Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-172/2020 11.11.2020 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X2 prokuroru, ədliyyə müşaviri Musayev Fuad Möhübbət oğlu, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X12, zərər çəkmiş şəxsin hüquqi varisləri Yüzbaşiyev Ayaz Camal oğlu, X9, onun nümayəndəsi X11 və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxx 1993-cı ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, xx xxxxxxxx 2020-ci ildən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən X18 Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci ildə saat 21 radələrində mərhum X6məxsus olan, sonuncunun razılığı əsasında idarə etdiyi VAZ-21154markalı **-RE-***dövlət qeydiyyat nişanlı avtomobili ilə Balakən-İtitala-Kortala-Püştətala kənd yolunun Püştətala kəndi ərazisindən keçən hissəsi ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, həmçinin həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinintələblərini pozmaqla,yəni yaşayış məntəqəsində icazə verilən maksimum 60 km saatdan artıq, yəni 90-100 km saat surətlə avtomobili idarə edərək, eləcə də qeyd edilən Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin maddənin tələblərini pozaraqidarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun əks sol qarşı istiqamətinə çıxaraq yol kənarında yerləşən ağaca vurması nəticəsindəehtiyatsızlıqdan avtomaşında olan sərnişinlər Yüzbaşiyev Kənan Ayaz oğluna kəskin qanitirmə ilə müşaiyət olunan baş beyinin sərt və yumuşaq qişalarında əzilmə-qansızma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar, sol gicgahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıqdan ibarət olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Ayaz Yüzbaşıyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, hadisə zamanı avtomaşında olan digər sərnişin X6 ağır açıq kəllə-beyin travması, sağ alında yara, başın dərialtında bütövlükdə qansızmalar, alın gicgah - təpə - yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyinin sərt və yumuşaq qişalarda əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəlləəsası sümüklərinin sınıqları, sifət burun, almacıq, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar, göz qapaqlarında qansızmalar, hər iki gözlərinin selikli qişalarında qansızmalar, ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması, döş qəfəsində solda 2-ci, sağda 1-2ci qabırğalarda yerdəyişməli sınıqlar, sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara - bud sümüyündə tam qəlpəliyerdəyişməli sınıq, sağçiyin üstündə, sol belində sıyrıqlar olan dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Elçin Verdiyevin aldığı xəsarətlərdən hadisə yerində ölməsi, həmçinin avtomaşında olan digər sərnişin Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün sınığı və çıxığı ilə nəticələnən dərəcələrinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsi, eləcə də mərhum X6 məxsus yuxarıda qeyd edilən avtomobili tam yararsız hala salmaqla sonuncuya 9000 (doqquz min) manat zərər vurulması ilə nəticələnən sərxoş vəziyyətdə iki nəfərin ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.4 –cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə dostu Kənan Yüzbaşıyev və Verdiyev Elçin ilə görüşmüş Elmarın idarə etdiyi VAZ 21154 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomaşını ilə çimmək üçün Kortala kəndinə getmişlər. Çaya çatanda saat 19 radələri olmuşdur. Çayda çimdikdən sonra orada Kənan və Elçinin gətirdiyi yarımçıq vəziyyətdə spirtli içki olan arağı içmişlər. O, pivə içmişdir. Həmçinin Kənan avtomaşının saxlanc yerindən bir ədəd 2 litrlik şüşədə qırmızı şərab gətirmişdir. Həmin şərabdan da biraz içmiş lakin şərab avtomaşında isindiyi üçün içə bilməyərək şərabın geri qalan hissəsini tullamışdır. Saat 21 radələrində çaydan geri qayıtmaq qərarına gəlmişlər. Geri qayıdanda Kənan maşını onun idarə etməsini bildirmişdir. İdarə etdiyi VAZ 21154 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomaşını Balakən rayon Püştətala kəndindən Balakən şəhər istiqəmətinə 90-100 km sürətlə hərəkət etdirərkən yolda idarəetməni itirmiş, bu zaman avtomaşın yolun sol tərəfinə çıxmış və avtomaşının arxa hissəsi yolun kənarındakı ağaca çırpılmışdır. Avtomaşın ağaca çırpıldıqdan sonra isə artıq nə baş verdiyini xatırlamır. Lakin yolda bir dəfə ayılmış və həmin vaxtı təcili tibbi yardım avtomaşınında olduğunu bilmişdir. Daha sonra isə ona bir ədəd iynə vurmuşlar və yenidən yuxuya getmişdir. Səhəri gün isə bilmişdir ki, X10 və Yüzbaşıyev Kənan Ayaz oğlu aldığı xəsarətlərdən ölmüş, Zərərçəkmiş şəxs isə xəsarət almışdır. Özü də xəsarət almışdır. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi A.C.Yüzbaşıyev ilə barışmış, zərərçəkmiş şəxsin hüquqi varisi F.Y.Verdiyevə isə dəymiş 9.000 manat ziyandan 7.000 manat ödəmiş, dəfələrlə barışıq əldə etmək üçün valideyinləri cəhd etmişlər. Zərərçəkmiş şəxs hüquqi varisi X9 məhkəmədə ifadəsində göstərmişdir ki, 2020ci ilin təxminən aprel ayında 8800 manata oğlu X13 rayonundan VAZ 21154 markalı **- RE-*** dövlət nömrə nişanlı avtomaşın almışdır.Həmçinin əlavə olaraq 200 manat məbləğində avtomaşına pul xərcələmişdir. Oğlu həmin avtomaşını etibarnamə əsasında idarə etmişdir. xx xxxx 2020-ci ildə saat 22 radlərində əmisi oğlu X7 ona zəng edərək Elçinin avtoqəza zamanı xəsarət almasını və Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirmişdir. xx xxxx 2020-ci ildə saat 02 radələrində xəstəxanaya gəlmiş, oğlu Elçinin öldüyünü bilmişdir. Orada Yüzbaşıyev Kənan Ayaz oğlunun da öldüyünü, Zərərçəkmiş şəxs isə xəsarət aldığını bilmişdir. VAZ21154 markalı **-RE-*** markalı avtomaşının yarasız halıa düşməsi ilə ona 9000 (doqquz min) manat məbləğində ziyan dəymiş Təqsirləndirilən şəxs atası Əjdər Musayev ona mərhum oğluna məxsus VAZ21154 markalı **-RE-*** markalı avtomaşının yararsız hala düşməsi ilə bağlı 7000 (yeddi min) manat vermiş, lakin 2000 manatı ödəməmişdir. 2000 manatı tələb edir. Mülki iddia ilə əlaqədar dövlət rüsümu ödəməmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Ondan şikayətçidir. Zərərçəkmiş şəxsin hüquqi varisi Yüzbaşıyev Ayaz Camal oğlu məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 21:30 radələrində evdə olduğu zaman ona və ailə üzvlərinə xəbər gəlmiş ki, oğlu Kənan baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış və xəstəxanaya aparılmışdır. Xəstəxanaya getmiş, orada oğlunun ölməsini bilmişdir. Kənanla birlikdə baldızı oğlu X4 ölməsini bilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə Kənan Yüzbaşiyev, Elçin Verdiyev, Təqsirləndirilən şəxs və o, Elçinin VAZ 21154 markalı avtomaşınını Balakən rayon Kortala kəndində olan çaya çimmək üçün getmişlər. Orada Kənan Elçin və Vaqif birlikdə spirtli içki qəbul etmişlər. Lakin o, spirtli içki qəbul etməmişdir. Həmin şəxslərin hansının nə qədər spirtli içki qəbul etməsi barədə məlumatı olmamışdır. Lakin hər üçü Kənan, Elçin və Vaqif spirtli içki qəbul etmişlər. Saat 21 radələrində çay kənarından qeri qayıdarkən Kənanın təklifi ilə maşını Vaqif idarə etmişdir. Buna Elçin də etiraz etməmişdir. Vaqif isə sükan arxasında, o qarşıda, Elçin avtomaşının arxa sol tərəfində yəni sürücünün arxasında, Kənan isə avtomaşının sağ arxa tərəfində oturmuşdur. Vaqif avtomaşını yüksək sürətlə idarə etməyə başlamışdır. Balakən rayon Püştətala kəndinin ərazisinə çatdıqda Vaqif birdən avtomaşında idarəetməni itirmiş, bu zaman avtomaşın yolun əks istiqamətinə, yəni yolun sol tərəfinə çıxmış və avtomaşının sol tərəfi yolun sol tərəfində yol kənarında olan ağaca dəymişdir. Avtomaşın ağaca dəydikdə o, kürəyində ağrı hiss etmişdir. Daha sonra isə o, çətinliklə də olsa avtomaşından yerə düşmüş və avtomaşının arxa hissəsinin olmadığını görmüşdür. Yəni avtomaşın ağaca dəydikdə iki hissəyə ayrılmışdır. Həmçinin avtomaşından təxminən 6-7 metr kənarda Kənan və Elçinin tərpənməz halda yerdə uzanmış vəziyyətdə olduqlarını görmüşdür. Həmin vaxt Vaqif isə sükanın arxasında olmuşdur. Yoldan keçən avtomaşınlarda olan sürücülər avtomaşınlarını saxlayaraq təcili yardıma və polisə zəng etmişlər. Daha sonra həmin yerə təcili tibbi yardım avtomaşını gəlmiş və Vaqifi sükan arxasından orada olan vətəndaşların köməyi ilə çıxararaq təcili tibbi yardım maşınına mindirmişlər. Həmçinin onu da təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 21 radələrində özünə məxsus NİVA markalı **-UE-*** dövlət nömrə nişanlı avtomaşını ilə Püştətala kəndindən Balakən şəhəri istiqamətinə gedərkən Balakən rayon Püştətala kəndinin ərazisində asfalt yolda kənd qəbiristanlığının qarşısına çatdığı zaman yolun duman olduğunu görmüşdür. Həmin vaxtı avtomaşınını birazda qarşıya sürmüş və yolun hərəkət hissəsində avtomaşın olduğunu görmüşdür. Bu zaman avtomaşınını yolun kənarında saxlayıb baxdıqda yolun hərəkət hissəsində maşının arxa hissəsi olduğunu görmüşdür. Daha sonra isə məscidin qarşısında quru su kanalında Vaz 21015 markalı avtomaşının quyuda əzilmiş vəziyyətdə olduğunu, avtomaşının yaxınlığında isə 2 nəfər uzanmış vəziyyətdə olan şəxsi görmüşdür. Həmçinin yolun hərəkət hissəsində avtomaşının parçalanıb yola düşmüş hissələrini də görmüşdür. 102 xidmətinə zəng edərək avtomaşınların toqquşmasını bildirmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci ildə saat 21 radələrində Balakən rayonuistiqamətdə gedərkən Püştətala kəndindən keçən asfalt yola çatdıqda Püştətala kəndində olan kənd qəbiristanlığının qarşısında yolun hərəkət hissəsində avtomaşın arxa hissəsi görmüşdür. Bu zaman yol-nəqliyyat hadisəsi baş verdiyini fikirləşmiş və idarə etdiyi maşınını yolun kənarında saxlayaraq avtomaşından yerə düşmüşdür. Avtomaşının yaxınlığında bir nəfər yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 11 nömrəli rəydən görünür ki, mərhum Yüzbaşiyev Ayaz Kənan oğlunun meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır; kəskin qanitirmə ilə müşaiyət olunan baş beyin sərt və yumuşaq qişalarında əzilmə-qansızma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma, döş qəfəsində solda 6-cı qabırğada sınıq, sol alında sıyrıqlar, sol gicgahda yara, sol alt çənədə və sol körpücük sümüyündə yerdəyişməli sınıqlar, sol baldırın yuxarı 1/3-də sıyrıq. 2.Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. 3.Mərhum A.Yüzbaşiyevin ölümünün səbəbi kəskin qanitirmə ilə müşaiyət olunan baş beyin sərt və yumuşaq qişalarında əzilmə-qansızma, sol alın sümüyündə sınıq, kəllə əsasının sınığı, sol ağ ciyərdə cırılma olmuşdur, ölüm tez (təqribən 5-6dəqiqə ərzində) baş vermişdir. 4.Mərhum A.Yüzbaşiyevin ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 12- 14 saat əvvəl baş verməyə uyğun gəlir. Ekspertizadan keçmiş mərhum Yüzbaşıyev Kənan Ayaz oğlunun meyitinin ekspertizası aparılıb, qanından kimya şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixli 11 nömrəli verilmiş rəyə əlavə olaraq bildirirəm ki, Bakı şəhəri MTE və P/A EET Birliyinin Kimya şöbəsində alınmış 1760/k nömrəli xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, məhkəmə kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı 1,3 faizdir.Buda onun ölümündən əvvəl yümgül dərəcəli sərxoş olmasını göstərir. Metil, propil, butil və amil spirtləri, barbitor turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiatin, prizolon, 1,4-benzodiazepin törəçələri və salisatlar aşkar edilməmişdir. xx xxxx 2020-ci il tarixli 12 nömrəli rəydən görünür X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır; ağır açıq kəllə-beyin travması. Sağ alında yara. Başın dərialtında bütövlükdə qansızmalar. Alın gicgah - təpə - yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar. Baş beyin sərt və yumuşaq qişalarda əzilməcırılma-qansızma. Baş beyin maddəsində ödem. Kəllə əsası sümüklərinin sınıqları. Sifət burun, almacı, çənə sümüklərində çox qəlpəli yerdəyişməli basılmış sınıqlar. Göz qapaqlarında qansızmalıdır, hər iki gözlərinin selikli qişalarında qansızmalar. Ağız boşluğunda qansızmalar, dişlərin tamamilə sınması. Döş qəfəsində solda 2-ci, sağda 1-2ci qabırğalarda yerdəyişməli sınıqlar. Sol körpücük sümüyündə az yerdəyişməli sınıq, sol bazu sümüyündə sınıq, sol budunda bayır səthdə yara - bud sümüyündə tam qəlpəliyerdəyişməli sınıq, sağ çiyin üstündə, sol belində sıyrıqlar. 2.Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. 3.X1 ölümünün səbəbi ağır açıq kəllə-beyin travması, sağ alında yara, alın gicgah təpə - yuxarı ənsə sümüklərində yerdəyişməli qəlpəli daxilə basılmış sınıqlar, baş beyin sərt və yumuşaq qişalarda kobud əzilmə-cırılma-qansızma, baş beyin maddəsində ödem, kəllə əsası sümüklərinin sınıqları olmuşdur, ölüm tez (təqribən 2-3 dəq ərzində) baş vermişdir. 4.Mərhum Verdiyevin ölümü meyit əlamətlərinə görə meyitin müayinəsindən 12-14 saat əvvəl baş verməyə uyğun gəlir xx.xx.2020-ci il tarixli 11 nömrəli verilmiş rəyə əlavə olaraq Bakı şəhəri MTE və P/A EET Birliyinin Kimya şöbəsində alınmış 1760/k nömrəli xx.xx.2020-ci il tarixli aktda qeyd edilmişdir ki, məhkəmə kimya tədqiqatı nəticəsində onun qanında etil spirti aşkar edilmişdir.Etil spirtinin qatılığı 1,6 faizdir.Buda onun ölümündən əvvəl orta dərəcəli sərxoş olmasını göstərir.metil, propil, butil və amil spirtləri, barbitor turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiatin, prizolon, 1,4-benzodiazepin törəçələri və salisatlar aşkar edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli 148 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər --- sağ körpücük sümüyünün sınığı və çıxığı---bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. xx xxxxxx 2020-ci il tarixli 149 nömrəli rəydən görüeür ki, Vət.Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər --- sol incik sümüyünün aşağı 1/3-nin sınığı, sol aşıq-baldır oynağının travmatik çıxığı, sol boyun və çiyin nahiyyəsinin yaraları --- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edil “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 196nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi zamanı yüngül dərəcəli sərxoş olmuşdur. xx xxxxxx 2020-ci il tarixli 8/1249 nörməli rəyindən görünür ki, VAZ-21154 markalı 99RE173 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq, yəni 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbklərinə uyğunsuzluq olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixli 17/558 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, VAZ 21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq hissəsinin üzlüyünün səthi üzərindən tapılmış açıq-qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Vaz 21154 markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının oturacaq və söykənəcək hissəsinin üzlüklərinin tərkibli lif əsəslı materiallardan təşkil olunmadığı üçün, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış kənar lif mikrohissəciklərin həmin üzlüklərə uyğun olubolmadığını müəyyən etmək mümkün olmadı. Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən rayon polis şöbəsinə daxil olmuş xx xxxx 2020-cil tarixli 78 nömrəli arayışda görünür ki, X6 məxsus olan VAZ 21154 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomaşına baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomaşın yol-nəqliyyat hadisəsi zamanı tamamilə yararsız hala düşmüşdür. Avtomaşına dəymiş zərərin məbləği 9000 (doqquz min) manat təşkil edir. DİN-in BDYPİ Şəki RQİTBŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AB №574991nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli sürücülük hüququ var. İş materiallarından görünür ki, F.Verdiyev tərəfindən 2000 manat dəymiş ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmışdır. Lakin həmin mülki iddia qanunun tələblərinə riayət edilməklə qanunda nəzərdə tutulan formada tərtib edilməklə verilməmiş, eləcə də mülki iddia ilə bağlı tələb edilən dövlət rüsumu ödənilməmişdir. Odur ki, mülki iddia baxılmamış saxlanmalıdır. AzərbaycanRespublikasıDİN-nin Baş Əməliyyat və X3 xx.xx.2020-ci iltarixlitələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxstörətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.4- cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxscinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O,göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Məhkəmə,Təqsirləndirilən şəxsetdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsin hüquqi varisi A.C.Yüzbaşıyev və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, onların heç bir tələbi və şikayətinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varii F.Y.Verdiyevə dəymiş 9.000 manat ziyandan 7.000 manatını ödəməsini, özünün də hadisə zamanı az ağır xəsarət almasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. CM-nin 61-ci maddəsinə əsasənTəqsirləndirilən şəxscəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habeləyuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanınonunailəsinin həyat şəraitinə təsirininəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxstörətdiyi Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid olduğundan və ehtiyatsızlıqdan törədildiyindən CM-nin 56.1.2- ci maddəsinə əsasən Təqsirləndirilən şəxstəyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.. İş üzrə ekspertiza xərci 171 ( yüz yetmiş bir) manat 94 ( doxsan dörd) qəpik təşkil edir. Təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. F.Y.Verdiyevin Təqsirləndirilən şəxs 2000 ( iki min) manat tələbinə dair mülki iddia baxılmamış saxlansın. Balakən Rayon Polis Şöbəsində saxlanılan VAZ 21154 markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomaşınzərərçəkmiş şəxsin hüquqi varisi X8 qaytarılsın. Ekspertiza xərci 171 ( yüz yetmiş bir) manat 94 ( doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Maddi sübut olan bir ədəd şalvar və VAZ 21154 markalı **-RE-*** dövlət nömrə nişanlı avtomaşının sürücüyə məxsus oturacaqdan götürülmüş oturacaq və söykənəcək yerlərinin hissələri məhv edilsin. Hökmdənelan olunduğu gündən, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində X18 Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-172/2020
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-172/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver