tikilidə olan dolabın arxa tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir sellofan qara rəngli sellofan torba və həmin dolabdan Təqsirləndirilən şəxs1 ona aldığı bir ədəd “Argo” markalı siqaret, daha sonra evin zirzəmisində olan taxtın arasından içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sarı rəngli sellofan torba, ardınca isə evin ikinci mərtəbəsində olan dolabın üst gözündən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 ədəd sellofan torba və bir ədəd dəmir qabın olduğu göy rəngli sellofan torba aşkar edilmiş, habelə kağız bükümlərdə və siqaret qutusunda toxumlar aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Evindən aşkar edilmiş sarı və qara rəngli sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanalar ona məxsus olmamış, Təqsirləndirilən şəxs1 başqa heç kəsə narkotik vasitə qurudulmuş marixuana verməmiş və narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə üçün evdə saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam, CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3la birlikdə şəxsi istifadəsi üçün tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkmişlər və yetişdikdən sonra toplamışlar. 20 yanvar 2024-cü il tarixdə balıq tutmağa gedən zaman şəxsi istifadəsi üçün üzərində üç büküm narkotik vasitə marixuana götürmüş, içərisində az miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bir bükümü 24-30 manat pulun qarşılığında Adil adlı şəxsə verməyi, digər iki bükümü isə özü istifadə etməyi qərarlaşdırmışdır. Evi tərk edən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılan zaman üzərindən qeyd olunan üç büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra yaşadığı mənzilə baxış keçirilən zaman hamam otağında bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. İbtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmamış və üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın üzərinə polis əməkdaşları tərəfindən əlavələr olunmamışdır. Törətdiyi əməllərə görə peşmandır və barəsində ədalətli çıxarılmasını qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, uzun müddətdir Təqsirləndirilən şəxs3 və sonuncunun vasitəsilə Adil adlı şəxsi tanımışdır. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs3la Qax rayonunun Alatəmir kəndində olan “Kimya” birliyinin yaxınlığında olan kolluqda yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərini görmüşlər, birlikdə həmin bitkilərin toxumlarını yığmışlar və Təqsirləndirilən şəxs3 həmin toxumları özü ilə aparmışdır. 2023-cü ilin yanvar ayında Qax rayonunun Əlibəyli kəndində yerləşən meşəlik ərazidə birlikdə narkotik tərkibli çətənə bitkisini əkmək qərarına gəlmişlər və bu məqsədlə 20 yanvar 2023-cü il tarixdə orada yerləşən meşəlik əraziyə gedən zaman o, özü ilə dəhrə götürmüş, birlikdə həmin dəhrə ilə qeyd olunan ərazini təmizləyib çətənə bitkilərini əkmək üçün hazırlamışlar. Bundan sonra isə Təqsirləndirilən şəxs3 gətirdiyi toxumları əkib soyuqdan qorunması və bitməsi üçün üzərinə sellofan torba çəkmişlər və 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs3la birlikdə həmin çətənə bitkilərini əkdikləri meşəyə getdikdə narkotik tərkibli çətənə bitkilərinin şitillərinin bitməsini görmüşlər. Daha sonra Təqsirləndirilən şəxs3la birlikdə şitilləri çıxarıb sıra ilə əkmişlər, bəzi vaxtlarda sonuncu ilə birlikdə həmin yerə gedən zaman özləri ilə plastik su şüşələrində su aparıb həmin bitkiləri sulayıb dibini təmizləyərək qulluq etmişlər. 2023-cü ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs2 ilə birlikdə Qax rayonunun Əlibəyli kəndində narkotik tərkibli çətənə kollarını əkdikləri yerə getmişlər və birlikdə həmin çətənə bitkisinin yarpaqlarını özləri ilə gətirdiyi sellofan torbaya yığmışlar. Narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını özünə məxsus olan qarajda qurutmuş, özü istifadə etmiş, nəmdən və sudan qorumaq üçün iki ədəd göy rəngli yarımlitrlik su qabını ortasından kəsib həmin qablardan birinin içərisinə doldurmuş və həmin qabı yaşadığı evdə çardağın alt hissəsində gizlədərək istifadə etmişdir. Bir müddət sonra Adil adlı şəxs onun istifadəsində olan 070 558-14-11 mobil telefon nömrəsinə zəng edərək narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini ona demiş, o da bir kibrit qutusu narkotik vasitə qurudulmuş marixuananı 25 manat pulun müqabilində satmağa razı olmuşdur. 20 yanvar 2024-cü il tarixdə saat 21 radələrində evdə gizlətdiyi həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədər götürüb üç ədəd kağız bükümlərə büküb əynindəki gödəkçənin sol cibinə qoymuş, qalan narkotik vasitə qurudulmuş marixuananı isə plastik qabda hamamda olan vannanın içərisindəki paltarların alt hissəsində gizlətmiş və bundan sonra isə yaşadığı evdən çıxıb stadiona tərəf hərəkət etmişdir. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparılmış, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd göy gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan üç ədəd kağız büküm aşkar olunmuşdur. O, həmin narkotik vasitə qurudulmuş marixuanaları Qax rayonunun Əlibəyli kəndində əksə də polis əməkdaşlarına guya narkotik vasitə qurudulmuş marixuananı özünün istifadə etməsi üçün üzərində gəzdirdiyini və əyriçayın kənarında əkdiyi çətənə bitkisindən əldə etdiyini bildirmişdir. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman birinci bükümün çəkisinin 12,06 qram, ikinci bükümün çəkisinin 13,22 qram və üçüncü bükümün çəkisinin 15,19 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman o, evində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi demiş, daha sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə evinə baxış keçirilmiş və bu zaman evin hamam otağında gizlətdiyi plastik qabda olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 107 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O, üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Adil adlı şəxsə satmaq məqsədilə üzərində gəzdirdiyini, həmin şəxsə ilk dəfə narkotik vasitə marixuana satdığını və bundan başqa narkotik vasitə qurudulmuş marixuananı Zaur və Habil adlı şəxslərə də verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş və İ Qarabağ müharibəsində iştirak etmişdir. 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 üçün “Argo” markalı siqaret almış və həmin siqareti siqaret vermək məqsədilə sonuncunun yaşadığı evə getmişdir. Həmin evdə olan zaman stolun üzərində narkotik vasitə qurudulmuş marixuananın olduğunu görüb Təqsirləndirilən şəxs3 istəmiş, sonuncu da həmin narkotik vasitə qurudulmuş marixuananı ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 ona narkotik vasitə qurudulmuş marixuana verməyəcəyi halda belə sonuncuya siqareti verməyi qərarlaşdırmışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılıb Qax Rayon Polis Şöbəsində aparılmış və orada idarə etdiyi avtomobilə baxış keçirilən zaman qeyd olunan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. İbtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş və Təqsirləndirilən şəxs3 uzun müddətdir tanımışdır. 29 yanvar 2023-cü il tarixdə saat 15 radələrində istifadə etmək üçün marixuana almaq məqsədilə Təqsirləndirilən şəxs3 zəng etmiş və sonuncunun evdə olduğunu öyrənmişdir. Bundan sonra sonuncuda narkotik vasitə qurudulmuş marixuana ola biləcəyindən əmin olmuş və sonuncu gələn zaman siqaret almasını ondan xahiş etmişdir. Bundan sonra o, bir qutu “Argo” markalı siqaret almış, Təqsirləndirilən şəxs3 yaşadığı evə getmiş və orada olan zaman “Argo” markalı siqareti sonuncuya verib əvəzində sonuncudan kağıza bükülmüş halda narkotik vasitə qurudulmuş marixuananı almışdır. Bundan sonra həmin yeri tərk etmiş və narkotik vasitə qurudulmuş marixuananı idarə etdiyi “Mercedes Benz” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində motorun üst hissəsinə keçirilmiş qapağın üzərinə yerləşdirmiş və orada olan dəsmalı da üzərinə atmışdır. Həmin tarixdə saat 16 radələrində Qax şəhərində yerləşən bazarın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparılmış, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə idarə etdiyi qeyd olunan avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin kabinəsində motorun üst hissəsinə keçirilmiş qapağın üzərində olan dəsmalın alt hissəsinə yerləşdirdiyi bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman həmin bükümün çəkisinin 9,98 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qax rayon sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi və mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə 20 yanvar 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd göy gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan olan üç ədəd kağız büküm aşkar olunmuşdur. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman birinci bükümün çəkisinin 12,06 qram, ikinci bükümün çəkisinin 13,22 qram və üçüncü bükümün çəkisinin 15,19 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 evində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi demiş, daha sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə evinə baxış keçirilmiş və bu zaman evin hamam otağında olan plastik vannanın içərisindəki paltarların arasında iç-içə keçirilmiş göy rəngli plastik su qablarında gizlətdiyi narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 107,10 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Qax rayon sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməsi və mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə 20 yanvar 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında göstərilən tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, daha sonra hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd göy gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan olan üç ədəd kağız büküm aşkar olunmuşdur. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman birinci bükümün çəkisinin 12,06 qram, ikinci bükümün çəkisinin 13,22 qram və üçüncü bükümün çəkisinin 15,19 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs2 evində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi demiş, daha sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə evinə baxış keçirilmiş və bu zaman evin hamam otağında olan plastik vannanın içərisindəki paltarların arasında iç-içə keçirilmiş göy rəngli plastik su qablarında gizlətdiyi narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 107,10 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan başqa, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mersedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 məxsus olan qeyd olunan avtomobilə baxış keçirilmiş və bu zaman avtomobilin kabinəsində motorun üst hissəsinə keçirilmiş qapağın üzərində olan dəsmalın alt hissəsinə yerləşdirdiyi bir büküm narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu və həmin bükümü Təqsirləndirilən şəxs3 aldığını demişdir. Bundan sonra elektron tərəzi vasitəsilə çəkilən zaman həmin bükümün çəkisinin 9,98 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs3 Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmiş, hüquq vəzifələri izah edilib üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs3, müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs3 məxsus evdə axtarış aparılmış, bu zaman 3 ədəd sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edib Şahid3 və Şahid4la eyni məzmunlu ifadə verərək adları qeyd olunan şəxslərin göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun övladıdır. 29 yanvar 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs3 Qax Rayon Polis Şöbəsinə aparıldığını və narkotik vasitə satdığına görə tutulduğunu öyrənmişdir. Bundan sonra o, daimi olaraq yaşadığı evdə olmuş və həmin müddətlərdə polis əməkdaşları oraya gəlməmişlər. 31 yanvar 2024-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları onun evinə gələrək evdə narkotik vasitə olması səbəbindən evdə axtarış aparılacağını ona deyərək bu barədə Qax Rayon Məhkəməsinin qərarı elan etmişlər, o da etiraz etməmiş və onun, oğlu Təqsirləndirilən şəxs3 və polis əməkdaşlarının iştirak ilə videoçəkilişdən istifadə edilməklə evdə axtarış aparılmış və bu zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan torbalar aşkar olunmuşdur. Daha sonra həmin torbalar müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Oğlu Təqsirləndirilən şəxs3 evdə narkotik vasitə qurudulmuş marixuana saxlamasından onun məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Qax Rayon Kənd Təsərrüfatı İdarəsində baş aqronom vəzifəsində işləyir. 26 yanvar 2024-cü il tarixdə polis əməkdaşlarının dəvəti ilə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Qax rayonunun Əlibəyli kəndinin ərazisində yerləşən meşəlik ərazidə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətində aqronom qismində iştirak etmiş və bu zaman Təqsirləndirilən şəxs2 meşədə olan kolluğun arasında çətənə bitkilərini əkdiyini bildirmişdir. Həmin yerə baxış keçirilən zaman oradan 65 ədəd çətənə bitkisi aşkar edilmiş, həmin bitkilərin diblərinə baxan zaman kultivasiya edilməsi və diblərinin təmizlənməsi müəyyən olunmuşdur. Daha sonra həmin çətənə bitkiləri müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır və sonuncu ilə eyni evdə yaşamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadə etməsindən və narkotik vasitə qurudulmuş marixuananı evdə saxlamasından onun məlumatı olmamış və polis əməkdaşları onların yaşadığı evə gələn zaman bu barədə məlumat əldə etmişdir. Daha sonra onun, Mübariz Musatafazadənin, müdafiəçinin və polis əməkdaşlarının iştirakı videoçəkilişdən istifadə edilməklə onun yaşadığı evə baxış keçirilmiş və bu zaman evin hamam otağında olan plastik vannanın içərisindəki paltarların arasında iç-içə keçirilmiş göy rəngli plastik su qablarında narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, daha sonra elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 107,10 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə Qax şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitə qurudulmuş marixuana daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 yanvar 2024-cü il raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitə qurudulmuş marixuana daşıması şübhəsi ilə həmin tarixdə Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürməsi haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan üç ədəd kağız büküm aşkar edilmişdir. Şəxsi axtarış aparılmasının və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və bu zaman mənzilin hamam otağında olan plastik vannanın içərisindəki paltarların arasında iç-içə keçirilmiş göy rəngli plastik su qablarında gizlətdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Baxış keçirilməsinin və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 21 yanvar 2024-cü il tarixli 17/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş bükümlər (3 ədəd).” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,70 qram, 10,78 qram və 8,78 qram olamaqla, ümumi çəkiləri 27,26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, “Təqsirləndirilən şəxs2 yaşadığı evindən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki baş-başa keçirilmiş plastik su şüşəsində təmiz çəkisi 68,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 03 (üç) ədəd kağız bükümlərdə və plastik su şüşəsində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində və yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuanaların aşkar edilməsi faktına görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik tərkibli çətənə bitkilərini əkdiyi yeri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin baş aqronomu Şahid6 tərəfindən tərtib edilmiş rəydən görünür ki, 26 yanvar 2024-cü il tarixdə Qax rayonunun Əlibəyli kəndinin yaxınlığındakı meşə massivində sıx bitmiş böyürtkən kollarının arasında xüsusi məqsəd üçün açılmış sahəyə baxış keçirilən zaman oradan 65 ədəd qurumuş narkotik xassəli çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. Xüsusi əkin sxemi ilə əkilmiş həmin bitkilərə aqrotexniki qaydalara əsaslanaraq xidmət göstərilməsi aydın görünürdü. Su qabları və polietilən örtüklərin orada olması da buna sübutdur. İlkin olaraq məhsulun bir hissəsi yığılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 17/98 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 03 (üç) ədəd sintetik kisənin içərisində ümumi çəkiləri 13 kiloqram 995,0 qram olan 65 (altmış beş) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Baş aqronom (mütəxəssis) Şahid6 26 yanvar 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə Qax şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi və mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini ifşa etmək məqsədilə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2024-cü il raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi və mütəmadi olaraq üzərində narkotik vasitə qurudulmuş marixuana gəzdirməsi şübhəsi ilə həmin tarixdə idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Qax şəhərinin ərazisində nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və bu zaman avtomobilin kabinəsində motorun üst hissəsinə keçirilmiş qapağın üzərində olan dəsmalın alt hissəsindən bir büküm narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Baxış keçirilməsinin və maddi sübutun götürülməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2024-cü il raportdan görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs3 ilə birlikdə Qax rayonunun Əlibəyli kəndinin ərazisində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 29 yanvar 2024-cü il raportdan görünür ki, Qax Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs3 narkotik tərkibli çətənə bitkilərini əkməsi şübhəsi ilə həmin tarixdə Qax şəhərinin ərazisində saxlanılaraq Qax Rayon Polis Şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 3-16-16-2-17/103 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 məxsus avtomobildən aşkar edilmiş kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki kağız bükümdə təmiz çəkisi 6,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitə qurudulmuş marixuana satması və sonuncunun üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktlarına görə CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı Qax şəhəri, Aydın Məmmədov küçəsi, ev 44 A ünvanında yerləşən yaşayış evində axtarış istintaq hərəkətinin aparılmasına icazə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş axtarış aparılması haqqında 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 yaşadığı Qax şəhəri, Aydın Məmmədov küçəsi, ev 44 A ünvanında yerləşən yaşayış evində axtarış aparılmış və bu zaman evin həyətyanı sahəsində olan yardımçı tikilidə olan dolabın arxa tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir sellofan qara rəngli sellofan torba və həmin dolabdan Təqsirləndirilən şəxs1 ona aldığı bir ədəd “Argo” markalı siqaret, evin zirzəmisində olan taxtın arasından içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sarı rəngli sellofan torba və evin ikinci mərtəbəsində olan dolabın üst gözündən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 ədəd sellofan torba və bir ədəd dəmir qabın olduğu bir ədəd göy rəngli sellofan torba aşkar edilmiş, habelə kağız bükümlərdə və siqaret qutusunda toxumlar aşkar edilmişdir. Axtarış aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 01 fevral 2024-cü il tarixli 3-16-16-2-17/115 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 265,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd sarı rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 3165,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 06 (altı) ədəd sellofan torbalarda və 01 ədəd dəmir qabda uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 113,79 qram, 70,19 qram, 133,04 qram, 43,78 qram, 281,88 qram, 43,82 qram və 17,36 qram olmaqla, ümumi çəkiləri 703,86 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 05 ədəd kağız bükümlərdə və 01 ədəd siqaret qutusunda uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 1,86 qram, 2,80 qram, 0,15 qram, 9,62 qram, 0,40 qram və 20,28 qram olmaqla, ümumi çəkiləri 35,11 qram olan bozumtul-qəhvəyi rəngli bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1, 237.2.1 və 237.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin birləşdirilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli 3-16-16-2-17/263 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş qurudulmuş marixuanalar, Təqsirləndirilən şəxs3 evindən aşkar edilmiş qurudulmuş marixuanalar və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən aşkar edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 əməli CM-in 234.2, 237.2.1 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinə tövsif edilmiş və barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs2 əməli CM-in 234.1, 237.2.1 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 234.2, 237.2.1 və 237.2.3-cü maddələrinə tövsif edilmiş və barəsində CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satdığı Adil, habil və Zaur adlı şəxslərin şəxsiyyətlərinin və olduqları yerlərin müəyyən edilməsi və əlavə araşdırma aparılması üçün cinayət işindən material ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 234.2, 237.2.1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BD seriyalı, 294236 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X7” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, 11 dekabr 2023-cü il tarixdə X5 tərəfindən Təqsirləndirilən şəxs1 23 yanvar 2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamə verilmişdir. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması başa düşülür. Bu Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bu Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-in 234-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarı, habelə prekursorların və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli, külli və xüsusilə külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının narkotik vasitələrə aid olan İ Siyahısının 109.1-ci bəndinə əsasən, təmiz halda 5 qram və daha artıq, lakin 500 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar, 500 qram və daha artıq, lakin 50000 qramdan az çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larının tərkibində narkotik maddələr olan bitkilərə aid olan İİİ Siyahısının 1.2-ci bəndinə əsasən, 16-800 ədəd (31- 1550 hissə) çətənə növlü bitkilər külli miqdar təşkil edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 12-ci bəndinə əsasən, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Bu Qərarın 21-ci bəndinə əsasən, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, 20 yanvar 2024-cü il tarixdə Qax Rayon Polis Şöbəsinə Qax şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etməsi və üzərində narkotik vasitə qurudulmuş marixuana daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman üzərindən narkotik vasitə qurudulmuş marixuanalar aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə qurudulmuş marixuanalar məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan başqa, 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ərizəsinə əsasən Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun ünvan 1 ünvanında yerləşən yaşadığı mənzilə baxış keçirilmiş, bu zaman narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitə qurudulmuş marixuana məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan əlavə, 29 yanvar 2024-cü il tarixdə Qax Rayon Polis Şöbəsinə Qax şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etməsi və mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Bu zaman avtomobildən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş və həmin narkotik vasitə qurudulmuş marixuana məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Bundan savayı, 31 yanvar 2024-cü il tarixdə Qax Rayon Məhkəməsinin həmin tarixli qərarına əsaəsn Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 yaşadığı Qax şəhəri, Aydın Məmmədov küçəsi, ev 44 A ünvanında yerləşən yaşayış evində axtarış aparılmış, bu zaman narkotik vasitə qurudulmuş marixuanlar aşkar edilərək götürülmüş və həmin narkotik vasitə qurudulmuş marixuanalar məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl müdafiəçinin də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən və yaşadığı yerə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanların, 29 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuananın, habelə cinayət işi başlandıqdan sonra 31 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı yerə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanların aşkar edilməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat və ibtidai istintaq orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini əkib dibləri sulayıb qulluq etdiklərini və yetişdikdən sonra yığdıqlarını, 29 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs1 ona siqaret verib ondan bir büküm marixuana aldığını, 31 yanvar 2024-cü il tarixdə yaşadığı evdə axtarış aparılan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir sellofan qara rəngli sellofan torbanın, Təqsirləndirilən şəxs1 ona aldığı bir ədəd “Argo” markalı siqaretin, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sarı rəngli sellofan torbanın, ardınca isə evin ikinci mərtəbəsində olan dolabın üst gözündən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 ədəd sellofan torba və bir ədəd dəmir qabın olduğu göy rəngli sellofan torbanın, habelə kağız bükümlərdə və siqaret qutusunda toxumların aşkar edildiyini, sarı və qara rəngli sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaların ona məxsus olmadığını, Təqsirləndirilən şəxs1 başqa heç kəsə narkotik vasitə qurudulmuş marixuana vermədiyini və narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə üçün evdə saxladığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs1 siqaretin əvəzində az miqdarda narkotik vasitə qurudulmuş marixuana verdiyini, başqa hər hansı şəxsə narkotik vasitə vermədiyini, xəstəliyi ilə əlaqədar Təqsirləndirilən şəxs2 ilə birlikdə təxminən 20-30 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkdiyini, qulluq etdiyini, 29 yanvar 2024cü il tarixdə səhər vaxtı polis əməkdaşları tərəfindən saxlanılaraq Qax Rayon Polis Şöbəsinə aparıldığını, bundan bir neçə gün sonra yaşadığı evə baxış keçirildiyini, bu zaman qara, göy və sarı rəngli sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanaların aşkar olunduğunu, göy rəngli sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananın hamısının deyil, bir hissəsinin ona məxsus olduğunu, qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı öz istifadəsi üçün saxladığını, lakin evə baxış keçirilən zaman aşkar olunmuş qara və sarı rəngli sellofan torbaların ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra evdə heç kəsin olmadığını, həmin torbalarda olan narkotik vasitə qurudulmuş marixuanaların polis əməkdaşları tərəfindən yerləşdirilməsini düşündüyünü, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmadığını, lakin ona hədə-qorxu gəlindiyini və polis əməkdaşlarının onun səhhətinin normal olmamasından istifadə edərək müəyyən sənədlərə imza etdirdiklərini qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (axtarış aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Habelə Təqsirləndirilən şəxs3 anası Şahid2 məhkəmə istintaqı zamanı şahid qismində dindirilən zaman verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən tutulmasından sonra daimi olaraq yaşadığı evdə olduğunu və həmin müddətlərdə polis əməkdaşlarının oraya gəlmədiklərini demişdir. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 01 fevral 2024-cü il tarixli 3-16-16-2-17/115 nömrəli rəyində də Təqsirləndirilən şəxs3 yaşadığı fərdi yaşayış evindən aşkar olunmuş 01 ədəd qara, 01 ədəd sarı və 01 ədəd göy rəngli sellofan torbalarda olan qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olduğu qeyd olunmuşdur. Eləcə də göründüyü kimi Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, lakin sonuncuya narkotik vasitə qurudulmuş marixuana verib qarşılığında siqaret almasını deməklə dolayısı ilə narkotik vasitə qurudulmuş marixuananın əvəzli məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər edərək narkotik vasitə qurudulmuş marixuananı qanunsuz satmasını etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə birlikdə əkdikləri narkotik tərkibli çətənə bitkilərinin sayı və 01 ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuanaların hamısının ona məxsus olub-olmaması ilə bağlı məhkəmə istintaqı zamanı qeyd etdiklərinə, yaşadığı evdən aşkar olunmuş 01 ədəd qara və 01 ədəd sarı rəngli sellofan torbalarda olan qurudulmuş marixuanaların ona məxsus olub-olmaması və həmin narkotik vasitə qurudulmuş marixuanaları saxlamasının niyyəti ilə bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ilə birlikdə əkdikləri narkotik tərkibli çətənə bitkilərinin sayı və 01 ədəd göy rəngli sellofan torbada olan qurudulmuş marixuanaların hamısının ona məxsus olub-olmaması ilə bağlı ibtidai istintaq zamanı qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Habelə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrində Adil adlı şəxsə pul müqabilində satmaq məqsədilə 20 yanvar 2024-cü il tarixdə saat 21 radələrində evdə gizlətdiyi həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədər götürüb üç ədəd kağız bükümlərə büküb əynindəki gödəkçənin sol cibinə qoyaraq yaşadığı evdən çıxıb stadiona tərəf hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 20 yanvar 2024-cü il tarixdə balıq tutmağa gedən zaman şəxsi istifadəsi üçün üzərində üç büküm narkotik vasitə qurudulmuş marixuana götürdüyünü, içərisində az miqdarda narkotik vasitə qurudulmuş marixuana olan bir bükümü 24-30 manat pulun qarşılığında Adil adlı şəxsə verməyi, digər iki bükümü isə özü istifadə etməyi qərarlaşdırdığını və evi tərk edən zaman polis əməkdaşları tərəfindən saxlandığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə qeyd olunan xüsusatla bağlı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 yaşadığı evə gedərək orada “Argo” markalı siqareti sonuncuya verib əvəzində sonuncudan kağıza bükülmüş halda narkotik vasitə qurudulmuş marixuananı aldığını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 üçün “Argo” markalı siqaret aldığını, həmin siqareti vermək məqsədilə sonuncunun yaşadığı evə getdiyini, həmin evdə olan zaman stolun üzərində narkotik vasitə qurudulmuş marixuananı görüb Təqsirləndirilən şəxs3 istədiyini, sonuncunun da qeyd olunan narkotik vasitə qurudulmuş marixuananı ona verdiyini və göstərilən vaxt Təqsirləndirilən şəxs3 ona narkotik vasitə qurudulmuş marixuana verməyəcəyi halda belə sonuncuya siqareti verməyi qərarlaşdırdığını qeyd etmişdir. Məhkəmə bununla bağlı hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadə verərək həqiqəti gizlətməklə Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən yayınmasına nail olmaq məqsədi güdmüşdür. Belə ki, cinayət işinin materiallarında olan sübutlar (şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şahidlərin ifadələri və s.) onun dediklərini tam təkzib edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verməsi cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin və digər sübutların əsaslı sübut kimi qəbul edilməməsinə və həmin ifadələrin və digər sübutların etibarsız sayılmasına əsas ola bilməz. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə göstərilən xüsusatla bağlı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərinin, eləcə də şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Beləlikə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 qəsdən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmiş və qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşıyıb satmış, Təqsirləndirilən şəxs2 qəsdən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlamış və qəsdən qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etmiş, Təqsirləndirilən şəxs1 isə qəsdən qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlamışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitələri əldə edərkən, saxlayarkən və daşıyarkən məqsədlərinin və niyyətlərinin nədən ibarət olmasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxslərin əməllərinin tövsifində və həmin əməlləri törətməkdə təqsirli olub-olmamalarında mühüm və başlıca rol oynayır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli Qərarının (bundan sonra – Qərar) 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla bağlı mövcud sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən məhkəmə kollegiyası artıq yuxarı hissədə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 narkotik vasitə satması qənaətinə gələrək və Təqsirləndirilən şəxs3 qeyd edilən çəkidə narkotik vasitələri əldə edərək saxlamaqla daşımasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 qeyd olunan narkotik vasitələri əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Habelə məhkəmə kollegiyası artıq yuxarı hissədə Təqsirləndirilən şəxs2 Adil şəxsə narkotik vasitə satmaq məqsədilə narkotik vasitələri daşıması qənaətinə gələrək və Təqsirləndirilən şəxs2 qeyd edilən çəkidə narkotik vasitələri əldə edərək saxlamaqla daşımasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik vasitələri əslində satış məqsədi ilə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın bir bükümdə olmasını, habelə elektron tərəzinin aşkar olunmamasını, hər hansı şəxslə narkotik vasitənin və ya psixotrop maddənin alışı və ya satışı ilə bağlı sövdələşməyə girməməsini, digər tərəfdən təqsirləndirilən şəxsin özünün narkotik vasitədən istifadə etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitəni satış məqsədi ilə deyil, məhz şəxsi istifadəsi üçün əldə etmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri CM-in 234.4.3, 237.2.1 və 237.2.3, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri CM-in 234.2, 237.2.1 və 237.2.3, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli isə CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-in 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs3 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-in 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs2 əməlində CM-in 234.2, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 234.2-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 237.2.1 və 237.2.3-cü maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.2, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 əməlində CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs1 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzaların növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 6 ünvanda yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 8 ünvanında qeydiyyatda olmaqla Qax şəhəri, X14 küçəsində yerləşən nömrəsiz evdə yaşayır, himayəsində iki azyaşlı övladı vardır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Qax Rayon Məhkəməsinin 08 may 2012cı il tarixli hökmünə əsasən CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə ödənilmiş sayılır. CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, Təqsirləndirilən şəxs3 CM-in 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək cəzasını çəkib qurtardığından, habelə əvvəllər törətdiyi cinayət əməlinə görə islah işləri cəzasına məhkum edildiyindən, həmin cəza azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza hesab olunduğundan və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkumluqlar müəyyən edilməsi zamanı nəzərə alınmadığından onun sonradan göstərilən cinayət əməllərini törətməsi cinayətlərin residivini yaratmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, Qax Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmünün və Şəki Apellyasiya Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuşdur və sonuncu dəfə Qax Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin 02 iyun 2016-cı il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış və 18 aprel 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 15-ci maddəsinə əsasən CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab olunur və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində məhkumluq, onlar cəza çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in 234.2, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməllərini törətməsi cinayətin residivini yaratmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax Rayon Xalq Məhkəməsinin 17 iyun 1996-cı il tarixli hökmünə əsasən CM-in (01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan) 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Əzizbəyov Rayon Xalq Məhkəməsinin 26 aprel 1997-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən ən çoxu üç müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş, cəzanı çəkib qurtardıqları gündən üç il ərzində yeni cinayət törətməmiş şəxslər məhkumluğu olmayan şəxslər hesab olunurlar. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədənədək onun məhkumluğu ödənildiyindən sonradan qeyd olunan cinayət əməlini törətməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs3 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar, CM-in 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxslərin şəxsiyyətlərini, təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzaların təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxslər qeyd olunan cəzaları real olaraq çəkməklə islah oluna bilərlər. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilən tövsiyələrini və erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında iştirak edərək yaralanmasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, həmin şəxs qeyd olunan cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 234.1 və 234.2-ci maddələrində göstərilən cinayət əməlləri az ağır, CM-in 237.2.1, 237.2.3 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 20 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:00-da məhkəmə iclasında dərhal həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 yanvar 2024cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay olmaqla, 20 aprel 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Qax Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 21 gün olmaqla, 20 may 2024-cü il tarixədək uzadılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətlər cəzaçəkmə müddətlərinə daxil edilərək onlara təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzaların bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların başlanğıcı Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 20 yanvar 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirlərinin digər qətimkan tədbirləri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixdə saat 17:00-dan 31 yanvar 2024-cü il tarixə saat 18:00dək şübhəli şəxs qismində tutulduğu müddət 03 (üç) gün olaraq nəzərə alınıb cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb 06 (altı) gün müəyyən olunaraq ona təyin olunan cəzadan çıxılmalıdır. Eləcə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli, cəzanın icrası onun yaşadığı yer üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eləcə də məhkəmə qeyd edir ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CPM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. CPM-in 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Qeyd olunanlara əsasən məhəmə hesab edir ki, cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 448 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 453 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2024-cü il tarixli 454 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, 3-cü dərəcə əlilliyi olan şəxs olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 fevral 2024-cü il tarixli 18-1-50/2-149/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsində narkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 fevral 2024-cü il tarixli 18-1-50/2-148/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsində narkoloji xəstəliklər üzrə dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 fevral 2024-cü il tarixli 18-1-50/2-148/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxananın Poliklinika şöbəsində Narkoloji kabinetdə qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndinə əsasən məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cəza çəkdikləri müddətdə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalıdır, habelə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yerləri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 fevral 2024-cü il tarixli 114 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törətdiyi zaman və ona qədər hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və əqli gerilik xəstəliyi keçirməmişdir. Onda müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq, o, cinayəti törədərkən öz hərəkətlərinə cavab vermək iqtidarında və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. O, hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. O, öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. O, cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının 08 aprel 2024-cü il tarixli 55 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 2014-cü ildən “Üzvi mənşəli şəxsiyyət pozuntusu”ndan əziyyət çəkir. O, qərarın təsviri hissəsində şərh edilən və ona ittiham edilən cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi psixi pozuntunun gedişində kompensasiya vəziyyəti olmuşdur. Onda hal-hazırda da üzvi mənşəli şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti müəyyən edilir. O, qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun hərəkətləri CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Onun əməli CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 fevral 2024-cü il tarixli 18-1-50/2-149/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 fevral 2024-cü il tarixli 18-1-50/2-148/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Qax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 14 fevral 2024-cü il tarixli 18-1-50/2-148/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 2012-ci ildən “üzvü mənşəli şəxsiyyət və davranış pozuntusu” diaqnozu ilə həmin xəstəxananın Poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə dispanser qeydiyyatındadır. CM-in 93.1-ci maddəsinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da onun əziyyət çəkdiyi psixi pozuntunun gedişində kompensasiya vəziyyəti olduğundan bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkdikləri müddətdə psixi pozuntu ilə bağlı tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixli qərarla 4234,21 qram narkotik vasitə qurudulmuş marixuana, 13 kiloqram 988,50 qram çəkisi olan 65 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd “Argo” markalı siqaret, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını, yaşadığı mənzilə baxış keçirilməsini və təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdirən bir ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını və idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd disk isə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır, 4234,21 qram narkotik vasitə qurudulmuş marixuana, 13 kiloqram 988,50 qram çəkisi olan 65 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd “Argo” markalı siqaret Qax Rayon Polis Şöbəsində saxlanılır, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını, yaşadığı mənzilə baxış keçirilməsini və təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdirən bir ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını və idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli, habelə dəyəri olmayan digər əşyalar məhv edilməlidir. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına aiddir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitə və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlıq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısına aiddir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 28 iyun 2005-ci il tarixli 960-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahı”larının Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid olan İ Siyahısının 146-cı bəndinə əsasən marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aiddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 4234,21 qram narkotik vasitə qurudulmuş marixuana, 13 kiloqram 988,50 qram çəkisi olan 65 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd “Argo” markalı siqaret hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını, yaşadığı mənzilə baxış keçirilməsini və təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdirən bir ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını və idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd disk isə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır, 4234,21 qram narkotik vasitə qurudulmuş marixuana, 13 kiloqram 988,50 qram çəkisi olan 65 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd “Argo” markalı siqaret Qax Rayon Polis Şöbəsində saxlanılır, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını, yaşadığı mənzilə baxış keçirilməsini və təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdirən bir ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını və idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 172,75 (yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 172,75 (yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsi və təyin olunmuş cəzanın ciddiliyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs3 80 (səksən) manat, Təqsirləndirilən şəxs2 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat və Təqsirləndirilən şəxs1 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə isə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə isə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixdə saat 17:00-dan 31 yanvar 2024-cü il tarixə saat 18:00-dək şübhəli şəxs qismində tutulduğu müddət 03 (üç) gün olaraq nəzərə alınıb cəzaçəkmə müddətinə daxil edilərək həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanıb 06 (altı) gün müəyyən olunaraq ona təyin olunan cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşadığı yer üzrə çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası onun yaşadığı yer üzrə Qax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə səhhəti ilə bağlı tibb müəssisəsinə müraciət etmə halları istisna olmaqla, yaşadığı Qax rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Qax Rayon Polis Şöbəsində saxlanılan 4234,21 qram narkotik vasitə qurudulmuş marixuana, 13 kiloqram 988,50 qram çəkisi olan 65 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd “Argo” markalı siqaret hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını, yaşadığı mənzilə baxış keçirilməsini və təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdirən bir ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını və idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd disk isə cinayət işi üzrə maddi sübut kimi tanınmışdır, 4234,21 qram narkotik vasitə qurudulmuş marixuana, 13 kiloqram 988,50 qram çəkisi olan 65 ədəd narkotik tərkibli çətənə bitkisi və 01 ədəd “Argo” markalı siqaret Qax Rayon Polis Şöbəsində saxlanılır, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasını əks etdirən bir ədəd və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsini əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasını, yaşadığı mənzilə baxış keçirilməsini və təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdirən bir ədəd və ifadəsinin yerində yoxlanılmasını əks etdirən bir ədəd, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasını və idarə etdiyi avtomobilə baxış keçirilməsini əks etdirən bir ədəd olmaqla, ümumilikdə beş ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 172,75 (yüz yetmiş iki manat yetmiş beş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs3 80 (səksən) manat, Təqsirləndirilən şəxs2 58,20 (əlli səkkiz manat iyirmi qəpik) manat və Təqsirləndirilən şəxs1 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafail Əliyev Hakimlər Xaliq Məmmədov (məruzəçi) Günay Aşurova
Məhkəmə qərarları › İş №1(091)-171/2024
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-171/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver